Məhkəmə qərarları › İş №2(107)-532/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-532/2024

15.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-532/2024 15.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 və üçüncü şəxs X9 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 2(051)-194/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. 16 sentyabr 1994-cü il tarixli, 004118 nömrəli orderi ilə Mingəçevir şəhəri 20 Yanvar döngəsi (hal-hazırda V.Abdullayev küçəsi) 8 saylı evin 16 saylı mənzili İddiaçı və ailə üzvləri - əri X5, oğlu X9 və qızı X8 daimi istifadəsinə verilmişdir. İddiaçının əri X10 xx.xx.2012-ci ildə ölmüşdür. Cavabdeh iddiaçının oğlu X14 ilə 30 sentyabr 2016-cı ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş və mübahisəli Mingəçevir şəhəri Vahid Abdullayev küçəsi 8 saylı evin 16 saylı mənzilinə gəlin köçmüşdür.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı evin, 16 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı evin 16 saylı mənzili Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısının 20 sentyabr 1994-cü il tarixli 593 saylı Sərəncamı ilə ona 4 nəfər ailə üzvü ilə birlikdə verilmişdir. Mənzildə o, qızı Aynurə Məmmədova, X20, onun arvadı Cavabdeh qeydiyyatdadır. Mənzili özəlləşdirilməmişdir. X20 mənzilin özəlləşdirilməsinə razılıq vermədiyindən paylarının bölünməsini həyata keçirə bilmirlər. Mənzil 47.31 kv.metr olmaqla 3 otaqlıdır. Onun 68 yaşı vardır və həyatını sakit başa vurmaq istəyir, əri X10 isə 21 avqust 2012-ci ildə vəfat etmişdir. Hər gün ailə daxili münaqişələri vardır. Münaqişənin əsas səbəbkarı isə Cavabdehdır. Cavabdeh 5 ildir ki, onun mənzilinə gəlin gəlmişdir. O onun onun mənzilində yaşamasını istəmir. Çünki o onun əmlakından sərbəst istifadə etməyinə mane olur. Qeyd edir ki, mənzilin orderi onun adınadır. Mənzili özəlləşdirilməsədə 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə və həmin tarixdən qüvvəyə minən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı evin 16 saylı mənzilinə əmlak hüququ vardır. Mənzili ona 01 oktyabr 2009-cu il tarixədək verildiyindən mənzili sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə aid olmadığından hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən Cavabdeh onun ailə üzvü deyildir. Ona görə də məhkəmədən Cavabdeh Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı evin, 16 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil Mingəçevir şəhər İcra hakimiyyəti başçısının 593 nömrəli, 20 sentyabr 1994-cü il tarixli Sərəncamı əsasında X6 və 3 nəfər ailə üzvlərinə verilmişdir. Mənzilin icarəyə verilməsi X2 adına 16 sentyabr 1994-cü il tarixli, 004118 nömrəli orderi ilə rəsmiləşdirilmişdir. Həmin orderdə 1955-ci il təvəllüdlü iddiaçının özü Nəsibova Sücayət, 1950-il təvəllüdlü iddiaçının həyat yoldaşı İzmir, 1985-ci il təvəllüdlü iddaçının oğlu Sakit, 1987-ci il təvəllüdlü iddiaçının qızı Aynurə ailənin tərkib hissəsi kimi qeyd edilmişdir. İddiaçının əri X10 xx.xx.2012-ci ildə ölmüşdür. Cavabdeh iddiaçı X1 oğlu X14 ilə 30 sentyabr 2016-cı ildə rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuş və mübahisəli Mingəçevir şəhəri Vahid Abdullayev küçəsi 8 saylı evin 16 saylı mənzilinə gəlin köçmüşdür. Cavabdeh iddiaçı X4 və əri X14 birgə təsərrüfat idarə etmişlər. Cavabdeh Mingəçevir şəhəri Vahid Abdullayev küçəsi 8 saylı evin 16 saylı mənzilinə gəlin köçdükdən sonra, iddiaçının razılığı ilə 27 fevral 2018-ci ildə həmin mənzilə qeydiyyata düşmüşdür. Cavabdeh və iş üzrə müstəqil tələb irəli sürməyən X9 birgə nikahlarından 20 avqust 2008ci il təvəllüdlü X7 və 20 mart 2020-ci il təvəllüdlü X16 doğulmuş və mübahisəli mənzildə pasport qeydiyyatında olmaqla valideynləri ilə birlikdə orada yaşayırlar. Hal-hazırda İddiaçı Məhəddin qızı oğlunun arvadı Cavabdeh mənzildən çıxarılmasını tələb edir.

5. İddiaçı iddiasını onunla əsaslandırır ki, Mənzili özəlləşdirilməsədə 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə və həmin tarixdən qüvvəyə minən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı evin 16 saylı mənzilinə əmlak hüququ vardır. Mənzili ona 01 oktyabr 2009-cu il tarixədən əvvəl verildiyindən mənzili sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə aid olmadığından hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə əsasən Cavabdeh onun ailə üzvü deyildir. Ona görə də, məhkəmədən Cavabdeh Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı evin, 16 saylı mənzilindən çıxarılmasını tələb edir. Yəni iddiaçı hesab edir ki, 01 oktyabr 2009-cu ildən sonra qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinə 146.1-ci maddəsin tələbinə görə mənzili özəlləşdirmək hüququ olan şəxs olduğu üçün onun mülkiyyət hüququ var və bu əsasla iddiasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsini müddəalarını rəhbər tutur.

6. Məhkəmə iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edilməsində iddiaçının əsaslandığı qanuni əsaslar ilə razılaşmır. İlk növbədə məhkəmə qeyd edir ki, tərəflər arasında mənzillə bağlı hüquq münasibətləri 2016-cı il tarixdən yaranmışdır. Mübahisəli mənzilə iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Odur ki, mübahisə həmin tarixdə qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Lakin dövlət mənzil fonduna aid edilən orderli mənzillərlə bağlı münasibətlər hal-hazırda qüvvədə olan qanunvericiliklə tənzimlənmədiyi səbəbdən məhkəmə hesab edir ki, qanunun analogiyası tətbiq edilərək işin mahiyyətinə zidd olmayan, oxşar münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilməlidir.

7. Məhkəmə hesab edir ki, mübahisəli mənzilə iddiaçının mülkiyyət hüququ olmadığından, həmçinin tərəflər arasında hüquq münasibətlər yarandığı vaxtı nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin müdəaları deyil, qanunun analogiyası tətbiq edəilərək hal-hazırkı hüquq münasibətlərinin mahiyyətinə zidd olmayan, oxşar münasibətləri tənzimləyən 01 oktyabr 2009-cu il tarixədən qüvvədə olan Mənzil Məcəlləsinin «sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahələrinin verilməsi qaydası və əsaslarını» müəyyən edən Vİİ fəslin normaları ilə tənzimlənməlidir.

8. Məhkəmə sadalanan sübutların məhkəmə iclasında tədqiq olunması nəticəsində o nəticəyə gəlir ki, göstərilən sübutlar iddia tələbinin əsaslı olduğu qənaitinə gəlməyə əsas vermir. Sübutlar işə aid olmamaqla iddia üzrə iddiaçının tələbində göstərilən faktiki hallara uyğun gəlmir. Onlar arasında ziddiyyət vardır. Məhkəmədə əldə olunmuş sübutların məcmusu əsasında müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı X1 oğlu X14 ilə 30 sentyabr 2016-cı ildə rəsmi nikah qeyd etdirməklə ailə münasibətlərinə daxil olmuş və mübahisəli mənzilinə gəlin köçmüşdür. Cavabdeh mübahisəli mənzilinə gəlin köçdükdən sonra, iddiaçının və digər icarədarların razılığı ilə 27 fevral 2018-ci ildə həmin mənzilə qeydiyyata düşmüşdür. Cavabdeh, iddiaçı X4 və əri X14 birgə təsərrüfat idarə etmişlər. Cavabdeh və iş üzrə müstəqil tələb irəli sürməyən X9 birgə nikahlarından iki nəfər uşaqları doğulmuş və həmin uşaqlarda mübahisəli mənzildə pasport qeydiyyatında olmaqla valideynləri ilə birlikdə orada yaşayırlar. Bu əsaslarlada cavabdeh iddiaçı və orderdə adı göstərilən şəxslərlə eyni hüquqa malikdir və onlar birgə eyni məsuliyyət daşıyır. Həmçinin 16 sentyabr 1994-cü il tarixli, 004118 nömrəli orderdə adı olan və həmin mənzildə qeydiyyatda olmaqla daimi yaşayan iddiaçının oğlu, cavabdehin isə əri X14 arvadının mənzildən çıxarılmasına etiraz edir. Belə olan halda cavabdehin mənzildən çıxarılmasına heç bir qanuni əsaslar müəyyən edilmədi. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin həmin mənzilə istifadə hüququ var və o yaşayış sahəsindən çıxarıla bilməz və yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

9. Mingəçevir Şəhər Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 2(051)-194/2024 nömrəli qətnaməsi ilə (hakim Ələkbər Hüseynov) İddiaçı Cavabdeh qarşı Mingəçevir şəhəri V.Abdullayev küçəsi 8 saylı evin, 16 saylı mənzildən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5, 68 və 69-cu maddələrinə istinad etmişdir.

11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: xx.xx.2023-cü il tarixli, 3-48-DA-8F/2-N-1xx-xx/2023 saylı arxiv arayış AZ-İİ seriyalı, 298459 №-li ölüm haqqında şəhadətnamə Mingəçevir şəhər icra hakimiyyəti aparatının 16 sentyabr 1994-cü il tarixli, 004118 nömrəli orderi 12 saylı MİS tərəfindən verilmiş arayış AZ-İİ seriyalı, 138109 nömrəli nikah haqqında şəhadətnamə AZ-İV 158386 nömrəli doğum haqqında şəhadətnamə AZ-İV 415716 nömrəli doğum haqqında şəhadətnamə

12. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə mübahisənin mülkiyyət hüquqları ilə bağlı olmasını nəzərə almamışdır. O, iddianı qaldırarkən həmin mənzilin mülkiyyətçisi olduğunu göstərirdi. Cavabdeh isə 30 sentyabr 2016-cı ildə nikaha girməklə həmin mənzilə gəlsə də, bu münasibət 01 sentyabr 2000-ci ildən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun həll edilməli idi. Yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir.

14. Sakit Məmmədovun da həmin mənzildən “qanuni gözləntiyə” malik olduğuna hesab edir ki, iş üzrə Sakit Nəsibov paylı mülkiyyətdən istifadə ilə bağlı məhkəməyə müraciət edərək hər hansı qayda müəyyən edilməsinə dair iddia qaldırmamış və müəyyən edilmiş qayda mövcud deyildir. Sakit Nəsibov onun hüquqlarını məhdudlaşdıraraq arvadına paylı mülkiyyətdə olan əmlaka sahiblik və istifadə üçün şərait yaratmaqla onun istifadəsinə maneçilik törədir. O, yaşlı ana öz əmlakından faktiki məhrum buraxılmışdır.

15. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 2(051)- 194/2024 nömrəli qətnaməsinin ləğv edilməsinji və iddianın təmni edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.

18. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 və üçüncü şəxs X14 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 2(051)- 194/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

19. 1 oktyabr 2009-cu ildən sonra qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 68.1.-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 69.1-ci maddəsinə əsasən Kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır.

20. Qərarlar: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə” dair 08 oktyabr 2013-cü il tarixli Qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Qərarı Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli Qərarı

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 217.2-ci mаddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

23. İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 2(051)- 194/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 217.2-ci mаddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə” dair 08 oktyabr 2013-cü il tarixli Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında mənzillə bağlı mübahisəli hüquq münasibətləri xx.xx.2009-cu il tarixdən sonra - 30 sentyabr 2016-cı ildə yarandığından hazırki işə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilə bilməz. Apellyasiya şikayətinin iddiaçının mənzilə gözlənilən mülkiyyət hüququnun olması ilə bağlı məsələyə gəldikdə kollegiya aşağıdakıları qeyd etməyi zəruri bilir. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla–mənzil istisimar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar–adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Qanunun 5-ci maddəsinin 1-ci hissəsinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Göründüyü kimi, iddiaçı ilə birlikdə iddiaçının oğlu, hazırki iş üzrə üçüncü şəxs X14 da mübahisəli mənzil üzərində ididaçı ilə eyni hüquqlara malik olmaqla həmin mənzildə gözlənilən mülkiyyət hüququ vardır. Cavabdeh isə üçüncü şəxs X9 arvadı olaraq istər Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci, istərsə də 30-cu maddəsinin tələbi baxımından sonuncunun ailə üzvü hesab olunmaqla mübahisəli mənzildən istifadə hüququ mövcuddur. Bu hal hətta hazırki işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi tətbiq olunsaydı belə keçərlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər... Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, mənzilin (evin) mülkiyyətçisi olmayan, lakin özəlləşdirilmə zamanı kirayəçi ilə birlikdə faktiki yaşayan onun ailə üzvlərinin özəlləşdirilən mənzilə əvvəllər əldə olunmuş yaşamaq hüquqları konstitusiya əhəmiyyətli dəyərlərdən irəli gəldiyindən müdafiə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən, iddiaçının mübahisəli mənzilə gözlənilən mülkiyyət hüququnun olması heç bir halda cavabdehi mübahisəli mənzilə istifadə hüququndan məhrum etmir.

26. Kollegiya apellyasiya şikayətinin bu qətnamənin 14-cü bəndində göstərilən dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə, servitut bir qayda olaraq daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman, servitut sahibi öz mülkiyyətində olan daşınmaz əşyasından başqa daşınmaz əşyanın servitutla yüklü hala gəlməsi hesabına istifadə etməkdə güzəşt və üstün imkanlara malik olur (Mülki Məcəllənin 255.1 və 255.6-cı maddələri). Bunun tək istisnası, Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutdur. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi-nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu maddələrə əsasən, əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Qeyd olunan xüsusiyyətlər onu göstərir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan "istifadə hüququ" Mülki Məcəllənin 255.8-ci maddəsində nəzərdə tutulan şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir.... Həmin maddədə nəzərdə tutulan "istifadə hüququ"nun qüvvədə olan mülki qanunvericilikdə nizamlanan şəxsi servitutdan tək fərqi mahiyyət baxımından deyil, sırf əmələ gəlmə forması baxımındandır. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsində nəzərdə tutulan "istifadə hüququ" notariat qaydasında müqavilə bağlanılmadan, başqa sözlə, yaşayış sahəsi mülkiyyətçisinin iradəsi xaricində və reyestrdə qeydiyyat aparılmadan yaranırdı.” Kollegiya qeyd edir ki, “istifadə hüququ” Mülki Məcəllənin 228-ci maddəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və ya 68-ci maddələrinə əsasən yaranmasından asılı olmayaraq, şəxsi servitutla eyni hüquqi mahiyyətə malikdir. İstifadə hüququnun daha bir xüsusiyyəti də göstərilən qərarda qeyd olunduğu kimi, mülkiyyətçinin iradəsi xaricində yaranmasıdır. Hazırki iş üzrə də cavabdehin mübahisəli mənzildən istifadə hüququ iddiaçının və onun oğlu olan üçüncü şəxsin cavabdehi gəlin olaraq mübahisəli mənzilə köçürməsi nəticəsində yaranmış və hal-hazırda iddiaçının iradəsindən asılı olmadan qanunvericiliyə əsasən mövcuddur. Daha əvvəl qeyd etdiklərimiz iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyasının mövqeyini əks etdirməklə yanaşı birinci instansiya məhkəməsinin hazırki iş üzrə mübahisəni bu mübahisənin yarandığı vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-69-cu maddələrinə istinad etməklə həll etməsini əsaslı və qanuni hesab edir.

27. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 2(051)-194/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 15 yanvar 2024-cü il tarixli 2(051)-194/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar