Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-539/2025 10.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X17 qızının katibliyi, İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X4, apellyasiya şikayəti vermiş cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2, Cavabdeh1 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(025)-1279/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları
İddiaçı 31 iyul 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 102600 (yüz iki min altı yüz) manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 iddiaçının atası, Cavabdeh2 isə iddiaçının anasıdır. İddiaçı 05 aprel 2013-cü ildə 4Ə-443 saylı alqı-satqı müqaviləsi əsasında 0,22 ha torpaq sahəsini satın almış və onun mülkiyyət hüquqları ********** nömrəsi ilə 30 aprel 2013-cü ildə qeydiyyata alınmışdır. Valideynlərinin təkidi ilə həmin torpaq sahəsini satmaq qərarına gəlmişdir. Niyyəti isə Bakı şəhərində bir neçə ev almaq idi. İddiaçı özü ailəsi ilə birgə Almaniya Federativ Respublikasında yaşadığından, atası Cavabdeh3 adına etibarnamə göndərmişdir. Həmin torpağın “sotu”nun dəyəri 8000-10000 manat aralığında olduğundan razılaşmışlar ki, qiyməti iddiaçı ilə razılaşdırılaraq satılacaqdır. 2017-ci ildə valideynləri iddiaçıya zəng vuraraq bildirmişlər ki, torpağı istəyən vardır, ancaq pulunu tam şəkildə ödəyə bilmir. Hissə-hissə ödəyəcəkdir. İlkin olaraq torpağın pulundan 25000 (iyirmi beş min) manat pul ödənildiyini bildirmişlər. 2022-ci ilin yayında isə Azərbaycana gələrkən artıq ona məlum olmuşdu ki, atası Fəxrəddin həmin torpağın hamısını 09 sentyabr 2017-ci ildə satıb və özünə də həmin pulun bir hissəsi ilə 40000 (qırx min) manata arvadı Cavabdeh2 adına 30 aprel 2018-ci ildə ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsi 0,065 ha olan, fərdi yaşayış evi almışdır. Beləliklə, 07 aprel 2023-cü ildə iddiaçıya məlum olmuşdur ki, Cavabdeh3 iddiaçının verdiyi etibarnamə əsasında iddiaçıya məxsus olan ünvan 2 ünvanda yerləşən 0,22 ha torpaq sahəsini 09 sentyabr 2017-ci ildə Cavabdeh1 Qəbələ “ASAN xidmət” mərkəzində notariat kontorunda satmış və ona da bu barədə bildirməmişdir. İddiaçı məhkəmədə cavabdehlərə qarşı torpağın satılmasına dair alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair iddia qaldıraraq göstərmişdir ki, torpağın qiyməti onunla razılaşdırılmadan satıldığından və o, Cavabdeh3 0,22 ha torpağını 30000 manata satılmasına etibarnamə vermədiyindən müqavilə etibarsız sayılmalıdır. Ancaq, Cavabdeh1 keçirilən məhkəmə iclasında nümayəndə və vəkili ilə təmsil olunaraq bildirmişdir ki, həmin torpağın sotunu 5800 manat olmaqla, cəmi 127600 (yüz iyirmi yeddi min altı yüz) manat vəsait ödəməklə satın almış və buna dair sübutları təqdim edəcəkdir. Bununla əlaqədar Cavabdeh1 nümayəndəsi Nümayəndə3la aralarında barışıq sazişi imzalanmış, həmin sazişdə Cavabdeh1 həmin torpaq sahəsini sotunu 5800 manata satın alındığı və cəmi 127600 manat pulun iddiaçının alqı-satqı müqaviləsi üzrə nümayəndəsi Cavabdeh3 ödənildiyi təsdiq olunmuşdur. Cavabdeh1 öz üzərinə 127600 manat pulun Cavabdeh3 ödənilməsinə dair sübutları təqdim edəcəyini öhdəsinə götürmüşdür. Ancaq Cavabdeh1 iddiaçıya cəmi 5 ödəniş tarixçəsini təqdim etmişdir: 11 sentyabr 2017-ci il tarixdə X5 adından X12 19000 rus rublu, 03 oktyabr 2017-ci il tarixdə X5 adından X12 4000 ABŞ dolları, 03 noyabr 2017-ci il tarixdə X5 adından Cavabdeh3 5000 ABŞ dolları, 05 dekabr 2017-ci il tarixdə X5 adından X12 5000 ABŞ dolları, 18 dekabr 2017-ci il tarixdə X5 adından X12 237600 rus rublu. Halbuki, Cavabdeh1 127600 manat pulu ödədiyini və buna dair sübutları təqdim edəcəyini göstərirdi. Nə qədər ki, Cavabdeh1 həmin torpaq sahəsini 127600 manata satın aldığını göstərir, eyni zamanda torpağın dəyərinin həmin vaxt həmin qiymətə olduğunu təsdiq edir, 09 sentyabr 2017-ci ildə hər iki tərəf iddiaçının əmlakından əsassız varlanıb, Cavabdeh3 iddiaçıya çatmalı vəsaiti ona ödəməyərək, arvadı Cavabdeh2 adına 30 aprel 2018-ci ildə rəsmləşdirilməklə ümumibirgə mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən həyətyanı torpaq sahəsi 0,065 ha olan fərdi yaşayış evi satın almış, Cavabdeh1 127600 manat dəyərində olan əmlakın dəyərini tam ödəməmişdir. Əlavə olaraq məhkəməyə onu da bildirir ki, həqiqəiən də Cavabdeh1 09 sentyabr 2017-ci ildə torpağa dair alqı-satqı müqaviləsi bağladıqdan sonra torpağın borclu qaldığı hissəsini ödəməkdə davam etmişdir. O, Cavabdeh1 ilə barışıq sazişi bağlayaraq təsdiq və bəyan etmişdir ki, ünvan 3 ünvanda yerləşən 0,22 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 almaq kimi niyyəti yoxdur və Cavabdeh1 ünvan 3 ünvanda yerləşən 0,22 ha həyətyanı torpaq sahəsinə olan mülkiyyət hüquqlarını tanıyır. Ancaq onun əmlakı hesabına varlanmış şəxslər əldə etdikləri qazancı ona qaytarmalıdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqiəsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1092.1-cimaddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1092.1-ci maddələri ilə əsaslandırılmışdır). İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi” barədə həmin iddia ərizəsinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsində məhkəmə prosesi başlandıqdan sonra Cavabdeh3 05 oktyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək, iddiaçı X3 cavabdehlər Cavabdeh1, Cavabdeh3 Əlihüseyin oğluna və Cavabdeh2 qarşı “müştərək qaydada 102.600 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi” barədə iddia tələbinin iddiaçının müvafiq subyektiv hüququnun olmaması və pul tələbinə dair müəyyən edilən müddət nəzərə alınmaqla təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin ərizə onunla əsaslandırmışdır ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi daşınmaz əmlakın alqı-satqı müqaviləsində əldə olunan 30000 manat vəsaitdən 28000 manatını iddiaçının razılığı ilə Bakı şəhərində yerləşən “Melisa Park” yaşayış kompleksindən mənzilin alınması üçün verilmiş, 2000 manat pul isə həmin mənzili tapan vasitəçilərə və sair digər xərclərə sərf olunmuşdur. Yəni, satışdan əldə edilmiş 30000 manat məbləğində pulun hamısı iddiaçı üçün xərclənmişdir. Yuxarıda göstərilənlərə baxmayaraq, iddia ərizəsində iddiaçı tərfındən qeyd olunur ki, torpaq sahəsinin satışından guya ona çatmalı olan müəyyən məbləğdə pulun Cavabdeh1 tərəfindən Cavabdeh3 ödənildiyi qeyd edilmişdir. Belə ki, iddia ərizəsində göstərilir ki, 11 sentyabr 2017-ci il tarixdə X5 adından X12 19000 rus rublu, 03 oktyabr 2017-ci il tarixdə X5 adından X12 4000 ABŞ dolları, 03 noyabr 2017-ci il tarixdə X5 adından Cavabdeh3 5000 ABŞ dolları, 05 dekabr 2017-ci il tarixdə X5 adından X12 5.000 ABŞ dolları və 18 dekabr 2017-ci il tarixdə X5 adından X12 237.000 rus rublu. Göründüyü kimi pulun verilibalınması X8 ilə X14 arasında olmuş və 03 noyabr 2017-ci il tarixində isə X5 adından 5000 ABŞ dollarının alınması Cavabdeh3 arasında olmuşdur. Ona görə də, X5 adından iddia qaldırmaq üçün müvafiq olaraq İddiaçı hər hansı subyektiv hüququ yoxdur. Digər tərəfdən isə X8 mülki işə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb olunduğu halda da pulun alınmasından yəni 2017-ci il tarixindən 6 ilə yaxın bir müddət keçdiyindən və ötən müddət ərzində tərəflərin arasında olan münasibət mübahisələndirilmədiyindən, pulun tələb olunmasına görə 3 illik iddia müddəti keçdiyindən iddia ərizəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-376-cı maddələrinə əsasən də təmin olunmamalıdır. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı həkəti yerinə yetirməyi və ya yeninə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi vacib hesab edir: İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-ci maddələrinin şərh edilməsinə dair" 03 iyun 2013-cü il tarixli Qərarı).
2. İş üzrə aparılmış əvvəlki məhkəmə icraatları:
2.1). Birinci instansiya məhkəməsində icraat
Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 14 noyabr 2023-cü il tarixli e- 2(025)-1279/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi” barədə iddia tələbi qismən təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: - “İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 102600 (yüz iki min altı yüz) manat pul və ödənilmiş 393 (üç yüz doxsan üç) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin.” Birinci instansiya məhkəməsi həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7-ci 386.1-ci 1091-ci 1092-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 10 mart 2020-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 78.1, 80, 81, 88, 119.1, 217.3, 217.4 və 232.1-ci maddələrinə istinad etmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi həmin qətnamədə aşağıda qeyd olunan sənədlərin iş üzrə aparılan araşdırma zamanı tədqiq olunduğunu göstərmişdir: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»: Həmin sənəddən görünür ki, ünvan 4 ünvanında yerləşən 0,22 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. - 09 sentyabr 2017-ci il tarixdə Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu Saday Osmanlı tərəfindən 4Ə-776 reyetr nömrəsi ilə qeydə alınmış AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi: Həmin sənəddən görünür ki, satıcı İddiaçı ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,22 ha torpaq sahəsini alıcı Cavabdeh1 30000 manata satmışdır. - Qəbələ Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli e-2(025)-900/2023 nömrəli qərardadı: Həmin sənəddən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının ərizəsi əsasında Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən iddiaçıya geri qaytarılmışdır. - Qəbələ Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli e-2(025)-900/2023 nömrəli qərardadında istinad olunan İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 ilə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən imzalanmaqla, bağlanmış 21 iyul 2023-cü il tarixli “Barışıq Sazişi”nin şərtləri:
1. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, aralarında yaranmış mübahisə ilə bağlı hazırda Qəbələ Rayon Məhkəməsinin icraatında olan e-2(025)-900/2023 № li işi barışıq yolu ilə həll etmək üçün hazırkı barışıq sazişini bağlayırlar.
2. İddiaçı iddia ərizəsi ilə Qəbələ rayon məhkəməsinə müraciət edərək "ünvan 3 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair Qəbələ Regional «Asan xidmət» Mərkəzində Notariat Ofisində Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 09 sentyabr 2017-ci il tarixli 4Ə-776 reyestr nömrəli müqavilənin etibarsız sayılmasını" tələb etmişdir.
3. Hazırkı barışıq sazişinə əsasən tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər və təsdiq edirlər ki, ünvan 3 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsi (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, **********49 reyestr nömrəli, ********* qeydiyyat nömrəli) qeydiyyat üçün hər bir sotu 5800 (beş min səkkiz yüz) manat olmaqla Cavabdeh1 tərəfindən İddiaçı etibarnamə üzrə nümayəndəsi olan atası Cavabdeh3 nağd və köçürmə yolu ilə olmaqla ümumilikdə 127600 (bir yüz iyirmi yeddi min altı yüz) manat məbləğində pul ödənilmişdir.
4. Hazırkı barışıq sazişinə əsasən İddiaçı təsdiq və bəyan edir ki, onun ünvan 3 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 almaq kimi niyyəti yoxdur və Cavabdeh1 ünvan 3 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinə olan mülkiyyət hüquqlarını tanıyır.
5. Hazırkı barışıq sazişinə əsasən İddiaçı təsdiq və bəyan edir ki, Qəbələ rayon məhkəməsində qaldırdığı iddianın məqsədi etibarnamə üzrə nümayəndəsi olan atası Cavabdeh3 ünvan 3 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinin satışı nəticəsində əsassız olaraq varlandığı 97600 (doxsan yeddi min altı yüz) manat məbləğində pulu ondan alınmaq üçün zəruri sübutları təmin etmək və sonradan 97600 (doxsan yeddi min altı yüz) manat məbləğində pulu Cavabdeh3 almaq üçün məhkəmədə ona qarşı iddia qaldırmaqdır.
6. Hazırkı barışıq sazişinə əsasən Xəlilov X6 İradə Şamil qızının hazırkı barışıq sazişinin 7-ci bəndində götürdüyü öhdəliyin müqabilində aşağıdakıları icra etməyi öhdəsinə götürür: 6.1. Cavabdeh1 qarşı qaldırdığı iddiasından imtina etməyi. 6.2. ünvan 3 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsi ilə bağlı Cavabdeh1 qarşı heç bir iddia qaldırmamağı və həmin torpaq sahəsini Cavabdeh1 geri tələb etməməyi. 6.3. Qəbələ rayon məhkəməsinin icraatında olan e-2(025)-900/2023 №-li iş üzrə iddiası təmin edildiyi təqdirdə ünvan 3 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsini heç bir ödəniş olmadan Cavabdeh1 satmağı və bu məqsədlə zəruri alqı-satqı müqaviləsini icra etməyi öhdəsinə götürür. Bu halda çəkilən xərc tərəflər arasında bərabər şəkildə bölünməlidir.
7. Hazırkı barışıq sazişinə əsasən Cavabdeh1 İddiaçı hazırkı barışıq sazişinin 6-cı maddəsində götürdüyü öhdəliyin müqabilində aşağıdakıları icra etməyi öhdəsinə götürür: 7.1. Qəbələ rayon məhkəməsinin icraatında olan e-2(025)-900/2023 № li işə baxılarkən ünvan 3 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinin hər bir sotu 5800 (beş min səkkiz yüz) manat olmaqla ümumikdə 127600 (bir yüz iyirmi yeddi min altı yüz) manat məbləğində pula alınması və həmin məbləğdə pulun İddiaçı etibarnamə üzrə nümayəndəsi olan atası Cavabdeh3 nağd və köçürmə yolu ilə olmaqla ödənilməsini məhkəmədə verəcəyi ifadəsində təsdiq etməyi. 7.2. ünvan 3 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsinin hər bir sotu 5800 (beş min səkkiz yüz) manat olmaqla ümumikdə 127600 (bir yüz iyirmi yeddi min altı yüz) manat məbləğində pula alınması və həmin məbləğdə pulun İddiaçı etibarnamə üzrə nümayəndəsi olan atası Cavabdeh3 nağd və köçürmə yolu ilə verilməsini təsdiq edən zəruri sübutları İddiaçı təqdim etməyi. - İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən məhkəməyə təqdim edilmiş və Cavabdeh1, X8 və Cavabdeh2 arasında olan telefon danışıqlarının olduğu “CD” disk: Qətnamədə qeyd olunur ki, Cavabdeh1, X8 və Cavabdeh2 arasında olan telefon danışıqlarında Cavabdeh2 ünvan 4 ünvanında yerləşən 0,22 ha torpaq sahəsinin Cavabdeh1 satışından onun və həyat yoldaşı Cavabdeh3nnun 127600 manat almasını etiraf etmişdir. - İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən məhkəməyə təqdim edilmiş və Cavabdeh1, X8 və X15 arasında olan telefon danışıqlarının olduğu “CD” disk: Qətnamədə qeyd olunur ki, Zəfər Cəmilov İddiaçı mülkiyyətində olan 0,22 ha torpaq sahəsini Cavabdeh1 127600 manata satılması barədə məlumatlı olduğunu bildirmişdir.
2.2). Apellyasiya şikayəti və ona etiraz
2.2.1. İş üzrə apellyasiya şikayətləri və şikayətin dəlilləri
Qəbələ Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli e-2(025)-1279/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən, eləcə də cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən apellyasiya şikayətləri verilmişdir: - a). İddiaçı Qəbələ Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli e-2(025)- 1279/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Qəbələ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(051)-1279/2023 saylı qətnaməsini dəyişdirərək 102600 manat pulun müştərək qaydada cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 tutularq ona öədənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir (həmin apellyasiya şikayəti üzrə məhkəmə icraatı iş üzrə əvvəlki apellyasiya icraatında qəbul edilmiş yekun məhkəmə aktı ilə yekunlaşmışdır və ona görə də, iddiaçı tərəfindən verilmiş məlum apellyasiya şikayəti hazırkı apellyasiya icraatının predmeti deyildir); - b). Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 birlikdə Qəbələ Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli e-2(025)-1279/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Qəbələ Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli e-2(025)- 1279/2023 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir (hazırkı apellyasiya icraatında bu apellyasiya şikayətinə, yəni cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinə baxılır). Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən birlikdə verilmiş həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 102600 manat pulun və ödənilmiş dövlət rüsumunun tutulması barədə iddiasını onlar qəbul etmirlər və birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə ilə də razı deyillər. Belə ki, mübahisəli torpaq sahəsi Cavabdeh3 anasından qalmış və həmin torpaq sahəsini vərəsəlik qaydasında sənədləşdirməkdə müəyyən çətinlik olduğuna görə ailə üzvləri arasında razılıq əsasında böyük oğlu Anarın adına alqı-satqı qaydasında rəsmiləşdirilmişdir. Lakin həmin torpaq sahəsində bütün ailə üzvlərimin payı olmuşdur. Hazırkı mübahisənin əsası kimi 2017-ci il tarixində bağlanılmış və alqı-satqıdan əldə olunmuş vəsaitin Cavabdeh3 Əlihüseyin oğlu tərəfindən İddiaçı verilmədiyi göstərilir. Lakin, Cavabdeh3 daşınmaz əmlakın alqısatqısından əldə olunan vəsaitin 28000 manatını iddiaçının öz razılığı ilə Bakı şəhərində yerləşən “Melisa Park” yaşayış kompleksindən iddiaçı üçün mənzilin alınmasına vermiş, 2000 manat pul isə həmin mənzili tapan vasitəçilərə və sair xərclərə sərf olunmuşdur. Yəni, satışdan əldə edilmiş 30000 manat məbləğində pulun hamısı iddiaçı üçün Bakı şəhərində mənzil alınmasına xərclənmişdir. Yuxarıda göstərilənlərə baxmayaraq, iddia ərizəsində iddiaçı tərəfindən qeyd olunur ki, torpaq sahəsinin satışından guya ona çatmalı olan müəyyən məbləğdə pulun Cavabdeh1 tərəfindən Cavabdeh3 ödənildiyi qeyd edilmişdir. Belə ki, iddia ərizəsində göstərilir ki, 11 sentyabr 2017-ci il tarixdə X5 adından X12 19.000 rus rublu, 03 oktyabr 2017-ci il tarixdə X5 adından X12 4.000 ABŞ dolları, 03 noyabr 2017-ci il tarixdə X5 adından Cavabdeh3 Əlihüseyin oğluna 5.000 ABŞ dolları, 05 dekabr 2017-ci il tarixdə X5 adından X12 5.000 ABŞ dolları, 18 dekabr 2017-ci il tarixdə X5 adından X12 237.000 rus rublu. Göründüyü kimi, pulun verilib-alınması X8 ilə X14 arasında olmuş və 03 noyabr 2017-ci il tarixində isə X5 adından 5.000 ABŞ dollarının alınması Cavabdeh3 Əlihüseyin oğlu arasında olmuşdur. Ona görə də X5 adından iddia qaldırmaq üçün müvafiq olaraq İddiaçı hər hansı subyektiv hüququ yoxdur. Digər tərəfdən isə X8 mülki işə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb olunduğu halda da pulun alınmasından, yəni 2017-ci il tarixindən 6 ilə yaxın müddət keçdiyindən və ötən müddət ərzində tərəflərin arasında olan münasibət mübahisələndirilmədiyindən, pulun tələb olunmasına görə 3 illik iddia müddəti keçdiyindən iddia ərizəsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-376-cı maddələrinə əsasən də təmin olunmamalıdır. Göstərilənlərə əsasən hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır və ona görə də ləğv edilməlidir. Bundan əlavə, Cavabdeh3 kimisə əmlakından məhrum etməmişdir. Belə ki , Cavabdeh3 2017-ci il tarixində iddiaçının verdiyi etibarnamə əsasında Qəbələ şəhəri, Həzi Aslanov küçəsi, dalan-6, № 3 ünvanda yerləşən 0.22 ha həyətyanı torpaq sahəsini Cavabdeh1 30.000 manata satmış və əldə olunan vəsait iddiaçının razılığı əsasında mənzilin alınmasına sərf olunmuşdur. Qeyd olunan həmin torpaq sahəsi isə Cavabdeh3 mərhum anasından qalmış və 2013-cü il tarixində İddiaçı tərəfindən hər hansı məbləğdə pul ödənilmədən Fəxrəddinin qardaşı tərəfindən formal olaraq alqı-satqı müqaviləsi bağlanılaraq iddiaçının mülkiyyətinə verilmiş və üzərində mülkiyyət hüquqları tanınmışdır. Göründüyü kimi, alqı-satqı müqaviləsinə görə ödənilən pulun alınmasından yəni 2017-ci il tarixindən 6 ilə yaxın bir müddət keçdiyindən və ötən müddət ərzində tərəflərin arasında olan münasibət mübahisələndirilmədiyindən, pulun tələb olunmasına görə 3 illik iddia müddəti keçmişdir. Ona görə də, cavabdeh olaraq onların tərəfindən Qəbələ Rayon Məhkəməsinə iddia tələbinə dair iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim olunsa da, məhkəmə qətnaməsində iddia müddətinin ötürülməsinə və iddia müddətinin tətbiq edilməsinə öz münasibətini bildirməmişdir. Halbuki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Şəxsi yazışma məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur. Göründüyü kimi, cavabdeh şəxs kimi Cavabdeh2 a məxsus olduğu bildirilən səs yazısının onun razılığı alınmadan açıq məhkəmə iclasında səsləndirilməsi qanunvericilik normalarının və konstitusion hüquqların kobud şəkildə pozulmasıdır. Çünki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qəbələ Rayon Məhkəməsi tərəfindən isə tərəflər arasında olan münasibətdən uzun müddətin keçdiyi və ötən müddət ərzində hansı səbəbdən mübahisələndirilmədiyi aydınlaşdırılmamış və iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Bundan əlavə, iddiaçı şəxs tərəfindən iddia ərizəsində qeyd olunan məbləğdə ona verilməli olan pulun təsdiqini tapan mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş həmin apellyasiya şikayəti
2.2.2. Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
2.3). Apellyasiya instansiyası məhkəməsində birinci icraat
İddiaçı tərəfindən və cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətləri üzrə apellyasiya instansiyası məhkəməsindəki birinci icraat zamanı aparılan araşdırma nəticəsində qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən hakim - Mahir Əsədli, hakimlər - Elçin Mehdiyev və Ələddin Məcidov) 08 fevral 2024-cü il tarixli 2(107)-316/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: - “İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(025)-1279/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 102600 (yüz iki min altı yüz) manat pul və ödənilmiş 393 (üç yüz doxsan üç) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh1 aid olan hissədə təmin edilməsin.” Apellyasiya instansiya məhkəməsi həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 777.2, 778.1, 778.2, 778.3 və 779.1-ci maddələrinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.2ci maddəsinə istinad etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi həmin qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən birlikdə kassasiya şikayəti verilərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2024-cü il tarixli 2(107)-316/2024 nömrəli qətnaməsinin ləğv edilərək, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyasi məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.
2.4). Kassasiya instansiyası məhkəməsində birinci icraat
Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən birlikdə verilmiş kassasiya şikayəti üzrə kassasiya instansiyası məhkəməsindəki birinci icraat zamanı aparılan araşdırma nəticəsində qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Zəki Babayev (məruzəçi hakim), Əhməd Əhmədov və Zaur Əliyevdən ibarət tərkibdə) 15 iyul 2024-cü il tarixli 2(102)-1985/2024 nömrəli qərarında qərara alınmışdır ki: - “Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-316/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 iyul 2024-cü il tarixli 2(102)-1985/2024 nömrəli qərarında “Kassasiya instansiya məhkəməsinin mövqeyi” adlanan bölməsində, yəni həmin Qərarın 88-110-cu bəndlərində əksini tapmış kassasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi aşağıda qeyd olunduğu kimi olmuşdur: - iddiaçı ilə Cavabdeh3 arasında tapşırıq münasibətlərinin yaranması, yəni iddiaçıya məxsus torpaq sahəsinin onun verdiyi etibarnamə əsasında Cavabdeh1 satılması işin mübahisəsiz halıdır. Mübahisə torpaq sahəsinin alğı-satqı müqaviləsində göstərilən 30.000 manata deyil, iddiaçının iddia etdiyi 127.600 manata satılması, habelə iddiaçıya alğı-satqıdan əldə edilmiş vəsaitdən ödənilmiş məbləğ də daxil olmaqla, Cavabdeh1 tərəfindən Cavabdeh3 verilməsi iddia edilən həmin vəsaitin 102.600 manat hissəsinin iddiaçıya qaytarılmaması ilə bağlıdır; - apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddia tələbini qismən təmin edərkən maddi hüquq norması kimi Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinə istinad etməklə səhvə yol verməsi, iddiaçının tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin tapşırıq müqaviləsindən bəhs edən 777, 778, 779-cu maddələrinin tətbiq olunması barədə düzgün nəticəyə gəlmişdir; - həmçinin apellyasiya instansiya məhkəməsinin o mövqeyi də düzgündür ki, iddiaçı torpaq sahəsinin alğı-satqı müqaviləsində göstərilən 30.000 manata deyil, 127.600 manata satılmasını iddia etdiyi halda, sübutetmə qaydasını nizamlayan Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən bu halın sübut olunması vəzifəsi məhz iddiaçının üzərinə düşür; - lakin iddiaçı tərəfindən torpaq sahəsinin 127.600 manata satılması, habelə iddiaçıya qaytarılmalı olan məbləğin məhz 102.600 manat təşkil etməsini təsdiq edən sübutlar kimi işin faktiki hallarını araşdıran məhkəmələrə iddiaçının nümayəndəsi və vəkili kimi ilə Cavabdeh1 nümayəndəsi və vəkili arasında bağlanmış 21 iyul 2023-cü il tarixli “Barışıq Sazişi”, alğı-satqıdan sonra Cavabdeh3 arvadı Cavabdeh2 Qəbələ şəhərində dəyəri 40.000 manat olan fərdi yaşayış evi alması barədə məlumat, Cavabdeh1, Məhərrəm Rəhimov və Cavabdeh2 arasında olan telefon danışıqlarını əks etdirən “CD” disk təqdim edilmiş, bununla belə iddia ərizəsində Cavabdeh1 tərəfindən 127.600 manat məbləğinə aldığı torpaq sahəsinin dəyərinin tam ödənilmədiyi qeyd edilərək, iddia tələbi həmin vəsaitin müştərək qaydada Cavabdeh1 tutulması üçün sonuncuya qarşı da yönəldilməklə, habelə qeyd olunan tələbin təmin edilməməsi apellyasiya şikayətində mübahisələndirilməklə, iddiaçının özü tərəfindən təqdim edilmiş yuxarıda sadalanan sübutların mötəbərliyi şübhə altına alınmışdır; - həmçinin cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmədə iştirak etmədiklərindən, onları məhkəmədə təmsil edən nümayəndəsi və vəkili Nümayəndə2 Cavabdeh3 Cavabdeh1 torpağa görə iddia olunan pulu almasını etiraf etməmiş, alğı-satqı nəticəsində ümumilikdə 30.000 manat alındığını, həmin pulun hamısının iddiaçıya verildiyini bildirmiş, mübahisəli torpaq sahəsinin 127.600 manata satılması ilə razılaşmamışdır; - məhkəmələr iddianı təmin edərkən iddiaçı tərəfindən təqdim edilmiş, yuxarıda sadalanan sübutlara istinad etməklə yanaşı, torpaq sahəsinin 127.600 manata satılmasının məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən də təsdiq edilməsinə, apellyasiya instansiya məhkəməsi isə əlavə olaraq, ünvan 7 ünvanında yerləşən yaşayış sahəsi təyinatlı torpaq sahəsinin 1 sotunun 2017-ci il tarixdə real bazar dəyərinin 8.000- 10.000 manat olması barədə Qəbələ Qiymətləndirmə MMC-nin 05 fevral 2024-cü il tarixli arayışına da istinad etmişdir; - ünvan 7 ünvanında yerləşən yaşayış sahəsi təyinatlı torpaq sahəsinin 1 sotunun 2017-ci il tarixdə real bazar dəyərinin 8.000-10.000 manat, yaxud Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə3 qeyd etdiyi kimi alğı-satqının 5.800 manat məbləğdə razılaşdırılması ağlabatan qiymət kimi qəbul olunsa belə, apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş digər sübutların kifayət qədər ziddiyyətli olmasına Mülki-Prosessual Məcəllənin 95.1, 95.2 və 106.3-cü maddələrinin tələbləri baxımından düzgün qiymət verməmişdir; - bundan başqa, apellyasiya instansiya məhkəməsi alğı-satqıdan sonra Cavabdeh3 arvadı Cavabdeh2 Qəbələ şəhərində dəyəri 40.000 manat olan fərdi yaşayış evinin alması barədə məlumatı, iddianın Cavabdeh2 qarşı təmin edilməsi üçün əsas kimi qəbul edərkən, həmin sübutun mötəbərliyini digər sübutlarla qarşılıqlı şəkildə yoxlamamış, sonuncuya alınmış fərdi yaşayış evinin məhz iddiaçıya məxsus torpaq sahəsinin satılmasından əldə olunmuş vəsait hesabına 30 aprel 2018-ci ildə alınması ilə bağlı hər hansı araşdırma aparmamış və həmin məlumatı mötəbər sübut kimi qəbul edilərkən yalnız iddiaçının subyektiv mülahizələrinə əsaslanmışdır; - apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; - apellyasiya instansiya məhkəməsi yalnız yuxarıda qeyd olunan sübutlara əsasən Cavabdeh3 torpaq sahəsini 127.600 manata satması, habelə iddiaçıya qaytarılmalı olan məbləğin məhz 102.600 manat təşkil etməsi barədə qənaətə gəlməklə, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbini pozmuşdur; - bununla yanaşı, iddia müddətinin başlanğıcının müəyyən edilməsi və keçməsi ilə bağlı sübutetmə yükü də apellyasiya məhkəməsi tərəfindən düzgün bölüşdürülməmişdir; - belə ki, iddiaçı ilə Cavabdeh3 arasında tapşırıq müqaviləsinin bağlanması 27 iyun 2017-ci il tarixdə 5 il müddətində, yəni 27 iyun 2022-ci il tarixədək verilmiş etibarnamə ilə müəyyən olunur. Ümumi qayda olaraq, Mülki Məcəllənin 373.2-ci maddəsi ilə nəzərdə tutulan 3 illik iddia müddətinin axımı məhz mübahisəli torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin bağlandığı 09 sentyabr 2017-ci il tarixdən hesablanmaqla, 09 sentyabr 2020-ci il tarixdə bitməli idi. İddiaçı isə hazırki iddia ərizəsi ilə 21 iyul 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir; - birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən iddia tələbi ilə bağlı iddia müddətinin tətbiq edilməsi barədə təqdim olunmuş ərizəyə heç bir münasibət bildirməmişdir; - iddia müddətinin tətbiqindən imtina edən apellyasiya məhkəməsinin mövqeyinə görə isə, 07 aprel 2023-cü ildə iddiaçıya məlum olmuşdur ki, Cavabdeh3 onun verdiyi etibarnamə əsasında iddiaçıya məxsus olan torpaq sahəsini satmış və ona da bu barədə bildirməmiş, iddiaçı ailəsi ilə birgə Almaniya Federativ Respublikasında yaşadığından torpaq sahəsinin yuxarıda qeyd edilən qiymətə satılmasından dərhal xəbərdar ola bilməzdi. Bu halda apellyasiya instansiya məhkəməsi iddia müddətinin axımının hansı tarixdən hesablanmalı olduğunu qətnamədə dəqiq göstərməsə də, iddia müddətinin axımı ilə bağlı hər hansı araşdırma aparmadan, yalnız iddia ərizəsində qeyd edilənlərə uyğun olaraq iddiaçının Almaniya Federativ Respublikasından Azərbaycana gələrkən torpağın həmin qiymətə satılmasının ona məlum olduğu 07 aprel 2023-cü il tarixi iddia müddətinin axımının başlandığı tarix kimi qəbul etmişdir. Apellyasiya məhkəməsi bu hissədə də sübutetmə yükünü cavabdehin üzərinə qoymaqla göstərmişdir ki, cavabdeh iddiaçının məhz 2017-ci il tarixdən torpaq sahəsinin 30.000 manata satılmasından xəbərdar olmasına dair məhkəmələrə hər hansı bir sübut növü təqdim etməmişdir; - Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən şəxsin öz hüququnun pozulmasını bildiyi, yaxud bilməli olduğu bu andan etibarən iddia müddətinin axımı başlayır. Həmçinin həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; - işə baxmış apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmiş, iddia müddətinin axımının başlanğıcını müəyyən edərkən iddiaçının iddia ərizəsində göstərdiyi halları diqqətdən qaçırmış və nəzərə almamışdır. Halbuki iddia ərizəsində iddiaçı göstərmişdir ki, Bakı şəhərində bir neçə ev almaq məqsədilə valideynlərinin təkidi ilə həmin torpaq sahəsini satmaq qərarına gəlmiş, atası Cavabdeh3 adına 27 iyun 2017-ci il tarixdə etibarnamə göndərmiş, torpağın sotunun dəyərinin 8.000-10.000 manat aralığında olduğundan qiyməti onunla razılaşılaraq satılacağı ilə razılaşmış, bundan sonra 2017-ci ildə valideynlərinin zənginə əsasən torpağı hissə-hissə ödəmək şərti ilə almaq istəyən şəxsin olmasından, ilkin olaraq torpağın pulundan 25.000 manat pul ödənilməsindən, bununla da həmin tarixdən torpağın satılmasından, həm də 25.000 manatdan daha baha qiymətə, yəni təxmin etdiyi torpağın sotunun dəyərinin 8.000-10.000 manat aralığı qiymətinə satılmasından və hissə-hissə ödəmə ilə bağlı icra müddətinin müəyyənləşdirilməsindən məlumatlı olmuşdur. Torpağın pulunun hissə-hissə ödənilməsi ilə bağlı müddəti müəyyənləşdirilmiş öhdəlik kimi iddia müddətinin axımı isə, Cavabdeh1 əri Məhərrəm Rəhimov tərəfindən 11 sentyabr 2017-ci il tarixdən başlanmaqla 4 dəfəyə Çingiz Əliyevin adına, bir dəfə isə Cavabdeh3 adına 5.000 ABŞ dolları məbləğində pulun ödənilməsi ilə, 18 dekabr 2017-ci il tarixdə bitdiyi vaxtdan başlanmışdır; - bundan başqa, iddiaçı iddia ərizəsində 2022-ci ilin yayında Azərbaycana gələrkən artıq atası Cavabdeh3 həmin torpağın hamısını 09 sentyabr 2017-ci ildə satmasını bildiyini və həmin pulun bir hissəsi ilə 40.000 manata anası Cavabdeh2 adına 30 aprel 2018-ci ildə Qəbələ şəhərində fərdi yaşayış evi satın almasını bildiyini qeyd etdiyi halda, ziddiyyətli şəkildə 07 aprel 2023-cü ildə torpağın qiymətinin onunla razılaşdırılmadan satıldığını bildiyini göstərmiş, apellyasiya instansiya məhkəməsi də iddia müddətinin axımının başlanğıcı kimi hər hansı məntiqə sığmayan 07 aprel 2023-cü il tarixi qəbul etmişdir; - göründüyü kimi, apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmiş, yuxarıda qeyd olunan tarixlər iddiaçının öz hüququnun pozulmasını bildiyi, yaxud bilməli olduğu anın, yəni iddia müddətinin axımının başlanmasının müəyyən edilməsi baxımından əhəmiyyət kəsb etsə də, apellyasiya instansiya məhkəməsi işin qeyd olunan hallarına düzgün hüquqi qiymət verməmiş, sübutetmə yükünü tərəflərin arasında düzgün bölüşdürməyərək, iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir. Halbuki, hissə-hissə ödənişlərin olunmasını və iddia müddətinin kəsilməsini iddiaçı iddia etdiyi üçün, bu halların sübutetmə vəzifəsi də onun üzərinə düşməlidir; - “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır; - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında isə qeyd olunmuşdur ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı; - “L.İ.Binnətovanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 may 2008-ci il tarixli qərarında həmçinin qeyd olunmuşdur ki, iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun - iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir; - beləliklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının tələblərinə və vahid məhkəmə təcrübəsinin müəyyən edilməsi ilə bağlı tələblərə cavab vermir; - apellyasiya instansiyası məhkəməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini tam araşdırmamış, sübutetmə yükünü düzgün bölüşdürməmiş, qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Göstərilən halları araşdırmadan və qiymətləndirmədən apellyasiya instansiya məhkəməsinin iddiaçının cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiasının təmin edilməsi haqqında gəldiyi nəticə tam və əsaslı deyildir.
2.5). Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
Qəbələ Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli e-2(025)-1279/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən birlikdə verilmiş apellyasiya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 iyul 2024-cü il tarixli 2(102)-1985/2024 nömrəli qərarının tələblərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat zamanı aparılan araşdırma nəticəsində qəbul edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən hakim – Vəzirxan Məlikov, hakimlər – Zamin Tahirov və Rövşən Rəfiyev) 16 noyabr 2024-cü il tarixli 2(107)-1131/2024 nömrəli qətnaməsi ilə həmin apellyasiya şikayəti qismən təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki: - “İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(025)-1279/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 102600 (yüz iki min altı yüz) manat pul və ödənilmiş 393 (üç yüz doxsan üç) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi Cavabdeh1 aid olan hissədə təmin edilməsin.” Apellyasiya instansiya məhkəməsi həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 777.2, 778.1, 778.2, 778.3 və 779.1-ci maddələrinə və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 41.2ci maddəsinə istinad etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi həmin qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən birlikdə kassasiya şikayəti verilərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2024-cü il tarixli 2(107)-1131/2024 nömrəli qətnaməsinin ləğv edilərək, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyasi məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir.
3. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat:
Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 noyabr 2024-cü il tarixli 2(107)-1131/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən birlikdə verilmiş kassasiya şikayətləri üzrə kassasiya instansiyası məhkəməsində ikinci icraat zamanı aparılan araşdırma nəticəsində qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Aqil Abbasov (məruzəçi hakim), Rəşad Həsənov və Əhməd Nurməmmədovdan ibarət tərkibdə) 11 mart 2025-ci il tarixli 2(102)-859/2025 nömrəli Qərarında qərara alınmışdır ki: - “Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1131/2024 nömrəli, 16 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2025-ci il tarixli 2(102)-859/2025 nömrəli qərarının “Kassasiya instansiya məhkəməsinin mövqeyi” adlanan bölməsində əksini tapmış kassasiya instansiya məhkəməsinin iş üzrə mövqeyi ondan ibarət olmuşdur ki: “
71. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.
72. Apellyasiya instansiyası məhkəməsi bu iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 15 iyul 2024-cü il tarixli qərarında şərh edilən və hazırki qərarın 48-ci bəndində qeyd edilən göstərişlərə əməl etməmişdir. Halbuki Ali Məhkəmənin həmin göstərişləri iddia tələbi üzrə tərəflər arasındakı hüquq münasibətlərinin müəyyən edilməsi və mübahisənin qanuni və ədalətli həlli üçün mühüm əhəmiyyət daşımışdır. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə isə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
73. İşdən görünür ki, iddiaçının verdiyi 27 iyun 2017-ci il tarixli etibarnamə ilə onun atası – Cavabdeh3 iddiaçıya məxsus torpaq sahəsini 09 sentyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh1 30000 manata satmışdır. İşin hallarına görə iddiaçı ilə Cavabdeh3 arasında şifahi qaydada bağlanmış tapşırıq müqaviləsi olmuşdur. İddia məhkəməyə 21 iyul 2023-cü ildə verilmiş, iddiaçının valideynləri olan cavabdehlər iddia müddətini tətbiqi barədə ərizə vermişlər.
74. Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2 və 377-ci maddlərinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir, iddia müddətinin axımı isə şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
75. Hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının əvvəlki qərarında da qeyd edilib ki, iddiaçı ilə Cavabdeh3 arasında tapşırıq müqaviləsinin bağlanması 27 iyun 2017-ci il tarixdə 5 il müddətində, yəni 27 iyun 2022-ci il tarixədək verilmiş etibarnamə ilə müəyyən olunur. Ümumi qayda olaraq, Mülki Məcəllənin 373.2-ci maddəsi ilə nəzərdə tutulan 3 illik iddia müddətinin axımı məhz mübahisəli torpaq sahəsi ilə bağlı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin bağlandığı 09 sentyabr 2017-ci il tarixdən hesablanmaqla, 09 sentyabr 2020-ci il tarixdə bitməli idi. İddiaçı isə hazırki iddia ərizəsi ilə 21 iyul 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarını mübahisəyə düzgün tətbiq etməmiş, yuxarıda qeyd olunan tarixlər iddiaçının öz hüququnun pozulmasını bildiyi, yaxud bilməli olduğu anın, yəni iddia müddətinin axımının başlanmasının müəyyən edilməsi baxımından əhəmiyyət kəsb etsə də, apellyasiya instansiya məhkəməsi işin qeyd olunan hallarına düzgün hüquqi qiymət verməmiş, sübutetmə yükünü tərəflərin arasında düzgün bölüşdürməyərək, iddianın təmin edilməsi barədə nəticəyə gəlmişdir.
76. Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən bu göstərişlərə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, 07 aprel 2023-cü ildə iddiaçıya məlum olmuşdur ki, Cavabdeh3 iddiaçının ona verdiyi etibarnamə əsasında iddiaçıya məxsus olan torpaq sahəsini 09 sentyabr 2017-ci ildə Cavabdeh1 satmış və ona da bu barədə bildirməmişdir. İddiaçı ailəsi ilə birgə Almaniya Federativ Respublikasında yaşadığından torpaq sahəsinin yuxarıda qeyd edilən qiymətə satılmasından iddiaçı dərhal xəbərdar ola bilməzdi. Hazırkı halda iddiaçının iddia müddətinin ötürməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür.
77. İddiaçının öz hüquqlarının pozulduğu vaxtın, yəni iddia müddətinin axımının 07 aprel 2023-cü ildən başlanmasını qeyd edən apellyasiya instansiyası məhkəməsi bu halın hansı sübutla müəyyən edilməsinə aydınlıq gətirməmişdir. Buna görə də bu halın nə ilə müəyyən olunması nə işdən, nə də qətnamədən görünmür. Halbuki işin halları sübutlar və onların prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qiymətləndirilməsi ilə müəyyən edilir.
78. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Mülki prosessual Məcllənin 220.4-cü maddəsinə görə isə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutla ... göstərilməlidir.
79. Məhkəmə iclas protokollarından (İİ cild, iş v.57, 75) görünür ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 sədrlik edənin sualına cavab olaraq bildirib ki, iddiaçının atası zəng edib torpağın satılması barədə məlumatı iddiaçıya 2017-ci il tarixdə verib, eyni zamanda da bildirib ki, iddiaçı Almaniyadan Azərbaycana 2022-ci ilin yayında gəlib və həmin tarixə kimi torpağın hansı qiymətə satılmasından xəbərsiz olub.
80. İddiaçını digər vəkili isə (İİ cild, iş v.57, 75) iddiaçının 2023-cü ildə xəbəri olduğundan dərhal vəkillə müqavilə bağlayıb. Sədrlik edənin sualına cavab olaraq həmçinin bildirib ki, iddiaçının müraciəti əsasında 2022-ci ildə Qəbələ Rayon Polis şöbəsində bu barədə araşdırma aparılıb.
81. Göründüyü kimi, iddiaçının bir vəkili torpağın satılması barədə məlumatın iddiaçıya 2017-ci il tarixdə verilməsinə, iddiaçının hüquqlarının pozulduğu vaxtın isə 2022ci ilin yay ayına təsadüf etməsinə, digər vəkili isə iddiaçının bu faktlar barəsində 2023-cü ildə xəbəri olduğundan dərhal vəkillə müqavilə bağlamasını deməklə, biri digərini tamamlamayan, hüquqlarının pozulduğunun gah 2022-ci, gah da 2023-cü ildən iddiaçıya məlum olmasını bildirməklə ziddiyyətli izahatlar vermiş, eləcə də bildirdikləri fakt barəsində də hər hansı sübut təqdim etməmişlər.
82. Apellyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndə və vəkillərinin iddiaçının hüquqlarının pozulduğu vaxtın müəyyən edilməsi ilə bağlı ziddiyyətli məlumatlar vermələrinə əhəmiyyət verməmiş, həmin ziddiyyəti aradan qaldırmaq üçün nümayəndələr sorğu-sual edilməmiş, nümayəndələrin irəli sürdüyü hallarla bağlı hər hansı sübutun olubolmamasını onlara təklif etməmiş, üstəlik, Cavabdeh3 iddiaçının ona verdiyi etibarnamə əsasında iddiaçıya məxsus olan torpaq sahəsini 09 sentyabr 2017-ci ildə Cavabdeh1 satmasını və ona da bu barədə bildirməməsini göstərmişdir. Hansı ki, iddiaçının vəkillərindən biri (nümayəndəsi) torpağın satılması barədə məlumatın iddiaçıya 2017-ci il tarixdə verilməsini göstərmişdir.
83. Məhkəmə kollegiyası iddiaçının iddia müddətinin ötürməsini sübut etmək vəzifəsinin cavabdehlərin üzərinə düşməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı qeyd edir ki, iddia müddətinin ötməsini cavabdehlər alqı-satqı müqaviləsinin 2017-ci ildə bağlanması, hazırki iddianın isə 2023-cü ildə verilməsini bildirməklə əsaslandırmışlar.
84. Mülki Məcəllənin müddətlərin başlanması və qurtarmasını müəyyən edən 368 və 369.1-ci maddələrinə uyğun olaraq müddətin təqvim tarixindən götürülməklə keçməsi qanuni prezumpsiya baxımından, cavabdehlərin dəlillərinin əsassız olmamasını göstərir. Çünki müqavilənin bağlanması tarixindən – 09 sentyabr 2017-ci il tarixdən hesablanmaqla, 3 illik iddia müddəti 09 sentyabr 2020-ci il tarixdə bitməli idi. İddiaçı isə hazırki iddia ərizəsi ilə 21 iyul 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Yəni, qanuni prezumpsiyaya görə müddətin keçməsi mübahisə doğurmur və cavabdehlərin bu barədə ərizə verməsi ilə onların müddətin ötürülməsi barədə sübut etmə vəzifələri burada bitir.
85. Bundan sonra isə sübut etmə vəzifəsi dəyişir, prezumpsiyanın əksini, yəni müddətin ötürülməməsini, hüquqlarının pozulduğuni bildiyi və bilməli olduğu vaxtın hansı tarixdən hesablanmalı olmasını, yəni müddətinin axımının nə vaxtdan başlamalı olmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür.
86. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur.
87. Həmçinin nəzərə alınmalıdır ki, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır, yəni təkzib edilə bilər. Bunun üçün ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər.
88. Qeyd edildiyi kimi iddiaçı tərəf prezumpsiyanı aradan – hüquqlarının pozulduğu vaxtın hansı tarixdən bəlli olmasına dair hər hansı sübut təqdim etməmiş, bununla bağlı əsaslı izah verməmiş, onun nümayəndələrindən biri torpağın satılması barədə məlumatın iddiaçıya 2017-ci il tarixdə verilməsi, eləcə də iddiaçının bu işlərdən 2022-ci ildə Azərbaycana gəlməsindən sonra, digəri isə 2023-cü ildə xəbər tutması barədə ziddiyyətli məlumatlar verməklə yetərlənmiş, apellyasiya instansiyası məhkəməsi də təsdiqini tapmayan bu məlumatlara əsasən iddia müddətinin ötməməsi və üstəlik, iddia müddətinin ötməsi halının sübut etmə vəzifəsinin cavabdehlərin üzərinə düşməsi barədə səhv nəticəyə gəlmişdir.
89. Məhkəmə kollegiyası bir daha izah edir ki, qanuni prezumpsiyaya söykənərək iddia müddətinin ötməsi barədə ərizə verilməsi cavabdehin üzərində düşdüyü halda, onun ötürülməməsini sübut etmək vəzifəsi də iddiaçının üzərində düşür.
90. Ali Məhkəmənin bu iş üzrə əvvəlki qərarında da iddia müddətinin axımının başlanmasının sübut edilməsi vəzifəsinin iddiaçının üzərinə düşməli olması, buna baxmayaraq, sübutetmə yükünün düzgün bölüşdürülməməsi barədə göstəriş olsa da, apellyasiya instansiyası məhkəməsi təkrarən sübut etmə vəzifəsini düzgün bölüşdürməmiş, bununla bağlı hər hansı araşdırma aparmamış, nəticədə birinci apellyasiya baxışında müəyyən edilən hallardan fərqli heç bir halı müəyyən etmədən iddia müddətinin ötməməsi nəticəsinə gəlmişdir.
91. Bundan əlavə, Ali Məhkəmənin əvvəlki qərarında belə göstəriş olub ki, apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim olunmuş digər sübutların kifayət qədər ziddiyyətli olmasına Mülki Prosessual Məcəllənin 95.1, 95.2 və 106.3-cü maddələrinin tələbləri baxımından düzgün qiymət verməmişdir.
92. Mülki Prosessual Məcəllənin 95.1 və 95.2-ci maddələrinə görə elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.
93. İşdən görünür ki, iddiaçı tərəf torpağın satış qiyməti ilə bağlı digər sübutlarla yanaşı, Cavabdeh2, Cavabdeh1 və X8 ilə, eləcə də Cavabdeh1, Məhərrəm Rəhimov və X15 arasındakı telefon danışıqlarını əks etdirən CD təqdim etmişlər.
94. Həmin danışıqlar iddiaçı ilə aparılmayıb, cavabdehlər və işə aidiyyəti olmayan şəxslər arasındakı danışıqlardır. Apellyasiya instansiyası məhkəməsi həmin danışıqları sübut kimi qəbul etsə də, Ali Məhkəmənin göstərişinə uyğun olaraq onları Mülki Prosessual Məcəllənin 95.1 və 95.2-ci maddələrinin tələbi baxımından qiymətləndirməyib.
95. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il Qərarında hüquqi mövqe belə olub ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
96. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında əks edilən hüquqi mövqedən də görünür ki, başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.
97. Lakin hazırki işdə istinad edilən danışıqlar iddiaçı ilə deyil, başqa şəxslər arasında aparılıb. Buna baxmayaraq, həmin sübutların mənbəyi, əldə edilmə üsulu, kim tərəfindən iddiaçıya təqdim edilməsinə aydınlıq gətirilməyib. Buna görə də qeyd edilən CD-dəki danışıqların MPM-in 76.3, 95.1 və 95.2-ci maddələrinin tələbi və Konstitusiya Məhkəməsinin qərarında əks edilən hüquqi mövqe baxımından sübut kimi qəbul ediləniliyi məsələsi araşdırmadan kənarda qalmaqla, bu barədə Ali Məhkəmənin göstərişi icrasız qalıb.
98. Həmçinin apellyasiya instansiyası məhkəməsi apellyasiyanın həddindən kənara çıxaraq, iddianın Cavabdeh1 qarşı təmin edilməyən hissəsini də yoxlayıb.
99. Belə ki, işdən görünür ki, birinci instansiya məhkəməsi iddianı Cavabdeh1 qarşı təmin etməmiş, həmin hissədən iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı bundan kassasiya şikayəti verməmişdir. Ali Məhkəmənin bu iş üzrə əvvəlki qərarı ilə iddia yalnız digər cavabdehlərə qarşı təmin edilən hissədə yoxlanıb və apellyasiya instansiyası məhkəməsinin əvvəlki qərarı da həmin hissədə, yəni iddianın cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı təmin edilən hissədə ləğv edilib.
100. Belə olan halda, yeni apellyasiya baxışının predmeti iddianın cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı təmin edilən hissəsi olmasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi apellyasiya baxışının predmeti olmayan hissəni – iddianın Cavabdeh1 qarşı təmin edilməyən, başqa sözlə mübahisə predmeti olmayan hissəsini də yoxlayıb. Bu isə Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərinə zidd olub.
101. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
102. Bütün bunlar göstərir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli ilə bağlı Ali Məhkəmənin qərarına formal yanaşmış, orada əks edilən göstərişləri diqqətə almamışdır.
103. Məhkəmə kollegiyası analoji hallarla bağlı qeyd edir ki, hər hansı iş üzrə Ali Məhkəmənin qərarı müvafiq olaraq iddianın təmin və ya rədd edilməsi üçün formal əsas kimi götürülməməlidir. Bütün hallarda konkret iş üzrə Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlərə tam şəkildə əməl olunmalı, məhz bundan sonra mübahisə üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir.
104. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, bundan sonra tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.”
4. İş üzrə üçüncü (hazırkı) apellyasiya icraatı:
4.1). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, hazırkı apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2025-ci il tarixli 2(102)-859/2025 nömrəli qərarının tələbləri, o cümlədən də kassasiya instansiya məhkəməsinin mövqeyinin əks olunduğu həmin Qərarın 71-104-cü bəndlərində göstərilənlər, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətində “Qəbələ Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli e-2(025)-1279/2023 nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır. Qeyd etmək lazımdır ki, yuxarıda təsvir olunan məhkəmə aktlarına əsasən müəyyən olunmuşdur ki, birinci instansiya məhkəməsi 14 noyabr 2023-cü il tarixli e-2(025)- 1279/2023 nömrəli qətnaməsində iddia tələbini - Cavabdeh1 qarşı yönələn hissədə təmin etməmişdir. Eyni zamanda, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2024-cü il tarixli 2(107)-316/2024 nömrəli qətnaməsi ilə də həmin hissə ilə əlaqədar İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri nəzərə alınmayaraq, yenə də Cavabdeh1 qarşı yönələn iddia tələbi təmin edilməmişdir. Lakin, iddiaçı apellyasiya instansiyasının qətnaməsi ilə razılaşaraq, “Cavabdeh1 qarşı yönələn iddia tələbinin təmin edilməməsindən” kassasiya şikayəti verməmişdir. Ona görə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 iyul 2024-cü il tarixli 2(102)-1985/2024 nömrəli qərarında bu iş üzrə birinci apellyasiya icraatı zamanı qəbul edilmiş qətnamə yalnız iş üzrə digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı təmin edilən hissədə yoxlanılmış və apellyasiya instansiyası məhkəməsinin əvvəlki qərarı da həmin hissədə, yəni iddianın yalnız cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı təmin edilən hissədə ləğv olunmuşdur. Bununla da, İddiaçı apellyasiya şikayəti üzrə icraat, yəni “Cavabdeh1 ilə əlaqədar apellyasiya şikayəti” üzrə icraat yekunlaşmışdır. Ona görə də, hazırkı (üçüncü) apellyasiya icraatında Qəbələ Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli e-2(025)- 1279/2023 nömrəli qətnaməsi yalnız iddanın cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qarşı təmin edilən hissəsində yoxlanılmışdır.
4.2). Hazırkı apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Hazırkı apellyasiya icraatında apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasına İddiaçı nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X9, apellyasiya şikayəti vermiş cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 və Cavabdeh1 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə3 gəlmişlər. Məhkəmə iclasında birlikdə apellyasiya şikayəti vermiş cavabdehlər Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi Nümayəndə2 səlahiyyətli nümayəndə qismində təmsil etdiyi cavabdehlərin Qəbələ Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli e-2(025)- 1279/2023 nömrəli qətnaməsindən vermiş olduqları apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Qəbələ Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli e-2(025)-1279/2023 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini – İddiaçı satıcı olaraq təmsil edən Cavabdeh3 ilə iş üzrə digər Cavabdeh1 alıcı olaraq təmsil edən X14 arasında 09 sentyabr 2017-ci ildə notarial qaydada tərtib edilərək imzalanmış ”Daşınmaz əmlakın alqı-satqı” Müqaviləsi əsasında 0,22 ha torpaq sahəsinin 127600 manat məbləğində pula deyil, cəmi 30000 manat pula satılması və həmin əldə edilən pulun da öz razılığı əsasında İddiaçı üçün 2018-ci ilin dekabr ayında Bakı şəhərində yeni çoxmənzilli tikilidən mənzil alınmasına sərf edilərək, həmin mənzilin də bir neçə il sonra sonuncunun rəsmi mülkiyyətinə keçməsinin təmin olunması və eləcə də, 09 sentyabr 2017-ci ildə bağlanmış müqavilə üzrə 3 illik iddia müddətinin ötürülməsi və bununla bağlı birinci instansiya məhkəməsinə verdiyi iddia müddətinin tətbiqi barədə ərizəsinin qətnamədə nəzərə alınmayaraq, iddianın təmin edilməsinin qanunsuz olması ilə əsaslandırdı. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X9 apellyasiya şikayətini qəbul etmədiyini bildirib, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli e-2(025)-1279/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, təmsil etdiyi - Almaniyada yaşayan İddiaçı 2017-ci ildə atasına, yəni hazırkı iş üzrə cavabdehlərdən biri olan Cavabdeh3 ünvan 3 ünvanında yerləşən 0,22 ha torpaq sahəsinin satılması ilə əlaqədar etibarnamə göndərmiş və həmin etibarnamə əsasında da sonuncu qeyd olunan torpaq sahəsini digər Cavabdeh1 127.600 manata satmışdır. Lakin, torpaq sahəsinin 127.600 manata satılması iddiaçıya həmin vaxt deyil, yalnız 2023-cü ildə, yəni İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı məlum torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə olan birinci mülki iş üzrə, yəni e-2(025)-900/2023 nömrəli iş üzrə aparılan məhkəmə araşdırması zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi olaraq onunla Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi olaraq Nümayəndə3 arasında 21 iyul 2023-cü il tarixli “Barışıq Sazişi” bağlandıqdan sonra məlum olmuşdur. Çünki, 2017-ci ildə Cavabdeh3 iddiaçı olan oğlu Anara məlumat vermişdir ki, torpağa 145000 manata alıcı tapmış və həmin alıcı əvvəlcədən beh kimi 25000 manat pul verir, qalan pulu isə sonradan verəcəkdir və pul tam verildikdə də alqı-satqı rəsmiləşdiriləcəkdir. Buna görə də iddiaçı həmin torpağın satılması üçün atası Cavabdeh3 27 iyun 2017-ci il tarixli etibarnamə vermişdir. 2018-ci ilin dekabr ayında isə Cavabdeh3 tərəfindən həmin torpağa görə alınmış 25000 manat məbləğində pul iddiaçıya Bakı şəhərində mənzil almaq üçün verilmiş və iddiaçı da həmin pulun üzərinə 50000 manat əlavə edərək, cəmi 75000 manata Bakı şəhərində mənzil almışdır və bu hal tərəflər arasında mübahisə edilmir. Yəni, iddiaçı 2017-ci ildən etibarən elə bilmişdir ki, satdığı torpağa 25000 manat beh verilmiş, qalan pul isə sonradan veriləcək və pul verildikdə tərəflər arasında rəsmi alqı-satqı olacaqdır. Lakin, iddiaçı 2021-ci ilin dekabr ayına kimi Azərbaycana gəlməyib. İddiaçı 2021-ci ilin dekabr ayında Bakıya gəlsə də, torpaq sahəsinə görə alınmış beh kimi 25000 manatdan da istifadə edilməklə 2018-ci ilin dekabr ayında qardaşı Şəhriyarın adına alınmış mənzili öz adına keçirib, Qəbələyə gəlmədən yenidən Almaniyaya qayıtmışdır. İddiaçı yalnız 2022-ci ilin yayında Qəbələyə gəlib və torpağın satıldığını bilmiş və bundan sonra da müvafiq sənədlər toplanaraq məhkəmə prosesləri başlanmışdır. Belə ki, 2022-ci ilin yayında iddiaçı Qəbələ şəhərinə gəldikdə torpaqla əlaqədar Cavabdeh1 və Cavabdeh3 arasında mübahisə olduğunu görüb, torpağın rəsmi satıldığını bilmişdir. Həmin vaxt bununla bağlı müvafiq sorğular edildikdən sonra həmin torpağın 2017-ci ilin sentyabr ayında bağlanmış alqı-satqı müqaviləsi ilə 30000 manata Cavabdeh1 satılması barədə sənədləri əldə edib, iddiaçı 2023-cü ilin may ayında cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı məlum torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iş üzrə məhkəmə araşdırması zamanı İddiaçı etibarnamə üzrə nümayəndəsi olaraq onunla Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi olaraq Nümayəndə3 arasında 21 iyul 2023-cü il tarixli “Barışıq Sazişi” bağlandıqdan sonra iddiaçı tərəfə məlum olmuşdur ki, əslində həmin torpaq 30000 manata deyil, 127600 manata satılmışdır. Buna görə də, iddiaçı tərəf olaraq o, həmin iddia ərizəsini geri götürüb, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 102600 manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı tərəf 09 sentyabr 2017-ci ildə bağlanmış müqavilə əsasında alınmış və 2018-ci ilin dekabr ayında iddiaçı tərəfə mənzil alınması üçün verilmiş 25000 manat pulu Cavabdeh1 torpaq üçün faktiki verdiyi 127600 manat puldan çıxaraq, 102600 manat pulun ödənilməsini tələb edir. Yəni, iddiaçı 2017-ci ildə torpağa görə alınmış 25000 manat pulu tələb etmir və həmin pulun alındığı dövrdən iddia müddətinin ötürülüb-ötürülməməsinin iddiaçı üçün əhəmiyyəti yoxdur. Çünki, iddiaçı 2018-ci ilin dekabr ayında torpağa görə alınmış 25000 manat pulun onun üçün mənzil alınmasına razılıq vermiş, həmin puldan da 2018-ci ilin dekabr ayında iddiaçıya Bakı şəhərində mənzil alınmasında istifadə edilmiş və bu səbəbdən də iddiaçı tərəf cavabdehlərdən 25000 manat pulu tələb etmir. İddiaçının tələb etdiyi 102600 manat pulla əlaqədar tələb üzrə isə iddia müddəti, o cümlədən də 3 illik iddia müddəti ötürülməmişdir. Çünki, iddiaçı tərəf işin bu halını, yəni torpağın 127600 manata satılmasını yalnız birinci iş üzrə Cavabdeh1 ilə 21 iyul 2023-cü il tarixli “Barışıq Sazişi” bağlandıqdan sonra bilmiş və 31 iyul 2023-cü ildə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Deməli, iddiaçı tərəf hazırkı iddia tələbi olan 102600 manat pul məbləği ilə əlaqədar 3 illik iddia müddətini ötürməmişdir və iddiaçı tərəf bu halı, o cümlədən də iddia tələbinin əsaslılığını məhkəməyə təqdim etdiyi 21 iyul 2023-cü il tarixli “Barışıq Sazişi” və “CD” diskdə olan Cavabdeh1, Məhərrəm Rəhimov və Cavabdeh2 arasında olan telefon danışıqları, həmçinin Cavabdeh1, Məhərrəm Rəhimov və Zəfər Cəmilov arasında olan telefon danışıqları ilə sübuta yetirir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə3 Qəbələ Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli e-2(025)-1279/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmənin səlahiyyətinə buraxdığını bildirmiş və öz mövqeyini onunla əsaslandırmışdı ki, təmsil etdiyi Cavabdeh1 uzun illərdir ki, ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Mübahisəli torpaq sahəsinin alınmasında adı keçən X2 İradənin doğma dayısıdır və pandemiya dövründə, yəni təxminən 2020-ci ildə vəfat etmişdir. Mingəçevir şəhərində yaşayan Çingiz müəllim İradə xanımın xahişi ilə mübahisəli torpaq sahəsini tapmışdır. 2017-ci ilin iyun-iyul aylarında İradə xanım və əri Məhərrəm Rəhimov Azərbaycanda olmuşlar və Qəbələdə həmin torpaq sahəsinə baxış keçirərək, qiyməti danışıb razılaşmışlar. Lakin həmin dövrdə İddiaçı etibarnaməsi olmadığına, özü də Almaniyada olduğuna görə alqı-satqı müqaviləsini icra edə bilməmişlər. 2017-ci ilin iyul ayının sonu, avqust ayının əvvəllərinə qədər onlar Azərbaycanda olmuşlar. Həmin dövrdə də bir dəfə əlbəəl 40000 manat, bir dəfə də 30000 manat olmaqla, cəmi 70000 manat pulu müqavilə bağlanana qədər özləri Cavabdeh3 şəxsən vermişlər. Avqust ayının sonunda isə onlar Azərbaycandan getmişlər. Çingiz müəllim 30000 manatı alqı-satqı vaxtı, yəni 09 sentyabr 2017-ci ildə alqı-satqı müqaviləsi bağlanarkən təqdim etmişdir. Qalan təxminən 27000 manat pul isə hissə-hissə Çingiz müəllimə göndərilmişdir. Lakin, bir dəfə təcili pul lazım olduğundan, onlar Fəxrəddin müəllimin adına 5000 ABŞ dolları göndərmişlər. Bu mübahisənin başlanmasına səbəb isə Çingiz müəllimin pandemiya dövründə vəfat etməsidir. Çünki, bundan sonra Cavabdeh3 127600 manat pul alınmasını danmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 369.1. İllərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır. Yarım illə müəyyənləşdirilmiş müddətə aylarla hesablanan müddətlər üçün qaydalar tətbiq edilir. Həm də yarım il altı ay bərabər sayılır, yarım il isə ilin əvvəlindən hesablanmağa başlanır. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3. Əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Ailə Məcəlləsi: 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin normaları (maddələri): 67.1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 95.1. Elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. 95.2. Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən birlikdə verilmiş apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həmin apellyasiya şikayəti təmin edilərək, Qəbələ Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(025)-1279/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi” barədə iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərlə, tərəflər arasındakı mövcud mübahisə üzrə qəbul edilmiş məhkəmə aktları, tərəflərin iş üzrə verdikləri izahatlar və işin konkret halları ilə işin mübahisəsiz halları kimi müəyyən olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən 0,22 ha torpaq sahəsi 30 aprel 2013-cü il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. Ölkə xaricində olan İddiaçı 27 iyun 2017-ci il tarixli Etibarnamə ilə atası Cavabdeh3 ümumi sahəsi 0,22 ha olan həmin torpaq sahəsinə “sərəncam verməyi, alğı-satqı müqaviləsini imzalamağı, notariatlarda nümayəndəsi kimi iştirak etməyi, ona çatası pul məbləğini çıxarmasını, sənədləri imzlamağı və bu məsələ ilə bağlı bütün tələb olunan sənədləşmə işlərini aparmağı” etibar etmişdir və həmin Etibarnamə 5 il müddətinə verilmişdir. 09 sentyabr 2017-ci il tarixdə notarial qaydada tərtib və təsdiq edilmiş AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, satıcı İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,22 ha torpaq sahəsini tam mülkiyyət üzrə alıcı Cavabdeh1 30000 (otuz min) manata satmışdır. Müqavilə satıcı tərəfindən 27 iyun 2017-ci il tarixli etibarnamə əsasında satıcı İddiaçı nümayəndəsi Cavabdeh3 tərəfindən, alıcı tərəfindən isə alıcı Cavabdeh1 nümayəndəsi Çingiz Əliyev tərəfindən imzalanmışdır. Həmin torpağın satışından əldə edilən puldan da istifadə edilməklə 2018-ci ilin dekabr ayında İddiaçı üçün Bakı şəhərində 75000 manat ödənilməklə mənzil alınmış və həmin mənzil onun qardaşı X1 adına rəsmiləşdirilmişdir (Bu fakt iddiaçı və hazırkı apellyasiya şikayətini vermiş cavabdehlər tərəfindən təsdiq edilsə də, torpağa görə alınmış 30000 manatdan bu alqı-satqıda istifadə edilən məbləğlə əlaqədar proses iştirakçıları tərəfindən fərqlı izahatlar verilmişdir. Belə ki, cavabdeh tərəfin izahatına görə 28000 manat mənzilin alınmasına və 2000 manat isə bununla bağlı “makler pulu” və s. əlavə xərclərə istifadə olunmaqla, cəmi 30000 manatın hamısı İddiaçı üçün nəzərdə tutulan həmin mənzilin alınmasına sərf edilmişdir. İddiaçının nümayəndəsi Ruhiyyə Kərimli isə izahatlarında həmin mənzilin alınması üçün cavabdehlər tərəfindən cəmi 25000 manat məbləğində pul verildiyini, mənzilin qalan 50000 manatını isə İddiaçı Almaniyadan göndərdiyini bildirmişdir). Qeyd etmək lazımdır ki, 2021-ci ilin dekabr ayında İddiaçı Bakı şəhərinə gəlmiş və qardaşı Şəhriyar Xəlilzadənin vermiş olduğu 23 dekabr 2021-ci il tarixli etibarnamə əsasında həmin mənzili öz adına keçirmişdir. 02 may 2023-cü ildə isə İddiaçı qismində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Qəbələ rayon məhkəməsinə müraciət edərək, “ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0,22 ha torpaq sahəsinin Cavabdeh1 satılması barədə bağlanmış 09 sentyabr 2017-ci il tarixli Daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini” xahiş etmişdir. Həmin iddia ərizəsinə dair e-2(025)-900/2023 nömrəli mülki iş üzrə məhkəmə prosesi başlandıqdan sonra isə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 ilə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən imzalanmaqla, onların arasında 21 iyul 2023-cü il tarixli “Barışıq Sazişi” bağlanmışdır. X19 məzmunu və şərtləri ilə müəyyən olunur ki, bu Sazişin bağlanmasında məqsəd - “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair e-2(025)- 900/2023 nömrəli iş üzrə Cavabdeh1 məlum torpaq sahəsini alqı-satqı müqaviləsində qeyd olunduğu kimi 30000 manata deyil, 127600 manata almasını və həmin məbləğdə pulu digər Cavabdeh3 nağd və köçürmə yolu ilə verməsini təsdiq etməsi və bununla bağlı bütün təsdiqedici sənədləri İddiaçı verəcəyi barədə öhdəlik götürməsi, İddiaçı isə məlum torpaq sahəsinin Cavabdeh1 almaq niyyətinin olmamasını və sonuncunun həmin torpaq sahəsinə olan mülkiyyət hüquqlarını tanımasını təsdiq etməsi, Qəbələ Rayon Məhkəməsində qaldırdığı iddianın məqsədinin alqı-satqıda etibarnamə üzrə nümayəndəsi olan atası Cavabdeh3 torpaq sahəsinin satışı nəticəsində əsassız olaraq varlandığı 97600 manat məbləğində pulu ondan almaq üçün zəruri sübutları təmin etmək və sonradan 97600 manat məbləğində pulu Cavabdeh3 almaq üçün məhkəmədə ona qarşı iddia qaldırmaqdan ibarət olmuşdur. X23 bağlandıqdan sonra isə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 ərizəsi əsasında Qəbələ Rayon Məhkəməsinin 26 iyul 2023-cü il tarixli e-2(025)-900/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmış və bununla da e-2(025)-900/2023 nömrəli mülki işin mahiyyəti üzrə baxılması davam etdirilməmişdir. Lakin, həmin qərardad qəbul olunduqdan bir neçə gün sonra, yəni 31 iyul 2023-cü ildə isə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 102600 (yüz iki min altı yüz) manat pulun və ödənilmiş dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin iş üzrə məhkəməyə yuxarıda qeyd olunan Barışıq Sazişini, 11 sentyabr 2017-ci il tarixdə X5 adından X12 19000 rus rublu, 03 oktyabr 2017ci il tarixdə X5 adından X12 4000 ABŞ dolları, 03 noyabr 2017-ci il tarixdə X5 adından Cavabdeh3 5000 ABŞ dolları, 05 dekabr 2017-ci il tarixdə X5 adından X12 5000 ABŞ dolları və 18 dekabr 2017-ci il tarixdə X5 adından X12 237600 rus rublunun göndərilməsi barədə 5 ödəniş tarixçəsini və eləcə də, X19 tərəfi olan Cavabdeh1 tərəfindən təqdim edilmiş “CD” diskdə olan Cavabdeh1, Məhərrəm Rəhimov və Cavabdeh2 arasında olan telefon danışıqları, həmçinin Cavabdeh1, Məhərrəm Rəhimov və Zəfər Cəmilov arasında olan telefon danışıqlarını məhkəməyə təqdim etmişdir. Cavabdeh3 isə 05 oktyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim etdiyi ərizəsində iddianın əsasız olması ilə yanaşı, 3 illik iddia müddətinin ötürülməsi səbəbindən də iddianın rədd olunmasını xahiş etmişdir. Göründüyü kimi, işin konkret halları və məlum mübahisənin faktiki xüsusatları yuxarıda təsvir olunduğu kimidir və məhkəmə kollegiyası, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2025-ci il tarixli 2(102)-859/2025 nömrəli qərarında müəyyən olunan və o cümlədən də, həmin Qərarın “Kassasiya instansiya məhkəməsinin mövqeyi” adlanan bölməsində əksini tapmış kassasiya instansiya məhkəməsinin iş üzrə mövqeyini nəzərə alaraq, sübutların qiymətləndirilməsi və eləcə də, apellyasiya şikayəti vermiş cavabdeh tərəfin hazırkı iddia tələbinə “iddia müddətinin tətbiq olunması” barədə ərizəsi ilə əlaqədar aşağıda göstərilənləri qeyd edir: 1). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1) və hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında qərara alınmışdır ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Bundan əlavə, həmin Qərarda qeyd olunmuşdur ki, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki-Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında qeyd olunur ki, sübutlar kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bu cür sübutlar olmadığı və kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbinin rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər. Qeyd olunan qanunvericilik normaları və mübahisənin həllində məhkəmənin riayət etməli olduğu müvafiq məhkəmə qərarlarının tələbləri və həmin qərarlarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, iddiaçı tərəfin hazırkı “cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 102600 (yüz iki min altı yüz) manat pulun alınıb ona qaytarılması” barədə iddia tələbinin sübutu kimi məhkəməyə təqdim olunmuş və iddia ərizəsinin əsaslandırıldığı sübutların tədqiqi və qiymətləndirilməsi nəticəsində müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi və şərtləri yuxarıda şərh edilən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 ilə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə3 tərəfindən imzalanmış 21 iyul 2023-cü il tarixli “Barışıq Sazişi” onların arasında yaranmış mübahisə ilə bağlı Qəbələ Rayon Məhkəməsinin icraatında olan birinci işin, yəni e-2(025)-900/2023 №-li işin barışıq yolu ilə həll edilməsi üçün bağlanmışdır (1-ci bənd) və Qəbələ Rayon Məhkəməsinin “iddia ərizəsinin qaytarılması” barədə qəbul edilmiş 26 iyul 2023-cü il tarixli e-2(025)-900/2023 nömrəli qərardadında da X23nə istinad olunmuşdur. Həmçinin, iddia ərizəsi ilə birlikdə məhkəməyə təqdim edilmiş 5 ədəd pul ödənişi tarixçəsindən yalnız biri, yəni 03 noyabr 2017-ci il tarixdə X5 adından Cavabdeh3 5000 ABŞ dollarının göndərilməsini əks etdirən ödəniş tarixçəsi - 09 sentyabr 2017-ci il tarixli alqı-satqı müqaviləsi bağlandıqdan təxminən 2 ay sonra sonuncuya bir dəfə qeyd olunan məbləğdə pulun göndərilməsi ilə əlaqədar tərtib edilmişdir. Məhkəməyə təqdim olunmuş “CD” diskdə olan Cavabdeh1, Məhərrəm Rəhimov və Cavabdeh2 arasında olan telefon danışıqları və həmçinin Cavabdeh1, Məhərrəm Rəhimov və Zəfər Cəmilov arasında olan telefon danışıqları isə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə 02 may 2023-cü ildə Qəbələ Rayon Məhkəməsinə müraciət olunduqdan sonra başlanmış məhkəmə prosesi dövründə (e-2(025)-900/2023 nömrəli mülki iş) Cavabdeh1 tərəfindən digər danışan tərəfin xəbəri olmadan qeydə alınmış telefon danışıqlarını əks etdirir və işin hallarına görə həmin səs yazıları iddiaçı tərəfə məlum Barışıq Sazişinin şərtlərinə uyğun olaraq iş üzrə cavabdehlərdən biri olan Cavabdeh1 tərəfindən təqdim edilmişdir. Həmin telefon danışıqlarının ümumi mahiyyəti isə ondan ibarətdir ki, Cavabdeh1 və onun əri Məhərrəm Rəhimov “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi əsasında başlanmış birinci məhkəmə işindən narahat olaraq, bununla bağlı alqı-satqı müqaviləsini imzalamış Cavabdeh3 arvadı Cavabdeh2 və onun qızının əri Zəfər Cəmilovla danışıqlar apararaq, həmin mülki işin özlərinə qarşı ehtimal olunan mənfi və arzuolunmaz nəticələrinin aradan qaldırılmasına çalışmış və bu danışıqlar zamanı Cavabdeh1 məlum torpaq sahəsinə görə Cavabdeh3 127600 manat pul ödəməsi barədə danışdığı şəxslərə məlumat vermişdir. Danışıqların aparıldığı Cavabdeh2 və Zəfər Cəmilov isə İddiaçı belə bir iddia qaldırmasında haqsız olduğunu vurğulayaraq, Cavabdeh1 narahatçılığını aradan qaldırmağa çalışmışlar. Lakin, bu danışıqlar bilavasitə məlum alqı-satqı müqaviləsinin bağlanmasını və torpağın satılmasını icra etmiş Cavabdeh3la aparılmamışdır. Səs yazısının təqdim olunduğu Zəfər Cəmilov məlum müqavilə və eyni zamanda hazırkı iş üzrə tərəf deyildir. Səs yazısının təqdim olunduğu Cavabdeh2 isə hazırkı iş üzrə cavabdeh olsa da, məlum müqavilə üzrə tərəf olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur (maddə 95.1), qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz (maddə 95.2) və qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3) kimi tələbləri baxımından və eyni zamanda, məlum danışıqlarda torpaq sahəsinə “127600 manat məbləğində pul ödənilməsi” barədə məlumat hazırkı mübahisənin nəticəsindən bilavasitə maraqlı olan Cavabdeh1 tərəfindən verildiyindən və digər bu kimi hallar, həmin səs yazılarının mübahisənin həlli üzrə mötəbər sübut olaraq “əsaslı şübhədən kənar” sübut meyarına uyğun gəlmir. 2). İş üzrə birinci instansiya məhkəməsində aparılan icraat zamanı Cavabdeh3 05 oktyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək, 09 sentyabr 2017-ci ildə bağlanmış məlum alqı-satqı müqaviləsi əsasında pulun alınmasından 6 ilə yaxın müddət keçdiyindən, pulun tələb olunmasına görə 3 illik iddia müddəti tətbiq edilməklə, iddianın rədd olunmasını da xahiş etmişdir. İddiaçı tərəf isə məhkəmə araşdırması zamanı hazırkı iddia tələbi üzrə iddia müddətinin ötürülmədiyini bildirmiş və bununla bağlı öz mövqeyini onunla əsaslandırmışdır ki, 09 sentyabr 2017-ci ildə bağlanmış müqavilə əsasında alınmış və 2018-ci ilin dekabr ayında iddiaçı tərəf üçün mənzil alınmasında istifadə edilmiş 25000 manat pulu Cavabdeh1 torpaq üçün faktiki verdiyi 127600 manat puldan çıxaraq, hazırkı iddia tələbində 102600 manat pulun ödənilməsini tələb edir. Yəni, iddiaçı 2017-ci ildə torpağa görə alınmış 25000 manat pulu tələb etmir və həmin pulun alındığı dövrdən iddia müddətinin ötürülüb-ötürülməməsinin iddiaçı üçün əhəmiyyəti yoxdur. İddiaçının 102600 manat pulla əlaqədar hazırkı tələbi üzrə isə iddia müddəti, o cümlədən də 3 illik iddia müddəti ötürülməmişdir. Çünki, iddiaçı tərəf işin bu halını, yəni torpağın 127600 manata satılmasını yalnız birinci iş üzrə Cavabdeh1 ilə 21 iyul 2023-cü il tarixli “Barışıq Sazişi” bağlandıqdan sonra bilmiş və 31 iyul 2023-cü ildə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin qeyd olunan həmin hallarını və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2025-ci il tarixli 2(102)-859/2025 nömrəli qərarında əksini tapmış mövqeyini nəzərə alaraq, məhkəmə kollegiyası apellyasiya şikayəti vermiş cavabdeh tərəfin hazırkı iddia tələbinə “iddia müddətinin tətbiq olunması” barədə ərizəsi ilə əlaqədar aşağıda göstərilənləri qeyd edir. Belə ki, işin yuxarıda təsvir olunan mübahisəsiz hallarından görünür ki, məlum torpaq sahəsinin satılması üçün İddiaçı 27 iyun 2017-ci il tarixli etibarnaməsi əsasında Cavabdeh3 09 sentyabr 2017-ci ildə bağlanmış alqı-satqı müqaviləsinə əsasən məlum torpaq sahəsini digər Cavabdeh1 30000 manata satmış və əldə edilmiş pul vəsaiti 2018-ci ilin dekabr ayında iddiaçı tərəfin razılığı əsasında iddiaçı üçün Bakı şəhərində mənzilin alınmasında istifadə edilmişdir. İddiaçı tərəf isə məlum müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə 02 may 2023-cü ildə məhkəməyə müraciət etmiş, həmin iş üzrə aparılan məhkəmə prosesi dövründə, yəni 21 iyul 2023-cü ildə Cavabdeh1 ilə “Barışıq Sazişi” bağladıqdan sonra həmin iddia ərizəsini geri götürmüş və 31 iyul 2023-cü ildə isə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin tələbləri baxımından iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır (maddə 377.1). Bu halda hazırkı mübahisə üzrə iddia müddətinin axımının hesablanmasının iddiaçı üçün yuxarıda qeyd olunan tarixlərdən hansından başlanması, yəni iddiaçı hüququnun pozulduğunu qeyd olunan tarixlərdən hansından bildiyini və ya bilməli olduğunu müəyyən etmək vacibdir. İlk növbədə, iddia müddətinin ötürülməməsi ilə əlaqədar iddiaçı tərəfin yuxarıda qeyd olunan mövqeyi üzrə məhkəmə qeyd etməyi lazım bilir ki, hazırkı mübahisə şifahi tapşırıq müqaviləsinin icrası ilə bağlı yaranmış olduğundan, iddia müddətinin axımının hesablanması üçün həmin tapşırığın icra olunma vaxtı müəyyən edilməlidir. Hazırkı tapşırığın icra olunma vaxtı isə 09 sentyabr 2017-ci il tarixi, yəni satılması üçün vəkalət verilmiş torpağın satılması ilə əlaqədar müvafiq qaydada alqı-satqı müqaviləsinin bağlandığı 09 sentyabr 2017-ci il tarixidir. Bu halda müqavilənin bağlanması tarixindən – 09 sentyabr 2017-ci il tarixdən hesablanmaqla, 3 illik iddia müddəti 09 sentyabr 2020-ci il tarixdə bitməli idi. Lakin, iddiaçı tərəf həmin tarixdə alqı-satqı müqaviləsinin bağlanmasından məlumatsız olduğunu yuxarıda qeyd olunan iddia ərizəsi və izahatlarında göstərərək, onun üçün iddia müddətinin axımının həmin tarixdən hesablanmasının başlanmasına etirazını bildirsə də, işin mübahisəsiz halı kimi müəyyən olunmuşdur ki, həmin alqı-satqıdan əldə edilmiş 30000 manat məbləğində pul vəsaitindən istifadə edilməklə iddiaçı üçün 2018-ci ilin dekabr ayında Bakı şəhərində mənzil alınmışdır. Bu halda isə həmin tarixdən, yəni 2018-ci ilin dekabr ayından iddiaçı üçün iddia müddətinin axımının hesablanmasının başlanması mübahisə yarada bilməz. Çünki, iddiaçı tərəf məhkəmə araşdırması zamanı 2018-ci ilin dekabr ayında məlum mənzil alınarkən torpağın satışından əldə edilmiş puldan da istifadə edildiyini və hətta mənzilin alınması üçün özü tərəfindən də əlavə pul verildiyini təsdiq etmişdir. Təbii ki, beh kimi alınmış pulun və yaxud, alqı-satqısı rəsmi olaraq sənədləşdirilməmiş torpaq sahəsinə görə əldə edilən pulun bu qaydada istifadə edilməsi ağlabatan deyildir. Ona görə də, məhz həmin 2018-ci ilin dekabr ayı iddiaçı üçün öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu tarix kimi qəbul edilməlidir. Həmin tarixdən hesablandıqda isə hazırkı mübahisə üzrə 3 illik iddia müddəti 2021-ci ilin dekabr ayında bitməli idi. İddiaçı isə hazırki iddia ərizəsi ilə 21 iyul 2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı tərəfin “torpağın 127600 manata satılmasını yalnız birinci iş üzrə Cavabdeh1 ilə 21 iyul 2023-cü il tarixli “Barışıq Sazişi” bağlandıqdan sonra bilməsi və 2018-ci ildə mənzilə ödənilmiş 25000 manatı çıxaraq, yalnız 102600 manat pulu tələb etdiyi üçün hazırkı iddia tələbi üzrə iddia müddətinin ötürülməməsi” barədə mövqeyi isə yuxarıda təsvir olunan xüsusatlara görə tamamilə əsassızdır. Beləliklə də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 mart 2025-ci il tarixli 2(102)-859/2025 nömrəli qərarının tələbləri nəzərə alınmaqla, yuxarıda qeyd olunanlara və işin digər konkret hallarına əsasən hesab edir ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən birlikdə verilmiş apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(025)-1279/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi” barədə iddia tələbi təmin edilməməli və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən birlikdə verilmiş apellyasiya şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 14 noyabr 2023-cü il tarixli 2(025)-1279/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi” barədə iddia tələbi təmin edilməsin. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.