Məhkəmə qərarları › İş №2(107)-56/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-56/2025

23.04.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-56/2025 23.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X20 və X4 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 2(014)-9/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 3 oktyabr 1998-ci il tarixli 18 saylı qərarına əsasən Torpağa mülkiyyət hüququna dair JN-156 KOD 90314028 saylı Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə Ağdaş rayonu, Kotanarx kəndində 2,86 hektar torpaq sahəsi verilmişdir. İddiaçı və ailə üzvlərinin adına Ağdaş rayonu, Kotanarx kəndində yerləşən 1.8557 ha torpaq sahəsinə xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli **********95 reyestr nömrəli Çıxarış verilmişdir. İddiaçı Cavabdeh həmin Çıxarışda göstərilən torpaq sahəsini zəbt etdiyini iddia etməklə torpaq sahəsinin boşaldılmasını xahiş edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı arvadı X15, uşaqları X10, 10 may 2017-ci il tarixdə ölmüş X6, X11, 4 aprel 2013-cü il tarixdə ölmüş X7, Cavadova (Eminova) Şəfaqət Əlisurət qızının mülkiyyətinə Ağdaş rayonu, Kotanarx kəndində yerləşən JN156 torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən 2,86 ha torpaq sahəsi verilmişdir. X31 əsasən Çıxarışlar almışdır. RX seriyalı ******* nömrəli, **********95 reyestr nömrəli Çıxarışa əsasən torpaq sahəsinin bir hissəsindən istifadə etsə də 1,8557 hektarından istifadə edə bilmir. Belə ki, həmin torpaq sahəsinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş və ona məlum olmuşdur ki, həmin torpaq sahəsinin 1,8557 hektarı Cavabdeh tərəfindən zəbt olunaraq qanunsuz istifadə edilir. Bu da, onun mülkiyyət hüquqlarını pozur. Cavabdehdən həmin zəbt olunmuş sahəni boşaltamasını tələb etsə də, buna məhəl qoymayaraq istifadə etməkdə davam edir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən RX seriyalı ******* nömrəli, **********95 reyestr nömrəli Çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Ağdaş rayonu, Kotanarx kəndində yerləşən torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş 1,8557 hektarından çıxarılması və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 3 oktyabr 1998-ci il tarixli 18 saylı qərarına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 2,86 hektar torpaq sahəsi verilmişdir. Bu barədə onun adına Torpağa mülkiyyət hüququna dair JN-156 KOD 90314028 saylı Dövlət Aktı verilmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia etsə də, mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 1,67 hektar hissəsi Cavabdeh tərəfindən naturada istifadə edilir.

5. Ağdaş Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 2(014)-9/2024 nömrəli qətnaməsi ilə (hakim Cavid Sultanov) iddia qismən təmin edilmiş, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 3 oktyabr 1998-ci il tarixli 18 saylı qərarına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 2,86 hektar torpaq sahəsinin 1,67 hektar hissəsindən Cavabdehj məcburi qaydada çıxarılması, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun 50 (əlli) manatı Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********** **********) köçürülməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139 və 157.2-ci və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5, 110 və 111-ci maddələrinə istinad etmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Torpağa mülkiyyət hüququna dair JN:156 KOD 90314028 saylı Dövlət Aktı Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015 qeydiyyat tarixli Çıxarış Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş **********00 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022 qeydiyyat tarixli Çıxarış Ağdaş rayon Kotanarx bələdiyyəsi tərəfindən tərtib edilmiş 3 avqust 2022-ci il tarixli akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 1 iyun 2022-ci il tarixli, A № 716553 torpaq sahəsinin planı və ölçüsü AN–İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 1 noyabr 2023-cü il tarixli, 3- 21-3-35/2-4263/2023 saylı rəyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2- 10/9011 nömrəli ekpsert rəyi

8. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, mübahisəli torpaq sahəsini AN - İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcılar X16, X2, Məmmədhüseyinova Hicran Ağahəsən qızı, X12, X1 almışdır. Sözügedən torpaq sahəsi özünə məxsusdur. Belə ki, həmin torpaq sahəsinin onun mülkiyyətində olmasına dair Çıxarış almışdır. Çıxarış alarkən torpaq sahəsi 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları tərəfindən 6 dəfə ölçülərək ona verilmişdir. İstifadəsində olan torpaq sahəsi onun özünə məxsusdur. Heç bir pozuntuya yol verməmişdir və iddiaçıya məxsus torpaq sahəsindən istifadə etmir.

10. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 2(014)- 9/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 2(014)-9/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir.

15. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 110-cu maddəsinə əsasən bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

17. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

18. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 2(014)-9/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın rədd edilmiş hissəsində hansı səbəblə ləğv edilməli olduğunu əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin olunmuş 1.6166 ha torpaq sahəsinə münasibətdə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

20. İşdən görünür ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 3 oktyabr 1998-ci il tarixli 18 saylı qərarına əsasən Torpağa mülkiyyət hüququna dair JN-156 KOD 90314028 saylı Dövlət Aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə Ağdaş rayonu, Kotanarx kəndində 2,86 hektar torpaq sahəsi verilmişdir. İddiaçı və ailə üzvlərinin adına Ağdaş rayonu, Kotanarx kəndində yerləşən 1.8557 ha torpaq sahəsinə xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli **********95 reyestr nömrəli Çıxarış verilmişdir. Cavabdeh adına da Ağdaş rayonu, Kotanarx kəndində yerləşən 1.6166 ha torpaq sahəsinə xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********00 reyestr nömrəli Çıxarış verilmişdir. Cavabdeh həmin torpaq sahəsini AN – İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında 6 may 2022-ci il tarixdə X3 və onun ailə üzvlərindən 1500 manat pul qarşılığında almışdır. Məhkəmə kollegiyasının verdiyi sorğuya 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən cavab olaraq verilmiş sənədlərdən görünür ki, X3 və onun ailə üzvlərinin adına verilmiş 2 fevral 2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********00 reyestr nömrəli Çıxarış JN 218 KOD 90314028 nömrəli Dövlət Aktı əsasında verilmişdir.

21. Birinci instansiya məhkəməsində icraat zamanı əldə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 1 noyabr 2023-cü il tarixli, 3- 21-3-35/2-4263/2023 saylı rəyindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(014)-507/2023 nömrəli Qərardadında mütəxəssis qarşınında qoyulmuş sualların cavabları: “X14 X18” əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə JN-156 nömrəi “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında Ağdaş rayonu, Kotanarx kəndi ərazisində verilmiş 2,86 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,67 ha hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. İddiaçıya məxsus olan və cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsi 1,67 ha təşkil edir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MəhkəmEkspertiza Mərkəzi tərəfindən verilmiş 30 dekabr 2023-cü il tarixli, 3-16-16/2- 10/9011 nömrəli ekpsert rəyinin surətindən görünür ki, “X14 X18” əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə JN-156 nömrəi “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında Ağdaş rayonu, Kotanarx kəndi ərazisində verilmiş 2,86 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,67 ha hissəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. Məhkəmə kollegiyası tərəfindən əldə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 1 noyabr 2024-cü il tarixli, 3- 21-3-35/2-4492/2024 saylı rəyindən görünür ki, Torpağa mülkiyyət hüququna dair JN-156 KOD ********* saylı Dövlət Aktına əsasən iddiaçıların mülkiyyətinə verilmiş 2.86 ha torpaq sahəsinin ölçüləri və koordinatları rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. RX serialı ******* nömrəli, **********95 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2015 qeydiyyat tarixli Çıxarışa əsasən iddiaçıların mülkiyyət hüquqları qeydiyyata alınan zaman torpaq sahəsinə dair plan və ölçünün alınması barədə müraciət edilmədiyi üçün texniki sənəd tərtib edilməmişdir. Bu səbəbdən də ölçülərin və hansı koordinatlarda yerləşməsi müəyyən edilməmişdir. Lakin həmin **********95 reyestr nömrəli Çıxarış JN-156 nömrəli Dövlət Aktı əsasında verilmişdir. ********** qeydiyyat nömrəli xx.xx.2015 qeydiyyat tarixli çıxarışla iddiaçıların mülkiyyət hüquqları qeydiyyata alınan zaman torpaq sahəsinə dair plan və ölçü verilmədiyi üçün 1- ci və 2-ci sualda qeyd olunan torpaq sahələrinin eynilik təşkil edib etməməsini müəyyən etmək mümkün olmamışdır. **********00 reyestr nömrəli ********** qeydiyyat nömrəli, xx.xx.2022 qeydiyyat tarixli çıxarışa əsasən X17 mülkiyyətinə verilmiş Ağdaş rayon, Kotanarx kəndində yerləşən 1.6166 ha torpaq sahəsi sənəd üzrə torpaq sahəsinin ölçüləri və koordinatları rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. 1-ci sualda qeyd edilən JN-156 KOD ********* saylı Dövlət Aktına əsasən verilmiş torpaq sahəsi ilə **********00 reyestr nömrəli ********** qeydiyyat nömrəli, xx.xx.2022 qeydiyyat tarixli çıxarışa əsasən X17 mülkiyyətinə verilmiş torpaq sahəsi üst-üstə düşür. Üst-üstə düşən hissə rəyə əlavə edilmiş sxemdə göstərilmişdir. Qeyd: Əlavə məlumat üçün bildiririk ki, Ağdaş rayon Kotanarx bələdiyyəsinin xəritə (DWJtorpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) materialları ilə, həmçinin Ağdaş rayonu, Kotanarx Bələdiyyəsinin “Torpaqların Sistemi”ndə mövcud olan xəritəsi ilə naturada faktiki istifadəçil konfiqurasiya fərqi) vadır. Sözügedən mübahisəli torpaq sahəsi müxtəlif vaxtlarda hər iki mülkiyyətçi tərəfindən istifadə edilmişdir. Məhkəmə kollegiyası tərəfindən əldə edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 17 fevral 2025-ci il tarixli 10/9120 nömrəli ekspert rəyində həmin mütəxəssis rəyində göstərilənlər qeyd edilmişdir.

22. Göründüyü kimi, İddiaçı və ailə üzvlərinin adına xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli **********95 reyestr nömrəli Çıxarışla verilmiş Ağdaş rayonu, Kotanarx kəndində yerləşən 1.8557 ha torpaq sahəsinin 1.6166 ha hissəsi Cavabdeh adına xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********00 reyestr nömrəli Çıxarışla verilmiş Ağdaş rayonu, Kotanarx kəndində yerləşən 1.6166 ha torpaq sahəsi ilə üst-üstə düşür. Burdan belə nəticə hasil olur ki, Ağdaş rayonu, Kotanarx kəndində eyni koordinatlarda yerləşən 1.6166 ha torpaq sahəsi iki ayrı şəxsin mülkiyyətinə verilmişdir. Bu ziddiyyətin aydınlaşdırılması üçün 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X21 məhkəmə kollegiyasının iclasında dindirilmişdir. Sonuncu mütəxəssis rəyində qeyd edilənlərlə eyni məzmunda izahat verərək əlavə olaraq göstərmişdir ki, torpaq sahələri kiçildiyindən koordinatların üst-üstə düşməsi vəziyyəti əmələ gəlmişdir.

23. Birinci instansiya məhkəməsi İddiaçı və ailə üzvlərinin adına Çıxarış verilmiş 1.8557 ha torpaq sahəsinin 1.67 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edildiyinə əsaslanmaqla iddianı həmin hissədə təmin etmişdir. Halbuki, yuxarıda göstərilənlərdən aydın olduğu kimi, Cavabdeh tərəfindən istifadə edilən 1.67 ha torpaq sahəsinin 1.6166 ha hissəsi onun özünün adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış torpaq sahəsidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi ... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. (bax bənd 14) Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Hazırki halda İddiaçı həmin normalara əsaslanmaqla mülkiyyətində olan torpaq sahəsini başqasının sahibliyindən tələb etdiyi kimi, Cavabdeh da 1.6166 ha torpaq sahəsinə münasibətdə həmin normaların ona verdiyi hüquqlardan istifadə edə bilər. Bu səbəbdən də, Cavabdeh həmin 1.6166 ha torpaq sahəsindən çıxarıla bilməz. Həmin torpaq sahəsinin dəqiq koordinatları və döngə nöqtələri Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 1 noyabr 2024-cü il tarixli, 3- 21-3-35/2-4492/2024 saylı rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir.

24. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri qismən - cavabdehin adına xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmış 1.6166 ha torpaq sahəsinə münasibətdə əsaslıdır.

25. İddiaçı və ailə üzvlərinin adına xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli **********95 reyestr nömrəli Çıxarışla verilmiş Ağdaş rayonu, Kotanarx kəndində yerləşən 1.8557 ha torpaq sahəsinin 1.6166 ha hissəsinin Cavabdeh adına xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********00 reyestr nömrəli Çıxarışla verilmiş Ağdaş rayonu, Kotanarx kəndində yerləşən 1.6166 ha torpaq sahəsi ilə üst-üstə düşməsi məsələsi isə inzibati icraat qaydasında müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi yolu ilə həll edilə bilər.

26. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən boşaldılması tələb olunan torpaq sahəsinin 1.6166 ha hissəsinə münasibətdə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ağdaş Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 2(014)-9/2024 nömrəli qətnaməsi qismən – “Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 3 oktyabr 1998-ci il tarixli 18 saylı qərarına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 2,86 hektar torpaq sahəsinin 1,62 hektar hissəsindən Cavabdeh məcburi qaydada çıxarılması hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş 1.8557 ha torpaq sahəsinin Cavabdeh tərəfindən boşaldılması tələbinə dair iddiası həmin torpaq sahəsinin 1,62 hektar hissəsində də rədd edilməli, qətnamə mübahisələndirilən qalan 0.0534 ha hissədə dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 2(014)-9/2024 nömrəli qətnaməsi qismən – “Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 3 oktyabr 1998-ci il tarixli 18 saylı qərarına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə 2,86 hektar torpaq sahəsinin 1,6166 hektar hissəsindən Cavabdeh məcburi qaydada çıxarılması hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı zəbt olunmuş 1.8557 ha torpaq sahəsindən Cavabdeh çıxarılması tələbinə dair iddiası İddiaçı və ailə üzvlərinin adına xx.xx.2015-ci il tarixli ********** qeydiyyat nömrəli **********95 reyestr nömrəli Çıxarışla verilmiş Ağdaş rayonu, Kotanarx kəndində yerləşən 1.8557 ha torpaq sahəsinin 1,6166 hektar hissəsində (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 1 noyabr 2024-cü il tarixli, 3-21-3-35/2-4492/2024 saylı rəyinə əlavə edilmiş sxemdə göstərilən koordinatlar və döngə nöqtələri) rədd edilsin. Qətnamə mübahisələndirilən iddianın təmin edilmiş qalan 0.0534 ha hissəsində dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat İddiaçı tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar