Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-524/2022 14.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 2(075)-3902/2016 saylı qərardadından Cavabdeh1 nüməyəndəsi (vəkili) Vəkil Babalı oğlu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğlu X4 ilə ailə münasibətində olmuş və Şəki Rayon Məhkəməsinin 08 dekabr 2014-cü il tarixli 2(075)- 1765 nömrəli qətnaməsi ilə nikahları pozulmuş HəmidovaAynur Rəhman qızının, o cümlədən onların birgə nikahdan doğulmuş və həmin qətnamə əsasında Cavabdeh1 himayəsinə verilmiş Cavabdeh2 ünvan 1 ünvanda yerləşən və mülkiyyət hüququ əsasında ona məxsus olan evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 16 iyun 2016-cı il tarixli 2(075)-3902/2016 saylı qətnaməsi ilə X4 ilə ailə münasibətində olmuş və Şəki Rayon Məhkəməsinin 08 dekabr 2014-cü il tarixli 2(075)-1765 nömrəli qətnaməsi ilə nikahları pozulmuş Cavabdeh1, o cümlədən onların birgə nikahdan doğulmuş və həmin qətnamə əsasında Cavabdeh1 himayəsinə verilmiş Cavabdeh2 X2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən və ona məxsus olan evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. Həmin qətnamə qanunvericiliyə uyğun olaraq cavabdehlərə göndərilmiş, Cavabdeh1 və Cavabdeh2 həmin qətnamələri ayrı-ayrılıqda 27.06.2016-cı il tarixində sifarişli xəbərnamənin kötüyünü imza etməklə almışlar. (iş/v.səh58-59). Qətnamə qanuni qüvvəsini almış və 18.07.2016-cı il tarixində icraya yönəldilmişdir Cavabdeh1 09 aprel 2018-ci il tarixdə məhkəməyə ərizə yazaraq Şəki Rayon Məhkəməsinin 16 iyun 2016-cı il tarixli, 2(075)- 3902/2016 saylı qətnaməsinin ona çatdırılmadığını bildirmiş və həmin qətnamənin ona rəsmi qaydada göndərilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 16 iyun 2016-cı il tarixli, 2(075)-3902/2016 saylı qətnaməsi 10.04.2018-ci il tarixdə Cavabdeh1 təkrarən təqdim edilmişdir. (iş/m. səh 63- 64) Həmin qətnamədən Cavabdeh1 narazı qalmış və onun apellyasiya şikayəti 11 may 2018-ci il tarixdə Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. (i./m s. 65-67) Şəki Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli, 2(075)-3902/2016 saylı qərardadı ilə İddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə Şəki Rayon Məhkəməsinin 16 iyun 2016-cı il tarixli, 2(075)- 3902/2016 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardadı Cavabdeh1 22 may 2018-ci il tarixdə xəbərnaməyə imza etməklə təhvil almışdır. (iş/m s. 80) Bundan sonra Cavabdeh1 29.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək Şəki rayon Məhkəməsinin 2(075)-3902/2016 saylı, 16 iyun 2016-cı il tarixli qətnaməsinin alınmasına dair xəbərnamələri və qızı Cavabdeh2 verilməsi üçün bəhs olunan qətnaməni tələb etmişdir. İşə əlavə edilmiş 29.09.2021-ci il tarixli “QƏBZ”-lə Şəki rayon Məhkəməsinin 2(075)- 3902/2016 saylı, 16 iyun 2016-cı il tarixli qətnaməsinin təsdiq edilmiş surəti qanunvericiliyə müvafiq olaraq rüsum ödənildikdən sonra təkrarən Cavabdeh2 təqdim edilməsi üçün nümayəndəsi kimi Cavabdeh1 verilmişdir. (iş/v s, 81-85) Şəki rayon Məhkəməsinin 2(075)-3902/2016 saylı, 16 iyun 2016-cı il tarixli qətnaməsindən narazı qalmış cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri 29 oktyabr 2021-ci il tarixdə Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə Şəki Rayon Məhkəməsinin 16 iyun 2016-cı il tarixli, 2(075)- 3902/2016 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdiyi apellyasiya şikayətləri geri qaytarılmışdır. Bundan sonra 05 yanvar 2022-ci il tarixdə Şəki Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli, 2(075)-3902/2016 saylı qərardadından Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil Babalı oğlunun verdiyi şikayət təkrar olaraq məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 2(075)-3902/2016 saylı qərardadı ilə iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə Şəki Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli, 2(075)-3902/2016 saylı qərardadından Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil Babalı oğlunun verdiyi şikayətin geri qaytarılması qərara alınmışdır. 18 fevral 2022-ci il tarixdə Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil Babalı oğlunun Şəki Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 2(075)-3902/2016 saylı qərardadından şikayəti məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 18 fevral 2022-ci il tarixli 2(075)-3902/2016 saylı qərardadı ilə iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Şəki Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 2(075)-3902/2016 saylı qərardadından Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil Babalı oğlunun verdiyi şikayət təmin olunmamış və müzakirə olunması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X5 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 2(075)- 3902/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi sözü gedən qətnamə cavabdehlərə 27.06.2016-cı ildə rəsmi olaraq çatdırılmışdır. Həmçinin qeyd edilən qətnaməni 11 may 2018-ci il tarixdə təkrar əldə edən Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin Şəki Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli, 2(075)-3902/2016 saylı qərardadı ilə onun apellyasiya şikayəti geri qaytarılmışdır. İş materiallarının 80-cı səhifəsində olan SS485263258AZ nömrəli sifarişli xəbərnamənin kötüyündən görünür ki, Şəki Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli, 2(075)-3902/2016 saylı qərardadını Cavabdeh1 qeydiyyatda olduğu ünvana göndərilmiş və qərardad 22 may 2018-ci il tarixdə onun tərəfindən xəbərnaməyə imza edilməklə şəxsən qəbul edilmişdir. (iş materialı səhifə 80). Cavabdeh1 Şəki Rayon Məhkəməsinin 14 may 2018-ci il tarixli, 2(075)-3902/2016 saylı qərardadından verdiyi şikayətini nəzərdən keçirdikdə isə aydın oldu ki, Cavabdeh1 həmin qərardaddan 10 gün müddətində şikayət verməli olduğu halda bunu etməmiş, qərardaddan qərardadın surətinin ona təqdim edildiyi 22 may 2018-ci il tarixindən 3 il 7 ay müddət keçdikdən sonra onun şikayəti məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının MPM-nin 128.1-ci maddəsinə əsasən prosessual hərəkətlər bu məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası hesab edir ki, Şəki Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 2(075)-3902/2016 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Şəki Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 2(075)-3902/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 157, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh1 nüməyəndəsi (vəkili) Vəkil Babalı oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli 2(075)-3902/2016 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-524/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-524/2022
14.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver