Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-555/2020 03.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X9 iclas katibliyi və Cavabdeh iştirakı ilə, X4 Şimali-Qafqaz Gömrük İdarəsi İddiaçı Cavabdeh qarşı “gömrük ödənişlərinin və cərimələrin tutulması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1528/2019 nömrəli qətnaməsindən X4 Şimali-Qafqaz Gömrük İdarəsi İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: X4 Şimali-Qafqaz Gömrük İdarəsi İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası ünvan 1 ünvanda yaşayan Cavabdeh (7 526 170 rubl gömrük ödənişi və 838 415,43 rubl cərimə olmaqla) cəmi 8 364 586,20 rubl gömrük ödənişlərinin və cərimələrin İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) xx xxxxxxx 2019-cu il tarixli, 2(075)- 1528/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 7 526 170 rubl gömrük ödənişi və 838 415,43 rubl cərimə olmaqla, cəmi 8 364 586,20 rubl gömrük ödənişlərinin və cərimələrin İddiaçı xeyrinə tutulması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan X4 Şimali-Qafqaz Gömrük İdarəsi İddiaçı iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1528/2019 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: X4 Şimali-Qafqaz Gömrük İdarəsi İddiaçı iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1528/2019 nömrəli qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlməmişdir. İşə baxmamış, işdəki sübutları hərtərəfli və obyektiv araşdırmamışdır. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o hazırki iddia üzrə cavabdehlik daşımalı olan şəxs deyil. Belə ki, o sürücü kimi müqavilə əsasında yükdaşıma fəaliyyəti ilə məşğul olur. Yükdaşıma marşrutu əsasən İstanbuldan Azərbaycana olmuşdur. Yəni adətən yükləri İstanbulda “Avropa Bazarı” adlanan bazardan götürməklə Gürcüstana oradan da Azərbaycan-Bakıya gətirir. Həm Türkiyə həm Gürcüstan həm də Azərbaycan sərhədlərini keçərkən daşıdığı yükə görə gömrük bəyannaməsini (deklarasiya) o deyil, yük sahibi olan şəxslər tərəfindən elektron qaydada əvvəlcədən yükün keçəcəyi müvafiq Gömrük məntəqəsinə bəyan edilir. Onun vəzifəsi yalnız təhvil aldığı yükü (malları) müvafiq məntəqəyə çatdırmaq olduğundan heç vaxt həmin yüklərə görə bəyənnamə təqdim etməmişdir. Təxminən 2016-cı ildə yük gətirmək üçün İstanbul şəhərinə gedərkən TİR sahibi ona zəng edərək İstanbulda “Avropa Bazarı”-na deyil, “Laləli” adlanan alış-veriş mərkəzinə getməsini, orada Patimat Hacıyeva adlı qadını tapmasını və oradan müəyyən malları Rusiya Federasiyasında lazımi ünvana aparmasını bildirmişdir. O da İstanbul şəhərində yerləşən “Laləli” adlanan alış-veriş mərkəzinə getmiş və Patimat Hacıyeva adlı şəxsi tapmışdır. X11 vətəndaşı olmaqla, ayrıayrı şəxslərə aid malları sahiblərinə çatdırmaqla məşğul idi. Əlavə olaraq bildirir ki, nəqliyyat vasitəsi və həmin nəqliyyat vasitəsində olan mallar ona məxsus olmamışdır. Həmin mallar da Patimat Hacıyeva adlı şəxsə məxsus olmuşdur. Cinayət işi üzrə cəriməni də Patimat Hacıyeva ödəmişdir. Cavabdeh sonda Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1528/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı tərəf işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılıb, yekin məhkəmə qərarının surətinin göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini cavabdehin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxaraq iddianı rədd edərkən haqlı olmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməməklə, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Dağısran Məhərrəmkənd Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmünün məzmunundan məlum olur ki, hazırkı iş üzrə mübahisəli malların sahibi X3muşdur. Belə ki, Məhərrəmkənd Gömrük Postunun saxlama kamerasında saxlanılan maddi sübut olan malların hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibi olan X1ytarılması nəzərdə tutulmuşdur. Belə olduğu halda həmin mallara görə gömrük ödənişlərinin ödənilməsi X2 tələb edilməlidir. Belə ki, Cavabdeh nə nəqliyyat vasitəsinin, nə də qeyd edilən malların qanuni sahibi olmamışdır. Həmçinin məhkəmə onu da qeyd etmişdir ki, İddiaçı Məhərrəmkənd Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü üzrə mülki iddiaçı kimi tanınmamış və ya ona gələcəkdə mülki iddiaçı kimi məhkəməyə müraciət edə bilmək hüququ tövsiyyə edilməmişdir. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilən sənədlər: Məhərrəmkənd Rayon Məhkəməsinin xx xxxxxx 2017- ci il tarixli hökmundən görünür ki, Cavabdeh X8 Məcəlləsinin 194-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 350000 rus rublu məbləğində cərimə cəzasına məhkum edilmişdir. Həmçinin cinayət işi üzrə Məhərrəmkənd Gömrük Postunun saxlama kamerasında saxlanılan maddi sübut olan «DAF» markalı, 99XF787/99ZC687 dövlət qeydiyyan nişanlı avtomobilin hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə və ya ona hüquqi səlahiyyəti olan şəxsə qaytarılması, həmçinin Məhərrəmkənd Gömrük Postunun saxlama kamerasında saxlanılan maddi sübut olan malların hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq gömrük prosedurlarının həyata keçirildikdən və s. qanuni sahibi olan “Çakıroğlu Gömrükləmə” (Atatürk bulvarı, Uzunyalı küçəsi 48/1 Kamalpaşa/Hora) firmasının nümayəndəsi X1ytarılması nəzərdə tutulmuşdur. xx xxxx 2017-ci il tarixdə keçirilmiş 155347 saylı əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən qeyd edilən nəqliyyat vasitəsi ilə daşınan müxtəlif çeşidli geyim əşyalarının, bjüteriyaların, həmçinin nəqliyyat vasitələrinə aid ehtiyyat hissələrinin xx.xx.2016-cı il tarixinə orta bazar qiyməti 34 382 122 rus rublu təşkil etmişdir. İddiaçı gömrük ödənişləri şöbəsi tərəfindən «DAF» markalı, 99XF787/99ZC687 dövlət qeydiyyan nişanlı avtomobil ilə daşınan mallara görə gömrük ödənişlərinin 7 541 710, 72 rus rubl olması müəyyən edilmişdir. Maliyyə-vergi hesabatından görünür ki, Cavabdeh bəyan etmədiyi mallara görə gömrük ödənişlərinin və rüsumlarının məbəği 7 526 170 rubl gömrük ödənişi və 838 415,43 rubl cərimə olmaqla, cəmi 8 364 586,20 rubl təşkil edir. Birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin məhkəmələrin beynəlxalq səlahiyyətlərini tənzimləyən müddəalarına istinad etməklə, yuxarıda müəyyən etdiyi işin hallarına milli qanunvericiliyini, o cümlədən Gömrük İttifaqının Gömrük Məcəlləsinin müddəalarını əsas tutub iddiaya mahiyyəti üzrə baxmaqla səhvə yol vermişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və iqtisadi mübahisələr üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. İstinad edilən prosessual hüquq normalarının məzmunundan göründüyü kimi, pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı Azərbaycan Respublikasının məhkəmələrinə yalnız Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olan xarici şəxs hesab edilən: əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların müraciət etmək hüquqları vardır. Hazırki iş üzrə iddiaçı isə Azərbaycan Respublikası ilə prosessual qanunvericilikdə şərtləşdirilmiş hər hansı bağlılığı olmayan digər dövlətin struktur qurumu olan hüquqi şəxsdir. Eyni zamanda qeyd edilməlidir ki, baxış predmeti olan hazırki iddia özü-özlüyündə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 443-cü maddəsində əks olunmuş xarici şəxslərin iştirakı ilə olan işlər üzrə Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyətləri ilə bağlı tələblərə də cavab vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi prosessual hüquq normasının tətbiqində səhvə yol verərək, Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyətlərinə aid olmayan məsələyə baxaraq mahiyyəti üzrə qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Odur ki, qeyd edilən iddia Azərbaycan Respublikası məhkəmələrində baxılmalı olmadığından Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırki iddia ilə Rusiya Federasiyasının müvafiq məhkəmələrinə müraciət etməli, qəbul edilmiş qərar isə Azərbaycan Respublikası ərazisində prosessual qanunvericiliyin tələblərinə əsasən tanınmasından sonra icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apelyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Odur ki, apelyasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə ləğv edlməli və iş üzrə icraata xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264, 384.0.4., 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X4 Şimali-Qafqaz Gömrük İdarəsi İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(075)-1528/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qərardaddan kassasiya şikayəti verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-555/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-555/2020
03.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver