Məhkəmə qərarları › İş №2(107)-548/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-548/2021

18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-548/2021 18.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - X6 iştirakı; İddiaçı - X7 оğlunun; Cаvаbdeh - Cavabdeh оğlunun iştirakı ilə İddiaçı X2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(024)-422/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Qax Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tаrixli, 2(024)-422/2020 saylı qətnaməsi (hаkim Malik Qarayev) ilə iddia qismən təmin edilmiş, Cavabdeh hər birinin dəyəri 150 manat olan 38 baş xırdabuynuzlu qoyuna görə 5700 manat, hər birinin dəyəri 1000 manat olan 8 baş iribuynuzlu mala görə 8000 manat olmaqla, cəmi 13700 manat pul və 30 manat dövlət rüsumunun alınaraq iddiaçı X4 verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı X5 Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh 40 baş xırdabuynuzlu qoyunun birinin qiyməti 150 manat olmaqla 6000 manat, 10 baş iribuynuzlu malın birinin qiyməti 1000 manat olmaqla 10000 manat pulun, həmçinin 120 baş xırdabuynuzlu qoyunun biri 150 manat olmaqla 18000 manat həcmində əldən çıxmış faydanın və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı X5 izahat verərək göstərmişdir ki, o Qax rayonu Zərnə kəndində yaşayır. Təxminən bir-neçə il bundan əvvəl Cavabdeh təsərrüfat yaratmaq istədiyini və onun təsərrüfatında olan özünə məxsus 10 baş iribuynuzlu və 40 baş xırdabuynuzlu heyvanları özünə verməsini xahiş edərək gələcəkdə onları baxıb çoxaltacağını və artan heyvanları yarılığa bölüşdürəcəyini təklif etmişdir. O, cavabdehin təklifini qəbul edərək 10 baş iribuynuzlu və 40 baş xırdabuynuzlu heyvanları cavabdehə təhvil vermişdir. Həmin xırdabuynuzlu heyvanların hazırkı vaxtadək artaraq ona düşən pay 160 başdan çox olmalı idi. Belə ki, aradan bir müddət keçdikdən sonra cavabdeh 2 baş iribuynuzlu mal və 2 baş xırdabuynuzlu heyvanı ona qaytarmışdır. Hazırda verdiyi heyvanların harada olmasını bilmir. Cavabdehdən ona məxsus heyvanları geri qaytarmasını tələb etdikdə isə onların tələf olduğunu bildirmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində o əldə edəcəyi gəlirdən (əldən çıxmış fayda) məhrum olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən Cavabdeh 40 baş xırdabuynuzlu qoyunun birinin qiyməti 150 manat olmaqla 6000 manat, 10 baş iribuynuzlu malın birinin qiyməti 1000 manat olmaqla 10000 manat pulun, həmçinin 120 baş xırdabuynuzlu qoyunun biri 150 manat olmaqla 18000 manat həcmində əldən çıxmış faydanın və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini, iddiaçını tanımadığını, heç zaman iddiaçı Qazıməmməd Dərişovdan qulluq edib çoxaltmaq üçün heyvan almadığını, iddiaçı ilə bu barədə aralarında razılaşma olmadığını, növbəti məhkəmə iclasında ona 3 ədəd keçi, 3 ədəd qoyunu Qazıməmmədin adından gətirib verildiyini, sonra isə gəlib apardıqlarını göstərmiş, sonuncu məhkəmə iclasında isə izahat verərək göstərmişdir ki, sayını xatırlamadığı iribuynuzlu mal-qaranı isə iddiaçı Qazıməmməd Dərişovdan almışdır. İddiaçı ilə aralarında olan razılaşmaya əsasən həmin mal-qaraya baxaraq qulluq göstərməli, heyvanlar balaladıqdan sonra isə doğulmuş heyvanları öz aralarında bərabər bölüşdürməli idilər. O, onları böyüdərək çoxaltmış, iddiaçıya qaytarmışdır. Lakin sayını xatırlamır. Yəni qaytardığı iribuynuzlu malların sayı dəqiq yadında deyildir. Ona görə də, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən Cavabdeh оğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə aralarında razılaşma olmamışdır. O, iddiaçıdan cəmi 3 baş keçi və 3 baş qoyun almış və daha sonra qaytarmışdır. Aldığı heyvanların hər birini qaytarmışdır. Onun iddiaçıya borcu yoxdur. Lakin Qax Rayon Məhkəməsi heç bir sübut olmadan, onun izahatlarına düzgün qiymət vermədən birtərfli qətnamə qəbul etmişdir. Ona görə də, Qax Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tаrixli, 2(024)-422/2020 saylı qətnaməsinin ləğv edilməsini xаhiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh оğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Qax Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tаrixli, 2(024)-422/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xаhiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X5 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Qax Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tаrixli, 2(024)-422/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və yaapellyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6cımaddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(024)- 422/2020 saylı qətnaməsi ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş Zaqatala rayonu Əliabad Bazarının müdirinin verdiyi 26.10.2020-ci il tarixli arayışdan görünür ki, Zaqatala rayonu Əliabad Qəsəbəsində həftəlik Mal Bazarında hazırda 1 baş iribuynuzlu inəyin qiyməti 1500-1700 manat, 1 baş xırdabuynuzlu qoyunun qiyməti 180-200 manat arasında dəyişir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin 15 may 2014-cü il tarixli, 2(107)-415/2014 saylı qanuni qüvvəyə minmiş Qərardadından görünür ki, iddiaçı X2 Cavabdeh qarşı heyvanların özünün və dəyərinin tələb edilməsinə dair Qax Rayon Məhkəməsinin 04 fevral 2014-cü il tarixli 2(024)-164/2014 saylı qətnaməsi ləğv edilmiş və iddiaçı X2 iddia ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh Qax RPŞ-nə yazıdığı izahatının təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh izahatında Qazıməmməd Dərişovu 2007-ci il tarixdən tanıdığını, onunla heç bir ədavətinin olmadığını, həmin tarixdə Qazıməmməd Dərişovdan üç baş keçi, beş baş qoyun və on baş iribuynuzlu heyvan aldığını, onların artırdığı heyvanları yarılığa böləcəkləri barədə şərtləşdiklərini, təxminən iki il iddiaçıya məxsus heyvanları saxladığını və iddiaçıya olan borcunu ödədiyini, yəni iyirmi baş iribuynuzlu və sayını xatırlamadığı xırdabuynuzlu heyvanları iddiaçıya qaytardığını hazırda isə iddiaçıya heç bir borcunun qalmadığını göstərmişdir. Birinci instansiya məhkəməsi öz qətnaməsində göstərmişdir ki, tərəflər arasında olan şifahi razılaşma əsasında iddiaçı Qazıməmməd Dərişov Cavabdeh 10 baş iribuynuzlu və 40 baş xırdabuynuzlu heyvan vermiş, Cavabdeh həmin heyvanlara baxaraq çoxaltmağı və artan heyvanları yarılığa bölüşdürülməsi barədə öz üzərinə öhdəlik götürmüşdür. İddiaçı hazırda cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyini və ondan aldığı heyvanlardan iki baş iribuynuzlu və iki baş xırdabuynuzlu heyvanı qaytardığını, qalanını isə qaytarmadığını göstərərək cavabdehə qarşı hazırkı iddianı qaldıraraq Cavabdeh 40 baş xırdabuynuzlu qoyunun birinin qiyməti 150 manat olmaqla 6000 manat, 10 baş iribuynuzlu malın birinin qiyməti 1000 manat olmaqla 10000 manat pulun, həmçinin 120 baş xırdabuynuzlu qoyunun biri 150 manat olmaqla 18000 manat həcmində əldən çıxmış faydanı tələb etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən sübuta yetirilmişdir. Cavabdeh iddia tələbini qəbul etməsə də, onun məhkəmə iclasında və Qax RPŞ-nə verdiyi izahatı ilə iddiaçıdan 10 baş iribuynuzlu və 40 baş xırdabuynuzlu malqaranı alması sübuta yetirilmişdir. İddiaçı izahatında cavabdehə verdiyi 10 baş iribuynuzlu heyvanın 2 başını və 40 baş xırdabuynuzlu heyvanın 2 başının ona qaytarıldığını göstərmişdir. İddia tələbi işin faktiki halları, iddiaçının, cavabdehin izahatları və işdə olan digər sənədlərlə qismən sübuta yetrildiyindən qismən təmin edilməli, cavabdehdən hər birinin dəyəri 150 manat olan 38 baş xırdabuynuzlu qoyuna görə 5700 (beş min yeddi yüz) manat, hər birinin dəyəri 1000 manat olan 8 baş iribuynuzlu mala görə 8000 (səkkiz min) manat olmaqla, cəmi 13700 (on üç min yeddi yüz) manat pul alınaraq iddiaçı X4 verilməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 425.2, 427.3, 442-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsini gəlmiş olduğu həmin nəticəni əsaslı saymır. Belə ki, məhkəmə kollegiyası tərəfindən Qax Rayon Məhkəməsindən tələb edilib alınmış 2(024)-164/2014 saylı mülki işə baxış keçirilərkən müəyyən olunmuşdur ki, Qax Rayon Məhkəməsinin 04 fevral 2014-cü il tarixli 2(024)-164/2014 saylı qətnaməsi ilə iddiaçı X2 Cavabdeh qarşı heyvanların özünün və dəyərinin tələb edilməsinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı X5 apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 may 2014-cü il tarixli, 2(107)-415/2014 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Qax Rayon Məhkəməsinin 04 fevral 2014-cü il tarixli 2(024)-164/2014 saylı qətnaməsi ləğv edilmiş və iddiaçı X2 iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin mülki iş üzrə iddia ərizəsində iddiaçı X5 göstərmişdir ki, o, 2007-ci ildə Cavabdeh 28 baş irili-xırdalı qoyunlar, 7 baş keçi, 2008-ci ildə 5 baş iri buyunuzlu mal, 2009-cu ilin yazında 1 baş doğan inək, 1 baş öküz və 4 baş dana düyə vermişdir. 2010-cu ildə cavabdehdən 5 bala və 5 ana olmaqla iribuynuzlu heyvanı geri almışdır. Cavabdehdə qalan 5 baş iribuynuzlu heyvanın 2008-2013-cü illər üzrə artımı 20 baş heyvan eləyir ki, onlardan 10 başı özünə çatmalı idi. Verdiyi 35 baş xırdabuynuzlu heyvanın 2008-2013-cü illər üzrə artımı 300 baş heyvan eləyir. Həmin xırdabuynuzlu heyvanlarıdan ona çatası pay 170 başdır. Həmin xırdabuynuzlu heyvandan 7 baş heyvanı geri almışdır.. Həmin iş üzrə izahat vermiş Cavabdeh bildirmişdir ki, X5 ona xəstə 5-6 baş qoyun və 5-6 baş keçi vermiş, qoyunlar da hissə-hissə ölmüş, qalanları isə X5 aparmışdır. Həmçinin, X5 ona 8 baş iribuynuzlu mal vermiş, həmin mallara 2 il baxmışdır. Mallar səllim olmuş, dağdan düşüb itib batmışdır. Dağdan düşəndə 8 baş iribuynuzlu malı X4 qaytarmışdır. Qazıməmməd bir gün də olsa mallara baxmamış, mallara baxdığına görə ona haqq verməmişdir. Hazırkı iddia ərizəsində isə iddiaçı X5 Cavabdeh 10 baş iribuynuzlu və 40 baş xırdabuynuzlu heyvanları təhvil verdiyini, sonuncu həmin heyvanlardan 4 baş iribuynuzlu və 4 baş xırdabuynuzlu heyvanı geri qaytardığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında X5 əvvəlki və hazırkı iddia ərizələrində olan ziddiyyətli məqamların ağlabatan izahını verə bilməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh ziddiyyətli izahatlar verərək gah D.Dərişovu tanımadığını, ondan mal-heyvan almadığını, gah başqa şəxsin X2 adından ona sayını bilmədiyi bir neçə baş mal və qoyun verdiyini, gah da X1 bilmədiyi iri və xırdabuynuzlu heyvan alaraq, sonradan qaytardığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh Qax RPŞ-yə yazıdığı izahatının təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh izahatında Qazıməmməd Dərişovu 2007-ci il tarixdən tanıdığını, onunla heç bir ədavətinin olmadığını, həmin tarixdə Qazıməmməd Dərişovdan 3 baş keçi, 5 baş qoyun və on baş iribuynuzlu heyvan aldığını, onların artırdığı heyvanları yarılığa böləcəkləri barədə şərtləşdiklərini, təxminən iki il iddiaçıya məxsus heyvanları saxladığını və iddiaçıya olan borcunu ödədiyini, yəni iyirmi baş iribuynuzlu və sayını xatırlamadığı xırdabuynuzlu heyvanları iddiaçıya qaytardığını hazırda isə iddiaçıya heç bir borcunun qalmadığını göstərmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş şаhid Hаcıyev Didey Məmmədrəsul оğlu göstərmişdir ki, o, tərəfləri tаnıyır. Belə ki, Qаzıməmməd onun həmkəndlisidir. Nemətlə isə rаyоnun Ləkit-Kötüklü kəndində işləyəndə münаsibəti yаrаnıb. Qаzıməmməd ona təsərrüfаtı оlduğunu, аrılаrа bаxdığını və bir аz dа heyvаnlаrı оlduğunu, lаkin оnlаrа bаxа bilmədiyini bildirərək ondan xаhiş edib ki, оnun heyvаnlаrınа bаxmаq üçün bir çоbаn tаpsın. O, bir müddət sоrаqlаyıb Cavabdeh məsləhət bilmişdir. Sоnrа оnlаr görüşərək öz аrаlаrındа məsləhətləşib rаzılаşşıblar. İddiаçının təxminən 10 bаş iribuynuzlu mаl-qаrаsı оlub. İddiаçının xırdаbuynuzlu heyvanları dа оlub, lаkin o, həmin heyvanları görməmiş, sаyını dа bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehə verdiyi iri və xırdabuynuzlu heyvanların sayı barədə göstərsə də bu barədə mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişdir. İş materiallarına əlavə olunmuş Qax rayon Ləkit kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyininin üzrə 2006-2010 və 2011-2015-ci illərə dair təsərrüfatbaşına kitablardan Zərnə kəndi sakini X4 məxsus təsərrüfatdan Çıxarışlardan da X2 təsərrüfatında 2007-2013-cü illərdə onun iddia ərizəsində göstərdiyi sayda iri və xırdabuynuzlu heyvanların olmadığı məlum olur. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Cavabdeh polis şöbəsinə verdiyi izahatında və tərəflər arasında olmuş əvvəlki məhkəmə çəkişməsi zamanı iddiaçı X2 ona təxminən 10-12 baş xırdabuynuzlu heyvan və 10 baş iribuynuzlu mal verdiyini, həmin heyvanları hamısını qaytardığını göstərmişdir. İddiaçı X5 Cavabdeh 10 baş iribuynuzlu və 40 baş xırdabuynuzlu heyvan verdiyini və cavabdehin 5 baş iribuynuzlu və 4 baş xırdabuynuzlu heyvan qaytardığını, cavabdeh isə əvvəlki məhkəmə araşdırmaları zamanı iddiaçıdan sonuncunun göstərdikləri qədər deyil, 10-12 baş xırdabuynuzlu və 8 baş iribuynuzlu mal verdiyini, 8 baş iribuynuzlu malı, polis şöbəsinə verdiyi izahatında isə iddiaçıdan 3 baş keçi, 5 baş qoyun və 10 baş iribuynuzlu mal aldığını etiraf etmiş, həmin heyvanları iddiaçıya qaytardığını və onun iddiaçıya borcu qalmadığını bildirmişdir. Lakin iddiaçı cavabdehə 40 baş xırdabuynuzlu heyvan verdiyinə, cavabdeh isə iddiaçıdan aldığını bildirdiyi heyvanların hamısını qaytardığına dair məhkəmələrə hər hansı sübut növü təqdim edə bilməmişlər. Belə olan halda, iddiaçının cavabdehə 12 baş deyil, 40 baş xırdabuynuzlu heyvan verdiyini sübutetmə yükü iddiaçının, etiraf etdiyi 12 baş xırdabuynuzlu və 10 baş iribuynuzlu heyvanın geri qaytardığını sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin qeyd edilən halına diqqət yetirməmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi hazırkı mübahisə üzrə gəldiyi nəticəni işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun şəkildə əsaslandırmamışdır. Halbuki, iddiaçı cavabdehə 10 baş iribuynuzlu və 40 baş xırdabuynuzlu heyvan verdiyini bildirsə də, verdiyi xırdabuynuzlu heyvanların məhz 40 baş olduğunu, cavabdeh isə iddiaçıdan 10 baş iribuynuzlu, 12 baş xırdabuynuzlu heyvan aldığını etiraf edərək, həmin heyvanların hamısını qaytardığını göstərsə də, aldığı heyvanların hamısını qaytarılmasını təsdiq edən sübutları təqdim edə bilməmişlər. Müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıdan bəsləmək üçün aldığı 10 baş iribuynuzlu heyvandan 5 başını, 12 baş xırdabuynuzlu heyvandan isə 7 başını qaytarmışdır. Ona görə də iddia tələbi heyvanların qaytarılmasına dair hissədə qismən təmin olunmalıdır. Zaqatala rayonu “Əliabad Bazarı”nın məhkəmə sorğusu əsasında verdiyi arayışdan görünür ki, bir baş iribuynuzlu malın dəyəri 1500-2000 manat, bir baş xırdabuynuzlu heyvanın dəyəri isə 180-200 manatdır. Lakin, iddiaçı iddia tələbində bir baş iribuynuzlu mala görə 1000 manat, bir baş xırdabuynuzlu heyvana görə isə 150 manat tələb etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbindən kənara çıxmır. Belə ki, həmin maddəyə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İddia tələbinin əldən çıxmış faydaya dair hissəsinə gəldikdə isə iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, hər bir şəxs iddia tələbi ilə məhkəməyə müraciət etdikdə, tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. İddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Sübutetmə yükü üzərinə düşən iddiaçı Qazıməmməd Dərişov tərəfindən cavabdeh tərəfindən ona ziyan vurması ilə bağlı əldən çıxmış fayda ilə bağlı məhkəmələrə heç bir əsaslı və mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Həmin Məcəllənin 385.1.1, 385.1.4 -ci mаddələrinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаndandır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli və iş üzrə Qax Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(024)-422/2020 saylı qətnаməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməli, Cavabdeh hər birinin dəyəri 150 manat olan 5 (beş) baş xırdabuynuzlu qoyuna görə 750 (yeddi yüz əlli ) manat, hər birinin dəyəri 1000 manat olan 5 baş iribuynuzlu mala görə 5000 (beş min) manat olmaqla, cəmi 5750 (beş min yeddi yüz əlli) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı X4 verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cаvаbdeh Cavabdeh оğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qax Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(024)-422/2020 saylı qətnаməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh hər birinin dəyəri 150 manat olan 5 (beş) baş xırdabuynuzlu qoyuna görə 750 (yeddi yüz əlli) manat, hər birinin dəyəri 1000 manat olan 5 baş iribuynuzlu mala görə 5000 (beş min) manat olmaqla, cəmi 5750 (beş min yeddi yüz əlli) manat pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı X4 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar