Məhkəmə qərarları › İş №2(107)-516/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-516/2022

18.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-516/2022 18.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X5, Cavabdeh2 İsrafil qızı, X6, Cavabdeh4 Mayis qızı, Cavabdeh5 Mayis qızı və Cavabdeh6 oğluna qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma və maneələrin aradan qaldırılması tələbi və iddiaçı X2 cavabdeh İddiaçı və İİİ şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2016-cı il tarixli RX Seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: fərdi yaşayış evindən məcburi qaydada çıxarılma, maneələrin aradan qaldırılması, çıxarışın ləğv edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər X5, Cavabdeh2 İsrafil qızı, X6, Cavabdeh4 Mayis qızı, Cavabdeh5 Mayis qızı və Cavabdeh6 oğluna qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma və maneələrin aradan qaldırılması tələbi və cavabdeh X2 İddiaçı və İİİ şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2016-cı il tarixli RX Seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(037)- 26/2021 nömrəli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qətnaməsi üzrə verilmiş İsmayıllı Rayon Məhkəməsinin 17 aprel 2015-ci il tarixli 2(037)- 42/2015 nömrəli icra vərəqəsinə əsasən X2 üzərinə həbs qoyulmuş İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin və Mican kəndində yerləşən 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X2 İddiaçı 31350 manat məbləğində borcu əvəzinə İddiaçı mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2016cı il tarixli 407-1918/317 invertar nömrəli fərdi yaşayış evinin texniki pasportunun və həmin tarixli RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətlərindən görünür ki, İsmayıllı rayonu Mican kəndində yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir. Cavabdehlər X5, Cavabdeh2 İsrafil qızı, X6, Cavabdeh4 Mayis qızı, Cavabdeh5 Mayis qızı və Cavabdeh6 oğlu həmin evdə qeydiyyatdadırlar. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər X5, Cavabdeh2 İsrafil qızı, X6, Cavabdeh4 Mayis qızı, Cavabdeh5 Mayis qızı və Cavabdeh6 oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı şəhərində (keçmiş Mican kəndi) 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evinə cavabdehlərin istifadə hüquqları itirilmiş hesab edilməsi və həmin evdən məcburi qaydada çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X5 cavabdeh İddiaçı və üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdeh İddiaçı adına 19 mart 2016-cı ildə əsassız olaraq qeydə alınmış RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı özünün iddia tələbini müdafiə etdiyini, Mayis Abdullayevin iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qətnaməsinə əsasən Cavabdeh1 32000 (otuz iki min) ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 14 (on dörd) manat məbləği alınaraq ona ödənilməsi qət olunmuşdur. Cavabdeh Mayis Abdullayev qeyd olunan qətnamənin surətini uzun müddət Türkiyə Respublikasında olduğundan 2020-ci ildə rəsmi olaraq əldə etdiyini bildirsə də sonuncu, həmin qətnamədən ilk vaxtlardan məlumatı olmuşdur. Belə ki, cavabdeh Mayis Abdullayev qeyd olunan qətnamənin icrasının qarşılıqlı razılaşma ilə həll olunmasına dair ona müxtəlif təkliflər etmişdir. Lakin sonra cavabdeh Mayis Abdullayev bundan yayınmışdır. Qeyd olunan qətnamənin icrasını təmin etmək məqsədi ilə icra məmurunun təqdimatına əsasən məhkəmə tərəfindən cavabdeh Mayis Abdullayevə məxsus İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin və 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Ötən beş il ərzində icra məmuru tərəfindən cavabdeh Mayis Abdullayevin yaşadığı evə dəfələrlə gedilmiş və mülkiyyətində olan torpaq sahəsinə baxış keçirilmişdir. Cavabdeh Mayis Abdullayevin qəbul olunmuş məhkəmənin 16 iyun 2015-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadından məlumatı olmuşdur. Cavabdeh Mayis Abdullayev bir neçə dəfə onunla borcu ödəmək üçün şifahi danışıqlar aparmış, lakin sonradan bundan yayınmışdır. İsmayıllı rayon İcra və