Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-546/2021 02.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdeh - Cavabdeh1 iştirakı ilə Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(024)-541/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: X2 cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3 və Cavabdeh4 və maraqlı tərəf Maraqlı şəxsnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehlərin özünə məxsus olan Qax şəhəri, X13 küçəsi, döngə 2, ev 5 (yeni qaydalarla Qax şəhəri, X13 küçəsi ev 54) ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(024)-541/2020 saylı qərardadı ilə Maraqlı şəxs hazırkı iş üzrə maraqlı şəxs qismində iştirakına xitam verilmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(024)-541/2020 saylı qətnaməsi ilə (hakim Malik Qarayev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3 və Cavabdeh4 Qax şəhəri, X13 küçəsi, döngə 2, ev 5 (yeni qaydalarla Qax şəhəri, X13 küçəsi ev 54) ünvanda yerləşən X2na məxsus mənzildən istifadə hüququna xitam verilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(024)-541/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlərr. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verilməsi nəticəsinə gəlməli olduğu halda bunu etməmiş, iddia tələbinin təmin edilməsi nəticəsinə gələrək səhvə yol vermişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********86- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışın və eyni reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunun notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Qax şəhəri, X13 küçəsi, döngə 2, ev 5 (yeni qaydalarla Qax şəhəri, X13 küçəsi ev 54) ünvanında yerləşən fərdi yaşayış evi X1 mülkiyyətindədir İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********48- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışın və eyni reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportunun notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, Qax şəhəri, X13 küçəsi, döngə 2, ev 5 ünvanında fərdi yaşayış evi iddiaçı X4 mülkiyyətindədir İş materiallarında olan Qax RİHB-nın Qax şəhər İƏD-nin verdiyi xx.xx.2020-ci il tarixli, 2538 saylı arayışdan görünür ki, Qax şəhəri, X13 küçəsi, döngə 2, ev 5 (yeni qaydalarla Qax şəhəri, X13 küçəsi ev 54) ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur və hal-hazırda həmin ünvanda Cavabdeh1 Abdurahamn oğlu, Cavabdeh3, X7 və Cavabdeh4 qeydiyyatdadır. İşin faktiki halları və işdə olan sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********86-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax şəhəri, X13 küçəsi, döngə 2, ev 5 (yeni qaydalarla Qax şəhəri, X13 küçəsi ev 54) ünvanında yerləşən fərdi yaşayış evi X1, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********48-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Qax şəhəri, X13 küçəsi, döngə 2, ev 5 ünvanında fərdi yaşayış evi iddiaçı X4 mülkiyyətinə verilmişdir. Cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3 və Cavabdeh4 Qax şəhəri, X13 küçəsi, döngə 2, ev 5 ünvanında yerləşən fərdi yaşayış evində yaşasalar da, X1 mülkiyyətində olan Qax şəhəri, X13 küçəsi, döngə 2, ev 5 (yeni qaydalarla Qax şəhəri, X13 küçəsi ev 54) ünvanında yerləşən fərdi yaşayış evində formal olaraq qeydiyyatdadırlar. İdddiaçı şifahi qaydada cavabdehlərdən mülkiyyətində olan fərdi yaşayış evindən qeydiyyatdan çıxmalarını tələb etsə də, cavabdehlər buna əməl etməmişdir. İddiaçı hazırda cavabdehlərin həmin fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsini xahiş edir. Hazırda Cavabdeh1 mülkiyyətində Qax şəhəri, X13 küçəsi, döngə 2, ev 5 (yeni qaydalarla Qax şəhəri, X13 küçəsi ev 54) ünvanında yerləşən fərdi yaşayış evi vardır və o, ailə üzvləri olan cavabdehlərlə birlikdə həmin evdə yaşayır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2016 tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Plenum qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Bundan başqa məhkəmə iclasında tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin iş materialları və tərəflərin izahatı əsasında araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, cavabdehlər mübahisələndirilən mənzili uzun müddətdir ki, tərk etmişlər. İşin faktiki hallarından da göründüyü kimi, cavabdehlər yaşayış evini tərk etdikdən sonra uzun müddət keçmişdir. Cavabdeh1 bunu məhkəmə iclasında etiraf etmişdir. Yaranmış vəziyyətdə məhkəmə belə qənaətə gəlir ki, cavabdehlər X7, Cavabdeh3 və Cavabdeh4 könüllü olaraq yaşayış yerini tərk edərək uzun müddət orada deyil, məhz başqa yerdə, yəni hazırda Cavabdeh1 məxsus fərdi yaşayış evində yaşadıqlarından sözügedən evə münasibətdə istifadə hüquqları yoxdur. Beləliklə də, cavabdehlərin Aydın Xasıyevə məxsus fərdi yaşayış evində yaşamasını zəruri edən hallar aradan qalxmışdır. İddiaçı tələbində istinad etdiyi halı, yəni cavabdehlərin onun mülkiyyətində olan mənzilə istifadə hüququnun yaranmasını sübuta yetirə bilmədiyindən, habelə cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə qeydiyyata alınması onların həmin mənzilə istifadə hüququnun yaranması üçün əsas olmadığından cavabdehin həmin mənzildən istifadə hüququ ümumiyyətlə yaranmamışdır. Mövcud olmayan hüququn itirilməsi də mümkünsüzdür. Eyni zamanda, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun yaranmamasına, həmin mənzillə hər hansı fiziki və hüquqi bağlılığının olmamasına baxmayaraq, cavabdehlər həmin mənzildə pasport qeydiyyatında olmaqda davam edir və onların həmin mənzildə pasport qeydiyyatında olması formal xarakter daşısa da, hər bir halda iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə pasport qeydiyyatında olması məsələsinə də hüquqi qiymət verilməli və hazırki qərardad onların mübahisəli mənzildən pasport qeydiyyatından çıxarılması üçün əsas olmalıdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Cavabdehlərin mübahisəli mənzilə dair iddiaçı, yaxud hər hansı şəxslə müqavilə bağlaması, mübahisəli mənzilə hər hansı bir formada aidiyyəti, yəni həmin mənzilin hansısa hüquqla onlara məxsusluğu təsdiq olunmamışdır. Qeyd olunan mənzildə faktiki yaşasa yaxud qeydiyyatda olsalar belə, bu hallar da cavabdehlərin mübahisəli mənzillə bağlı hansısa subyektiv hüquqlarının yaranması demək deyildir. Cavabdehlərin iddiaçıya məxsus mənzildə qeydiyyatda qalması da iddiaçının mənafeyinə zərər vura biləcək hallardır. Çünki, bu hal mübahisəli mənzilın mülkiyyətçisi, iddiaçının mənzil üzərindəki mülkiyyət hüquqlarını poza bilər. Belə ki, cavabdehlərin qeyd olunan mənzilin mülkiyyətçisi olan iddiaçının ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Göründüyü kimi, iddiaçınının mülkiyyətində olan yaşayış evində cavabdehlərin istifadə hüququ yoxdur. Belə olan halda, mövcud olmayan istifadə hüququnun itirilməsndən və həmin hüquqa xitam verilməsindən söhbət gedə bilməz və bu məhkəmə baxışının predmeti ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, X1 cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərin özünə məxsus olan Qax şəhəri, X13 küçəsi, döngə 2, ev 5 (yeni qaydalarla Qax şəhəri, X13 küçəsi ev 54) ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsinə dair iddia tələbinə məhkəmədə baxılmalı olmadığından Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(024)-541/2020 saylı qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 261-262, 263-264, 384-385, 387, 391 və 400-405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(024)-541/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Eyni zamanda iddiaçıya izah edilsin ki, hazırkı qərardad cavabdehlərin pasport qeydiyyatından çıxarılması üçün əsasdır. Qərardad, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər tələbləri təmin olunmadığı hallarda rəsmi qаydаdа verildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-546/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-546/2021
02.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver