Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-549/2021 09.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - X10; Cavabdehlər - Cavabdeh1 və Cavabdeh5 iştirakı ilə Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(035)-567/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tаrixli, 2(035)-567/2020 saylı qətnaməsi (hаkim Tahir Qubadov) ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və maraqlı şəxs Zərdab rayon Dövlət Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 və maraqlı şəxs Zərdab rayon Dövlət Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X2 və anası X4 miras qalmış Zərdab rayonu Dəliquşçu kəndi ərazisindəki 0.37 ha həyətyanı torpaq sahəsinin, orada inşa edilmiş 4 otaqlı fərdi yaşayış evinin, evin həyətində inşa edilmiş digər xırda tikililərin və Zərdab rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli 10 saylı qərarına əsasən kənd təsərrüfatı təyinatlı məhsulların istehsalı məqsədi ilə verilmiş 3.15 ha pay torpaq sahəsinin onun tərəfindən miras olaraq qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, miras qoyanlar onun anası və atasıdır. X2 2014-cü ildə, anası X8 2015-ci il tarixdə vəfat etmişdir. Valideynlərindən Zərdab rayonu Dəliquşçu kəndi ərazisindəki 0.37 ha həyətyanı torpaq sahəsi, orada inşa edilmiş 4 otaqlı fərdi yaşayış evi, evin həyətində inşa edilmiş digər xırda tikililər və Zərdab rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997- ci il tarixli 10 saylı qərarına əsasən kənd təsərrüfatı təyinatlı məhsulların istehsalı məqsədi ilə verilmiş 3.15 ha pay torpaq sahəsi miras qalmışdır. Miras qoyanın, o da daxil olmaqla Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 ibarət olmaqla 10 nəfər vərəsəsi vardır. O, özü 1986-cı il tarixdən valideyinlərindən ayrılaraq Zərdab rayonunun Qoşaba kəndində ev tikmiş və həmin vaxtdan ailəsi ilə birlikdə orada yaşayır. Valideyinlərindən miras qalan evdə istər valideyinlərinin sağlığında, istərsə də onların vəfatından sonra Cavabdeh5 yaşamışdır və hazırda da yaşayır. Miras torpaqları Fazil əkib-becərir. Valideyinlərindən miras qalan nə varsa hamısına Fazil sahiblənmişdir. Fazillə münasibəti olmadığı üçün ata evinə və yurduna gedib-gəlmir. Digər cavabdehlər də onun kimi uzun müddətdir ki, ayrılaraq ayrı yaşayırlar. Fazil bütün mirasa sahiblənməsinə baxmayaraq bu il valideyinlərinə ehsan verməmişdir. Bu barədə ona sifariş göndərərək valideyinlərinə ehsan verməsini demiş, hətta lazım gələrsə zəruri ərzaqları alıb verə biləcəyini bildirmişdir. Lakin, buna baxmayaraq Fazil valideyinlərinə ehsan verməmişdir. Belə olan təqdirdə hesab edir ki, valideyinlərindən miras qalan əmlaklar Fazilə qala bilməz. Bu ədalətli deyildir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh5 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı doğma qardaşıdır. X2 xx.xx.2014-cü ildə, anası X8 isə xx.xx.2015-cı il tarixdə vəfat etmişdir. İstər valideyinlərinin sağlığında, istərsə də onların vəfatından sonra valideyinlərindən miras qalan evdə özü yaşamışdır və hazırda da yaşayır. Miras torpaqları özü əkib-becərir. Sözügedən miras əmlakları faktiki olaraq, o, özü qəbul etmişdir. İddiaçı 1986-cı il tarixdən valideyinlərindən ayrılaraq Zərdab rayonunun Qoşaba kəndində özünə ev tikmiş və həmin vaxtdan ailəsi ilə birlikdə orada yaşayır. İddiaçı heç onlara gedib- gəlməmiş, valideyinlərinə baxmamışdır. Valideyinlərinə ahıl və xəstə vaxtlarında özü baxmışdır. Həmişə də, onlara ehsan vermişdir. Yalnız bu il koronovirus pandemiyası ilə əlaqədar toplaşma qadağan oldunduğundan ehsan verə bilməmişdir. Ona görə də iddiaçının dedikləri yalandır. Hesab edir ki, iddia tamamilə qanunsuzdur. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı doğma qardaşıdır. X2 xx.xx.2014-cü, anası X8 isə xx.xx.2015-cı il tarixdə vəfat etmişdir. Miras torpaqları Fazil əkib-becərir. Sözügedən miras əmlakları faktiki olaraq, Fazil qəbul etmişdir. İddiaçı 1986-cı il tarixdən valideyinlərindən ayrılaraq Zərdab rayonunun Qoşaba kəndində özünə ev tikmiş və həmin vaxtdan ailəsi ilə birlikdə orada yaşayır. Həm özü, həm digər cavabdehlər iddiaçı kimi uzun müddətdir ki, ata yurdundan ayrılaraq ayrı yaşayırlar. Valideyinlərinə ahıl və xəstə vaxtlarında Fazil baxmışdır. Həmişə də, onlara ehsan vermişdir. Ona görə də iddiaçının dedikləri yalandır. Nə özü, nə digər cavabdehlər, nə də ki. iddiaçı valideyinlərindən qalan mirası nə faktiki, nə də ki, notariusa ərizə vermək yolu ilə qəbul etməmişlər. Hesab edir ki, iddia tamamilə qanunsuzdur. Ona görə də məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh4 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı doğma qardaşıdır. X2 xx.xx.2014-cü ildə, anası X8 isə xx.xx.2015-cı il tarixdə vəfat etmişdir. İstər valideyinlərinin sağlığında, istərsə də onların vəfatından sonra valideyinlərindən miras qalan evdə digər Cavabdeh5 yaşamışdır və hazırda da yaşayır. Miras torpaqları Fazil əkib-becərir. Sözügedən miras əmlakları faktiki olaraq, Fazil qəbul etmişdir. İddiaçı 1986-cı il tarixdən valideyinlərindən ayrılaraq Zərdab rayonunun Qoşaba kəndində özünə ev tikmiş və həmin vaxtdan ailəsi ilə birlikdə orada yaşayır. Özü 1990-cı ildən, digər cavabdehlər də uzun müddətdir ki, ata yurdundan ayrılaraq ayrı yaşayırlar. Valideyinlərinə Fazil baxmışdır. Nə özü, nə digər cavabdehlər, nə də ki, iddiaçı valideyinlərindən qalan mirası nə faktiki, nə də ki, notariusa ərizə vermək yolu ilə qəbul etməmişlər. Payları ayrılarsa öz payını nə Ramizə, nə də ki, Fazilə vermək fikri yoxdur, pul şəklində qiymətləndirilib özünə verilməsini istəyir. Birinci instansiya məhkəməsinin iclаsındа Cavabdeh6 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı doğma qardaşıdır. X2 xx.xx.2014-cü ildə, anası X8 isə xx.xx.2015-cı il tarixdə vəfat etmişdir. İstər valideyinlərinin sağlığında, istərsə də onların vəfatından sonra valideyinlərindən miras qalan evdə digər Cavabdeh5 yaşamışdır və hazırda da yaşayır. Miras torpaqları Fazil əkib-becərir. Sözügedən miras əmlakları faktiki olaraq, Fazil qəbul etmişdir. İddiaçı 1986-cı il tarixdən valideyinlərindən ayrılaraq Zərdab rayonunun Qoşaba kəndində özünə ev tikmiş və həmin vaxtdan ailəsi ilə birlikdə orada yaşayır. Özü 2002-ci ildən, digər cavabdehlər də uzun müddətdir ki, ata yurdundan ayrılaraq ayrı yaşayırlar. Valideyinlərinə Fazil baxmışdır. Nə özü, nə digər cavabdehlər, nə də ki, iddiaçı valideyinlərindən qalan mirası nə faktiki, nə də ki, notariusa ərizə vermək yolu ilə qəbul etməmişlər. Payları ayrılarsa öz payını nə Ramizə, nə də ki, Fazilə vermək fikri yoxdur, pul şəklində qiymətləndirilib özünə verilməsini istəyir. Birinci instansiya məhkəməsində işə digər cavabdehlərin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, mərhum valideynlərindən miras qalmış ev, həyətyanı torpaq sahəsi və Zərdab rayon Aqrar islahatı komissiyasınının xx xxxxxx 1997-ci il tarixli, 12 saylı qərarı ilə verilmiş 3,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona pay verilməmişdir. Mərhum valideynlərindən miras qalmış ev, həyətyanı torpaq sahəsi və Zərdab rayon Aqrar İslahatı komissiyasınının xx xxxxxx 1997-ci il tarixli, 12 saylı qərarı ilə verilmiş 3,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən payının ayrılması üçün dəfələrlə cəhd etmişdir. Zərdab rayon Dövlət Notariat Ofisinin əməkdaşları ərizəni qeydə almamış, ona hüquqlarını izah etməmişlər. Cavabdehlərdən Cavabdeh5 onu nə evə, nə də Zərdab rayon Aqrar İslahatı komissiyasınının xx xxxxxx 1997-ci il tarixli, 12 saylı qərarı ilə verilmiş 3,15 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yaxın buraxmamışdır. Ona görə də, Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(035)-567/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh5 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(035)-567/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər proses iştirakçıları heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(035)- 567/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmadır. İş materiallarına əlavə edilmiş Torpağa Mülkiyyət Hüququna dair (JN-1xx xxx 90506018) Dövlət Aktının notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Zərdab rayon Aqrar İslahat Komissiyasının 10 saylı, xx.xx.1997-ci il tarixli qərarı ilə X6, X8, X12, Cavabdeh9 və Cavabdeh5 Zərdab rayonu Dəliquşçu kəndi ərazisində 3.15 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş ünvan 2 ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, 115 saylı arayışdan görünür ki, X1 rayonu Dəliquşçu kəndində yaşamışdır və özünə məxsus 0.37 həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində tikilmiş bir mərtəbəli dörd otaqdan ibarət yaşayış evi və tövləsi vardır. İş materiallarına əlavə edilmiş ünvan 2 ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, 07 saylı arayışdan görünür ki, Cavabdeh5 X2na məxsus 0.37 həyətyanı torpaq sahəsində tikilmiş yaşayış evində yaşayır. İş materiallarına əlavə edilmiş Zərdab RİHB-nin Qoşaoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, 207 saylı arayışdan görünür ki, Ağayev X9 rayonu Qoşaoba kəndi, 1 may küçəsi 40 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş ünvan 2 ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş, 121 saylı arayışdan görünür ki, iddiaçının X2 vəfat etdikdən sonra X8 (vəfat etmişdir), Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, İddiaçı, Cavabdeh7, Cavabdeh6, Cavabdeh8, Cavabdeh9 və X7 (vəfat etmişdir) ibarət vərəsələri vardır. İş materiallarına əlavə edilmiş Cavabdeh7, Cavabdeh2, Cavabdeh8, Cavabdeh5 və Cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış notariat qaydada təsdiq olunmuş yazılı etirazlardan görünür ki, onlar İddiaçı “mirasın qəbul edilməsi tələbinə dair” iddiasını qəbul etmədiklərini, iddiaçının nə faktiki, nə də ki, rəsmi olaraq mirası qəbul etmədiyini bildirmişlər. İş materiallarına əlavə edilmiş Cavabdeh3 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, onun payına düşən hissəsini qiymətləndirib pul şəklində ona verilməsini, öz payını nə İddiaçı, nə də ki, Cavabdeh5 vermək istəmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh4 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, onun payına düşən hissəsini qiymətləndirib pul şəklində ona verilməsini, öz payını nə İddiaçı, nə də ki, Cavabdeh5 vermək istəmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh6 tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, onun payına düşən hissəsini qiymətləndirib pul şəklində ona verilməsini, öz payını nə İddiaçı, nə də ki, Cavabdeh5 vermək istəmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Zərdab rayon Dövlət Notariat Ofisi tərəfindən Zərdab Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 292 №-li məktubdan görünür ki, X6 və X4 miras qalmış heç bir miras əmlaka dair Zərdab rayon dövlət notariat kontorunda vərəsəlik işi açılmamışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçının X2 2014-cü ildə, anası X8 2015-ci il tarixdə vəfat etmişdir. Onun valideynlərindən Zərdab rayonu Dəliquşçu kəndi ərazisindəki həyətyanı torpaq sahəsi, orada inşa edilmiş fərdi yaşayış evi, evin həyətində inşa edilmiş digər tikililər və Zərdab rayon Aqrar İslahat Komissiyasının xx xxxxxx 1997-ci il tarixli 10 saylı qərarına əsasən kənd təsərrüfatı təyinatlı məhsulların istehsalı məqsədi ilə verilmiş pay torpaq sahəsi miras qalmışdır. Miras qoyanların iddiaçı da daxil olmaqla Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9 ibarət olmaqla 10 nəfər vərəsəsi vardır. İddiaçı 1986-cı il tarixdən valideyinlərindən ayrılaraq Zərdab rayonunun Qoşaba kəndində ev tikmiş və həmin vaxtdan ailəsi ilə birlikdə orada yaşayır. Valideyinlərindən miras qalan evdə istər valideyinlərinin sağlığında, istərsə də onların vəfatından sonra Cavabdeh5 yaşamışdır və hazırda da yaşayır. Miras qalan torpaqları Cavabdeh5 əkib-becərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1 -ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki qanunvericilikdə mirasın qəbulu qaydası və müddəti dəqiq tənzimlənmiş və bu müddət müəyyən vaxt dövrü ilə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri formal) üsullarını müəyyən etmişdir. Mirasın qəbulunun faktik üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Məhkəmə kollegiyası qeyd edir ki, qanunun mənasına görə vərəsə tərəfindən mirasın kütləsinə daxil olan əmlaklardan hər hansı birinin qanunla müəyyən olunmuş qaydada qəbul edilməsi mirasın bütünlüklə qəbul edilməsi kimi qiymətləndirilir. Miras əmlakın faktiki idarə olunması dedikdə isə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımi vəziyyətdə saxlanılması, həmin əmlakın təmir olunması (əgər evdirsə), əmlakın saxlanması üçün xərc çəkilməsi, vergi ödənilməsi və s. aiddir. Miras əmlakın faktiki cəhətdən qəbulunun təsdiqlənməsinin və sübut edilməsinin böyük əhəmiyyəti vardır. Bu hal müxtəlif orqanlar tərəfindən sənədlərlə təsdiq oluna bilər. Məsələn, miras qoyan ölən anda və miras açılandan sonra vərəsənin miras evdə yaşaması mənzil orqanı tərəfindən verilən müvafiq arayışla təsdiq olunur. Yaxud, miras qoyana məxsus əmlaka görə vərəsənin vergi ödəməsi vergi orqanı tərəfindən verilən arayışla təsdiq oluna bilər və s. Lakin yuxarıda qeyd olunduğu kimi mirasın qəbuluna (istər rəsmi, istərsə də faktiki) yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir. Mirasın qəbul edilmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər. Bu müddət Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246cı maddəsi ilə dəqiq müəyyən edilmişdir. Həmin maddəyə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, hazırkı iş üzrə İddiaçı qanunla müəyyən edilmiş müddət ərzində valideynlərindən qalna mirası nə formal, nə də qeyri-formal qəbul etmişdir. İddiaçı valideyinlərindən miras qalan yuxarıda adı çəkilən əmlakların onun tərəfindən miras kimi qəbul edilməsi faktının müəyyən edilməsini xahiş etsə də, iddiasını sübuta yetirə bilməmişdir. O, mirasın onun tərəfindən hər hansı bir formada, yəni nə faktiki, nə də notariusa yazılı ərizə vermək yolu ilə qəbul edilməsinə dair, habelə sözügedən miras əmlakların ona vəsiyyət edilməsinə dair məhkəməyə hər hası bir sübut təqdim etməmişdir. Əksinə məhkəmə kollegiyasının iclasında onun 1986-cı il tarixdən valideyinlərindən ayrılaraq Zərdab rayonunun Qoşaba kəndində özünə fərdi yaşayış evi tikərək və həmin vaxtdan ailəsi ilə birlikdə orad yaşadığı, həmçinin miras əmakı evdə yaşayan qardaşı hazırkı iş üzrə Cavabdeh5 faktiki idarə etdiyi müəyyən olunmuşdur. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən isə məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Göründüyü kimi, qаnunverici məhkəmənin üzərinə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırıb, onlаrdаn istifаdə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirаzlаrının əsаsı kimi istinаd etdikləri hаllаrı məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya qaydasında işə baxılarkən iddiaçı, məhkəmə kollegiyasına heç bir əsaslı sübut növü təqdim etməmiş və apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(035)-567/2020 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmadır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(035)-567/2020 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-549/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-549/2021
09.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver