Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-524/2020 13.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, onun vəkili X15 və Cavabdeh iştirakı ilə, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(054)-493/2019 saylı qətnaməsindən İddiaçı verdiyi apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Yemişənli kəndində yerləşən, cavabdehlə birgə nikahda olduğu müddətdə 2008-ci ildə inşa edilmiş evdən uşaqları X4 və X9 ilə birlikdə istifadə hüququnun tanınması və həmin evə köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(054)-493/2019 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qanunsuz və əsassız hesab edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi sözügedən evin cavabdehin bacısı Ruhiyyə Qurbanovaya məxsus 0,12 ha torpaq sahəsində yerləşdiyini, həmin evə dair hüquqmüəyyənedici sənəd tərtib ediləcəyi təqdirdə həmin sənədlərin məhz Ruhiyyə Qurbanovanın adına rəsmiləşdiriləcəyini, həmin evin birgə nikah dövründə iddiaçı və cavabdeh tikildiyini təsdiq edən hər hansı bir dəlilin məhkəməyə təqdim edilmədiyini bildirərək iddianı rədd etmişdir. Halbuki birinci instansiya məhkəməsi mütəxəsis və ya ekspert rəyi olmadan həmin evin Ruhiyyə Qurbanovaya məxsus 0,12 ha torpaq sahəsində yerləşdiyini müəyyən edə bilməzdi. Həmin ev cavabdehə məxsus 0.8 ha torpaq sahəsində inşa edilmişdir. İş üzrə şahid ifadələrindən də görünür ki, həmin ev iddiaçı ilə cavabdeh tərəfindən tikilmiş və onlar 2008-ci ildən 2019-cu ilə qədər həmin evdə yaşamışlar. Qeyd edilənlərə əsasən Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(054)- 493/2019 saylı qətnаməsi ləğv edilməli və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X15 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, tərəflərin izahatlarını dinləyərək, işdə olan və əlavə təqdim edilmiş sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(054)- 493/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadə verərək göstərmişdir ki, o, hazırki iddianın predmetinə aid olan evin təmirində usta kimi işləmişdir. Onu həmin evdə işləməyə Cavabdeh dəvət etmiş, onun zəhmət haqqını da cavabdeh vermişdir. O, 2-3 ay ərzində həmin evdə işləyərək suvaq və rəngsazlıq işlərini görmüş, bunun müqabilində, təxminən, 500-600 manat pul almışdır. O, evin kimin üçün tikildiyini soruşmamış, lakin həmin həyətdə daim cavabdehi gördüyündən evin onun üçün tikildiyini güman etmişdir. O, həmin evdə işləməyə başlayanda evin yalnız bir otağının hazır olduğunu cavabdeh və ailə üzvlərinin həmin otaqda yaşadıqlarını görmüşdür. Digər otaqların isə yalnız döşəmə və tavanı olmaqla, həmin otaqlar təmirsiz vəziyyətdə olmuşdur. O, həmin evdə işləyəndə onların çay-çörəyini iddiaçı hazırlayıb vermişdir. Evin təmiri üçün material çatışmamazlığı olanda, çatışmayan materialların Mingəçevir şəhərindən alınması üçün iddiaçının öz əmək haqqından 100 manat verməsini də xatırlayır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 ifadə verərək göstərmişdir ki, o, hazırki iddianın predmetinə aid olan evin inşa edilməsində iştirak etmiş, cavabdehin atasının xahişi ilə həmin ev üçün sahədə kərpic kəsmişdir. Onların çay-çörəyini cavabdeh və qardaşı sahəyə gətirmişlər. Kərpici kəsib qurtarandan sonra cavabdehin atası onları evə çağırıb zəhmət haqqlarını ödəmişdir. Sonralar həmin evin həyətində beton tökülməsində, həyətin kənarına divar çəkilməsində də iştirak etmiş, həyətdə işləyəndə onların çay-çörəyini iddiaçı hazırlayıb vermişdir. Ancaq o, iddiaçının atasını və ya digər ailə üzvlərini həmin həyətdə görməmişdir. O, evin kimin üçün tikildiyini soruşmamış, lakin həmin evdə cavabdeh və onun ailə üzvlərinin yaşadığını görmüşdür. Evin cavabdehin bacısı üçün tikildiyini eşitməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadə verərək göstərmişdir ki, o, Oğuz rayonu Yemişənli kəndində yaşayır. İddiaçı və cavabdeh birlikdə uzun müddət onların qonşuluğunda yaşamışlar. Onların 2008-ci ildə həmin evə köçmələrinin şahidi olmuş və o vaxtdan sonra qeyd olunan evdə iddiaçı, cavabdeh və onların uşaqları yaşamışdır. İddiaçının və ya cavabdehin valideynlərinin, onların digər ailə üzvlərinin həmin evə yalnız qonaq kimi gəlib-getmələrini görmüşdür. Evin inşa edilməsində işləyən ustalara iddiaçı tərəfindən qulluq edilməsinin şəxsən şahidi olmuşdur. Birinci instansiya məhkəməsində üzrə şahid qismində dindirilmiş X1 ifadə verərək göstərmişdir ki, o, Oğuz rayonu Yemişənli kəndində hazırda yaşadığı evdə 19 ildir ki, yaşayır. İddiaçı və cavabdeh onların qonşuluğunda birlikdə yaşamışlar. Ev inşa olunanda və təmir ediləndə həmin həyətdə Ərziman, Fərman adlı ustalar, cavabdeh özü və qardaşı işləmişlər. O özü də qonşu kimi bəzi işlərdə onlara kömək etmişdir. Həyətdə işləyənlərə iddiaçı tərəfindən qulluq edildiyinin şahidi olmuşdur. O, evin kimin üçün tikildiyi barədə kimsədən heç nə eşitməmidir, lakin həmin həyətdə daim cavabdehi və iddiaçını gördüyündən evin onlar üçün tikildiyini fikirləşmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 ifadə verərək göstərmişdir ki, o, hazırki iddianın predmetinə aid olan evin bünövrəsinin qoyulmasında, çiy kərpicdən divarın inşa olunmasında və dam örtüyündə usta kimi işləmişdir. Onu həmin evdə işləməyə cavabdehin atası Yaşar Qəribov dəvət etmiş, onun və digər usta Ərziman Dadaşovun zəhmət haqqını da Yaşar Qəribov vermişdir. Həmin həyətdə olduğu vaxtlarda iddiaçının atasını görməmişdir. Yaşar Qəribov onlara evi oğlu üçün inşa etdiyini demişdir. Onların çay-çörəyini də Cavabdeh gətirmişdir. İddiaçının həmin həyətdə onlara çay-çörək verməsini xatırlamır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadə verərək göstərmişdir ki, o, cavabdehin atası Yaşar Qəribovun xahişi ilə hazırki iddianın predmetinə aid olan evin tikintisində iştirak etmişdir. O, həmin həyətdə cəmi 4-5 gün işləmiş, onun zəhmət haqqını da Yaşar Qəribov vermişdir. Həmin həyətdə olduğu vaxtlarda iddiaçının atasını görməmişdir. Məhkəmə kollegiyası ətraflı araşdırma apardıqdan sonra belə qənaətə gəlmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Məhkəmə kollegiyasının iclasında tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin iş materialları, tərəflərin izahatları, həmçinin əldə edilmiş sübutların araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş, nikahlarını isə xx xxxx 2005-ci il tarixdə rəsmiləşdirmişlər. xx xxxxxx 2004-cü il tarixdən iddiaçı qaynatasının evinə gəlin köçmüşdür. Tərəflərin birgə nikahda olduqları müddətdə xx xxxxxxx 2005-ci il tarixdə X4, xx xxxx 2007-ci il tarixdə Qəribova Röyalə Teymur qızı və xx xxxxx 2012-ci il tarixdə X9 adlı üç uşaqları anadan olmuşdur. İddiaçı ilə qaynatası arasında tez-tez mübahisə olduğundan, müvəqqəti olaraq tərəflər barışana qədər iddiaçı, cavabdeh və onların uşaqları 2008-ci ildən etibarən hazırki iddianın predmetinə aid olan, Oğuz rayonu Yemişənli kəndində yerləşən evə köçüb yaşamağa başlamışlar. Həmin evin yerləşdiyi 0,12 hektar həyətyanı torpaq sahəsi JN - 023A (KOD 40506038) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnaməyə əsasən cavabdehin bacısı X2 adına qeydiyyata alınmışdır və həmin torpaq sahəsi hazırda da onun mülkiyyətindədir. Mübahisəli ev də X5 üçün tikilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisəli hüquq münasibətləri 2000-ci ildən sonra yarandığına və mübahisə olunan ev müvafiq dövlət qeydiyyatına alınmadığına görə, anoloji münasibətləri tənzimləyən hüquq norması kimi 01 оktyаbr 2009-cu il tаrixədək qüvvədə оlmuş Аzərbаycаn Respublikаsı Mənzil Məcəlləsinin mаddələrinin nоrmаlаrını tətbiq etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 146.3-cü mаddəsinə əsаsən dаşınmаz əmlаkın dövlət reyestrində qeydiyyаtа аlınmаmış dаşınmаz əmlаk bаrəsində müqаvilələrin nоtаriаt qаydаsındа təsdiqlənməsinə yоl verilmir və bu cür əmlаk bаrəsində bаğlаnmış müqаvilələr etibаrsız sаyılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsində göstərilir ki, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə anoloji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 11-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx xxxx 2001-ci il tarixli qərarına əsasən, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 2009-cu il oktyabrın 1-dək, yəni tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə görə icarədarın ailə üzvləri icarədarın arvadı ( əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, Oğuz rayonu Yemişənli kəndində yerləşən, iddiaçının istifadə hüququnun tanınmasını və köçürülməsini tələb etdiyi yaşayış evin hüquqmüəyyənedici sənəd mövcud deyildir. Ancaq həmin evin yerləşdiyi 0,12 hektar həyətyanı torpaq sahəsi cavabdehin bacısı Ruhiyyə Qəribovanın adına qeydiyyata alınmışdır və hazırda da onun xüsusi mülkiyyətindədir. Həyətyanı torpaq sahəsinin cavabdehin bacısı Ruhiyyə Qəribovanın xüsusi mülkiyyətində olması mübahisə predmetinə aid olan evə dair gələcəkdə hüquqmüəyyənedici sənədlər tərtib ediləcəyi təqdirdə, həmin sənədlərin də məhz Ruhiyyə Qəribovanın adına tərtib ediləcəyi ehtimal edilir. Cavabdeh hazırki iş üzrə iddiaya cavab verməli olan şəxs deyildir. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, iddiaçı ilk dəfə gəlin gələrkən qaynatasına məxsus evə gəlin köçmüşdür. 2008-ci ilə qədər qaynataya məxsus evdə yaşamışdır. Ailədaxili münaqişə olduğundan iddiaçı uşaqları ilə münasibətlər düzələnə qədər cavabdehin bacısına məxsus evə köçmüşlər. Yəni hazırda iddiaçı qaynatasına məxsusus evə köçürülmə barədə iddia ilə məhkəməyə müraciət etməli olduğu halda cavabdehə aid olmayan evə köçmək barədə iddia qaldırmışdır.Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. İddiaçı isəMülki Prоsessuаl Məcəlləsinin ona verdiyi bu hüquqdan istifadə etməmişdir. Bundan əlavə iddiaçı iş üzrə ekspertizanın keçirilməli olduğunu bildirsə də buna zərurətin olduğunu göstərən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyаsı belə qənaətə gəlir ki, аpellyаsiyа şikаyətinin dəlilləri mаhiyyəti üzrə düzgün olаn birinci instansiya məhkəməsinin qətnаməsinin ləğvi üçün əsаs olа bilməz. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(054)-493/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(054)-493/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-524/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-524/2020
13.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver