Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-536/2021 18.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Zaqatala Rаyоn Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-691/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zaqatala Rаyоn Məhkəməsinin (hаkim Tural Həsənov) xx xxxxxxx 2020-ci il tarixli 2(033)-691/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair ilk iddia və Cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması və maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia tələbi üzrə qarşılıqlı iddia təmin edilərək ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Zaqatala şəhəri Azərbaycan prospekti 93 mənzil 5 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınması, fərdi yaşayış evindən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmiş, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı mülkiyyətində olan Zaqatala şəhəri Azərbaycan prospekti 93 mənzil 5 ünvanında yerləşən mənzildən cavabdehin çıxarılması tələbinə dair iddia ərizəsi rədd edilmişdir. İşin halları İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) Cavabdeh (bundan sonra cavabdeh və ya Cavabdeh) qarşı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə mürаciət edərək Cavabdeh onun mülkiyyətində olan Zaqatala şəhəri Azərbaycan prospekti 93 mənzil 5 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış Zaqatala şəhəri Azərbaycan prospekti 93 mənzil 5 ünvanında 1925-ci ildə tikilmiş, 2 otaqlı, ümumi sahəsi 35,0 kv.m. olan mənzilin 1/2 hissəsinə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh sonradan qarşılıqlı iddia tələbinin predmetinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Zaqatala şəhəri Azərbaycan prospekti 93/5 nömrəli mənzildən istifadə hüququnun tanınması, fərdi yaşayış evindən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia tələbinin dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh məhkəməyə iddianı təmin etmə tədbirinin görülməsinə dair vəsatət də göndərərək, mülki iş üzrə çıxarılmış qətnamə qanuni qüvvəsini alana kimi Zaqatala şəhəri Azərbaycan prospekti 93/5 nömrəli mənzilin İddiaçı tərəfindən özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-691/2020 nömrəli xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə Cavabdeh iddianı təmin etmə tədbirinin görülməsinə dair ərizəsi təmin edilərək hazırkı mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, xx.xx.2005-ci il tarixində 01 saylı reyestr kitabının 167-ci vərəqində İddiaçı adına tam mülkiyyət üzrə qeydiyyata alınmış Zaqatala şəhəri Azərbaycan prospekti 93 ünvanında yerləşən 5 saylı mənzilin üzərinə həbs qoyularaq həmin mənzilin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən İddiaçı iddia ərizəsini müdafiə edərək, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, onun mülkiyyətində Zaqatala şəhəri Azərbaycan prospekti 93 mənzil 5 ünvanında 1925-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 35,0 kv.m. olan mənzil var. Həmin mənzilin mülkiyyətində olduğunu təsdiq edən xx xxxx 2005-ci il tarixli 339 nömrəli Qeydiyyat vəsiqəsi vardır. Cavabdeh onun keçmiş həyat yoldaşıdır. Onların nikahları Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Onlar ayrıldıqdan sonra cavabdeh evdən çıxıb getmişdir. Cavabdeh ünvan 4ində yaşayış yerinin olmasına baxmayaraq ona məxsus Zaqatala şəhəri Azərbaycan prospekti 93/5 nömrəli mənzilə ondan icazəsiz olaraq gəlib gedir, özünə məxsus əşyaları saxlayaraq ona həmin evdə yaşamağa imkan vermir. Cavabdeh onun evini qanunsuz olaraq zəbt etməklə onun hüquqlarını pozur. Ona görə də məcburiyyət qarşısında qalaraq cavabdehin evdən çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda ilk iddia ərizəsinin təmin edilməsini, cavabdehin qarşılıqlı iddiasının rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında izahat verən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 da ilk iddianı müdafiə edərək iddiaçının göstərdiyi xüsusatları təsdiq etmiş, əlavə olaraq göstərmişdir ki, Balakən Rayon İcra Hakimiyyəti Katex kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 398 nömrəli xx xxxx 2019-cu il tarixli arayışa əsasən Cavabdeh Katex kənd sakinidir. Katex kəndində təsərrüfatbaşına kitabda oğlu Lələyev Ceyhun Möhmə oğluna məxsus təsərrüfatda qeydiyyatdadır. Həmin təsərrüfatda 0,10 ha həyətyanı torpaq sahəsi və 1972-ci ildə tikilmiş yaşayış evi var. Göründüyü kimi, cavabdehin mübahisəli evdə istifadə hüququ yoxdur. Ona görə də, cavabdeh həmin evdən çıxarılmalıdır. Sözügedən ev özəlləşdirilmə nəticəsində iddiaçının mülkiyyətinə verilmişdir. Cavabdehin həmin evə dair hər hansı hüququ yoxdur. Qeyd olunanlara əsasən ilk iddianın təmin olunmasını, qarşılıqlı iddianın isə rədd olunmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsini müdafiə edərək, ilk iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh ünvan 4ində oğlu Ceyhun Lələyevə məxsus təsərrüfatda qeydiyyatdadır. O, İddiaçı ilə Zaqatala rayon Qeydiyyat şöbəsində xx xxxx 1990-cı il tarixdə 8 nömrə ilə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Həmin ildə Zaqatala şəhəri Azərbaycan prospekti 93 mənzil 5 ünvanında 1925-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 35,0 kv.m. olan mənzili alaraq ora köçüb yaşamışlar. Onun İddiaçı ilə birgə nikahlarından xx xxxx 1994-cü il tarixdə Lələyeva Sevinc Möhmə qızı adlı uşaqları anadan olmuşdur. İddiaçı ilə aralarında bağlanmış nikah Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, xx xxxxxxxx 2018-ci il tarixdə nikahın pozulması haqqında şəhadətnamə almışlar. İddiaçı ilə Cavabdeh birgə nikahları dövründə aldıqları mənzilə Zaqatala Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqları Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən xx xxxx 2005-ci il tarixli 09 saylı sərəncama əsasən 339 saylı qeydiyyat vəsiqəsi alınmış, lakin qeydiyyat vəsiqəsi İddiaçı adına rəsmiləşdirilmişdir. Onlar ailə qurduqları vaxtdan, yəni 1990-cı il tarixdən bugünə qədər həmin mənzildə yaşayırlar. Cavabdehin bütün əmlakı həmin evdədir və hazırda yaşamağa başqa evi yoxdur. Qeyd olunanlara əsasən qarşılıqlı iddianın təmin, ilk iddianın isə rədd edilməsini məhkəmədən xahiş edir. İş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-691/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Birinci instansiya məhkəməsinin həmin qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh ünvan 4inin sakini olmaqla həmin kənddə özünün şəxsi evi və təsərrüfatı vardır. Bundan başqa onların birgə nikahlarından xx.xx.1994-cü ildə doğulmuş Sevinc adlı qızları vardır. Sevinc xəstə olmaqla 1-ci qrup əlildir. Cavabdeh isə alkoqol aludəçisidir. Cavabdeh məqsədi ona acıq vermək, hər gün evə spirtli işki içib gələrək onu və əlil uşağını siqaret tüstüsündə boğmaqdan başqa bir şey deyildir. Bununla da Cavabdeh onu xəstə uşağı ilə dinc yaşamağa qoymir, mülkiyyətindən istifadə hüquqlarını həyata keçirməyinə mane olur. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və vəkili X5 apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-691/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, ilk iddia ərizəsinin təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin əsassız olduğu üçün rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etdilər. İddiaçı izahatında əlavə olaraq bildirdi ki, həmin mənzil əvvəllər onun anası X2 məxsus olmuş, o, anası ilə birlikdə orada yaşamış, Cavabdeh isə həmin vaxta kimi ünvan 4ində yerləşən və özünə məxsus olan fərdi yaşayış evində qeydiyyatda olmaqla əvvəlki ailəsi ilə birlikdə həmin evdə yaşamış, Cavabdeh evləndikdən sonra onun yanına köçmüş, 2005-ci ildə anasının razılığı ilə mənzil onun mülkiyyətinə keçirilmiş, cavabdeh heç vaxt sözügedən mənzildə qeydiyyatda olmamış, onunla evli olduqları müddətdə də ünvan 4ində yerləşən və özünə məxsus olan fərdi yaşayış evində qeydiyyatda olmuşdur. Cavabdeh ondan boşandıqdan sonra yenə də Katex kəndindəki özünün evinə qayıdaraq orada yaşayır. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh və nümayəndəsi Vəkil2 məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Balakən Rayon Məhkəməsinin 2(019)-612/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və xx xxxx 1990-cı il tarixdə Zaqatala rayon VVAQ şöbəsində 8 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 303705 nömrəli xx xxxxxxxx 2018-ci il tarixli Hikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 339 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, Zaqatala şəhəri Azərbaycan prospekti 93 nömrəli evin 5 nömrəli mənzili xx.xx.2005-ci il tarixində 01 saylı reyestr kitabının 167-ci vərəqində İddiaçı adına tam mülkiyyət üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinin **********76 nömrəli xx xxxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, keçmiş DTİ və MHQ İdarələrinin arxiv fonduna əsasən Zaqatala şəhəri Azərbaycan prospekti 93 ünvanında yerləşən 5 saylı mənzil xx.xx.2005-ci il tarixində 01 saylı reyestr kitabının 167-ci vərəqində İddiaçı adına tam mülkiyyət üzrə qeydiyyata alınmışdır. İddiaçı adına 2005-ci ilin iyul ayında tərtib edilmiş Zaqatala şəhəri Azərbaycan prospekti 93 ünvanında yerləşən 5 saylı mənzilin Texniki Pasportundan görünür ki, ümumi sahəsi 35,0 kv.m., yaşayış sahəsi 15,75 kv.m. olan, 19,25 kv.m. köməkçi sahədən ibarət 1925-ci ildə tikilmiş 2 otaqlı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. X3 tərəfindən Zaqatala rayonu DTİ və MHQ-nin rəisinə ünvanlanan xx xxxx 2005-ci il tarixli ərizədən görünür ki, ərizəçi qızı İddiaçı adına olan mənzilin özəlləşdirilməsinə etirazının olmadığını bildirmişdir. İddiaçı tərəfindən Zaqatala rayonu DTİ və MHQİ-nin rəisinə ünvanlanan xx xxxx 2005-ci il tarixli ərizədən görünür ki, ərizəçi adına olan mənzilin özəlləşdirilməsinə sərəncam verilməsini xahiş edir. Vəkil sorğusu əsasında alınmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsinin **********66 nömrəli, xx xxxxxx 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Ləğv edilmiş DTXK Balakən rayon şöbəsi tərəfindən idarəmizə təqdim edilmiş arxiv fondundan miqrasiya edilmiş məlumatlarında Cavabdeh və ailə üzvlərinin (subyektlərin sayı - 4 nəfər) ümumbirgə mülkiyyətində ünvan 4i ünvanında yerləşən JN-1106 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı sənədində qeyd olunan 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və A 199689 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan 1036,15 kv.m. həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. Həmin torpaq sahələri üzrə mülkiyyət hüququnun tanınması ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikasının Milli X7 Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivinin xx xxxxxx 2021-ci il tarixli 01 nömrəli arxiv arayışından görünür ki, ünvan 4 XDS İcraiyyə Komitəsinin və İcra Nümayəndəliyinin təsərrüfatbaşına kitablarına əsasən: 1980-2010-cu illər üzrə:
1. Cavabdeh—a/başçısı (1944,azərb.)
2. X1—arvadı ( 1951,azərb.)
3. Lələyeva Sevil Möhmə qızı—qızı (xx.xx.1972,azərb.)
4. Lələyev Cəbrail Möhmə oğlu—oğlu (xx.xx.1975,azərb.)
5. Lələyev Ceyhun Möhmə oğlu—oğlu (xx.xx.1980,azərb.) Evin 1972-ci ildə, damın 1973-cü ildə tikilməsi, həyətyanı torpaq sahəsinin mövcud olması, xx.xx.2010-cu ildən Lələyev Ceyhun Möhmə oğlunun təsərrüfat başçısı təyin edilməsi qeyd edilmişdir. xx xxxxxx 2021-ci il tarixli 01 nömrəli arxiv arayışından görünür ki, ünvan 4 XDS İcraiyyə Komitəsinin və İcra Nümayəndəliyinin təsərrüfatbaşına kitablarına əsasən 1059 saylı şəxsi hesab nömrəsi ilə 2015-2020-ci illər üzrə təsərrüfat başçısı kimi 1980-ci ildə doğulmuş Lələyev Ceyhun Möhmə oğlu və onun atası 1944-cü ildə doğulmuş Cavabdeh həmin təsərrüfatda qeydiyyatda olması göstərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə qarşılıqlı araşdıraraq, tərəflərin izahatını dinləyib belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini təmin etməməkdə, qarşılıqlı iddia ərizəsini təmin etməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Göründüyü kimi evin mülkiyyətçisi İddiaçıdır. İddiaçı ilə Cavabdeh birgə nikahda olduqları zaman Zaqatala şəhəri Azərbaycan prospekti 93 ünvanında yerləşən 5 saylı mənzil özəlləşdirilməklə İddiaçı adına tam mülkiyyət üzrə qeydiyyata alınmışdır. Cavabdehin mübahisə predmeti olan həmin evdən istifadə hüququ olduğundan, iddiaçı tərəfindən bu hüququn həyata keçirilməsinə maneəçilik yaradıldığından qarşılıqlı iddiaçı, həmin evə köçürülməsini və həmin evdən istifadə etməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb etməkdə haqlıdır. İddiaçı isə əksinə, cavabdehin evdən çıxarılmasını tələb etməkdə haqlı deyildir.”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıda qeyd edilənləri göstərməyi zəruri hesab edir. İşin gerçək halı ondan ibarətdir ki, Cavabdeh 1944-cü ildə ünvan 4ində doğularaq həmin ünvanda qeydiyyatda olmaqla yaşamış, o, ailəli olaraq birinci nikahından 3 nəfər övladı olmuşdur. Biirinci nikahı pozulduqdan sonra Cavabdeh İddiaçı ilə xx xxxx 1990-cı il tarixdə rəsmi qaydada nikah bağlamaqla evlənərək köçüb sözügedən Zaqatala şəhəri Azərbaycan prospekti 93/5 nömrəli mənzildə birlikdə yaşamışlar. Onların birgə nikahlarından xx xxxx 1994-cü il tarixdə Lələyeva Sevinc Möhmə qızı adlı uşaqları anadan olmuşdur. İddiaçı Zaqatala rayonu DTİ və MHQ-nin rəisinə xx xxxx 2005-ci il tarixdə ərizə ilə müraciət edərək adına olan mənzilin özəlləşdirilməsinə sərəncam verilməsini xahiş etmiş, Azərbaycan Respublikası Dövlət Tikinti Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 339 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Zaqatala şəhəri Azərbaycan prospekti 93 ünvanında yerləşən 5 saylı mənzil xx.xx.2005-ci il tarixində 01 saylı reyestr kitabının 167-ci vərəqində İddiaçı adına tam mülkiyyət üzrə qeydiyyata alınmışdır. Balakən Rayon Məhkəməsinin 2(019)-612/2018 nömrəli, xx xxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 1990-cı il tarixdə Zaqatala rayon VVAQ şöbəsində 8 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İddiaçı, Zaqatala şəhəri Azərbaycan prospekti 93, mənzil 5 ünvanında yerləşən mənzilin mülkiyyətində olduğunu əsas gətirərək cavabdehin mənzildən çıxarılmasını xahiş edir. Cavabdeh isə Zaqatala şəhəri Azərbaycan prospekti 93/5 nömrəli mənzildən istifadə hüququnun tanınması, fərdi yaşayış evindən istifadə hüquqlarının həyata keçirilməsinə iddiaçı tərəfindən yaradılan maneələrin aradan qaldırılmasını tələb edir. İşin gerçək hallarından görünür ki, İddiaçı Cavabdeh ikinci ailəsidir. Cavabdeh xx xxxx 1990-cı il tarixdə İddiaçı ilə ailə həyatı qurmazdan əvvəl birinci ailəsi ilə birlikdə ünvan 4ində yaşamış və həmin ünvandada qeydiyyatda olmuşdur. Cavabdeh qeydiyyatda olduğu ünvanda onun fərdi təsərrüfatı, həyətyanı torpaq sahəsi və 1972-ci ildə tikilən evi olmuşdur. Sonradan, yəni 2010-cu ildə həmin təsərrüfat Cavabdeh oğlu Lələyev Ceyhun Möhümə oğlunun adına qeydiyyata alınmışdır. Cavabdeh İddiaçı ilə 1990-cı il tarixdə ailə həyatı quraraq İddiaçı məxsus Zaqatala şəhəri Azərbaycan prospekti 93, mənzil 5 ünvanında yerləşən mənzilə köçsə belə, əvvəlki özünə məxsus olan ünvan 4ində yerləşən mənzildə həmişə qeydiyyatda olmuş və onu həmin qeydiyyatda olduğu ünvandan heç kəs qeydiyyatdan çıxarmamışdır. Bundan başqa Cavabdeh 2018-ci ildə İddiaçı ilə məhkəmə qaydasında ayrıldıqdan sonra da öz yaşayış sahəsi olan ünvan 4ində yerləşən mənzilə qayıdaraq hazırdada həmin ünvanda yaşayır. Göründüyü kimi, cavabdeh başqa yaşayış sahəsinə malikdir. Ona görə də onun mülkiyyət hüququ ilə başqasına (İddiaçı) məxsus olan sözügedən evdən istifadə hüququ istisna olunur. Habelə, Zaqatala şəhəri Azərbaycan prospekti 93, mənzil 5 ünvanında yerləşən mənzil tərəflərin birgə nikahı dövründə əldə edilən mənzildə deyildir. Cavabdeh bununla bağlı hər hansı sübut təqdim etməmişditr. Birinci instansiya məhkəməsi cavabdehin qarşılıqlı iddiasını təmin edərək onun sözügedən mənzildən istifadə hüququnun tanınmasını qət edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə (qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır), Azərbaycan SSR-in xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə, həmin Məcəllənin 53-cü maddəsinə (icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər), “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2001-ci il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2012-ci il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair qərarına və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna istinad etmiş və göstərmişdir ki, “işin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, tərəflər 2000-ci il sentyabrın 1-dək, yəni xx xxxx 1990-cı ildə ailə qurmaqla, mübahisələndirilən evə köçüb yaşamışlar, lakin həmin mənzil xx.xx.2005-ci il tarixində 01 saylı reyestr kitabının 167-ci vərəqində İddiaçı adına tam mülkiyyət üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi, yaşayış evi mülkiyyətçisi özünə məxsus olan evə köçürdüyü ailə üzvünü onun köçməsi zamanı başqa qeyd-şərt göstərməmiş, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmişdir. Özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Məhkəmə də hesab edir ki, xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus Zaqatala şəhəri Azərbaycan prospekti 93 ünvanında yerləşən 5 saylı mənzilində istifadə hüququ əldə etmiş Cavabdeh oradan istifadə hüququnu itirməmişdir.” Birinci instansiya məhkəməsinin hüquqi mövqeyinə görə, sözügedən mənzil 2005-ci ildə İddiaçı adına özəlləşdirilərkən həmin mənzildə yaşayan Cavabdeh mənzilin özəlləşdirilməsinə razılığı alınmışdır. Özəlləşdirilən mənzildə faktiki yaşayan Cavabdeh həmin mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onun həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası bununla bağlı aşağıdakıları qeyd edir. İşin hallarından görünür ki, İddiaçı Cavabdeh ilə evlənərkən həmin Zaqatala şəhəri Azərbaycan prospekti 93 nömrəli evin 5 saylı mənzilində yaşamış, Cavabdeh isə həmin vaxta kimi ünvan 4ində yerləşən və özünə məxsus olan fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşamış, evləndikdən sonra İddiaçı yaşadığı mənzilə köçmüşdür. İddiaçı məhkəmə kollegiyasının iclasında həmin mənzilin əvvəllər onun anası X2 məxsus olmasını, cavabdehində evləndikdən sonra onun yanına köçdüyünü, 2005-ci ildə anasının razılığı ilə mənzilin onun mülkiyyətinə keçdiyini, cavabdehin heç vaxt sözügedən mənzildə qeydiyyatda olmadığıını bildirdi. İş materiallarında olan Zaqatala şəhəri Azərbaycan prospekti 93 ünvanında yerləşən 5 saylı mənzilin özəlləşdirilməsi sənədlərindən görünür ki, özəlləşmədən əvvəl həmin mənzildə İddiaçı, qızı-1994-cü ildə anadan olmuş Lələyeva Sevinc Möhmə qızı və anası- 1925-ci ildə anadan olmuş X3 qeydiyyatda olmuşlar. (Zaqatala Mənzil İstismar Sahəsinin xx.xx.2005-ci il tarixli Arayışı, işin 78-ci səhifəsi). Həmin mənzilin İddiaçı adına özəlləşdirilməsinə yalnız orada qeydiyyatda olan X3 tərəfindən razılıq ərizəsi verilmişdir (İşin 79-cu səhifəsi). Qeyd edilənlərdən göründüyü kimi, Cavabdeh sözügedən mənzildə heç bir zaman qeydiyyatda olmamış, o cümlədən, 2005-ci ildə mənzilin İddiaçı mülkiyyətinə verilməsi zamanı da o, həmin mənzildə qeydiyyatda olmadığına görə onun razılığı alınmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsinin “özəlləşdirilən mənzildə faktiki yaşayan Cavabdeh həmin mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə verilməsi haqqında razılığının olmasının, onun həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilməsinin düzgün olmaması” barədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmadığından birinci instansiya məhkəməsi bununla bağlı səhv nəticəyə gəlmişdir. Belə olan halda kollegiyanın qənaətinə görə, iddiaçı mülkiyyətində olan yaşayış evindən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Bu, həmdə aşağıda qeyd edilən qanunvericilik normalarında irəli gəlir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. X6 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə görə, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Onunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. X6 Məhkəməsinin formalaşmış mövqeyinə görə, X6 Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində yer alan “mülkiyyət” konsepsiya olaraq “mövcud əmlakları” və aktivləri əhatə edir, buraya o cümlədən barəsində iddiaçının iddia tələbi irəli sürə biləcəyi və yaxud ən azı barəsində “qanuni gözləntilərinin” olduğu əmlaklar və aktivlərdə daxildir. Araşdırılmalı məsələ ondan ibarətdir ki, işin bütövlükdə nəzərdən keçirilən halları iddiaçının 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan əhəmiyyətli marağının olduğuna dəlalət edirmi? Azərbaycan Respublikası Dövlət Tikinti Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 339 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən Zaqatala şəhəri Azərbaycan prospekti 93 ünvanında yerləşən 5 saylı mənzil xx.xx.2005-ci il tarixində 01 saylı reyestr kitabının 167ci vərəqində İddiaçı adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır və həmin mənzil İddiaçı mülkiyyətindədir. Həmin fərdi yaşayış evindən Cavabdeh hazırda qanunsuz olaraq istifadə edir. Deməli, iddiaçının sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları cavabdeh tərəfindən pozulur və hazırkı iddianı qaldırmaqda iddiaçının 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan əhəmiyyətli maraqları mövcuddur. Qeyd edildiyi kimi, 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxsin mövcud olan mülkiyyətinə şamil olunur. Azərbaycan Respublikası Dövlət Tikinti Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin 339 nömrəli qeydiyyat vəsiqəsinə əsasən sözügedən mənzilin iddiaçının mülkiyyətində olması (mövcudluğu) və həmin evdən cavabdehin qanunsuz olaraq istifadə etməsi işin mübahisəsiz halıdır. İddiaçının sözügedən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının bərpasını tələb etmək hüquqları Azərbaycan Respublikasının Konstitusiyasının 13, 26, 29 və 60-cı maddələrindən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5 və 157.2-ci maddələrindən, X6 Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsindən, habelə X6 Məhkəməsinin mülkiyyət hüququnun müdafiəsi ilə bağlı çoxsaylı presedentlərindən irəli gəlir. Belə olan halda, iddiaçının mülkiyyətində olan mənzildən cavabdehin çıxarılması barədə iddiası qanuni və əsaslıdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi bütün bunları nəzərə almayaraq mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmiş və iddianı təmin etməməklə səhvə yol vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır. Apellyasiya şikayətinin dəlilləri əsaslıdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. X6 Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.2-ci mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 385.1.1-ci mаddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-691/2020 qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı, yeni qətnamə ilə ilk iddia təmin edilərək Cavabdeh İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri Azərbaycan prospekti 93 nömrəli evin 5 nömrəli mənzilindən çıxarılmalı, cavabdehin qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(033)-691/2020 qətnaməsi ləğv edilsin və mülki iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair ilk iddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan Zaqatala şəhəri Azərbaycan prospekti 93 nömrəli evin 5 nömrəli mənzilindən çıxarılsın. Cavabdeh İddiaçı qarşı Zaqatala şəhəri Azərbaycan prospekti 93 nömrəli evin 5 nömrəli mənzilindən istifadə hüququnun tanınması və fərdi yaşayış evindən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə iddiaçı və cavabdehlər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.