Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-523/2022 05.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: şəxsin ölmüş elan edilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(033)-102/2022 nömrəli qətnaməsindən iş üzrə Ərizəçi və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 06.10.1943-cü il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində doğulmuş X4 və 13.04.1946-cı il tarixdə Zaqatala rayonu Yuxarı Tala kəndində doğulmuş X1 ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 07 sentyabr 2021-ci il tarixdə verilmiş 1082 nömrəli arayışdan görünür ki, aparılmış şifahi sorğu qeydlərinə əsasən X10 və X9 1970-ci illərdən Yuxarı Tala kəndindən Rusiya Federasiyasına getmişlər. Zaqatala rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən 07 sentyabr 2021-ci il tarixdə verilmiş 1081 nömrəli arayışdan görünür ki, mərhum-X2 miras qalmış Zaqatala rayonu Yuxarı Tala kəndində yerləşən fərdi yaşayış evində aparılmış şifahi sorğu qeydlərinə əsasən hal-hazırda heç kim yaşamır. Zaqatala rayon İcra Hakimiyyəti Zaqatala rayon Dövlət Arxivi tərəfindən 30 avqust 2021-ci il tarixdə verilmiş 5369 nömrəli arxiv arayışından görünür ki, mərhum X5 Yuxarı Tala kənd ZDS İ/K-nin 1945-1947-ci illərin təsərrüfatbaşına kitablarında ailə tərkibi aşağıdakı kimidir: X11, X7, X12, X13, X6, X10 və X9. Zaqatala rayon polis şöbəsi tərəfindən 16 sentyabr 2021-ci il tarixdə verilmiş məktubdan görünür ki, Zaqatala rayonu Yuxarı Tala kənd sakinləri 06.10.1943-cü il təvəllüdlü X10 və 13.04.1946-cı il təvəllüdlü X9 Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsini almamışlar. Maraqlı şəxs tərəfindən 08 sentyabr 2021-ci il tarixdə verilmiş 05/Q-1515/69 nömrəli arayışdan görünür ki, 06 oktyabr 1943-cü il təvəllüdlü X4 atası X11, anası isə X3r. Maraqlı şəxs tərəfindən 08 sentyabr 2021-ci il tarixdə verilmiş 05/Q-1524/69 nömrəli arayışdan görünür ki, 13 aprel 1946-cı il təvəllüdlü X1 atası X11, anası isə X3r. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, X10 və X9 onun anasının doğma qardaşlarıdır, yəni onun dayılarıdır. X10 06.10.1943-cü il tarixdə, X9 isə 13.04.1946-cı il tarixdə Yuxarı Tala kəndində doğulmuşlar. Onlar 1970-ci illərdə Rusiya Federasiyasına getmişlər və bir daha geri qayıtmamışlar. Onların Rusiya Federasiyasına getmələri barədə Yuxarı Tala kənd icra nümayəndəliyinin də arayışı və kənd sakinlərinin tərtib etdiyi akt vardır. Bu vaxt ərzində onlardan heç kimin xəbəri olmamış, onlar haqqında heç bir məlumat bilinməmişdir. Maraqlı şəxs verdiyi məktubdan görünür ki, onlar haqqında heç bir nikah və ölüm aktı aşkar olunmamışdır. Zaqatala rayon Polis Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, onlar Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almamışlar, yəni Azərbaycan Respublikasının vətəndaşı olmamışlar. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən verilmiş məktubdan görünür ki, X1 və X4 ölkə ərazisində yaşayış yeri üzrə qeydiyyatları barədə məlumat müəyyən edilməmişdir. Beləliklə, onlar barədə heç bir yerdə məlumat tapılmamışdır. Hesab edir ki, onların ölmüş elan edilməsi üçün kifayət qədər sübut və əsaslar vardır. X21 kəndində ata və babasından qalmış həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi vardır. Həmin əmlaklar onun tərəfindən idarə olunur. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün onların ölüm kağızının əldə edilməsi zəruridir. Maraqlı şəxsnə ölüm haqqında şəhadətnamələri almaq üçün müraciət etmişdir. Maraqlı şəxsndə onlar barədə ölüm aktı tapılmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilərək məhkəməyə müraciət etməsi tövsiyyə olundu. Buna görə də, X1 və X4 ölmüş elan edilməsi ilə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Qeyd etdiyi faktları ərizəyə əlavə etdiyi sənədlər və şahidlər təsdiq edə bilərlər. Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) 12 yanvar 2022-ci il tarixli, 2(033)-102/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizəçidə X10 və X1 Rusiya Federasiyasına getməsi barədə məlumat olsa da, onların nə ölkə ərazisində axtarışı, nə də ki Rusiya Federasiyası ərazisində axtarışı ilə bağlı hər hansı aktiv hərəkətlər edilməmişdir. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd edilən hallar sübut edilmədiyindən ərizəçinin iddiası əsaslı sayıla bilməz. Ərizəçinin tələbinin təmin edilməsi üçün işdə hər hansı bir əsas mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin edilə bilməz. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddənin İİ hissəsi, 127-ci maddənin Vİİ hissəsi, 60-cı maddəsinin birinci hissəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2-ci 77.1, 107, 119.1, 217.1, 217.2, 217.3, 217.4, 218.3, 305.1, 305.1.2, 312, 313 və 315.2-ci maddələri və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Məhkəmə qətnaməsi maddi ve prosessual normalarının düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi qətnamədə göstərilmiş nəticənin işin hallarına uyğun gəlməməsi ilə müşahidə olunur. Məhkəmə qətnaməsi yalnız formal mülahizələrdən ibarətdir. Mahiyyəti üzrə düzgün olmayan qətnamədir. Beləliklə, məhkəmə maddi hüquq normasının tələblərini pozaraq qanunsuz qətnamə çıxarmışdır. Qeyd edilənlərə əsasən Zaqatala Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(033) -102/2022 saylı qətnaməsinin ləğv edilməsi və X4 və X1 ölmüş elan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən obyektiv araşdırma aparılmamışdır. Belə ki, dayıları uzun illər bundan əvvəl Rusiya Fedarasiyasına getmiş və orada yaşamışlar. Hazırda onların harada yaşaması, sağ olub-olmamaları barədə məlumatları yoxdur. Ona görə də apellyasiya şikayətini təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Tətbiq edilən hüquq “Azərbaycan Respublikası Konstitusiyasının: 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 41. Fiziki şəxsin ölmüş elan edilməsi. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1 və 305.1.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Zaqatala Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(033)-102/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(033)-102/2022 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının; 9.3-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.5-ci bəndində qeyd edilmişdir ki, şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Mülki prosessual qanunverciliyə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qayadasında baxır və məhkəmə hüquqi əhəmiyyəti olan o faktları müəyyən edir ki, həmin faktlar fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsi ilə bağlı olur (MPM-nin 305.1, 305.1.1, 307.1-ci maddələri). Göründüyü kimi hüquqi əhəmiyyəti olan faktlarhüquqların əmələ gəlməsini, dəyişdirilməsini və xitam verilməsinin asılı olduğu faktlardır. Qanun, hüquqi faktlarla fiziki və hüquqi şəxslərin əmlak hüquqlarının yaranmasını, dəyişməsini və xitam edilməsini əlaqələndirir. Hüquq əhəmiyyətli olan bir sıra faktlar qanunla müəyyən edilən qaydada qeydə alınırlar və onların mövcudluğu qeydə alan orqanın verdiyi müvafiq sənədlə rəsmişləşdirilir. Nəzərə alınmalıdır ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (MPM-nin 308-ci maddəsi). Müvafiq sənədlərin başqa qaydada alına bilməməsi dedikdə-həmin faktın qeydiyyatının mövcud olmaması; faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü; hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi; həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılır. İtirilmiş sənədlərin bərpasının mümkün olmaması dedikdə isə-həmin sənədləri qeydə alan müvafiq orqanın həmin sənədin dublikatını verə bilməsi imkanının olmamasını nəzərdə tutur. Bu baxımdan hüquqi əhəmiyyəti olan faktların əksəriyyəti ya məcburi dövlət qeydiyyatından keçirilməli, ya da qeyri məhkəmə (inzibati) qaydada müəyyən edilməlidir. Göründüyü kimi qanunverici burada əsas zəruri şərt kimi ərizəçinin faktı təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini, yaxud itirilmuş sənədlərin bərpasının mümkün olmadığını müəyyən edib. Bu eyni zamanda ondan irəli gəlir ki, hüquqi faktın əks olunduğu sənəd itirildikdə və onu başqa qaydada bərpa etmək mümkün olmadıqda həmin faktın mövcudluğu şübhə altına alınır və belə qeyri-müəyyənlik, şəxsə həmin hüquqi faktdan irəli gələn subyektiv hüquqlarının (şəxsi və ya əmlak hüquqlarının) həyata keçirilməsində çətinliklər və maneələr yaradır. Elə bu məqsədlə də qanunverici hüquq əhəmiyyətli olan faktların məhkəmə qaydasında müəyyən edilməsi qaydasını müəyyən edib. Hazırki iş üzrə məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara və tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, ərizəçi 06 oktyabr 1943-cü il tarixdə və 13 aprel 1946-cı il tarixdə anadan olmuş dayılarının ölmüş elan edilməsini tələb edir. Lakin onların ölməsinə güman etməyə əsas verən sübutlar məhkəməyə təqdim edilməmiş, həmçinin onların ümumiyyətlə Azərbaycan Respublikası vətəndaşları olması iş materiallarından görünmür. Bundan başqa, onların barəsində daxili işlər orqanlarında hər hansı axtarış işi açılmamışdır. Ərizəçi tələbini yalnız həmin şəxslərin uzun müddət Azərbaycanda yaşamamaları ilə əsaslandırır. Bundan başqa ərizəçidə X10 və X1 Rusiya Federasiyasına getməsi barədə məlumat olsa da, onların nə ölkə ərazisində axtarışı, nə də ki Rusiya Federasiyası ərazisində axtarışı ilə bağlı hər hansı aktiv hərəkətlər edilməmişdir. Beləliklə, Apellyasiya instansiya məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, apellyasiya şikayətinin dəlillərini əsassız sayıb hesab edir ki, ərizəçinin tələbi mülki iş materialları ilə təsdiq edilmir və ərizəçi, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Belə ki, istinad edilən maddi hüquq normalarından göründüyü kimi, hazırkı ərizəyə münasibətdə şəxsin ölmüş elan edilməsinin müəyyən edilməsi üçün şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumatın olmaması tələb olunur. Apellyasiya kollegiyası qeyd edir ki, hazırki apellyasiya şikayətlərinin dəlilləri iş materiallarında olan sübutlarla öz təsdiqini tapmadığından və həmin dəlillərə birinci instansiya məhkəməsi tərəfindən araşdırılmaqla düzgün hüquqi qiymət verildiyindən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirmədən saxlanması barədə mövqe qanuni və əsaslı olardı. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Ərizəçi və onun vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 12 yanvar 2022-ci il tarixli, 2(033)-102/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-523/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-523/2022
05.04.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver