Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-557/2023 16.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Mustafayev Elvin Ağalar oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 08 fevral 2023-ci il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “ünvan 1 ünvanına azyaşlı övladı X1 ilə birlikdə köçürülməyi və həmin mənzildən istifadəyə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin e-2(075)-128/2019 saylı, 08 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin e-2(075)-128/2019 saylı, 08 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 aralarındakı mübahisəni tərəflərin barışıqla həll etdiklərini bildirərək notarial qaydada bağlanmış barışıq sazişini məhkəməyə təqdim etmiş və onu təsdiq etməklə mülki işin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli və bununla bağlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin(bundan sonra - MPM) 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. MPM-nin 261.0.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-nin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, mübahisə edən tərəflərin iradələrinə uyğun olaraq aralarında bağlanılmış barışıq sazişi isə təsdiq olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin e-2(075)-128/2023 saylı, 08 fevral 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, mülki iş üzrə icraata xitam verilsin. İddiaçı ilə Cavabdeh arasında aşağıdakı şərtlərə bağlanılmış barışıq sazişi təsdiq edilsin:
1. İddiaçı ilə Cavabdeh arasında İddiaçı Şəki şəhəri, X3 prospekti, bina 13, mənzil 5 ünvanında yerləşən ümumi sahəsi 49,1 kv.m olan mənzildən istifadə hüququ olduğundan azyaşlı övladı- 29 may 2015-ci il təvəllüdlü X1 ilə birlikdə Şəki şəhəri, X3 prospekti, bina 13, mənzil 5 ünvanında yerləşən ümumi sahəsi 49,1 kv.m olan mənzilə köçürülməyi və həmin mənzildən istifadəsinə yaradılan maneələrin aradan qaldırılması tələbi ilə bağlı mübahisənin həlli üçün Cavabdeh İddiaçı 18.000(on səkkiz min) manat pul verdi və bunun müqabilində İddiaçı göstərilən iddia tələbindən imtina etməyi, Şəki şəhəri, X3 prospekti, bina 13, mənzil 5(yeni qaydalarla X3 prospekti-760, mərtəbə 3, mənzil 1) ünvanında yerləşən ümumi sahəsi 49,1 kv.m olan mənzilə dair gələcəkdə hər hansı bir iddia irəli sürməyəcəyini öhdəsinə götürdü. Gələcəkdə Şəki şəhəri, X3 prospekti, bina 13, mənzil 5(yeni qaydalarla X3 prospekti-760, mərtəbə 3, mənzil 1) ünvanında yerləşən ümumi sahəsi 49,1 kv.m olan mənzilin satılmasına, bağışlanmasına və ya digər qaydada özgəninkiləşdirilməsinə etirazının olmadığını bildirdi.
2. Tərəflərdən hər hansı biri hazırki müqavilənin şərtlərinə əməl etmədikdə Şəki şəhəri, X3 prospekti, bina 13, mənzil 5(yeni qaydalarla X3 prospekti-760, mərtəbə 3, mənzil 1) ünvanında yerləşən ümumi sahəsi 49,1 kv.m olan mənzilə görə verilməli olan 18.000(on səkkiz min) manatın iki mislini- 36.000(otuz altı min) manatı digər tərəfə ödəməyi öhdəsinə götürür. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10(on) gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.