Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-518/2025 29.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şəki rayonu Bolludərə Bələdiyyəsinin cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Şəki X8 Mərkəzi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki ərazi şöbəsi və Cavabdeh2nə (üçüncü şəxslər: X6 və X2) qarşı “örüş sahəsinin məqsədli təyinatının dəyişdirilərək əkin dövriyyəsinə daxil edilməsi faktının təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi, qüvvə) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X4 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Şəki rayonu Bolludərə Bələdiyyəsinin cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Şəki X8 Mərkəzi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki ərazi şöbəsi və Cavabdeh2nə (üçüncü şəxslər: X6 və X2) qarşı “örüş sahəsinin məqsədli təyinatının dəyişdirilərək əkin dövriyyəsinə daxil edilməsi faktının təsdiq edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinın 26 fevral 2025-ci il tarixli, e-2(075)-881/2025 nömrəli qərardadından iddiaçı Şəki rayonu Bolludərə Bələdiyyəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Şəki rayonu Bolludərə Bələdiyyəsi mcavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Şəki X8 Mərkəzi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki ərazi şöbəsi və Cavabdeh2nə (üçüncü şəxslər: X6 və X2) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu Bolludərə bələdiyyəsinin mülkiyyətində olan Qaratorpaq kəndinin ərazisində yerləşən əvvəllər Şəki rayonu Çayqaraqoyunlu kənd sakini Maraqlı şəxs1 icarəsində olan sonradan Şəki rayonu Qaratorpaq kənd sakini Maraqlı şəxs2 icarəsinə verilmiş 500 hektarlıq torpaq sahəsinin 165 hektar örüş sahəsinin məqsədli təyinatının dəyişdirilərək əkin dövriyyəsinə daxil edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinın 26 fevral 2025-ci il tarixli, e-2(075)-881/2025 nömrəli qərardadı ilə iddiaçı Şəki rayonu Bolludərə Bələdiyyəsinin cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Şəki X8 Mərkəzi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki ərazi şöbəsi və Cavabdeh2nə (üçüncü şəxslər: X6 və X2) qarşı “örüş sahəsinin məqsədli təyinatının dəyişdirilərək əkin dövriyyəsinə daxil edilməsi faktının təsdiq edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı Şəki rayonu Bolludərə Bələdiyyəsi qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Şəki Rayon Məhkəməsinın 18 mart 2025-ci il tarixli, e-2(075)-881/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. İddiaçı şikayətində göstərmişdir ki, işə baxan birinci instansiya məhkəməsi 2024-cü ildə qəbul edilmiş dəyişikliklərə istinad etmişdir. Halbuki, Şəki rayonu Bolludərə bələdiyyəsinin mülkiyyətində olan Qaratorpaq kəndinin ərazisində yerləşən əvvəllər Şəkirayonu Çayqaraqoyunlu kənd sakini Maraqlı şəxs1 icarəsində olan sonradan Şəki rayonu Qaratorpaq kənd sakini Maraqlı şəxs2 icarəsinə verilmiş 500 hektarlıq torpaq sahəsinin 165 hektar örüş sahəsinin məqsədli təyinatı hələ 2008-ci ildə mövcud qanunvericiliyin tələblərinə uyğun dəyişdirilərək əkin dövriyyəsinə daxil edilmişdir. Bunu təsdiq edən kiayət qədər sənədlər iddia ərizəsinə əlavə edilmişdir. Birinci instansiya məhkəməsinin qeyd etdiyi qaydalar məqsədli kateqoriyası dəyişdirilməmiş torpaq sahəsinin məqsədli təyinatının qaydalarını özündə ehtiva edir, lakin hazırkı halda isə torpaq sahəsinin məqsədli təyinatı Dövlət Proqramı çərçivəsində dəyişdirilmiş, lakin bəzi kiçik məmurların işlərinə səhlənkar yanaşması, ölkə başçısının tapşırıqlarını lazımi qaydada icra etməməsi nəticəsində qeyd edilən torpaq sahəsinin məqsədli kateqoriyasının dəyişdirilməsi faktını şübhə altına almışlar. Buna görə də qeyd edilən örüş sahəsinin məqsədli təyinatının dəyişdirilərək əkin dövriyyəsinə daxil edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi zəruridir. İddiaçı tərəfindən verilmiş iddia tələbinin mahiyyəti torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilməsi yox, artıq uzun illər öncə Ölkə başçısının 2008-ci ildə imzaladığı (2008-2015-ci illər) Dövlət Proqramı çərçivəsində məqsədli təyinatı dəyişdirilərək əkin dövriyyəsinə daxil edilmiş örüş sahəsinin məqsədli təyinatının dəyişdirililməsi faktının müəyyən edilməsidir. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddiaçının məhkəməyə müraciət etmək hüququ süni şəkildə məhdudlaşdırılır. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyətinin torpaq sahəsinin məqsədli təyinatının dəyişdirilməsi yox, artıq uzun illər öncə məqsədli təyinatı dəyişdirilərək əkin dövriyyəsinə daxil edilmiş örüş sahəsinin məqsədli təyinatının dəyişdirililməsi faktının müəyyən edilməsi olmasını aydınlaşdırmamışdır. Belə ki, 2008-ci ildə o dövrün mövcud qanunvericiliyinə uyğun olaraq kənd təsərrüfatı torpaqlarının daxilində olan uqodiyaların (növlərin) birindən digərinə keçid (transfer) olunmuşdur. Bir kateqoriyanın daxilində baş verən proseslərdə heç bir Nazirlər Kabinetinin qərarı tələb olunmur. Əgər kateqoriya daxilindən kənar proses baş verdikdə Nazirlər Kabinetinin qərarı tələb olunur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut edilə bilməmişdir. Belə ki, birinci instasiya məhkəməsi tərəfindən hazırkı qərardad qəbul edilərkən Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1194-VİQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentininbəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan RespublikasıPrezidentinin xx.xx.2024-cü il tarixli 164 nömrəli fərmanının 1.2 və 1.3 maddələrinə istinad etsə də hazırkı mübahisənin həmin fərmanın təsir dairəsinə düşməsi sübut edilməmişdir. Əksinə iddia ərizəsinə əlavə edilmiş sənədlərlə tam təsdiq edilir ki, qeyd edilən torpaq sahəsinin məqsədli təyinatı Ölkə başçısının qeyd edilən fərmanı qəbul etməmişdən 16 il öncə Dövlət Proqramı çərçivəsində dəyişdirilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən göstərilən nəticə işin hallarına uyğun gəlmir. Belə ki, iddiada qeyd olunan yekunlaşmış sənədləşmə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 2008-2015-ci illər ərzaq təhlükəsizliyinin təmin olunmasına dair Dövlət Proqramı əsasənda Nazirlər Kabinetinə qədər o dövrün qanunvericiliyinə əsasən aparılmışdır. Birinci instansiya məhkəməsinin istinad etdiyi Prezidentin xx.xx.2024-cü il tarixli 164 nömrəli fərmanın hər hansı bəndinin təsiri altına düşə bilməz. Çünki istinad olunan fərmandan 16 il əvvəl Cənab Prezidentin inzaladığı Dövlət Proqramına əsasən yekunlaşmış ölkə üçün mühüm olan hadisədən əvvəl tətbiq etmək olmaz. Cənab Prezidentin imzaladığı hər hansı sənədləşməyə istinad edərkən Prezidentin digər imzalamış Dövlət Proqramını nəzərdən qaçırmağın düzgün olmadığını hesab edir. Əksinə hansısa bir qurumun kiçik işçisinin ərzaq təhlükəsizliyinə maneçiliyi Dövlət Başçısının imzaladığı Dövlət Proqramına kölgə salmaq cəhdinə məhkəmə orqanı tərəfindən mövqe bildirilməlidir. Odur ki, Şəki Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, e-2(075)-881/2025 saylı qərardadının ləğv edilməsi, verilmiş iddia ərizəsinin icraata götürülməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinın 26 fevral 2025-ci il tarixli, e-2(075)- 881/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı iddia tələbindən görünür ki, iddiaçı Şəki rayonu Bolludərə bələdiyyəsinin mülkiyyətində olan Qaratorpaq kəndinin ərazisində yerləşən əvvəllər Şəki rayonu Çayqaraqoyunlu kənd sakini Maraqlı şəxs1 icarəsində olan sonradan Şəki rayonu Qaratorpaq kənd sakini Maraqlı şəxs2 icarəsinə verilmiş 500 hektarlıq torpaq sahəsinin 165 hektar örüş sahəsinin məqsədli təyinatının dəyişdirilərək əkin dövriyyəsinə daxil edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12 aprel 2019-cu il tarixli Qərarının 1.3-cü bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Həmin Məcəllənin 12-ci maddəsinin 5-ci bəndinə əsasən bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1194-VİQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli 164 nömrəli fərmanının 1.2-ci bəndinə əsasən Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü hissəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; 1.3-cü bəndinə əsasən həmin Məcəllənin 12-ci və 13-1-ci maddələrinin 5-ci hissələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2024-cü il tarixli 201 nömrəli Fərmanı ilə təsdiq edilmiş Torpaqların kateqoriyala aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydalarının 1.5-ci bəndinə əsasən kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyası daxilində əkin, çoxillik əkmələrin altında olan kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının bir-biri arasında dəyişdirilməsi halları istisna olmaqla, kateqoriya daxilində torpaqların məqsədli təyinatının dəyişdirilməsi Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Göründüyü kimi iddiaçı Şəki rayonu Bolludərə Bələdiyyəsi bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların digər kateqoriyalara keçirilməsi inzibati orqan olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilməlidir. Kollegiya şikayətin 500 hektarlıq torpaq sahəsinin 165 hektar örüş sahəsinin məqsədli təyinatının hələ 2008-ci ildə mövcud qanunvericiliyin tələblərinə uyğun dəyişdirilərək əkin dövriyyəsinə daxil edilməsi, bunu təsdiq edən kiayət qədər sənədlərin iddia ərizəsinə əlavə edilməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12 aprel 2019cu il tarixli Qərarının 1.2-ci bəndində göstərilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Qeyd olunanlardan göründüyü kimi iddiaçı Şəki rayonu Bolludərə Bələdiyyəsi örüş sahəsinin məqsədli təyinatının dəyişdirilərək əkin dövriyyəsinə daxil edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin imtina etdiyi halda isə aidiyyəti inzibati məhkəməyə, əgər 500 hektarlıq torpaq sahəsinin 165 hektar örüş sahəsinin məqsədli təyinatı hələ 2008-ci ildə dəyişdirilərək əkin dövriyyəsinə daxil edilmişdirsə, iddiaçı təşkilat həmin torpaq sahəsinin əkin təyinatlı torpaq sahəsi kimi qeydiyyata alınması məqsədi ilə aidiyyyəti üzrə daşınmaz əmlakın dövlət reyestri xidmətinin müvafiq ərazi idarəsinə, daşınmaz əmlakın dövlət reyestri xidmətinin müvafiq ərazi idarəsi imtina etdiyi halda isə aidiyyəti inzibati məhkəməyə müraciət etməli olduğu halda, yanlış olaraq faktın müəyyən edilməsinə dair tələblə Şəki Rayon Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarında məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ fəsillərinin aidiyyətlə bağlı müddəları rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinın 26 fevral 2025-ci il tarixli, e-2(075)-881/2025 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinın 26 fevral 2025-ci il tarixli, e-2(075)-881/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı Şəki rayonu Bolludərə Bələdiyyəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinın 26 fevral 2025-ci il tarixli, e-2(075)-881/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-518/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-518/2025
29.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver