Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-554/2021 09.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Cavabdeh - Cavabdeh iştirakı ilə Zaqatala Rаyon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(033)-258/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Zaqatala Rаyon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(033)-258/2019 saylı qətnaməsi ilə (hakim Tural Həsənov) İddiaçı Cavabdeh qarşı xx xxxx 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin mülkiyyətində olan 4/5 hissəsində inşa edilmiş mağaza binasının Cavabdeh hesabına sökülməsi və cavabdehin ona düşən hissədən çıxarılması tələbinə.dair iddiası təmin edilməmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin mülkiyyətində olan 4/5 hissəsində inşa edilmiş mağaza binasının Cavabdeh hesabına sökülməsi və cavabdehin ona düşən hissədən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx xxxx 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin 4/5 hissəsi xüsusi mülkiyyətindədir. Həmin torpaq sahəsində 2004-cü il tarixdə mağaza binası inşa edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan və plan ölçü sənədindən görünür ki, 0,0499 ha torpaq sahəsinin 4/5 hissəsi tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin torpaq sahəsində iki tikili mövcuddur. Mağaza binası və onun arxasında yerləşən anbar. Həmin torpaq sahəsində inşa edilmiş 80 kv.m. mağaza binası və arxasında yerləşən anbar pay torpaq sahəsində tikilmişdir. Həmin torpaq sahəsinin 4/5 hissəsi ona məxsus olduğundan onun üzərində yerləşən tikili qanunsuz inşa edilmişdir. O, şəxsi mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Bu səbəbdən həmin mağaza binasının sökülməsinə və cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılmasına zərurət vardır. İddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, mübahisələndirilən torpaq sahəsinin 1/5 hissəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsində yerləşən tikililər torpaq sahələri ilə bağlı islahat keçirilməmişdən qabaq onun tərəfindən inşa edilmişdir. Həmin torpaq sahəsi və üzərində yerləşən tikililər onun tərəfindən uzun müddətdir ki, istifadə olunur. Eyni zamanda Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçının mübahisələndirilən 0,0499 ha torpaq sahəsinin naturada ayrılıb ona verilməsi və onun kompensasiya verilməklə çıxarılması tələbinə dair iddiası da rədd edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Odur ki, qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin qətnаməsindən İddiaçı apellyasiya şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edilərkən qanunverciliyin normaları pozulmuşdur. Belə ki, mübahisədən görünür ki, xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin 4/5 hissəsi tam mülkiyyət hüququ ilə ona, 1/5 hissəsi isə iş üzrə Cavabdeh məxsusdur. Sözügedən torpaq sahəsi Aqrar İslahat Komissiyasının qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmışdır. Yəni orada yalnız kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq olar. Bu torpaq sahəsinin 300 m2 hissəsində onun tərəfindən mağaza binası inşa edilmişdir. Lakin cavabdeh məhkəmədə izahat verərək, həmin binanın özü tərəfindən inşa edilməsini bildirmişdir. Hətta həmin mağaza binasının vergisi və digər xərcləri onun adına olmuşdur. 2017-ci ildə Cavabdeh zor tətbiq etməklə həmin mağazadan onu uzaqlaşdırmış və həmin mağaza binasını özü işlətməyə başalamışdır. Ona görə də, Zaqatala Rаyon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(033)-258/2019 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Zaqatala Rаyon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(033)-258/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rаyon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(033)- 258/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********49 olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında 4/5 hissə İddiaçı və 1/5 hissə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 151 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin 2(033)-54/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı xx xxxx 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin 4/5 hissəsinin naturada ayrılıb ona verilməsi, bu mümkün olmadıqda həmin torpaq sahəsinin 1/5 hissəsindən Cavabdeh kompensasiya ödənilməklə çıxarılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1061/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-54/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır. İş materiallarına əlavə edilmiş birinci instansiya məhkəməsinin yerli baxış protokolundan görünür ki, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsində iş üzrə cavabdeh tərəfindən inşa edilmiş mağaza binası və əlavə tikililər var. Həmin torpaq sahəsinin yarıdan çox hissəsi tikililər altında yerləşir. Həmin tikililərdən və mağaza binasından cavabdeh istifadə edir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,0499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ əsasında 4/5 hissə İddiaçı və 1/5 hissə Cavabdeh adına qeydiyyata alınmışdır. Mübahisələndirilən 0,0499 ha torpaq sahəsində iş üzrə cavabdeh tərəfindən inşa edilmiş mağaza binası və əlavə tikililər var. Həmin tikililərdən və mağaza binasından cavabdeh istifadə edir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-54/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə də ekspert rəyinə istinadən müəyyən edilmişdir ki, tərəflərin paylı mülkiyyətində olan 0,0499 ha torpaq sahəsinin tərəflərin payına münasibətdə naturada ayrılması mümkün deyildir. İddiaçı Yusubova X1 rayonu Muxax kəndində yerləşən 0,0499 ha torpaq sahəsinin mülkiyyətində olan 4/5 hissəsində inşa edilmiş mağaza binasının Cavabdeh hesabına sökülməsini və cavabdehin ona düşən hissədən çıxarılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə görə, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 215.1-ci maddəsinə görə, paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya, mülkiyyətçilərin arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəlləsinin 220.2-ci maddəsinə görə, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qanunvericiliyin tələbinə görə mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyətçilərin mübahisə predmeti olan torpaq sahələrinə payları müəyyən edilmişdir. Lakin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə barəsində mübahisə gedən torpaq sahələrinin paylı mülkiyyətçilərinin paylarına münasib olaraq naturada bölünməsi mümkün deyildir. İddiaçı isə torpaq sahəsinin onun mülkiyyətində olan hissəsində inşa edilmiş mağaza binasının sökülməsini və cavabdehin həmin hissədən çıxarılmasını tələb edir. Məhkəmə kollegiyasının qənaətinə görə isə, tərəflərin payları nə qədərki naturada bölünməyib, həmçinin iddiaçının mübahisələndirilən torpaq sahəsinin hansı hissəsinin onun mülkiyyətində olması müəyyən edilməyib, ona görə də iddiaçının iddiası əsaslı hesab edilərək təmin edilə bilməz. İş materiallarından görünür ki, tərəflərin mülkiyyətində olan torpaq sahəsində yerləşən mübahisəli tikililər lazımı qaydada icazə alınmadan tikildiyi və müvafiq qeydiyyata alınmadığı üçün özbaşına tikilidir. Həmin tikilinin şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilməsi ilə bağlı iddiaçı tərəf məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsində göstərilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bundan başqa, hazırkı vaxtda həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ xx xxxx 2019-cu qeydə alınmışdır. Lakin həmin torpaq sahəsi həmin dövrdə boş olmamış və cavabdehə məxsus uzun müddət istifadə olunan tikililərin altında yerləşir. Həmçinin iddiaçı cavabdehin ona torpaq sahəsindən istifadə etməyə imkan verməməsi, cavabdehin hər hansı müdaxiləsinin olması, bununla da onun mülkiyyət hüququnun pozulması ilə bağlı məhkəmələrə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən isə məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Göründüyü kimi, qаnunverici məhkəmənin üzərinə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırıb, onlаrdаn istifаdə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirаzlаrının əsаsı kimi istinаd etdikləri hаllаrı məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin qismən ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, apellyasiya qaydasında işə baxılarkən iddiaçı, məhkəmə kollegiyasına heç bir əsaslı sübut növü təqdim etməmiş və apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiqini tapmamışdır. Apellyasiya şikayətinin dəlilləri ancaq mülahizələrdən ibarət olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əəsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rаyon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(033)-258/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rаyon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(033)-258/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-554/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-554/2021
09.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver