Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-539/2023 19.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: evdən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı evdən çıxarılma tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(024)-560/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Qax şəhəri, M.Məmmədov küçəsi 28-də yerləşən fərdi yaşayış evi DƏDRX-nin Şəki Ərazi İdarəsinin verdiyi Reyestr nömrəsi **********06-10301 olan, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Qax rayonu Zərnə kənd sakini Cavabdeh2 ailə üzvləri həmin fərdi yaşayış evində yaşayır. İddiaçı həmin fərdi yaşayış evini 2016-cı ilin fevral ayından Qax rayonu Zərnə kənd sakini Cavabdeh2 aylıq kirayə haqqı 100 manat olmaqla kirayəyə verdiyini, lakin 2020-ci ilin oktyabr ayının 1-dən indiyə qədər heç bir ödəniş etmədiklərini iddia edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların ailə üzvlərinin ona məxsus evdən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, tərəflər qanunvericiliklə nəzərdə tutulmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, İddiaçı məhkəməyə teleqram göndərərək işi ilə əlaqədar üzürlü səbəbdən məhkəməyə gələ bilməyəcəyini göstərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, Cavabdeh2 məhkəməyə teleqram göndərərək səhhəti ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini bildirərək məhkəmə iclasını təxirə salınmasını xahiş etmiş, digər Cavabdeh1 isə məhkəməyə gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh2 teleqramda səhhəti ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini göstərsə də, məhkəmə hesab edir ki, onun əvvəlki məhkəmə iclaslarına gəlməməsi və məhkəmə iclasını təxirə salmasını xahiş etməsi icraatı qəsdən yubandırmaq xarakteri daşıyır.
4. Məhkəmə işə İddiaçı və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Qax şəhəri, Məmmədəli Məmmədov küçəsində 28 ünvanında yerləşən fərdi yaşayış evini 2014-cü ilin dekabr ayında öz fərdi vəsaiti hesabına əldə etmişdir. 2016-cı ilin fevral ayından Qax rayonu Zərnə kənd sakini Cavabdeh2 aylıq kirayə haqqı 100 manat olmaqla kirayəyə vermişdir. İlk aylar kirayə haqqını vaxtında ödəsə də, sonralar mütəmadi gecikmələrlə ödənişlər etmişdir. Lakin 2020-ci ilin oktyabr ayının 1-dən indiyə qədər heç bir ödəniş etməmişdir. Bu dövr ərzində dəfələrlə mobil telefon vasitəsi ilə yalançı vədlər verməklə vaxtın uzadılmasına çalışmışdır. Dəfələrlə görüşməyə cəhd etsə də, heç bir halda buna nail ola bilməmişdir. Kirayə götürdüyü evə ailəsini yerləşdirərək Qax rayonunu tərk etmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən cavabdehlər Cavabdeh2, Cavabdeh1 və ailə üzvlərinin ona məxsus evdən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsinin verdiyi Reyestr nömrəsi **********06-10301 olan, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qax şəhəri, M.Məmmədov küçəsi, ev 28-də yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı həmin fərdi yaşayış evini Cavabdeh2 kirayəyə verdiyini, lakin cavabdehin 2020-ci ilin oktyabr ayının 1dən indiyə qədər heç bir ödəniş etmədiyini göstərərək, cavabdehlərin və ailə üzvlərinin ona məxsus evdən məcburi qaydada çıxarılmasını xahiş edir .
7. Cavabdehin özgəsinin sahibliyində olan mübahisəli fərdi yaşayış evində yaşaması iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və iddia tələbi təmin edilməlidir.
8. Qax Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(024)-560/2022 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia təmin olunmuş, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və onların ailə üzvləri İddiaçı mülkiyyətində olan Qax şəhəri, M.Məmmədov küçəsi, ev 28-də yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 164 və 165-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
10. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsinin verdiyi Reyestr nömrəsi **********06-10301 olan, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Qax şəhəri, M.Məmmədov küçəsi, ev 28-də yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir.
11. İş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, ev 4B, mənzil 64-də qeydiyyatdadır.
12. İş materiallarında olan 01 avqust 2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.
13. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə qətnaməni prosessual hüquq normalarını pozmaqla çıxarmışdır. Belə ki, o məhkəmə iclaslarından xəbərdar olmamış, məhkəmə iclaslarında iştirak etməmişdir və nəticədə tək tərəfli işə baxılmış və qətnamə çıxarılmışdır. Bununla da o öz hüquqlarını müdafiə etməkdən məhrum olmuşdur. O hesab edir ki, məhkəmə çəkişmə prinsipini pozaraq qətnamə qəbul etmişdir. Məhkəmə iclaslarının keçirilməsinə dair ona məhkəmə bildirişləri gəlməmiş, nəticədə onun hüquqları pozulmuşdur. Onun təqdim edəcəyi hər hansı sübuta əsaslanmadan qətnamə çıxarılmışdır.
15. Məhkəmə işi araşdırmadan, qətnamə qəbul edərkən yalnız iddiaçının təqdim etdiyi çıxarış əsasında qətnamə qəbul etmişdir. Həmin çıxarışın hüquqi qüvvəsi ilə bağlı heç bir araşdırma aparmamışdır.
16. Ona görə də, Qax Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(024)- 560/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(024)-560/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
19. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.2-ci maddəsinə əsasən sahiblik hüququ əmlaka(əşyaya) faktik sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlə qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrum etmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
23. Cavabdeh Qax Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(024)-560/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
25. Məhkəmə kollegiyası iddia tələbi üzrə birinci instansiya məhkəməsinin hazırki qərarın 6-7-ci bəndlərində əks edilən hüquq dəyərləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür. Belə ki, həmin bəndlərdən görünür ki, birinci instansiya məhkəməsi işin hallarını işdə olun sübut bazası əsasında müəyyən etmiş, həmin sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməklə, yuxarıda göstərilən nəticəyə gəlmişdir. Buna görə də kollegiya hesab edir ki, hazırki halda qiymət verilməli olan məsələ apellyasiya şikayətini dəlilləridir.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu qətnamənin 14-cü bəndində göstərilən dəlilinə münasibətdə qeyd edir ki, mülki işin materiallarından görünür ki, işin məhkəmə hazırlığına təyin edilməsi barədə 1 avqust 2022-ci il tarixli məhkəmə bildirişi Cavabdeh1 Qax rayon Zərnə kəndinə göndərilmiş və 6 avqust 2022-ci ildə onun tərəfindən həmin ünvanda alınmışdır. Eyni zamanda, mülki işin 29 noyabr 2022-ci il tarixdə keçirilən yekun baxış iclasına tərəflərin dəvət edilməsi barədə 14 noyabr 2022-ci il tarixli mhəkəmə bildirişi Cavabdeh1 tərəfindən Qax rayon Zərnə kəndində 19 noyabr 2022-ci ildə alınmışdır. Göründüyü kimi, Cavabdeh1 məhkəmə prosesindən məlumatlı olmuş və məhkəməyə sübutlarını təqdim etmək imkanına malik olmuşdur.
27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu qətnamənin 15-ci bəndində göstərilən dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Göründüyü kimi, apellyatorun həmin dəlili Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsi ilə təkzib olunur.
28. Odur ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı o da müəyyən edilmişdir ki, iddiaçı hazırki iddianı Cavabdeh2 və Cavabdeh1 qarşı qaldırmış, lakin iddia ərizəsinin nəticə hissəsində Cavabdeh2 və onun ailə üzvlərinin mübahisəli evdən çıxarılmasını xahiş etmişdir. Elektron məhkəmə informasiya sistemindən alınan məlumata görə Cavabdeh1 ailə üzvləri həyat yoldaşı Cavabdeh2, yetkinlik yaşına çatmış qızı X1 və yetkinlik yaşına çatmamış oğlu X2r. Cavabdeh2 münasibətdə Cavabdeh1 və Cavabdeh1 münasibətdə Cavabdeh2 ailə üzvü statusu daşıdığından birinci instansiya məhkəməsi hazırki qətnamənin 8-ci bəndində göstərilən şəkildə iddianı təmin etməkdə haqlı olmuşdur. Qeyd edilməlidir ki, əksi halda, iddia ərizəsi “ailə üzvləri”nin evdən çıxarılması” hissəsində qeyrimüəyyən olduğu səbəbilə baxılmamış saxlanılmalı idi. Hazırki halda isə, ailə üzvləri müəyyən olduğundan ərizənin baxılmamış saxlanılmasına zərurət qalmamışdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(024)-560/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(024)-560/2022 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Günay Cavadova