Probasiya şöbəsi tərəfindən cavabdeh Mayis Abdullayevə məxsus İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin və 1,35 hektar kənd təsərrüfatlı torpaq sahəsinin dəyərinin müəyyənləşdirilməsi üçün qiymətləndirici dəvət edilmiş, qiymətləndircinin tərtib etdiyi hesabatda İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin dəyəri 30000 manat və 1,35 hektar kənd təsərrüfatı torpaq sahəsinin dəyəri 1350 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh Mayis Abdullayevin ona olan borcunun əvəzi kimi həmin əmlakları qəbul etməsinə etiraz etməmiş və bu barədə İsmayıllı rayon İcra və Probasiya şöbəsi tərəfindən akt tərtib olunmuşdur. 19 mart 2016-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən İsmayıllı rayonu Mican kəndində yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evi mülkiyyətinə verilməsinə dair RX seriyalı ******* nömrəli ona çıxarış verilmişdir. Cavabdehlər qeyd olunan fərdi yaşayış evindən istifadə hüquqlarını itirmələrinə baxmayaraq həmin evdən çıxmırlar. Mübahisə predmeti olan fərdi yaşayış evində cavabdehlər qeydiyyatdadırlar. O, mülkiyyətçi kimi öz mülkündən istifadə edə bilmir. O, cavabdeh Mayis Abdullayevdən dəfələrlə həmin evdən çıxmasını xahiş etsə də sonuncu, müxtəlif bəhanələr gətirərək bundan yayınmışdır. Mayis Abdullayevin iddia tələbini əsassız hesab edir. Belə ki, qeyd olunan çıxarışın ləğv edilməsi üçün əsaslar yoxdur. O, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı şəhərində (keçmiş Mican kəndi) 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evinə cavabdehlərin istifadə hüquqları itirilmiş hesab edilməsini və həmin evdən məcburi qaydada çıxarılmalarını tələb edir və özünün iddia tələbinin təmin edilməsi, Mayis Abdullayevin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Mayis Abdullayev özünün iddia tələbini müdafiə etdiyini, İddiaçı iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qətnaməsinə əsasən 32000 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsina uyğun olaraq manat ekvivalentində hesablanmaqla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 14 manat məbləği ondan alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamənin surətini 23 oktyabr 2020-ci il tarixdə rəsmi olaraq əldə etmişdir. O, uzun müddət Türkiyə Respublikasında olduğundan həmin qətnamənin surətini vaxtında əldə edə bilməmişdir. Məhkəmənin 16 iyun 2015-ci il tarixli qərardadının qəbulu zamanı məhkəmə iclasının yeri və vaxtı barədə ona məlumat verilməmiş və qəbul olunmuş qərardadın surəti ona göndərilməmişdir. Həmin qərardada əsasən onun mülkiyyətində olan 0,18 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən yeganə fərdi yaşayış evinin və yeganə dolanışıq mənbəyi olan 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuş və tələb əmlaka yönəldilmişdir. Qərardadın surətini 28 oktyabr 2020-ci il tarixdə məhkəmədən qəbzə imza etməklə almışdır. Qərardadı aldığı gündən 10 gün müddətində şikayət vermişdir. İsmayıllı rayon İcra şöbəsinin icra məmuru tərəfindən 01 iyul 2015-ci il tarixli 398/2015 nömrəli sifariş məktubuna əsasən əmlakın qiymətləndirilməsini "xxxx" MMC yerinə yetirmiş, mübahisə predmeti olan fərdi yaşayış evi 30000 manat və yeganə dolanacaq mənbəyi olan 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 1350 manat məbləğində qiymətləndirilmişdir. İsmayıllı rayon İcra şöbəsinin icra məmuru tərəfindən qiymətləndirilmiş əmlak satılması üçün hərraca çıxarılmaq əvəzinə cavabdeh İddiaçı təklif olunmuş, cavabdehin 06 oktyabr 2015-ci l tarixli ərizəsi əsasında İcra şöbəsinin icra məmurları tərəfindən tərtib edilmiş 13 oktyabr 2015-ci il tarixli akta əsasən İsmayıllı rayon Mican kəndində 0,18 hektar hayətyanı torpaq sahəsi üzərində yerləşən yeganə fərdi yaşayış evi və yeganə dolanacaq mənbəyi olan 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 31350 manat məbləğində borc əvəzinə cavabdehin mülkiyyətinə verilmişdir. İsmayıllı rayon İcra şöbəsinin icra məmurunun 18 noyabr 2015-ci il tarixli məktubu ilə məhkəmənin qətnaməsi, icra vərəqəsi, akt və qərardad DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə göndərilmişdir. Mülkiyyətində olan fərdi yaşayış evi və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 19 mart 2016-cı il tarixdə cavabdehin adına qeydə alınmış və RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət dövlət reyestrindən çıxarış verilmişdir. Nə onun, nə də ailə üzvlərinin bundan xəbəri olmamışdır. Cavabdehin adına 19 mart 2016-cı ildə əsassız olaraq qeydə alınmış RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsini tələb edir və özünün iddia tələbinin təmin edilməsi, İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh2, Gülər Abdullayeva, Cavabdeh4 və Cavabdeh5 sonuncu məhkəmə iclasına gəlməmiş, iştirak etdikləri məhkəmə iclasında izahat verərək göstərmişlər ki, mübahisə predmeti olan İsmayıllı şəhərində (keçmış Mican kəndi) 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evi 19 mart 2016-cı il tarixli RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Həmin fərdi yaşayış evinin satılaraq satışdan əldə olunan puldan Mayis Abdullayevin borclu olduğu məbləğin İddiaçı ödənilməsini, qalan məbləğin isə onlara verilməsini istəyirlər. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edirlər. Cavabdeh6 və İİİ şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə cavabdehin Cavabdeh6 və İİİ şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qətnaməsinə əsasən X8 əsas borc 7000 (yeddi min) ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 3 (üç) manat və Cavabdeh1 32000 (otuz iki min) ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 14 (on dörd) manat məbləği alınaraq İddiaçı ödənilməsi qət olunmuşdur. Məhkəmənin 16 iyun 2015-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadı ilə Mayis Abdullayevin mülkiyyətində olan İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin və 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuş və tələb əmlaka yönəldilmişdir. İsmayıllı rayon İcra və Probasiya şöbəsinin 01 iyul 2015-ci il tarixli 398/2015 nömrəli qərarı əsasında borclu Mayis Abdullayevə məxsus İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin və 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qiymətləndirilməsi üçün "xxxx" MMC-dən qiymətləndirici dəvət edilmişdir. "xxxx" MMC-nin 31 avqust 2015-ci il tarixli 15- 758/2 nömrəli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabata əsasən Mayis Abdullayevə məxsus olan İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi 30000 manat və 1,35 hektar kənd təsərrüfatı torpaq sahəsi 1350 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı İsmayıllı rayon İcra şöbəsinə 06 oktyabr 2015-ci il tarixli ərizə ünvanlayaraq Mayis Abdullayevin ona borclu olduğu məbləğin əvəzinə Mayis Abdullayevə məxsus İsmayıllı rayonu Mican kəndində yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsi üzərində olan 30000 manat dəyərində qiymətləndirilmiş fərdi yaşayış evini və Mican kəndində yerləşən 1350 manat dəyərində qiymətləndirilmiş 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qəbul etməsinə etiraz etməmişdir. İsmayıllı rayon İcra və Probasiya şöbəsi tərəfindən üzərinə həbs qoyulmuş İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin və Mican kəndində yerləşən 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X9 Dəmirova 31350 manat məbləğində borc əvəzinə İddiaçı mülkiyyətinə verilməsi barədə 13 oktyabr 2015-ci il tarixli akt tərtib olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2016-cı il tarixli 407-1918/317 invertar nömrəli fərdi yaşayış evinin texniki pasportu və həmin tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən İsmayıllı rayonu Mican kəndində yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir. Mayis Abdullayev 05 noyabr 2020-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)- 42/2015 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət vermiş, məhkəmənin 16 noyabr 2020-ci il tarixli 2(037)-42/2015 nömrəli qərardadı ilə Mayis Abdullayevin vəsatəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilmişdir. Mayis Abdullayev qeyd olunan qərardaddan şikayət vermişdir. Məhkəmənin 03 dekabr 2020-ci il tarixli 2(037)-42/2015 nömrəli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(037)-42/2015 nömrəli qərardadından Mayis Abdullayev tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2021-ci il tarixli 2(107)-448/2021 nömrəli qərardadı ilə Mayis Abdullayevin şikayəti təmin edilmiş və onun apelyasiya şikayəti apelyasiya icraatına qəbul edilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli 2(107)-688/2021 nömrəli qətnaməsinə əsasən Mayis Abdullayevin apelyasiya şikayəti təmin edilməmiş və İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mayis Abdullayev qeyd olunan qətnamədən kassasiya şikayəti vermişdir. Ali Məhkəmə Mülki Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli 2(102)- 5471/2021 nömrəli qərarı ilə Mayis Abdullayev tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli 2(107)-688/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mayis Abdullayev 16 iyun 2015-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadından 05 noyabr 2020-ci il tarixdə şikayət və şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatət vermişdir. Məhkəmənin 16 noyabr 2020-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadı ilə İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadından şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair Mayis Abdullayevin vəsatəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli 8(037)- 101/2015 nömrəli qərardadından şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilmişdir. Mayis Abdullayev qeyd olunan qərardaddan şikayət vermişdir. Məhkəmənin 03 dekabr 2020-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadına əsasən İsmayıllı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadından Mayis Abdullayev tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2021-ci il tarixli 8(107)-4/2021 nömrəli qərardadına əsasən İsmayıllı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 8(037)- 101/2015 nömrəli qərardadından Mayis Abdullayev tərəfindən verilmiş şikayət təmin edilməmiş və İsmayıllı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə İddiaçı cavabdehlər X5, Cavabdeh2 İsrafil qızı, X6, Cavabdeh4 Mayis qızı, Cavabdeh5 Mayis qızı və Cavabdeh6 oğluna qarşı fərdi yaşayış evindən məcburi qaydada çıxarılma və maneələrin aradan qaldırılması tələbinə münasibətdə qeyd edir ki, 19 mart 2016-cı il tarixli 407-1918/317 invertar nömrəli fərdi yaşayış evinin texniki pasportu və həmin tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən İsmayıllı şəhərində (keçmiş Mican kəndi) yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Hazırki iddianın predmetinə aid olan İsmayıllı şəhərində (keçmiş Mican kəndi) 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evi qanuni əsaslarla iddiaçının xüsusi mülkiyyətində olmasına baxmayaraq, cavabdehlər həmin torpaq sahəsindən və fərdi yaşayış evindən istifadə etməkdə davam etmələri iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun həmin əmlak üzərində mülkiyyət hüquqlarından tam və sərbəst istifadə edə bilməməsi ilə nəticələndiyinə görə məhkəmə qərara gəlir ki, İddiaçı iddia tələbi təmin edilməlidir. Məhkəmə iddiaçı X2 cavabdeh İddiaçı və İİİ şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2016-cı il tarixli RX Seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi tələbinə münasibətdə qeyd edir ki, İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qətnaməsinə əsasən X8 7000 ABŞ dolları borc və Cavabdeh1 32000 ABŞ dolları alınaraq İddiaçı ödənilməsi qət olunmuşdur. Məhkəmənin 16 iyun 2015-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadı ilə Mayis Abdullayevin mülkiyyətində olan İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin və 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuş və tələb əmlaka yönəldilmişdir. Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabata əsasən Mayis Abdullayevə məxsus olan İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi 30000 manat və 1,35 hektar kənd təsərrüfatı torpaq sahəsi 1350 manat dəyərində müəyyən edilmişdir. Babacan X3 borclu olduğu məbləğin əvəzinə Mayis Abdullayevə məxsus həmin əmlakları qəbul etməsinə etiraz etməmiş və İsmayıllı rayon İcra və Probasiya şöbəsi tərəfindən 13 oktyabr 2015-ci il tarixdə bu barədə akt tərtib olunmuşdur. 19 mart 2016-cı il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən İsmayıllı rayonu Mican kəndində yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evinin mülkiyyətinə verilməsinə dair İddiaçı RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Qeyd olunan çıxarış qanunvericiliyin tələblərinə uyğun verilmişdir. Həmin çıxarışın ləğv edilməsi üçün əsaslar yoxdur. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı X2 cavabdeh İddiaçı və İİİ şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı İddiaçı adına 19 mart 2016-cı il tarixdə əsassız olaraq DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2016-cı il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsinə dair iddia tələbi rədd edilməlidir. İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(037)-26/2021 nömrəli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) İddiaçı iddia tələbi təmin edilmiş, RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan İsmayıllı şəhərində (keçmiş Mican kəndi) 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evinə X5, Cavabdeh2 İsrafil qızı, X6, Cavabdeh4 Mayis qızı, Cavabdeh5 Mayis qızı və Cavabdeh6 oğlunun istifadə hüquqlarının itirilmiş hesab edilməsi və həmin evdən məcburi qaydada çıxarılmaları, X2 İddiaçı və İİİ şəxs DƏDRXnin 9 saylı Ərazi İdarəsinə qarşı İddiaçı adına 19 mart 2016-cı il tarixdə əsassız olaraq DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2016- cı il tarixli RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 146, 152, 157 və 178-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, X8 əsas borc 7000 (yeddi min) ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 3 (üç) manat və Cavabdeh1 32000 (otuz iki min) ABŞ dolları və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 14 (on dörd) manat məbləği alınaraq İddiaçı ödənilməsi qət olunmuşdur. İşdə olan İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli 8(037)-101/2015 nömrəli qanuni qüvvəyə minmiş qərardadının surətindən görünür ki, X10 оğlunun mülkiyyətində olan İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin və 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması və tələbin əmlaka yönəldilməsi qərara alınmışdır. İşdə olan İsmayıllı rayon İcra və Probasiya şöbəsinin 01 iyul 2015-ci il tarixli 398/2015 nömrəli qərarının surətindən görünür ki, borclu X4 məxsus İsmayıllı şəhəri, Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin və 1,35 hektar kənd təsərrüfatlı torpaq sahəsinin qiymətləndirilməsi üçün "xxxx" MMC-dən qiymətləndirici dəvət edilmişdir. İşdə olan "xxxx" MMC-nin 31 avqust 2015-ci il tarixli 15-758/2 nömrəli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın surətindən görünür ki, X4 məxsus olan İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi 30000 manat və 1,35 hektar kənd təsərrüfatı torpaq sahəsi 1350 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan İddiaçı İsmayıllı rayon İcra şöbəsinə ünvanladığı 06 oktyabr 2015-ci il tarixli ərizədə qeyd etmişdir ki, X2 ona borclu olduğu məbləğin əvəzinə Mayis Abdullayevə məxsus İsmayıllı rayonu Mican kəndində yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsi üzərində olan 30000 manat dəyərində qiymətləndirilmiş fərdi yaşayış evini və Mican kəndində yerləşən 1350 manat dəyərində qiymətləndirilmiş 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qəbul etməsinə etiraz etməmişdir. İşdə olan İsmayıllı rayon İcra və Probasiya şöbəsinin 13 oktyabr 2015-ci il tarixli aktında qeyd edilmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 17 aprel 2015-ci il tarixli 2(037)- 42/2015 nömrəli icra vərəqəsinə əsasən X2 üzərinə həbs qoyulmuş İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin və Mican kəndində yerləşən 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X2 İddiaçı 31350 manat məbləğində borc əvəzinə İddiaçı mülkiyyətinə verildi. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2016-cı il tarixli 407-1918/317 invertar nömrəli fərdi yaşayış evinin texniki pasportunun və həmin tarixli RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətlərindən görünür ki, İsmayıllı rayonu Mican kəndində yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir. İşdə olan İsmayıllı rayon İHB-nin İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyinin 05 noyabr 2019- cu il tarixli 4363 nömrəli arayışından görünür ki, İsmayıllı şəhəri, keçmiş Mican kəndi ərazisində yerləşən ev İddiaçı məxsusdur. Həmin evdə X5, Cavabdeh2 İsrafil qızı, Cavabdeh3 Mayis qızı, Cavabdeh4 Mayis qızı, Cavabdeh5 Mayis qızı və Cavabdeh6 oğlu qeydiyyatdadırlar. İşdə olan İsmayıllı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(037)-42/2015 nömrəli qərardadının surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair Mayis Abdullayevin vəsatəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilmişdir. İşdə olan İsmayıllı Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 2(037)-42/2015 nömrəli qərardadının surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(037)-42/2015 nömrəli qərardadından Mayis Abdullayev tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2021-ci il tarixli 2(107)- 448/2021 nömrəli qərardadının surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 2(037)-42/2015 nömrəli qərardadından Mayis Abdullayev tərəfindən verilmiş şikayət təmin edilmiş və apelyasiya şikayəti apelyasiya icraatına qəbul edilmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli 2(107)- 688/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qətnaməsindən Mayis Abdullayev tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Ali Məhkəmə Mülki Kollegiyasının 05 oktyabr 2021-ci il tarixli 2(102)- 5471/2021 nömrəli qərarının surətindən görünür ki, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli 2(107)-688/2021 nömrəli qətnaməsindən Mayis Abdullayev tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli 2(107)-688/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan İsmayıllı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadının surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2015ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadından şikayət vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair Mayis Abdullayevin vəsatəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadından şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilmişdir. İşdə olan İsmayıllı Rayon Məhkəməsinin 03 dekabr 2020-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadının surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadından Mayis Abdullayev tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 yanvar 2021-ci il tarixli 8(107)-4/2021 nömrəli qərardadının surətindən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadından Mayis Abdullayev tərəfindən verilmiş şikayət təmin edilməmiş və İsmayıllı Rayon Məhkəməsinin 16 noyabr 2020-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdeh X5 аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh X5 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, İsmayıllı rayon İcra qrupunun qanunsuz məktubu ilə onun mülkiyyətində olan yeganə yaşayış evi və yeganə dolanacaq mənbəyi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 19.03.2016-cı ildə əsassız olaraq cavabdehin adına qeydə alınmış və Seriya RX ******* nömrəli Çıxarış verilmişdir. Onun bütün bunlardan heç bir xəbəri olmamışdır. O, uzun müddət Türkiyə Respublikasında yaşamış və işləmişdir. Ailə üzvlərinin də bundan heç bir xəbəri olmamışdır. İddiaçı İsmayıllı rayon məhkəməsinə onun və ailə üzvülərinin fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsini oktyabr 2020-ci il tarixdə alandan sonra xəbəri olmuş, dərhal qətnamə və qərardaddan apellyasiya şikayəti və şikayət vermişdir. Eyni zamanda Sizin rəhbəri olduğunuz İdarəyə 1-ci dəfə 16.11.2020-ci il tarixdə və təkrar olaraq 26.09.2021-ci il tarixdə şikayət yazaraq mülkiyyətində olmuş yeganə yaşayış evinin və yeganə dolanacaq mənbəyi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 19.03.2016cı ildə əsassız olaraq İddiaçı qeydiyyatın etibarsız hesab edilməsi və Seriya RX ******* nömrəli Çixarışın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən qanunsuz olaraq qanunun tələblərinin pozulması ilə verilmiş məktub əsasında hərracdan keçməmiş, hərrac protokolu təqdim edilmədən, İsmayıllı rayon İcra qrupunun qanunsuz məktubu ilə mülkiyyətində olan yeganə yaşayış evi və yeganə dolanacaq mənbəyi olan kənd təsənüfatı təyinatlı torpaq sahəsi 19.03.2016-cı ildə əsassız olaraq cavbadehin adına qeydə alınmış və Seriya RX ******* nömrəli Çixarış verilmişdir. Mülkiyyətində olan yeganə yaşayış evi və dolacaq mənbəyi olan torpaq sahəsi qanunsuz olaraq hərraca çıxarılmadan hüquqların qeydiyyatı üçün əsas olmayan İcra və Probasiya Şöbəsinin əsassız məktubu ilə qeydə alınmışdır. Evdən çıxarılma barədə tələbkar qarşısında onun və digər cavabdehlərin heç bir öhdəliyi olmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin olunması, İsmayıllı rayon məhkəməsinin 28.12.2021-c i il tarixli qətnaməsinin tam ləğv edilməsi, ilkin iddia tələbi üzrə İddiaçı iddia tələbinin rədd olunması, onun cavabdeh İddiaçı və İİİ şəxs DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2016-cı il tarixli RX Seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(037)-26/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, X5 ona olan borcunu ödəyəcəyi təqdirdə evi və torpağı qaytarmağa razıdır. Cavabdehlər X5, Cavabdeh2 İsrafil qızı, X6, Cavabdeh4 Mayis qızı, Cavabdeh5 Mayis qızı və Cavabdeh6 oğlu işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında X5 və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1-ci maddəsində qeyd olunur ki, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İcra haqqında Azərbaycan Respublikası Qanunu: Maddə 45.1. Tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasında ibarətdir. Maddə 53.1. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Qərarlar: “M.Xocalıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04.06.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09.07.2014-cü il tarixli Qərarında qeyd olunur ki, “MPM-in 82.3-cü maddəsinin mənasına görə tərəflərin əvvəlki məhkəmə prosesində malik olduqları prosessual statusdan (iddiaçı və ya cavabdeh qismində) asılı olmayaraq, onların iştirakı ilə qəbul edilmiş və qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar mübahisələndirilmir və yenidən sübut edilmir. Bu əsasa görə də, Konstitusiya Məhkəməsi hesab etmişdir ki, apelyasiya və kassasiya instansiyaları məhkəmələri MPM-in 82.3-cü maddəsini tətbiq etməmiş, mübahisəli torpaq sahəsinin M.Xocalıyevin qanuni istifadəsində olması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edildiyindən bunu sübut etməkdən azad olunan hal kimi qiymətləndirməmişlər. C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06.06.2014-cü il tarixli Qərarında da qeyd olunur ki, “Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qərarda həmçinin, qeyd edilir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz, bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasmı yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23.02.2016-cı il tarixli Qərarında da qeyd olunur ki, “Azərbavcan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırdmış, qiymətləndirilmiş, tələbin və (və va) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.” “M.Əzizovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 aprel 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2002-ci il tarixli 89 nömrəli Qərarında göstərilmişdir ki, fiziki şəxs barəsində icra sənədi icra olunarkən aşağıdakı əmlaklara tələbin yönəldilməsinə yol verilmir: 1) borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə); 2) əsas məşğuliyyəti kənd təsərrüfatı olan borclu və onun ailəsi üçün 1,0 hektaradək kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh X1 Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(037)-26/2021 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin İddiaçı iddiasını təmin, cavabdeh X2 iddiasını rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən qanunun tələblərinin pozulması ilə verilmiş məktub əsasında hərracdan keçməmiş, hərrac protokolu təqdim edilmədən, İsmayıllı rayon İcra qrupunun qanunsuz məktubu ilə mülkiyyətində olan yeganə yaşayış evi və yeganə dolanacaq mənbəyi olan kənd təsənüfatı təyinatlı torpaq sahəsinin 19.03.2016-cı ildə əsassız olaraq cavabdehin adına qeydə alınması ilə bağlı göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, İsmayıllı rayon İcra qurumunun 4 iyun 2015-ci il tarixli 398/2015 nömrəli təqdimatına İsmayıllı Rayon Məhkəməsində 16 iyun 2015-ci ildə baxılaraq 8(037)-101/2015 nömrəli qərardad qəbul edilmişdir ki, həmin qərardadla X10 оğlunun mülkiyyətində olan İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin və 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulmuş və tələb əmlaka yönəldilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 16 iyun 2015-ci il tarixli 8(037)-101/2015 nömrəli qərardadı hal-hazırda qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Eləcə də, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Qeyd olunmalıdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vaxtına və vəsaitinə qənaət edilməsinə xidmət edir. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılımış, qiymətləndirilmiş tələbin (və ya etirazların) predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. İsmayıllı rayon İcra və Probasiya şöbəsinin 01 iyul 2015-ci il tarixli 398/2015 nömrəli qərarı ilə borclu X4 məxsus İsmayıllı şəhəri, Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin və 1,35 hektar kənd təsərrüfatlı torpaq sahəsinin qiymətləndirilməsi üçün "xxxx" MMC-dən qiymətləndirici dəvət edilmişdir. "xxxx" MMC-nin 31 avqust 2015-ci il tarixli 15-758/2 nömrəli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın surətindən görünür ki, X4 məxsus olan İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi 30000 manat və 1,35 hektar kənd təsərrüfatı torpaq sahəsi 1350 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı İsmayıllı rayon İcra şöbəsinə 06 oktyabr 2015-ci ildə ərizə ünvanlayaraq ərizədə qeyd etmişdir ki, X2 ona borclu olduğu məbləğin əvəzinə Mayis Abdullayevə məxsus İsmayıllı rayonu Mican kəndində yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsi üzərində olan 30000 manat dəyərində qiymətləndirilmiş fərdi yaşayış evini və Mican kəndində yerləşən 1350 manat dəyərində qiymətləndirilmiş 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qəbul etməsinə etiraz etmir. İsmayıllı rayon İcra və Probasiya şöbəsinin 13 oktyabr 2015-ci il tarixli aktında qeyd edilmişdir ki, İsmayıllı Rayon Məhkəməsinin 17 aprel 2015-ci il tarixli 2(037)-42/2015 nömrəli icra vərəqəsinə əsasən X2 üzərinə həbs qoyulmuş İsmayıllı rayonu Mican kəndində 0,18 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin və Mican kəndində yerləşən 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X2 İddiaçı 31350 manat məbləğində borc əvəzinə İddiaçı mülkiyyətinə verildi. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 19 mart 2016-cı il tarixli 407-1918/317 invertar nömrəli fərdi yaşayış evinin texniki pasportunun və həmin tarixli RX seriyalı ******* nömrəli çıxarışın təsdiq edilmiş surətlərindən görünür ki, İsmayıllı rayonu Mican kəndində yerləşən 0,18 hektar həyətyanı torpaq sahəsi və üzərində ümumi sahəsi 131,7 kvadratmetr olan fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir. Bütün yuxarıda göstərilən proseslər İcra haqqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tələbin borclunun əmlakına yönəldilməsi, bu əmlakın üzərinə həbs qoyulması ilə başlamış, üzərinə həbs qoyulmuş əmlak həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmadığından, tələbkara təklif olunmuş, tələbkar isə təklif olunmuş qiymətlə həmin əmlakları əldə etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(037)-26/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X5 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(037)-26/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar