Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-542/2025 16.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: fərdi yaşayış evindən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Musayev Taleh Valeh oğlu və X13 ibarət tərkibdə, Qasımov Nizami Eldar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Vəkil2 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(075)-363/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.1999-cu il tarixdə Şəki Rayonlararası Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüququnun qeydiyyatı İdarəsi tərəfindən verilmiş 597 nömrəli Qeydiyyat Vəsiqəsi (bundan sonra Qeydiyyat Vəsiqəsi) ilə İddiaçı adına qeydə alınmışdır. Cavabdeh iddiaçının razılığı ilə ailə üzvləri ilə birlikdə 2000-ci ildən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində hal hazırki tarixədək yaşayır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan evdən Cavabdeh və ailə üzvlərinin əşyaları ilə birlikdə çıxarılmalar barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh olan Cavabdeh ona qarşı ünvan 3 ünvanının adına rəsmiləşdirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Onun iddia ərizəsi Şəki Rayon Məhkəməsində e-2(075)-2434/2024-007 nömrə ilə qeydiyyata alınaraq hakim Elşən Vəliyevin icraatına verilmişdir. Hörmətli məhkəmə, nəzərinizə çatdırıram ki, Şəki şəhəri Vidadi küçəsi, ev 20 xüsusi mülkiyyətində olan evdir və həmin evin bu iddianı qaldıran şəxsə heç bir aidiyyatı yoxdur, iddianı qəbul etmir. O, Bakı şəhərində yaşadığından həmin evi bu iddianı qaldıran şəxsə kirayə vermişdir. Lakin Cavabdeh onun mənzilinə sahib çıxmağa çalışır, qanunsuz olaraq onun iradəsinə zidd olaraq evində qalır, kirayə haqqını da vermir. Hörmətli məhkəmə, o, Cavabdeh evi tərk etməsini tələb etdikdə övladının xəstə olmasını bəhanə gətirərək bir müddət evdən çıxmalarını uzatmışdır. Daha sonra ona SMS gəlmişdir ki, Cavabdeh iddia qaldıraraq məhkəməyə müraciət etmişdir. Hörmətli məhkəmə, qaldırılan bu iddianın heç bir hüquqi əsası yoxdur, evin sahibi odur, Cavabdeh isə ona tamamilə yad bir adamdır, ailə üzvü deyil, hər hansı qohumu deyil və özünün ondan saxlanılmasını tələb etmək hüququ olmayan bir şəxsdir. Ona görə də, qanun və hüquq çərçivəsində məsələyə hüququ qiymət verilərək xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan evdən cavabdehin öz ailəsi ilə çıxarılmasını xahiş edir.
4. X20, X16, Tahirova Gülizar, X21 və X10 cavabdeh tərəfdən şahid qismində dindirilmişlər.
5. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.1999-cu il tarixdə Qeydiyyat Vəsiqəsi ilə İddiaçı adına qeydə alınmışdır. Cavabdeh isə iş materiallarından da göründüyü kimi iddiaçının razılığı ilə ailə üzvləri ilə birlikdə 2000-ci ildən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində hal hazırki tarixədək yaşayırlar. Bundan başqa, iddiaçı 15 mart 2012-ci il tarixdə cavabdehə mübahisə edilən ünvana dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqavilə imzalamağa dair etibarnamə vermişdir. Eyni zamanda, keçən bu müddət ərzində cavbdeh mənzilin mülkiyyətçisi kimi Azərsu ASC, Azərişıq ASC, Azəriqaz İB və Aztelekom MMC ilə xidmətlərin göstərilməsi üçün müqavilə bağlamışdır. İddiaçı hazırda cavabdehin və ailə üzvlərinin həmin mənzildən çıxarılmalarını tələb edir.
6. Qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır və daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Hazırki halda isə tərəflər arasında daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilə bağlansa da, həmin müqavilə qanunla müəyyən olunmuş qaydada yazılı formada bağlanmamış və həmin müqavilə notariat qaydasında təsdiqlənməmişdir. Belə ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş halları ilə İddiaçı ilə Cavabdeh arasında fərdi yaşayış evinin alğı-satqısına dair 2000-ci ildə razılaşma olduğu, həmin razılaşmaya uyğun olaraq, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2012-ci il tarixli 7E-2/2789 reyestr nömrəli etibarnamə verildiyi müəyyən edilir. Bu hal iş materiallarında olan şahid ifadələri ilə də öz təsdiqini tapır. Göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında 2000-ci il tarixdə fərdi yaşayış evinin alğı-satqısına dair şifahi bağlanmış müqavilə etibarsız olmuşdur. Lakin hazırda məhkəmə tərəfindən hüquqdan sui-istifadə hallarının mövcud olub-olmadığı yoxlanılmalı iddianın uğurluluğu hüquqdan sui-istifadənin movcudluğundan asılı olaraq, qiymətləndirilməlidir.
7. Mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, mübahisəli fərdi yaşayış evi İddiaçı mülkiyyətində olsa da, Cavabdeh güvəndiyi və güvənmiş olduğu iddiaçının rəftarı əsasında 2000-ci ildən həmin evdə yaşamışdır. İddiaçı 2000-ci il tarixdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi xx.xx.2024-cü il tarixədək ötən 24 il müddətində mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə, eləcə də mənzil üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmaqla əlaqədar hüquq mühafizə orqanlarına müraciət edilməmişdir. Bundan başqa, iddiaçı mübahisəli evin kirayəyə verildiyini qeyd etsə də, ümumiyyətlə, iş materialları ilə həmin halı müəyyən etmək mümkün deyildir.
8. Məhkəmə hesab edir ki, cavabdehin ünvan 1 ünvanından təyinatı üzrə istifadə etməsinin onun həmin əmlaka vicdanlı sahib olması baxımından iddiaçının hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndirilməli və İddiaçı tərəfindən Cavabdeh fərdi yaşayış evinin satılması ilə əlaqədar pulun verildiyi və bu barədə aralarında razılaşma olduğu halda, 2000-ci ildən hazırki tarixədək mənzildən istifadə etmələrini mübahisə etməməsi də əsas olmaqla mülkiyyət hüququnun müdafiəsinə dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.7-ci maddəsinin hazırki mübahisəyə tətbiqinin mümkünlüyü müzakirə edilməlidir. Lakin İddiaçı hər hansı məbləğdə pulun verilməsi ilə razılaşmamış və bu halı qətiyyətlə təkzib etmişdir. Buna görə də, İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma» tələbi barədə iddiası təmin olunmamalıdır.
9. Şəki Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(075)-363/2025 nömrəli qətnaməsi ilə (hakim Elşən Vəliyev) iddia rədd olunmuş, İddiaçı Şəki şəhəri Vidadi küçəsi, ev 20 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən Cavabdeh və ailə üzvlərinin əşyaları ilə birlikdə “fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Şəki Rayonlararası Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüququnun qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli 597 nömrəli Qeydiyyat vəsiqəsi Şəki şəhər X4 Qeydiyyatı şöbəsi tərəfindən verilmiş 2 dekabr 1999-cu il tarixli nikah haqqında şəhadətnamə Azərbayca Respublikası Ədliyyə Nazirliyinin Şəki rayonu dövlət notariusunun 15 mart 2012-ci il tarixli, 7E-2/2789 reyestr nömrəsi ilə qeydə alınmış etibarnamə Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə bağlanmış xx.xx.2022-ci il tarixli AKX-04666xx/xx-2022 nömrəli müqavilə Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının 634306 nömrəli birtipli müqaviləsi X28 Cəmiyyətinin məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında 409080 nömrəli xx.xx.2023-cü il tarixli protokolu Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan 01 may 2012-ci il tarixli, 33921356 nömrəli müqavilə Telekommunikasiya xidmətlərinin göstərilməsi üçün “Telekommunikasiya operatoru” ilə “Abunəçi” arasında xx.xx.2021-ci il tarixli müqavilə Şəki ASAN xidmətinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışı
11. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, etibarnamə şəxsin adından təmsilçilik hüququ verir, şəxs etibarnamə ilə öz adına əqdlər bağlaya bilməz. İddiaçı və cavabdeh arasında etibar formalaşmış, bu səbəbdən iddiaçı cavabdehə etibarnamə vermişdir. İddiaçı Bakı şəhərində,yaşadığından evin satılması və s. işlərin həyata keçirilməsi üçün etibarnamə vermişdir. Maraqlı məqam burasındadır ki, cavabdeh də həmin evi istənilən qohumunun adına rəsmləşdirə bilərdi. Lakin, bunu etməmişdir. İlkin olaraq vicdanlı davranmışdır. Etibarnamənin ləğv olunması məhz cavabdeh tərəfindən kommunal xidmətlərinə dair müqavilələrin öz adına bağlanmasından sonra baş vermişdir. Daşınmaz əmlakla bağlı alqı-satqı əqdləri hökmən notarial qaydada bağlanmalıdır. Məhkəmə etibarnaməni alqı-satqı sənədi kimi qəbul edir. Halbuki, etibarnamənin verilməsi ilə cavavdehin iddia etdiyi alqı-satqı arasında 12 ildən çox vaxt keçmişdir. Yəni alqı-satqını həyata keçirən şəxs 12 il ərzində guya aldığı evdə hər-hansı sərəncam hüququ keçirmədən yaşayır. Məhkəmənin bu cür dəlillərə inanması da absurddur. Şahidlərin heç biri evin bilavasitə alqı-satqısında iştirak etməmişdir. Sadəcə Cavabdeh evdə yaşaması faktını təsdiq etmişlər, bu hal isə ümumiyyətlə mübahisəsizdir. X1 adını xatırlamadığı qadına pul verməsi ifadəsi ümumiyyətlə ziddiyyətlidir. Belə ki, həmin şəxs 25 il əvvəl pulun verilməsi faktını xatırlayır, ancaq cavabdehdən iddiaçının adını öyrənə bilmir?! Onun ifadəsindən belə çıxır ki, pul istənilən qadın cinsinə mənsub şəxsə istənilən məqsəd üçün verilə bilərdi. Buna səbəb isə, ondan ibarətdir ki, şahid hər-halda məsuliyyətdən qorxaraq, sadə bir manipulasiya edir. Məhkəmə isə bu tip ifadələri qətnamənin əsası kimi qəbul edir. İş materiallarında olan sənədlərdən də görsənir ki, cavabdeh ev üçün kommunal xidmətləri ilə bağlı müqavilələrin əksəriyyətini 2021-ci ildən sonra özadına bağlamışdır. Elə bu hərəkətlərin nəticəsində iddiaçı həmin etibarnaməni ləğv etmişdir. Məhkəmə isə bu sadə səbəb-əlaqəni görməmişdir. Məhkəmə evin kirayə verilməsi və s məqamlara toxunmuşdur. Lakin, bu məqamla bağlı qeyd olunmalıdır ki, necə olur ki mülkiyyətə hər-hansı sənəd təqdim edə bilməyən şəxsin və onun qohumların ifadələri mütləq həqiqət olaraq qəbul olunur, onlar üçün isə kirayəni sübut edən fakt mövcud olmalıdır. Bu məqamla bağlı qeyd olunmalıdır ki, regionlarda bir çox evləri sadəcə ev yiyəsiz qalmasın deyə, simvolik məbləğə kirayə verirlər. Bu tip əqdlərin əsas məqsədi sadəcə evin boş və baxımsız qalmamasından ibarətdir. Lakin, məhkəmə bu tip halların mövcudluğuna da göz yummuşdur. Məhkəmə düzgün qərar qəbul etməsi üçün, aşağıdakı faktiki halları aydınlaşdırmamışdır: Əgər alqı-satqı 2000-ci ildə olmuşdursa, niyə etibarnamə 2012-ci ildə verilir? Hansı səbəbdən etibarnamə əsasında hüququ olan guya mənzili almış cavabdeh 2012-ci ildən olan müddətdən bugünə qədər fərdi yaşayış evini özəlləşdirmir? Niyə şəxs bir çox kommunal xidmətlərə aid müqavilələri 2021-2022-ci illərdə bağlayır və bundan sonra etibarnaməsi ləğv edilir? Hansı səbəbdən 2000-ci ildən bu yana tərəflər notarial qaydada müqavilə bağlamırlar? Məhkəmə bu faktları aydınlaşdırsaydı, aydın olacaqdı ki, tərəflər arasında ümumiyyətlə alqı-satqı olmamışdır.
13. Ona görə də, Şəki Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(075)- 363/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Cavabdeh apellyasiya şikayətinə etiraz göndərərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
16. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(075)-363/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X11 izahat verərək bildirdi ki, 2019-cu ildən bəri Cavabdeh faktiki yaşadığı evin qonşuluğunda, İddiaçı ailəsinə məxsus başqa evdə yaşayır. Evi ona və ailə üzvlərinə iddiaçının bacısı X7 vermişdir. Heç bir kirayə haqqı ödəmədən 6 ildir həmin evdə yaşayırlar. Evə baxmaları, təmirə ehtiyacı olan yerlərini təmir etmələri və s qarşılığında nə iddiaçı, nə də onun bacısı onlara kirayə haqqı almadan həmin evdə yaşamağa icazə verir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2-ci maddəsinə görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 146.1 və 146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.7. İstifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 407.2-ci maddəsinə görə sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə görə əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
20. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. İddiaçı Şəki Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(075)-363/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
23. İşin mübahisə edilməyən halları bundan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.1999-cu il tarixli Qeydiyyat Vəsiqəsi ilə İddiaçı mülkiyyətində olmaqla 2002-ci ildən əvvəldən hal-hazıradək Cavabdeh tərəfindən istifadə edilir. İddiaçı anası X9 həmin evi 2002-ci ildə boş qalmaması, evə baxılması, təmirə ehtiyacı olduqda təmir işlərinin görülməsi məqsədilə yaşamaq üçün Cavabdeh və onun ailəsinə verdiyini, qarşılığında kirayə haqqı istəmədiyini iddia etməklə hal-hazırda həmin evdən çıxarılmasını tələb edir. Cavabdeh isə 2000-ci ildə 2000 ABŞ dolları pul qarşılığında həmin evi iddiaçının anasından aldıqlarını, həmin pulun 1200 ABŞ dolları hissəsini iddiaçının anasına, 800 ABŞ dolları hissəsini isə iddiaçının özünə verdiklərini, lakin sənədləşdirmə etmədiklərini bildirməklə iddiaya etiraz etmişdir.
24. Birinci instasniya məhkəməsi iddianı rədd edərkən iddiaçının cavabdehin evdən çıxarılması tələbinə hüquqdan sui-istifadə nöqteyi-nəzərindən yanaşılmasını məqsədəmüvafiq hesab etmişdir. Kollegiya bu barədə qeyd edir ki, Mülki Məcəllənin 152-ci maddəsini nəzərdən keçirsək görərik ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqdur. Mülkiyyətçi həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülkiyyətçinin öz mülkiyyətində olan əmlaka dair hərəkətlərinin hüquqdan sui-istifadə hesab edilməsi halı da müəyyən edilmişdir. Belə ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir. Bu zaman nəzərə alınmalıdır ki, istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Həmçinin, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə verə bilər və bu hal mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Göründüyü kimi, mülkiyyətçi öz mülkiyyətində olan əmlakı istifadə etməyə və onu başqa şəxsin idarəçiliyinə verə bilər. Belə olan halda, mülkiyyət hüququ idarəçiyə keçmədiyindən mülkiyyətçinin həmin əmlakı idarəçidən geri alma hüququ saxlanılmalıdır.
25. Hazırki halda isə cavabdeh mübahisəli evi iddiaçıdan alqı-satqı vasitəsilə aldığını, lakin müqaviləni yazılı formada və qanunda göstərilmiş digər şərtlərə uyğun bağlamadığını iddia edir. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Göründüyü kimi, hazırki iddia tələbinə hüquqdan sui-istifadə nöqteyi-nəzərindən yanaşılmanın mümkünlüyü tərəflər arasında forma tələbinə riayət edilmədən belə olsa, müqavilənin bağlandığı faktının müəyyən olunmasından asılıdır. Birinci instansiya məhkəməsi iddiaçının cavabdehdən mübahisəli ev qarşılığında hər hansı məbləğdə pul alınması və evin cavabdehə satılması iddialarını təkzib etdiyini qeyd etmiş, lakin buna baxmayaraq, müqavilənin mövcudluğu halının şahid ifadələri ilə təsdiq olunduğunu hesab etməklə, iddianı hüquqdan sui-istifadə əsası ilə rədd etmişdir.
26. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində dindirilmiş şahidlər X20, X16, Tahirova Gülizar, X21 və X10 olmuşlar. X2 cavabdehin mərhum ərinin qardaşıdır. Cavabdeh iddiaçı tərəfə pulu X5 və cavabdehin mərhum ərinin birlikdə verdiklərini iddia edir. Ona görə də, X5 ifadəsi özlüyündə faktın sübut olunması anlamına gələ bilməz. Onun izahatı cavabdehin öz iddiasını təsdiq etmək üçün təqdim etdiyi dəlildir. Həmçinin, X10 dindirilərkən bildirmişdir ki, 2000 ABŞ dollarını özü və qardaşı ilə birlikdə adını xatırlamadığı qadına vermişdir. Göründüyü kimi, şahidin pulu kimə verdiyi bəlli deyil. Digər şahid X3 elektrik ustasıdır və izahatında cavabdehin onu evində təmir işi görməyə dəvət edərkən ona dediyi sözləri xatırlamışdır. Həmin izahat heç bir halı sübut etmir. Digər şahidlər X20, X16 və Tahirova Gülizar isə mübahisəli evin qonşuluğunda yaşayan şəxslərdir. Həmin şahidlər evin iddiaçı tərəfindən cavabdehə satıldığını bildirmişlər. Lakin, onlar bu zaman, həmçinin, Aytəkinin onların qonşuluğunda olan digər evlərini də uzun müddət öncə satıb Bakı şəhərində yaşadığını bildirmişlər. Halbuki, məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən onun ailəsinə məxsus olan həmin evin qonşuluğunda yerləşən digər evdə hal-hazırda faktiki olaraq yaşayan şəxs - X11 şahid qismində təqdim edilmişdir. X11 izahat verərək bildirdi ki, 2019-cu ildən bəri Cavabdeh faktiki yaşadığı evin qonşuluğunda, İddiaçı ailəsinə məxsus başqa evdə yaşayır. Evi ona və ailə üzvlərinə iddiaçının bacısı X7 vermişdir. Heç bir kirayə haqqı ödəmədən 6 ildir həmin evdə yaşayırlar. Evə baxmaları, təmirə ehtiyacı olan yerlərini təmir etmələri və s qarşılığında iddiaçının bacısı onlara kirayə haqqı almadan həmin evdə yaşamağa icazə verir. Kollegiyanın araşdırmaları ilə müəyyən olundu ki, X6 hal-hazırda yaşadığı ev ünvan 4 ünvanıdır. Göründüyü kimi, qonşuların həmin evi də iddiaçının satdığını bildirmələrinə baxmayaraq, həmin evdə yaşayan şəxs özü evin ona satılmadığını, yalnız, idarə etməsi üçün istifadəyə verildiyini bildirmişdir. Belə olan halda, həmin qonşuların digər ifadələrinin də doğruluğu şübhə altına alınır.
27. Cavabdehin məhkəməyə təqdim etdiyi CD diskdə olan səs yazılarında isə cavabdehlə üç ayrı şəxsin telefon danışıqlarını yer alır. Üç şəxsdən biri cvabdeh tərəfindən tədqiqatçı olaraq qeyd olunmuş, kimliyi dəqiq müəyyən edilməmişdir. Həmin şəxslə səs yazılarında tərəflər arasında bağlandığı iddia olunan müqavilə ilə bağlı dəlillər mövcud deyildir. Digər iki şəxsin kimliyi iddiaçı tərəfindən bacıları İradə və Gülbəniz olaraq müəyyən edilmişdir. İradə adlı şəxslə olan səs yazısı cavabdeh tərəfindən qonşu İradə olaraq qeyd olunsa da, iddiaçı tərəfindən iddiaçının bacısı İradə olduğu bildirilmişdir. Həmin şəxs səs yazısında cavabdehin 22 ildir həmin evdə yaşadığını etiraf etmiş, lakin həmin ərazidə yaşamadığını, ora “ildə-ayda bir dəfə” gəldiyini bildirməklə, cavabdehin əri və qaynatası tərəfindən iddiaçıya və ya onun anasına hər hansı pul verildiyini gördüyü iddiasını rədd etmişdir. İddiaçı tərəfindən bacısı Gülbəniz olduğu deyilən şəxslə səs yazısında isə həmin şəxs cavabdehin evi satın aldığı iddiaları ilə mübahisə etməmiş, lakin hər hansı məbləğdə verildiyini gördüyünü də etiraf etməmişdir. Həmin səs yazısı cavabdeh tərəfindən qonşu Aytəkin adı ilə qeydə alınmış, səs yazısında danışan şəxs isə özünün Aytəkin deyil, onun bacısı olduğunu bildirmişdir. Bundan başqa, iddiaçı tərəfindən bacısı İradə məhkəməyə şahid qismində təqdim edilmiş, cavabdeh isə məhkəmə iclasına gələn şəxsin İradə deyil, Gülbəniz olduğunu iddia etmişdir. Həmin şəxs əvvəlki məhkəmə iclaslarında iştirak etdiyindən və artıq məhkəmə prosesinin gedişatından məlumatlı olduğundan kollegiya onun şahid qismində dindirilməsini məqsədəuyğun hesab etməmişdir. Nəticədə, iddiaçı tərəfindən bacısı Gülbəniz olduğu deyilən həmin şəxsin həqiqətən kim olması, həmçinin onunla səs yazısında deyilənlərin nə dərəcədə həqiqətəuyğun hesab oluna biləcəyi dəqiq olmadığından, həmin səs yazısı “şübhədənkənar sübut” prinsipinə uyğun hesab edilməmişdir.
28. Bundan başqa, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən xx.xx.2012-ci ildə cavabdehə verilmiş etibarnaməyə istinad etmişdir. Halbuki, məhkəmə kollegiyasının iclasında hansı səbəbdən ev 2000-ci ildə alındığı halda, 2012-ci ildə iddiaçıdan etibarnamə aldıqları barədə sədrlik edən hakimin sualına cavabdeh tərəf cavab verə bilməmişdir. Həmin etibarnamənin hansı səbəbdən verilməsi barədə suala isə iddiaçı belə cavab vermişdir ki, iddiaçının həmin vaxt maddi cəhətdən ehtiyacı olduğundan evi satmaq qərarına gəlmiş, lakin özü Bakı şəhərində yaşadığına görə sənədləşmə işlərinin həll olunması üçün cavabdehə etibarnamə vermişdir. Daha sonra iddiaçının maddi vəziyyəti düzəldiyindən evi satmaq fikrindən daşınmış, etibarnamə isə eləcə qalmışdır. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, yalnız cavabdehin həmin etibarnamə əsasında mübahisəli evlə bağlı kommunal xidmətlərlə bağlı müqavilələr bağladığını öyrəndikdən sonra, həmin etibarnamənin qüvvəsinə xitam vermişdir. Cavabdeh sədrlik edən hakimin evi aldıqları vaxt niyə sənədləşmə etmədikləri barədə sualına cavab olaraq bildirmişdir ki, onun əri əyyaş və qumarbaz olmuşdur. O və uşaqları ərindən qorxmuşdur. Əgər ev sənədləşdirilərdisə, əri olduğu halda, evi öz adına sənədləşdirə bilməzdi. Ərinin adına sənədləşdirildiyi halda isə, ərinin evi içki və ya qumar üçün satacağından qorxmuşdur. Ona görə də, sənədləşdirmə işinə əri xx.xx.2021-ci ildə öldükdən sonra cəhd etmişdir. Kollegiya qeyd edir ki, cavabdehin əri X22 2012-ci ildə hələ sağ olduğundan həmin vaxta qədər cavabdehin ərinin qorxusundan evi sənədləşdirməməsi, lakin 2012-ci ildə sənədləşmə işlərini aparmaq qərarına gələrək iddiaçıdan bu məqsədlə etibarnamə alması ziddiyyət təşkil edir. Bu səbəbdən də, 2012-ci ildə iddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamənin verilmə və daha sonra ləğv edilmə səbəbləri barədə iddiaçının izahatları daha ağlabatandır və məhkəmədə daxili inam yaradır.
29. Cavabdeh evi satın aldığının təsdiqi kimi həmin evə iddiaçı tərəfindən qeydiyyata salındığını dəlil olaraq gətirmiş, iddiaçı isə bildirmişdir ki, cavabdehin uşaqlarının məktəbə qeydiyyatı zamanı yaşayış yeri üzrə qeydiyyat tələb olunduğundan cavabdehin xahişi ilə onu və ailə üzvlərini həmin evə yaşayış yeri üzrə qeydiyyata salmışdır.
30. Göstərilənlər əsasında kollegiya hesab edir ki, iddiaçı və cavabdeh arasında mübahisəli evlə bağlı yazılı qaydada bağlanma forma tələbinə cavab verməyən alqı-satqı müqaviləsinin mövcud olduğunu deməyə əsas verən heç bir şübhədənkənar sübut aşkar edilməmişdir. Belə olan halda, bu qətnamənin 24-25-ci bəndlərində göstərilənlərə əsaslanmaqla, kollegiya bu qənaətə gəlir ki, hazırki iddia tələbində hüquqdan sui-istifadə halları sübut edilmir və hazırki iş üzrə iddiaçının öz mülkiyyətində olan daşınmaz əmlakını cavabdehin faktiki sahiblik və istifadəsindən geri alma hüququnu məhdudlaşdırmağa əsas verən hallar mövcud deyildir.
31. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tələbində cavabdehin və ailə üzvlərinin əşyaları ilə birlikdə mübahisəli evdən çıxarılmasını tələb etmişdir, lakin cavabdehin ailə üzvlərinin adlarını konkret olaraq göstərməmişdir. Kollegiya tərəfindən dəqiqləşdirilmişdir ki, cavabdehin həmin ünvanda yaşayan ailə üzvləri qızları X17, X14 və nəvəsi X12r. Bu hal Şəki şəhər “Dəmirçibulağı” məhəllə nümayəndəsinin verdiyi xx.xx.2025-ci il tarixli 71 nömrəli Arayış və tərəflərin izahatları ilə təsdiq edilmişdir. Cavabdehin mərhum əri X22 da həmin ünvanda yaşamış, xx.xx.2021-ci ildə ölmüşdür. Kollegiya onu da qeyd edir ki, cavabdehin nəvəsi X18 xx.xx.2016-cı il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmamışdır. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Ona görə də, kollegiya hesab edir ki, cavabdehin və onun iki nəfər ailə üzvü olan X17 və X8 evdən çıxarılmaları yetkinlik yaşına çatmamış uşağın da həmin evdən çıxması anlamına gəldiyindən bu barədə məhkəmə qətnaməsinin qəbul edilməsinə ehtiyac yoxdur.
32. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(075)-363/2025 nömrəli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı cavabdehin və ailə üzvlərinin fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması tələbinə dair iddiası təmin edilməli, xx.xx.1999-cu il tarixli Şəki Rayonlararası Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüququnun qeydiyyatı İdarəsi tərəfindən verilmiş 597 nömrəli Qeydiyyat Vəsiqəsi əsasında İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh və ailə üzvləri (X17 və X14) əşyaları ilə birlikdə çıxarılmalı, dövlət rüsumu olaraq ödənilmiş 100 manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli, 2(075)-363/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı cavabdehin və ailə üzvlərinin fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması tələbinə dair iddiası təmin edilsin. xx.xx.1999-cu il tarixli Şəki Rayonlararası Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüququnun qeydiyyatı İdarəsi tərəfindən verilmiş 597 nömrəli Qeydiyyat vəsiqəsi əsasında İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh və ailə üzvləri (X17 və X14) əşyaları ilə birlikdə çıxarılsın. Dövlət rüsumu olaraq ödənilmiş 100 manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.