Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-536/2025 20.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı sayğacdan kənar əlavə qaz xəttindən istifadə faktlarına görə itirilmiş qazın dəyərinin və istifadə edilmiş qazın dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: Borcun ödənilməsi və akt əsasında hesablanmış məbləğin silinməsi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X5 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sayğacdan kənar əlavə qaz xəttindən istifadə faktlarına görə itirilmiş qazın dəyərinin və istifadə edilmiş qazın dəyərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(046)-395/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları:
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh evində qanunsuz sayğacdan kənar əlavə qaz xəttindən istifadə faktlarına görə hesablanmış 4912 manat 68 qəpik məbləğində itirilmiş qazın dəyərinin, evdə istifadə edilmiş, lakin dəyəri ödənilməmiş 1449 manat 03 qəpik məbləğində debitor borcun, iddia ərizəsi üçün ödənilmiş 85 manat dövlət rüsumunun və 40 qəpik xidmət haqqının tutularaq iddiaçı "Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il, 06 yanvar 2023-cü il (iddia ərizəsində xx.xx.2022-ci il göstərilmişdir), xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ”Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları Cavabdeh məxsus Göyçay rayonu Yalman kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirən zaman abonentin təbii qazdan qanunsuz olaraq sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə istifadə etdiyini aşkar etmişlər. Bütün bunlarla bağlı müvafiq olaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin aktlara əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə müxtəlif tarixli tələbnamələr tərtib edilərək Cavabdeh Göyçay XSnin abonent bazasındakı **********01380 nömrəli abonent koduna itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Belə ki, 23 dekabr 2021-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 1795 m3 – 215 manat 40 qəpik, 06 yanvar 2023-cü il (30 dekabr 2022-ci il) tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 19272 m3 – 2312 manat 64 qəpik, 26 yanvar 2024-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 17280 m3 – 2073 manat 60 qəpik və 29 fevral 2024-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə isə 2592 m3 – 311 manat 04 qəpik itirilmiş təbii qazın dəyəri hesablanaraq ümumilikdə 4912 manat 68 qəpik itirilmiş təbii qazın dəyəri hesablanaraq onun abonent koduna vurulmuşdur. Bundan başqa cavabdehin evində istifadə edilmiş, lakin dəyəri ödənilməmiş 1449 manat 03 qəpik məbləğində debitor borcu da vardır. Cavabdeh fərdi yaşayış evində təbii qazdan qanunsuz istifadə faktları barəsində toplanılmış materiallar baxılması üçün aidiyyatı olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini X2 Filialına göndərilmiş, 10 iyun 2024-cü il tarixli MN-1276499 nömrəli qərarla Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətdiyinə görə barəsində100 manat məbləğində cərimə növü tətbiq edilmişdir. Abonent Cavabdeh abonent koduna hesablanaraq vurulmuş məbləğlər sayğacdan kənar əlavə qaz xəttindən istifadə edilməsi halları nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Cavabdeh Ağsu RQİİ-nin İsmayıllı Xidmət Sahəsinin işçiləri tərəfindən dəymiş ziyanın ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh borc məbləğini tam şəkildə ödəməmişdir. Cavabdeh borclu olduğu məbləğin yaranması **********01380 kodlu abonent saldosunda əks olunaraq təsdiqini tapmışdır.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş İddiaçı İB-in nümayəndəsi məhkəməyə gəlməmiş, nümayəndəsi Nümayəndə ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
5. Göyçay Rayon Məhkəməsinin (hakim Elçin Qurbanov) xx.xx.2025-ci il tarixli, e- 2(046)-395/2025 nömrəli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh ******* saylı, xx.xx.2021-ci il tarixli akt əsasında hesablanmış 215 manat 40 qəpik, ******* saylı, xx.xx.2024-cü il tarixli akt əsasında hesablanmış 311 manat 04 qəpik və istifadə edilmiş təbii qaza görə 1390 manat 23 qəpik, cəmi 1916 manat 67 qəpik məbləğində pulun alınaraq İddiaçı hesabına ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, məhkəmə xərclərinin 30 faizinin cavabdehə aid edilməsi, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 85 manat 40 qəpik məbləğində pulun 25 manat 62 qəpik məbləğində hissəsinin alınaraq İddiaçı hesabına ödənilməsi qət edilmişdir.
6. Məhkəmə müəyyən etmişdir ki, ki, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* saylı, 23 dekabr 2021-ci il tarixli akt “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əlavə edilmiş 8-1-ci hissə 13 aprel 2022-ci il tarixdə qüvvəyə minənədək,qalan ******* saylı, 06 yanvar 2023-cü il tarixli, ******* saylı, 26 yanvar 2024-cü il və ******* saylı, 29 fevral 2024-cü il tarixli aktlar həmin Qanuna əlavə edilmiş dəyişiklikdən sonra tərtib edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
7. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə, «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» ******* saylı, 23 dekabr 2021-ci il tarixli akt 13 aprel 2022-ci il tarixədək tərtib edildiyindən (istehlakçının qazın talanmasında təqsirli olması barədə müvafiq qərarın olması tələb olunmadığından) və qanunsuz qoşulma faktı təsdiq olunduğundan həmin akt üzrə 215 manat 40 qəpik məbləğində pulun tələb edilməsi əsaslıdır.
8. ******* saylı, 06 yanvar 2023-cü il tarixli, ******* saylı, 26 yanvar 2024-cü il və ******* saylı, 29 fevral 2024-cü il tarixli aktlar üzrə yalnız 29 fevral 2024-cü il tarixli akt üzrə Cavabdeh təqsirli olması Azərbaycan Respublikası Energetika nazirliyi X3 Agentliyinin inzibati tənbeh vermə haqqında 10 iyun 2024-cü il tarixli qərarı ilə təsdiq olunduğundan, həmin akt üzrə də hesablanmış 311 manat 04 qəpik məbləğində dəymiş zərər tələbi məhkəmə hesab etmişdir ki, əsaslıdır. Digər aktlar üzrə isə inzibati xəta haqqında iş üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın qərarı və ya cinayət işi üzrə məhkəmə hökmünün olması müəyyən olunmadığından,məhkəmə hesab edir ki,həmin aktlar üzrə tələb cavabdehin təqsirli olması qanunla müəyyən edilmiş qaydada təsdiq olunmadığından əsassızdır.
9. Məhkəmə qeyd etmişdir ki, qanunsuz qoşulma halları 23 dekabr 2021-ci il tarixli və 29 fevral 2024-cü il tarixli aktlar üzrə təsdiq olunduğundan,həmin aktlar üzrə müvafiq olaraq 215 manat 40 qəpik və 311 manat 04 qəpik,cəmi 526 manat 44 qəpik məbləğində pulun alınması hissədə məhkəmə hesab edir ki,iddia təmin olunmalı,qalan aktlar üzrə isə pulun alınması hissədə iddia təmin olunmamalıdır.
10. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, İddiaçı ilə Cavabdeh arasında qazın alqı-satqısı müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh istehlakçı aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəmək öhdəliyi yerinə yetirmədiyindən, Cavabdeh təbii qazdan istifadə nəticəsində yaranmış borcu İddiaçınə qaytarmalıdır. İstifadə olunmuş qaz sərfiyyatına görə borc məbləğinə gəldikdə isə, məhkəmə hesab edir ki, borc məbləği düzgün hesablanmamışdır. Belə ki, abonent saldosuna görə Cavabdeh 2024-cü ilin dekabr ayına 6361 manat 71 qəpik məbləğində borcu hesablanmış, qanunsuz qoşulma halları üzrə aktlara əsasən müvafiq olaraq yazılmış 215 manat 40 qəpik, 2371 manat 44 qəpik, 2073 manat 60 qəpik və 311 manat 04 qəpik həmin məbləğdən çıxıldıqda (6361.71- 215.40=61xx.xx-2371.44=3774,87-2073.60=1701.27-311.04=1390.23) borc məbləğin 1390 manat 23 qəpik olması müəyyən olunur. Ona görə də məhkəmə hesab etmişdir ki, təbii qazın 1390 manat 23 qəpik məbləğində ödənilməmiş dəyəri Cavabdeh alınaraq İddiaçınə verilməli, iddia bu hissədə qismən təmin olunmalıdır.
11. Sadalananlara əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh cəmi (526.44+1390.23=1916.67) 1916 manat 67 qəpik məbləğində pul tutularaq İddiaçıİB-in hesabına köçürülməli, iddianın 30 faizi təmin edildiyindən, məhkəmə xərclərinin 30 faizi cavabdehə aid edilməlidir
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442.1, 443.1, 448.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə, 13-cü maddəsinin 8-1-ci hissəsinə, 11-ci maddəsinin 6-cı hissəsinə, 22-ci maddəsinə, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №-li qərarının 1.3, 1.4, 3.2.2, 6.5, 6.5-1, 6.5-1.1, 6.5-1.2, 6.5-1.3, 6.5-2, 6.5-3-cü bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində icraat:
a)Apellyasiya şikayətinin dəlilləri
13. Qətnаmədən nаrаzı qаlаn İddiaçı apellyаsiyа şikаyəti vermişdir.
14. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələblərinin qismən təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, 23.12 2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ”Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları Cavabdeh məxsus Göyçay rayonu Yalman kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirən zaman abonentin təbii qazdan qanunsuz olaraq sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə istifadə etdiyini aşkar etmişlər. Bütün bunlarla bağlı müvafiq olaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İB-nin Ağsu RQİİ-nə göndərilmişdir.
15. Həmin aktlara əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə müxtəlif tarixli tələbnamələr tərtib edilərək Cavabdeh Göyçay XS-nin abonent bazasındakı **********01380 nömrəli abonent koduna itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. 23 dekabr 2021-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 1795 m – 215.40 (iki yüz on beş manat qırx qəpik), 30 dekabr 2022-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 19272 m – 2312.64 (iki min üç yüz on iki manat altmış dörd qəpik), 26 yanvar 2024-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 17280 m – 2073.60 (iki min yetmiş üç manat altmış qəpik) və 29 fevral 2024-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə isə 2592 m – 311.04 (üç yüz on bir manat dörd qəpik) itirilmiş təbii qazın dəyəri hesablanaraq onun abonent koduna vurulmuşdur. Cavabdehin ünvanında qanunsuz sayğacdan kənar əlavə qaz xəttindən 4 (dörd) istifadə faktına görə ümumilikdə 4912.68 (dörd min doqquz yüz on iki manat altmış səkkiz qəpik) itirilmiş təbii qazın dəyəri hesablanaraq onun abonent koduna vurulmuşdur.
16. Bundan başqa cavbdehin mənzilində istifadə edilmiş, lakin dəyəri ödənilməmiş 1449.03 (min dörd yüz qırx doqquz manat üç qəpik) məbləğində debitor borcu da vardır. Cavabdeh fərdi yaşayış evində təbii qazdan qanunsuz istifadə faktları barəsində toplanılmış materiallar baxılması üçün aidiyyatı olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini X2 Filalına göndərilmiş, 10 iyun 2024-cü il tarixli MN – ******* nömrəli Qərarla Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətdiyinə görə barəsində 100 (bir yüz) manat məbləğində cərimə növü tətbiq edilmişdir.
17. Abonent Cavabdeh abonent koduna hesablanaraq vurulmuş məbləğlər sayğacdan kənar əlavə qaz xəttindən istifadə edilməsi halları nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Cavabdeh Ağsu RQİİ-nin İsmayıllı Xidmət Sahəsinin işçiləri tərəfindən dəymiş ziyanın ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh borc məbləğini tam şəkildə ödəməmişdir. Cavabdeh borclu olduğu məbləğin yaranması **********01380 kodlu abonent saldosunda əks olunaraq təsdiqini tapmışdır. Göründüyü kimi Qətnamə çıxarılarkən tərəflərindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın tam təmin edilməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız Qətnamə çıxarılmışdır.
18. İstehlakçı hazırkı vəziyyətdə dəymiş zərərin əvəzinii ödəməməklə tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. İstehlakçıya hazırkı vəziyyətdə dəymiş zərərin əvəzinii ödənilməsi barəsində bildiriş göndərilmişdir.
19. Təqdim edilmiş sənədlər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğləriinin yalnız təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində yaranmış itirilmiş təbii qaza görə aparılmış hesabatlara əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın tam təmin edilməsi üçün çoxlu əsaslar olduğu halda tərəflərindən qaldırılmış iddianın qismən təmini barədə qərar vermişdir.
20. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə MPM-in 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır.
21. Lakin birinci instansiya məhkəməsi hazırda qüvvədə olmayan Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə istinad edərək və həmin maddə əsaslanaraq sübutlara düzgün qiymət verməmişdir.
22. Cavabdeh tərəfdən etirazının əsasını təsdiq edən sənədləri, yəni cavabdeh olaraq etiraza əsas olmuş halları sübut etmək üçün iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsasız olmasına dair kifayət qədər sübutlar 1-ci instansiya məhkəməsinə təqdim edilmişdir.
23. Təbii qazdan qanunsuz istifadəyə əsasən yaranmış borcu düzgün qiymətləndirməmişdir. Yaranmış borc təbii qazdan qeyri-qanuni istifadə əsasında hesablanmışdır.
24. Məhkəmə Kollegiyasının diqqətinə çatdırırlar ki, iddiaçının mübahisələndirdiyi borc məbləği təbii qazdan qeyri-qanuni sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə yaranmış borc olduğundan abonentin özü tərəfindən tam ödənilməlidir və bu tələb tərəfələr arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlməkdədir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.1-ci yarımbəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməlidir.
25. Göründüyükimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini qismən təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirdikləri qətnamədə göstərdiyi nəticə işin hallarına uyğun olmamışdır.
26. Odur ki, İddiaçı verdiyi apelyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin e-2(046)-395/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, İddiaçı iddia tələbinin tam təmin edilməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
31. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun; 13-cü maddəsinin 8-ci bəndinə əsasən Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
32. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. 4.2-ci bəndində əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır, istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.4-cü bəndinə əsasən, qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 25 iyun 2023-cü ildən qüvvədə olan 6.5-ci bənd. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. “Qazdan istifadə qaydaları”na 2 saylı əlavə olan “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir.
33. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun; 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Həmin maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər.
34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
35. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
38. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
39. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
40. Apellyator Göyçay Rayon Məhkəməsinin e-2(046)-395/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin tam ləğvini xahiş etsə də iddianın təmin edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın rədd edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından tam düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə tam ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini tam diqqətə almamışdır.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
43. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ki, Cavabdeh İddiaçı ilə bağladığı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” 01 noyabr 2021-ci il tarixli müqavilə əsasında yaşadığı Göyçay rayonu Yalman kəndində yerləşən ünvanında məişət qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edir. xx.xx.2021-ci il, 06 yanvar 2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə ”Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları Cavabdeh məxsus Göyçay rayonu Yalman kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirən zaman abonentin təbii qazdan qanunsuz olaraq sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə istifadə etdiyini aşkar etmişlər. Bunlarla bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar və itirilmiş qazın bərpası üzrə tələbnamələr tərtib edilərək Cavabdeh Göyçay XSnin abonent bazasındakı **********01380 nömrəli abonent koduna itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Belə ki, 23 dekabr 2021-ci il tarixli akt üzrə 1795 m3 – 215 manat 40 qəpik, 06 yanvar 2023-cü il tarixli akt üzrə 19272 m3 – 2312 manat 64 qəpik, 26 yanvar 2024cü il tarixli akt üzrə 17280 m3 – 2073 manat 60 qəpik və 29 fevral 2024-cü il tarixli akt üzrə 2592 m3 – 311 manat 04 qəpik itirilmiş təbii qazın dəyəri hesablanaraq ümumilikdə 4912 manat 68 qəpik itirilmiş təbii qazın dəyəri kimi cavabdehdən tələb edilmişdir. Bundan başqa cavabdeh tərəfindən sayğac vasitəsi ilə istifadə edilmiş qazın dəyəri tam şəkildə ödənilməmişdir.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh borclu olduğu məbləğin yaranmasının **********01380 kodlu abonent saldosunda əks olunaraq təsdiqini tapmasına dair dəlili ilə qismən razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən sayğac vasitəsi ilə istifadə edilmiş qazın dəyərinin 5 manata aid hissəsində iddianın rədd edilməsində gəldiyi nəticə işin hallarına uyğun olmamışdır.
45. Belə ki, birinci instansiya məhkəməsi sayğac vasitəsi ilə istifadə olunmuş qaz sərfiyyatına görə borc məbləğinin düzgün hesablanmaması nəticəsinə gələrkən doğru mövqedən çıxış etsə də, həmin məbləğin müəyyən edilməsi üçün aktlar üzrə hesablanmış məbləği abonentin saldosu əsasında 2024-cü ilin dekabr ayına 6366,71 manat təşkil edən məbləğdən deyil, 6361,71 manatdan çıxmaqla texniki yanlışlığa yol vermişdir.
46. Abonentin saldosu üzrə cavabdehin 2024-cü ilin dekabr ayına cəmi borcunun 6366,71 manat təşkil etməsi müəyyən edildiyi halda həmin məbləğdən aktlar üzrə hesablanmış cəmi 4971,48 manat çıxıldıqda isə yerdə qalan məbləğin 1390,23 manat deyil, 1395,23 manat təşkil etməsi müəyyən edilmişdir.
47. Məhkəmə kollegiyası iddia tələbinin rədd edilmiş sayğac vasitəsi ilə istifadə edilmiş qazın dəyərinin 5 manata aid hissədində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmasa da hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iddianın rədd edilmiş qalan hissəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmirlər.
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təqdim edilmiş sənədlər, saldo və digər sənədlərin sübut qismində düzgün araşdırılmaması, iddianın tam təmin edilməsi üçün çoxlu əsaslar olduğu halda tərəflərindən qaldırılmış iddianın qismən təmini barədə qərarın verilməsinə dair dair dəlilləri ilə razılaşmır və birinci instansiya məhkəməsinin 06 yanvar 2023-cü il tarixli akt üzrə hesablanmış 19272 m3 – 2312 manat 64 qəpik, xx.xx.2024-cü il tarixli akt üzrə hesablanmış 17280 m3 – 2073 manat 60 qəpik borcun tutulmasına dair hissələrdə iddia tələbinin rədd edilməsinə dair gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
49. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin tələbindən də göründüyü kimi qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
50. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, 06 yanvar 2023-cü il və xx.xx.2024-cü il tarixli aktlar üzrə iş materiallarına kənar qoşulma halı ilə bağlı cavabdehin hər hansı bir məsuliyyətə cəlb edilməsinə dair heç bir sənəd əlavə edilməməklə yanaşı, iddiaçı təşkilat tərəfindən buna dair məhkəmə kollegiyasına da hər hansı bir sübut təqdim edilməmişdir.
51. 06 yanvar 2023-cü il və xx.xx.2024-cü il tarixli aktlar üzrə cavabdehin inzibati və ya cinayət məsuliyyətə cəlb edilməsinə dair heç bir sənəd təqdim edilmədiyi halda həmin aktlar əsasında cavabdehə ziyan hesablanması əsaslı hesab edilə bilməz.
52. Yuxarıda qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası İddiaçı 06 yanvar 2023-cü il və xx.xx.2024-cü il tarixli aktlar üzrə cavabdehə hesabat aparmaqda doğru mövqedən çıxış etməməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
53. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin texniki yanlışlıqla hesablanmamış 5 manata aid hissəsi istisna olmaqla iddianın rədd edilmiş qalan hissəsində ləğv edilməsi üçün əsas təşkil etmədiyindən, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(046)-395/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması əsaslı hesab edilə bilməz.
54. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın rədd edilmiş sayğac göstəricisi üzrə cavabdehin mənzilində istifadə edilmiş lakin dəyəri ödənilməmiş 5 manata aid hissədə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, həmin hissədə birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, həmin hissədə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir.
55. Qeyd edilənləri nəzərə alaraq kollegiya hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(046)-395/2025 nömrəli qətnaməsi qismən, yəni iddianın rədd edilmiş sayğac göstəricisi üzrə Cavabdeh mənzilində istifadə edilmiş lakin dəyəri ödənilməmiş 5 manata aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul qəbul edilməli, iddia həmin hissədə də təmin edilməli, Cavabdeh istifadə edilmiş təbii qaza görə 5 manat da tutularaq İddiaçı hesabına ödənilməli, Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(046)-395/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(046)-395/2025 nömrəli qətnaməsi qismən, yəni iddianın rədd edilmiş sayğac göstəricisi üzrə Cavabdeh mənzilində istifadə edilmiş lakin dəyəri ödənilməmiş 5 manata aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul qəbul edilməklə, iddia həmin hissədə də təmin edilsin. Cavabdeh istifadə edilmiş təbii qaza görə 5 manat da tutularaq İddiaçı hesabına ödənilsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(046)-395/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.