Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-559/2024 01.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: aidiyyatı üzrə başqa məhkəməyə göndərilmə, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Cavabdeh işin aidiyyatı üzrə başqa məhkəməyə göndərilməsi ilə bağlı ərizəsinin təmin edilməməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(051)-310/2024 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətlərə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq Cavabdeh vəsaiti hesabına ona məxsus torpaq sahəsinə bitişik qanunsuz yolla tikdiyi qarajın sökülməsinə və dövlət rüsumu olaraq ödədiyi 100 manat pulun cavabdehdən tutularaq ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə vəsatət təqdim edərək göstərmişdir ki, Cavabdeh Bakı şəhəri Qaradağ rayonu, ünvan 1 ünvanda qeydiyyatdadır. Odur ki, məhkəmədən hazırki mülki işin Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(051)-310/2024 nömrəli qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 ərizəsi təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Mingəçevir Şəhər Məhkəməsində baxılması qərara alınmışdır. Həmin qərardaddan iş üzrə Cavabdeh şikаyət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 1 mart 2024-cü il tarixli, 2(051)-310/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(051)-310/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 ərizəni müdafiə edərək göstərmişdir ki, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddiası üzrə aidiyyət qaydalarına əməl edilməmişdir. Belə ki, Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. Belə olan halda hesab edir ki, aidiyyət qaydaları pozulmuşdur. Odur ki, məhkəmədən mülki işin aidiyyəti üzrə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə göndərilməsi barədə ərizənin təmin edilməsini xahiş edir. Göründüyü kimi, hazırda tərəflər arasında yaranmış Mingəcevir şəhəri, M.Füzuli küçəsində yerləşən qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Bununla bağlı olaraq iddiaçı tikilinin yerləşdiyi yerin məhkəməsinə müraciət etmişdir. Cavabdeh isə ərizəsində Bakı şəhəri, Qaradağ rayonunda qeydiyyatda olduğunu əsas gətirməklə mülki işin baxılması üçün ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsi: 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 iyun 2021-ci il tarixli Qərarında göstərilir ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında həmçinin göstərilir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Göründüyü kimi, hazırki işdə müstəsna aidiyyətin şərtləri mövcud olduğundan konkret işə baxılması üçün bu və ya digər məhkəməni seçmək imkanı istisna olunur. İşə müstəsna aidiyyat qaydalarına uyğun olaraq mübahisələndirilən daşınmaz əmlakın yerləşdiyi yer üzrə Mingəçevir Şəhər Məhkəməsində baxılmalıdır. Ona görə də birinci instansiya məhkəməsi haqlı qənaətə gəlmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(051)-310/2024 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(051)-310/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(051)-310/2024 nömrəli dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-559/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-559/2024
01.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver