Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-560/2022 13.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi faktının müəyyən edilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 2(054)-18/2022 nömrəli qətnaməsindən maraqlı şəxs X6 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası İşin halları ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsi ərizəçinin arvadı X7 məxsus olmuşdur. 07.09.2016-cı ildə X4 vəfatından sonra ondan miras qalan əmlakları faktiki olaraq qəbul etmiş və daimi olaraq həmin evdə yaşamaqla evi və həyətyanı torpaq sahəsini idarə etməyə başlamışdır. O, arvadından miras qalan əmlakları öz adına rəsmiləşdirmək üçün Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etsə də, mirasın qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddət ötürüldüyünə görə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və həmin məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Birinci instansiya məhkəməsində icraat: Ərizəçi, Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi maraqlı şəxs qismində işə cəlb edilməklə, ərizə ilə məhkəməyə müraciət edərək mərhum arvadı X4 mülkiyyətində olmuş və ondan miras qalan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsindən ibarət mirasın qanun üzrə vərəsə kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesinin gedişində mərhum X4 uşaqları, yəni birinci növbədə digər vərəsələri Maraqlı şəxs4, Maraqlı şəxs3 və Maraqlı şəxs2 maraqlı şəxslər qismində işə cəlb edilməklə işin icraatı barədə onlara rəsmi məlumat verilmiş, ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri maraqlı şəxslərə göndərilmiş, işə dair yazılı sübütları təqdim etmək maraqlı şəxslərə təklif edilərək onlara prosessual hüquq və vəzifələri izah edilmiş, ərizəyə qarşı nə kimi etirazları olduğunu və bu etirazların hansı sübutlarla təsdiq edilə biləcəyini aydınlaşdırmaq üçün həmin şəxslər məhkəməyə dəvət edilmişlər. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1939-cu il tarixdə Oğuz rayonu Bayan kəndində anadan olmuşdur, hazırda isə Oğuz şəhərində yaşayır. O, 15.01.1965-ci il tarixdə X9 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Arvadı X9 07.09.2016-cı il tarixdə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsi onun arvadı X7 məxsus olmuşdur. Arvadının vəfatından sonra o, ondan miras qalan əmlakları faktiki olaraq qəbul etmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsi də miras əmlak kimi onun tərəfindən bütöv şəkildə qəbul edilmiş və o, daimi olaraq həmin evdə yaşamaqla evi və həyətyanı torpaq sahəsini idarə etməyə başlamışdır. O, arvadından miras qalan əmlakları öz adına rəsmiləşdirmək üçün Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etsə də, mirasın qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddət ötürüldüyünə görə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və həmin məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Hazırda vərəsəlik haqqında şəhadətnamə almaq üçün miras əmlakın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Həmin faktı başqa qaydada müəyyən etmək mümkün olmadığına görə o, hazırki tələblə məhkəməyə müraciət etmişdir Ərizəçi öz tələbini müdafiə etdiyini bildirmiş və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərmişdir ki, onun X9 ilə birgə nikahından Maraqlı şəxs4, Maraqlı şəxs3 və Maraqlı şəxs2 adlı üç uşağı olmuş, həmin uşaqlar hazırda Rusiya Federasiyasında yaşayırlar. Onların uşaqları mərhum analarından qalan miras əmlakları nə faktiki olaraq, nə də vərəsə kimi notariat orqanına rəsmi müraciət etməklə qəbul etməmişlər. Həmin əmlaklarla bağlı hazırda da onların uşaqlarının hər hansı tələbləri yoxdur. O özü mərhum arvadının qanun üzrə birinci növbədə vərəsəsidir və mərhum arvadından miras qalan əmlaklar, o cümlədən, hazırda mübahisə predmetinə aid olan fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi vərəsə kimi yalnız onun özü tərəfindən bütöv şəkildə qəbul edilmişdir. Hazırki vəziyyətdə həmin əmlakların onun adına rəsmiləşdirilməsinə uşaqları da razıdırlar. Ancaq onlar ölkə hüdudlarından kənarda yaşadıqlarına görə notariat orqanına və məhkəməyə gəlməyə çətinlik çəkirlər. Mirasın rəsmi şəkildə qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət keçdiyinə görə notariat orqanı tərəfindən onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Qeyd etdiyi əsaslara görə ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçinin etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə da ərizəçinin tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin, eyni zamanda, ərizəçinin izahatının məzmununa uyğun izahat verməklə onun tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə maraqlı şəxslər qismində işə cəlb edilmiş, mərhum X4 uşaqları, yəni birinci növbədə digər vərəsələri - ünvan 2 ünvanında yaşayan Maraqlı şəxs2 və ünvan 3 ünvanında yaşayan Maraqlı şəxs3 məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ayrıayrılıqda teleqramlar göndərərək mərhum anaları X5 miras qalan əmlakın hazırki iş üzrə ərizəçi tərəfindən qəbul edilməsi faktını təsdiq etdiklərini, həmin əmlakın ərizəçinin adına rəsmiləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. İş üzrə maraqlı şəxslər qismində işə cəlb edilmiş, mərhum X4 uşağı, yəni birinci növbədə digər vərəsəsi Maraqlı şəxs4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmiş, tələbin mahiyyəti üzrə fikrini bidirməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının maraqlı şəxslərin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Maraqlı tərəf Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə göndərilən müraciətlərdə iş yükünün çoxluğu nəzərə alınmaqla işə nümayəndəsinin iştirakı olmadan baxılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İş üzrə şahid qismində dindirilmiş X11 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Oğuz şəhərində yaşayır. Ərizəçi və mərhum X3 yaxın qonşuları olmuşlar. Onların uşaqları uzun müddətdir ki, Azərbaycan Respublikasından kənarda yaşayırlar. Təxminən 5-6 il əvvəl X9 vəfat etmiş, ərizəçi onun vəfatından sonra da həmin evdə qalıb yaşamaqda davam etmiş, evi və təsərrüfatı idarə etmişdir. Hazırda da ərizəçi həmin evdə yaşayır. İş üzrə şahid qismində dindirilmiş, ərizəçinin qonşusu X12 məhkəmə iclasında verdiyi ifadəsində şahid X8 ifadəsinin məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə ki, mərhum X5 miras qalan əmlakın hazırki iş üzrə ərizəçi tərəfindən qəbul edilməsi faktını təsdiq etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1939-cu il tarixdə Oğuz rayonu Bayan kəndində anadan olmuşdur, hazırda isə Oğuz şəhərində yaşayır. Ərizəçi 15.01.1965-ci il tarixdə X9 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. X9 07.09.2016-cı il tarixdə vəfat etmişdir. İş üzrə maraqlı şəxslər qismində cəlb edilmiş Maraqlı şəxs4, Maraqlı şəxs3 və Maraqlı şəxs2 ərizəçinin və mərhum X4 uşaqlarıdırlar. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsi mərhum X4 xüsusi mülkiyyətində olmuş, o özü isə Sumqayıt şəhərində qeydiyyatda olmuşdur. X4 vəfatından sonra hazırki iş üzrə Ərizəçi, onların uşaqları Maraqlı şəxs4, Maraqlı şəxs3 və Maraqlı şəxs2 birinci növbədə vərəsələr kimi qalmışlar. Ərizəçi miras əmlakların qəbulu ilə bağlı ərizə ilə müvafiq notariat orqanına müraciət etmiş, onun müraciətinə cavab olaraq mirasın notariat qaydasında rəsmi qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddət ötürüldüyünə görə aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Hazırda ərizəçi mərhum arvadı X4 mülkiyyətində olmuş və ondan miras qalan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsindən ibarət mirasın qanun üzrə vərəsə kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. İş üzrə maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 da hazırki vəziyyətdə mərhum X2mış mirasın ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə etiraz etmirlər. İş üzrə maraqlı şəxs və Maraqlı şəxs4 məhkəmə iclaslarına gəlməmiş və hazırki tələbə münasibət bildirməmişdir. Maraqlı tərəf Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinin nümayəndəsi də məhkəmə iclaslarında iştirak etməmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, ərizəçi mərhum arvadının vəfatından sonra ondan qalan mirasdan qanunla müəyyən olunmuş müddətdə imtina etməmiş, əksinə, miras qalan əmlakları faktiki olaraq qəbul etməklə idarə etməyə başlamışdır. Bununla da ərizəçi qanun üzrə birinci növbədə vərəsə kimi mərhum arvadından miras qalmış əmlakları qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Qeyd edilən əmlaklar hazırda da ərizəçinin faktiki istifadəsindədir. Ərizəçi mərhum X1 üzrə birinci növbədə vərəsəsi kimi miras əmlakın qəbulu ilə bağlı ərizə ilə müvafiq notariat orqanına müraciət etmiş, lakin mirasın notariat qaydasında rəsmi qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddət ötürüldüyünə görə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmiş və müraciətinə cavab olaraq mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. X4 vəfatından sonra onun birinci növbədə digər vərəsələrinin həmin şəxsdən miras qalan əmlakları qəbul etmək üçün qanunla müəyyən olunmuş müddətdə müvafiq orqana müraciət etməsi halları müəyyən edilməmişdir. Qeyd edilən əsaslara görə məhkəmə mərhum X5 miras qalan əmlakların ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini qanunauyğun hesab etmişdir. Oğuz Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 2(054)-18/2022 nömrəli qətnaməsi ilə (hakim Kamran Süleymanov) ərizə təmin olunmuş, Ərizəçi mərhum arvadı X5 miras qalan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,05 hektar həyətyanı torpaq sahəsini miras əmlak olaraq onun qanun üzrə birinci növbədə vərəsəsi kimi qəbul etməsi faktının müəyyən edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1159.1, 1243.1, 1243.2 və 1246-cı maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Ərizəçiyə aid olan 07.10.2021-ci il tarixdə verilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, 15.01.1965-ci il tarixdə verilmiş evlənmək haqqında şəhadətnamənin, 04.06.2018-ci il tarixdə verilmiş Vİİ-ИK650217 nömrəli ölüm haqqında təkrar şəhadətnamənin, 17.07.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədinin, mərhum X7 aid olmuş şəxsiyyəti təsdiq edən sənədin surəti, Oğuz rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 13.12.2021-ci il tarixli 118 nömrəli arayış, Oğuz rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07.12.2021-ci il tarixli 10-0/1178 nömrəli arayış, ərizəçinin övladı Maraqlı şəxs2 aid olan şəxsiyyəti təsdiq edən sənədin surəti, Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 29.09.2021-ci il tarixli 2707 nömrəli müraciətə cavab məktubu və kommunal xərclərin ödənilməsinə dair ödəniş qəbzləri. Qətnаmədən nаrаzı qаlаn maraqlı şəxs X6 nümayəndəsi və vəkili Vəkil аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Maraqlı şəxs X6 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə onun bildirişi alıb-almadığı barədə heç bir araşdırma aparmamış, onun iştirakı olmadan hüquqlarını pozan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə qətnamədə əvvəl onun digər qardaşlarının da Rusiyada yaşadıqları barədə yazsa da, sonradan onların Sumqayıtdan və Gəncədən teleqram göndərərək hazırki iş üzrə ərizəyə etiraz etmədiklərini qeyd etmişdir. Ona görə də, Oğuz Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 2(054)-18/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı Ərizəçi və onun nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 2(054)-18/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Maraqlı şəxslər Maraqlı şəxs4, Maraqlı şəxs3 və Maraqlı şəxs2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qimən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr hesab edilirlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinəəsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Cavabdeh Oğuz Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 2(054)-18/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizəni təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası maraqlı şəxsin apellyasiya şikayətində məhkəmənin onun bildirişi alıb-almadığı barədə heç bir araşdırma aparmadığı, onun iştirakı olmadan hüquqlarını pozan qanunsuz və əsassız qətnamə qəbul etdiyi barədə göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, mülki işin materialların olan xəbərnamənin kötüyündən görünür ki, maraqlı şəxslərin məhkəmə icraatına cəlb edilməsi barədə 20 dekabr 2021-ci il tarixli bildiriş 25 dekabr 2021-ci il tarixdə xəbərnaməyə imza edilərək alınmışdır. Məhkəmə kollegiyası maraqlı şəxsin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan maraqlı şəxs də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi ərizəni təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn maraqlı şəxs X6 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 2(054)-18/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs X6 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 2(054)-18/2022 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-560/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-560/2022
13.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver