Məhkəmə qərarları › İş №2(107)-52/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-52/2021

03.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-52/2021 03.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Hüseynov Mirbahəddin Mirdamət oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdehlər - Cavabdeh1 və Cavabdeh2 vəkili X7 iştirakı ilə Ağsu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(016)-106/2019 saylı qətnaməsindən X4 tərəfindən verilmiş apellyаsiyа şikаyətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(016)-106/2019 saylı qətnaməsi ilə (hakim Tahir İsmayılov) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına zəbt etdikləri torpaq sahəsindən çıxarılmaları və qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)-2316/2019 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilmiş, Ağsu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(016)-106/2019 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına zəbt etdikləri torpaq sahəsindən çıxarılmasına və qanunsuz hərəkətlərinə son qoyulması barədə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağsu rayon Padar bələdiyyəsi ilə İddiaçı aralarında olan xx xxxxxxx 2018-ci il tarixli icarə müqaviləsi əsasında İddiaçı icarəsində olan 1.92 ha torpaq sahəsindən çıxarılması qət edilmişdir. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)-2316/2019 saylı qərardadı ilə Ağsu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(016)-106/2019 saylı qətnaməsi qarşılıqlı iddia tələbinin təmin edilməsi hissədə ləğv edilmiş, iddiaçılar X11, Cavabdeh1, X21, Cavabdeh2, X9 və X3 cavabdehlər İddiaçı və Ağsu rayon Padar Bələdiyyəsinə qarşı xx xxxxxxx 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsinin bаxılmаmış sаxlаnması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-358/2020 saylı qərarı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyаsiyа Məhkəməsinin Mülki kollegiyаsının xx xxxxxxxx 2019-cu il tarixli, 2(107)-2316/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinin göndərilmişdir. İşin halları: İddiaçı X1 Namiq Əhməd oğlu və Cavabdeh2 qarşı özbaşına zəbt etdikləri torpaq sahəsindən çıxarılmasına və qanunsuz hərəkətlərinə son qoyulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mübahisəli ərazinin yerləşdiyi torpaq sahəsini xx xxxxxxx 2018-ci ildə icarə müqaviləsi qaydasında əldə etmişdir. Ağsu rayon Padar bələdiyyəsi ilə aralarında olan icarə müqaviləsi Ağsu rayon Dövlət Notariat Kontorunda xx xxxxxxx 2018-ci ildə rəsimləşdirilmiş və icarə müqaviləsinin müddəti isə xx xxxxxxx 2033cü il (iddia ərizəsində səhvən 2013-cü il qeyd edilmişdir) tarixə kimi müəyyən edilmişdir. Lakin Ağsu rayonu, Padar kənd sakinləri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir qanuni əsas olmadan və heç bir hüquqverici sənədi olmadan onun qanunla müəyyən edilmiş icarə hüququnu pozaraq torpaq sahəsini bütünlükdə zəbt edərək oranı şumlatmağa cəhd göstərirlər. O, cavabdehlərdən qanunsuz hərəkətlərinə son qoymalarını və zəbt etdikləri torpaq sahəsindən çıxmalarını tələb edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxarılmasına və qanunsuz hərəkətlərinə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. X11, Cavabdeh1, Cavabdeh2, X21, X9 və X2 X12, Ağsu rayonu Padar Bələdiyyəsinə qarşı xx xxxxxxx 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək göstərmişlər ki, mübahisə predmeti olan torpaq sahəsini xx xxxxxxx 2018-ci ildə Ağsu rayonu Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş icarə müqaviləsi əsasında icarəyə götürməsini, həmin müqavilənin xx xxxxxxx 2013-cü ilə kimi olan müddətdə qüvvədə olmasını bildirmişdir. İddiaçı müddəti belə düzgün müəyyən edə bilməmişdir və müddəti geriyə hesablmışdır. İddiaçı torpaq sahəsinin icarəyə götürdüyünü qeyd etdiyi halda, torpaq sahəsi üzərində mülkiyyət hüququnun onların tərəfindən pozulduğunu bildirir. Yəni, iddiaçı icarə hüququ ilə mülkiyyət hüququnu fərqləndirə bilməmişdir. Onların qanunsuz hərəkətlərinə son qoyulmasını tələb edir. Lakin onların qanunsuz hərəkətlərinin konkret olaraq nədən ibarət olmasını açıqlamır. İddiaçı öz qanunsuz hərəkətləri ilə bir ailənin üzvləri olan 6 nəfər paylı mülkiyyətçilərin, yəni, Kütahı, Namiq, İlqar, Natiq, Kifayət və Nahidə Qarakişiyevlərin hüquqlarını pozmuşdur. Belə ki, Ağsu rayon X19 xx xxxxxx 1998-ci il tarixli 14 saylı qərarı ilə 6 nəfər paylı mülkiyyətçinin mülkiyyətinə Ağsu rayon Padar kəndi ərazisində 12.66 ha torpaq sahəsi verilmişdir. Bu barədə adlarına Ağsu rayon Torpaq şöbəsi tərəfindən xx xxxxx 1999-cu il tarixli Jn-0012, kod-40914028 olan torpağa mülkiyyət hüququna dair Dövlət aktı, Torpaq sahəsinin cizgisi (planı) və qaiməsi(sertifikatı) tərtib edilərək verilmişdir. İddiaçı torpaq sahəsinin onların tərəfindən özbaşına zəbt edildiyini bildirir. Əslində isə həmin torpaq sahəsi mülkiyyətlərinə verilmiş, lakin sel yuyub apardığından və eləcədə daş və koldan təmizləmək mümkün olmadığından torpaq sahələrinin əvəzində ölçülərək aktla onlara verilmişdir. Bu barədə 7 nəfərin iştirakı ilə tərtib edilmiş xx xxxx 2015-ci il tarixli akt vardır. İddiaçı iddia ərizəsində istinad etdiyi hüquq normaları mülkiyyət hüququ ilə bağlı olduğundan hazırki iddiaya heç bir aidiyyəti yoxdur. Ağsu rayon Padar Bələdiyyəsi xx xxxx 2015-ci il tarixli akta əsasən bələdiyyənin ehtiyyat fondundan 11.80 ha torpaq sahəsini Kütahı Qarakişiyevaya və ailə üzvlərinə vermişdir. İddiaçı mübahisələndirdiyi torpaq sahəsini 2 il ardıcıl olaraq ona haqqı ödənilməklə icarəsinə vermişlər. Sonuncu isə onların humanist addımlarından istifadə edərək Padar Bələdiyyəsinə müraciət edərək həmin sahəni icarəyə götürmüşdür. Padar Bələdiyyəsi isə həmin torpaq sahəsini icarəyə verən zaman onlara heç bir xəbərdarlıq etməmişdir. Qeyd etdiklərini nəzərə alaraq ilkin iddia tələbinin rədd edilməsi və Ağsu rayon Padar Bələdiyyəsi ilə X20 arasında bağlanmış xx xxxxxxx 2018-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci instаnsiyа məhkəməsinin iclasında X4 ilkin iddia ərizəsini müdafiə edərək, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, həmin torpaq sahəsini 1997-ci ildən əkməklə istifadə edir. Cavabdehlərə ona verilən torpaq sahəsinin yuxarı hissəsindən əkin yeri verilmişdir. Lakin 2005-ci ildə sel həmin sahələri yuyub aparmışdır. Mübahisəli ərazinin yerləşdiyi torpaq sahəsini xx xxxxxxx 2018-ci ildə icarə müqaviləsi qaydasında əldə etmiş, Ağsu rayon Padar bələdiyyəsi ilə aralarında olan icarə müqaviləsi Ağsu rayon Dövlət Notariat Kontorunda xx xxxxxxx 2018-ci ildə rəsimləşdirilmiş və icarə müqaviləsinin müddəti isə xx xxxxxxx 2033-cü ilə kimi müəyyən edilmişdir. Cavabdehlərlə onun torpaq sahələri tamamilə ayrıdır, təxminən 70-80 metr ara məsafəsi vardır. Hazırda isə cavabdehlər onun yerini zəbt etməklə şumlayırlar. Qarşı tərəf onun icarəyə götürdüyü torpaq sahəsinin onların mülkiyyətində olduğunu qeyd edir. Belə olsaydı onların əlində icarəyə götürdüyü torpaq sahəsinin xəritəsi, torpağın planı, torpaq sahəsinin kadastr göstəriciləri olan Dövlət aktı olmalıydı. Lakin qarşı tərəfin əlində heç bir dövlət aktı yoxdur. İcarəyə götürmüş olduğu 1.92 ha torpaq örüş-otlaq sahəsi Dövlət Akti ilə onların mülkiyyətində olsaydı, onda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi həmin sahəni hərraca çıxarmazdı. İcarəyə götürdüyü torpaq sahəsi örüş-otlaq sahəsidir. Cavabdeh1 həmin sahəyə girəcəyi halda onu nalayiq sözlərlə təhqir edir. Qarşı tərəf dövlət tərəfindən verilmiş torpaq sahəsini sel apardığına görə həmin torpaq sahəsinin əvəzində digər ərazidən, yəni onun icarəyə götürdüyü örüş-otlaq sahəsindən yeddi nəfərin iştirakı ilə tərtib edilmiş xx xxxx 2005-ci il tarixli akt vardır. Həmin akta imza atanların dövlət adından kimsəyə örüş sahəsindən əkin üçün pay torpağı verməyə ixtiyarları yoxdur. Həmin məsələ ilə bağlı yuxarı aidiyyəti orqanlara müraciət edilməli, fövqaladə hal baş verdiyinə görə Qarakişiyevlərə yenidən əkinə yararlı torpaq sahəsi verilməsi məsələsini qaldıra bilərdilər. Lakin bunu heç bir təşkilat etməmişdir. Həmin aktın hansısa idarədə qeydiyyata alınamsına inanmır. Odur ki, tələbinin təmin olunmaqla cavabdehlərin həmin torpaq sahəsindən çıxarılmasını, qarşılıqlı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Birinci instаnsiyа məhkəməsinin iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı qeyd edilən mülki iş üzrə mübahisə predmeti olan torpaq sahəsini xx xxxxxxx 2018-ci il tarixdə Ağsu rayonu Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş icarə müqaviləsi əsasında icarəyə götürməsini və həmin müqavilənin xx xxxxxxx 2033-cü ilə kimi olan müddətdə qüvvədə olmasını bildirir. Göründüyü kimi iddiaçı müddəti belə düzgün müəyyən edə bilməmişdir və müddəti geriyə hesablamışdır; iddiaçı torpaq sahəsinin icarəyə götürdüyünü qeyd etdiyi halda, torpaq sahəsi üzərində mülkiyyət hüququnun onlar tərəfindən pozulduğunu bildirir, yəni iddiaçı icarə hüququ ilə mülkiyyət hüququnu fərqləndirə bilməmişdir; iddiaçı onların qanunsuz hərəkətlətinə son qoyulmasını tələb edir. Lakin onların qanunsuz hərəkətlərinin konkret olaraq nədən ibarət olmasını açıqlamır. Əslində isə X29 öz qanunsuz hərəkətləri ilə bir ailənin üzvləri olan onların, 6 (altı) nəfər paylı mülkiyyətçilərin, yəni Kütahı, Namiq, İlqar, Nahidə, Kifayət və Natiq Qarakişiyevlərin hüquqlarını pozmuşdur. Belə ki, Ağsu rayon X19 xx xxxxxx 1998-ci il tarixli 14 saylı qərarı ilə onlar 6 nəfər paylı mülkiyyətçilərin mülkiyyətinə Ağsu rayonunun Padar kəndi ərazisində 12.66 hektar torpaq sahəsi verilmişdir. Bu barədə onlar mülkiyyətçilərin adına Ağsu rayon Torpaq şöbəsi tərəfindən xx xxxxx 1999-cu il tarixli JN:0012;KOD:40914028 olan torpağa mülkiyyət hüququna dair Dövlət aktı, Torpaq sahəsinin çizgisi (planı) və qaiməsi (sertifikatı) tərtib edilərək verilmişdir; iddiaçı mübahisəli torpaq sahəsinin onlar tərəfindən özbaşına zəbt edildiyini bildirir. Əslində isə həmin torpaq sahəsi onların mülkiyyətinə verilmiş, lakin sel yuyub apardığından və eləcə də daş və koldan təmizləmək mümkün olmadığından torpaq sahələrinin əvəzində ölçülərək aktla onlara verilmişdir. Bu barədə 