Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-531/2020 21.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyan, maneənin aradan qaldırılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zərdab Rayon Məhkəməsinin hakimi Qubadov Tahir Möhsüm oğluna verdiyi etiraz ərizələrinə baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyan, maneənin aradan qaldırılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edilən mülki işə baxılan zaman cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hakim Qubadov Tahir Möhsüm oğluna etiraz etmişdir. Etiraz ərizələri onunla əsaslandırmışdır ki, hakim Qubadov Tahir Möhsüm oğlu maddi maraqlarına görə cavabdehlərə qarşı qərəzli mövqe tutmuşdur. Hazırki iddia üzrə işə xx xxx 2016-cı il tarixdə baxılarkən Qubadov Tahir Möhsüm oğlu iddiaçının xeyirinə qərar qəbul etmişdir. Lakin həmin qətnamənin surəti maraqlarına toxunan şəxs Cavabdeh1 təqdim edilməmişdir. Ona görə də həmin qətnamədən apelyasiya şikayəti verə bilməmişlər. Bundan sonraiddiaçının Cavabdeh1 qarşı qaldırdığı iddiaya hakim Qubadov Tahir Möhsüm oğlu tərəfindən baxılmasına etiraz etmişlər. Nəticədə etiraz təmin edilmiş və işə Ucar Rayon Məhkəməsi baxmışdır. Bundan sonra hakim Qubadov Tahir Möhsüm oğlu onlara qarşı daha da qərəzli olmuş hətta xx xxx 2016-cı il tarixli həmin məhkəmə qərarını icra etməməyə görə Cavabdeh2 10 gün müddətində inzibati həbs etmişdir. Ona görə də eyni tərəflər arasında, eyni predmet üzrə qaldırılan iddia ərizəsinə yenidən hakim Qubadov Tahir Möhsüm oğlu tərəfindən baxılması qanuna müvafiq deyildir. Beləliklə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyan, maneənin aradan qaldırılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zərdab Rayon Məhkəməsinin hakimi Qubadov Tahir Möhsüm oğluna verdiyi etirazlar müzakirə edilməsi üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bununlа bаğlı məhkəmə kоllegiyаsı qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmiş etirazın həll edilmə qaydası Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 22-ci mаddəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olan "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinin 1ci hissəsinə əsasən, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Həmin Məcəllənin 19.2-ci maddəsinə əsaən, aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər: 19.2.1. o, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; 19.2.2. o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin qohumudursa və qohumu olmuşsa; 19.2.3. o, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 19-20-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən etirazlar əsassızdır və etirazlarda qeyd edilən əsaslar müəyyən edilmədiyindən etirazların təmin edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, etirazların dəlillərini araşdıraraq hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş etirazlar əsaslandırılmadığından və etirazların təmin edilməsi üçün sübutlar təqdim olunmadığından təmin edilməməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 22.6-cı maddəsinə əsasən etiraz etmə və ya özü özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 22, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə kоllegiyаsı qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyan, maneənin aradan qaldırılması və qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zərdab Rayon Məhkəməsinin hakimi Qubadov Tahir Möhsüm oğluna verdiyi etirazlar təmin edilməsin. Mülki iş baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-531/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-531/2020
21.01.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver