Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-55/2025 21.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Müxbir oğluna, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən edilən özbaşınalıqlara son qoyulması, cavabdehlərə məxsus plastik boruların torpaq sahəsindən götürülməsi və dəymiş mənəvi ziyanın alınması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Sudan istifadə ilə bağlı mübahisə, mənəvi ziyan) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh5 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Müxbir oğluna, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı “mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən edilən özbaşınalıqlara son qoyulması, cavabdehlərə məxsus plastik boruların torpaq sahəsindən götürülməsi və dəymiş mənəvi ziyanın alınması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(025)-19/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Müxbir oğluna, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X12 Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ rayon Nohurqışlaq Bələdiyyəsinə qarşı “mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən edilən özbaşınalıqlara son qoyulması, cavabdehlərə məxsus plastik boruların torpaq sahəsindən götürülməsi və dəymiş mənəvi ziyanın alınması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Qəbələ rayonu, Nohurqışlaq kəndi ərazisindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX №0643479, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən verilmiş torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Müxbir oğlu, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 tərəfindən mülkiyyətinə olunan qanunsuz hərəkətlərə son quyularaq onlara məxsus 50-100 metr uzunluğunda plastik borular özləri tərəfindən ona məxsus torpaq sahəsindən çıxarılması və Cavabdeh1 tərəfindən edilən əsassız şikayətlərə görə dəymiş mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat pulun alınaraq ona İddiaçı1 verilməsi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesrti Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Qəbələ rayonu, Nohurqışlaq kəndindəki 1.49 ha xüsusi mülkiyyət əsasında torpaq sahəsinin 3/2 hissəsi, fərdi yaşayış evi də daxil olmaqla onun İddiaçı1, torpaq sahəsinin 3/1 hissəsində bacısı X2 mülkiyyət hüquqları tanınmış və bu barədə onlara xx.xx.2015-ci il tarixində Seriya RX №0643479, qeydiyyat nömrəsi ********** olan Çıxarış verilmişdir. Hal-hazırda yaşadıqları fərdi yaşayış evi və torpaq sahəsi valideynlərindən miras qalmaqla istifadələrindədir. Həmçinin bildirir ki, torpaq sahələrində 1976-cı il tarixindən istifadəyə verilmiş artezian quyusu istifadəyə verilmiş və hal-hazırda 150-200 ailə həmin artezian suyundan istifadə edirlər. 1996-cı il tarixində aparılan islahat komissiyasının qərarı ilə həmin artezian quyusu valideyinlərinə əmlak payı kimi verilmiş, eyni zamanda həmin tarixdə torpaq islahatı zamanı artezian quyusunun yerləşdiyi torpaq sahəsi valideynlərinin xüsusi mülkiyyətinə verilmişdir. Valideynlərindən miras qalmış torpaq sahəsi və üzərində olan arteziana qulluq göstərmiş, istismara yararlı vəziyyətdə saxlamış, 2007-ci il tarixində 30 tonluq su çəni də qoymuş və dəmir boru xətlərini təmir etmişdir. Hazırda da, artezian quyusunun su mühərriki, sayğacı və digər hissələri işlək vəziyyətdədir və bütün bunları işlək vəziyyətdə saxlamaqdan ötrü xərclər tələb olunur ki, ona görə də hər ay olmaqla istifadəçilərdən müəyyən məbləğdə pul toplayır. Bütün bunlara baxmayaraq bir neçə nəfər kənd sakini əsassız və haqsız olaraq dəfələrlə ondan yuxarı orqanlara Rayon İcra Hakimiyyətinə şikayətlər etmişlər. Hətta ötən ilin axırlarında Cavabdeh1 AR-sı DİN-nin “102” xidmətinə zəng edərək guya onu öldürməklə hədələməyi barədə əsassız şikayət etmişdir. Lakin Qəbələ RPŞ-də araşdırma nəticəsində Cavabdeh1 şikayəti öz təsdiqini tapmamışdır onun qanunsuz hərəkətləri (yersiz təhqirləri, hədə-qorxuları, mülkiyyətində olan torpaq sahəsinə daxil olmaqla etdiyi özbaşınalıqlar və s.) nəticəsində ona maddi və mənəvi olaraq zərər dəymiş, səhhətində pozğunluqlar yaranmış, dəfələrlə həkim müayinəsində olmuş, psixoloji müalicə almışdır. Ona görə də cavabdehin nəlayiq hərəkəti nəticəsində ona mənəvi zərər dəymiş və zərərin məbləğini 1.000 manat dəyərləndirir. Cavabdeh3 tərəfindən su arxının onun torpaq sahəsinə gələn hissəsində qarşısı kəsildiyindən 20 ildən artıqdır ki, torpaq sahələrində olan meyvə ağaclarının, kənd təsərrüfatı bitkilərinin suvarıılması mümkün deyildir və qurayaraq məhv olur. Onlar dəfələrlə onun qanunsuz əməllərinə son qoyulmasını, ümümi istifadədə olan su arxının qarşısında olan müneənin götürülməsinin tələb etsələr də o bundan imtina etdiyindən görülən tədbirlərin nəticəsi olmamışdır. Bu barədə Kənd bələdiyyəsinə və icra nümayəndəsinə, Qəbələ Rayon İcra Hakimiyyətinə və s. müvafiq idarələrə müraciət olunmuş, onlar tərəfindən verilən cavablarda müraciətin mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüquqlarının olduğu bildirilmişdir. Həmçinin, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 əsassız olaraq Rayon İcra Hakimiyyətinə şikayət etmiş və cavabdehlər mülkiyyətində olan torpaq sahəsində özbaşına hərəkətlərə yol verməklə onun razılığı olmadan torpaq sahəsindən 50-100 metr uzunluğunda plastik boru vasitəsilə su xətti çəkmişlər. Dəfələrlə cavabdehlərə mülkiyyətində olan torpaq sahəsində özbaşına hərəkətlərə son qoyulmasını nəzərlərinə çatdıraraq xəbərdarlıq etməsinə baxmayaraq heç bir nəticə əldə edə bilməmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında İddiaçı1 iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Məhkəmə iclasında İddiaçı2 iddia tələblərini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Məhkəmə iclasında İddiaçı1 vəkili Vəkil iddia tələblərini müdafiə edərək, məhkəmədən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında Cavabdeh1 iddia tələblərini qəbul etməyərək, bildirmişdir ki, İddiaçı1 bir dəfə polisə şikayət etmişdir. Polisin araşdırması nəticəsində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bununla bağlı hesab edir ki, heç bir qanunsuz hərəkət etməmiş, hüquq–mühafizə orqanlarına müraciət və ya şikayət etmək hər bir vətəndaşın hüququdur. İddiaçı1 isə 1978-ci ildən qazılmış su quyusundan istifadə etməyə maneçilik yaradır. Hər ay ona özü və digər kənd sakinləri pul versələr də, yenə də könlü istədikdə suyu kəsir və ya istifadə etməkdən şərait yaradır. Nurəddinin bu hərəkətləri kənd sakinləri arasında böyük narazılıqlara səbəb olur. Şəxsən özü Nurəddinə heç bir mənəvi ziyan vurulmamış, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Sonda isə məhkəmədən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Məhkəmə iclasında cavabdehlər Cavabdeh6, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh7 iddia tələblərini qəbul etməmiş, Cavabdeh1 izahatına uyğun izahat verərək, məhkəmədən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
8. Cavabdehlər Cavabdeh3, Cavabdeh4 Müxbir oğluna, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X12 Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ rayon Nohurqışlaq Bələdiyyəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
9. Qəbələ Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(025)-19/2024 nömrəli qətnaməsi ilə (hakim E.İsayev), iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Müxbir oğluna, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X12 Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ rayon Nohurqışlaq Bələdiyyəsinə qarşı “mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən edilən özbaşınalıqlara son qoyulması, cavabdehlərə məxsus plastik boruların torpaq sahəsindən götürülməsi və dəymiş mənəvi ziyanın alınması” tələbinə dair iddiasının təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manatın iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş **********92-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 1.49 ha torpaq sahəsi üzərində İddiaçı1 fərdi ev tam, torpaq 2/3 hissə və X2 torpaq 1/3 hissə üzrə mülkiyyət hüquqları vardır. Həmin Çıxarışa əsasən İddiaçı2 mülkiyyət hüququ qeydə alınmamışdır. Hazırda iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyətinə olunan qanunsuz hərəkətlərə son quyulmasını, 50-100 metr uzunluğunda plastik boruların ona məxsus torpaq sahəsindən çıxarılmasını və Cavabdeh1 tərəfindən edilən əsassız şikayətlərə görə dəymiş mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat pulun alınaraq İddiaçı1 verilməsini tələb edir. Cavabdehlər isə mübahisəli torpaq sahəsinə qanunsuz olaraq hərəkət etmədiklərini, iddiaçılara hər hansı bir mənəvi zərərin yetirmədiyini bildirmişlər.
11. Bundan başqa, məhkəmə müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsində yerləşən 20/46 №-li subartezian quyusu 1978-ci ildə qazılmış və hal-hazıradək dövlət balansında - X10 İdarəsinin balansındadır. Həmin quyudan çıxan sudan quyu qazılan gündən (torpaq sahəsi kolxozun mülkiyyətində olan vaxtından) həm cavabdehlər, həmdə bütün kənd əhalisi istifadə edir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
12. Məhkəmə iddianın “cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Müxbir oğlu, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 tərəfindən mülkiyyətinə olunan qanunsuz hərəkətlərə son quyularaq, 50-100 metr uzunluğunda plastik borular özləri tərəfindən ona məxsus torpaq sahəsindən çıxarılmasının” tələb edilməsi hissəsinə qiymət verərək hesab etmişdir ki, iddiaçılar irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və bununla bağlı əsaslı sübut növü məhkəməyə təqdim etməmişlər.
13. Məhkəmə qeyd etmişdir ki, işin faktiki hallarından təsdiq olundu ki, mübahisəli torpaq sahəsi İddiaçı1 və X2 paylı mülkiyyətindədir. Mülki işin materiallarında İddiaçı2 mübahisəli torpaq sahəsinə dair hər hansı bir hüququnun olmasını təsdiq edən sənəd yoxdur.
14. Məhkəmə hesab etmişdir ki, İddiaçı2 onun üçün heç bir hüquqi nəticə yaratmayan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və deməli, onun maraqlarının məhkəmə qaydasında müdafiəsi tələb olunmur. Şəxsin öz hüquqlarının müdafiəsinə yönəlməmiş tələblə məhkəməyə müraciət etməsi cavabdehin əmlakından istifadə hüququnun pozulmasına dəlalət edir (Mülki Məcəllənin 158.1.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.4-cü maddəsinə əsasən isə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
15. Məhkəmə qeyd etmişdir ki, İddiaçı2 irəli sürdüyü tələblərin əsasını sübuta yetirə bilməmiş və, ümumiyyətlə, onun hazırki iş üzrə bu cür iddia tələbi ilə müraciət etmək hüququna malik şəxs olmasını təsdiq edən sübut yoxdur.
16. Məhkəmə iddianın “Cavabdeh1 tərəfindən edilən əsassız şikayətlərə görə dəymiş mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat pul tələb edilməsi hissəsinə qiymət verərək hesab etmişdir ki, iddiaçılar Cavabdeh1 tərəfindən onların qeyrimaddi nemətlərə aid mənəvi sarsıntı və iztirabla nəticələnən zərərin vurulmasını təsdiq edən hərhansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Ona görə iddia ərizəsi bu hissədə də təmin edilməməlidir.
17. Məhkəmə hesab etmişdir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Müxbir oğluna, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X12 Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə və Qəbələ rayon Nohurqışlaq Bələdiyyəsinə qarşı “mülkiyyətində olan torpaq sahəsində cavabdehlər tərəfindən edilən özbaşınalıqlara son qoyulması, cavabdehlərə məxsus plastik boruların torpaq sahəsindən götürülməsi və dəymiş mənəvi ziyanın alınması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.
18. Məhkəmə qeyd etmişdir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı1 aid edilməli, ekspertiza tədqiqatının dəyəri olan 50 manat iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməlidir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 152.1, 157.1, 157.2, 157.4, 157.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 saylı qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 88, 106.1, 107, 119.1, 217.1, 217.5, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
20. Qətnamədən narazı qalan İddiaçı1 apellyasiya şikayəti vermişdir.
21. İddiaçı1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(025)-19/2024 nömrəli qətnaməsi qanunsuz və əsassızdır.
22. Belə ki, iddia ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesrti Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Qəbələ rayonu, Nohurqışlaq kəndindəki 1.49 ha xüsusi mülkiyyət əsasında torpaq sahəsinin 3/2 hissəsi, fərdi yaşayış evi də daxil olmaqla onun İddiaçı1, torpaq sahəsinin 3/1 hissəsində bacısı X2 mülkiyyət hüquqları tanınmış və bu barədə onlara xx.xx.2015-ci il tarixində Seriya RX № 0643479, qeydiyyat nömrəsi ********** olan Çıxarış verilmişdir. Hal-hazırda yaşadığı fərdi yaşayış evi və torpaq sahəsi valideynlərindən miras qalmaqla istifadəsindədir. Həmçinin bildirir ki, torpaq sahəsində 1976-cı il tarixindən istifadəyə verilmiş artezian quyusu var və hal-hazırda 150-200 ailə həmin artezian suyundan istifadə edirlər. 1996-cı il tarixində aparılan islahat komissiyasının qərarı ilə həmin artezian quyusuna aid (su çəni və başqa avadanlıqlar) əmlak payı kimi verilmiş, eyni zamanda həmin tarixdə torpaq islahatı zamanı artezian quyusunun yerləşdiyi torpaq sahəsi valideynlərinin xüsusi mülkiyyətinə verilmişdir. Valideynlərindən miras qalmış torpaq sahəsi və üzərində olan arteziana qulluq göstərmiş, istismara yararlı vəziyyətdə saxlamışdır, 2007-ci il tarixində 30 tonluq su çəni də qoymuş və dəmir boru xətlərini təmir etmişdir. Hazırda da, artezian quyusunun su mühərriki, sayğacı və digər hissələri işlək vəziyyətdədir və bütün bunları işlək vəziyyətdə saxlamaqdan ötrü xərclər tələb olunur ki, ona görə də hər ay olmaqla istifadəçilərdən müəyyən məbləğdə pul toplanılır. Bütün bunlara baxmayaraq bir neçə nəfər kənd sakini əsassız və haqsız olaraq dəfələrlə ondan yuxarı orqanlara və Rayon İcra Hakimiyyətinə şikayətlər etmişlər. Hətta ötən ilin axırlarında Cavabdeh1 AR-sı DİN-nin “102” xidmətinə zəng edərək guya onu öldürməklə hədələməyi barədə əsassız şikayət etmişdir. Lakin Qəbələ RPŞ-də araşdırması nəticəsində Cavabdeh1 şikayəti öz təsdiqini tapmamışdır. Onun qanunsuz hərəkətləri (yersiz təhqirləri, hədə-qorxuları, mülkiyyətində olan torpaq sahəsinə daxil olmaqla etdiyi özbaşınalıqlar və s.) nəticəsində ona maddi və mənəvi zərər dəymiş, səhhətində pozğunluqlar yaranmış, dəfələrlə həkim müayinəsində olmuş, psixoloji müalicə almışdır. Ona görə də cavabdehin nəlayiq hərəkəti nəticəsində ona mənəvi zərər dəymiş vəzərərin məbləğini 1.000 manat dəyərləndirir. Cavabdeh3 tərəfindən su arxının onun torpaq sahəsinə gələn hissəsində qarşısı kəsildiyindən 20 ildən artıqdır ki, torpaq sahəsində olan meyvə ağaclarının, kənd təsərrüfatı bitkilərinin suvarıılması mümkün deyildir və qurayaraq məhv olur. O, dəfələrlə onun qanunsuz əməllərinə son qoyulmasını, ümümi istifadədə olan su arxının qarşısında olan maneənin götürülməsini tələb etsə də o bundan imtina etdiyindən görülən tədbirlərin nəticəsi olmamışdır. Bu barədə Kənd bələdiyyəsinə və icra nümayəndəsinə, Qəbələ Rayon İcra Hakimiyyətinə və s. müvafiq idarələrə müraciət olunmuş, onlar tərəfindən verilən cavablarda müraciətin mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüquqlarının olduğu bildirilmişdir. Həmçinin, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 əsassız olaraq Rayon İcra Hakimiyyətinə şikayət etmiş və cavabdehlər mülkiyyətində olan torpaq sahəsində özbaşına hərəkətlərə yol verməklə onun razılığı olmadan torpaq sahəsindən 50-100 metr uzunluğunda plastik boru vasitəsilə su xətti çəkmişlər. Dəfələrlə cavabdehlərə mülkiyyətində olan torpaq sahəsində özbaşına hərəkətlərə son qoyulmasını nəzərlərinə çatdıraraq xəbərdarlıq etməyinə baxmayaraq heç bir nəticə əldə edə bilməmişdir.
23. Əlavə olaraq da bildirir ki, cavabdehlər mülkiyyətində olan torpaq sahəsində olan dəmir tor hasarı yarasız hala salmışlar, pərakəndə formada su artezian quyusundan plastmas borularla su çəkməklə mülkiyyətində olan torpaq sahəsindən istifadəni qeyrimümkün etmişlər. O, cavabdehlərin su artezian quyusundan istifadə etmələrinin eleyhinə deyildir, lakin onun tələbi ondan ibarətdir ki, mülkiyyətində özbaşına hərəkətlərə yol verərək torpaq sahəsini korlamasınlar, boru xətlərini səliqəli və yığcam formada mülkiyyətindəki torpaq sahəsinin bir hisəsindən keçirsinlər. Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş su artezian quyusundan 200-ə yaxın kənd sakini istifadə edir və cavabdehlərdən başqa digər heç bir kənd sakini mülkiyyətinə ziyan vurmur, özbaşına hərəkətlərə yol vermirlər. Cavabdehlər isə qəsdən su artezian quyusundan istifadə adı ilə onun icazəsi və razılığı olmadan mülkiyyətində olan torpaq sahəsinə daxil olmaqla ziyan vururlar və torpaq sahəsini korlayaraq yarasız hala salırlar, hasarı isə dağıtmaqla uçururlar. Ona görə də onların bu kimi özbaşına hərəkətlərinə son qoyulmalı və mülkiyyətinə edilən hər hansı müdaxilələrin qarşısı alınmalıdır.
24. Belə ki, məhkəmə iddia ərizəsinə baxaraq mütəxəssis və ekspert rəyinin alınması üçün ekspertizalar təyin etmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz ƏmlakınDövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 29 avqust 2023-cü il tarixli, 3-21-3- 42/2-4082/2023 saylı mütəxəssis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7748 saylı ekspert rəyində qeyd olunmuşdur ki, 06 iyun 2023-cü il tarixdə Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən əraziyə baxış keçirmiş və GPS aləti vasitəsi ilə ölçü işləri aparmışlar. Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********92 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən verilmiş Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 1,49 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. Mübahisə predmeti olan artezian su quyusu **********92 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,49 hektar torpaq sahəsində yerləşir. Həmin artezian su quyusundan çəkilən plastik boruları **********92 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,49 hektar torpaq sahəsininn üzərindən çəkilmişdir.
25. Lakin məhəkəmə tərəfindən mütəxəssis və ekspert rəyi hər hansı əsaslandırma aparılmadan qəbul edilməmiş, hətta rəylərdə iddia tələbində qeyd olunanlar hallar öz əksini tapmış, yəni rəylər iddia tələbinin ziddinə olmamışdır. Buna baxmayaraq məhkəmə tərəfindən ekspertiza tədqiqatının dəyəri olan 50 manat iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş hesaba köçürülməsi də başa düşülən deyildir.
26. İddiaçı kimi o, məhkəməyə kifayət qədər əsaslı sübutlar təqdim etmişdir, lakin məhkəmə tərəfindən həmin subutlar hər hansı səbəb göstərilmədən nəzərə alınmamışdır. Ona görə də mülki iş obyektiv araşdırılmamış və nəticədə Qəbələ Rayon Məhkəməsi tərəfindən qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Qəbələ Rayon Məhkəməsi iddia tələbinin təmin etməməklə hər hansı sübuta istinad etməmişdir. Halbuki iddia əsaslı olduğundan təmin edilməsi üçün kifayət qədər sübutlar (sənədlər, rəylər vəs.) məhkəməyə təqdim olunmuşdur.
27. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(025)- 19/2024 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Cavabdehlərdən Cavabdeh3 nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə qarşı yazılı etirazında apellyasiya şikayətinin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının əvvəlki, 04 iyun 2024-cü il tarixdə keçirilmiş iclasında iştirak etmiş İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Məhkəmə kollegiyasının əvvəlki, 04 iyun 2024-cü il tarixdə keçirilmiş iclasında iştirak etmiş Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(025)-19/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
31. Məhkəmə kollegiyasının əvvəlki, 04 iyun 2024-cü il tarixdə keçirilmiş iclasında iştirak etmiş Cavabdeh6 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(025)-19/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(025)-19/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında hazırda İddiaçı1 mülkiyyətində olan torpaq sahəsində yerləşən arteziandan digər kənd sakinləri kimi 30 ildən də artıq müddətdir ki, su borusu vasitəsi ilə həyətinə içməli su apardığını, iddiaçıya öz mülkiyyətində olan torpaq sahəsindən istifadədə heç bir maneçilik yaratmadığını, iddiaçının həyətinə kəndin su arxı ilə suyun aparılmasına onun tərəfindən heç bir maneçiliyin yaradılmadığını göstərmişdir.
33. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(025)-19/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında hazırda İddiaçı1 mülkiyyətində olan torpaq sahəsində yerləşən arteziandan digər kənd sakinləri kimi 30 ildən də artıq müddətdir ki, su borusu vasitəsi ilə həyətinə içməli su apardığını, iddiaçıya öz mülkiyyətində olan torpaq sahəsindən istifadədə heç bir maneçilik yaratmadığını göstərmişdir.
34. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh5 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(025)-19/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında hazırda İddiaçı1 mülkiyyətində olan torpaq sahəsində yerləşən arteziandan digər kənd sakinləri kimi 30 ildən də artıq müddətdir ki, su borusu vasitəsi ilə həyətinə içməli su apardığını, iddiaçıya öz mülkiyyətində olan torpaq sahəsindən istifadədə heç bir maneçilik yaratmadığını göstərmişdir.
35. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2, iddiaçının vəkili Vəkil, cavabdehlər Cavabdeh2, Cavabdeh4 Müxbir oğluna, Cavabdeh6, Cavabdeh7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Kadastrı və X12 Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin, Qəbələ rayon Nohurqışlaq Bələdiyyəsinin, X10 İdarəsinin nümayəndələri, Məmmədova (Əhmədova) Kəbilə Nüsrəddin qızı kollegiyanın iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə görə hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 169.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. 171.1-ci maddəsinə görə yorpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə hesab edilir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarına əsasən şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
39. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 3 və 7-ci bəndlərində göstərilmişdir ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 5-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, başqası haqqında yalan məlumat yayan şəxsin hərəkətində cinayətin əlamətləri olduqda (təhqir, böhtan) zərərçəkən şəxslər onun cinayət məsuliyyətinə cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edə, həm də yalan məlumatın təkzib edilməsi haqqında iddia qaldıra bilərlər. Həmin Qərarın 12-ci bəndində göstərilmişdir ki, şərəf və ləyaqətin müdafiəsi haqqında iddia təmin edildikdə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 200-cü maddəsinə müvafiq olaraq qətnamənin qərar hissəsində həqaqi məlumatın nədən ibarət olmasını, hansı məlumatın təkzib edildiyini, məlumatın təkzib edilmə üsulunu (kütləvi informasiya vasitəsində məlumat vermək, həqiqətə uyğun olmayan sənədi dəyişmək, ictimaiyyət qarşısında üzr istəmək və s.) və qaydasını, zəruri olan hallarda isə təkzibin mətnini, qətnamənin icra müddətini göstərməlidir. Həqiqətə uyğun olmayan məlumatın təkzib edilməsi üsulu həmin məlumatların yayılması üsuluna uyğun olmalıdır.
40. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi kimi başa düşülməlidir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirməsi, fəal ictimai həyat tərzindən mərhum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqların müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan mərhum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.
41. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanunu: 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. 1.2-ci maddəsinə əsasən vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır.
42. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
43. “X4rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
Apellyasiya baxışının hədləri
44. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
46. İddiaçı1 Qəbələ Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(025)- 19/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, İddiaçı2 iddiasının rədd edilmiş və sonuncu tərəfindən mübahisələndirilməmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını İddiaçı1 iddiasının rədd edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin İddiaçı1 iddiasının rədd edilmiş hissəsində ləğv olunması üçün əsas yoxdur.
48. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
49. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 01 may 2015-ci il tarixdə verilmiş **********92-10301 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən 1.49 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi və həmin torpaq sahəsinin 2/3 hissəsi İddiaçı1, torpaq sahəsinin 1/3 hissəsi isə X2 mülkiyyətindədir. 1.49 ha torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evinin iddiaçının adına rəsmiləşdirilməsindən daha əvvəldən, yəni 1978-ci ildə həmin torpaq sahəsində 20/46 №-li subartezian quyusu qazılmışdır. Həmin subartezian quyusu X10 İdarəsinin balansındadır. Qazıldıqdan sonra subartezian quyusundan çıxan sudan istifadə edilir. Həmçinin cavabdehlər də uzun müddətdir ki, həmin subartezian quyusuna qoşulmuş plastik borular vasitəsi ilə sudan istifadə etməkdədirlər. İddiaçı1 Cavabdeh1 AR-sı DİN-nin “102” xidmətinə zəng edərək guya onu öldürməklə hədələməyi barədə əsassız şikayət etməsi nəticəsində ona 1000 manat məbləğində mənəvi zərər dəydiyini, Cavabdeh3 tərəfindən su arxının onun torpaq sahəsinə gələn hissəsində qarşısı kəsildiyindən 20 ildən artıqdır ki, torpaq sahələrində olan meyvə ağaclarının, kənd təsərrüfatı bitkilərinin suvarıılmasının mümkün olmadığını, qurayaraq məhv olduğunu, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 əsassız olaraq Rayon İcra Hakimiyyətinə şikayət etmələrini, cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində özbaşına hərəkətlərə yol verməklə onun razılığı olmadan torpaq sahəsindən 50-100 metr uzunluğunda plastik boru vasitəsilə su xətti çəkdiklərini əsas gətirərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər tərəfindən isə iddia tələbi qəbul edilməmişdir.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, İddiaçı1 apellyasiya şikayəti əsassızdır.
51. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh1 AR-sı DİN-nin “102” xidmətinə zəng edərək guya onu öldürməklə hədələməyi barədə əsassız şikayət etməsi, onun qanunsuz hərəkətləri nəticəsində ona 1.000 manat mənəvi zərər dəyməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 1-ci bəndinə görə hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, və dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.
52. Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndinə görə bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün, konfidensial şəkildə əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmi tələblərə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.
53. Avropa İnsan Hüquqları Konvensiyasının 14-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya hər hansı digər əlamətlərə görə ayrı seçkilik olmadan təmin olunmalıdır.
54. Cavabdeh1 İddiaçı1 barəsində hüquq mühafizə orqanı olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etməsi onun dövlət orqanına müraciət etmək, habelə söz və fikir azadlığı hüquqlarının ifadəsi olmaqla yanaşı, məsələ İddiaçı1 şərəf və ləyaqətinin, işgüzar nüfuzunun qorunması hüququ baxımından da təhlil edilməli, Cavabdeh1 qeyd olunan hüquqlarından qanunla müəyyən edilmiş hədlər çərçivəsində istifadə edib-etmədiyinə, İddiaçı1 hüquqlarına müdaxilənin qanuna zidd və mütənasib olub-olmadığına, İddiaçı1 həmin əməldən zərər çəkib-çəkmədiyinə hüquqi qiymət verilməlidir.
55. Ali Məhkəmənin Plenumu “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarında vurğulanmışdır ki, əgər məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir.
56. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, şəxsin dövlət orqanına müraciət etmək hüququndan, o cümlədən söz və fikir azadlığından öz qənaətinə görə haqlı bir mənafe çərçivəsində, başqasını açıq-aşkar ləkələmək niyyəti olmadan istifadə etməsi Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan “hüquqa zidd”lik əlamətini aradan qaldıran hal kimi qiymətləndirilə bilər. Başqa sözlə, şəxs bu azadlığından qanunvericiyə uyğun qaydada özünün pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti orqana müraciət edirsə belə hərəkət hüquqa uyğun sayılmaqla mülki-hüquq pozuntusu təşkil etmir.
57. Oxşar mübahisələrin qanuni həlli müvafiq məlumatları dövlət orqanına ünvanlamış şəxsin məqsədi, belə müraciətin onun hansı qanuni mənafeyini təmin etmək üçün zəruri olması, müraciətlə əldə etmək istədiyi hüquqi nəticə, məlumatları yaymış şəxsin onların həqiqətə uyğun olduğunu sübuta yetirməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər hallara hüquqi qiymət verilməsini tələb edir. Bu baxımdan hazırkı işdə Cavabdeh1 sözügedən müraciətindəki məlumatların məzmununun, İddiaçı1 şərəf və ləyaqəti ləkələyən olub-olmamasının aydınlaşdırılması əhəmiyyətlidir.
58. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə etdiyi müraciətdə İddiaçı1 barəsində sonuncunun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyəcək söz və ifadələrdən istifadə olunması görünmür. Əksinə dövlət orqanlarına müraciət vətəndaşın Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş hüququdur.
59. Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz.
60. Dövlət orqanlarına müraciət və müraciətdə qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlər görülməsini tələb etmək hüququ, həmçinin «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikasının Qanununda da öz əksini tapmışdır. Belə ki, «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən, vətəndaşlar müraciət etmək hüququnu sərbəst və könüllü həyata keçirirlər. Vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır. Həmin Qanunun 1.3-cü maddəsinə əsasən, irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, mənşəyinə, əmlak vəziyyətinə, qulluq mövqeyinə, əqidəsinə, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətinə görə şəxsin müraciət etmək hüququnu məhdudlaşdırmaq qadağandır.
61. Cavabdeh1 hüquq mühafizə orqanı olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müracətində İddiaçı1 barəsində araşdırılmasını tələb etdiyi məlumatları göstərmişdir. Bu hala görə isə Cavabdeh1 mülki-hüquqi məsuliyyətinə cəlb edilməsi şübhəsiz ki, onun öz fikrini ifadə etmək azadlığına qeyri-adekvat və demokratik cəmiyyətdə zəruri olmayan müdaxiləyə gətirib çıxarardı ki, bu da yolverilməzdir. Məhkəmə kollegiyası nəzərə çatdırır ki, Cavabdeh1 hüquq mühafizə orqanına müraciət etməklə İddiaçı1 barəsində müvafiq tədbirin görülməsini xahiş etməsinə görə hər hansı formada hüquqi məsuliyyətə cəlb olunması Azərbaycan Respublikası Konstitusiyasının 47-ci və Avropa Konvensiyasının 10-cu maddəsində müəyyən edilmiş fikir və söz azadlğına qeyri-adekvat bir müdaxilə üçün zəmin yaradır. Sübuta ehtiyac yoxdur ki, Cavabdeh1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə şəxsən müraciətində göstərdiyi və araşdırmasını tələb etdiyi məlumatlarda ifadə etdiyi fikrindən daşındırmağa məcbur edilməsi söz və fikri ifadə etmək azadlığına qeyri-adekvat və əsassız bir müdaxilə olardı, bu da demokratik cəmiyyətdə zəruri deyildir.
62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh3 tərəfindən su arxının onun torpaq sahəsinə gələn hissəsində qarşısının kəsilməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, mülki işin obyektiv, hərtərəfli və tam araşdırılması məqsədilə məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
63. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/9201 nömrəli ekspert rəyində göstərilmişdir ki, mülki iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur:
64. **********92-10301 reyestr nömrəli çıxarış ilə İddiaçı1 və ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 1,49 ha torpaq sahəsi Qəbələ rayon Nohurqışlaq kənd inzibati ərazi vahidliyinin sərhədləri daxilində yaşayış məntəqələri torpaqları, uqodiyası həyətyanıdır. Sözügedən torpaq sahəsinə, Nohurqışlaq kəndi ərazisində aparılmış torpaq ishatına dair yerquruluşu xəritəsinə (DWG) əsasən su arxı nəzərdə tutulmamışdır. X5 X7 (TEKUİS) əsasən sözügedən torpaq sahəsinə su arxı qeyd edilməmişdir.
65. Faktiki naturada ölçülmüş təsərrüfat daxili su arxı 0,0146 hektar olmaqla Qəbələ rayon Nohurqışlaq kənd inzibati ərazi vahidliyinin sərhədləri daxilində yerləşir.
66. Faktiki naturada ölçülmüş təsərrüfat daxili su arxının bir hissəsi Cavabdeh3 məxsus həyətyanı torpaq sahəsindən keçir. İddia olunan təsərrüfat daxili su arxı Cavabdeh3 məxsus həyətyanı torpaq sahəsindən sonra kənd daxili yol kənarı ilə davam edir.
67. Mülki iş materiallarında olan Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin müvafiq mütəxəssis rəyində qərardadın 4-cü sualına münasibət bildirilmədiyindən həmin sualın cavablandırılması mümkün olmamışdır.
68. Kollegiya qeyd edir ki, İddiaçı1 mülkiyyətində olan torpaq sahəsində suvarma işlərinin aparılması üçün su arxının qarşısının Cavabdeh3 tərəfindən kəsilməsinə dair göstərdikləri Cavabdeh3 tərəfindən qəbul edilməməklə yanaşı, ekspertiza tədqiqatı və ekspertiza tədqiqatında istifadə edilmiş mütəxəssisin araşdırması, mütəxəssis rəyinə əlavə edilmiş mübahisəli ərazinin yerquruluşu planından su arxının Cavabdeh3 məxsus həyətyanı torpaq sahəsindən keçərək davam etməsi və İddiaçı1 su arxının Cavabdeh3 məxsus həyətyanı torpaq sahəsindən keçib davam edən hissəsindən istifadə etmək imkanının olması müəyyən edilmişdir.
69. Kollegiya həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
70. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
71. Göründüyü kimi qanunvericilik mübahisənin həllində mötəbər sübut qismində ekspertin rəyinə istinad edilmə imkanlarını nəzərdə tutmaqla yanaşı məhkəmə tikinti texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 10/9201 nömrəli ekspert rəyinə tənqidi yanaşılması üçün əsaslar müəyyən edilməmişdir.
72. Kollegiya qeyd edir ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/9201 nömrəli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və İddiaçı1 tərəfindən ekspertiza rəyində qeyd edilənləri təkzib edə biləcək digər bir dəlil təqdim edilməmişdir.
73. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində özbaşına hərəkətlərə yol verməklə onun razılığı olmadan torpaq sahəsindən 50-100 metr uzunluğunda plastik boru vasitəsilə su xətti çəkmələri, cavabdehlərin mülkiyyətində olan torpaq sahəsində olan dəmir tor hasarı yarasız hala salmaları, mülkiyyətində olan torpaq sahəsindən istifadəni qeyri-mümkün etmələri, cavabdehlərin qəsdən onun icazəsi və razılığı olmadan mülkiyyətində olan torpaq sahəsinə daxil olmaqla ziyan vurmaları, torpaq sahəsini korlayaraq yarasız hala salmalarına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, əvvəla İddiaçı1 apellyasiya şikayətində cavabdehlərin su artezian quyusundan istifadə etmələrinin eleyhinə olmadığını göstərmişdir.
74. Bundan başqa iş materiallarından artezian quyusunun müvafiq torpaq sahəsinin İddiaçı1 mülkiyyətinə rəsmiləşdirilməsindən daha əvvəldən həmin ərazidə mövcud olmaqla, cavabdeh tərəfin həmin su quyusundan çıxan sudan istifadə etmələri, beləliklə İddiaçı1 tərəfindən mülkiyyətində olan torpaq sahəsinin yüklü şəkildə əldə edilməsi, sonuncu tərəfindən torpaq sahəsi əldə edilərkən həmin arteziana, oradan çəkilən borular vasitəsi ilə cavabdeh tərəfin sudan istifadəsinə etirazının olmadığı müəyyən edilmişdir.
75. Həmçinin İddiaçı1 tərəfindən arteziandan istifadə adı altında cavabdehlər tərəfindən onun hasarının, torpaq sahəsinin yararsız hala salınması, bununla bağlı cavabdehlərin hər hansı bir maddi ziyan ödəməli olmaları, cavabdehlərin məhz bununla bağlı qanunsuz hərəkətlərinə son qoyulmalı olmasına dair dəqiq bir iddia tələbi irəli sürülməməklə yanaşı, qeyd etdiklərini təsdiq edə biləcək hər hansı bir sübut da təqdim edilməmişdir.
76. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «İddiaçı2 şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
78. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
79. Məhkəmə kollegiyası apellyasiya şikayətinin rəylər iddia tələbinin ziddinə olmamasına baxmayaraq, məhkəmə tərəfindən ekspertiza tədqiqatının dəyəri olan 50 manatın iddiaçıdan tutulmasının başa düşülən olmamasına dair dəlilinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, birinci instansiya məhkəməsi ekspertiza xərcinin İddiaçı1 tutulmalı olması nəticəsinə gələrkən doğru mövqedən çıxış etmişdir.
80. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə mübahisələndirilən hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
81. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(025)-19/2024 nömrəli qətnaməsi İddiaçı1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.