7 nəfərin iştirakı ilə tərtib edilmiş xx xxxx 2015-ci il tarixli akt vardır. X23 iddia ərizəsində istinad etdiyi hüquq normaları mülkiyyət hüququ ilə bağlı olduğundan hazırki iddiasına heç bir aidiyyəti yoxdur. Odur ki, iddiaçının tələbinin rədd edilməsinə, iddialarının isə təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən X4 apellyаsiyа şikаyəti vermişdir. Apellyаsiyа şikayətinin dəlilləri: Apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, mübahisəli ərazinin yerləşdiyi torpaq sahəsini xx xxxxxxx 2018-ci ildə icarə müqaviləsi qaydasında əldə etmişdir. Ağsu rayon Padar bələdiyyəsi ilə aralarında olan icarə müqaviləsi Ağsu rayon Dövlət Notariat Kontorunda xx xxxxxxx 2018-ci ildə rəsimləşdirilmiş və icarə müqaviləsinin müddəti isə xx xxxxxxx 2033cü ilə kimi müəyyən edilmişdir. Cavabdehlərlə onun torpaq sahəsi tamamilə ayrıdır, təxminən 70-80 metr ara məsafəsi vardır. Hazırda isə cavabdehlər onun yerini zəbt etməklə şumlayırlar. Qarşı tərəf onun icarəyə götürdüyü torpaq sahəsinin onların mülkiyyətində olduğunu qeyd edirlər. Belə olsaydı onların əlində mülkiyyətlərinə verilmiş torpaq sahəsinin xəritəsi, torpağın planı, torpaq sahəsinin kadastr göstəriciləri olan Dövlət aktı olmalıydı. Lakin qarşı tərəfin əlində heç bir dövlət aktı yoxdur. İcarəyə götürmüş olduğu 1.92 ha torpaq örüş-otlaq sahəsi Dövlət akti ilə onların mülkiyyətində olsaydı, onda Əmlak Məsələləri üzrə Dövlət Komitəsi həmin sahəni hərraca çıxarmazdı. İcarəyə götürdüyü torpaq sahəsi örüş-otlaq sahəsidir. Həmçinin qarşı tərəfə qeyri-qanuni akt əsasında verilmiş torpaq sahəsinin ərazisi tam göstərilməmiş, həmin torpaq sahəsinin onun istifadəsində olan torpaq sahəsinin yerində yerləşməsi göstərmişdir. Həmin akt müavfıq icra hakimiyyətində qeydiyyatdan keçməmiş, yalnız qarşı tərəfin susdurulmasına yönəldilmiş aktdır. Bundan əlavə qarşı tərəfə ayrılmış torpaq sahələri Bələdiyyənin ehtiyat fondunda yerləşən və heyvandarlığın inkişafı üçün ayrılmış torpaq sahələridir. Qarşı tərəfin həmin torpaq sahələrinə dair heç bir hüquq müəyyən edici sənədləri mövcud deyildir. Ona görə də, Ağsu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(016)-106/2019 saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini və qarşılıqlı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili X13 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsi və Ağsu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(016)-106/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. X4 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasına səhhəti ilə əlaqədar gələ bilmədiyi üçün üzrlü sayılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, Apellyаsiyа instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyаsiyа şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyаsiyа instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyаsiyа şikayətinin dəlillərinə hüquqi qiymət verərək, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(102)-358/2020 saylı qərarında göstərilənləri əsas tutaraq hesab edir ki, apellyаsiyа şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(016)-106/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X33 tərəfindən tərtib edilmiş A 257056 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Ağsu rayonu Padar Bələdiyyəsinə bələdiyyə torpağından kənd təsərrüfatı təyinatlı torpaqlar kimi 1.92 ha torpaq sahənin planı tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Ağsu rayon Padar Bələdiyyəsi ilə Ağsu rayonu, Padar kənd sakini X20 arasında Ağsu rayon Dövlət notariat kontorunda bağlanmış xx xxxxxxx 2018-ci il tarixli icarə müqaviləsinin təsdiq edilmiş surəti ilə müəyyən edilir ki, Ağsu rayonu, Külüllü kəndində yerləşən ümumi sahəsi 1.92 ha torpaq sahəsi illik 99.00 manat icarə haqqı ödənilməklə xx xxxxxxx 2033-cü ilə kimi icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş JN-0012, kod 40914028 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq edilmiş surəti ilə müəyyən edilir ki, X11, Cavabdeh2, Cavabdeh1, X21, X5 və X6 mülkiyyətlərinə Ağsu rayon X19 xx xxxxxx 1998-ci il tarixli, 14 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 12.66 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Ağsu rayonu, Külüllü kəndində Ağsu rayon Yerquruluşu İdarəsinin işçiləri, Padar Bələdiyyəsinin sədri və üzvləri, Külüllü kənd sakini X8 iştirakı ilə xx xxxx 2005-ci il tarixdə tərtib edilmiş aktla müəyyən edilir ki, 14 saylı torpaq sahəsi yerində yoxlanılarkən sel yuyub torpağı yararsız hala saldığı üçün komissiya həmin sahədən istifadə olunmasını qeydi-mümkün hesab etmiş, Kütahı Qarakişiyevaya başqa bir sahədə 11.80 ha bölgüyə düşməyən dövlət aktında göstərilən qədər torpaq sahəsi verilməsi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim edilmiş xx xxxxxx 2019-cu il tarixli, 02/0019 saylı mütəxəssis rəyindən görünür ki, icarə müqaviləsi əsasında X12 Ağsu rayonunun Külüllü kəndində icarəyə verilmiş 1.92 ha torpaq sahəsinin sərhədləri A 257056 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında naturada müəyyən edilmişdir. Cavabdeh2, Cavabdeh1 və digər ailə üzvlərinə Ağsu rayon X19 xx xxxxxx 1998-ci il tarixli, 14 saylı qərarı ilə Ağsu rayonunun Külüllü kəndində mülkiyyətinə verilmiş 12.66 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahəsindən, 12B nömrəli çevrədə verilmiş 11.8 ha torpaq sahəsi (Girdman çayının kənarında olan) sel suları yuyub apararaq istifadəsiz hala saldığından naturada sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Ağsu rayon Padar Bələdiyyəsi tərəfindən yaradılmış 7 nəfərdən ibarət komissiya xx xxxx 2005-ci ildə sel sularına məruz qalmış əraziyə baxış keçirmiş və müvafiq akt və sxem tərtib etmişlər. Həmin akta əsasən Cavabdeh2, Cavabdeh1 və digər ailə üzvlərinə Külüllü kəndində bələdiyyə mülkiyyətinə aid olan daşlı, kollu ərazidən 11.80 ha torpaq sahəsi ayrılaraq verilmişdir. Cavabdehlər tərəfindən ayrılmış ərazi əkinə yararlı vəziyyətə gətirilmiş, hal-hazırda cavabdehlərin istifadəsindədir. X29 tərəfindən cavabdehlərin mülkiyyətində olan torpaq sahəsindən naturada istifadə edilmir. Lakin Cavabdeh2, Cavabdeh1 və digər ailə üzvlərinə Külüllü kəndində bələdiyyə mülkiyyətinə aid olan daşlı, kollu ərazidən 2005-ci ildən istifadələrinə verilmiş 11.80 ha torpaq sahəsindən 1.92 ha torpaq sahəsini Ağsu rayon Padar Bələdiyyəsi xx xxxxxx 2018-ci il tarixdə A 257056 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında X4na icarəyə verilmişdir. X20 iddia tələbində mübahisəli ərazinin yerləşdiyi torpaq sahəsini xx xxxxxxx 2018-ci ildə icarə müqaviləsi qaydasında əldə etdiyini, Ağsu rayon Padar bələdiyyəsi ilə aralarında olan icarə müqaviləsini Ağsu rayon Dövlət Notariat Kontorunda xx xxxxxxx 2018-ci ildə rəsimləşdirildiyini və icarə müqaviləsinin müddəti isə xx xxxxxxx 2033-cü il (iddia ərizəsində səhvən 2013-cü il qeyd edilmişdir) tarixə kimi müəyyən edildiyini, lakin Ağsu rayonu, Padar kənd sakinləri olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir qanuni əsas olmadan və heç bir hüquqverici sənədi olmadan onun qanunla müəyyən edilmiş icarə hüququnu pozaraq torpaq sahəsini bütünlükdə zəbt edərək oranı şumlatmağa cəhd göstərdiklərini, ona görə də, cavabdehlərdən qanunsuz hərəkətlərinə son qoymalarını və zəbt etdikləri torpaq sahəsindən çıxmalarını tələb etdiyini göstərmişdir. Tələbin əsasını mübahisəli ərazinin yerləşdiyi torpaq sahəsini xx xxxxxxx 2018-ci ildə icarə müqaviləsi əsasında əldə etməsi, cavabdehlərlə onun torpaq sahələri tamamilə ayrı olmaqla təxminən 70-80 metr ara məsafəsi olması təşkil edir. Cavabdeh tərəf isə iddiaya etirazın əsası kimi İddiaçı öz qanunsuz hərəkətləri ilə bir ailənin üzvləri olan onların, 6 (altı) nəfər paylı mülkiyyətçilərin, yəni Kütahı, Namiq, İlqar, Nahidə, Kifayət və Natiq Qarakişiyevlərin hüquqlarınıpozmasını, iddiaçı mübahisəli torpaq sahəsinin onların tərəfindən özbaşına zəbt edildiyini bildirir. Əslində isə həmin torpaq sahəsi onların mülkiyyətinə verilmiş, lakin sel yuyub apardığından və eləcə də daş və koldan təmizləmək mümkün olmadığından torpaq sahələrinin əvəzində ölçülərək 7 nəfərin iştirakı ilə tərtib edilmiş xx xxxx 2015-ci il tarixli aktın onlara verilməsinə istinad etmişlər İş materiallarına əlavə olunmuş Ağsu Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(016)-465 saylı qətnaməsinin surətindən görünür ki,iddiaçılar X14 və qeyrilərinin X12, Ağsu rayon Padar bələdiyyəsinə, Ağsu rayon Dövlət notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı X27rşı Ağsu rayon Padar bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 10 saylı qərarının, xx.xx.2018-ci il tarixli icarə müqaviləsinin və onun əsasında verilmiş Çıxarışın , torpaq sahəsinin plan və ölçü sənədlərinin ləğv edilməsinə dair iddia iddia tələbi təmin edilərək Ağsu rayon Padar bələdiyyəsinin xx xxxxxxx 2018-ci il tarixli, 10 saylı qərarı, Ağsu rayon Padar bələdiyyəsi ilə X17 arasında Ağsu rayon Dövlət notariat kontorunda bağlanmış xx xxxxxxx 2018-ci il tarixli icarə müqaviləsi və onun əsasında X10 adına tərtib edilmiş ********** qeydiyyat nömrəli, xx xxxxxx 2019-cu il tarixli hüquqların dövlət qeydyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış, A 401029 saylı torpaq sahəsinin planı və ölçü sənədi ləğv edilmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2020 ci il tarixli 20/1430-2020 saylı məktububdab məlum olur ki, həmin qətnamə qanuni güvvəsini almaqla icraya yönəlmişdir. Göründüyü kimi, iddiaçının istinad etdiyi icarə müqaviləsi və onun əsasında verilmiş hüquq müəyyənedici sənədlər qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ləğv edilmişdir. Belə olan halda X23 hazırkı iddiia tələblərinin qanuni əsası qalmamışdır. Belə olan halda iddia əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əəsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyаsiyа şikayəti təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(016)-106/2019 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: X4 apellyаsiyа şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(016)-106/2019 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar