Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-537/2025 21.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı Cavabdeh və mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin boşaldılması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X6 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiаçı İddiaçı, üçüncü şəxs X2 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh və mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(014)-13/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin verdiyi ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışla Ağdaş rayonu Bulaqotağı kəndində iddiаçı İddiaçı məxsus 1.3957 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışla Ağdaş rayonu, Bulaqotağı kəndində yerləşən ümumi sahəsi 0.9502 kv.m olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətinə verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiаçı İddiaçı Cavabdeh və mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı “zəbt olunmuş torpaq sahəsinin boşaldılması” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Ağdaş rayonu Bulaqotağı kəndində yerləşən 1.3957 hektar torpaq sahəsindən Cavabdeh çıxarılması və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonu Bulaqotağı kəndində ona məxsus 1.3957 ha kənd təsərüfatı təyinatlı torpaq vardır. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşçınmaz əmlkaın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax ərazi İdarəsindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış almışdır. Belə ki, həmin torpaq sahəsinə çıxarış aldıqdan sonra həmin sahəni ölçdürmüş və ona məlum olmuşdur ki, həmin torpaq sahəsinin Ağdaş rayonu Bulaqotağı kənd sakini olan Cavabdeh tərəfindən zəbt olunaraq qanunsuz istifadə edilir. Cavabdehdən ona məxsus olan torpaq sahəsini tərk etməsini bildirsə də, cavabdeh ona həmin torpaq sahəsinin onun mülkiyyətində olmasına baxmayaraq istifadə edəcəyini bildirmişdir. Belə ki, cavabdeh özünün də torpaq sahəsinin digər kənd sakini tərəfindən zəbt olunduğunu bildirərək, ona məxsus torpaq sahəsindən çıxmaq istəmir. Onun qanunsuz hərəkətləri nəticəsində həm mülkiyyətindən olmuş, həm də ona külli miqdarda maddi ziyanlıq dəymişdir. Cavabdeh belə hərəkətləri nəticəsində onun qanunla qorunan torpaq üzərində olan mülkiyyət hüquqlarını pozur. Cavabdehə həmin zəbt olunmuş torpaq sahəsini boşaltmasını tələb etsə də, buna məhəl qoymayaraq istifadə etməkdə davam edir. Nəticədə cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Ağdaş rayonu Bulaqotağı kəndində yerləşən və Cavabdeh tərəfindən zəbt edilmiş 1.3957 hektar torpaq sahəsindən çıxarılmalıdır.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Ağdaş rayonu Bulaqotağı kəndində iddiаçı İddiaçı məxsus 1.3957 ha kənd təsərrüfatı təyinatlı torpaq vardır. Həmin torpaq sahəsinə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsindən ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli çıxarış almışdır. Belə ki, həmin torpaq sahəsinə çıxarış aldıqdan sonra həmin sahəni ölçdürmüş və ona məlum olmuşdur ki, həmin torpaq sahəsinin Ağdaş rayonu Bulaqotağı kənd sakini olan Cavabdeh tərəfindən zəbt olunaraq qanunsuz istifadə edilir. Cavabdehə həmin zəbt olunmuş torpaq sahəsini boşaltmasını tələb etsə də, buna məhəl qoymayaraq istifadə etməkdə davam edir. İşə əlavə edilmiş ekspert və mütəxəssis rəyindən də məlum olur ki, X3 X4 qeydə alınmış məlumatlara əsasən iddiaçının torpaq sahəsinin 0.29 ha hissəsi naturada cavabdeh tərəfindən istifadə edilir. İddiaçıya məxsus olan cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsi yerquruluşu planında göstərilmişdir. Nəticədə iddiaçı öz mülkiyyətlərindən faktiki olaraq məhrum edilmiş, yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçının hüquqları və qanuni maraqları pozulmuşdur.
5. Ağdaş Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(014)-13/2025 nömrəli qətnaməsi ilə (hakim Aygün Mürsəlova) iddia qismən təmin olunmuş, ********** qeydiyyat nömrəli, 04 dekabr 2023-cü il tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Ağdaş rayonu Bulaqotağı kəndində yerləşən 1.3957 hektar torpaq sahəsinin 0,29 ha hissəsindən Cavabdeh çıxarılması, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun 50 manat məbləğinin iddiaçıya aid edilməsi, 50 manatının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, ekspertiza xərci olan 100 (yüz) manat pul vəsaitinin 50 manat məbləğinin İddiaçı və 50 manat məbləğinin Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Dövlət xəzinədarlığı Agentliyi; Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SFİFT BİK CTREAZ22; VÖEN **********; Hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139 və 152-ci maddələrinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5, 68, 84 və 111-ci maddələrinə istinad etmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış AR Ağdaş RİHB-nın Qəsil kənd İƏD üzrə nümayəndəliyinin 26 fevral 2024-cü il tarixli 5-32-12/2-94/2024 saylı arayışı AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli 3-21-3-35/2-A-0012-39 saylı məktub Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış 13 mart 2021-ci il tarixli AN-İ0844636 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surəti Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsi tərəfindən verilmiş, mütəxəssis rəyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli 3-16-16/2-10/8088 saylı ekspert rəyi
8. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, barəsində şikayət verilən məhkəmə qətnaməsinin giriş hissəsində qeyd olunub ki, İddiaçı “Zəbt olunmuş torpaq sahəsinin boşaldılması” iddia tələbi ona və məhkəmə iclasında mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X5 qarış irəli sürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. X1 2(014)–13/2025 nömrəli mülki iş üzrə cavbdehlərdən biri olmuşdur. Məhkəmənin hazırlıq iclaslarında iddiaçı öz iddia tələbini dəyişdirməsi barədə məhkəməyə ərizə təqdim etməyib. Buna baxmayaraq işə baxan məhkəmə xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında həmin şəxsi mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində prosesə cəlb etmişdir. Mütəxəssis rəyində qeyd olunub ki, həmin ərazidə elektron uçot (çöl-ölçmə) işləri 2018-2019-cu illər ərzində aparılmışdır. Ona məxsus olan torpaq sahəsinə dair **********08 nömrəli çıxarış və müvafiq Plan və ölçü sənədləri ona xx.xx.2020-ci il tarixdə, deməli Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında X3 X8nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" əsasında hazırlanmış (“X3 X8”) xəritə məlumatlarına əsasən verilmişdir. Həqiqətən də Ağdaş rayonunun, Bulaqotağı kəndi ərazisində İddiaçı ilə qonşuluqda xüsusi mülkiyyət hüququ əsasında ona məxsus 0.9502 hektar torpaq sahəsi vardır. Qeyd olunan torpaq sahəsini o, 13 mart 2020-ci ildə Daşınmaz Əmlakın AN-İ ******* nömrəli Alqı-Satqı müqaviləsi əsasında əldə etmişdir. Bundan sonra o, mülki hüquqlarını dövlət qeydiyyatına aldırmış və bu barədə ona daşınmaz əmlakın dövlət reyestri tərəfindən 03 iyun 2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********08 nömrəli Çıxarış, eləcə də torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Elə o zaman ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin əməkdaşları Plan və ölçü sənədində göstərilən koordinatlarına uyğun olaraq mülkiyyətində olan torpaq sahəsini naturada ona tanıtmışlar və o öz torpaq sahəsindən Plan və ölçü sənədində göstərilən koordinatlara uyğun istifadə edir. Baxmayaraq ki, o, öz torpaq sahəsini 2020-ci ildə, iddiaçı isə 2023-cü ildə, yəni ondan 3 il sonra əldə etmişdir, məhkəmə 2(014)–13/2025 mülki işə baxarkən bu hala heç bir hüquqi qiymət verməyərək İddiaçı ona qarşı “Zəbt olunmuş torpaq sahəsinin boşaldılması”na dair iddia tələbini tamami ilə təmin etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi idarəsinin əməkdaşları 2023-cü ilin dekabr ayında İddiaçı İddiaçı məxsus torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd verərkən səhvən Plan və ölçü sənədində koordinatları düzgün qöstərməyiblər.
10. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(014)- 13/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasında iddiаçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(014)-13/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 izahat verərək qeyd etdi ki, ona məxsus torpaq sahəsi cvabdehin istifadə etdiyi torpaq sahəsi ilə qonşuluqda yerləşir. İddianın təmin olunması cavabdehin istifadə etdiyi torpaq sahəsinin azalmasına səbəb olacaqdır ki, nəticədə, cavabdeh həmin ölçüdə torpaq sahəsini ondan tələb edəcəkdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
16. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
18. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
19. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(014)- 13/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən təmin edilmiş hissədə hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
24. AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsi tərəfindən verilmiş 23 avqust 2024-cü il tarixli mütəxəssis rəyində göstərilir ki, Cavabdeh məxsus **********08 reyestr nömrəli çıxarışla verilmiş torpaq sahəsi (JN-0051 nömrəli dövlət aktı əsasında) DWJ (torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) xəritə məlumatlarına əsasən özəlləşdirilmişdir. İddiaçı tərəfə məxsus **********02 reyestr nömrəli çıxarışla verilmiş torpaq sahəsi isə (JN-0053 nömrəli dövlət aktı əsasında) AR Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X3 X8nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında hazırlanmış (“X3 X8”) xəritə məlumatlarına əsasən özəlləşdirilmişdir. 2018-2019-cu illər ərzində ərazidə elektron uçot (çöl-ölçmə) işləri aparılan zaman hal-hazırki faktiki istifadəçilikdən fərqli olmuşdur. Çöl-ölçmə işləri aparılan zaman istifadəçilik vəziyyəti tam təsbit edilmiş və X3 X4 qeydə alınmışdır. İddiaçı tərəfindən istifadəsində olan torpaq sahəsinin ara mərz nişanlarını (sərhədlərini) tam bilmədiyindən cavabdeh tərəf iddiaçıya məxsus torpaq sahəsindən istifadə etmişdir. X3 X4 qeydə alınmış məlumatlara əsasən iddiaçının torpaq sahəsinin 0.29 ha hissəsi naturada cavabdeh tərəfindən istifadə edilir. İddiaçıya məxsus olan cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsi yerquruluşu planında göstərilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli 3-16-16/2-10/8088 saylı ekspert rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə: AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin kadastr üzrə mütəxəssisi L.Məhərrəmovanın mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh məxsus **********08 reyestr nömrəli çıxarışla verilmiş torpaq sahəsi (JN-0051 nömrəli dövlət aktı əsasında) DWJ (torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) xəritə məlumatlarına əsasən özəlləşdirilmişdir. İddiaçı tərəfə məxsus **********02 reyestr nömrəli çıxarışla verilmiş torpaq sahəsi isə (JN-0053 nömrəli dövlət aktı əsasında) AR Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “azərbaycan Respublikasında X3 X8nin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” əsasında hazırlanmış (“X3 X8”) xəritə məlumatlarına əsasən özəlləşdirilmişdir. 2018-2019-cu illər ərzində ərazidə elektron uçot (çöl-ölçmə) işləri aparılan zaman halhazırki faktiki istifadəçilikdən fərqli olmuşdur. Çöl-ölçmə işləri aparılan zaman istifadəçilik vəziyyəti tam təsbit edilmiş və X3 X4 qeydə alınmışdır. İddiaçı tərəfindən istifadəsində olan torpaq sahəsinin ara mərz nişanlarını (sərhədlərini) tam bilmədiyindən cavabdeh tərəf iddiaçıya məxsus torpaq sahəsindən istifadə etmişdir. X3 X4 qeydə alınmış məlumatlara əsasən iddiaçının torpaq sahəsinin 0.29 ha hissəsi naturada cavabdeh tərəfindən istifadə edilir. Qərardadın 2-ci sualı üzrə AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax ərazi İdarəsinin kadastr üzrə mütəxəssisi L.Məhərrəmovanın mütəxəssis rəyində qeyd edilir ki, iddiaçıya məxsus olan cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsi yerquruluşu planında göstərilmişdir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə mütəxəssis rəyini və ekspert rəyini sübut kimi qəbul etməkdə haqlı olmuşdur.
25. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, cavabdehin özünün də qeyd etdiyi kimi, o, öz torpaq sahəsini 2020-ci ildə, iddiaçı isə 2023-cü ildə, yəni ondan 3 il sonra əldə etmişdir. Kollegiya qeyd edir ki, Cavabdeh məxsus torpaq sahəsinin koordinatlarının naturada DWJ (torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) xəritə məlumatlarına əsasən, iddiaçı tərəfə məxsus torpaq sahəsinin isə koordinatlarının naturada TEKUİS (“X3 X8”) xəritə məlumatlarına əsasən müəyyən edilərək torpaq sahəsini göstərilmiş olması hazırki vəziyyətə gətirib çıxarmışdır. Hazırki vəziyyətdə Cavabdeh TEKUİS xəritə məlumatlarına əsasən iddiaçıya məxsus torpaq sahəsinin 0.29 ha hissəsini istifadə edir və həmin torpaq sahəsindən çıxarılmalıdır. Cavabdeh özünə məxsus torpaq sahəsinin koordinatlarının TEKUİS xəritə məlumatlarına əsasən naturada yerləşmə vəziyyətinin müəyyən edilməsi üçün AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edə bilər.
26. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(014)-13/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2(014)-13/2025 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.