Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-530/2022 10.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, cavabdeh X6, maraqlarına toxunan şəxslər X9 və X2 nümayəndəsi (vəkil) X4 iştirakı ilə İddiaçı Savəddin qızının cavabdehlər Cavabdeh1, X3 qarşı “əqdin etibarlı hesab edilməsi” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 03 iyul 2007-ci il tarixli, 2(039)-321/2007 nömrəli qətnaməsindən cavabdehlər X6, X9, X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Savəddin qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yevlax rayonu Tanrıqulular kəndində cavabdeh X1 JN 608 ( KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən mülkiyyətçisi hesab edildiyi 2.88 hektar pay torpaq sahəsinin alqı-satqısına dair cavabdehlər X7 və X6 ilə onun arasında olan əqdin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim Ə.Tağıyev) 03 iyul 2007-ci il tarixli, 2(039)- 321/2007 nömrəli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı Savəddin qızı ilə X7 arasında Yevlax rayonu Tanrı qulular kəndində JN 608 ( KOD ********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən rəsmi mülkiyyətçisi olduğu 2.88 hektar pay torpaq sahəsinin alqı-satqısı ilə bağlı aralarında olan əqd bağlanmış hesab edilməsi, JN 608 (KOD********) saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən təsbit edilmiş Yevlax rayonu Tanrıqulular kəndində 2.88 hektar pay torpaq sahəsinə dair İddiaçı Savəddin qızının mülkiyyət hüququnun tanınması, qətnamənin surətinin müvafiq qeydiyyat aparılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax Rayon Ərazi İdarəsinə göndərilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin (hakim Ə.Tağıyev) 03 iyul 2007-ci il tarixli, 2(039)- 321/2007 nömrəli qətnaməsindən cavabdeh X6 və maraqlarına toxunan şəxs X9, X8 tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə iclasında iştirak edən apellyatorların nümayəndəsi (vəkil) X10 apellyasiya şikayətini müdafiə edərək, sonda şikayətin təminn olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfin iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Qeyd olunan mülki iş Şəki Apellyasiya Məhkəməsinin icraatında olan zaman birinci instansiya məhkəməsi tərəfindən işin geri qaytarılması barədə məktub daxil olmuşdur. Həmin məktubda Yevlax Rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərardadından hüquqlarına toxunan şəxs İddiaçı Şabəddin qızı tərəfindən şikayət verildiyi qeyd edilmiş və hazırki mülki işin Yevlax rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası sənədləri əlaqəli şəkildə araşdıraraq belə hesab edir ki, hüquqlarına toxunan şəxs İddiaçı Şabəddin qızı tərəfindən verilmiş şikаyətin uyğunluğunu yоxlаmаq üçün mülki iş Yevlax rayon Məhkəməsinə göndərilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 364-cü mаddəsinə əsаsən, birinci instаnsiyа məhkəməsi аpellyаsiyа şikаyətinin bu Məcəllənin 361-ci mаddəsinin tələblərinə uyğunluğunu yоxlаyır. Bu Məcəllənin 361-ci mаddəsinin tələblərinə cаvаb verən аpellyаsiyа şikаyəti оnа əlаvə оlunmuş sənədlərlə və işlə birlikdə аpellyаsiyа şikаyətinin verilmə müddəti bitdikdən sоnrа 7 gün müddətində аpellyаsiyа instаnsiyаsı məhkəməsinə göndərilir. Yuxarıda sadalanan qanunvericiliyin tələbinə görə apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Göründüyü kimi, аpellyаsiyа şikаyətinin prоsessuаl tələblərə uyğunluğu birinci instаnsiyа məhkəməsi tərəfindən yоxlаnılmаlı və şikаyətin göstərilən tələblərə uyğunluğu müəyyən edildikdə iş аpelyаsiyа instаnsiyаsı məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin 02.03.2022-ci il tarixli, 2(107)-530/2022 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilməli, Yevlax Rayon Məhkəməsinin 03 iyul 2007-ci il tarixli, 2(039)-321/2007 nömrəli qətnaməsindən cavabdeh X6 və maraqlarına toxuna şəxslər X9, X8 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmaqla Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu müəyyən etmək üçün birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; . kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 408.1.4, 408.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərаrа аldı: Şəki Apellyasiya Məhkəməsinin 02.03.2022-ci il tarixli, 2(107)-530/2022 nömrəli qərardadı (mümkünlük barədə qərardadı) ləğv edilsin. Yevlax Rayon Məhkəməsinin 03 iyul 2007-ci il tarixli, 2(039)-321/2007 nömrəli qətnaməsindən cavabdehlər X6, X9, X8 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarmaqla, Mülki Prosessual Məcəllənin tələblərinə uyğunluğunu müəyyən etmək üçün birinci instansiyası məhkəməsinə qaytarılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-530/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-530/2022
10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver