Məhkəmə qərarları › İş №2(107)-567/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-567/2020

13.02.2020 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-567/2020 13.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi) Eyvazov Akif Məhərləm oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi X3iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı X1 Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-883/2019 saylı qətnaməsindən ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı X4 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(075)-883/2019 saylı qətnаməsi ilə (sədrlik edən hakim Cahid İmanov) vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1092.81 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (xx xxxxxx 1983-cü il tarixdə Şəki rayonu Baş Layısqı kəndində anadan olmuş və hazırda Şəki rayonu Qumux kəndində yaşayan, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******, FİN nömrəsi xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı X1 ərizəsi təmin edilməməsi qət edilmişdir. Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyаsının xx xxxx 2019-cu il tarixli, 2(107)- 1895/2019 saylı qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı X4 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tаrixli, 2(075)-883/2019 saylı qətnаməsi dəyişdirilmədən sаxlаnılmışdır. Qərardan narazı qalan Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı X4 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-6996/2019 saylı qərarı ilə ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı X4 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyаsiyа Məhkəməsinin Mülki Kollegiyаsının xx xxxx 2019-cu il tarixli, 2(107)- 1895/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilmişdir. İşin halları: Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı X4 ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1092.81 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******, FİN nömrəsi xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə tələb belə əsaslandırılmışdır ki, vergi ödəyicisi olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs Maraqlı şəxs (VÖEN **********) vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə 1092.81 manat məbləğində (o cümlədən vergilər üzrə 825.82 manat, faizlər üzrə 226.99 manat, maliyyə sanksiyası üzrə 40 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx xxxxx 2018-ci il tarixli, **********425900 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən borclu Maraqlı şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxsdir və o, Şəki rayonu Qumux kəndində yaşayır. Ərizəçi tələbinin hüquqi əsasları kimi Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə, Vergi Məcəlləsinin 16.1.1, 77.1, 77.3, 78.1, 23.1.15-3-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 305.1.12, 355.5, 355.6 və 355.7-ci maddələrinə, Miqrasiya Məcəlləsinin 9.3.6-1 və 17.1.6-1 maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsində işə tərəflərin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda qeyd olunan məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı X4 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-883/2019 saylı qətnaməsinin ləğv edilməsi və Maraqlı şəxs tərəfindən dövlət büdcəsinə olan 1092,81 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: MPM-in 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və yaapellyasiyaşikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6cımaddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. MPM-in 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)- 883/2019 saylı qətnaməsi ləğv edilməli, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənəddən görünür ki, Maraqlı şəxs (ş.v.AZE0*******) xx xxxx 2014-cü il tarixdə ixtisaslaşdırılmış mağazalarda sair məhsulların pərakəndə satışı üçün vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyatdan keçmiş, hazırda fəaliyyətini dayandırmışdır. İş materiallarına əlavə edilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs xx xxxxxx 1983-cü ildə Şəki rayonu Baş Layısqı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəki rayonu Qumux kəndində qeydiyyatdadır. Öyrənilən işdən aydın olur ki, birinci instansiya məhkəməsi ərizəni təmin edilməməsi nəticəsinə gələrkən qeyd etmişdir ki, Maraqlı şəxs Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə 1092.81 manat məbləğində vergi borcunun 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx xxxxx 2018-ci il tarixli, **********425900 nömrəli bildirişi almasını təqdim edən hər hansı sənəd iş materiallarına əlavə etməmişdir. Yəni Vergilər Nazirliyinin 11 saylı X4 Maraqlı şəxs onun 1092.81 manat məbləğində vergi borcunun dövlət büdcəsinə ödənilməsi barədə hər hansı bildiriş göndərməmiş, onu xəbərdar etməmişdir. Ümumiyyətlə Vergilər Nazirliyinin 11 saylı X4 Maraqlı şəxs qeyd edilən vergi borcunun ondan tutulmasına yönəlik hər hansı tədbirlər görməmiş və yaxud da görsə də bununla əlaqədar sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticə ilə razılaşmır. Belə ki, işin 34-38-ci səhifələrində olan vergi borcunun ödənilməsinə dair 30 aprel tarixli bildirişdən və həmin tarixli xəbərdarlıq məktubundan görünür ki, Maraqlı şəxs vergi borcunun olması və borcun ödənilməyəcəyi təqdirdə ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəməyə müraciət olunacağına dair ona məlumat verilmiş və xəbərdarlıq məktubunda borcun ödənilməsi üçün ona 10 gün vaxt verilmişdir. İşin 36 və 38-ci səhifələrində olan hesabatlardan görünür ki, həmin bildiriş və xəbərdarlıq Maraqlı şəxs tərəfindən oxunmuşdur. Digər tərəfdən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra mətndə VM-in) 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. VM-in 89.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1 -ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergiödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. İqtibas edilmiş normadan göründüyü kimi normada göstərilən vergi borcalarının alınması üçün nəzərdə tutulan tədbirlər kimi vergi ödəyicisinin əmlaklarının siyahıya alınması, aktivlər barədə məlumatın tələb olunması və s. hallar imperativ xarakter daşımır. Həmçinin, öyrənilən işdən görünür ki, Maraqlı şəxs hazırda fəaliyyətini dayandırmış, yəni, vergi ödəyicisinin faktiki olaraq fəaliyyəti aktivləri yoxdur. Halbuki, Vergi Məcəlləsində vergi borclarının alınması üçün nəzərdə tutulan bu prosedurlar sonda həmin siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması və əldə olunan vəsaitin vergi ödəyiciyinin vergi borcunun ödənilməsinə yönəldilməsi üçün nəzərdə tutulmuşdur. Həmçinin, VM-in 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1 və 17.1.6-1 -ci maddələrinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək Azərbaycan Respublikası Vətəndaşının ölkədən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsi müvəqqəti məhdudlaşdırıla bilər. «Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1386-İVQD nömrəli Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2015-ci il tarixli Fərmanının 3-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 355-5.1 və 355-7.6cı maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqan” nın səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyinin həyata keçirilməsi müəyyən edilmişdir. MPM-in 355-5.1 -ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasmın Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borclarm və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində sərbəst hərəkət etmək, özünə yaşayış yeri seçmək və Azərbaycan Respublikasının ərazisindən kənara getmək vətəndaşların konstitusiya hüququdur. Bu hüquq ayrılmaz insan hüquqlarından biri olmaqla, yalnız qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri hallarda məhdudlaşdırıla bilər. Qeyd olunan hüququn məhdudlaşdırılması şəxsin bir sıra digər hüquqlarının, o cümlədən sağlam yaşamaq hüququnun həyata keçirilməsi ilə sıx bağlıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 71 -ci maddəsinin İİ bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Konstitusiyanın 72-ci maddəsinə müvafiq olaraq dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Konstitusiyaya və qanunlara əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Konstitusiyanın 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Şərh edilən konstitusiya normalarının qarşılıqlı təhlili əsasında məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şəxsin vergi borclarına görə ölkədən çıxmasına müvəqqəti məhdudiyyət qoyulması barədə ərizələrə baxarkən Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində müəyyən edilmiş hüquqlarla 72-ci maddəsində müəyyən edilmiş vəzifələr arasında tarazlıq təmin edilməli, məhdudlaşdırılan hüquq yerinə yetirilməli olan vəzifəyə mütənasib olmalı, həmçinin şəxsin vergiləri ödəmək vəzifəsinin pozuntusu əhəmiyyətli və mübahisəsiz olmalıdır. Təhlil olunan işdən bəlli olduğu kimi Vergi orqanı tərəfindən verilən maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması vergi ödəyicisinə qanunvericiliklə müəyyən edilmiş qaydada məhrumiyyət yaratmaq və konstitusion hüquqlarını müvəqqəti olaraq məhdudlaşdırmaq yolu ilə dövlət büdcəsinə yaranmış vergi borclarının ödənilməsi istiqamətində atılmış addımdır. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-883/2019 saylı qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməli, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1092.81 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (xx xxxxxx 1983cü il tarixdə Şəki rayonu Baş Layısqı kəndində anadan olmuş və hazırda Şəki rayonu Qumux kəndində yaşayan) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. MPM-in 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 11 saylı X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(075)-883/2019 saylı qətnаməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilsin. Vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 1092.81 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (Şəki rayonu Baş Layısqı kəndində anadan olmuş və hazırda Şəki rayonu Qumux kəndində yaşayan, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE 0*******, FİN nömrəsi xxxxxxx) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal icra edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar