Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-561/2025 29.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X20 qızının katibliyi, İddiaçı və onun vəkili – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil3, apellyasiya şikayəti vermiş Cavabdeh nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli e-2(025)-77/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları:
İddiaçı 25 noyabr 2024-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan mənzildən və həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, oğlu X18 Cavabdeh ilə 2013-ci ildə Qəbələ rayon qeydiyyat idarəsində 76 sayla qeydiyyata alınmaqla rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahdan təvəllüdlü xx.xx.2013-cü il təvəllüdlü X14, xx.xx.2015-ci il təvəllüdlü X15, xx.xx.2019-cu il təvəllüdlü X11 və xx.xx.2022-ci il təvəllüdlü X19 anadan olmuşdur. X29 Cavabdeh qarşı nikahın pozulması və yetkinlik yaşına çatmamış X6, X7, X2 və X10 ataları Hacıyev Zamanın himayəsinə verilməsinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etmişdir. X25 boşanmasının səbəbi cavabdehin əxlaqa, mənəviyyata sığmayan əxlaqsız hərəkətləri olmuşdur. Belə ki, cavabdeh oğlu ilə ailəli olmasına baxmayaraq, internetdə tanış olduğu əslən Ağdam rayonundan olan X3 ilə münasibət qurmuş və onunla 9 il ərzində görüşərək əxlaqsızlıqla məşğul olmuşdur. Bunu cavabdehin özünün etirafları, “vatsapp” yazışmaları, çəkdirdiyi əxlaqsız fotolar da sübut edir. Həmin sübutlar məhkəməyə təqdim olunmuşdur. Eyni zamanda, Qəbələ rayon Prokurorluğuna cavabdehdən qanunsuz hərəkətlərindən, yəni uşaqları döyməsi, bizi şantaj etmək məqsədilə özünə xəsarətlər yetirməyə meyilli olması və s. barədə yazdığı şikayət əsasında cavabdeh prokurorluğa çağrılmış və izahatı alınmışdır. Həmin izahatda cavabdeh Bəndəliyev Ehtibar oğlu ilə necə tanış olduğunu, onunla münasibət qurduğunu və onunla 9 il ərzində Baklda və müxtəlif yerlərdə görüşərək əxlaqsızlıqla məşğul oldiğunu, ərini aldadaraq xəyanət etdiyini etiraf etmişdir. Cavabdeh bu zəmində həmişə evdə dava-dalaş salmış, nəvələrinə işgəncə vermişdir. Cavabdehin yaşadığı ev və həyət iddiaçının mülkiyyətindədir. Lakin, cavabdehə görə o, öz evində rahat yaşaya bilmir. O, oğulları Zaman və Əfqanla gecə saat 2 radələrinə kimi həyətdə oturur və cavabdeh yatandan sonra evə yatmağa gedə bilir. Cavabdeh onu “qanımı sizin üstüzə tökəcəm“ deyərək hədələyir. Hətta Qəbələ rayon İcra Hakimiyyətindən uşaqların atada ya da anada qalmaq barədə fikirlərini öyrənməyə gələn nümayəndələrin yanında da “mən bu evdə qalmağa təsdiqlənim, görün sizin başınıza nə oyun açacam” demişdir. Beləliklə, cavabdeh ərinə xəyanət etməklə yanaşı, eyni zamanda mülkiyyətini dağıdır, qapı-pəncərələrini qırır və eyni zamanda onları hədələyir. Cavabdeh iddiaçının mülkiyyətində, yəni evində və həyətində yaşaya bilməz, çünki cavabdeh iddiaçı və övladları üçün təhlükə törədir. O, cavabdehin qanunsuz hərəkətlərindən dəfələrlə Qəbələ rayon Prokurorluğuna və Qəbələ rayon Polis İdarəsinə şikayət etsə də, ona məhkəməyə müraciət etməyi tövsiyə olunubdur. Qəbələ Rayon Məhkəməsində iş üzrə aparılan məhkəmə hazırlıq mərhələsində İddiaçı 07 yanvar 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddia tələbinin dəqiqləşdirlməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan mənzildən və həyətyanı torpaq sahəsindən Cavabdeh və uşaqları X6, X7, X4 və X10 çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmiş və həmin Ərizədə tələbini onunla əsaslandırmışdır ki, ilkin iddia ərizəsində X25 Cavabdeh qarşı nikahın pozulması və yetkinlik yaşına çatmamış X6, X7, X2 və X10 Hacıyev Zamanın himayəsinə verilməsinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəməsinə müraciət etdiyini qeyd etmişdir. Lakin, hal-hazırda Qəbələ Rayon Məhkəməsinin qətnaməsi ilə oğlu ilə cavabdeh arasında rəsmi nikah münasibətlərinə xitam verilmiş və xx.xx.2013-cü il təvəllüdlü X6, xx.xx.2015-ci il təvəllüdlü X7, xx.xx.2019cu il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X10 cavabdehin himayəsinə verilməsi və 500 manat alimentin iddiaçı Hacıyev Zamandan tutularaq cavabdehə verilməsi qət edilmişdir. Buna görə də, ilkin iddia ərizəsinə aşağıdakı dəqiqləşdiriməni verir: 1. X30 cavabdehlə Bakı şəhərində ailə qurmuş və uzun zaman orada kirayədə yaşamışlar. Sonra iş olmadığı üçün ondan müvəqqəti olaraq yanında yaşamağı xahiş etmiş və iş tapandan sonra başqa yerdə ev tutub kirayə yaşayacağını bildirmişdir. İddiaçı da artıq otaq olmadığı üçün onlara müvəqqəti mətbəxdə qalmağa icazə vermişdir. İş tapdıqdan sonra Zaman dəfələrlə başqa yerdə kirayə yaşamaq istəsə də, cavabdeh buna razı olmadı. Buna görə də, o, bu günə kimi mətbəxindən istifadə edə bilmir. Yəni, o, oğluna və cavabdehə evində müvəqqəti qalmağa icazə vermişdir. 2. Qeyd etdiyi kimi, Qəbələ Rayon Məhkəməsinin qətnaməsi ilə oğlu ilə cavabdeh arasında olan nikah pozulmuş və 4 uşağın cavabdehin himayəsinə verilməsi qət edilmişdir. Cavabdeh oğlu ilə evində 2014-cü ildən yaşamağa başlamışdır. Oğlundan boşandıqdan sonra cavabdehin və uşaqlarının evində yaşamağa heç bir hüququ yoxdur və onlar evindən çıxmalıdır. Çünki, evin və torpağın mülkiyyətçisi özüdür və oğlu Zaman da artıq onunla birlikdə yaşamır. 3. Bundan başqa, onun böyük oğlu subaydır və artıq 40 yaşı var. Evdə darısqallıq olduğu üçün o, həmin oğlunu evləndirə bilməmişdir. Cavabdeh evində qalsa, həmin oğlunu evləndirə bilməyəcəkdir. Onun özü də həyətdə olan toyuq hinini təmizləyib, orada birtəhər yaşayır. 4. Bundan başqa, cavabdeh əvvəllər olduğu kimi, ayrılandan sonra da onu mülkiyyətində rahat yaşamağa qoymur. Oğlanlarının üstünə hücum çəkir, körpə uşaqları amansızcasına döyür və utanmadan deyir ki, Zamanı tutduracaqdır. Mən dindar qadınam. 5. Eyni zamanda, cavabdeh qapıpəncərələrimi qırır və o, bu halı sübut edən fotoşəkilləri və videoları məhkəməyə təqdim etmişdir. Cavabdeh onun mülkiyyətində, yəni evində və həyətində yaşaya bilməz. Çünki, cavabdeh övladları üçün təhlükə törədir və artıq uşaqlar da cavabdehin himayəsinə verildiyi üçün cavabdeh uşaqlarla birlikdə mülkiyyətindən çıxarılmalıdır. Eyni zamanda, cavabdehin ata-anası Bakıda, Hökməli kəndində 4 otaqlı evdə tək yaşayırlar. Yəni, cavabdehin uşaqları ilə yaşamağa yaşayış sahəsi vardır.
2. Birinci instansiya məhkəməsində icraat:
Qəbələ Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli e-2(025)-77/2025 nömrəli qətnaməsi ilə İddiaçınun Cavabdeh qarşı “torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma” barədə iddia tələbi qismən təmin edilərək, həmin məhkəmə qətnaməsində qət olunmuşdur ki, İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,3240 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 171,80 kv/m olan fərdi yaşayış evindən (reyestr nömrəsi: **********96-10301) Cavabdeh çıxarılsın (hakim Ülvi Qənbərov). Qəbələ Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli e-2(025)-77/2025 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinin surətinə əsasən X18 ilə Cavabdeh arasında 22 iyun 2013-cü il tarixdə bağlanmış (76 saylı nikah akt qeydi) rəsmi nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X14, xx.xx.2015-ci il təvəllüdlü X15, xx.xx.2019-cu il təvəllüdlü X11 və xx.xx.2022-ci il təvəllüdlü X1 Ayşən Ələkbər qızının yanında qalmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün onun xeyrinə X8 hər uşaq üçün 125 manat olmaqla, hər ay 500 manat sabit pul məbləğində aliment tutulmuşdur. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,3240 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 171,80 kv/m olan fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə (reyestr nömrəsi: **********9610301) xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İşdə olan Qəbələ rayon Prokurorluğunun “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarının surətinə əsasən Cavabdeh ilə X18 arasındakıl ər-arvad münasibətləri Cavabdeh xəyanəti səbəbindən pozulmuş və bundan sonra o, Qəbələ rayonu Bum qəsəbəsində yaşadıqları evdə ailənin digər üzvləri yola gedə bilməmişdir. Məhkəmədə tədqiq olmunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh 2013-cü ildə X18 ilə rəsmi nikaha girərək, İddiaçı məxsus olan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən fərdi yaşayış evinə köçmüş və ailənin digər üzvləri ilə birgə təsərrüfat aparmışdır. Onun həmin nikahdan xx.xx.2013-cü il təvəllüdlü X14, xx.xx.2015-ci il təvəllüdlü X15, xx.xx.2019-cu il təvəllüdlü X11 və xx.xx.2022-ci il təvəllüdlü X19 adında uşaqları olmuş və xx.xx.2024-cü il tarixdə boşanmışdır. Cavabdeh X18 ilə birgə nikahda olduğu dövdə yaşadıqları evdə əsaslı təmirtikinti işləri aparılmamışdır (Fərdi yaşayış evinin texniki pasportu və işdə olan fotoşəkillərdə əks olunan görüntülərlə təsdiq olunur). Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh boşandıqdan sonra İddiaçı ailə üzvləri sırasından çıxdığı üçün sonuncuya xüsusi mülkiyyət hüququ ilə məxsus olan Qəbələ rayonu Bum qəsəbəsindəki 0,3240 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 171,80 kv/m olan fərdi yaşayış evində yaşayış sahəsindən istifadə hüququnu itirmişdir. xx.xx.2013-cü il təvəllüdlü X14, xx.xx.2015-ci il təvəllüdlü X15, xx.xx.2019-cu il təvəllüdlü X11 və xx.xx.2022-ci il təvəllüdlü X19 yetkinlik yaşına çatmadıqlarından İddiaçı ilə aralarında olan ailə münasibətlərinə xitam verilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı məxsus olan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən fərdi yaşayış evində (reyestr nömrəsi: **********96-10301) Cavabdeh yaşayış sahəsindən istifadə hüququna xitam verildiyi üçün o, qeyd olunan ünvanda yerləşən mənzil sahəsini boşaltmalı və 0,3240 ha həyətyanı torpaq sahəsindən çıxmalıdır. Birinci instansiya məhkəməsi, həmin qətnamədə gəldiyi nəticənin hüquqi əsaslandırılması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5 və 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2 və 30.4-cü maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1, 76.2 və 216-220-ci maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz:
3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri
Cavabdeh “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Qəbələ Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli e-2(025)-77/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək (apellyasiya şikayətini nümayəndə (vəkil) Vəkil2 imzalamışdır), “Qəbələ Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2(025)- 77/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi” barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2(025)-77/2025 saylı qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilərək İddiaçı xüsusi mülkiyyt hüququ ilə məxsus olan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0.3240 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 171.80 kv.m olan fərdi yaşayış evindən (reyestr nömrəsi **********96-10301) Cavabdeh çıxarılması qət edilmişdir. Aşağıdakılara görə iş üzrə Qəbələ Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2(025)-77/2025 saylı qətnaməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və işin hallarına uyğun olmaması səbəbindən ləğv edilməli və iddiaçının iddia tələbi təmin edilməməlidir. Belə ki, Cavabdeh iddiaçının oğlu X18 ilə 22 iyun 2013-cü ildə rəsmi nikaha girərək evlənmişdir. Faktiki nikaha isə 2012-ci ilin mart ayından daxil olmuşlar. 2012-ci ildə onların el adəti ilə toyu olmuş və Qəbələ rayonuna gəlin köçmüşdür. Birgə nikahlarından 19 avqust 2013-cü il təvəllüdlü Hacıyeva Nuray, 03 yanvar 2015-ci il təvəllüdlü Hacıyeva Aylin, 17 sentyabr 2019-cu il təvəllüdlü Hacıyeva Zeynəb və 24 sentyabr 2022-ci il təvəllüdlü Hacıyev Mahir adlı 4 övladları vardır. Xasiyyətləri uyğun gəlmədiyindən nikahları məhkəmə qaydasında pozulmuş və övladlar ananın himayəsində saxlanılmışdır. İddiaçı Hacıyev Zaman uşaqların ananın yanında saxlanması və alimenti yüksək olması ilə bağlı apellyasiya şikayəti vermiş olsa da, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-352/2025 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh gəlin köçən gündən bu günə qədər sözü gedən evdə övladları ilə yaşayır. Hazırda övladları məktəblidir və Bum qəsəbəsində yerləşən məktəbdə oxuyurlar. Evə gəlin köçəndən sonra evdə əsaslı təmir işləri aparılmış və fotoşəkillərdən də açıq aydın şəkildə həmin otaqların əvvəlki və sonrakı təmir arasındakı fərq görsənir. Hətta onların yaşadıqları evdə qaz xətti Hacıyev Zamanın adına olmuşdur. Evin kommunal xərclərini onlar ödəmişlər. Uşaqlar hazırda ananın himayəsindədir və onunla birgə yaşayırlar. Hazırda Cavabdeh hər hansı başqa yaşamağa evi yoxdur və onun evə olan ehtiyacı aradan qalxmamışdır. Məhkəmənin hazırlıq iclasında iddiaçı hüquq müəyyənedici sənədləri məhkəməyə təqdim etməmiş və 11 dekabr 2024-cü il tarixli texniki pasportu və Çıxarışı baxış iclasında məhkəməyə təqdim etmişdir. Halbuki bütün sübutlar məhkəmə baxışınadək məhkəməyə verilməli idi. İş materiallarından aydın görsənir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 17 nömrəli qərarı ilə İddiaçı Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 3240.02 həyətyanı torpaq sahəsi verilmişdir. Birinci instansiya məhkəməsi, iddia tələblərini (cavabdehin uşaqları ilə birlikdə mənzildən çıxarılması) qismən təmin edərkən, gəldiyi qənaəti cavabdehin iddiaçının ailə üzvü olmaması, iddiaçıya məxsus mübahisə predmeti olan evə hər hansı hüququnun olmaması və iddiaçının onun qarşısında həmin mənzilə dair heç bir öhdəliyinin olmaması, nəticə etibarilə iddiaçıya məxsus mənzildə qanunsuz yaşaması ilə əsaslandırmışdır. “Cavabdehin mübahisə predmeti olan mənzildən çıxarılması” tələbinin təmin olunması hissəsində rayon məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq, cavabdeh tərəf bildirir ki, mübahisənin düzgün hüquqi həlli üçün ilk növbədə cavabdehin mübahisə predmeti olan mənzilə hər hansı hüququnun olub-olmadığı müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu maddənin şərh edilməsinə dair 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. İş materiallarından görünür ki, cavabdehin qaynanası İddiaçı mübahisə predmeti olan torpaq sahəsini 1998-ci il tarixli Aqrar-islahat komissiyasının qərarı ilə verilmişdir. Lakin torpaq sahəsi və fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Həmin daşınmaz əmlak 2024-cü ildə qeydiyyatdan keçmişdir. Bu isə o deməkdir ki, İddiaçı torpaq sahəsi və fərdi yaşayı evin üzərində mülkiyyət hüququ sahibi olmamaqla, həmin mənzilə yalnız sahiblik və istifadə hüququ əldə etmişdir. Cavabdeh isə 2012-ci ildə iddiaçının oğlu ilə ailə quraraq, sözügedən evə gəlin köçmüş və hal-hazıradək həmin evdə yaşayır. Belə olan halda, fərdi yaşayış evinin və torpaq sahəsinin hüquqi vəziyyətini və tərəflər arasında mənzillə bağlı münasibətlərin yaranma tarixini nəzərə alaraq cavabdeh hesab edir ki, mülki qanunvericilikdə Cavabdeh ilə qaynanası İddiaçı arasında mənzildən istifadə ilə bağlı münasibətləri birbaşa tənzimləyən norma olmasa da, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68-ci maddəsi analoji olaraq hazırkı işin hallarına tətbiq edilə bilər (Mülki Məcəllə, maddə 11.1) Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında social kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Cavabdeh, mübahisəli evin hazırda qanuni sahibi olan qaynanası İddiaçı ailə üzvü sayılan şəxslərə aid olmasa da, cavabdehin 2012-ci ildən hal-hazıradək azyaşlı uşaqları ilə birlikdə orada faktiki və daimi yaşamasını, təsərrüfat aparmasını müstəsna hal kimi qəbul edərək, onu ailə üzvü hesab edir. Bu hal isə cavabdehin mənzildən istifadə hüququnun yaranmasına dəlalət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 228.5-ci maddənin şərh edilməsinə dair 29 mart 2016-cı il tarixli qərarına əsasən, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Bu mənada xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Hazırda məhkəmənin qərarı ilə uşaqlar ananın yanında saxlanılmışdır. Hüquqi müəyyənlik prinsipi baxımından uşaqların ananın yanında qalması məhkəmənin qərarı ilə olmuşdur. Mülki Məcəllənin 27-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Bu mənada da ayrı-seçkilik ola bilməzdi, yəni uşaqların həmin evdə hüquqları saxlanmışsa, valideynlərində hüququ saxlanılmalıdır. Onlar istifadə hüququna münasibətdə bərabər hüquqlara malikdirlər. Yəni, ananın yaşayış yeri haradırsa, uşağın da yaşayış yeri həmin yer olmalıdır. Uşağın da yaşayış yerindən istifadə hüququ həmin evə saxlanıldığından, ananın da istifadə və yaşayış hüququ həmin evdə saxlanılmalıdır. Odur ki, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.
3.2). Apellyasiya şikayətinə qarşı etiraz
İddiaçı 10 may 2025-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin rədd olunmasını və Qəbələ Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli e-2(025)-77/2025 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmiş və həmin Etirazda mövqeyini onunla əsaslandırmışdır ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il taixli qətnaməsi ilə oğlu Zamanla Cavabdeh arasında 2013-cü ildə bağlanmış nikah pozulmuşdur. X25 boşanmasının səbəbi cavabdehin əxlaqsız hərəkətləri olmuşdur. Belə ki, cavabdeh oğlu ilə ailəli olmasına baxmayaraq, internetdə tanış olduğu Ağdam rayonundan olan X3 ilə münasibət qurmuş və onunla 9 il ərzində görüşərək, əxlaqsızlıqla məşğul olmuşdur. Bunu cavabdehin özünün etirafları, vatsap yazışmaları, çəkdirdiyi əxlaqsız fotolar da sübut edir və həmin sübutlar məhkəməyə təqdim olunmuşdur. Cavabdeh hər dəfə xəstəlik adı ilə guya müalicə almaq üçün Bakıya getmiş və orada həmin şəxslə görüşmüşdür. Hətta, həmin şəxs onlar evdə olmayanda, həyətinə də gəlmişdir. Yaşadıqları ev və həyət iddiaçının mülkiyyətindədir və onun adına daşınmaz əmlakdan Çıxarış verilmişdir. Cavabdeh oğlu ilə onun evində 2016-cı ildən yaşamağa başlamışdır. Oğlundan boşandıqdan sonra isə onun və uşaqlarının evində yaşamağa heç bir hüququ yoxdur və onlar evindən çlxmalıdırlar. Çünki, evin və torpağın mülkiyyətçisi odur, oğlu Zaman artıq evində yaşamır. Bundan başqa, onun böyük oğlu subaydır və artıq 40 yaşı var. Evdə darısqallıq olduğu üçün o, həmin oğlunu evləndirə bilməmişdir. İndi onu evləndirməlidir. Lakin cavabdeh evində qalsa oğlunu evləndirə bilməyəcəkdir. Bundan başqa, cavabdeh əvvəllər olduğu kimi, ayrılandan sonra da onları mülkiyyətində rahat yaşamağa qoymur. Oğlanlarının üstünə hücum çəkir, körpə uşaqları amansızcasına döyür, utanmadan da deyir ki, Zamanı tutduracaqdır. Hətta, alimenti bəhanə etdirib, Zamanı 8 sutka tutdurmuşdur. Eyni zamanda, cavabdeh qapıpəncərələri qırır və bu halı sübut edən fotoşəkillər və videolar məhkəməyə təqdim edilmişdir. O, öz evində rahat yaşaya bilmir. Belə ki, o, oğlu Əfqanla gecə saat 2 radələrinə kimi həyətdə otururlar və cavabdeh yatandan sonra evə yatmağa gedirlər. Zaman isə artıq başqa yerdə yaşayır. Cavabdeh onları “qanımı sizin üstüzə tökəcəm“ deyərək hədələyir. Cavabdehin hərəkətlərini kənddə hamı bilir. Çünki evdə olan söz-söhbətləri, davaqırğınları qonşular eşidir. Hal-hazırda cavabdehin əxlaqsız hərəkətlərinə görə onu məclislərə çağırmırlar. Cavabdehə görə ailəsi nüfuzdan düşüb, kənddə hörmətlərini itirmişlər. Bundan sonra cavabdeh onun mülkiyyətində, yəni evində və həyətində yaşaya bilməz, çünki ona və övladlarına təhlükə törədir. Cavabdehin ata-anası Bakıda, Hökməli kəndində 4 otaqlı mənzildə tək yaşayırlar. Yəni, cavabdehin uşaqları ilə yaşamağa yaşayış sahəsi vardır. Qəbələ Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehin evindən və həyətindən çıxarılması qət edilmişdir. Cavabdeh onun mülkiyyətindən çıxmalıdır. İstəyir uşaqları ilə çıxsın, istəmir uşaqsız çıxsın. Qeyd etdiyi kimi, evin və torpağın mülkiyyətçisi odur, Zaman deyildir. Əgər evin və torpağın mülkiyyətçisiçi Zaman olsaydı, onda cavabdeh Zamandan mənzildən müvəqqəti istifadə hüququ tələb edə bilərdi. Mənzil Məcəlləsinin 30.4-cü maddəsində deyilir ki, mülkiyyətçinin keçmiş ailə üzvünün yaşamağa yaşayış yeri olmasa, ona mənzildən müvəqqəti istifadə hüququ verilə bilər. Əvvələn, Ayşən onun ailə üzvüm deyildir, Zamanın ailə üzvü olmuşdur. Əgər Zaman mülkiyyətçi olsaydı, Ayşən Zamandan istifadə hüququ tələb edə bilərdi. Cavabdeh yaşamağa yeri vardır. Onun atasının Bakı şəhərinin Hökməli kəndində olan həyətində 4 otaqlı bir və 2 otaqlı başqa bir mənzili vardır. Həmin həyətdə ana və atasından başqa kimsə yaşamır. Cavabdeh deyir ki, gələndən sonra evdə remont gedib. Lakin onun mənzilində heç bir təmir getməyib. Məhkəməyə verdiyi şəkillərdə olan köhnə qapılardan, çürümüş sütunlardan da görünür ki, heç bir təmir aparılmayıb. Zaman aliment verməyə pul tapmır, həmişə sosial yardım alıb dolanıblar. Zamanın pulu olsaydı özünə ev tikərdi, daha onun mətbəxində yaşamazdı. O, Cavabdeh əxlaqsız şəkillərini, onun polisdə və prokurorluqda və əxlaqsız etməsi barədə verdiyi izahatları, vatsap yazışmalarını, onu və oğlu Zamanı, uşaqları döyməsi barədə videoları, əmlakını, hasarını, pəncərələrini sındırması barədə fotoları elektron qaydada məhkəməyə təqdim etmişlər.
4. İş üzrə apellyasiya icraatı:
4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə 29 may 2025-ci il tarixinə təyin edilmiş məhkəmə iclasına İddiaçı, iddiaçının vəkili Vəkil3 və apellyasiya şikayətini vermiş Cavabdehnun nümayəndəsi Vəkil2 gəlmişlər. Məhkəmə iclasında apellyasiya şikayəti vermiş Cavabdehnun nümayəndəsi Vəkil2 Qəbələ Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli e-2(025)-77/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, İddiaçınun Cavabdeh qarşı “torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Qəbələ Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli e-2(025)-77/2025 nömrəli qətnaməsinin ləğv olunması və “iddiaçının mülkiyyətində olan evdən və həyətyanı torpaq sahəsindən Cavabdeh çıxarılması” barədə iddia tələbi əsassız olduğundan rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədiyini bildirib, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyərək, Qəbələ Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli e-2(025)-77/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və öz mövqeyini iddia ərizəsində, “iddia tələbinin dəqiqləşdirlməsi” barədə ərizədə və apellyasiya məhkəməsinə təqdim etdiyi apellyasiya şikayətinə qarşı yazılı etirazda göstərilənlərlə əsaslandırdı. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil3 apellyasiya şikayətini qəbul etmədiyini bildirib, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyərək, Qəbələ Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli e-2(025)-77/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - Cavabdeh tərəfindən hazırkı apellyasiya şikayətində “Qəbələ Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli 2(025)-77/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7ci maddələrinin tələbləri nəzərə alınmaqla, yoxlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları (maddələri): 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.3. mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 6.1.4. mülkiyyətin toxunulmazlığı; 6.1.5. müqavilələr azadlığı; 6.1.6. şəxsi və ailə həyatına kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 6.1.7. mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 6.1.8. pozulmuş hüquqların bərpasının təmin edilməsi; 6.1.9. mülki hüquqların məhkəmə müdafiəsi. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları (maddələri): 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin normaları (maddələri): 84.1. Topaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə, cavabdehin iddia tələbinə etirazının dəlillərinə və tərəflərin iddia tələbi üzrə mövqelərinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materialları və məhkəmə araşdırması zamanı işin konkret halları ilə müəyyən olunur ki, İddiaçı oğlu X18 ilə Cavabdeh Qəbələ rayon Qeydiyyat Şöbəsi tərəfindən 22 iyun 2013-cü ildə qeydə alınan rəsmi nikah bağlamaqla evlənmiş və onlar evləndikdən sonra Qəbələ rayonu Bum qəsəbəsində İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus 0,3240 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 171,80 kv/m olan fərdi yaşayış evində yaşamışlar. Lakin, Qəbələ Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli e-2(025)-1191/2024 nömrəli qətnaməsi ilə X18 ilə Cavabdeh arasında Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 2013-cü il iyun ayının 22-də qeydə alınmış 76 nömrəli nikah pozulmuş və tərəflərin birgə nikahından doğulmuş uşaqları cavabdeh - anaları Cavabdeh yanında saxlanılmışdır. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli e- 2(025)-77/2025 nömrəli qətnaməsi qəbul edilərkən Cavabdeh artıq hazırkı iş üzrə İddiaçı oğlunun arvadı, yəni ailə üzvü olmamışdır. İnsan Hüquqlarının və X9 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsasən Azərbaycan Respublikasında mulkiyyət toxunulmazdır və dovlət tərəfindən mudafiə olunur (13-cü maddə), mulkiyyətin heç bir novunə üstünlük verilmir və mulkiyyət hüququ, o cumlədən xüsusi mulkiyyət hüququ qanunla qorunur (29-cu maddə) və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə “mülkiyyətin toxunulmazlığı” Mülki Qanunvericiliyin prinsiplərindən biri kimi müəyyən olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. “Ədalət muhakiməsinin həyata kecirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların mudafiəsi haqqında” Avropa Konvensiyası muddəalarının və İnsan Hüquqları uzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində gostərilir ki, mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Göründüyü kimi, Qəbələ Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli e-2(025)- 77/2025 nömrəli qətnaməsi ilə İddiaçınun Cavabdeh qarşı “torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma” barədə iddia tələbi qismən təmin edilərək, “İddiaçı xüsusi mülkiyyət hüququ ilə məxsus olan Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,3240 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərindəki ümumi sahəsi 171,80 kv/m olan fərdi yaşayış evindən (reyestr nömrəsi: **********96-10301) Cavabdeh çıxarılması” qət edilmişdir və hazırkı apellyasiya şikayəti üzrə aparılan məhkəmə araşdırması nəticəsində birinci instansiya məhkəməsinin məlum iddia tələbini qismən təmin etməkdə haqlı olduğu və düzgün nəticəyə gəldiyi müəyyən olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri baxımından on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayıldığından (Mülki Məcəllənin 27.2-ci maddəsi), nikahı pozularkən 14 yaşına çatmayan uşaqların Cavabdeh yanında saxlanılmaları - onun artıq ailə üzvü hesab edilmədiyi İddiaçı xüsusi mülkiyyətində olan evdən çıxarılmasına mane ola bilməz. Çünki, qeyd olunduğu kimi, Qanunvericilik 14 yaşına çatmayan valideyn və uşaqların yaşayış yerini müəyyən edərkən, valideyni uşaqların yaşayış yeri ilə deyil, uşaqları - valideynin yaşayış yeri ilə əlaqələndirmişdir. Yəni, Qanunvericiliyin tələbləri baxımından 14 yaşına çatmayan uşaqların yaşayış yeri valideynin yaşadığı yer hesab olunur. Bundan əlavə, qeyd etmək lazımdır ki, Qəbələ Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli e-2(025)-77/2025 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsi İddiaçınun “torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma” barədə iddia tələbini qismən təmin edərək, Cavabdeh “məhkəmə qətnaməsi ilə yanında saxlanılmış uşaqların onunla birlikdə evdən çıxarılması” barədə qərar qəbul etməsə də, iddiaçı tərəf iddiasının təmin olunmadığı həmin hissədə qətnaməni mübahisələndirməmiş və məhkəmənin uşaqlarla əlaqədar gəldiyi bu nəticə ilə razılaşmışdır. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli e-2(025)-77/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 06 mart 2025-ci il tarixli e-2(025)-77/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.