Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-526/2022 30.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçı, həmçinin digər iddiaçılar X3 və X4 nümayəndəsi İddiaçı, və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı, həmçinin digər iddiaçılar X3 və X4 nümayəndəsi İddiaçı cavabdehlər Zaqatala rayonu İcra və Probasiya şöbəsinin rəisi Cavabdeh1, Zaqatala rayon Polis Şöbəsinin polis mayoru Cavabdeh2 və Cavabdeh3 Soltanməcid oğluna qarşı “əşyaların evə yerləşdirilməsi və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(033)-935/2021 nömrəli qətnaməsindən Cavabdeh3 Soltanməcid oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə ünvan 3əhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(033)-935/2021 nömrəli qətnaməsi ilə (hakim Vüqar Məmmədov) iddia qismən təmin olunmuş, İddiaçı azyaşlı uşaqları – X12 və X13 ilə birlikdə Zaqatala rayonunun Göyəm kəndində 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən bir mərtəbəli kürsülü, 4 otaqlı, mətbəx və hamamdan ibarət fərdi yaşayış evinə köçürülməsi və ona məxsus ev əşyalarının həmin evə yerləşdirilməsi, iddia tələbinin cavabdehlər Zaqatala rayonu İcra və Probasiya şöbəsinin rəisi Cavabdeh1, Zaqatala rayon Polis Şöbəsinin polis mayoru Cavabdeh2 münasibətdə rədd edilməsi, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı, X3 və X4 qanuni nümayəndəsi İddiaçı cavabdehlər Zaqatala rayonu İcra və Probasiya şöbəsinin rəisi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Soltanməcid oğluna qarşı “əşyaların evə yerləşdirilməsi və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, 22 aprel 2021-ci il tarixdə Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi Cavabdeh1 və polis mayoru İlqar Xəlilov tərəfindən qanunsuz olaraq evdən çıxarılmış ev əşyalarının evə yerləşdirilməsi və onu 2 azyaşlı uşağı ilə Zaqatala rayonu Göyəm kəndində yerləşən Cavabdeh3 Soltanməcid oğlunun mülkiyyətində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən onlara məxsus bir mərtəbəli kürsülü, 4 otaq, mətbəx və hamamdan ibarət fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X14 ilə ailə həyatı qurduqdan sonra Göyəm kəndi ərazisində torpaq sahəsi alaraq bir mərtəbəli kürsülü, 4 otaq, mətbəx və hamam tikərək həmin evə köçərək yaşamışlar. Lakin evi adlarına sənədləşdirməmişlər. O, Məmməd Məmmədovdan ayrıldıqdan sonra sonuncu evin yerləşdiyi torpağı Cavabdeh3 adına rəsmiləşdirmişdir. Cavabdeh3 onu məhkəməyə verərək torpaqdan və evdən çıxarmağa çalışmışdır. Ali Məhkəmənin qərarı ilə onun Cavabdeh3 Soltanməcid oğlunun mülkiyyətində olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən ona məxsus tikilidən (evdən) çıxarılmasına dair məhkəmə qərarı ləğv edilmişdir. Həmin işə yenidən baxılaraq evdən çıxarılmaya dair Zaqatala Rayon Məhkəməsinin qərarı ləğv edilmişdir. Lakin buna baxmayaraq 22.04.2021-ci il tarixdə Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Cavabdeh1, Zaqatala rayon Polis Şöbəsinin əməkdaşı Cavabdeh2 onları qanunsuz olaraq, zor tətbiq edərək, ona və uşağına xəsarət yetirərək evdən çıxarmış, ev əşyalarını isə oğurlayıb aparmışlar. Bundan başqa polis əməkdaşı Cavabdeh2 həmin tarixdə, yəni 22.04.2021-ci il tarixdə qanunsuz olaraq onun inzibati məsuliyyətə cəlb edilməsi barədə 22.04.2021-ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və həmin protokolda qeyd etmişdir ki, guya o, icra şöbəsinin məcburi icra işi zamanı polisin qanuni tələbinə tabe olmamışdır. Həmin gün onu axşam saat 18:00-dək qanunsuz olaraq saxlamışlar. Zaqatala Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli 3(033)-209/2021 nömrəli qərarı ilə onun əməlində inzibati xətanın tərkibi olmadığından onun barəsində Zaqatala rayon polis şöbəsinin İTB-nın sahə rəisi, polis mayoru Cavabdeh2 tərtib etdiyi 22.04.2021 -ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilmişdir. Polis Cavabdeh2 bu protokolu qəsdən yazmaq bəhanəsi ilə onu həmin günü polisə aparmış, axşamadək polisdə saxlamış və evinin əşyalarının boşaldılmasına şərait yaratmışdır. Hal-hazırda onların başqa yerdə yaşamağa yerləri yoxdur, bütün paltarı və bütün ev əşyalarının harada olduğunu bilmirlər. Onların həmin evdə mülkiyyət, istifadə və əşya hüquqları vardır. Cavabdehlər onları qanunsuz olaraq həmin evdən çıxartmışlar. Lakin evdə yaşamaq və evdən istifadə etmək hüquqları pozulmuşdur. Cavabdehlərin törətdiyi cinayət hadisəsi barədə rayon Prokuroruna müraciət etmiş, 3 aydır prokurorluqda araşdırma aparılır, prokuror fakta görə cinayət işi başlamağı rədd etmişdir. İcra məmurunun qanunsuz hərəkəti ilə əlaqədar Şəki Apelyasiya Məhkəməsinə müraciət etmiş və Şəki Apelyasiya Məhkəməsinin 24.05.2021-ci il tarixli qərarı ilə icra məmurunun onun evindən çıxarılmasına dair hərəkəti qanunsuz hesab edilərək onun qərarı ləğv edilmiş və məhkəmənin icra sənədi icra hərəkətləri davam etdirilməsi üçün göndərilmişdir. Lakin icra məmuru həmin iş üzrə yeni bir icra hərəkəti həyata keçirməmiş, evindən oğurladığı əşyalarını qaytarmamışdır. Mübahisəli yaşayış sahəsinə köçürülmələrini istisna edən hər hansı qanuni və ya müqavilə əsasının olması müəyyən edilmir. Qeyd edilənləri nəzərə alıb iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı, X3 və X4 qanuni nümayəndəsi İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh Zaqatala rayon İcra və Probasiya şöbəsinin rəisi Cavabdeh1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, Zaqatala Rayon məhkəməsinin 06 mart 2019-cu il tarixli 2(033)-19/2019 saylı qətnaməsinə əsasən İddiaçı və X2 RX seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən Cavabdeh3 Soltanməcid oğlunun mülkiyyətində olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən çıxarılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra vərəqəsi icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə yönəldilmiş və tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İddiaçı İcra və Probasiya Şöbəsinə müraciət edərək icra sənədinin səhv yazıldığını bildirmiş və məhkəmə tərəfindən yenidən icra vərəqəsi verilmişdir. Lakin o, icra vərəqəsi verilərkən tarixinə baxmamış və elə bilmişdir ki, icra vərəqəsinin nəticə hissəsi səhv vurulmuşdur. Birinci dəfə verilmiş icra vərəqəsində iddiaçının uşağı ilə birlikdə torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən tikilidən çıxarılması, sonradan verilmiş icra vərəqəsində isə iddiaçının uşağı ilə birlikdə yalnız torpaq sahəsindən çıxarılması göstərilmişdir. O, birinci dəfə verilmiş icra vərəqəsi üzrə icra tədbirlərini həyata keçirmişdir. İddiaçıya məxsus əşyalar mübahisəli evdən çıxarılmış və sonuncu həmin əşyaları qəbul etməkdən imtina etdiyi üçün saxlanc üçün ünvan 1 ünvanda qeydiyyayda olan X15 təhvil verilmişdir. Odur ki, göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Zaqatala rayon Polis Şöbəsinin polis mayoru Cavabdeh2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, Zaqatala rayon X20 rayon İcra və Probasiya Şöbəsindən məktub daxil olmuş və həmin vaxt o, Zaqatala rayonunun Göyəm kəndində xidmətdə olmuşdur. İddiaçının oğlu Zaqatala rayonu Göyəm kənd icra nümayəndəsinə zor tətbiq etdiyi üçün icra məmurunun çağırışı ilə iddiaçının yaşadığı evə getmişdir. O, evə daxil olarkən iddiaçı əgər onu evdən çıxararlarsa özünü öldürəcəyəni, uşaqlarını isə yandıracağını bildirmişdir. Həmin evdən iddiaçıya məxsus əşyalarının çıxarılmasından onun xəbəri olmamışdır. İcra və Probasiya Şöbəsinin rəisi Cavabdeh1 ona bildirmişdir ki, məhkəmənin qərarına əsasən iddiaçı qanunsuz inşa edilmiş evdən çıxarılmalıdır. O, iddiaçının mübahisəli evdən çıxarılmasına heç bir müdaxilə etməmiş, yalnız asayişi qorumuşdur. Cavabdeh3 Soltanməcid oğlu iddianı qəbul etməyərək göstərmişdir ki, mübahisəli ev yerləşən torpaq sahasini 2003-cü ildə iddiaçının keçmiş qayınatası Soltan Məmmədovdan almışdır. Lakin torpağa dair sənətlər hazır olmadığı üçün o, torpaq sahəsini sənədləşdirə bilməmişdir. Torpaq sahəsini o, Soltan Məmmədovdan borc pul əvəzinə almışdır. Belə ki, həmin vaxt o, ölkə ərazisinə kartof gətirilməsi ilə məşğul olmuş və satmaq üçün Soltana verdiyi kartofun pulunu sonuncu ona vaxtında qaytara bilmədiyi üçün əvəzində mübahisəli torpaq sahəsini vermişdir. Torpaq sahəsi ona verilərkən üzərində mübahisəli ev də yerləşmişdir. O, torpağı aldıqdan qısa müddət sonra Gürcüstan Respublikasında həbs olunmuş və uzun müddət cəza çəkmişdir. Həbsdən azad olduqdan sonra ona məlum olmuşdur ki, kirayəşin kimi evə yaşamağa icazə verdiyi X5 Məmmədovun arvadı İddiaçı ona məxsus evdən çıxmaq istəmir. Bu səbəbdən onların arasında məhkəmə çəkişmələri başlamışdır. İcra məmuru məhkəmə qətnaməsini əsas götürərək iddiaçını evdən çıxartışdır. O, evə daxil olduqda evin iki otağının Məmməd tərəfindən təmir olunduğunu görmüşdür. Təmirə xərclənmiş pulun qaytarılmasına razıdır. O, iddianı tam əsassız hesab edərək rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 göstərmişdir ki, İddiaçı ilə 2007-ci ildə evlənmişlər. İddiaçı gəlin kimi atasına məxsus evə gəlmiş, daha sonra isə onlar yaşamaq üçün Rusiya Federasiyasının Perm şəhərinə getmişlər. 4 il orada yaşadıqdan sonra ailəsi ilə birlikdə rayona ata evinə qayıtmışlar. Bir müddət orada yaşasalar da valideynləri ilə aralarında mübahisə yarandığından atasının Cavabdeh3 satmış olduğu evə köçmüşlər. Həmin evdə yaşamaları üçün onun tərəfindən iki ay kirayə pulu ödənilmişdir. Evə köçərkən ev yaşayış üçün yararsız olduğundan evi yüngül təmir etdirmişlər. Cavabdeh3 Gürcüstanda həbsdə olduğundan və Azərbaycana gəlmədiyndən kirayə pullarını ödəməmişlər. Sonra Gülxar ilə onun nikahı pozulduğu üçün o, evdən çıxıb getmişdir. Evin yerləşdiyi torpaq sahəsi və ev Arifə məxsusdur. Hazırda o, ailəlidir və başqa ünvanda ailəsi ilə birlikdə yaşayır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh3 Soltanməcid oğlu аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh3 Soltanməcid oğlu apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçıların ona və qeyrilərinə qarşı qaldırdığı iddia əsassız və tam qanunsuzdur, iddiaçıların köçürülməklərini istədikləri torpaq sahəsi və üzərində olan tikililərin hər birisi onun mülkiyyətidir. Bunu sübut edən çıxarışı işə əlavə etmişdir. Mülkiyyət toxunulmazdır və Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericiliyində göstərilibdir. Bu qanunun imperativ normasıdır. Lakin Zaqatala Rayon məhkəməsi qətnamə qəbul edərkən maddi və prossesual pozuntulara yol vermişdir. Bununla yanaşı Zaqatala Rayon Məhkəməsi qəbul etdiyi qətnamə Azərbaycan Respublikasının Konstitusiyasına başa-baş ziddir. Həmin qətnamə onun konstitusiyon hüquqlarının pozulmasıyla çıxarılıb. Belə ki, həmin torpağın ona məxsus olmasını təsdiq edən çıxarış var, bundan əlavə onun üzərindəki tikililəri onun vəsaiti hesabına tikilməsini qonşular, oranı tikən usdalar, İddiaçı keçmiş əri Məmməd Məmmədov və onun ailə üzvləri, qohumları hətta İddiaçın apellyasiya şikayətində özünün etirafi sübut edir ki, şəxsən ona məxsus torpaq sahəsinin üzərində olan tikili Gülxarla Məmməd ailə həyatı quranadək , evlənənədək tikili vəziyyətdə olub. Məmmədin atası ona müraciət edərək bildirmişdi ki, gəlinləriylə yəni Gülxarla aralarındakı münasibət pisdir, həmin evdə kirayə ödəməklə qalsınlar. O da razılaşmışdır. Məmməd Məmmədov hər ay onun ailəsinə aparıb kirayə pulunu ödəyib, lakin daha sonra onlar pul ödəməmişlər. Bunu hər tərəfli sübut etmişdir. ünvan 3əhkəməsin 2(033)-1924/2019 saylı 03 iyun 2019-cu il tarixli qətnaməsində bir başa həmin tikiliyə münasibət bildirilmişdir. Belə ki, qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-cı maddəsinə istinad edilməklə həmin tikilinin öz başına tikili olmasını, qanunsuz inşa olunmasını, tikilinin ev statusu alması üçün torpağın təyinatının dəyişməsinin lazım olduğunu və bundan əlavə həmin tikilinin ev olmasını müəyyən edən orqanın olduğunu və həmin orqan tərəfindən tikiliyə ev statusunun verilmədiyi qeyd olunub. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-8583/2018 saylı qərarında həmin mübahisəli evin nə vaxt tikilməsi haqqında İddiaçı verdiyi kassasiya şikayətindəki etirafına əsasən münasibət bildirilib. Gülxarın kassasiya şikayətinə əsasən Ali Məhkəmə həmin mübahisə predmeti olan tikilinin Gülxar nikaha daxil olmadan öncə tikilməsi qənaətinə gələrək münasibət bildirib. Heç kəs onu əmlakından istifadədən məhrum edə bilməz, onun əmlakı qanunsuz özgəninkiləşə bilməz, əmlakından onu heç kim məhrum edə bilməz. Buna baxmayaraq neçə ildir ki, Gülxar və digər iddiaçılar onun torpağından və həmin torpaqdakı onun tikdirdiyi tiklilərdən tam qanunsuz olaraq təmənnasız, onun iradəsi ziddinə, razılığı olmadan istifadə ediblər. Odur ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-935/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qətnaməsi tam qanunsuz və əsassızdır. İddiaçıların onun torpağına köçürülmələri onun öz mülkiyyətindən nəinki maneəsiz istifadə etməyinə mane olur, hətta mülkiyyət hüququndan məhrum edir onu. Ona görə də, Zaqatala Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(033)- 935/2021 nömrəli qətnaməsinin qismən, yəni iddianın təmin edildiyi hissədə ləğv edilərək, iddianın həmin hissədə də, yəni tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı, həmçinin digər iddiaçılar X3 və X4 nümayəndəsi İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(033)-935/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Cavabdehlər Zaqatala rayonu İcra və Probasiya şöbəsinin rəisi Cavabdeh1, Zaqatala rayon Polis Şöbəsinin polis mayoru Cavabdeh2 və Cavabdeh3 Soltanməcid oğlu işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh3 Soltanməcid oğlu məhkəmə kolelgiyasına Balakən rayonu Tülü kəndindən teleqram göndərərək səhhəti ilə bağlı Bakı şəhərində müalicə aldığını, teleqramı da Bakı şəhərindən vurduğunu, o səbəbdən özünün və vəkilinin 30.03.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şəxsin Bakı şəhərində müalicə ala-ala Balakən rayonu Tülü kəndindən göndərdiyi teleqramda göstərdiklərini ağlabatan hesab etmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh3 Soltanməcid oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(033)-935/2021 nömrəli qətnaməsi mübahisələndirilən – iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Mülki işin materiallarında olan Zaqatala rayon İcra və Probasiya Şöbəsinin 22 aprel 2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının surətindən görünür ki, ünvan 3əhkəməsinin 2(107)-291/2020 nömrəli 06 noyabr 2020-ci il tarixli icra sənədinə xitam verilmişdir. İş materiallarında olan ünvan 3əhkəməsinin 2(107)-291/2020 saylı 16 yanvar 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər İddiaçı və X6 iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun mülkiyyətində olan Zaqatala rayonu Göyəm yerləşən 0,1290 ha kənd təsərrüfatlı torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. İş materiallarında olan Ali Məhkəmənin Mülki Kollegiyasının 16 oktyabr 2019-cu il tarixli 2(102)-6569/2019 saylı qərarından görünür ki, cavabdeh İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, ünvan 3əhkəməsi Mülki Kollegiyasının 30.05.2019-cu il tarixli 2(107)-1924/2019 saylı qətnaməsinin cavabdehlər İddiaçı və X2 iddiaçı Cavabdeh3 Soltanməcid oğlunun mülkiyyətində olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşən tikilidən çıxarılmaları hissəsində ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qərarda Ali Məhkəmə hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlər X16 və X2 iddiaçı Cavabdeh3 Soltanməcid oğlunun mülkiyyətində olan Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsind yerləşən tikilidən çıxarılmaları hissəsində gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə bu hissədə ləğv edilməli, iş həmin hissə üzrə yeni apellyasiya baxışına qaytarılmalıdır. Mülki işin materiallarında olan ünvan 3əhkəməsinin 2(107)-291/2020 saylı 16.01.2020-ci il tarixli qətnaməsindən məlum olur ki, Zaqatala Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli qətnaməsi cavabdehlər İddiaçı və X2 Göyəm kəndində yerləşən torpaq sahəsinin üzərində olan tikilidən çıxarılmaları hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməmişdir. Həmin qətnamənin hüquqi mövqeyi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı uzun müddət yaşadığı, həmin evin torpaq sahəsinin mülkiyyət hüququ başqa şəxsə keçsə belə cavabdehlərin həmin evdən çıxarılması barədə iddianın təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmamışdan qabaq həmin torpaq sahəsi üzərində qanunsuz olsa belə inşa edilmiş tikilinin olmasını və həmin evdə cavabdehlərin yaşamasını bilmiş və bunu hətta qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4520/2020 saylı 15.09.2020-ci il tarixli qərarından görünür ki, iddiaçı Yüzbaşıyev Arif Soltanməcid oğlunun kassasiya şikayəti təmin edilməmiş, X8 MK-nın iş üzrə 16.01.2020-ci il tarixli qərarı dəyşdirilmədənqüvvədə saxlanılmışdır. Qərarın hüquqi mövqeyindən məlum olur ki, iddiaçı cavabdehin çıxarılmasını tələb etdiyi tikiliyə əşya hüququnu əldə etməsini sübuta yetirə bilməmişdir. İş materiallarında olan Zaqatala rayon İcra və Probasiya Şöbəsinin rəisi Cavabdeh1, Zaqatala RPŞ-in polis serjantı X17, Zaqatala RPŞ-in polis serjantı X10 və Zaqatala RPŞin polis məmuru Cavabdeh2, Cavabdeh3 Soltanməcid oğlu, İddiaçı, X11 və üç hal şahidinin iştirakı ilə tərtib edilmiş 22 aprel 2021-ci il tarixli aktın surətindən görünür ki, Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşən tikilidə əmlak boşaldılaraq İddiaçı təhvil verilmiş, lakin o, əmlakı götürməkdən imtina etdiyinə görə həmin əmlak siyahıya alınaraq 3 maşına yığılmış və saxlanc üçün ünvan 1 ünvanda qeydiyyatda olan X15 təhvil verilmişdir. Borclular İddiaçı və X1 rayonu Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmış və həmin torpaq sahəsi tələbkar Cavabdeh3 Soltanməcid oğluna təhvil verilmişdir. Aktın doğruluğunu tərəflər təsdiq etmişlər. Mülki işin materiallarında olan ünvan 3əhkəməsinin Mülki Kollegiyasının 24 may 2021-ci il tarixli 2(107)-291/2020 saylı qərardadından görünür ki, Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cavabdeh1 ünvan 3əhkəməsinin 2(107)-291/2020 nömrəli, 06.11.2020-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında 22 aprel 2021-ci il tarixli qərarının ləğv edilməsi və ünvan 3əhkəməsinin Mülki kollegiyasının 16 yanvar 2020-ci il tarixli, 2(107)- 291/2020 saylı qətnaməsi üzrə verilmiş 25.11.2020-ci il tarixli icra vərəqinin icrasının davam etdirilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Zaqatala Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli 3(033)-209/2021 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İddiaçı əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından onun barəsində Zaqatala rayon polis şöbəsinin İTB-nin sahə rəisi, polis mayoru Cavabdeh2 22 aprel 2021-ci il tarixdə tərtib etdiyi MN ******* nömrəli inzibati xəta haqqında protokolla başlanılmış inzibati icraata xitam verilməsi qərara alınmışdır. Mülki işin materiallarında olan Zaqatala rayon İcra və X9 rayon Polis Şöbəsinə ünvanlanmış 13 aprel 2021-ci il tarixli 204532 saylı məktubundan görünür ki, ünvan 3əhkəməsinin 2(107)-291/2020 saylı 06 noyabr 2020-ci il tarixli icra sənədinin məcburi icrası vaxtı 22 aprel 2021-ci il tarixə saat 12:00-a təyin edilmiş və göstərilən tarixdə icra işində asayişin qorunması məqsədi ilə polis əməkdaşları ilə təmin edilməsi xahiş olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1, 27.2, 152.1 və 152.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə, “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə və “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3- cü maddəsinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 20-ci maddəsinin birinci abzasına əsasən hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqlrı mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. “Uşaq hüquqları haqqında” BMT-nin 12 noyabr 1989-cu il tarixli Konvensiyasının 3cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən edilsin. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işin müəyyən edilmiş hallarından görünür ki, Zaqatala rayonu Göyəm kəndində yerləşən 0,1290 ha kənd təsərrüfatlı torpaq sahəsi cavabdeh Arif Yüzbaşıyevin mülkiyyətindədir. İddiaçının uşaqları ilə birlikdə köçürülməsini tələb etdiyi mübahisəli tikili həmin torpaq sahəsində yerləşir. Məhkəmə, iddiaçının əşyalarını icra məmuru və polis əməkdaşının oğurlaması, sonuncunun onun barəsində qanunsuz protokol tərtib edib, saxladığı üçün icra yerində olmaması, icra hərəkətlərinin qanunsuz icra edilməsinə dair dəlilləri üzrə onu qeyd etmişdir ki, həmin dəlillər hazırkı iddia tələbinin həmin cavabdehlərə münasibətdə təmin edilməsinə əsas ola bilməz. Belə ki, iddiaçı əmlaklarının həmin cavabdehlər tərəfindən oğurlandığını, eləcə də polis əməkdaşının barəsində hüquqa zidd hərəkət etdiyini hesab edirsə həmin hərəkətləri cinayət icraatı qaydasında, icra məmurunun qanunsuz hesab etdiyi digər hərəkətlərini isə inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Bundan başqa, yanaşı yoxlanılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçıya məxsus əmlaklar siyahıya alınaraq yığılmış və saxlanc üçün X15 təhvil verilmişdir. İş üzrə sübutlarla iddiaçıya məxsus əmlakların oğurlanması halı təsdiq edilməmişdir. ünvan 3əhkəməsinin qanuni qüvvəyə minmiş 2(107)-291/2020 saylı 16.01.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, cavabdeh İddiaçı uzun müddət yaşadığı, həmin evin torpaq sahəsinin mülkiyyət hüququ başqa şəxsə keçsə belə cavabdehlərin həmin evdən çıxarılması barədə iddianın təmin edilməsi qanuni və ədalətli hesab edilə bilməz. Belə ki, iddiaçı torpaq sahəsinin mülkiyyətçisi olmamışdan qabaq həmin torpaq sahəsi üzərində qanunsuz olsa belə inşa edilmiş tikilinin olmasını və həmin evdə cavabdehlərin yaşamasını bilmiş və bunu hətta qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 2(102)-4520/2020 saylı 15.09.2020-ci il tarixli qərarı ilə iddiaçı Arif Yüzbaşıyevin cavabdehin çıxarılmasını tələb etdiyi tikiliyə əşya hüququnu əldə etmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmələrin qanuni qüvvəyə minmiş yekun aktları ilə müəyyən edilmişdir ki, Zaqatala rayonu Göyəm kəndində yerləşən cavabdeh Arif Yüzbaşıyevin mülkiyyətində olan 0,1290 ha kənd təsərrüfatlı torpaq sahəsindəki mübahisəli tikili orada daimi yaşamış iddiaçının, onun uşaqlarının yaşayış yeridir, eləcə də Arif Yüzbaşıyevin mübahisəli tikiliyə dair mülkiyyətçi hüquqları əmələ gəlməmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Zaqatala rayonu Göyəm kəndində yerləşən cavabdeh Arif Yüzbaşıyevin mülkiyyətində olan 0,1290 ha kənd təsərrüfatlı torpaq sahəsindəki mübahisəli tikili orada daimi yaşamış iddiaçının, mənafeyi üstün tutmalı və daha yaxşı təmin edilməli olan uşaqlarının yaşayış yeri sayıldığından, eləcə də əmlaka başqa şəxsin sahibliyinə yol verməmək yalnız mülkiyyətçinin hüququ olduğundan, cavabdeh Arif Yüzbaşıyevin isə mübahisəli evə dair mülkiyyətçi hüquqları olmadığından, onun başqa yaşayış sahəsi olmayan iddiaçının mübahisəli evdə yaşamasına maneə olması qanunsuz olmuşdur. Odur ki, iddiaçı azyaşlı uşaqları ilə birgə həmin tikiliyə köçürülməli, eləcə də onun mülkiyyətindəki əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ olduğundan, bu hüququnun təmin edilməsi qaydasında iddiaçıya məxsus əşyaları mübahisəliyi tikiliyə yerləşdirilməli, iddia tələbi həmin hissələrdə eləcə də mübahisəli tikilinin yerləşdiyi 0,1290 ha kənd təsərrüfatlı torpaq sahəsinin mülkiyyətçisi olan və iddiaçının mübahisəli evdə yaşamasına maneə olan cavabdeh Arif Yüzbaşıyevə münasibətdə təmin edilməlidir. Məhkəmə bununla yanaşı hesab etmişdir ki, digər cavabdehlər hazırkı iddiaya cavab verməli olmayan şəxs olduqlarından iddia tələbi onlara münasibətdə təmin edilə bilməz. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 10 manatı tələb etmədiyinə görə həmin rüsum xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən mübahisələndirilən – iddianın təmin olunmuş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh3 Soltanməcid oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Zaqatala Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(033)-935/2021 nömrəli qətnaməsi mübahisələndirilən – iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh3 Soltanməcid oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(033)-935/2021 nömrəli qətnaməsi mübahisələndirilən – iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası ünvan 3əhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-526/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-526/2022
30.03.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver