Məhkəmə qərarları › İş №2(107)-54/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-54/2020

12.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-54/2020 12.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçı İddiaçı1 və Cavabdeh5 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh6 qarşı torpaq sahəsinin naturada bölünməsi və maddi ziyanın ödənilməsitələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-121/2019 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-121/2019 nömrəli qətnaməsi ilə (hakim Cahid İmanov) İddiaçı1 cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ona vurduğu 20000 (iyirmi min) manat maddi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsi, DƏDRX-nin X18 tərəfindən xx xxxxxx 2017-ci il tarixli **********34 reyestr nömrəli torpağa mülkiyyət hüququna dair çıxarışla Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh6 ümumi paylı mülkiyyətinə verilmiş Şəki rayonu Sarıca kəndində yerləşən 26.262 ha torpaq sahəsindəki paylar DƏDRX-nin X18 tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli bölgü planına əsasən naturada bölünməsi və ayrı-ayrı olmaqla rəsmi qaydada sənədləşdirilməsi tələbinə dair iddiası təmin edilməmiş, 100 (bir yüz) manat ekspertiza xərcinin İddiaçı1 alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməsi 30 (otuz) manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İşin halları İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ona vurulmuş 20 000 (iyirmi min) manat maddi zərərin onlardan tutularaq iddiaçıya ödənilməsi, DƏDRX-nin X18 tərəfindən xx xxxxxx 2017-ci il tarixli **********34 reyestr nömrəli torpağa mülkiyyət hüququna dair çıxarışla Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh6 ümumi paylı mülkiyyətinə verilmiş Şəki rayonu Sarıca kəndində yerləşən 26.262 ha torpaq sahəsindəki payların DƏDRX-nin X18 tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli bölgü planına əsasən naturada bölünməsi və ayrı-ayrı olmaqla rəsmi qaydada sənədləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, cavabdehlərin bəzilərinin soy adlarında və ata adlarında uyğunsuzluq vardır. Həmin hal məhkəmə iclası zamanı mülki prosessual iştirakçılar tərəfindən mübahisələndirilməmiş və məhkəmə tərəfindən müvafiq düzəliş aparılmasına etiraz etməmişlər. Həmçinin, Cavabdeh6 iddiaçının nümayəndəsinin razılığı ilə işə cavabdeh kimi cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkili) İddiaçı2 iddia tələbini müdafiə edərək göstərmişdir ki, Şəki rayonu X5 xx xxxx 1998-ci il tarixli, 54 saylı qərarına əsasən ailə başçısı X7 ilə birlikdə X3, Cavabdeh2, Cavabdeh3, Musazadə (torpaq sənədində Musayev qeyd olunur) Elvin Ruhlan oğlu, Cavabdeh7, Cavabdeh5, X8 (sonradan familiyası Musayeva olaraq dəyişib), İddiaçı1, Cavabdeh1 ümumi paylı mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 29,18 ha torpaq sahəsi verilmiş və bununla bağlı ailə başçısı iddiaçının atası X2 adına JN 193 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Həmin dövlət aktı əsasında ailə başçısı X7 bu torpağı ailə üzvləri arasında bölüşdürmüşdür. Belə ki, Cavabdeh2 və onun ailə üzvlərinin pay torpaqları yan-yana olmaqla birlikdə bir kənardan, Cavabdeh5 Hidayət və onun həyat yoldaşı Cavabdeh6 pay torpağı isə yan-yana olmaqla birlikdə bir kənardan olmaqla bölüşdürmüşdür. Bu bölgüdən ailə üzvləri arasında heç bir narazılıq olmamışdır. Həmin bölgü əsasında da Cavabdeh5 bu torpaqdan öz payına düşən 2,918 hektarı başqa şəxsə satmış, bu səbəblə həmin torpaq azalaraq 26,262 hektar olmuşdur. 2016-cı il tarixinə qədər bu bölgü əsasında Cavabdeh2 özünə və ailəsinə aid pay torpağını, Cavabdeh5 da (özünə aid pay torpağını satdığı üçün) rəsmi qaydada boşanmamış, lakin ayrı yaşayan həyat yoldaşı Cavabdeh6 aid pay torpağını əkmişdir. Bölgüdən sonra iddiaçının atası X7 və anası X3 özlərinə aid olan pay torpaqlarını notarial qaydada qızları iş üzrə İddiaçı1 bağışlamışdır. Bu səbəblə iddiaçının 26,262 hektarlıq torpaq sahəsindəki payı artaraq 8,754 hektar olmuşdur. Ailənin gəlini olan və uzun müddət də ailə içində müxtəlif problemlər yaratdığına görə 15 ildən artıq müddətdir bütün digər ailə üzvləri ilə heç bir əlaqəsi olmayan Cavabdeh3 və onun oğlu Cavabdeh4 valideynlərinin iddiaçıya (dul olan qızları İddiaçı1) öz pay torpaqlarını notarial qaydada bağışlaması ilə razılaşa bilməmişdir. xx xxxxxx 2017-ci ildə ümumi paylı mülkiyyətdə olan həmin 26,262 hektarlıq torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X18 tərəfindən reyestrə daxil edilmiş və RX seriyalı, ******* qeydiyyat, **********34 reyestr nömrəli çıxarış verilmişdir. Həmin çıxarışa görə ümumi paylı mülkiyyətdə olan 26,262 hektarlıq torpaq sahəsindəki paylar aşağıdakı kimi olmuşdur: 1) İddiaçı1 payı 8,754 hektar; 2) Cavabdeh2 payı 2,918 hektar; 3) Cavabdeh3 payı 2,918 hektar; 4) Cavabdeh4 payı 2,918 hektar; 5) Cavabdeh7 payı 2,918 hektar; 6) Musayeva (Xəlilova) Tahirə Məmməd qızının payı 2,918 hektar; 7) Cavabdeh1 payı 2,918 hektar. Qeyd edilən 26,262 hektar torpaq sahəsinin 8,754 hektarı iddiaçının payına düşür. Lakin 2 ildən çoxdur ki, hər il əkib becərdiyi pay torpağını qardaşı Cavabdeh2 yoldaşı Cavabdeh3, onun oğlu Cavabdeh4 təkid və təzyiqi ilə qardaşları Cavabdeh5 və Cavabdeh2 ona aid olan həmin 8,754 hektar torpaq sahəsini qanunsuz olaraq zəbt etmişlər. İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qanunsuz müdaxilələri və təzyiqləri səbəbi ilə öz payına düşən həmin torpağı əkib becərə və oradan məhsul götürə bilməmişdir. Lakin iddiaçının payına düşən həmin 8,754 hektar torpaq sahəsi onun razılığı olmadan qanunsuz olaraq cavabdehlər Cavabdeh5 və Cavabdeh2 tərəfindən əkilib-becərilmiş və hal-hazırda da əkilir. Qeyd olunan cavabdehlər oradan məhsul götürür və onlar əsassız varlanırlar. Bu yolla iddiaçıya 2 ildən bəri külli miqdarda, təxminən 20 000 manata yaxın zərər dəymişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X18 tərəfindən xx xxxxxx 2017-ci il tarixli **********34 reyestr nömrəli çıxarış ilə qeydiyyata alınmış ümumi mülkiyyətdə olan 26.262 ha torpaq sahəsinin mülkiyyətçiləri arasında xeyli mübahisəli məqamlar mövcuddur və onlar həmin torpaq sahəsinin razılıq əsasında idarə edə bilmirlər. Bu səbəblə həmin 26.262 ha torpaq sahəsinin ümumi mülkiyyətçiləri arasında naturada bölünməsi ilə bağlı DƏDRX-nin 12 saylı X14 mütəxəssizlərinə müraciət etmiş və mütəxəssizlər tərəfindən ümumi mülkiyyətdə olan 26.262 ha torpaq sahəsinin naturada paylara uyğun şəkildə 3 hissəyə (11,6720 ha + 2.918 ha + 11,6720 ha) bölünməsinin texniki cəhətdən mümkünlüyü barədə xx xxxxxx 2017-ci il tarixli məhkəməyə təqdim etdikləri bölgü planı tərtib edilmişdir. İddiaçı hesab edir ki, qeyd edilən mübahisəli torpaq sahəsinin DƏDRX-nin 12 saylı X14 mütəxəssizlər tərəfindən xx xxxxxx 2017-ci il tarixli bölgü planına uyğun naturada bölünməsi mümkündür. Bu səbəbdən də hazırkı iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın məhz DƏDRX-nin 12 saylı X14 mütəxəssizlər tərəfindən xx xxxxxx 2017-ci il tarixli bölgü planına uyğun naturada bölünməsi və vurulmuş 20 000 ziyan məbləğinin cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh5 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Şəki rayonu X5 xx xxxx 1998-ci il tarixli, 54 saylı qərarına əsasən ailə üzvləri -X7, X3, Cavabdeh2, Musayeva X1 (torpaq sənədində Musayev qeyd olunur) Elvin Ruhlan oğlu, Musalı (torpaq sənədində Musayeva qeyd olunur) Banu Ruhlan qızı, Cavabdeh6 (torpaq sənədində X4 qeyd olunur), İddiaçı1, Cavabdeh1 və onun ümumi paylı mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 29,18 ha torpaq sahəsi verilmiş və bununla bağlı ataları X2 adına JN 193 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. Həmin dövlət aktı əsasında ataları X7 bu torpağı ailə üzvləri arasında bölüşdürmüşdür. O, bu torpaqdan öz payına düşən 2,918 hektar sahəni ehtiyacı olduğu üçün başqa şəxsə satmış, bu səbəblə həmin torpaq azalaraq 26,262 hektar qalmışdır. xx xxxxxx 2017-ci ildə ümumi paylı mülkiyyətdə olan həmin 26,262 hektarlıq torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X18 tərəfindən reyestrə daxil edilmiş və RX seriyalı, ******* qeydiyyat, **********34 reyestr nömrəli çıxarış verilmişdir. Həmin çıxarışa görə ümumi paylı mülkiyyətdə olan 26,262 hektarlıq torpaq sahəsindəki paylar aşağıdakı kimi olmuşdur: 1) İddiaçı1 payı 8,754 hektar; 2) Cavabdeh2 payı 2,918 hektar; 3) Cavabdeh3 payı 2,918 hektar; 4) Cavabdeh4 payı 2,918 hektar; 5) Cavabdeh7 payı 2,918 hektar; 6) Musayeva (Xəlilova) Tahirə Məmməd qızının payı 2,918 hektar; 7) Cavabdeh1 payı 2,918 hektar. Göstərdi ki, qardaşlarından və cavabdehlərdən biri olan Cavabdeh1 son bir neçə il ərzində ailələrində münaqişə yaratmış, nəticədə atası, bacısı ilə münasibətləri kəskinləşmişdir. Cavabdeh1 onlardan, Sarıca PB-nin rəis və əməkdaşlarından, həmçinin yaxın qohumları barəsində müxtəlif hakimiyyət orqanlarına şər-böhtan xarakterli şikayətlər yazmış, onları kənd daxilində, qohum-əqrəba yanında hörmət və nüfuzdan salmışdır. İş o yerə çatmışdır ki, kənd içərisinə çıxmaz olmuşlar. Qeyd edilən münaqişələrdən biri də bəhsi gedən torpaq sahəsi ilə bağlıdır. Cavabdeh1 DƏDRX-nin əməkdaşlarını aldadaraq 26,262 hektarlıq torpaq sahəsinin naturada bölünməsi haqqında xx xxxxxx 2017-ci il tarixli “Bölgü planı” tərtib etdirmişdir. Həmin bölgü ilə razı deyildir. Belə ki, o, Cavabdeh6 məxsus 2.918 ha torpaq sahəsində, bölgü planında Cavabdeh1 və İddiaçı1 aid 11.6720 ha torpaq sahəsinin yuxarı hissəsində 15 ildən çoxdur ki, əkin işləri aparır. Hazırda həmin ərazidə 200-ə yaxın meyvə (qoz, ərik, alma və.s) ağacları əkərək yetişdirmişdir. Yəni onlara məxsus 2.918 ha torpaq sahəsi plan-sxemdə göstərilən yerdə deyil, həmin istiqamətdə sol tərəfdə yerləşir. Yəni əslində plan-sxem üzrə həyat yoldaşı Cavabdeh6 məxsus olması qeyd olunan ərazi Ruslana məxsus yerdir. Ruslanın məqsədi onun saldığı bağın yerləşdiyi torpaq sahəsini plan-sxemdə öz sahəsi kimi qeyd etdirməklə həmin bağı ondan almaqdır. Buna görə də Cavabdeh1 tərəfindən tərtib etdirilmiş xx xxxxxx 2017-ci il tarixli “Bölgü planı” ilə razı deyildir. Əgər iddiaçı həmin bölgü planına əsasən deyil, ərazinin faktiki vəziyyətinə uyğun dəqiqləşdirmə apararsa, iddianın təmin olunmasına razılıq verə bilər. Bundan başqa göstərdi ki, iddiaçı tərəfindən tələb edilən ziyan məbləğini qəbul etmir. Çünki onlar heç vaxt Mehriban və Ruslana məxsus torpaq sahələrində əkin işləri aparmamış və buna görə də hər hansı gəlir əldə etməmişlər. İddia bu hissədə şər və böhtandan başqa bir şey deyildir. Bütün bunları nəzərə alaraq iddianın bütünlüklə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh və digər cavabdehlər Cavabdeh4,Cavabdeh3 və Cavabdeh7 etibarnaməüzrə nümayəndələri Cavabdeh2 qardaşı Cavabdeh5 verdiyi izahatla eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, həqiqətən də Cavabdeh5 həyat yoldaşı Cavabdeh6 məxsus 2.918 ha torpaq sahəsində, bölgü planında Cavabdeh1 və İddiaçı1 aid 11.6720 ha torpaq sahəsinin yuxarı hissəsində uzun müddətdir ki, əkin işləri aparır. Hazırda həmin ərazidə 200-ə yaxın meyvə ağacı vardır. Həmçinin bildirdi ki, ona və ailə üzvlərinə məxsus əraziyə gələn su xətti xx xxxxxx 2017-ci il tarixli bölgü planına uyğun olaraq Cavabdeh1 və İddiaçı1 ərazisindən keçir. Əgər iddia təmin olunarsa Cavabdeh1 həmin ərazidən onun ərazisinə su gəlməsinə imkan verməyəcəkdir. İddianı maddi ziyan hissəsində də qəbul etmir. Bütün bunları nəzərə alaraq iddianın bütünlüklə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh6, Cavabdeh1 və İİİ şəxs DƏDRX-nin 12 saylı Ərazi İdarəsi birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixdə məhkəmənin elektron poçtu vasitəsilə ərizə göndərərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X18 tərəfindən verilmiş ******* saylı çıxarışa əsasən 26.262 ha torpaq sahəsinin Bölgü planı üzrə Bölgü planında göstərilən şəkildə naturada bölünməsi ilə razı olduğunu bildirmiş, işə iştirakı olmadan baxılaraq müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qətnamədən narazı qalan İddiaçı1 apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətlərinin dəlilləri İddiaçı1 apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri və birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, həmin qətnamə əsassız, ədalətsiz və qanunvericiliyin maddi və prosessual normalarına zidd olduğu üçün ləğv edilməli, iddia ərizəsi təmin edilməlidir. Şəki Rayon Məhkəməsi işi kifayət qədər araşdırmadığı üçün, yəni gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadığı üçün işin faktiki hallarını nəzərə ala bilməmiş və bununla da həm prosessual, həm də maddi normaları pozmuşdur. Məhkəmə faktiki vəziyyətin nə olduğunu bilmir, belə ki, məhkəmə həmin torpaq sahəsinə baxış keçirməyib. Buna baxmayaraq digər cavabdehlər Elman və Ruhlanın verdikləri ifadələri nəzərə alaraq həmin torpaq sahəsinin Bölgü Planına uyğun bölünməsini qanunu və ədalətli hesab etməmişdir. Məhkəmə Cavabdeh5 ümumi paylı mülkiyyətçilərdən biri və paylı mülkiyyətçilərdən birinin etibarnamə üzrə nümayəndəsi olmadığı halda MPM-nin və MM-nin tələblərini pozaraq onun torpağın bölgüsündəki iradəsini nəzərə almış və həmin iradəyə uyğun qətnamə qəbul etmişdir. Qeyd edildiyi kimi, atası X2 adına JN 193 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında torpağı ailə üzvləri arasında bölüşdürmüşdür. Belə ki, Cavabdeh2 və onun ailə üzvlərinin pay torpaqları yan-yana olmaqla birlikdə bir kənardan. Cavabdeh5 və onun həyat yoldaşı Cavabdeh6 pay torpağı ilə yan-yana olmaqla birlikdə bir kənardan olmaqla bölüşdürmüşdür. Bu bölgüdən ailə üzvləri arasında heç bir narazılıq olmamışdır. Məhkəmə, işi əsassız olaraq uzatmaq məqsədi ilə həmin 26,262 ha torpaq sahəsinin qeyd edilən Bölgü Planına uyğun naturada bölünməsinin mümkün olub olmadığına dair rəy verilməsi üçün mülki işin AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərərək qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən gələn xx.xx.2019-cu il tarixli rəyin nəticə bölməsində deyilir ki, “ayrı-ayrı şəxslərə ayrılmış torpaq paylarının bölünməsi xüsusi bilik tələb etməyib, həmin torpaqların verilməsinə sərəncam verən müvafiq təşkilat tərəfindən aparıla bilər ki, göstərilən fakt, o cümlədən mülki işin 26cı səhifəsində olan DƏDRX-nin 12 saylı X18 tərəfindən verilmiş xx xxxxxx 2017- il tarixli bölgü planına əsasən naturada ayrılmasının mümkün olub-olmaması son nəticədə məhkəmə tərəfindən qiymətləndirilə bilər”. Bu rəy onu göstərir ki, məhkəmə iş materiallarını lüzumsuz yerə ekspert rəyinin alınması üçün AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərmiş və işin əsassız olaraq xeyli uzanmasına səbəb olmuşdur. Məhkəmə işi AR DƏDRX-nin 12 saylı X16 rəy üçün göndərmiş olsaydı təbii ki, daha operativ nəticə əldə edə biləcəkdir, təəssüf ki, bunu etməyərək onun hüquqlarını və qanunvericiliyi pozmuşdur. Məhkəmə zərərin ödənilməsi ilə bağlı tələblərinə məhəl verməyərək qanunvericiliyi pozmuşdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-121/2019 nömrəli qətnaməsinin ləğv edilməsini, iddiaçının iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı1 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ona düşən torpaq sahəsinin mülki işin materiallarında olan xx xxxxxx 2017-ci ildə tərtib edilmiş bölgü planı üzrə və xx xxxxxx 2020-ci ildə tərtib edilmiş bölgü planı üzrə bölünməsinə razıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh5 izahat verərək mübahisəli torpaq sahələrinin mülki işin materiallarında olan xx xxxxxx 2017-ci ildə tərtib edilmiş bölgü planı üzrə və xx xxxxxx 2020-ci ildə tərtib edilmiş bölgü planı üzrə bölünməsinə razıdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh6 lazımı qaydada məhkəmə kollegiyasının iclasına dəvət edilsələr də, məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahat verərək mübahisəli torpaq sahələrinin mülki işin materiallarında olan xx xxxxxx 2017-ci ildə tərtib edilmiş bölgü planı üzrə bölünməsinə razı olduğunu bildirmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətlərin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-121/2019 nömrəliqətnaməsi qismən-İddiaçı1 torpaq sahəsinin naturada bölünməsi və maddi ziyanın ödənilməsitələbinə dair iddiasının Şəki rayonu Sarıca kəndində yerləşən 26.262 ha torpaq sahəsindəki payların DƏDRX-nin X18 tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli bölgü planına əsasən naturada bölünməsinin təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan JN:193, KOD 40402037 nömrəli “Dövlət Aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu X5 xx xxxx 1998-ci il tarixli, 54 saylı qərarı ilə X7, X3, Cavabdeh2, Cavabdeh3 (torpaq sənədində Cavabdeh3 Kərim qızı qeyd olunur), Musazadə (torpaq sənədində Musayev qeyd olunur) Elvin Ruhlan oğlu, Musalı (torpaq sənədində Musayeva qeyd olunur) Banu Ruhlan qızı, Cavabdeh6 (torpaq sənədində X4 qeyd olunur), İddiaçı1, Cavabdeh1, Cavabdeh5 və Cavabdeh2 ümumi paylı mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 29,18 ha torpaq sahəsi verilmişdir. İşdə olan xx xxxxxx 2017-ci il tarixli ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ümumi paylı mülkiyyətdə olan 26,262 hektarlıq torpaq sahəsindəki paylar aşağıdakı kimi bölünmüşdür: 1) Musayeva (Xəlilova) Tahirə Məmməd qızının payı 2,918 hektar; 2) Cavabdeh1 payı 2,918 hektar; 3) İddiaçı1 payı 8,754 hektar; 4) Cavabdeh3 payı 2,918 hektar; 5) Cavabdeh4 payı 2,918 hektar; 6) Cavabdeh7 payı 2,918 hektar; 7) Cavabdeh2 payı 2,918 hektar. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 220 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X18 tərəfindən verilmiş ******* saylı çıxarışa əsasən Şəki rayonu Sarıca kəndi ərazisində yerləşən, iş üzrə tərəflərin paylı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 26.262 ha torpaq sahəsinin 8.754 ha hissəsinin İddiaçı1, ayrı-ayrılıqda 2.918 ha hissəsinin isə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh6 mülkiyyətində olduğun müəyyən edilir. Lakin ayrı-ayrı şəxslərə ayrılmış pay torpaqlarının bölünməsi xüsusi bilik tələb etməyib, həmin torpaqların verilməsinə sərəncam verən müvafiq təşkilat tərəfindən aparıla bilər ki, göstərilən fakt, o cümlədən mülki işin 26-cı sahifəsində DƏDRX-nin X18 tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli bölgü planına əsasən naturada ayrılmasının mümkün olub-olmaması son nəticədə məhkəmə tərəfindən qiymətləndirilə bilər. Ekpertiza xərcinin dəyəri 100 manat təşkil edir. İddiaçı tərəfindən məhkəməyə xx xxxxxx 2017-ci il tarixli 26.262 ha torpaq sahəsinin naturada paylara uyğun şəkildə 3 hissəyə (11,6720 ha + 2.918 ha + 11,6720 ha) bölünməsini əks etdirən “Bölgü Planı” təqdim edilmişdir. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsini qət edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 220.1, 220.2, 220.3, 220.6, 1096.1 və 1096.2ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cü maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı1 cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ona vurduğu 20000 (iyirmi min) manat maddi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsi məhkəmədən xahiş etsə də, iddiaçı cavabdehlər tərəfindən ona məxsus olan torpaq sahəsinin əkilib-becərilməsi və beləliklə də qeyd edilən ziyan məbləğinin cavabdehlər tərəfindən vurulmasına dair hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Cavabdeh5, cavabdeh və digər cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh7 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 tərəfindən də iddia tələbi qəbul edilməmişdir. İddiaçı1 DƏDRX-nin X18 tərəfindən xx xxxxxx 2017-ci il tarixli **********34 reyestr nömrəli torpağa mülkiyyət hüququna dair çıxarışla Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X9, Cavabdeh7 və Cavabdeh6 ümumi paylı mülkiyyətinə verilmiş Şəki rayonu Sarıca kəndində yerləşən 26.262 ha torpaq sahəsindəki paylar DƏDRX-nin X18 tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli bölgü planına əsasən naturada bölünməsi və ayrıayrılıqda sənədləşdirilməsini xahiş etsə də, paylı mülkiyyətçilər arasında paylarının məhz xx xxxxxx 2017-ci il tarixli bölgü planına uyğun olaraq bölgüsünü məhkəmə qanuni və ədalətli hesab etmir. Belə ki, Cavabdeh5, cavabdeh və digər cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh7 etibarnamə üzrə nümayəndələri Cavabdeh2 xx xxxxxx 2017-ci il tarixli bölgü planına əsasən deyil, faktiki vəziyyətə uyğun bölgüsünü xahiş etsələr də məhkəmə tərəfindən İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkili) İddiaçı2 iddia tələbini həmin hissədə dəqiqləşdirməsi ilə bağlı təklif olunmasına baxmayaraq iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini yalnız həmin bölgüyə uyğun müdafiə etdiyini bildirirək iddia tələbini dəqiqləşdirməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İddiaçı1 cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ona vurduğu 20000 (iyirmi min) manat maddi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsi, DƏDRX-nin X18 tərəfindən xx xxxxxx 2017-ci il tarixli **********34 reyestr nömrəli torpağa mülkiyyət hüququna dair çıxarışla Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh6 ümumi paylı mülkiyyətinə verilmiş Şəki rayonu Sarıca kəndində yerləşən 26.262 ha torpaq sahəsindəki payların DƏDRX-nin X18 tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli bölgü planına əsasən naturada bölünməsi və ayrı-ayrı olmaqla rəsmi qaydada sənədləşdirilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. 100 (bir yüz) manat ekspertiza xərci İddiaçı1 alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməlidir. İddia təmin edilmədiyindən iddiaçının dövlət büdcəsinə ödədiyi 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə görə hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Məhkəmə kollegiyası iddianın tam təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli №21559 olan ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Müşviq Kərimovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən, sözügedən torpaq sahəsi naturada ayrıldığı halda, bölgünün ölçülərinə əsasən torpağın təyinatına uyğun istifadəsi mümkün olmayacağı və təsərrüfat sahəsinin yararsız hala düşəcəyi səbəbindən naturada real bölgü mümkün olmamışdır. (Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır.) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X14 mühəndis inventarlaşdırıcısı X6 tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı1 cavabdehlər Cavabdeh1 Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7, Cavabdeh5 və Cavabdeh6 Məhəmməd qızına qarşı torpaq sahəsinin naturada bölünməsi və maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(075)-121/2019 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(107)- 1916/2019 nömrəli məhkəmə mühəndis-texniki ekspertizası təyin edilməsi barədə qərardadı mülki işlə birlikdə icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Şəki rayonu Sarıca kəndində yerləşən 26.262 ha pay torpaq sahəsinə DƏDRX-nin 12 saylı X18 tərəfindən reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Verilmiş Reyestrdən çıxarış və plan ölçü sənədi əsasında iddiaçı və cavabdehlərin razılığı ilə hər birinin mülkiyyətinə verilmiş pay torpaq sahəsinə xx.xx.2017-ci il tarixdə bölgü planı işlənib tərtib olunmuşdur. Tərtib olumuş bölgü planına əsasən iddiaçı və cavabdehlərin razılığı əsasında hər birinin ayrı-ayrılıqda mülkiyyətinə verilmiş pay torpaq sahələrinə reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi mümkündür. İddiaçı1 mülkiyyətinə verilmiş torpaq sahəsinin naturada bölünməsi tələbinə dair mülki işlə əlaqədar, iddiaçı özünə məxsus torpaq sahəsinə reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədini Reyestrdən aldıqdan sonra torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını naturada göstərmək olar. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi İddiaçı1 torpaq sahəsinin naturada bölünməsi və maddi ziyanın ödənilməsitələbinə dair iddiasının Şəki rayonu Sarıca kəndində yerləşən 26.262 ha torpaq sahəsindəki payların DƏDRX-nin X18 tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli bölgü planına əsasən naturada bölünməsi hissəsini təmin etməməklə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin qismən-həmin hissədə ləğv olunmasına və apellyasiya şikayətinin qismən təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, tərəflərin paylı mülkiyyətində Şəki rayonunun Sarıca kəndi ərazisində 26,262 hektarlıq torpaq sahəsi vardır ki, oradan Musayeva (Xəlilova) Tahirə Məmməd qızının payı 2,918 hektar; Cavabdeh1 payı 2,918 hektar; İddiaçı1 payı 8,754 hektar; Cavabdeh3 payı 2,918 hektar; Cavabdeh4 payı 2,918 hektar; Cavabdeh7 payı 2,918 hektar və Cavabdeh2 payı 2,918 hektardır. İddiaçı1 payına düşən 8,754 hektar torpaq sahəsinin xx xxxxxx 2017-ci il tarixli bölgü planına əsasən naturada bölünməsini xahiş etmişdir. Həmin bölgü planına görə 26.262 ha torpaq sahəsinin naturada paylara uyğun şəkildə 3 hissəyə (11,6720 ha + 2.918 ha + 11,6720 ha) bölünməsi əks olunmuşdur. İddiaçı1 payı ilə Cavabdeh1 payı birlikdə 11,6720 ha olmaqla eyni cizgi daxilində göstərilmişdir. İddiaçı1 ilə Cavabdeh1 məhkəmə kollegiyasına ərizə təqdim edərək həmin bölgü planna uyğun paylarının bölünməsini xahiş etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X14 mühəndis inventarlaşdırıcısı X6 tərtib etdiyi mütəxəssis rəyində və xx xxxxxx 2020-ci il tarixli bölgü planında İddiaçı1 düşən torpaq sahəsinin sərhədləri 368,52 metr; 163,03 metr; 309,35 metr və 184,84 metr ölçülər çərçivəsində olan bölgü planı üzrə sol və sol aşağı tərəfdən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 ilə, sağ tərəfdən Cavabdeh6 ilə, yuxarı tərəfdən Cavabdeh1 ilə həmsərhəd olan “dördbucaq” şəkilli hissədə mövcuddur. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi İddiaçı1 torpaq sahəsinin naturada bölünməsi və maddi ziyanın ödənilməsi tələbinə dair iddiasının Şəki rayonu Sarıca kəndində yerləşən 26.262 ha torpaq sahəsindəki payların DƏDRX-nin X18 tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli bölgü planına əsasən naturada bölünməsi hissəsini təmin etməməkdə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməsi səbəbindənvə işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin olunmalı, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-121/2019 nömrəliqətnaməsi qismən-İddiaçı1 torpaq sahəsinin naturada bölünməsi və maddi ziyanın ödənilməsitələbinə dair iddiasının Şəki rayonu Sarıca kəndində yerləşən 26.262 ha torpaq sahəsindəki payların DƏDRX-nin X18 tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli bölgü planına əsasən naturada bölünməsinin təmin edilməməsi hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, İddiaçı1 payı 8.754 ha olmaqla sərhədləri 368,52; 163,03; 309,35 və 184,84 metr ölçülər çərçivəsində olan bölgü planı üzrə sol və sol aşağı tərəfdən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 ilə, sağ tərəfdən Cavabdeh6 ilə, yuxarı tərəfdən Cavabdeh1 ilə həmsərhəd olan “dördbucaq” şəkilli hissədə ayrılmalı, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 50 (əlli) manat İddiaçı1 alınıb dövlət büdcəsinə ödənilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 389-ci maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(075)-121/2019 nömrəliqətnaməsi qismən-İddiaçı1 torpaq sahəsinin naturada bölünməsi və maddi ziyanın ödənilməsitələbinə dair iddiasının Şəki rayonu Sarıca kəndində yerləşən 26.262 ha torpaq sahəsindəki payların DƏDRX-nin X18 tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli bölgü planına əsasən naturada bölünməsinin təmin edilməməsi hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı1 torpaq sahəsinin naturada bölünməsi və maddi ziyanın ödənilməsitələbinə dair iddiasının Şəki rayonu Sarıca kəndində yerləşən 26.262 ha torpaq sahəsindəki payların DƏDRX-nin X18 tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli bölgü planına əsasən naturada bölünməsi hissəsi qismən təmin edilsin. İddiaçı1 payı 8.754 ha olmaqla sərhədləri 368,52; 163,03; 309,35 və 184,84 metr ölçülər çərçivəsində olan bölgü planı üzrə sol və sol aşağı tərəfdən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh7 ilə, sağ tərəfdən Cavabdeh6 ilə, yuxarı tərəfdən Cavabdeh1 ilə həmsərhəd olan “dördbucaq” şəkilli hissədə ayrılsın. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatın dəyəri olan 50 (əlli) manat İddiaçı1 alınıb dövlət büdcəsinə ödənilsin. (AZ34CTRE********************; Az.MEM, VÖEN**********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar