Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-55/2020 10.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, cavabdeh X4 və cavabdeh X4 vəkili Vəkil1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddiası, iddiaçı X4 cavabdehlər İddiaçı1, İddiaçı2 və Bərdə Regional “Asan Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusuna qarşı vərəsəlik hüququ haqqında 2V- 742 nömrəli xx.xx.2018-ci il tarixli şəhadətnamənin ləğv edilməsi və xx.xx.2018-ci il tarixli DƏDRX-dən RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-233/2019 nömrəli qətnaməsindən X10 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-233/2019 nömrəli qətnaməsi ilə (hakim Toğrul Əliyev)iddiaçı X4 cavabdehlər İddiaçı1 İddiaçı2 və Bərdə Regional “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusuna qarşı vərəsəlik hüququ haqqında 2V-742 nömrəli xx.xx.2018-ci il tarixli şəhadətnamənin ləğv edilməsi və xx.xx.2018-ci il tarixli DƏDRX-dən RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddiası təmin edilərək cavabdeh Əliyeva (Ələkbərova) Kəmalə Dilqəm qızının, övladları Əliyev Yusif Rövşən oğlu və Əliyeva Günay Rövşən qızı ilə birlikdə Yevlax şəhəri, Heydər Əliyev prospekti, 56 saylı evin 7 saylı mənzilindən çıxarılmaları qət edilmişdir. İşin halları İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh (Əliyeva) qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Ələkbərova (Əliyeva) Kəmalə Dilqəm qızı azyaşlı övladları Əliyev Yusif Rövşən oğlu və Əliyeva Günay Rövşən qızı ilə birlikdə mülkiyyətlərində olan Yevlax şəhəri H.Əliyev prospekti ev 56, mənzil 7-dən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışa əsasən Yevlax şəhəri H.Əliyev prospekti ev 56, mənzil 7-də yerləşən 42,8 kv.metrlik mənzil ½ hissədə onlar iddiaçıların paylı mülkiyyətindədir. Həmin əmlak yuxarıda qeyd etdiyi kimi dövlət qeydiyyatına alınaraq paylı mülkiyyət hüququ üzrə onların istifadələrindədir. Cavabdeh həmin mənzilə daxil olaraq həmin mənzildə özbaşınalıq edərək, onların ona etdiyləri etibardan istifadə edərək nəinki evdən çıxır, hətta evdə onların razılığları və icazələri olmadan müəyyən konstruksiya və təmir işləri aparır. Eynilə onlara aid olan əmlak onun özbaşına hərəkətləri nəticəsində digər mənzilə 8 saylı mənzilə özbaşına olaraq yığmışdır. Onlar bu barədə əmlakın hansı hissədə yox olması, mənimsənilməsi və yaxud israf edilməsi ilə əlaqədar əlavə iddia ilə məhkəmədə çıxış edəcəklər. Evlərinə daxil ola bilmədiklərini, cavabdehin qapılarını hazırda sındıraraq evə daxil olduğunu və mürəkkəb bir vəziyyət yaratdığını məhkəməyə bildirirlər. Azərbaycan Respublikasında mülkiyyət konstitusiya və digər mülki qanunlarıyla qorunur. Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq qanunlarda mülkiyyətin qorunmasına Azərbaycan dövləti təminat verir. Bu barədə qəbul edilmiş bütün Konvensiyalarda mülkiyyətin toxunulmaz olduğu heç bir şəxsin əmlakının və mülkiyyətinin zorla əlindən alınmasına yol verilmir. X18 cavabdehlər İddiaçı1, İddiaçı2 və Bərdə Regional “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusuna qarşı Yevlax Rayon Məhkəməsinə müraciət edərək vərəsəlik hüququ haqqında 2V-742 nömrəli xx.xx.2018-ci il tarixli şəhadətnamənin ləğv edilməsi və xx.xx.2018-ci il tarixli DƏDRX-dən RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. X18 iddia ərizəsini belə əsaslandırmışdır ki, o, cavabdehlər İddiaçı1 və İddiaçı2 qardaşı Əliyev Rövşən Yusif oğlu ilə 2002-ci ildə faktiki nikaha girməklə ailə quraraq evlənib və nikahlarını xx xxxxx 2003-cü ildə rəsmiləşdirmişlər. Əliyev Rövşən Yusif oğlu ilə nikahlarından iki övladı olmuşdur. 2002-ci ildən hal-hazıradək o, övladları ilə mübahisələndirilən ünvanda yaşayır. Əri Əliyev Rövşən Yusif oğlu xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Ərinin vəfatından sonra baldızları, yəni hazırki cavabdehlər hazırda övladlarıla birlikdə yaşadıqları ünvan 1 mənzil 7 ünvanına aid sənədləri saxtalaşdıraraq onlardan xəbərsiz qeyri-qanuni yolla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışlar. Hətta cavabdehlər İddiaçı1 və İddiaçı2 bununla kifayətlənməyərək ona qarşı utanmadan Yevlax rayon məhkəməsində evdən çıxarılma tələbinə dair iddia qaldırmişlar. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən onlar da qanun üzrə vərəsələr sayılırlar. Lakin cavabdehlər qanunun tələblərini kobud surətdə pozmuşlar. Bu səbəbdən də, qanunla qorunan hüquqlarınızın bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə hər iki iş bir icraatda birləşdirilmişdir Birinci instansiya məhkəməsinin iclasında İddiaçı1 nümayəndəsi Vəkil2 İddiaçı1 və İddiaçı2 iddia ərizəsini müdafiə edərək, Kəmalə Əliyevanın iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, mərhum X11 ölümündə sonra ona məxsus olmuş mənzilə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamə qanunvericiliyin tələblərinə uyğun verilmiş və bu şəhadətnamə əsasında mübahisə predmeti olan mənzil mülkiyyət hüququ üzrə hər birinə ½ hissədə pay olaraq İddiaçı1 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Bu zaman qanunvericiliyin tələbləri pozulmamışdır. Kəmalə Əliyevanın mərhum əri Rövşən Əliyev isə miras əmlakı qəbul etməmişdir. Belə ki, o, ailəsi ilə birlikdə miras əmlakın qəbulu üçün nəzərdə tutulmuş müddətdə başqa ünvanda yaşamışdır. Sonrada isə Rövşən Əliyev də ölmüşdür. İddiaçı1 ilə İddiaçı2 iddiasının təmin edilməsini, Kəmalə Əliyevanın iddiasının təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı2 iddia ərizəsini müdafiə edərək, Kəmalə Əliyevanın iddia ərizəsini qəbul etməyərək oxşar məzmunlu izahat verərək iddiasının təmin edilməsini, Kəmalə Əliyevanın iddiasının təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh Kəmalə Əliyeva iddia ərizəsini müdafiə edərək, İddiaçı1 ilə İddiaçı2 iddiasını qəbul etməyərək bildirmişdir ki, mərhum əri Rövşən Əliyevlə nikahlarını rəsmi olaraq qeyd etdirdikdən sonra qayınatası Yusif Əliyevə məxsus Yevlax şəhəri, Heydər Əliyev prospekti, 56 saylı evin 7 saylı mənzilində yaşamışlar. Bir müddət sonra oradan müvəqqəti çıxaraq başqa ünvanda yaşasalar da, sonradan yenidən həmin mənzilə köçmüşlər və o, mərhum qaylnatasına qulluq etmişdir. Qayınatasının ölümündən sonra həmin mənzildə yaşamaqla miras əmlakı onun əri Rövşən Əliyev qəbul etmişdir. Lakin sonradan əri ölmüş və o, iki azyaşlı övladı ilə həmin mnzili müvəqqəti olaraq tərk etmişdir. Bundan sonra isə yenidən həmin mənzilə köçmüş və hazırda həmin mənzildə yaşamaqdadır. İddiasının təmin edilməsini, İddiaçı1 və İddiaçı2 iddialarının təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasının vaxtə və yeri barədə Bərdə Regional “Asan xidmət” X2 məlumat verilsə də, iclasda nümayəndəsinin iştirakını təin etməmiş, ərizə ilə müraciə edərək nümyəndənin iştirakı olmadan iclasın keçirilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsi işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid X8 bildirmişdir ki, İddiaçı2 qayınanasıdır. Sevincin atası Yusifə məxsus mənzildə onun atasından başqa Sevincin qardaşı Zaur yaşamışdır. Sevincin atası Yusif öləndən sonra həmin mənzildə yalnız Zaur yaşamışdır. Həmin zaman Kəmalə və əri Rövşən kirayədə yaşamışlar. Kəmalə və Rövşən həmin evə Zaur öləndən sonra köçüb yaşamışlar. Birinci instansiya məhkəməsinin iclasında şahid X17 bildirmişdir ki, İddiaçı1 əridir. Yevlax şəhəri, Heydər Əliyev prospekti, 56 nömrəli evin 7 nömrəli mənzili qayınatası Yusif Əliyevə məxsus olmuş və həmin mənzildə qayınatasından başqa qayını Zaur yaşamışdır. Qayını Rövşən ailə qurandan, eləcə də qayınatası Yusif öləndən sonra həmin mənzildə yaşamamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid X9 bildirmişdir ki, Yevlax şəhəri, Heydər Əliyev prospekti, 56 nömrəli evin 1 nömrəli mənzilində doğulduğu gündən 2015-ci ilədək yaşamışdır, hazırda da həmin ünvanda qeydiyyatdadır. Həmin binanın 7 nömrəli mənzilində yaşayanları tanımışdır. Belə ki, həmin evdə İlhamiyyə ilə Sevincin atası Yusif yaşamışdır. Rövşən həmin evdə evlənə qədər həmin mənzildə yaşamış, evləndikdən sonra isə həmin mənzildən ailəsi ilə köçüb getmişdir. 2015-ci ilədək Rövşən ailəsi ilə həmin evdə yaşamamışdır. Yusifə 2007-ci ildə ölənədək onun qızı Sevinc qulluq etmişdir. Həmin evdə daimi olaraq yalnız İlhamiyyənin və Sevincin qardaşı Zaur yaşamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid X5 bildirmişdir ki, Kəmalə Əliyeva onun bacısıdır. Kəmalə Rövşənlə ailə qurbndan sonra Rövşənin atasına məxsus Heydər Əliyev prospekti, 56 nömrəli evin 7 nömrəli mənzilində qayınatası Yusif və qayını Zaurla birlikdə bir müddət yaşayıb, qayınatası Yusifə qulluq etmişdir. Kəmalənin qayını Zaurun xasiyyəti çox pis olduğundan münasibətləri yaxşı olmamış və bu səbəbdən həmin mənzildən ailəsi ilə birlikdə köçmüşdür. Lakin, Yusif öləndən sonra Kəmalə ailəsi ilə köçüb həmin mənzildə yaşamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn cavabdeh X10 аpelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh X10 apelyasiya şikayətini özü tərəfindən verilmiş iddia ərizəsinin dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, həmin qətnaməni qeyri-qanuni və əsassız hesab edir. Məhkəmə işə birtərəfli və səthi yanaşmışdır. Məhkəmə işin hallarını hərtərəfli araşdırmamış və mübahisəyə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsində göstərmişlər ki, giya ki, o, övladlarıyla birlikdə onların paylı mülkiyyət hüququ ilə istifadələrində olan mənzilə özbaşınalıq edərək yaşayır. Eyni zamanda qeyd etmişdir ki, onlar 01.09. 2018 - ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə, xx.xx.2018- ci il tarixdə isə mülkiyyət hüquqlarını təstiq edən Çıxarış əldə etmişlər. Sual olunur? O, Yevlax şəhəri Heydər Əliyev prospekti 56 saylı evin 7 saylı mənzildə övladlarıyla birlikdə yaşayan zaman həmin mənzil kimin mülkiyyətində idi. Mərhum qaynatası X12, yoxsa iddiaçılar İddiaçı2 və İddiaçı1? Cavabı budur. Heç birinin.Qondarma mülkiyyət hüququ əldə edilmiş X20 xx xxxx 2007-ci il tarixdə vəfat etmişdir. Həmin mənzil xüsusi mülkiyyət hüququ üzrə mərhum Yusif Əliyevə məxsus olmamışdır. Və həmin mənzil Dövlət mənzil fonduna daxil olmuşdur. İddiaçılar İddiaçı2 və İddiaçı1 mərhum atalarının qanunsuz yollarla mülkiyyət hüququ təstiq edən sənəd almışlar. O, mərhum X12 adına olan Seriya RX1296020 nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair Yevlax Rayon Məhkəməsində iddia qaldırmışdır. Hərgah, Yusif Əliyevdən miras qalmışdırsa, belə, hansı səbəbdən onun vərəsələri yalnız İddiaçı1 və X6 olmalıdır? Məgər onun mərhum həyat yoldaşı da onun vərəsəsi deyildirmi? Qaynaasının vəfatından sonra o və həyat yoldaşı mərhum Yusif Əliyevin yas mərasimini təşkil etmişlər. Daha sonra isə birlikdə Yevlax şəhəri Heydər Əliyev prospekti 56 saylı evin 7 saylı mənzilini idarə etmişlər. Qaynatasının vəfatından sonra qızları Sevinc və İlhamiyyə bir gün olsun belə, Yevlax şəhəri Heydər Əliyev prospekti 56 saylı evin 7 saylı mənzildə yaşamamışlar. Bəs nə üçün, onlar atalarının vərəsələri olur, onun mərhum həyat yoldaşı vərəsə hesab edilmir. X1 və İddiaçı1 guya ki, mərhum atalarından qalmış mirasa dair (əslində isə Dövlət mənzil fonduna daxil olan əmlaka) vərəsəlik hüququ şəhadətnamə əldə edən zaman artıq onun həyat yoldaşı vəfat etmişdi. Lakin, əmlak, mərhum Yusif Əliyevə məxsus olmuş olsa da belə, onun həyat yoldaşı miras açılan zaman mirası qəbul etmişdir. Və hazırda da həyat yoldaşının qəbul etdiyi miras mülkiyyət hüququ üzrə, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən, onun azyaşlı övladları Əliyev Yusif Rövşən oğlu və Əliyeva Günay Rövşən qızına çatmalıdır. Ona görə də, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)- 233/2019 nömrəli qətnaməsinin ləğv edilməsini, iddiaçılar İddiaçı2 və İddiaçı1 ona qarşı mənzildən çıxarma tələbinə dair iddia tələblərinin rədd edilməsi və onun cavabdehlər İddiaçı1, İddiaçı2 və Bərdə Regional "Asan xidmət" mərkəzində notariat kontorunun xüsusi notariusuna qarşı vərəsəlik hüququ haqqında 2V -742 nömrəli xx.xx.2018- ci il tarixli şəhadətnamənin ləğv edilməsi və xx.xx.2018-ci il tarixli DƏDRX -dən RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsinə dair iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh X10 və cavabdeh X4 vəkili Vəkil1 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Bərdə Regional “Asan Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu, iddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili Vəkil2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında İddiaçı2 və iddiaçıların vəkili Vəkil2 apelyasiya şikayətinə etiraz edərək apelyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-233/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh X4 apelyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-233/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX 1296020№-li, çıxarışın surətindən görünür ki, Yevlax şəhəri, Heydər Əliyev prospekti, 56 nömrəli evin 7 nömrəli mənzili X12 xüsusi mülkiyyətində olmuşdur. İşdə olan AZ-İ 954157№-li, xx xxxxxx 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Rövşən Yusif oğlu xx xxx 2018-ci il tarixdə ölmüşdür. İşdə olan Qanun üzrə vərəsəlik haqqında xx xxxxxxxx 2018-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, 01 iyun 2007-ci il tarixdə ölmüş X24 oğlunun vərəsələri İddiaçı1 və İddiaçı2, miras əmlak Yevlax şəhəri H.Əliyev prospekti 56/7-də saylı mənzilindən ibarətdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX 1351091№-li, çıxarışın surətindən görünür ki, Yevlax şəhəri, Heydər Əliyev prospekti, 56 nömrəli evin 7 nömrəli mənzili ½ hissədə İddiaçı1, ½ hissədə İddiaçı2 xüsusi mülkiyyətindədir. İşdə olan AZ-İ 056709№-li, xx xxxxx 2003-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Rövşən Yusif oğlu ilə Cavabdeh Dilqəm qızı 16 aprel 2003-cü il tarixdə nikah bağlamaqla ailə həyatı qurub evlənmişlər. İşdə olan AZ-İ 314879№-li, xx xxxxx 2003-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyev Yusif Rövşən oğlu 08 yanvar 2003-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, atası Əliyev Rövşən Yusif oğlu, anası Əliyeva Kəmalə Dilqəm qızıdır. İşdə olan AZ-İ 908399№-li, 13 mart 2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əliyeva Günay Rövşən qızı 17 dekabr 2006cı il tarixdə Yevlax şəhərində anadan olmuş, atası Əliyev Rövşən Yusif oğlu, anası Əliyeva Kəmalə Dilqəm qızıdır. İşdə olan Yevlax şəhəri İcra Hakimiyyəti 3 saylı Mənzil-İstismar Sahəsinin 141№li, 11 sentyabr 2018-ci il tarixli arayışından görünür ki, Əliyeva Kəmalə Dilqəm qızı ailə üzvləri ilə birlikdə Yevlax şəhəri H.Əliyev prospekti 56/7-də yaşayır. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikası Mülki Məcəlləsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda göstərilən maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Yevlax şəhəri, Heydər Əliyev prospekti, 56 saylı evin 7 saylı mənzili Yusif Əliyevin xüsusi mülkiyyətində olmuş, sonuncu, xx xxxx 2007-ci il tarixdə öldükdən sonra onun vərəsələrindən qızları İddiaçı1 və İddiaçı2 ərizə ilə notariat kontoruna müraciət etmiş və onlara xx xxxxxxxx 2018-ci il tarixdə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında miras əmlak olan Yevlax şəhəri, Heydər Əliyev prospekti, 56 saylı evin 7 saylı mənzili mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı1, ½ hissədə isə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Yusif Əliyevin oğlu, X18nın əri Rövşən Əliyev xx xxx 2018-ci il tarixdə ölmüşdür. Kəmalə Əliyeva hazırda Rövşən Əliyevlə nikahlarından olan iki yetkinlik yaşına çatmayan övladı ilə həmin mənzildə yaşayır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericiliyin qeyd edilən normalarının tələblərinə görə vərəsə, miras açıldığı vaxtdan üç ay ərzində mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, miras qoyan Yusif Əliyevin ölümündən sonra onun oğlu Rövşən Əliyevin həmin mənzildə yaşamaqla miras əmlakı qəbul etməsini sübut etmək vəzifəsi hazırkı halda Kəmalə Əliyevanın üzərində düşür. X18 həmin dəlilinin təsdiqi olaraq bacısı olan Samirə İbrahimovanın ifadəsindən başqa hər hansı sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi həmin şahidin ifadəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, o, X18nın bacısı olmaqla mübahisənin onun xeyrinə həllində maraqlı olduğundan onun ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Bundan başqa Mənzil İstismar Sahəsinin arayışında Kəmalə Əliyevanın həmin mənzildə yaşadığı qeyd edilsə də, onun ailə üzvləri ilə birgə Yusif Əliyevin ölümündən sonra həmin mənzildə daimi yaşamağı qeyd edilməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi hesab etmişdir ki, Kəmalə Əliyevanın vərəsəlik hüququ haqqında 2V-742 nömrəli xx.xx.2018-ci il tarixli şəhadətnamənin və xx.xx.2018-ci il tarixli DƏDRX-dən RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsinə dair iddiasının təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilmir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddiası ilə bağlı məhkəmə qeyd edir ki, X15 şəhəri, Heydər Əliyev prospekti, 56 saylı evin 7 saylı mənzilindən istifadə hüququnun mövcudluğunu təsdiq edən sübutlar müəyyən edilməlidir. Lakin, mövcud hallarla onun həmin mənzildən istifadə hüququnun yaranması müəyyən edilmir. Belə ki, Kəmalə Əliyeva qayınatası Yusif Əliyevə məxsus həmin mənzildən istifadə hüququnun yaranmasına əsas ola biləcək notarial qaydada təsdiq edilmiş yazılı razılaşmanın mövcud olmasını təsdiq edən sübut təqdim etməmişdir. Eləcə də, Kəmalə Əliyevanın həmin mənzildə daimi yaşamaqla mənzilin sahibi ilə birgə təsərrüfat aparmasını təsdiq edən sübutlar da müəyyən olunmur. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, Kəmalə Əliyevanın iddiası təmin edilməməli, İddiaçı1 və İddiaçı2 iddiaları isə təmin edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsini qət edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehdə göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edirki, birinci instаnsiyа məhkəməsi iddianın qismən təmin edilməsini qət etməklə düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğvi üçün əsаslаr olmаdığındаn cavabdeh X10 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-233/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpelyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyаbilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh X10 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(039)-233/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-55/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-55/2020
10.06.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver