Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-552/2025 24.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı (açar sözlər: Torpaq mübahisələri - özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələrinin boşaldılması, maneələrin aradan qaldırılması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - X17 və X6 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil3, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X28n 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “qanunsuz tikililərin sökülməsi və torpaq sahəsindən istifadəyə törədilən maneçiliyin aradan qaldırılması tələbinə dair” mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2(025)-74/2024 saylı qətnaməsindən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətinə əsasən AA ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (reyestr nömrəsi: **********51) sərhədləri göstərilmiş Qəbələ şəhərində yerləşən 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2012-ci il tarixdə İddiaçı, X15, X9 və X3 adına ümumi birgə mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. İş materiallarında olan Qəbələ bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarının surətindən görünür ki, Qəbələ rayonu Bılıx kənd sakini Cavabdeh3 fərdi yaşayış evinin tikintisi üçün bələdiyyənin X8 alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı yolu 0,06 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin qərara Qəbələ bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2008-ci il tarixli torpaqların alqı-satqısına dair akt, DT və XK-nin Qəbələ rayon şöbəsi tərəfindən təsdiq olunmuş torpaq sahəsinin yer quruluşu planı və torpaq sahəsinə görə bələdiyyənin hesabına 224 manat ödənilməsi barədə xx.xx.2008-ci il tarixli qəbz əlavə edilmişdir.
3. İş materiallarında olan Qəbələ bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 07 saylı qərarının surətindən görünür ki, Qəbələ rayonu əmirvan kənd sakini X12 fərdi yaşayış evinin tikintisi üçün bələdiyyənin X8 alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən 0,04 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin qərara Qəbələ bələdiyyəsi ilə X18 arasında bağlanmış xx.xx.2009-cu il tarixli torpaqların alqı-satqısına dair akt, DT və XK-nin Qəbələ rayon şöbəsi tərəfindən təsdiq olunmuş torpaq sahəsinin yer quruluşu planı və torpaq sahəsinə görə bələdiyyənin hesabına 149 manat ödənilməsi barədə qəbz əlavə edilmişdir.
4. İş materiallarında olan Qəbələ bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 07 saylı qərarının surətindən görünür ki, Qəbələ rayonu sakini Cavabdeh1 fərdi yaşayış evinin tikintisi üçün bələdiyyənin X8 alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən 0,06 ha həyətyanı torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin qərara Qəbələ bələdiyyəsi ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli torpaqların alqı-satqısına dair akt, DT və XK-nin Qəbələ rayon şöbəsi tərəfindən təsdiq olunmuş torpaq sahəsinin yer quruluş planı və torpaq sahəsinə görə bələdiyyənin hesabına 498 manat ödənilməsi barədə qəbz əlavə edilmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı qanunsuz tikililərin sökülməsi və torpaq sahəsindən istifadəyə törədilən maneçiliyin aradan qaldırılması tələbi barədə iddia qaldıraraq AA ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (reyestr nömrəsi: **********51) sərhədləri göstərilmiş Qəbələ şəhərində yerləşən 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadəsinə cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən törədilən maneçiliyin aradan qaldırılması və ərazisində tikilmiş qanunsuz tikililərin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpaq islahatı nəticəsində Qəbələ rayon AİK-nin qərarı ilə ailə üzvlərinin ümumi birgə mülkiyyətinə Qəbələ şəhəri ərazisində cəmi 1,45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və JN-63 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında göstərilmiş plan əsasında təhkim edilmişdir. 2012-ci ildə həmin torpaq sahəsinin ərazisindən 0,09 ha satılmış və 1,3725 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixdə AA ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş sərhədlər üzrə daşınmaz əmlakın dövlət reyestrində (reyestr nömrəsi: **********51) yenidən qeydiyyata alınmışdır. Torpaq sahəsindən indiyədək təyinatına uyğun şəkildə istifadə olunmuş və hər il taxıl əkilmişdir. 2023-cü ildə ƏMDX DƏDKR PHŞ 8 saylı Qəbələ Ərazi İdarəsindən islahat nəticəsində ailə üzvlərinin mülkiyyətinə verilmiş 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ölçülərində kiçilmə olması barədə məlumat aldıqdan sonra torpaq sahəsinin ərazisinə daxil olan və qurunt sularının toplanması məqsədilə istifadə olunan xəndəyin doldurularaq Qəbələ bələdiyyəsi tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həyətyanı torpaq sahəsi kimi satıldığını öyrənmişdir. Ona görə də, ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan AA ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” (reyestr nömrəsi: **********51) sərhədləri göstərilmiş Qəbələ şəhərində yerləşən 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadəsinə cavabdehlər, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən törədilən maneçiliyin aradan qaldırılması və ərazisində tikilmiş qanunsuz tikililərin sökülməsi barədə iddia qaldırılmışdır.
7. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh3 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, Qəbələ bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 06 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə Qəbələ şəhərinin yaşayış massivində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmış və qabaqcadan haqqı ödənilərək alqısatqı aktı əsasında satılmışdır. Həmin torpaq sahəsi Qəbələ bələdiyyəsinin və Azərbaycan Respublikası DT və XK Qəbələ rayon şöbəsinin təsdiq etdiyi plana əsasən ayrılmış ərazidə təhkim olunmuş, ötən müddət ərzində heç bir etiraz bildirilmədən sahibliyində qalmış və ətrafı daş hasarla çəpərlənmişdir. İddiaçı məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yaşayış məntəqəsinə aid torpaq sahələrindən kənarda yerləşdiyindən ona məxsus olan 0,06 ha həyətyanı torpaq sahəsi ilə ilə üst-üstə düşə bilməz.
9. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 2009-cu ildə Qəbələ şəhərinin yaşayış massivində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsini fərdi yaşayış evinin tikintisi məqsədilə Qəbələ bələdiyyəsindən alqı-satqı aktı əsasında almışdır. Torpaq sahəsinin ətrafını daş hasarla çəpərləmiş və üzərində iki mərtəbəli fərdi yaşayış evi tikmişdir. İddiaçı tərəfindən ona indiyədək heç bir etiraz bildirilməmişdir. İddiaçı məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yaşayış məntəqəsinə aid torpaq sahələrindən kənarda yerləşdiyindən ona məxsus olan 0,06 ha həyətyanı torpaq sahəsi ilə üstüstə düşə bilməz. Ona görə də iddia tələbi əsassız hesab edilməlidir.
10. Birinci instansiya məhkəməsinin qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş, müvafiq rəy əldə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 3-xx-xx/1763 nömrəli ekspert rəyində göstərilmişdir ki, AA 014466 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində (reyestr nömrəsi: **********51) sərhədləri göstərilmiş Qəbələ şəhərində yerləşən 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qeyd olunmuş planda (şəkil:1;2) işarələnmiş 1056 kv/m ərazisi mişarlanmış əhəng daşından inşa edilmiş hasar tikilisi ilə hasarlanmaqla faktiki olaraq başqaları tərəfindən istifadə olunduğu, 913 kv/m hissəsinin isə yol yeri kimi istifadə edildiyi müəyyən edilmişdir.
11. Qəbələ Rayon Məhkəməsinin (hakim Ülvi Qənbərov) 20 iyun 2024-cü il tarixli, e- 2(025)-74/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı məxsus olan AA 014466 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində (reyestr nömrəsi: **********51) sərhədləri göstərilmiş Qəbələ şəhərində yerləşən 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1763 saylı ekspert rəyində qeyd olunmuş planda (şəkil:1;2) işarələnmiş 1056 kv/m ərazisində yerləşən tikililərin (əhəng daşından inşa edilmiş hasar) cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 hər birinin hesabına müvafiq gələn hissələrdə sökülərək həmin torpaq sahəsindən istifadəyə törədilən maneənin aradan qaldırılması, iş üzrə keçirilmiş ekspertiza xərcini təşkil edən 50,0 (əlli) manatın cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Qəbələ şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin alqı-satqısına dair Qəbələ bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2008-ci il tarixli “Torpaqların alqısatqısına dair” aktı etibarsız olduğundan Cavabdeh3 həmin əmlaka mülkiyyət, eləcə də sahiblik və istifadə hüququ əldə etməmişdir. Cavabdeh1 və Cavabdeh2 da eyni əsaslara görə mübahisəli torpaq sahəsi üzərində heç bir hüquqları yaranmamışdır.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1, 14.2, 14.3, 144.1, 146.1, 152.5, 157.2, 213.6, 239.2, 238.1, 337.1, 337.3, 337.4-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67 və 111-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
III. Apellyasiya instansiya məhkəməsində birinci icraat
14. Cavabdehlərin nümayəndəsi və vəkili аpellyаsiyа şikаyəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
15. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2(107)-1038/2024 saylı qətnaməsi ilə аpellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, hazırkı iş üzrə X18 adlı şəxs tərəf deyildir. Cavabdehlər nə özlərinin mübahisəli torpaq sahəsinə dair hüquqlarını təsdiq edən, nə X12 məxsus heç bir mülkiyyət sənədi təqdim etməmiş, nə də sonuncunun hazırkı işə aidiyyəti ilə bağlı heç bir dəlil göstərməmişlər. Hazırkı iş üzrə iddiaçının adına hal-hazırda qüvvədə olan mülkiyyət sənədi mövcuddur ki, həmin mülkiyyət sənədi ilə iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin bir hissəsinin (ekspert rəyində dəqiq göstərilmişdir) cavabdehlər tərəfindən zəbt edildiyi xx.xx.2024-cü il tarixli 3-xx-xx/1763 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir.
17. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda, bunu etmədiklərindən onların göstərdikləri əsaslı hesab edilə bilməz.
18. Cavabdehlərin apellyasiya şikayətinin məhkəmə ekspertizası keçirilməsi ilə bağlı hissəsinə münasibətdə kollegiya qeyd etmişdir ki, mülki işin materiallarında xx.xx.2024cü il tarixli 3-xx-xx/1763 nömrəli ekspert rəyi mövcuddur ki, həmin rəylə xüsusi bilik tələb olunan suallara cavab verilmişdir.
19. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsindən mütəxəssis rəyinin götürülməsi ilə bağlı hissədə isə kollegiya qeyd etmişdir ki, mülki işin materiallarında 9 saylı Qəbələ Ərazi İdarəsinin 15 yanvar 2024-cü il tarixli məktubu mövcuddur ki, həmin məktubda göstərilmişdir ki, “Çöl ölçmə işlərinin nəticəsində kameral şəraitdə araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının adına tərtib edilmiş **********51 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən xüsusi mülkiyyətinə verilmiş 1,3725 hektar torpaq sahəsinin cizgisində göstərilmiş torpaq sahəsi ilə faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluq olduğuna görə mülki işin araşdırılması və müvafiq rəyin verilməsi mümkün olmamışdır. Bununla əlaqədar olaraq bildirilirməlidir ki, bu kimi problemlərin həlli məqsədilə Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X4 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları"na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə X4 uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq dövlət və bələdiyyə mülkiyyətində, habelə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadələrində olan, eyni zamanda, torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması ilə bağlı Qəbələ rayonu Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə layihələr tərtib olunmuş və hal-hazırda layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların sistemə daxil edilməsi təmin olunur. Ərazilər üzrə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdə və elektron kadastr məlumat bazasına daxil edildikdən və yerində dürüstləşdirmə işləri aparıldıqdan sonra qeyd olunan məsələ həllini tapacaqdır.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mütəxəssisin rəy verməməsinə baxmayaraq, ekspert tərəfindən tədqiqat obyektinə yerində baxış keçirilərək, müvafiq ölçü işləri aparılmaqla rəy verilərək xüsusi bilik tələb olunan suallar izah edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2(107)-1038/2024 nömrəli qərardadı ilə məhkəmə ekspertizası keçirilməsindən imtina edilmişdir.
21. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirmişdir ki, cavabdehlər onlara Bələdiyyənin qərarı ilə verilmiş torpaq sahələrini dövlət reyestrində qeydiyyata aldırmaq üçün müraciət etmiş, onlara dürüstləşdirmə işlərinin aparılması səbəbindən mülkiyyət sənədi verilmədiyi izah edilmişdir.
22. Kollegiya hesab etmişdir ki, mübahisəli torpaq sahəsi rəsmi olaraq qüvvədə olan mülkiyyət sənədinə əsasən iddiaçının mülkiyyətində olmaqla cavabdehlər tərəfindən istifadə edildiyi təsdiq olunur.
23. Belə bir halda, dürüstləşdirmə işlərinin qeyri-müəyyən vaxtda tamamlanmasından asılı edilməklə mülkiyyət sənədləri təqdim edilmədən iddiaçının mülkiyyətində olan cavabdehlər tərəfindən istifadə olunan torpaq sahəsinin cavabdehlərə bələdiyyə qərarı ilə verildiyi iddia edilən torpaq sahələri ilə üst-üstə düşməsi ehtimalına görə iddiaçının hazırkı vəziyyətdə sübutlarla təsdiq edilməklə müəyyən olan hüquqları pozula bilməz.
IV. Kassasiya instansiya məhkəməsində icraat
24. Cavabdehlərin nümayəndəsi və vəkili kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2(107)- 1038/2024 saylı qətnaməsinin ləğv olunması və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş etmişdir.
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 05 mart 2025-ci il tarixli, 2(102)-794/2025 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2024-cü il tarixli, 2(107)-1038/2024 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
V. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
26. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Qəbələ bələdiyyəsinin xx.xx.2007ci il tarixli 06 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədi ilə Qəbələ şəhərinin yaşayış massivində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi Cavabdeh3 ayrılmış və qabaqcadan haqqı ödənilərək alqı-satqı aktı əsasında satılmışdır. Həmin torpaq sahəsi Qəbələ bələdiyyəsinin və Azərbaycan Respublikası DT və XK Qəbələ rayon şöbəsinin təsdiq etdiyi plana əsasən ayrılmış ərazidə təhkim edilmiş, ötən müddət ərzində heç bir etiraz bildirilmədən sahibliyində qalmış və ətrafı daş hasarla bağlanmışdır. İddiaçı məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yaşayış məntəqəsinə aid torpaq sahələrindən kənarda yerləşdiyindən ona məxsus olan 0.06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşə bilməzdi. Cavabdeh1 izahatında qeyd etmişdir ki, 2007-ci ildə Qəbələ şəhərinin yaşayış massivində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsini fərdi yaşayış evinin tikintisi məqsədi ilə Qəbələ bələdiyyəsindən alqı-satqı aktı əsasında almışdır. Torpaq sahəsinin ətrafı daş hasarla bağlanmış və üzərində iki mərtəbəli fərdi yaşayış evi tikilmişdir. İddiaçı tərəfindən indiyədək heç bir etiraz edilməmişdir. İddiaçı məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yaşayış məntəqəsinə aid torpaq sahələrindən kənarda yerləşdiyindən ona məxsus olan 0.06 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşə bilməzdi. 2007-ci ildə Qəbələ şəhərinin yaşayış massivində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsini fərdi yaşayış evinin tikintisi məqsədi ilə Qəbələ bələdiyyəsindən alqı- satqı aktı əsasında X1. Torpaq sahəsinin ətrafı daş hasarla bağlanmışdır. İddiaçı tərəfindən indiyədək heç bir etiraz edilməmişdir. İddiaçı məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi yaşayış məntəqəsinə aid torpaq sahələrindən kənarda yerləşdiyindən ona məxsus olan 0.04 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşə bilməzdi. Bundan əlavə, Elvin Rizvanova ayrılmış 0.04 ha torpaq sahəsinə dair AR DT və XK tərəfindən torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Cavabdehlərin ümumiyyətlə ekspertiza təyin edilməsindən, ekspertizanın aparılmasından məlumatları olmamışdır. Ekspetiza onların iştirakları olmadan keçirilmişdir. Ekspert tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən mütəxəssis rəyi əldə edilməmişdir. Ümumiyyətlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi ekspertiza təyin edilən zaman və ölçü işləri aparılan zaman iştirakı təmin edilməmişdir. Ona görə də hesab edir ki, təkrar tikinti texniki ekspertizası təyin edilməli, ekspertiza keçirilən zaman tərəflərin iştirakları təmin edilməli və ekspertiza keçirilən zaman Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsinin iştirakı təmin edilməlidir. Qeyd olunanlara əsasən Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e- 2(025)-74/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
28. Məhkəmə kollegiyasının 13 may 2025-ci il tarixli protokol qərardadı ilə Qəbələ Bələdiyyəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X28n 9 saylı Qəbələ Ərazi İdarəsi və X18 hazırkı mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər.
29. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2(025)-74/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
30. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil3 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2(025)-74/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
31. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X28n 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə verilmiş apellyasiya şikayəti üzrə müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
32. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 və iş üzrə digər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər X18 və Qəbələ Bələdiyyəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehlər və iş üzrə digər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
VI. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
33. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
34. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
35. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
36. İş üzrə cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
VII. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
37. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
38. Maddə 29. Mülkiyyət hüququ İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
39. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.
40. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
41. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir.
42. Maddə 152.5. Mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
43. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
44. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər.
45. Maddə 239.2. Fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
46. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
47. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlərdir.
48. Maddə 337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
49. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
50. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi (...).
4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
51. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması (...).
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binalar, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş fiziki və hüquqi şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsi:
52. Maddə 9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
53. Maddə 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir.
54. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir.
55. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır.
57. Maddə 218.1. Qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir.
58. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
59. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
60. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
61. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
62. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
63. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: - 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; - 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; -385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; - 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
64. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
65. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
66. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
VIII. Apellyasiya məhkəməsinin mövqeyi
67. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2(025)-74/2024 saylı qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalıdır.
68. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
69. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
70. Hazırkı mübahisə üzrə iddiaçı iddia edir ki, cavabdehlər mulkiyyətində olan torpaq sahəsinin müxtəlif hissələrini zəbt edərək orada tikililər inşa etmişdir. Bu əsaslarla o, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması və tikililərin sökülməsini tələb etmişdir.
71. Cavabdehlər iddiaya etiraz edərək bildirirlər ki, onlara torpaq sahəsi bələdiyyə tərəfindən verilmiş, torpaq ayrıma sənədləri mövcuddur, torpaq sahəsi onlara müvafiq dövlət orqanı tərəfindən tərtib edilmiş ayrıcı aktlara əsasən təhvil verilmişdir. Torpaq sahəsini uzun müddət əvvəl əldə etdiklərini, bu müddətdə torpaqdan istifadəyə və aparılmış tikiliyə iddiaçının hər hansı etirazının olmadığını göstərmişlər.
72. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsinin qənaətinə görə Qəbələ şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin alqı-satqısına dair Qəbələ bələdiyyəsi ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2008-ci il tarixli “Torpaqların alqısatqısına dair” aktı etibarsız olduğundan Cavabdeh3 həmin əmlaka mülkiyyət, eləcə də sahiblik və istifadə hüququ əldə etməmişdir. Cavabdeh1 və Cavabdeh2 da eyni əsaslara görə mübahisəli torpaq sahəsi üzərində heç bir hüquqları yaranmamışdır.
73. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin göstərilən mövqeyi ilə razılaşmır.
74. Belə ki, birinci instansiya məhkəməsində işin mahiyyəti üzrə baxılması zamanı mütəxəssis rəyinin alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət olunmuş, lakin rəy verilməsindən imtina olunmuşdur. İmtinada göstərilir ki, “Çöl ölçmə işlərinin nəticəsində kameral şəraitdə araşdırma zamanı iddiaçının adına tərtib edilmiş **********51 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən xüsusi mülkiyyətinə verilmiş 1,3725 hektar torpaq sahəsinin cizgisində göstərilmiş torpaq sahəsi ilə faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluq olduğuna görə mülki işin araşdırılması və müvafiq rəyin verilməsi mümkün olmamışdır. ... Ərazilər üzrə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən və yerində dürüstləşdirmə işləri aparıldıqdan sonra qeyd olunan məsələ həllini tapacaqdır.
75. Bundan sonra birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin olunmuş və ekspert rəyində göstərmişdir ki, AA 014466 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində (reyestr nömrəsi: **********51) sərhədləri göstərilmiş Qəbələ şəhərində yerləşən 1,3725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qeyd olunmuş planda (şəkil:1;2) işarələnmiş 1056 kv.m. ərazisi mişarlanmış əhəng daşından inşa edilmiş hasar tikilisi ilə hasarlanmaqla faktiki olaraq başqaları tərəfindən istifadə olunduğu, 913 kv.m. hissəsinin isə yol yeri kimi istifadə edildiyi müəyyən edilmişdir.
76. Göründüyü kimi ekspert tərəfindən tədqiqat yalnız iddiaçının təqdim etdiyi hüquqmüəyyənedici sənədlər əsasında aparılmışdır. Halbuki, cavabdehlər iddiaya etirazlarında, apellyasiya və kassasiya şikayətində torpaq sahəsinin onlara bələdiyyə qərarı ilə ayrılması və müvafiq torpaq ayırma sənədlərinə malik olmalarını göstərmişlər. Eyni zamanda qeyd etmişlər ki, ekspert tədqiqatı zamanı onların malik olduqları hüquqmüyyənedici sənədlər tələb olunmamış, ekspertiza tədqiqatında iştirakları təmin olunmamışdır.
77. Digər tərəfdən reyestr orqanının mütəxəssisləri mövcud olan koordinatlar əsasında rəy verilməsini mümkünsüz hesab etmişlər, belə olan halda ekspertin həmin koordinatlar üzrə verdiyi rəydə gəldiyi nəticələrinin işdə olan digər sübutlarla birlikdə qiymətləndirməsi zəruri olmuşdur, lakin birinci instansiya məhkəməsi belə qiymətləndirmənin aparılmasını təmin etməmişdir.
78. Qeyd edilməlidir ki, ekspert rəyi və həmin rəy əsasında məhkəmənin gəlmiş olduğu nəticəsi anlaşılmaz və zidiyyətlidir. Belə ki, iddiaçı iddia tələbində hər bir cavabdehə münasibətdə zəbt olunması ehtimal etdiyi sahələrin ölçülərini göstərmiş, tələbində isə cavabdehlərin 0,18 ha torpaq sahəsindən çıxarılmalarını tələb etmişdir.
79. Ekspert rəyi ilə isə faktiki olaraq hər bir cavabdehin istifadəsində olan torpaq sahəsinin faktiki ölçüləri, onların torpaq ayrıma sənədlərinə uyğun olub-olmaması və iddiaçının iddia etdiyi sahələrin cavabdehlərin istifadə və sahibliyində olan sahələrlə hüquqmüəyyənedici sənədlər üzrə üst-üstə düşüb-düşməməsi müəyyən edilmədən qalmışdır.
80. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hazırkı iş üzrə 05 mart 2025-ci il tarixli, 2(102)-794/2025 saylı qərarında göstərilmişdir ki, “... işə baxan məhkəmələrin mövqeyinə görə iddiaçının iddia etdiyi sahənin bir hissəsi cavabdehlərin istifadəsində olmaqla, digər hissəsindən isə ümümi yol kimi istifadə olunur. Belə olan halda digər sahə üzrə (ümumi yol kimi istifadə edilən) cavabdehlərin tələbə cavab verən şəxs olması aydınlaşdırılmamış qalmışdır. Digər tərəfdən cavabdehlər etirazlarında göstərirlər ki, onlara torpaq sahəsi bələdiyyə qərarı əsasında ayrılmış və müvafiq reyestr orqanının tərtib etdiyi ayrıcı akt əsasında torpaq sahələri onlara təhvil verilmişdir. Məhz təhvil alınan andan torpaq sahələri onların istifadəsindədir. ... hazırkı mübahisənin həlli üçün iddiaçının və cavabdehlərin faktiki istifadələrində olan torpaq sahələrinin ölçüləri və koordinatları müəyyən olunmalı, həmin məlumatların tərəflərin hər birin verilən texniki sənədlərdəki məlumatlara uyğun olub-olmaması araşdırılmaqla, iddiaçının torpaq sahəsinin tam və ya hər hansı hissədə cavabdehlər tərəfindən zəbt olunub-olunmaması məsələsinə hüquqi qiymət verilməlidir. Bununla yanaşı işə baxan məhkəmələr qeyd etmişlər ki, Qəbələ bələdiyyəsi ilə cavabdehlər arasında bağlanmış “Torpaqların alqı-satqısına dair” akt etibarsız olduğundan həmin əmlaka mülkiyyət, eləcə də sahiblik və istifadə hüququ əldə etməmişlər. Bu nəticəyə gələrkən işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr nəzərə almamışlar ki, iddiaçı cavabdehlərin torpaq sahəsini əldə edilməsi əsası olan alqı-satqı aktlarını mübahisələndirməmiş, iddiaçı cavabdehlərin istifadəsində olan torpaq sahəsinin tam hissəsinin ona aid olmasını iddia etməmişdir. Məhkəmələrin gəlmiş olduğu nəticəsindən aydın olmur ki, torpaq sahəsinin əldə edilməsinin əsası olan alqı-satqı aktı hansı əsasla etibarsız hesab edilmişdir. Halbuki, məhkəmələrin hər bir cavabdehin mübahisəli əmlak üzərində sahiblik və istifadə hüquqlarının yaranması halına düzgün hüquqi qiymət vermək vəzifəsi olmuşdur. ...”
81. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X28 9 saylı Qəbələ Ərazi İdarəsinin Şəki Apellyasiya Məhkəməsinin 14 may 2025-ci il tarixli, 2(107)-552/2025 saylı məktubuna cavabında göstərilmişdir ki, AA 01144664 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü” sənədində (reyestr nömrəsi: **********51) göstərilmiş Qəbələ şəhərində yerləşən 1,3725 hektar torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlara aid olmaqla uqodiyası əkindir. Qəbələ rayonu Qəbələ bələdiyyəsinin 24 iyul 2007- ci il tarixli, 07 nömrəli qərarı ilə iş üzrə Cavabdeh1 satılmış Qəbələ şəhərində yerləşən 0,06 hektar torpaq sahəsi, həmin bələdiyyənin 25 iyun 2007-ci il tarixli, 06 nömrəli qərarı ilə iş üzrə Cavabdeh3 satılmış Qəbələ şəhərində yerləşən 0,06 hektar torpaq sahəsi və həmin bəlıədiyyənin 24 iyul 2007ci il tarixli qərarı ilə X2 Qəbələ şəhərində yerləşən 0,04 hektar torpaq sahələri barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X28nin 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində məlumat mövcud deyildir.
82. Məhkəmə kollegiyasının 03 iyun 2025-ci il tarixli, 2(107)-552/2025 saylı məktubuna Qəbələ rayonu Qəbələ bələdiyyəsinin 18 iyun 2025-ci il tarixli, 207 saylı cavab məktubunda göstərilmişdir ki, Qəbələ bələdiyyəsində arxiv sənədləri saxlanılmamışdır. Qəbələ bələdiyyəsinin uçot kitabının 4590-cı sırasında X10 adına 0,04 ha həyətyanı torpaq sahəsi, 4598-ci sırasında Cavabdeh1 adına 0,06 ha həyətyanı torpaq sahəsi qeydiyyata alınmışdır. Qəbələ bələdiyyəsinin uçot kitabında Cavabdeh3 adı qeydiyyatda yoxdur.
83. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X28 9 saylı Qəbələ Ərazi İdarəsinin məhkəmə kollegiyasına ünvanladığı 4 sentyabr 2025-ci il tarixli, 3-21-3-42/2- 4282/2025 saylı məktubunda göstərilmişdir ki, qərarda qeyd edilmiş işin araşdırılması məqsədi ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X28n 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri Qəbələ şəhərində yerləşən mübahisəli torpaq sahəsinə baxış keçirmək məqsədi ilə ərazidə olmuşlar. Kameral qaydada araşdırma zamanı məlum olmuşdur ki, **********51 reyestr nömrəli çıxarış ilə X11 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1,3725 hektar torpaq sahəsinin plan-ölçü səənədində göstərilmiş koordinatları ilə X4 X5 (TEKUİS) göstərilən koordinatları arasında uyğunsuzluq mövcuddur. Belə ki, **********51 reyestr nömrəli çıxarışda göstərilmiş 1,3725 hektar torpaq sahəsi X4 X5 (TEKUİS) 1,20 hektar göstərilmişdir. Bu səbəbdən mülki işin araşdırılması və mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. Bildiririk ki, bu kimi uyğunsuzluqların aradan qaldırılması məqsədilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında X4 uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə X4 uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq dövlət və bələdiyyə mülkiyyətində, habelə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadələrində olan, eyni zamanda torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılması ilə bağlı Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə layihələr tərtib olunmuş və hal-hazırda layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların sistemə daxil edilməsi təmin olunur. Ərazilər üzrə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra qeyd olunan məsələ həllini tapacaqdır.
84. Bu səbəbdən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 iyun 2025ci il tarixli qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın аpаrılmаsı aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X28 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.
85. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X28 9 saylı Qəbələ Ərazi İdarəsindən 28 iyul 2025-ci il tarixli, 3-21-3-42/2-3302/2025 saylı məktub daxil olmuş, həmin məktubda qeyd edilmişdir ki, ... qərardadda qeyd edilmiş işin araşdırılması məqsədi ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X28n 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri Qəbələ şəhərində yerləşən mübahisəli torpaq sahəsinə baxış keçirmək məqsədi ilə ərazidə olmuşlar. Cavabdehlər ölçmə işlərinin aparılmasına icazə vermədiklərinə görə mülki işin araşdırılması və müvafiq rəyin verilməsi mümkün olmamışdır.
86. Bundan sonra Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 avqust 2025-ci il tarixli, 2(107)-552/2025 saylı qərardadı ilə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın аpаrılmаsı aparılması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X28 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.
87. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X28 9 saylı Qəbələ Ərazi İdarəsininin xx.xx.2025-ci il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir: Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki;
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətə verilmiş Qəbələ şəhərində yerləşən 1,3725 ha torpaq sahəsinin sənəd üzrə koordinatları müəyyən edilmişdir.
2. Qəbələ rayonu Qəbələ Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli, 07 nömrəli qərarı ilə Cavabdeh1 satılmış Qəbələ şəhərində yerləşən 0,06 hektar, Qəbələ rayonu Qəbələ Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli, 07 nömrəli qərarı ilə Cavabdeh3 satılmış Qəbələ şəhərində yerləşən 0,06 hektar və Qəbələ rayonu Qəbələ Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli, 07 nömrəli qərarı ilə X2 Qəbələ şəhərində yerləşən 0,04 hektar torpaq sahələrinə dair məkan göstəriciləri qeyd edilmiş sənəd (plan-ölçü) təqdim olunmadığına görə xüsusiyyətlərini təyin etmək mümkün deyil.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətə verilmiş Qəbələ şəhərində yerləşən 1,3725 hektar torpaq sahəsi, Qəbələ rayonu Qəbələ Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli, 07 nömrəli qərarı ilə Cavabdeh1 satılmış Qəbələ şəhərində yerləşən 0,06 hektar torpaq sahəsinin, Qəbələ rayonu Qəbələ Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli, 07 nömrəli qərarı ilə Cavabdeh3 satılmış Qəbələ şəhərində yerləşən 0,06 hektar torpaq sahəsinin və Qəbələ rayonu Qəbələ Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli, 07 nömrəli qərarı ilə X2 Qəbələ şəhərində yerləşən 0,04 hektar torpaq sahələrinə dair məkan göstəriciləri qeyd edilmiş sənəd (plan-ölçü) olmadığına görə üst-üstə düşməni təyin etmək mümkün deyil.
4. Qəbələ rayonu Qəbələ Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli, 07 nömrəli qərarı ilə Cavabdeh1 satılmış Qəbələ şəhərində yerləşən 0,06 hektar, Qəbələ rayonu Qəbələ Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli, 07 nömrəli qərarı İlə Cavabdeh3 satılmış Qəbələ şəhərində yerləşən 0,06 hektar və Qəbələ rayonu Qəbələ Bələdiyyəsinin 24 iyul 2007-ci il tarixli, 07 nömrəli qərarı ilə X2 Qəbələ şəhərində yerləşən 0,04 hektar torpaq sahələrinə dair məkan göstəriciləri qeyd edilmiş sənəd (plan-ölçü) olmadığına görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətə verilmiş Qəbələ şəhərində yerləşən 1,3725 hektar torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunmasını təyin etmək mümkün deyil.
88. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumat Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş, həmin məlumatda qeyd edilmişdir ki; - Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 4.0.7-ci bəndinə əsasən Xidmət öz vəzifələrini yerinə yetirmək üçün fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq hüquqlarına malikdir. - .....Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən GPS naviqasiya sistemi vasitəsilə ölçü işləri apardıqdan sonra, xəritə materialları və elektron baza məlumatlarına əsasən mütəxəssis rəyi tərtib edilir. Belə olan şəraitdə məhkəmə ekspertinin tədqiqata, o cümlədən yerli baxışda iştiraka cəlb edilməsi formal xarakter daşıyır və Mərkəzdə elektron baza məlumatları olmadığına görə ekspert özünün xüsusi bilikləri əsasında hər hansı bir tədqiqat aparmır. - Göstərilənlərə əsasən, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimafın 3.2-ci bəndinə görə qərardad icra edilmədən iş materialları geri qaytarılır.
89. Məhkəmə kollegiyasının iclasında mütəxəssi kimi rəy verilməsində iştirak etmiş X19 göstərmişdir ki, 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyini müdafiə edir. Belə ki, məhkəmə tərəfindən mütəxəssis qarşısında qoyulmuş suallar üzrə bildirir ki, torpaq islahatları nəticəsində hazırkı iş üzrə İddiaçı və onun ailə üzvlərinə 1,46 ha torpaq sahəsi verilmişdir. Sonradan həmin ərazidə tikinti işlərinin aparılması nəticəsində iddiaçının torpaq sahəsi 9 sot azalmış və qalan 1,37 ha torpaq sahəsinə dair 2012-ci ildə daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Çıxarışa əsasən iddiaçının 1,37 ha torpaq sahəsinin qeydiyyata alınmasına baxmayaraq, hazırda iddiaçıya naturada həmin ölçüdə torpaq sahəsinin verilməsi mümkün deyil. Çünki həmin torpaq sahəsində çatışmazlıq mövcuddur. Aqrar islahatı keçirilən zaman torpaq sahələri keçmiş üsullarla, yəni ruletka, ölçü lenti və ya addımölçənlə ölçülürdü. Hazırda isə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli müvafiq sərəncamına əsasən torpaq sahələri artıq müasir ölçü cihazlarından istifadə olunaraq GPS vasitəsi ilə ölçürülür. Qəbələ rayonunda bunu ayrıca xüsusi təşkilat həyata keçirmiş, yerində ölçü işləri aparmış və bunun nəticəsində xəritələr TEKUİS məlumat bazasına işlənilmişdir. Bu cür ölçülərin aparılması nəticəsində mübahisəli ərazidə uyğunsuzluqlar və çatışmazlıqlar aşkar edilmişdir. Qeyd olunanlar səbəbindən iddiaçının 1,37 ha torpaq sahəsinin təmin olunması mümkün deyil. TEKUİS məlumat bazasında iddiaçının torpaq sahəsi 1,20 ha göstərilmişdir. Əlavə olaraq da qeyd edir ki, iddiaçının torpaq sahəsinin şimal və cənub hissələrində yerləşən torpaq sahələrində də çatışmazlıqlar mövcuddur.
90. X19 verilən suallara cavabında göstərmişdir ki, iddiaçıya verilmiş Çıxarışda onun torpaq sahəsinin 1,37 ha göstərliməsi ilə bağlı bildirir ki, əvvəllər verilən Dövlət aktı DWJ xəritələrinə uyğun olaraq tərtib olunurdu və həmin islahat xəritəsinin üz vərəqi çıxarılaq heç bir sorğu-sual olmadan orada göstərilən məlumatlara əsasən vətəndaşa çıxarış verilirdi. Əgər Dövlət aktında göstərilən torpaq sahəsinin müəyyən hissəsi özgəninkiləşdirilirdisə, Dövlət aktında göstərilən ölçüdən satılan hissə çıxarılaraq yeni sənəd verilirdi. Hazırda torpaq elektron uçot xəritəsi mövcud olduqdan sonra əllərində koordinatlar var və bu məlumatlara uyğun sənədlər verilir. İş üzrə cavabdehlərə aid torpaq sahələri ilə bağlı bildirir ki, aqrar islahatı zamanı mübahisəli ərazinin torpaq sahələri əvvəl çevrələrə bölünürdü və sonra da püşkatma yolu ilə vətəndaşlara pay ayrılırdı. Bununla da İddiaçı torpaq sahəsinin yerləşdiyi çevrənin sərhədləri bəllidir, bir tərəfdən şosse yoludur, digər tərəfdə isə arayollardır. Cavabdehlərin torpaq sahələri isə digər çevrədə yerləşir. Bu səbəbdən də iddiaçının torpaq sahəsi ilə cavabdehlərin torpaq sahələrinin üst-üstə düşməsindən, zəbt olunmasından söhbət gedə bilməz. Cavabdehlərin torpaq sahələrinin kategoriyası kənd təsərrüfatı təyinatlı olduğu üçün onlara Çıxarış verilməsi mümkün deyil. Bununla bağlı izah edir ki, cavabdehlərin torpaq sahələri digər bölgü çevrəsində yerləşir. Həmin ərazi hal-hazırda yaşayış massividir. İslahat zamanı həmin ərazinin torpaqları pay torpağı kimi vətəndaşlara paylanmışdır. Bundan sonra bələdiyyə alqı-satqı yolu ilə vətəndaşlardan torpaq sahələri almışdır. Həmin vaxt, 2006-cı ilədək bələdiyyənin səlahiyyəti var idi ki, mülkiyyətində olan torpaq sahəsinin təyinatını yaşayış məntəqələrinə dəyişdirib sonra satsın. Lakin bələdiyyə bu proseduru həyata keçirmədən torpaq sahələrini kənd təsərrüfatlı təyinatlı ola-ola vətəndaşlara satmışdır. Problem də burdan qaynaqlanmışdır. Cavabdehlərin torpaq sahələrinə dair plan-ölçü sənədləri tərtib olunmamışdır. Onların torpaq sahələrinin ayrılmasını bələdiyyə həyata keçirmiş və hazırda ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə koordinatlar və sair məlumatlar göstərilməyən ayrıc aktı tərtib edib təqdim etmişlər. Lakin rəsmi plan-ölçü sənədi üçün cavabdehlər müraciət etməmişlər, etsələr də, həmin sənədin hazırlanması mümkün deyil. İddiaçının 1,20 ha torpaq sahəsində hazırda heç bir tikinti yerləşmir, ora əkin sahəsidir.
91. Hazırda cavabdehlərə aid torpaq sahələri onlara satılmamışdan öncə olan ilkin sənədlərinə əsasən də iddiaçının torpaq sahəsi ilə üst-üstə düşə bilməzdi, çünki həmin torpaq sahələri müxtəlif bölgü çevrələrində yerləşir. İddiaçıya verilmiş Çıxarışda koordinatlar göstərilmiş və proqram vasitəsi ilə müəyyən olunan koordinatlarla ziddiyyət aşkar olunmur. Lakin faktiki vəziyyət elə deyil, çünki həmin ərazidə həmin ölçüdə torpaq sahəsi mövcud deyil. Əgər hazırkı mübahisə olmasaydı belə, iddiaçının müraciəti əsasında onun naturada torpaq sahəsi TEKUİS məlumat bazasına uyğun (1,20 ha) tanıdılacaqdır.
92. Bundan sonra Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 dekabr 2025-ci il tarixli, 2(107)-552/2025 saylı qərardadı ilə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın аpаrılmаsı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X28 9 saylı Qəbələ Ərazi İdarəsinə həvalə edilmişdir.
93. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X28 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssis rəyi Şəki Apellyasiya Məhkəməsinə daxil olmuş, həmin rəydə qeyd edilmişdir ki; - Kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********51 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpaq sahəsi, Qəbələ rayonu Qəbələ Bələdiyyəsinin 24 iyul 2007-ci tarixli, 07 nömrəli qərarı ilə Cavabdeh1, Cavabdeh3, X2 və onların istifadəsində olan müvafiq olaraq 0,06 ha və 0,04 ha torpaq sahələrinin ilkin sənədləri nəzərə alındıqda cavabdehlər tərəfindən iddiaçı və onun ailə üzvlərinə məxsus torpaq sahəsi zəbt edilməmişdir. xx.xx.2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********51 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”a əsasən İddiaçı və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan torpaq sahəsində olan əskiklik X4 X5 (TEKUİS) mövcud uyğunsuzluq ilə əlaqədardır.
94. Göründüyü kimi, iş üzrə toplanmış materiallar və çoxsaylı rəylər, o cümlədən iş üzrə rəy vermiş mütəxəssisin ifadəsindən belə nəticə hasil olur ki, iddiaçı və onun ailə üzvlərinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsi sənəd üzrə 1,3725 ha göstərilsə də, faktiki olaraq naturada 1,20 ha-dır.
95. Qəbələ rayon Qəbələ Bələdiyyəsinin 2007-ci il tarixli qərarlarına əsasən bələdiyyənin X8 alqı-satqı predmeti olan, kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 0,06 ha, iş üzrə üçüncü şəxs X16 fərdi yaşayış evi tikmək məqsədi ilə 0,04 ha torpaq sahəsinin satılması qərara alınmış, torpaq sahəsinin müvafiq yerquruluşu planı (ayrıc aktı) təsdiq edilməklə həmin şəxslərə təhvil verilmiş və onlar tərəfindən istifadə edilmişdir.
96. Bundan sonra X20 həmin torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsi, torpaq sahəsinin üzərində sərəncam verilməsi barədə hazırkı iş üzrə cavabdehlərdən Cavabdeh2 etibarnamə vermişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir, elvin Rəhimov həmin torpaq sahəsini Cavabdeh2 sonuncunun gələcəkdə öz adına rəsmiləşdirməsi məqsədi ilə vermişdir. Yəni qeyd olunan torpaq sahəsinin Cavabdeh2 sahibliyi və istifadəsində olmasına Elvin Rəhimovun heç bir tələb və etirazı yoxdur.
97. Araşdırma zamanı o da müəyyən edilmişdir ki, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehlərin istifadəsində olan torpaq sahələri müxtəlif bölgü çevrələrində yerləşdiyindən həmin torpaq sahələrinin üst-üstə düşməsi istisna olunur.
98. İşin bu halı üzrə verilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsi barədə 26 dekabr 2025-ci il tarixli, 2(107)-552/2025 saylı qərardadına əsasən verilmiş mütəxəssis rəyi ilə də öz təsdiqini tapır.
99. “X7rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
100. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası iddianın qismən təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
101. Mülki işin apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apellyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilmişdir.
102. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddia tələbini qismən təmin etməkdə birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmədiyindən və birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən, eyni zamanda işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olduğundan cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2(025)-74/2024 saylı qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, e-2(025)-74/2024 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “qanunsuz tikililərin sökülməsi və torpaq sahəsindən istifadəyə törədilən maneçiliyin aradan qaldırılması tələbinə dair” iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov