Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-566/2020 26.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı X1 Maraqlı şəxs Etibar oğluna qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli qətnaməsindən ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı X2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(075)-878/2019 saylı qətnаməsi ilə (hakim Pərviz Hacıyev) Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı X1 Maraqlı şəxs dövlət büdcəsinə olan ümumilikdə 886,9 manat vergi borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (xx xxxxxx 1989-cu il təvəllüdlü, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi təmin edilməmişdir. işin halları: Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı X2 ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan Maraqlı şəxs dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********, FİN nömrəsi xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı X1 ərizəsində tələbini belə əsaslandırmışdır ki, vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN **********) vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə 886,9 manat məbləğində (o cümlədən vergilər üzrə 0 manat, faizlər üzrə 0 manat, maliyyə sanksiyası üzrə 886,9 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx xxxxxxx 2018-ci il tarixli, **********825100 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən vergi ödəyicisi olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. Ərizəçi tələbinin hüquqi əsasları kimi Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə, Vergi Məcəlləsinin 16.1.1, 77.1, 77.3, 78.1, 23.1.15-3-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 305.1.12, 355.5, 355.6 və 355.7-ci maddələrinə, Miqrasiya Məcəlləsinin 9.3.6-1 və 17.1.6- 1 maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsində işə tərəflərin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 Saylı X2 apellyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(107)- 1979/2019 nömrəli qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 Saylı X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(075)-878/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(107)- 1979/2019 nömrəli qətnaməsindən 11 saylı X2 tərəfindən verilmiş kassasiya şikayəti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-7083/2019 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilimiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(107)-1979/2019 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 Saylı X2 apelyasiya şikayətində Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-878/2019 saylı qətnaməsinin ləğv edilməsi və Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə olan 886.90 manat borcunun ödənilməsini təmin etmək məqsədi ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyası iclasında iştirak etmədilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir. Qanunvericiliyin istinad olunan tələbini, habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq tərəflərin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-7083/2019 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(107)-1979/2019 nömrəli qətnaməsi ləğv edilib işə yenidən baxan məhkəmə üçün göstərişlər müəyyən edilmişdir. Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında göstərilmişdir ki, Maraqlı şəxs Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə 886,9 manat məbləğində vergi borcunun 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx xxxxxxx 2018-ci il tarixli, **********825100 nömrəli bildirişi almasını təqdim edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Ümumiyyətlə Vergilər Nazirliyinin 11 saylı X2 Maraqlı şəxs qeyd edilən vergi borcunun ondan tutulmasına yönəlik hər hansı tədbirlər görməmiş və borclunun milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncamın verilməsi, borclunun əmlaklarının olub-olmaması, olduğu halda öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi borclunun əmlakının siyahıya alınması, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb etməsi barədə sübutlar əlavə etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Maraqlı şəxs sərbəst hərəkət etmək kimi konstitusion hüquq və azadlıqlarının məhdudlaşdırılması qanunsuz və əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmiş, aşağıda göstərilən maddi və prosessual hüquq normalarını tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Göründüyü kimi, vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizənin təmin edilməsi üçün yeganə əsas maraqlı şəxsin dövlət büdcəsinə vergilər, faizlər, tətbiq edilmiş maliyyə sanksiyaları üzrə borcunun olmasıdır. Ərizənin rədd edilməsi üçün əsas isə borcun olmamasıdır. Apellyasiya məhkəməsi dövlət büdcəsinə 886,9 manat məbləğində vergi borcunun 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx xxxxxxx 2018-ci il tarixli, **********825100 nömrəli bildirişin cavabdeh tərəfindən alınmamasına istinad edərkən apellyasiya şikayətinin dəlillərinə və ona əlavə edilmiş elektron sənəd mübadiləsi haqqında cavabdehlə bağlanmış müqavilənin şərtlərinə, elektron qaydada göndərilmiş bildirişin cavabdeh tərəfindən oxunması barədə sübutlara əhəmiyyət verməmiş, onları qəbul etməməsinin səbəblərini qətnamədə əsaslandırmamışdır. Digər tərəfdən, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsində göstərdiyi vergi borcunun alınması üçün Vergi Məcəlləsinin 65.1, 65.2, 89.1 və 89.3-cü maddələrinin tələblərindən irəli gələn tədbirlərin görülməməsi və ya görülməsi barədə sübutun hazırki ərizəyə əlavə edilməməsi vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasından imtinaya əsas ola bilməz. Vergi Məcəlləsinin göstərilən maddələrində göstərilən tədbirlər hər biri verginin alınması üçün görülən müstəqil tədbirlərdir və hər biri vergi borcunun vaxtında ödənilməsinin təmin edilməsinə yönəlmişdir və ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasından əvvəl həmin tədbirlərin mütləq görülməsi qanunla şərtləndirilməmişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. MPM-in 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Ali Məhkəmənin tövsiyəsini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, ilk olaraq Ali Məhkəmənin qərarında qeyd edilən məsələlər araşdırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Ali Məhkəmənin qərarında göstərilən göstərişlərlə qarşılıqlı surətdə araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi 11 saylı X1 ərizəsini təmin etməməkdə haqlı olmamış. Apelyasiya şikayətinin dəlilləri isə əsaslıdır. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs xx xxxxxx 1989-cu ildə Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx xxxxxxx 2018-ci il tarixli, **********825100 nömrəli bildirişin təsdiq edilmiş surətindən görünür ki, ərizəçi tərəfindən vergi borcunun ödənilməsi barədə Maraqlı şəxs həmin tarixdə bildiriş göndərilmişdir. Lakin, bildirişin alınmasına dair hər hansı bir sənəd iş materialına əlavə edilməmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs (vöen: **********) nömrəli hesab vərəqəsindən görünür ki, hazırda onun 384.51(üç yüz səksən dörd manat əlli bir qəpik) ödənilməli borcu qalmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Maraqlı şəxs Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə 886,9 manat məbləğində vergi borcunun 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx xxxxxxx 2018-ci il tarixli, **********825100 nömrəli bildirişi almasını təqdim edən hər hansı sənəd iş materiallarına əlavə etməmişdir. Ümumiyyətlə Vergilər Nazirliyinin 11 saylı X2 Maraqlı şəxs qeyd edilən vergi borcunun ondan tutulmasına yönəlik hər hansı tədbirlər görməmiş və yaxud da görsə də bununla əlaqədar sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin, ərizəçi tərəfindən vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması hüquqi cəhətdən əsaslandırılmamışdır. Məhkəmə kollegiyası sаdаlаnаn sübutlаrı tədqiq edib, həmin sübutlara tam halda hüquqi qiymət verərək hesаb etmişdir ki, həmin sübutlаr bir-birini tаmаmlаmаqlа 11 saylı X1 ərizəsinin tələbinin əsаslı оlmаsını təsdiq edir. Оnа görə də borclu fərdi sahibkarlıqla məşğul olan fiziki şəxs Maraqlı şəxs dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququ vergi borcu ödənilənədək müvəqqəti məhdudlaşdırılmalıdır. Proses iştirakçılarının nəzərinə çatdırılmalıdır ki, şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Vergilər Nazirliyinin) ərizəsinə əsasən məhkəmə tərəfindən iki iş günü ərzində həmin məhdudlaşdırmanın götürülməsi barədə qətnamə qəbul edilir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin: 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. 77.1-ci maddəsinə görə, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.3-cü maddəsinə görə, vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 78.1-ci maddəsinə görə, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1 və 305.1.12-ci maddələrinə görə, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Qanunvericiliyin mənasından da göründüyü qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs xx xxxxxx 2019-cu il tarixə 886.9 manat məbləğində vergi borcu olduğundan, hazırda 384.51 manat borcu qaldığından, borcun ödənilməsi üçün xəbərdarlıq edildiyindən və o həmin borcu ödəmədiyindən 11 saylı X2 Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Qeyd olunmalıdır ki, həmin vergi borcu məbləği borclu Maraqlı şəxs tərəfindən hələ də tam olaraq ödənilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifəsinə aid edilmişdir. Аzərbаycаn Respublikаsı Konstitusiyasının 26-cı maddəsinin 2-ci bəndinə əsasən Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Аzərbаycаn Respublikаsı Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Respublikаsı Mülki-Prоsessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəllənin 217.4-cü mаddəsinin tələbinə görə, məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Məhkəmə kollegiyası yuxarıda sadalanan sübutlara obyektiv hüququ qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək bu nəticəyə gəlir ki, Şəki Rayon Məhkəməsi ərizəni rədd edərkən düzgün nəticəyə gəlmədiyindən, işin yuxаrıdа şərh olunаn hаllаrını və qаnunvericilik аktı normаlаrını səhv təfsir etdiyindən, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan və məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun gəlmədiyindən ərizəçi 11 saylı X2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmalı, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, həmin qətnamə ilə ərizə təmin edilməli, cavabdeh Maraqlı şəxs 384.51 manat vergi borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qət etdi: Ərizəçi 11 saylı X2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi 11 saylı X1 Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizəsi təmin edilsin. Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. İş üzrə sədrlik edən hakim Akif Eyvazov
Məhkəmə qərarları › İş №2(107)-566/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-566/2020
26.02.2020 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver