Məhkəmə qərarları › İş №2(107)-53/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-53/2020

29.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-53/2020 29.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh x14 iştirakı ilə, İddiaçı cavabdeh x19 qarşı evdən çıxarılma və evdə yaşamaq üçün törədilən maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(075)-357/2019 saylı qətnaməsindən cavabdeh x31tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 18 mart 2019-cu il tаrixli, 2(075)-357/2019 saylı qətnaməsi ilə (hakim Elçin Mehdiyev) iddia qismən təmin edilmiş, İddiaçı paylı mülkiyyətində olan ünvan 1 ünvanlı fərdi yaşayış evindən istifadəsi ilə bağlı cavabdeh x31 tərəfindən törədilən maneələrin aradan qaldırılması, iddia tələbinin qalan hissəsinin təmin edilməməsi, İddiaçı dövlət büdcəsinə ödədiyi 10 manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdeh x19 qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanlı fərdi yaşayış evindən cavabdehin çıxarılması və cavabdeh tərəfindən onun həmin evdə yaşaması üçün törədilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh x31 onun dayısı oğludur. Mübahisə predmeti olan, yəni ünvan 1 ünvanında yerləşən 0,055 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 35,7 kvadrat metr sahəsi olan fərdi yaşayış evi əvvəllər tam şəkildə onun və cavabdehin babası olan x11 adına olmuşdur. Sonradan həmin evin bir hissəsi onun dayıları Vahid və Şahidin adlarına keçmişdir. Həmin şəxslər də öz paylarını ona bağışlamışlar. ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 15 avqust 2018-ci il tarixdə verilmiş reyetrdən çıxarışa əsasən həmin fərdi yaşayış evinin 3/5 hissəsi onun, 1/5 hissəsi isə x11 və 1/5 hissəsi isə x3 paylı mülkiyyətində olmuşdur. Sonradan dayısı qızı olan x12 həmin evdən öz payına düşən 1/5 hissəsini 5000 manata ona satmışdır. Hazırda həmin fərdi yaşayış evinin 4/5 hissəsi onun, 1/5 hissəsi isə babası x11 paylı mülkiyyətindədir. Həmin evdə hazırda cavabdeh x31 öz ailəsi ilə birlikdə yaşayır. Cavabdeh x31 anadan olduğu gündən halhazıradək həmin evdə yaşamaqdadır. O, özü isə başqa bir ünvanda yaşayır. Cavabdeh x31 həmin evin özünə məxsus olduğunu güman edərək evdən və evin yerləşdiyi torpaq sahəsindən öz istədiyi kimi istifadə edir. Halbuki, cavabdeh x14 həmin evdən mülkiyyət hüququ yoxdur. Buna baxmayaraq cavabdeh x31 onu paylı mülkiyyətində olan evindən istifadə etməsinə imkan vermir. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia əsaslıdır və iddianı müdafiə edir. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdeh x31 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı onun bibisi oğludur. İddiaçı hazırda başqa bir ünvanda yaşayır. Mübahisə predmeti olan, yəni ünvan 1 ünvanında yerləşən 0,055 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 35,7 kvadrat metr sahəsi olan fərdi yaşayış evi çox qəzalı vəziyyətdədir və evdə öz ailəsi ilə birlikdə yaşayır. O, anadan olduğu gündən həmin evdə yaşayır. Çünki, həmin ev ona babasından miras qalmış bir əmlakdır. Məhz, onun çoxsaylı müraciətləri nəzərə alınaraq Şəki şəhər İcra Hakimiyyəti tərəfindən mübahisəli evin yerləşdiyi həyətdə yeni bir ev tikilmişdir. Lakin həmin ev tam hazır vəziyyətdə olmadığına görə məcburən ailəsi ilə birlikdə köhnə evdə yaşayır. Hesab edir ki, iddia əsassızdır və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 15 avqust 2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli, **********72-10301 reyestr nömrəliçıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,055 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 35,7 kvadrat metr sahəsi olan fərdi yaşayış evinin 3/5 hissəsi İddiaçı, 1/5 hissəsi isə x11 və 1/5 hissəsi isə x3 paylı mülkiyyətindədir. İşdə olan x12 ilə İddiaçı arasında bağlanmış və Şəki şəhər 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 17 oktyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, x1 şəhəri, S.Vurğun küçəsi ev 2 ünvanında yerləşən 0,055 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 35,7 kvadrat metr sahəsi olan fərdi yaşayış evinin öz payına düşən 1/5 hissəsini 5000 manata İddiaçı satmışdır. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 07 noyabr 2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli, **********72-10301 reyestr nömrəliçıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,055 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 35,7 kvadrat metr sahəsi olan fərdi yaşayış evinin 4/5 hissəsi İddiaçı, 1/5 hissəsi isə x11 paylı mülkiyyətindədir. İşdə olan Şəki şəhər İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən ünvan 2 ünvanında yaşayan Cavabdeh göndərilmiş 26 fevral 2019-cu il tarixli, 2/H-25-011 nömrəli məktubda göstərilmişdir ki, 2015-ci ilin 4 sentyabr tarixində Şəki rayonu ərazisində baş vermiş zəlzələ nəticəsində vətəndaşlara məxsus fərdi yaşayış evlərinə dəymiş ziyanlığın müəyyənləşdirilməsi məqsədi ilə yaradılmış komissiya yaşadığı ünvanda olmuş, yaşayış evinə baxış keçirmiş və Cavabdeh tərəfindən evin mülkiyyət sənədləri təqdim edilmədiyindən və qəzalı vəziyyətdə düşmüş yaşayış evlərinin siyahısı tərtib edilərkən həmin aktda Cavabdeh adı qeyd edilmişdir. Qəzalı evin həyətyanı sahəsində yeni tikilmiş fərdi yaşayış evi sənədləşdirilərkən onun mülkiyyətçisi (və ya mülkiyyətçiləri) qəzalı evin mülkiyyətçisi (və ya mülkiyyətçiləri) olmalıdır. Yeni evin sənədləşdirilməsi işləri başa çatdırıldıqdan sonra qəzalı ev sökülməli və qanuna müvafiq şəkildə DƏDRX-dən silinməlidir. İşdə olan Şəki şəhər İHB-nin İpəkçi məhəllə nümayəndəliyi tərəfindən verilmiş 23 fevral 2019-cu il tarixli, 3/461 nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/5 hissəsi Cavabdeh babası x15 məxsusdur və həmin evin özünə məxsus olan hissəsində Cavabdeh, onun həyat yoldaşı x7, uşaqları x20, x21 və bacısının oğlu x23 yaşayırlar. İşdə olan Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən 09 avqust 2018-ci il tarixdə verilmiş arayışdan görünür ki, 18 iyul 1942-ci il təvəllüdlü x13 atası x24, anası x22r. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cavabdeh x31 apelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apelyasiya şikayəti verərək qeyd etmişdir ki, Şəki Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(075)-357/2019 saylı qətnaməsini qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Belə ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mərhum babası x15 məxsus olmuşdur. Babası x24 1965-ci ildə vəfat etmişdir. Babasının vəfatından sonra ondan miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini miras əmlak kimi onun mərhum atası x25 qəbul etmişdir. Atası ailəsi ilə birlikdə uzun illər həmin evdə yaşamış və həmin evin təmirində abadlığına xərc kəçmişdir. Babasından miras qalmış əmlakı yalnız atası x25 qəbul etmiş və faktiki əmlakı idarə etməyə başlamışdır. Belə olan halda İddiaçı Cİahangir oğlu babası x8 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən pay alması qanunsuzdur olub. Onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün kohkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiq edir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsəd güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi: vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Miras əmlakın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, 3-cü hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etmədə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), torpağın becərilməsi, ona qulluq edilməsi, əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aiddir. Nəzərə almajq lazımdır ki, həmin hərəkətlər həm vərəsənin özü, həm də onun tapşırığına əsasən digər şəxslər tərpfindən də həyata keçirilə bilər. Miras əmlakın faktiki cəhətdən qəbulunun təşdiqlənməsinin və sübut edilməsinin böyük əhəmiyyəti vardır. Bu hal müxtəlif orqanlar tərəfindən sənədlərlə təsdiq oluna bilər. Məsələn, miras qoyan ölən anda və miras aparıdan sonra vərəsənin miras evdə yaşaması mənzil orqanı tərəfindən verilən müvafiq arayışla təsdiq olunur. Yaxud, miras qoyana məxsus əmlaka görə vərəsənin vergi ödəməsi vergi orqanı tərəfindən verilən arayışla təsdiq oluna bilər və s. Lakin yuxarıda qeyd olunduğu kimi mirasın qəbuluna (istər rəsmi, istərsə də faktiki) yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Mirasın qəbul edilmə müddəti dedikdə, qanuhda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağıpİmiş şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Bu müddət Azərbaycan Respüblikası Mülki Məcəlləsinin 1246-cı maddəsi ilə dəqiq müəyyən edilmişdir. Həmin maddəyə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində miräsı qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mən də mərhum atam x9 miras qalmış əmlaka sahiblik etnəyə və həmin əmlakı faktiki idarə etməyə başlamışam. Ona görə də Şəki Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(075)-357/2019 saylı qətnaməsinin iddia tələbinin qismən təmin edilmiş hissəsində ləğv edib, iddia tələbinin tam təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişəm. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 18 mart 2019cu il tarixli, 2(075)-357/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cаvаbdeh x31 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini Şəki Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(075)-357/2019 saylı qətnaməsinin iddia tələbinin qismən təmin edilmiş hissəsində ləğv edib, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyasının 13 iyun 2019-cu il tarixli məhkəmə iclasında cavabdeh x31 vəsatət təqdim edərək bildirmişdir ki, cavabdehlər İddiaçı, x4, x16, x17, x6, Şəki Regional “Asan Xidmət” x18 və ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və bağışlanma müqavilələrinin etibarsız hesabedilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin icraatında olan mülki işə üzrə yekun qərar qəbul edilənə və qəbul ediləcək qərar qanuni qüvvəsini alana kimi hazırkı mülki iş üzrə icraatın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyasının 13 iyun 2019-cu il tarixli, 2(107)1889/2019 nömrəli qərardadı ilə hazırkı 2(107)-1889/2019 saylı iş üzrə icraat, iddiaçı x14 cavabdehlər İddiaçı, x4, x16, x17, x6, Şəki Regional “Asan Xidmət” x18 və ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə baxılıb yekun məhkəmə qərarı qəbul edilənə və həmin qərar qanuni qüvvəsini alana kimi dayandırılmışdır. Şəki Apelyasiya Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, 2(107)160/2020 nömrəli qətnaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli, 2(033)-1351/2019 nömrəli qətnaməsi ilə (hakim Pərviz Hacıyev) iddiа təmin edilmiş, Şəki rayon 2 saylı notariat kontoru tərəfindən verilmiş 19 oktyabr 2017-ci il tarixli, 2V440 reyestr nömrəli, 26 aprel 2018-ci il tarixli, 2V-234 reyestr nömrəli və 26 iyul 2018-ci il tarixli, 2V- 430 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, x26 və x27 ilə x10 arasında bağlanmış 24 yanvar 2018-ci il tarixli, 4Ə-108 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin, x10 ilə İddiaçı arasında bağlanmış 24 may 2018-ci il tarixli, 4Ə-814 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin, x12 ilə İddiaçı arasında bağlanmış 17 oktyabr 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı verilmiş 07 noyabr 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsi 15 yanvar 2020-ci il tarixli, 2(107)160/2020 nömrəli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin 10 sentyabr 2019-cu il tarixli, 2(033)-1351/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, qətnamədən kassasiya şikayəti verilmədiyi üçün qanuni qüvvəsini almışdır. Göründüyü kimi Şəki Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(075)- 357/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən-yəni İddiaçı paylı mülkiyyətində olan ünvan 1 ünvanlı fərdi yaşayış evindən istifadəsi ilə bağlı cavabdeh x31 tərəfindən törədilən maneələr aradan qaldırılması tələbinin təmin edilməsi üçün əsas olmuş Şəki rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 19 oktyabr 2017-ci il tarixli, 2V440 reyestr nömrəli, 26 aprel 2018-ci il tarixli, 2V-234 reyestr nömrəli və 26 iyul 2018-ci il tarxili, 2V-430 reyestr nömrəli qanuni üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilmiş, x26 və x27 ilə x10 arasında bağlanmış 24yanvar 2018-ci il tarixli, 4Ə-108 reyestr nömrəli daşınmaz əmlakın baqışlanması müqaviləsi, x12 ilə İddiaçı aralarında bağlanmış 17 oktyabr 2018-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, İddiaçı verilmiş 07 noyabr 2018-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Belə olan halda məhkəmə kolegiyası hesab edir ki, iddiaçı Səmədov x5, S.Vurğun küçəsi ev 2 ünvanlı fərdi yaşayış evinə olan mülkiyyət hüququnu itirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа keçirilir. Hаkim bütün hаllаrdа prоsesin çəkişmə prinsipini təmin etməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə etdiyi dəlillərlə, оnlаrın verdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsаn hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(075)-357/2019 saylı qətnаməsi qismən- yəni İddiaçı paylı mülkiyyətində olan ünvan 1 ünvanlı fərdi yaşayış evindən istifadəsi ilə bağlı cavabdeh x31 tərəfindən törədilən maneələr aradan qaldırılması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh x31 tərəfindən verilmiş аpelyаsiyа şikаyəti qismən təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli, 2(075)-357/2019 saylı qətnaməsi qismən-yəni İddiaçı cavabdeh x19 qarşı evdə yaşamaq üçün törədilən maneələrin aradan qaldırılması tələbi hissəsində ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. İddiaçı cavabdeh x19 qarşı evdə yaşamaq üçün törədilən maneələrin aradan qaldırılması tələbi rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar