Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-549/2024 24.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3 Mehdi oğluna, X4, Cavabdeh5 Əlsa oğluna, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 Sədrəddin oğluna, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Səftər oğluna, Cavabdeh13, Cavabdeh14, Cavabdeh16, Cavabdeh17, X5 və Cavabdeh18 Əhliman oğluna qarşı torpaq sahəsinin boşaldılması və təhvil verilməsi, əldən çıxmış faydanın tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: əldən çıxmış faydanın tutulması) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3 Mehdi oğluna, X4, Cavabdeh5 Əlsa oğluna, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 Sədrəddin oğluna, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Səftər oğluna, Cavabdeh13, Cavabdeh14, Cavabdeh16, Cavabdeh17, X5 və Cavabdeh18 Əhliman oğluna qarşı torpaq sahəsinin boşaldılması və təhvil verilməsi, əldən çıxmış faydanın tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(025)-18/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Qəbələ Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan Qəbələ rayonu, Bayramkoxa kəndində yerləşən 14.98 ha torpaq sahəsi icra hakimiyyəti və İddiaçı arasında xx.xx.2022ci il tarixdə beş il müddətinə bağlanmış icarə müqaviləsinə əsasən İddiaçı icarəyə verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3 Mehdi oğluna, X4, Cavabdeh5 Əlsa oğluna, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 Sədrəddin oğluna, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 Səftər oğluna, Cavabdeh13, Cavabdeh14, Cavabdeh16, Cavabdeh17, X5 və Cavabdeh18 Əhliman oğluna qarşı “torpaq sahəsinin boşaldılması və təhvil verilməsi, əldən çıxmış faydanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri İdarəsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin A seriyalı, 739229 saylı, xx.xx.2022-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsündə göstərilən və Qəbələ rayonu Bayramkoxa kəndində yerləşən 14,98 ha torpaq sahəsindən cavabdehlərin və onların tapşırıq və icazəsi ilə yerləşdirilmiş başqa şəxslərin çıxarılması və torpaq sahəsinin ona təhvil verilməsi, cavabdehlərin hər birindən 1000 manat əldən çıxmış faydanın və dövlər rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, ona məxsus Qəbələ rayonu Bayramkoxa kəndində yerləşən 14,98 ha-dan ibarət torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri İdarəsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin A seriyalı, 739229 saylı, xx.xx.2022-ci il tarixli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Qeyd edilən torpaq sahəsi cavabdehlər Mustafayev Bünyad, Cavabdeh2, Səfərov Həbib, İsayev Rəfayət, Cavabdeh5, Hüseynov Zafəddin, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Ərzumanov Ramin, Cavabdeh14, Cavabdeh16, Cavabdeh17, İsayev Günəş, Cavabdeh16 tərəfindən qanunsuz zəbt edilmişdir. Torpaq sahəsinin boşaldılıb ona təhvil verilməsi ilə bağlı cavabdehlərə dəfələrlə, o cümlədən xx.xx.2022-ci il tarixli yazılı xəbərdarlıqlar nəticə verməmiş, xəbərdarləqlarına onlar cavab verməmiş, susmuş və torpaq sahəsini boşaltmamışlar. Cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxmaması nəticəsində mülkiyyətindən istifadə edə bilməməyi ilə əlaqədar gəlir əldə etmək imkanından məhrum olmuşdur. Bu ziyan yüzminlərlə olsa da, hazırkı mərhələdə cavabdehin hər birindən ziyanın 1000 manat hissəsini tələb edir. Belə ki, 14,98 ha torpaq sahəsindən təyinatına uyğun istifadəyə görə illik ən azı 20000 manat gəlir əldə etmək mümkündür. İcarəyə verməklə isə ən azı 10000 manat gəlir əldə etmək mümkündür.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Qəbələ Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan Qəbələ rayonu, Bayramkoxa kəndində yerləşən 14.98 ha torpaq sahəsi icra hakimiyyəti və İddiaçı arasında xx.xx.2022ci il tarixdə beş il müddətinə bağlanmış icarə müqaviləsinə əsasən İddiaçı icarəyə verilmişdir. Həmin torpaq sahəsindən iddiaçı lazımi qaydada istifadə edə bilmədiyinə görə cavabdehlərə qarşı “torpaq sahəsinin boşaldılması və təhvil verilməsi, əldən çıxmış faydanın tutulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, icarəyə verilmiş Qəbələ rayonu, Bayramkoxa kəndində yerləşən 14.98 ha torpaq sahəsindən cavabdehlərin və onların tapşırıq və icazəsi ilə yerləşdirilmiş başqa şəxslərin çıxarılmasını və torpaq sahəsinin ona təhvil verilməsini, cavabdehlərin hər birindən 1000 manat əldən çıxmış faydanın və dövlər rüsumunun tutularaq ona ödənilməsini tələb etmişdir. Cavabdehlər isə iddianı qəbul etməyərək, mübahisəli torpaq sahəsini bələdiyyədən əvvəlki illərdə icarəyə götürdüklərini, icarə vaxtının nə vaxt bitdiyini bilmədiklərini, həmin torpaq sahəsini yenidən icarəyə götürmək istədiklərini və iddiaçıya heç bir ziyan vurmadıqlarını bildirmişlər.
5. Məhkəmə qeyd edir ki, iddiaçının icarəsində olan mübahisəli torpaq sahəsinin bir qismi cavabdehlər Cavabdeh8 Sədrəddin oğlunun, Cavabdeh5 Əlsa oğlunun, X2, Cavabdeh3 Mehdi oğlunun, Cavabdeh15, Cavabdeh11 Səftər oğlunun, Cavabdeh9, Cavabdeh18 Əhliman oğlunun, Cavabdeh13, Cavabdeh17, Cavabdeh10 və Cavabdeh16 istifadəsində olması mütəxəssis rəyi və məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının rəyi ilə öz təsdiqini tapmışdır. Bundan başqa, məhkəmə iddianın “cavabdehlərin tapşırıq və icazəsi ilə yerləşdirilmiş başqa şəxslərin çıxarılması və torpaq sahəsinin təhvil verilməsi, cavabdehlərin hər birindən 1000 manat əldən çıxmış faydanın tutularaq ona ödənilməsi” hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddiaçı irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübut növü məhkəməyə təqdim etməmişdir. Ona görə iddia ərizəsi bu hissədə təmin edilməməlidir.
6. Qəbələ Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(025)-18/2024 nömrəli qətnaməsi ilə (hakim Elman İsayev) iddia qismən təmin olunmuş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı icarəsinə verilmiş Qəbələ rayonu, Bayramkoxalı kəndində yerləşən 14.98 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh8 Sədrəddin oğlu - 0.9637 ha hissəsindən, Cavabdeh5 Əlsa oğlu - 0.8795 ha hissəsindən, X6 - 0.9857 ha hissəsindən, Cavabdeh3 Mehdi oğlu - 1.3104 ha hissəsindən, Cavabdeh15 - 0.8586 ha hissəsindən, Cavabdeh11 Səftər oğlu - 1.1164 ha hissəsindən, Cavabdeh9 - 1.1163 ha hissəsindən, Cavabdeh18 Əhliman oğlu - 1.1969 ha hissəsindən, Cavabdeh13 - 1.2347 ha hissəsindən, Cavabdeh17 - 0.9258 ha hissəsindən, Cavabdeh10 - 0.3179 ha hissəsindən və Cavabdeh16 – 0.2145 ha hissəsindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manatın cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152, 157, 701 və 706-cı maddələrinə istinad etmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********25 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Qəbələ Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə, A№ 739229 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 15 avqust 2023-cü il tarixli, 3-21-3-42/2-3844/2023 saylı mütəxəssis rəyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7628 nömrəli ekspertiza rəyi
9. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxmaması nəticəsində mülkiyyətindən istifadə edə bilməməyilə əlaqədar gəlir əldə etmək imkanından məhrum olmuşdur. Bu ziyan yüz minlərlə olsa da, hazırki mərhələdə cavabdehin hər birindən ziyanın 1000 manat hissəsini tələb edir. Belə ki, 14,98 ha torpaq sahəsindən təyinatına uygun istifadəyə görə illik ən azı 20.000 manat gəlir əldə etmək mümkündür. İcarəyə verməklə isə ən azı 10.000 manat gəlir əldə etmək mümkündür.
11. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(025)- 18/2024 nömrəli qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı və cavabdehlər işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1115-ci maddəsində göstərilir ki, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
16. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
17. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(025)- 18/2024 nömrəli qətnaməsinin iddianın rədd edilmiş hissəsində ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını həmin hissədə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın rədd edilmiş hissəsində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Kollegiya əvvəla qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsindən cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmədiyindən iddianın təmin edilmiş torpaq sahəsinin boşaldılması və iddiaçıya təhvil verilməsi hissəsində məhkəmə kollegiyası araşdırma aparmamışdır.
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu qətnamənin 10-cu bəndində qeyd edilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyator cavabdehlər ona məxsus torpaq sahəsindən istifadə etməsəydi qazanacağı gəlilərlə bağlı şifahi mülahizələr irəli sürmüş, lakin konkret olaraq hansı əsasla hansı məbləğdə gəlilərin əldə edilə biləcəyi barədə məhkəməyə heç bir sübut və ya dəlil təqdim etməmişdir.
20. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. Qanun tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri) Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən iddianın rədd edilmiş hissəsində qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPMin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
21. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən iddianın rədd edilmiş hissəsində düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin həmin hissədə аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(025)-18/2024 nömrəli qətnaməsi mübahisələndirilən – iddianın rədd edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Kolelgiya onu da qeyd edir ki, hazırki iddianın təmin edilməmiş hissəsi ilə iş üzrə 17 nəfər cavabdehin hər birindən əldən çıxmış faydaya görə 1000 manat pul tələb edildiyindən həmin hissədə iddia tələbinin qiyməti 17.000 manatdır. Həmin məbləğ 5000 manatdan çox olduğundan qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.
22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 2(025)-18/2024 nömrəli qətnaməsi mübahisələndirilən – iddianın rədd edilmiş hissəsində dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.