Məhkəmə qərarları › İş №2(107)-563/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-563/2023

01.06.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-563/2023 01.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə köçürülmə» ilk iddia, Cavabdeh2 İddiaçı qarşı «ünvan 1 ünvanına dair iddiaçının istifadə hüququna xitam verilməsi» tələbinə dair qarışlıqlı iddiası üzrə mülki iş (Açar sözlər: ilk iddia mənzilə köçürülmə, qarışlıqlı iddia ünvan 1 ünvanına dair iddiaçının istifadə hüququna xitam verilməsi, iddia tələbindən kənara çıxma) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, cavabdehlər Cavabdeh1nın və Cavabdeh2 nümayəndəsi həmçinin, vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzilə köçürülmə» ilk iddia və Cavabdeh2 İddiaçı qarşı «ünvan 1 ünvanına dair iddiaçının istifadə hüququna xitam verilməsi» qarışlıqlı iddia tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(039)-62/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh1 qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları X4, X3 daimi qeydiyyatda olduqları Yevlax şəhəri, C.Mustafayev küçəsi, 106 saylı evin 23 saylı mənzilinə köçürülmələrinə və həmin mənzilə istifadə hüquqlarının tanınmasına dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 iş üzrə cavabdeh qismində cəlb edilmişdir. İddiaçı iddianı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 10 fevral 2001ci il tarixində faktiki olaraq nikaha daxil olmuşdur. Bu nikahdan 26 yanvar 2003-cü il təvəllüdlü X6 və 24 avqust 2005-ci il təvəllüdlü X5 dünyaya gəlmişlər. Hər iki uşaq onun himayəsindədir. O, qeydiyyatda olduqları evə uşaqları ilə birlikdə köçmək istəmişdir. Yevlax Şəhər İcra Hakimiyyəti 74 nömrəli, 01 noyabr 2010-cu il tarixli orderinə əsasən Yevlax şəhəri, C.Mustafayev küçəsi, 106 saylı evin 23 saylı mənzilində o və uşaqları qeydiyyatdadır. Uşaqları və o, münasibətləri korlanana qədər bu evdə yaşamışlar. Lakin hazırda cavabdehlər onları bu evdə yaşamağa qoymurlar. Əşyaları belə həmin evdədir. Onlar evdən çıxarıldıqlarından evdə yaşaya bilmirlər. Bu səbəbdən də çətikliklərlə üzləşirlər. Verilən orderdən görünmüşdür ki, onlar bu evdə həmin order əsasında rəsmən qediyyatdadılar. Bu səbəbdən də o, cavabdehlərin onları evə buraxmaması səbəbindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh2 İddiaçı qarşı «ünvan 1 ünvanına dair iddiaçının istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin icraatında olan 2(039)-838/2022 saylı mülki iş üzrə cavabdeh – iddiaçı Məmmədova (Misirova) İradə Bəhmən qızının iki övladı X6 və X5 ilə birlikdə Yevlax şəhəri, C.Mustafayev küçəsi, 106 saylı evin 23 saylı mənzilinə dair istifadə hüququnun itirilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata götürülmüşdür. Birinci instansiya məhkəməsində icraat Yevlax Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(039)-62/2023 saylı qətnаməsi ilə (hakim R.Əlizadə) ilkin iddia təmin edilmiş, İddiaçı, X4 və X3 Yevlax şəhəri, C.Mustafayev küçəsi, 106 saylı evin 23 saylı mənzilinə istifadə hüquqlarının tanınması, İddiaçı, X4 və X5 ilə birlikdə Yevlax şəhəri, C.Mustafayev küçəsi, 106 saylı evin 23 saylı mənzilinə köçürülmələri, İddiaçı, X4 və X3 həmin mənzilin kommunal və qeyri-yaşayış (yardımçı) sahəsindən istifadə qaydalarının cavabdehlərlə bərabər hüquqda müəyyən edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından iki uşaqları olmuşdur. 01 noyabr 2010-cu il tarixdə şəhid X2 həyat yoldaşı Cavabdeh2 ümumi sahəsi 70.1 kvadrat metr olan 2 otaqlı mənzil (bina 106, mənzil 23) verilmişdir. Bu barədə 01 noyabr 2010-cu il tarixli 74 saylı order verilmişdir. Həmin mənzil ailə üzvlərinin sayına görə verilmişdir. 23 oktyabr 2020-ci il tarixli qətnamə ilə Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. İddiaçı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşaqları X4, X3 daimi qeydiyyatda olduqları Yevlax şəhəri, C.Mustafayev küçəsi, 106 saylı evin 23 saylı mənzilinə köçürülmələrinə və həmin mənzilə istifadə hüquqlarının tanınmasına dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 «ünvan 2 ünvanına dair iddiaçının istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Yevlax Rayon Məhkəməsinin icraatında olan 2(039)-838/2022 saylı mülki iş üzrə cavabdeh – iddiaçı Məmmədova (Misirova) İradə Bəhmən qızının iki övladı X6 və X5 ilə birlikdə Yevlax şəhəri, C.Mustafayev küçəsi, 106 saylı evin 23 saylı mənzilinə dair itifadə hüququnun iritilməsinə dair qətnamənin çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara qərəzsiz, obyektiv, məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, ilkin iddia təmin edilməli, İddiaçı, X4 və X3 Yevlax şəhəri, C.Mustafayev, küçəsi 106 saylı evin 23 saylı mənzilinə istifadə hüquqları tanınmalı, İddiaçı, X6 və X5 ilə birlikdə Yevlax şəhəri, C.Mustafayev küçəsi, 106 saylı evin 23 saylı mənzilinə köçürülməli, İddiaçı, X4 və X3 həmin mənzilin kommunal və qeyriyaşayış (yardımçı) sahəsindən istifadə qaydaları cavabdehlərlə bərabər hüquqda müəyyən edilməlidir. Qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə qeyd etmişdir ki, mənzil verilərkən iddiaçının və onun övladlarının da həmin mənzilə dair verilmiş orderdə adları qeyd edilmişdir. Yəni mənzil ailə üzvlərinin sayına əsasən 70.1 kv.m ölçüdə verilmişdir. Dövlət orqanının aktları mövcuddur. Halhazırda həmin akt qüvvədədir və mübahisələndirilməmişdir. İddiaçının əşyaları həmin evdədir. İddiaçı övladları ilə birlikdə həmin evdə yaşamışdır. Hazırda da uşaqlarının təhsili və öz işi ilə bağlı Bakı şəhərində yaşayır. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 59.1, 8.0.2, 48.1, 50, 50.1, 50.1.1, 50.1.2, 50.1.3, 50.1.4, 68.2, 69.1, 70-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü, maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Cavabdehlərin apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, İddiaçı onlara qarşı iddia tələbi irəli sürərək özünün və azyaşlı uşaqları X6 və X3 daimi qeydiyyatda olduğu Yevlax şəhəri, C.Mustafayev küçəsi, 106 saylı evin 23 saylı mənzilinə köçürülmələri və həmin mənzilə dair istifadə hüquqlarının tanınması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini qəbul etməmişdir. Bildirmişdir ki, o, şəhid ailəsidir. Yevlax şəhəri, C. Mustafayev küçəsi, 106 saylı evin 23 saylı mənzili şəhid həyat yoldaşı Yuris Misirovun şəhidlik zirvəsinə yüksəldiyi üçün Sosial kirayə müqaviləsi əsasında onlara verilmişdir. Onu qeyd etmişdir ki, mənzilə dair sənəd sosial kirayə müqaviləsi adı ilə verilməli olduğu halda, yanlışlıqla Order verilmişdir və bu hal onun deyil, Yevlax Şəhər İcra Hakimiyyətinin səhfidir. Şəhid həyat yoldaşı olduğu üçün Yevlax şəhəri, C.Mustafayev küçəsi 106 saylı evin 23 saylı mənzili ona verilən vaxt İddiaçı (Misirova) İradə Bəhmən qızı onun ailə üzvü olduğu üçün onun adı da Orderə salınmışdır. Hazırda isə iddiaçı Məmmədova (Misirova) İradə Bəhmən qızı onun ailə üzvləri sırasından çıxmışdır. Oğlu Cavabdeh1 ilə İddiaçı arasında olan rəsmi nikah ləğv edilmişdir. O, İddiaçı qarşı “ünvan 3 ünvanına dair onun istifadə hüququna xitam verilməsi tələbinə dair“ iddia qaldırmışdır. Hazırkı mülki iş üzrə İddiaçı oğlu Cavabdeh1 sabiq həyat yoldaşıdır və onların arasında olan rəsmi nikah Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Hazırkı mülki iş üzrə İddiaçı artıq onun - şəhid Yuris Misirovun dul qalmış həyat yoldaşının ailə üzvü deyildir. Bu da onu göstərir ki, artıq İddiaçı ilə onun və digər ailə üzvləri arasında etibarlı ailə bağlılığı yoxdur. Həmin mənzil sırf şəhidin ailə üzvlərinə verilmişdir. İddiaçı məhkəməyə mübahisəli mənzilin hüquqi statusunu təstiq edən sənəd Order təqdim etmişdir. Əslində isə, hazırda mübahisəli olan mənzil şəhidin həyat yoldaşı olaraq ona 2010-cu ildə verilmişdir və bununla bağlı kirayə müqaviləsi tərtib edilərək veriləcəyi bildirilmişdir. Mübahisəli mənzilin hüquqi statusunu müəyyən edilməsi məqsədilə məhkəməyə İddiaçı tərəfindən təqdim edilən 01 noyabr 2010-cu il tarixli Order, xx.xx.2009-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin tələblərinə ziddir. Belə ki, 01 oktyabr 2009-cu il tarixdə Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə mindikdən sonra qanunvericiliyə əsasən yaşayış sahələrinə dair verilmiş orderlər sosial kirayə müqavilələri ilə əvəz olunmuşdur. Odur ki, iş materiallarında olan 01 noyabr 2010-cu il tarixli Order, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin hüquqi statusunu müəyyən edən sənəd hesab edilə bilməz. Onu da qeyd etmişdir ki, İddiaçı 3 ildən artıq ki, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsində yaşamır. Artıq onun həmin mənzilə olan ehtiyacı aradan qalxmışdır. ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi şəhid ailəsinə verilmiş sosial təyinatlı mənzildir və İddiaçı onun ailə üzvü sırasından çıxmışdır, o cümlədən 3 ildən artıq ki, həmin mənzildə ümumiyyətlə yaşamır. Belə olan halda, İddiaçı həmin mənzilə köçürülməsi və həmin mənzildən istifadə hüququnun tanınması qanuni hesab edilə bilməz. İddia tələbinə mahiyyəti üzrə baxılarkən onlara münasibətdə ədalətsizliyə yol verilmişdir. Məhkəməyə təqdim etdiyi faktlara düzgün hüquqi qiymət verilməmişdir. İddiaçı özünün və aşağıda göstərilən övladlarının, yəni xx.xx.2003-cü il təvəllüdlü X6 və xx.xx.2005-ci il təvəllüdlü X3 ünvan 2 ünvanına köçürülməsinə dair məhkəmədə iddia qaldırmışdır. Lakin iddia tələbi irəli sürülərkən X6 artıq yetkinlik yaşına çatmışdır və o, tam fəaliyyət qabiliyyətli bir şəxsdir. Məhkəmə işin qeyd edilən faktiki halını araşdırmamış və buna görə də ciddi prosessual qanun pozuntusuna yol verilmişdir. X6 artıq yetkinlik yaşına çatmış bir şəxs olduğu halda, İddiaçı oğlu Zaurun mənafeyi naminə Məhkəmədə tələb irəli sürmüşdür. Halbuki, Zaur Misirli fəaliyyət qabiliyyətli şəxs olduğu üçün iddia tələbini özü irəli sürə bilərdir. Eyni zamanda, X3 da artıq 16 yaşı tamam olmuş şəxsdir. Ona görə də qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayəti təmin edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi, həmçinin vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər və iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehlərin və iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 8.0.2-ci maddəsində göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktlarıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 59.1-ci maddəsində göstərilir ki, yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 68.1-ci maddəsində göstərilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 70-ci maddəsində göstərilir ki, yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yevlax Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(039)-62/2023 saylı qətnaməsini ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(039)-62/2023 saylı qətnaməsini apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni, iddia tələbinin İddiaçı, X3 Yevlax şəhəri, C.Mustafayev küçəsi, 106 saylı evin 23 saylı mənzilinə istifadə hüquqlarının tanınması, İddiaçı və X5 ilə birlikdə Yevlax şəhəri, C.Mustafayev küçəsi, 106 saylı evin 23 saylı mənzilinə köçürülmələri hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almışdır. Ancaq bununla belə birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxmaqla səhvə yol vermişdir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(039)-62/2023 saylı qətnaməsi qismən yəni mübahisəli mənzillə bağlı istifadə qaydasının müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin hissə qətnamədən xaric edilməlidir. Qətnamə mübahisələndirlinən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1 iyun 2023-cü il tarixli qərardadı ilə iddianın “X4 Yevlax şəhəri, C.Mustafayev küçəsi, 106 saylı evin 23 saylı mənzilə istifadə hüquqlarının tanınması və köçürülməsi” hissəsi baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 ilə İddiaçı rəsmi nikah qeydindən keçməklə evlənmişlər. Birgə nikahlarından iki uşaqları olmuşdur. 01 noyabr 2010-cu il tarixdə Cavabdeh2 və ailə üzvləri olan oğlu Cavabdeh1 1975, gəlini İddiaçı 1978, nəvəsi X6 2003, nəvəsi X5 2005, ümumi sahəsi 70.1 kvadrat metr olan 2 otaqlı mənzil (bina 106, mənzil 23) verilmişdir. Bu barədə 01 noyabr 2010-cu il tarixli 74 saylı order verilmişdir. Həmin mənzil ailə üzvlərinin sayına görə verilmişdir. 23 oktyabr 2020-ci il tarixli qətnamə ilə Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış nikah pozulmuşdur. Şikayətin ilk dəlili ondan ibarətdir ki, o, şəhid ailəsidir. Yevlax şəhəri, C. Mustafayev küçəsi, 106 saylı evin 23 saylı mənzili şəhid həyat yoldaşı Yuris Misirovun şəhidlik zirvəsinə yüksəldiyi üçün Sosial kirayə müqaviləsi əsasında onlara verilmişdir. Onu qeyd etmişdir ki, mənzilə dair sənəd sosial kirayə müqaviləsi adı ilə verilməli olduğu halda, yanlışlıqla Order verilmişdir və bu hal onun deyil, Yevlax Şəhər İcra Hakimiyyətinin səhfidir. Şəhid həyat yoldaşı olduğu üçün Yevlax şəhəri, C.Mustafayev küçəsi, 106 saylı evin 23 saylı mənzili ona verilən vaxt İddiaçı (Misirova) İradə Bəhmən qızı onun ailə üzvü olduğu üçün onun adı da Orderə salınmışdır. Hazırda isə iddiaçı Məmmədova (Misirova) İradə Bəhmən qızı onun ailə üzvləri sırasından çıxmışdır. Kollegiya hesab edir ki, şikayətin bu dəlili əsassız olmaqla iddianın rədd edilməsi üçün əsas ola bilməz. İş materiallarında olan orderdən görünür ki, mənzil verilərkən iddiaçının və onun övladlarının da həmin mənzilə dair verilmiş sənəddə adları qeyd edilmişdir. Yəni mənzil ailə üzvlərinin sayına əsasən 70.1 kv.m ölçüdə verilmişdir. Kollegiyanın gənaətinə görə qeyd edilən order hal-hazırda qüvvədədir və mübahisələndirilməyib. İddiaçının əşyaları həmin evdədir. İddiaçı övladları ilə birlikdə həmin evdə yaşamışdır. Yəni mübahisəli mənzillə bağlı verilmiş sənədin adının order olması iddianın rədd edilməsi üçün əsas deyildir. Mənzillə bağlı verilmiş rəsmi sənəd mənzil kirayə müqaviləsi, sosial kirayə müqavilələri və sair də ola bilər. Kollegiya qeyd edir ki, mübahisəli mənzilin şəhid ailəsi olaraq Cavabdeh2 verilməsi iş materialları ilə müəyyən edilmir. Daha sonra şikayətdə qeyd edilir ki, mülki iş üzrə İddiaçı oğlu Cavabdeh1 sabiq həyat yoldaşıdır və onların arasında olan rəsmi nikah Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Hazırkı mülki iş üzrə İddiaçı artıq onun - şəhid Yuris Misirovun dul qalmış həyat yoldaşının ailə üzvü deyildir. Bu da onu göstərir ki, artıq İddiaçı ilə onun və digər ailə üzvləri arasında etibarlı ailə bağlılığı yoxdur. Kollegiyanın qənaətinə görə şikayətin bu dəlili iddianın rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 8.0.2-ci maddəsində göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktlarıdır. Göründüyü kimi, iddiaçı tərəfin mübahisəli mənzilə hüquqları dövlət örqanı tərəfindən tanınmışdır. Yəni Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş orderlə müəyyən edilmişdir. İddiaçı tərəfin Cavabdeh2 ailə üzvü olmaması onu mübahisəli mənzildə yaşamaq hüququndan məhrum etmir. Bundan sonra şikayətdə qeyd edilir ki, iddiaçı 3 ildən artıq ki, həmin mənzildə ümumiyyətlə yaşamır, belə olan halda İddiaçı həmin mənzilə köçürülməsi və həmin mənzildən istifadə hüququnun tanınması qanuni hesab edilə bilməz. Kollegiya şikayətin həmin hissəsi ilə də razı deyildir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 70-ci maddəsində göstərilir ki, н yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçisinin və (və ya) onunla birlikdə yaşayan ailə üzvlərinin və ya ailə üzvlərindən birinin müvəqqəti başqa yerə getməsi onların sosial kirayə müqaviləsi üzrə hüquq və vəzifələrinin dəyişdirilməsinə səbəb olmur. Göründüyü kimi, iddiaçı tərəf müvəqqəti olaraq başqa yerə getmiş olsa belə, bu onun mübahisəli mənzilə olan hüququnun itirilməsi ilə nəticələnmir. Apellyator isə iddiaçının daimi olaraq mübahisəli mənzili tərk etməsinə dair sübut növü təqdim etməmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Daha sonra şikayətdə qeyd edilir ki, X3 da artıq 16 yaşı tamam olmuş şəxsdir. O, müstəqil şəkildəm iddia qaldırmalıdır. Kollegiya şikayətin bu hissəsi ilə bağlı qeyd edir ki, şikayət bu hissədə təmin edilə bilməz. Belə ki, X5 tam fəaliyyət qabliyyətli olmadığından və yetkinlik yaşına çatmadığından anası qanuni nümayəndə olaraq onu təmsil etmişdir. X6 isə yetkinlik yaşına çatdığından apellyasiya şikayəti bu hissədə təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1 iyun 2023-cü il tarixli, 2(107)-563/2023 saylı qərardadı ilə iddianın “X4 Yevlax şəhəri, C.Mustafayev küçəsi, 106 saylı evin 23 saylı mənzilə istifadə hüquqlarının tanınması və köçürülməsi” hissəsi baxılmamış saxlanılmışdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiаçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı, X4 və X3 Yevlax şəhəri, C.Mustafayev küçəsi, 106 saylı evin 23 saylı mənzilinə istifadə hüquqlarının tanınması, İddiaçı, X6 və X5 ilə birlikdə Yevlax şəhəri, C.Mustafayev küçəsi, 106 saylı evin 23 saylı mənzilinə köçürülmələrini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştitak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yevlax Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(039)-62/2023 saylı qətnаməsi ilə ilkin iddia təmin edilmiş, İddiaçı, X4 və X3 Yevlax şəhəri, C.Mustafayev küçəsi, 106 saylı evin 23 saylı mənzilinə istifadə hüquqlarının tanınması, İddiaçı, X4 və X5 ilə birlikdə Yevlax şəhəri, C.Mustafayev küçəsi, 106 saylı evin 23 saylı mənzilinə köçürülmələri, İddiaçı, X4 və X3 həmin mənzilin kommunal və qeyri-yaşayış (yardımçı) sahəsindən istifadə qaydalarının cavabdehlərlə bərabər hüquqda müəyyən edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq, İddiaçı, X4 və X3 həmin mənzilin kommunal və qeyri-yaşayış (yardımçı) sahəsindən istifadə qaydaları cavabdehlərlə bərabər hüquqda müəyyən etmişdir. Halbuki, iddiaçı tərəfindən belə bir tələb irəli sürülməmişdir. Ona görə də kollegiya hesab edir ki, qətnamə həmin hissədə ləğv edilməli, həmin hissə qətnamədən xaric edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(039)-62/2023 saylı qətnaməsi qismən yəni iş üzrə İddiaçı və X3 həmin mənzilin kommunal və qeyri-yaşayış (yardımçı) sahəsindən istifadə qaydaları cavabdehlərlə bərabər hüquqda müəyyən edilmiş hissəsində ləğv edilməli və həmin hissə qətnamədən xaric olunmalıdır. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2(039)-62/2023 saylı qətnaməsi qismən, yəni İddiaçı və X3 mənzilin kommunal və qeyri-yaşayış (yardımçı) sahəsindən istifadə qaydalarının cavabdehlərlə bərabər hüquqda müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin hissə qətnamədən xaric edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar