Məhkəmə qərarları › İş №2(107)-552/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-552/2022

02.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-552/2022 02.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi üçüncü şəxslər X16, X24, X17, X3, X11, X2 və maraqlı şəxs Qəbələ regional "Asan Xidmət" mərkəzinin Notariat Kontoruna qarşı "mirasın qəbul edilməsi faktının müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi faktı) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X15, Ərizəçi, Maraqlı şəxs7 (həmçinin Maraqlı şəxs2 Misakovic, Maraqlı şəxs4 və Maraqlı şəxs5 nümayəndəsi) iştirakı ilə Ərizəçi üçüncü şəxslər X16, X24, X17, X3, X11, X2 və maraqlı şəxs Qəbələ regional "Asan Xidmət" mərkəzinin Notariat Kontoruna qarşı "mirasın qəbul edilməsi faktının müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(025)-1210/2019 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxslər Maraqlı şəxs2 Mikasoviç, Maraqlı şəxs3 (Maraqlı şəxs6 və Maraqlı şəxs8 etibarnamə üzrə nümayəndəsi) və Maraqlı şəxs7 (həmçinin Maraqlı şəxs2 Misakovic, Maraqlı şəxs4 və Maraqlı şəxs5 nümayəndəsi) etibarnamə üzrə nümayəndələri (eyni zamanda Maraqlı şəxs7 vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Mənzil Kommunal-Təsərrüfat Nazirliyi üzrə Qutqaşen rayon şöbəsinin 1990-cı ilin fevral ayında tərtib etdiyi 946 inventar nömrəli «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu»ndan görünür ki, Qəbələ rayonu Nic qəsəbəsində X18 adına 1500,0 ha torpaq sahəsi, Liter Abünövrəsi çay daşından, divarları soman kərpicdən hörülmüş, bir mərtəbəli, iki otaqlı, ümumi və yaşayış sahəsi 50,4 kv.m olan fərdi yaşayış evi qeydə alınmışdır. Texniki pasportda M 1: 500 miqyasda (ölçüdə) torpaq sahəsinin, M 1:100 miqyasda (ölçüdə) tikilinin planı göstərilmişdir. Texniki pasportun «tikili və qurğuların təsviri» hissəsində evin, çəkilmiş hasarın, torpaq sahəsində yerləşən tövlənin, dəmir qapının ölçüləri, həcmi, ilkin qiyməti və s. qeyd olunmuşdur.

2. Qəbələ rayon İHB-nın Nic qəsəbə İnzibati Ərazi Dairə üzrə nümayəndəliyinin 29 may 2019-cu il tarixli 546 nömrəli arayışında X18 adına qəsəbədə təsərrüfat kitabının 71 nömrəli səhifəsində 0,15 ha həyətyanı torpaq sahəsi, onun tərəfindən 1965-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 72 kv.m, yaşayış sahəsi 44 kv.m, divar materialı soman kərpic, dam örtüyü şiferdən ibarət olan fərdi yaşayış evinin, yardımçı təsərrüfat tikililəri tövlə və təndirxanınan olduğu qeyd edilmişdir.

3. Qəbəiə rayon İH-nin Nic qəsəbə İnzibati Ərazi üzrə Dairə nümayəndəliyinin Ərizəçi verdiyi 29 iyul 2019-cu il tarixli 711 nömrəli arayışında onun atası X28 vəfat etdikdən sonra anası və bacılarının Rusiya Federasiyasına köçdükləri, hal-hazırda orada yaşadıqları göstərilmişdir.

4. Qəbələ Regional «Asan Xidmət» mərkəzində notariat ofisinin notariusu Saday Osmanlının 31 iyul 2019-cu il tarixdə Ərizəçi ünvanladığı 20 avqust 2019-cu il tarixdə ofisə daxil olmuş ərizəyə 846 saylı cavab məktubunda X19 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün tərəflərin notariat ofisinə lazımi sənədləri təqdim etmələri və bundan sonra onlara vərəsəlik şəhadətnaməsinin verilməsinin mümkün olacağı, lakin tərəflər notariat ofisinə lazımi sənədləri təqdim etmədikləri və notariat ofisinə gəlməkdən imtina etdikləri qeyd olunmuşdur.

5. Qəbələ rayon İHB-nın Nic qəsəbə İnzibati Ərazi üzrə Dairə nümayəndəliyinin Ərizəçi verdiyi 16 yanvar 2019-cu il tarixli 83 nömrəli arayışında onun mərhum atası X19 xx.xx.2015-ci il tarixdə Rusiya Federasiyasının Rostov vilayətinin Niklinovka şəhərində vəfat edən zaman arvadı X4, Ərizəçi, X25, X29, X12, X30 və X20 vərəsə olaraq qaldıqları, mərhumun 1991-ci ilədək ailəsi ilə birlikdə Qəbələ rayonu Nic qəsəbəsindəki özünə məxsus fərdi yaşayış evində yaşadığı, mərhumun başqa vərəsələrinin olmadığı göstərilmişdir.

6. Noembryansk ərazi VVAQ şöbəsinin xx.xx.2015-ci il tarixdə verdiyi, AB-217653 nömrəli «ölüm haqqında şəhadətnamə»nin təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1942-ci ildə anadan olmuş X28 xx.xx.2015-ci il tarixdə «kəskin qaraciyər və böyrək çatışmamazlığın»dan Rusiya Federasiyasının Rostov vilayətinin Neklinovka şəhərində vəfat etmişdir.

7. Rusiya Federasiyasının Xantı-Mansiysk muxtar dairəsi - Yuqra Uray şəhər notariat dairəsinin notariusunda 86/36-N/86-2018-3-297 reyestr nömrəsi ilə qeydə alınmış ** AA ***7383 nömrəli ərizənin Qəbələ Regional «Asan xidmət» mərkəzində notariat ofisində 23 iyul 2019-cu il tarixdə 8İ-6642 reyestr nömrəsi ilə qeydə alınaraq tərcümə olunmuş surətindən müəyyən olunur ki, Rusiya Federasiyasının Xantı-Mansiysk muxtar dairəsi-Yuqra, Uray şəhəri, mkr 1D, ev 53, mənzil 5 ünvanında yaşadığı yer üzrə qeydiyyatda olan X32 xx.xx.2015-ci il tarixində ölən atası X19 ölümündən sonra mirasın açılmasından xərəbdar olduğunu, mirası qəbul etmədiyini, qəbul etmək niyətində olmadığını, mirasın qəbul edilməsi üçün müddətin bərpa edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək niyyətinin olmadığını, faktiki olaraq miras əmlakın idarəçiliyinə daxil olmadığını, vərəsəlik hüququ haqqında şəhadətnamənin 30 okğtyabr 1968-ci il təvəllüdlü Ərizəçi Maisovnatərəfindən alınmasına etiraz etmədiyini bildirmişdir.

8. Rusiya Federasiyasının Krasnodar notariat dairəsinin notariusunda 23/131-n/23- 2018-6-79 reyestr nömrəsi ilə qeydə alınmış ** AA ***7760 nömrəli ərizənin Qəbələ Regional «Asan xidmət» mərkəzində notariat ofisində 23 iyul 2019-cu il tarixdə 8İ-6643 reyestr nömrəsi ilə qeydə alınaraq tərcümə olunmuş surətindən müəyyən olunur ki, Rusiya Federasiyasının Krasnodar diyarı, Krasnodar şəhəri, 1 May küçəsi ev 481/8 ünvanda qeydiyyatda olan X30 xx.xx.2015-ci il tarixində ölən atası X19 ölümündən sonra mirasın açılmasından xərəbdar olduğunu, mirası qəbul etmədiyini, qəbul etmək niyyətində olmadığını, mirasın qəbul edilməsi üçün müddətin bərpa edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək niyətinin olmadığını, faktiki olaraq miras əmlakın idarəçiliyinə daxil olmadığını, vərəsəlik hüququ haqqında şəhadətnamənin mirasqoyanın qızı 30 okğtyabr 1968-ci il təvəllüdlü Ərizəçi Maisovnaya verilməsinə etiraz etmədiyini bildirmişdir.

9. Rusiya Federasiyasının Rostov vilayəti Neklinovka notariat dairəsinin notariusunda 61/186-n/61-2018-3-1383 reyestr nömrəsi ilə qeydə alınmış ** AA ***5797 nömrəli ərizənin Qəbələ Regional «Asan xidmət» mərkəzində notariat ofisində 23 iyul 2019-cu il tarixdə 8İ-6639 reyestr nömrəsi ilə qeydə alınaraq tərcümə olunmuş surətindən müəyyən olunur ki, Rusiya Federasiyasının Rostov vilayəti, Şahtı şəhəri Krupskaya küçəçi ev 11 ünvanda qeydiyyatda olan X25 0.08.2015-ci il tarixində ölən atası X19 ölümündən sonra mirasın açılmasından xərəbdar olduğunu, mirası qəbul etmədiyini, qəbul etmək niyətində olmadığını, mirasın qəbul edilməsi üçün müddətin bərpa edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək niyyətinin olmadığını, faktiki olaraq miras əmlakın idarəçiliyinə daxil olmadığını, vərəsəlik hüququ haqqında şəhadətnamənin mirasqoyanın qızı 30 okğtyabr 1968-ci il təvəllüdlü Ərizəçi Maisovnaya verilməsinə etiraz etmədiyini bildirmişdir.

10. Rusiya Federasiyasının Rostov vilayəti Neklinovka notariat dairəsinin notariusunda 61/186-n/61-2018-3-1384 reyestr nömrəsi ilə qeydə alınmış ** AA ***5798 nömrəli ərizənin Qəbələ Regional «Asan xidmət» mərkəzində notariat ofisində 23 iyul 2019-cu il tarixdə 8İ-6641 reyestr nömrəsi ilə qeydə alınaraq tərcümə olunmuş surətindən müəyyən olunur ki, Rusiya Federasiyasının Rostov vilayəti, Niklinovka rayonu Troitskoye kəndi Komsomolsk küçəsi ev 38 ünvanda qeydiyyatda olan X29 ərizəsində xx.xx.2015-ci il tarixində ölən atası X19 ölümündən sonra mirasın açılmasından xərəbdar olduğunu, mirası qəbul etmədiyini, qəbul etmək niyyətində olmadığını, mirasın qəbul edilməsi üçün müddətin bərpa edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək niyyətinin olmadığını, faktiki olaraq miras əmlakın idarəçiliyinə daxil olmadığını, vərəsəlik hüququ haqqında şəhadətnamənin mirasqoyanın qızı xx xxxxxxx 1968-ci il təvəllüdlü Ərizəçi Maisovnaya verilməsinə etiraz etmədiyini bildirmişdir.

11. Rusiya Federasiyasının Rostov vilayəti Neklinovka notariat dairəsinin notariusunda 61/4-n/61-2018-4-484 reyestr nömrəsi ilə qeydə alınmış ** AA ***2536 nömrəli ərizənin Qəbələ Regional «Asan xidmət» mərkəzində notariat ofisində 23 iyul 2019-cu il tarixdə 8İ-6640 reyestr nömrəsi ilə qeydə alınaraq tərcümə olunmuş surətindən müəyyən olunur ki, Rusiya Federasiyasının Rostov vilayəti, Niklinovka rayonu Troitskoye kəndi Lenin küçəsi ev 159 ünvanda qeydiyyatda olan X12 xx.xx.2015-ci il tarixində ölən atası X19 ölümündən sonra mirasın açılmasından xərəbdar olduğunu, mirası qəbul etmədiyini, qəbul etmək niyyətində olmadığını, mirasın qəbul edilməsi üçün müddətin bərpa edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək niyyətinin olmadığını, faktiki olaraq miras əmlakın idarəçiliyinə daxil olmadığını, vərəsəlik hüququ haqqında şəhadətnamənin mirasqoyanın qızı 30 okğtyabr 1968-ci il təvəllüdlü Ərizəçi Maisovna verilməsinə etiraz etmədiyini bildirmişdir.

12. Rusiya Federasiyasının Rostov vilayəti Taqanroq şəhər notariat dairəsinin notariusunda xx.xx.2018-ci il tarixdə 61/2-n/61-2018-10-437 reyestr nömrəsi ilə qeydə alınmış ** AA ***4364 nömrəli etibarnamənin Qəbələ Regional «Asan xidmət» mərkəzində notariat ofisində 23 iyul 2019-cu il tarixdə 8İ-6638 reyestr nömrəsi ilə qeydə alınaraq tərcümə olunmuş surətindən müəyyən olunur ki, Rusiya Federasiyasının Rostov vilayəti, Taqonroq şəhəri Troitskoye kəndi Komsomol küçəsəsi ev 38 ünvanda qeydiyyatda olan X5 həminetibarnamə ilə Qəbələ rayonu Nic qəsəbəsində yaşayan Ərizəçi Maisovnaya öz mülahizəsinə uyğun olaraq istədiyi qiymətə və şərtlərlə ünvan 2i ünvanda yerləşən yaşayış evini, torpaq sahəsini və digər daşınmaz əmlak obyektlərini satmağı, bunun üçün ona alqı-satqı müqaviləsini və ötürülmə aktını bağlamağı və imzalamağı, ona çatası pulu almağı və s.onun adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi ona etibar etmişdir.

13. Qutqaşen rayonu VVADQ şöbəsinin 08 yanvar 1966-cı ildə verdiyi İ-İE 438647 nömrəli «evlənmək haqqında şəhadətnamə»nin surətindən müəyyən olunur ki, X13 X6 arasında həmin tarixdə nikah bağlanmış və şöbədə vətəndaşlıq vəziyyəti aktları kitabında 1 nömrə ilə qeydə alınmışdır.

14. Qəbələ rayon VVAQ şöbəsinin 08 dekabr 1971-cü ildə verdiyi AZB 075437 nömrəli «doğum haqqında şəhadətnamə»nin surətindən müəyyən edilir ki, X21 25 noyabr 1971-ci ildə doğulmuşdur. Şəhadətnamənin ata qrafasında X26, ana qrafasında isə X9 qeyd edilmişdir.

15. Qəbələ rayon VVAQ şöbəsinin 21 dekabr 1973-cü ildə verdiyi İİ-JQ-364971 nömrəli «doğum haqqında şəhadətnamə»nin surətindən müəyyən edilir ki, X22 18 dekabr 1973-cü ildə doğulmuşdur. Şəhadətnamənin ata qrafasında X26, ana qrafasında isə X9 qeyd edilmişdir.

16. Qəbələ rayon VVAQ şöbəsinin 02 dekabr 1975-ci ildə verdiyi İİİ-JQ-428799 nömrəli «doğum haqqında şəhadətnamə»nin surətindən müəyyən edilir ki, X31 16 oktyabr 1975-ci ildə doğulmuşdur. Şəhadətnamənin ata qrafasında X26, ana qrafasında isə X7 qeyd edilmişdir.

17. Qəbələ rayon VVAQ şöbəsinin 08 avqust 1977-cü ildə verdiyi İV-JQ-498640 nömrəli «doğum haqqında şəhadətnamə»nin surətindən müəyyən edilir ki, X27 30 iyul 1977-cü ildə doğulmuşdur. Şəhadətnamənin ata qrafasında X26, ana qrafasında isə X7 qeyd edilmişdir.

18. Şəki İnzibati Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 21(116)-339/2020 nömrəli qərarı ilə JN-391A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin qismən-Mənzil Kommunal Təsərrüfat Nazirliyi üzrə Qutqaşen rayon şöbəsinin 1990-cı ilin fevral ayında tərtib etdiyi 946 inventar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda” göstərilən torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, JN-391A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilərkən evin və onun yerləşdiyi 1500 kv.m torpaq sahəsinin X19 mülkiyyətində olması nəzərə alınmadığından iddia qisməm əsaslıdır. Belə ki şəhadətnamə 0.42 ha torpaq sahəsi ilə bağlı verildiyinə və iddiaçının evinin yerləşdiyi 0.15 ha torpaq sahəsi çıxıldıqdan sonra qalan torpaq sahəsinə iddiaçının aidiyyəti olmadığına görə iddia şəhadətnamənin qalan hissəsinə münasibətdə təmin edilə bilməz.

20. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-42/2022 nömrəli iş üzrə 22 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər: E.Ş.Hüseynov-sədrlik edən G.İ. Cavadova və A.M. Eyvazov) Şəki İnzibati Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 21(116)- 339/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(102)- 1061/2022 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2022-ci il tarixli, 2-1(107)-42/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

22. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Ərizəçi üçüncü şəxslər X16, X24, X17, X3, X11, X2 və maraqlı şəxs Qəbələ regional "Asan Xidmət" mərkəzinin Notariat Kontoruna qarşı "mirasın qəbul edilməsi faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası X19 xx.xx.2015-ci ildə ölümü ilə ondan qalmış Qəbələ rayonu Nic qəsəbəsində 0,15 ha torpaq sahəsi və mərhum atası tərəfindən 1965-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 72 kv.m, yaşayış sahəsi 44.kv.m, divar metrialları saman kərpic, dam örtüyü şifer olan fərdi yaşayış evi və tövlə, təndirxanadan ibarət yardımçı təsərrüfat tikililərinə açılmış mirasın onun tərəfindən faktiki qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X28 xx.xx.2015-ci ildə Rusiya Federasiyasının Rostov vilayətinin Niklinovka şəhərində vəfat etmişdir. Atası X19 adına Qəbələ rayonu Nic qəsəbəsində 0,15 ha torpaq sahəsi və mərhum atası tərəfindən 1965ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 72 kv.m, yaşayış sahəsi 44 kv.m divar materialı saman kərpic, dam örtüyü şifedən ibarət fərdi yaşayış evi, tövlə və təndirxanadan ibarət yardımçı təsərrüfat tikililəri vardır. Atası xx.xx.2015-ci ildə vəfat etsə də qeyd etdiyi torpaq sahəsi və torpaq sahəsi üzərində tikililər faktiki olaraq onun istifadəsində olmuş və mülkiyyəti kimi idarə etmişdir. Qəbələ rayon İHB-nin Nic qəsəbə İƏD üzrə nümayəndəliyinin verdiyi xx.xx.2019-cu il tarixli 546 nömrəli arayışdan da göründüyü kimi X19 öldüyü zaman onun vərəsələri o, anası X8, qızları X30, X32, X29, X12 və X10muşlar. Lakin bacıları X30, X32, X29, X12 və X25 atalarından qalmış miras əmlakları onun xeyrinə imtina etmişlər. Atalarının ölümündən sonra bacılarının mirasın açılmasından xəbərləri olmuşdur. Onlar ərizələrində qeyd etdikləri kimi mirası qəbul etməmiş və qəbul etmək niyyətində də deyillər. Bir sözlə, mərhumatasından qalmış mirası o, qəbul etməklə idarə etmişdir. Qəbələ rayonu Nic qəsəbəsində yerləşən və atası X1mış 0,15 ha torpaq sahəsinə dair şəhadətnamə yoxdur. Lakin «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) mülkiyyət sənədi sayılır. Bununla bağlı X33 Xidmət Mərkəzinə müraciət etmiş və ona 31 iyul 2019-cu il tarixdə verilmiş 846 nömrəli məktubla vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina olunmuşdur. Ona görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etməli olmuşdur.

24. Qəbələ Rayon Məhkəməsinin (hakim A.Əliyev) 09 sentyabr 2021-ci il tarixli, 2(025)- 1210/2019 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, mərhum X19 xx.xx.2015-ci ildə ölümü ilə ondan miras qalmış Qəbələ rayonu Nic qəsəbəsində 0,15 ha torpaq sahəsi, 1965-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 72 kv.m, yaşayış sahəsi 44 kv.m olan fərdi yaşayış evi, yardımçı təsərrüfat - tövlə və təndirxanadan ibarət mirasın ərizəçi (qızı) Ərizəçi tərəfindən faktiki qəbul edilməsi hüquqi faktı müəyyən edilməsi qət edilmişdir.

25. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə qanunvericiliyin şərh olunan müddəalarını və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyasının 2.4-cü bəndini nəzərə alaraq hesab edir ki, mərhum X1mış Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,15 ha torpaq sahəsi, 1965-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 72 kv.m, yaşayış sahəsi 44 kv.m olan fərdi yaşayış evi, yardımçı təsərrüfat-tövlə və təndirxanadan ibarət mirası 20 avqust 2015-ci ildə onun vəfatından sonra qızı (ərizəçi) Ərizəçi faktiki idarəçiliyə qəbul etmiş, hazırda da yaşayış evi və torpaş sahələri onun istifadəsindədir. Mərhumun digər vərəsələri - isə mirası qəbul etməmişlər və hazırda həmin əmlaklara iddialı deyillər. Buna görə də ərizə təmin edilməli və mirasın ərizəsi Ərizəçi Maisovna tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilməlidir.

26. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci, 1133.2-ci, 1134.1-ci, 1145-ci, 1147.1-ci, 1243.1-ci, 1243.2-ci, 1243.3-cü, 1151.1-ci, 1159.1.1-ci, 1159.1.3-ci, 1255-ci, Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyasının 2.4-cü bəndində göstərilmişdir ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki invertarlaşdırma orqanları tərəfindən 2001-ci il yavarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsi barədə qərara istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizə ilə əlaqədar qeyd etmək istəyirlər ki, Ərizəçi ərizəsində qeyd etdikləri həqiqəti əks etdirmir. Belə ki, ərizəçinin qeyd etdiyi 1965-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 72 kv.m, yaşayış sahəsi 44 kv.m. olan fərdi yaşayış evi, yardımçı təsərrüfat-tövlə və təndirxana 1990-cı il tarixindən onların istifadəsində, sahibliyində olmuş və X23, onun qızı(ərizəçi) Ərizəçi və ya ərizəçinin anası X9, qızları X30, X32, X29, X12 və X25 həmin evdə yaşamamışlar. 1990-cı il fevral ayı tarixindən X23 və digər ailə üzvləri ümimiyyətlə Azərbaycan Respublikasını tərk edərək Ermənistan Respublikasına daimi yaşamaq üçün köçmüşlər. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 05 fevral 1999-cu il tarixli 03 saylı qərarı ilə isə 0.42 ha torpaq sahəsi(qeyd olunan tikililər də daxil olmaqla) adları yuxarıda qeyd olunan şəxslər kimi onların adına xüsusi mülkiyyət əsasında mülkiyyətlərinə verilmiş, bu barədə onlara JN-391A, kod 40600068 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə də verilmişdir. Ona görə də hesab edirlər ki, ərizə əsassız və qanunsuzdur və Ərizəçi miras kimi qeyd etdiyi mövcud olmayan əmlakı faktiki qəbul etməmiş və edə də bilməzdi.

28. Qeyd edilənlərə əsasən Qəbələ Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(025)-1210/2021 nömrəli qətnaməsinin tam ləğv edilərək, ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarılmasını xahiş etmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş maraqlarına toxunan şəxs Maraqlı şəxs7 (həmçinin Maraqlı şəxs2 Misakovic, Maraqlı şəxs4 və Maraqlı şəxs5 nümayəndəsi) apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, bu gün də israrlı şəkildə bildirir ki, mübahisəsi gedən torpaq sahəsi onlara məxsusdur. Həmin torpağın ərizəçiyə və ya onun atasına heç bir aidiyyəti yoxdur. Ali Məhkəmənin sözügedən qərarı ilə də razılaşmır. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

31. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Ərizəçi apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəsi gedən torpaq sahəsi onun atasına məxsus olmuşdur. Lakin maraqlı şəxslər onu həmin torpağa buraxmır. Qarşı tərəf hər dəfə müxtəlif bəhanələrlə onu məhkəməyə verir. Hesab edir ki, apellyasiya şikayəti tam əsassızdır, ona görə də şikayətin təmin olunmamasını xahiş edir.

32. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Tətbiq edilən hüquq

33. Azərbaycan Respublikası Konstitusiyası:

Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur.

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin

1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (MM-n 1133.2-ci maddə) 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyasının 2.4-cü bəndində göstərilmişdir ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki invertarlaşdırma orqanları tərəfindən 2001-ci il yavarın 1dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab edilir

35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

307.2.9-cu maddəsinə əsasən, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə xüsusi icraat qaydasında məhkəmədə baxılır. 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

36. Apellyasiya şikayətindən görünür ki, apellyatorlar Qəbələ Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(025)-1210/2019 nömrəli qətnaməsinin ləğv edilərək, ərizənin baxılmamış saxlanılmasını xahiş etmişlər. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(025)-1210/2019 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Məhkəmə kollegiyası təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək birinci instansiya məhkəməsinin gəlmiş olduğu mövqe ilə razılaşır.

39. Belə ki, məhkəmə kollegiyasının iclasında, həmçinin təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, ərizəçinin atası X28 2015-ci il tarixdə vəfat etmişdir.

40. X28 2015-ci il tarixdə vəfat edəndən sonra Qəbələ rayonu Nic qəsəbəsində yerləşən 0,15 ha torpaq sahəsi, 1965-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 72 kv.m, yaşayış sahəsi 44 kv.m olan fərdi yaşayış evi, yardımçı təsərrüfat-tövlə və təndirxanadan ibarət miras qalmışdır.

41. Miras qoyanın vəfatından sonra qızı (ərizəçi) Ərizəçi faktiki idarəçiliyə qəbul etmiş, hazırda da yaşayış evi və torpaq sahələri onun istifadəsindədir. Mərhumun digər vərəsələri - isə mirası qəbul etməmişlər və hazırda həmin əmlaklara iddialı deyillər.

42. Lakin iş üzrə qəbul olunmuş qətnamədən narazı qalan apellyatorlar apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və ərizənin baxılmamış saxalanılmasını xahiş edirlər. Apellyatorlar şikayətlərini onunla əsaslandırırlar ki, mübahisəli 0.15 ha torpaq sahəsi ərizəçinin atasına deyil, onlara məxsusdur. Ona görə də birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamə onların maraqlarına toxunur və artıq hüquq haqqında mübahisə olduğundan qətnamə ləğv edilərək, ərizə baxılmamış saxlanılmalıdır.

43. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Mənzil Kommunal-Təsərrüfat Nazirliyi üzrə Qutqaşen rayon şöbəsinin 1990-cı ilin fevral ayında tərtib etdiyi 946 inventar nömrəli «Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu»ndan görünür ki, Qəbələ rayonu Nic qəsəbəsində X18 adına 1500,0 ha torpaq sahəsi, Liter A bünövrəsi çay daşından, divarları soman kərpicdən hörülmüş, bir mərtəbəli, iki otaqlı, ümumi və yaşayış sahəsi 50,4 kv.m olan fərdi yaşayış evi qeydə alınmışdır. Texniki pasportda M 1: 500 miqyasda (ölçüdə) torpaq sahəsinin, M 1:100 miqyasda (ölçüdə) tikilinin planı göstərilmişdir. Texniki pasportun «tikili və qurğuların təsviri» hissəsində evin, çəkilmiş hasarın, torpaq sahəsində yerləşən tövlənin, dəmir qapının ölçüləri, həcmi, ilkin qiyməti və s. qeyd olunmuşdur.

44. Şəki İnzibati Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 21(116)-339/2020 nömrəli qərarı ilə JN-391A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin qismən-Mənzil Kommunal Təsərrüfat Nazirliyi üzrə Qutqaşen rayon şöbəsinin 1990-cı ilin fevral ayında tərtib etdiyi 946 inventar nömrəli Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunda” göstərilən torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

45. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, JN-391A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilərkən evin və onun yerləşdiyi 1500 kv.m torpaq sahəsinin X19 mülkiyyətində olması nəzərə alınmadığından iddia qismən əsaslıdır. Belə ki şəhadətnamə 0.42 ha torpaq sahəsi ilə bağlı verildiyinə və iddiaçının evinin yerləşdiyi 0.15 ha torpaq sahəsi çıxıldıqdan sonra qalan torpaq sahəsinə iddiaçının aidiyyəti olmadığına görə iddia şəhadətnamənin qalan hissəsinə münasibətdə təmin edilə bilməz.

46. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-42/2022 nömrəli iş üzrə 22 fevral 2022-ci il tarixli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 02 mart 2020-ci il tarixli, 21(116)-339/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2(102)- 1061/2022 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2022-ci il tarixli, 2-1(107)-42/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

48. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

49. Apellyasiya şikayəti üzrə araşdırmanı davan etdirən kollegiya qeyd edir ki, şikayətin dəlillərindən görünür ki, apellyatorlar ərizəçinin mirasın faktiki qəbulunu deyil, məhz 0.15 ha torpaq sahəsini mübahisələndirmişlər. Kollegiya belə hesab edir ki, mübahisələndirilən 0,15 ha torpaq sahəsi ilə bağlı artıq qanuni qüvvədə olan məhkəmə qərarı olduğundan, apellyatorların şikayətində qeyd etdikləri kimi “hüquq haqqında mübahisə” artıq mövcud deyildir.

50. Nəzərə almaq lazımdır ki, hüquq haqqında mübahisə maddi hüquq münasibətinin konkret iştirakçısına mənsub olan hüquq başqa şəxs tərəfindən pozulduqda, yaxud mübahisələndirildikdə yarana bilər .

51. Hüquqların pozulması iki formada təzahür edə bilər: a) səlahiyyətli( hüququ olan) şəxsin subyektiv hüquqlarına qəsd formasında; b) səlahiyyətli( hüququ olan) şəxsin subyektiv hüquqlarının həyata keçirilməsinə mane olma formasında. Subyektiv hüquqlar həm hərəkətlə(başqa şəxsə zərər vurulması, başqasının əmlakına qanunsuz sahiblənmə və s.), həm də hərəkətsizliklə (müqavilə öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsi) pozula bilər.

52. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir.

53. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Maraqlarına toxunan şəxslər Maraqlı şəxs2 Mikasoviç, Maraqlı şəxs3 (Maraqlı şəxs6 və Maraqlı şəxs8 nümayəndəsi) və Maraqlı şəxs7 (həmçinin Maraqlı şəxs2 Misakovic, Maraqlı şəxs4 və Maraqlı şəxs5 nümayəndəsi) nümayəndəsi (eyni zamanda Maraqlı şəxs7 vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 09 dekabr 2019-cu il tarixli, 2(025)-1210/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar