Məhkəmə qərarları › İş №2(107)-568/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-568/2023

01.06.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-568/2023 01.06.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “zəbt edilmiş fərdi yaşayış evindən çıxarılma, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və barələrində xüsusi qərardad çıxarılması” tələbinə dair iddia və sonrakı iddia üzrə iddiaçılar Cavabdeh4 və qeyrilərinin cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması, evə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ilk iddia zəbt edilmiş fərdi yaşayış evindən çıxarılma, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi, mülkiyyət hüququ, qarşılıqlı iddia, istifadə hüququnun tanınması, evə köçürülmə və maneələrin aradan qaldırılması, maddi və prosessual hüquq normasının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X14 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “zəbt edilmiş fərdi yaşayış evindən çıxarılma, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və barələrində xüsusi qərardad çıxarılması” tələbinə dair iddia və sonrakı iddia üzrə iddiaçılar Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması, evə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 9 fevral 2023-cü il tarixli, 2(075)- 56/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3, X16 zəbt etdikləri Şəki şəhəri, X41 küçəsi, 25A ünvanda yerləşən evdən çıxarılmaları və ona vurduqları maddi zərərə görə 10000 manat, mənəvi zərərə görə 10000 manat pulun və ödədiyi 100 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamənin qəbul edilməsini, cavabdehlərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin əlamətləri olduğundan xüsusi qərardad qəbul edib prokurorluğa göndərilməsini xahiş etmişdir. İşə məhkəmədə baxılan zaman İddiaçı Cavabdeh4 da cavabdeh qismində cəlb edilərək cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, X16 zəbt etdikləri Şəki şəhəri, X41 küçəsi, 25A ünvanda yerləşən evdən çıxarılmaları və ona vurduqları maddi zərərə görə 10000 manat, mənəvi zərərə görə 10000 manat pulun və ödədiyi 100 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini, cavabdehlərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin əlamətləri olduğundan xüsusi qərardad qəbul edib prokurorluğa göndərilməsini xahiş etmişdir. İddia tələbinin artırılmasına dair ərizə məhkəmənin icraatına qəbul edilmiş və digər cavabdehlərlə yanaşı Cavabdeh4 da cavabdeh qismində cəlb edilmişdir. Həmin mülki iş Şəki Rayon Məhkəməsində 09 avqust 2022-ci il tarixdə, 2(075)1804/2022 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 onun əmisi, Cavabdeh3 onun həyat yoldaşı, X26 isə bibisidir. Şəki şəhəri, X41 küçəsi, 25 saylı ünvanda yerləşən 7810 və 9191 inventar nömrəli fərdi yaşayış evləri atası X10 mülkiyyətində olmuşdur. Atası ilə anası X11 2008-ci ildə boşanmışlar, atasının yeganə vərəsəsi o olmuşdur. Atası 2013-cü ildə vəfat etmişdir, azyaşlı olduğundan onun yeganə vərəsəsi kimi ondan miras qalmış əmlakı vaxtında qəbul edə bilməmişdir. Ona görə də 2021-ci ildə Şəki Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ötürülmüş müddətin bərpa edilməsi və mirasın qəbulu faktının müəyyən edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2(075)-810/2021 saylı qətnaməsi ilə iddiası təmin edilmişdir. 06 may 2022-ci ildə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, X41 küçəsi, ev 25A, yeni qaydalarla Şəki şəhəri, X41 küçəsi, ev 71 onun mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə dair ƏMDKnın yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 06 may 2022-ci ildə **********14-10301 reyestr nömrəli texniki pasport onun adına rəsmiləşdirilmişdir. O, Sumqayıt Dövlət Universitetinin tarix fakültəsində təhsil alır və müvəqqəti olaraq Sumqayıt şəhərində yaşayır. Cavabdeh onun Şəki şəhərində olmamasından istifadə edərək ona məxsus fərdi yaşayış evinin darvaza qapısının kilidlərini qırıb özbaşınalıq edərək fərdi yaşayış evini zəbt etmiş, oraya həyat yoldaşı Cavabdeh3, bibisi X18 yerləşdirmiş və kimliyi barədə məlumat ala bilmədiyi bir qadına evi ayda 100 manata kirayə vermişdir. Cavabdehlər onun hüquqlarını pozmuşlar. Cavabdehlər onun ailə üzvləri deyil, fərdi yaşayış evindən istifadə hüquqları yoxdur. Cavabdehlərin özlərinə məxsus 0,22 torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən bir neçə evləri olmasına baxmayaraq əsassız varlanmaq və gəlir əldə etmək məqsədi ilə onun evinə kirayeşin yerləşdirmişlər. Ona görə də pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Eyni zamanda cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, Aşıq Cuma küçəsindəki 25 nömrəli fərdi yaşayış evindən onların, yəni Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 istifadə hüququnun tanınması, həmin evə köçürülmələri, cavabdeh İddiaçı tərəfindən törədilən manelərin aradan qaldırılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişlər. Həmin mülki iş Şəki Rayon Məhkəməsində 09 sentyabr 2022-ci il tarixdə, 2(075)- 2048/2022 nömrə ilə qeydiyyata alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlar, X19 və X7 ailəsində hazırkı Şəki şəhəri, Aşıq Cuma küçəsi, ev 25 ünvanda doğulmuşlar. X5 Şəki şəhəri, Aşıq Cuma küçəsi, ev 25 ünvanda özünə məxsus bir otaqlı fərdi yaşayış evi olmuş və onlar ailələri ilə birlikdə həmin ünvanda yaşamışlar. Ailədə 9 uşaq olmuşlar. X13 01 mart 1968-ci ildə vəfat etmişdir. Atasının vəfatından sonra onlar anası ilə birlikdə həmin ünvanda yaşamağa davam etmişlər. Ataları rəhmətə getdikdən bir müddət sonra Cavabdeh1 işləyərək ailəni dolandırmağa başlamışdır. Maddi vəziyyətləri düzəldikdən sonra Şəki şəhəri, Aşıq Cuma küçəsi, ev 25 ünvanda atasından qalmış köhnə tikili sökülmüş və əlavə yeni ev inşa edilmişdir. Daha sonra həyətləri geniş olduğundan əlavə daha iki ev inşa edilmişdir. Anası 26 noyabr 2012-ci ildə vəfat etmişdir. Keçən müddət ərzində bacıqardaşlar arasında heç bir mübahisə olmamışdır. X3 01 yanvar 2013-cü ildə kəskin koranar çatmazlığı səbəbindən Şəki şəhərində ölmüşdür. X1 Kamilə Fəxrəddin qızı adlı xanımla evli olmuş, onların birgə nikahından 17 may 2002-ci ildə İddiaçı adlı uşaqları doğulmuşdur. Dana sonra onların münasibətləri pozulduğundan 2008-ci ildə rəsmi olaraq ayrılmışlar. Qardaşları öldükdən sonra onun oğİu İddiaçı Şəki şəhəri, Aşıq Cuma küçəsi, ev 25 ünvanda yerləşən evə gəlmiş və mərhum atalarından qalma mirasa yiyələnmək istədiyini bildirmişdir. Onlar isə həmin evlərin mərhum atalarına məxsus olduğunu, evlərin tikintisində və təmirində hər birinin iştirak etdiyini bildirmiş və onun həmin əmlaklara yiyələnməsinə imkan verməyəcəklərini bildirmişlər. Daha sonra onlara məlum olmuşdur ki, İddiaçı hansısa yolla atalarından miras qalmış Şəki şəhəri, Aşıq Cuma küçəsi, ev 25 ünvanda yerləşən evlərə atasının (X3nun) adına texniki pasport almışdır. Hal-hazırda mərhum qardaşlarının oğlu İddiaçı onların uzun müddət istifadə etdikləri, istifadə hüquqları olan evin qapısına kilid vurmaqla onların həmin evdən istifadəsinə maneə yaradmışdır. Dəfələrlə ondan bu hərəkətlərinə son qoymasını tələb etsələr də, buna məhəl verməmişdir. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Şəki Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(075)-2048/2022 saylı qərardadı ilə Şəki Rayon Məhkəməsində 2(038)-1804/2022 nömrə ilə qeydiyyata alınmış İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı "zəbt edilmiş fərdi yaşayış evindən çıxarılma, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə dair mülki işlə və Şəki Rayon Məhkəməsinin icraatında olan və 2(075)-2048/2022 nömrə ilə qeydiyyata alınmış iddiaçılar Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı qarşı "istifadə hüququnun tanınması, evə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş bir icraatda birləşdirilmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) 9 fevral 2023-cü il tarixli, 2(075)- 56/2023 saylı qətnaməsi ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “zəbt edilmiş fərdi yaşayış evindən çıxarılma, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və xüsusi qərardad çıxarılmaqla prokurorluğa göndərilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, X9 şəhəri, Aşıq Cuma küçəsi, ev 25A ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh2 alınıb İddiaçı verilməsi, İddiaçı iddia tələbinin qalan hissələrdə təmin edilməməsi, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı “Şəki şəhəri, Aşıq Cuma küçəsindəki 25 nömrəli fərdi yaşayış evindən onların, yəni Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 istifadə hüququnun tanınması, həmin evə köçürülmələri, İddiaçı tərəfindən törədilən maneələrin aradan qaldırılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsi” tələbinə dair iddialarının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 06 may 2022-ci ildə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, X41 küçəsi, ev 25A, yeni qaydalarla Şəki şəhəri, X41 küçəsi, ev 71 X10 vərəsəsi olan İddiaçı mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə dair onun adına DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 06 may 2022-ci ildə **********14-10301 reyestr nömrəli texniki pasport rəsmiləşdirilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Göründüyü kimi, həm milli qanunvericilik, həm də beynəlxalq hüquq, o cümlədən, Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. İş materiallarından görünmüşdür ki, Şəki şəhəri, X41 küçəsi, ev 25A, yeni qaydalarla Şəki şəhəri, X41 küçəsi, 71 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evə aid həyətyanı torpaq sahəsi 2022-ci ildə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Qeyd olunan fərdi yaşayış evi və həmin evə aid həyətyanı torpaq sahəsi hazırda da İddiaçı xüsusi mülkiyyətində olmasına baxmayaraq Cavabdeh2 həmin əmlakdan istifadə etməsi iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun öz əmlakları üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Göründüyü kimi, mübahisəli evdə Cavabdeh2 hal-hazırda yaşayır. Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3 isə həmin evdə yaşamaları və istifadə etmələri ilə bağlı İddiaçı hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Əksinə izahatlardan, o cümlədən, İddiaçı izahatından aydın olmuşdur ki, həmin şəxslərin hər biri öz evlərində yaşayır. Lakin Cavabdeh2 hazırkı vəziyyətdə həmin evdə doğulub, boya-başa çatdığını, ərə gedəndən bir müddət sonra qayıdaraq əsasən həmin evdə yaşamasını qeyd etməsi, bu səbəbdən X6 xüsusi mülkiyyətində olan evdən çıxmaması kimi xüsusatları məhkəmə əsaslı hesab etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünmüşdür ki, Cavabdeh2 həmin evə iddiaçının razılığı ilə və ya belə razılıq olmadan yerləşməsindən asılı olmayaraq o hazırkı vəziyyətdə həmin evdən iddiaçının iradəsi ziddinə istifadə edir. Cavabdeh2 mübahisəli evdə doğulub yaşasa da, ərə getdikdən sonra artıq yaşayış yerini dəyişmiş və hal-hazırda da mübahisəli evdə daimi yaşaması inandırıcı hesab olunmur. Onun iddiaçıya məxsus evdən çıxarılmaması üçün hər hansı qanuni əsas məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə İddiaçı iddia tələbinin ona dəymiş 10000 maddi zərər və 10000 manat mənəvi zərər hissəsinə münasibətdə qeyd etmişdir ki, mübahisə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Tələbində edilən 10000 manat maddi zərərin nədən ibarət olması barədə İddiaçı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etmədiyindən və sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Beləliklə məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “zəbt edilmiş fərdi yaşayış evindən çıxarılma, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və xüsusi qərardad çıxarılmaqla prokurorluğa göndərilməsi” tələbinə dair iddiası qismən təmin edilməli, həmin evdə faktiki yaşayan X9 şəhəri, Aşıq Cuma küçəsi, ev 25A ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılmalı, İddiaçı iddia tələbi qalan hissələrdə təmin edilməməli, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 İddiaçı qarşı “Şəki şəhəri, Aşıq Cuma küçəsindəki 25 nömrəli fərdi yaşayış evindən onların, yəni Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 istifadə hüququnun tanınması, həmin evə köçürülmələri, cavabdeh İddiaçı tərəfindən törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiaları təmin edilməməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələr, 29-cu maddəsinin İ, İİ və İV hissələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Cavabdehlərin apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə göstərilən maddələri qəbul etdiyi qətnamədə sadalasa da, onun hazırki iddia tələbi ilə bağlı həmin normaların aspektində düzgün araşdırma aparmamışdır. Məhkəmə bu maddələrin məzmununa nəzər yetirməmiş və yalnız İddiaçı mövqeyini üstün tutmaqla kifayətlənmişdir. Məhkəmə yalnız İddiaçı iddia ərizəsində göstərilənləri əsas hesab edərək bu maddənin dispozisiyası baxımından heç bir araşdırma aparmadan tələbin təmin olunması haqqında qətnamə qəbul etmişdir. Məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. İşə baxan birinci instansiya məhkəməsi hazırda mübahisələndirilən iş üzrə qəbul etdiyi qətnaməsində onların cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması, evə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə demək olar ki, heç bir araşdırma aparmamış, yalnız onların həmin yaşayış sahəsinə münasibətdə hər hansı subyektiv hüquqlara malik olmamasını qeyd etmişdir. Göründüyü kimi, hazırki iş üzrə iddiaçılardan Cavabdeh2 1989-cu ilin iyun ayında ailə qursa da, ata evini tərk etməmiş, keçən müddət ərzindən hal-hazıradək həmin evdə yaşamağa davam etmişdir. Birinci instansiya məhkəməsi isə həmin hallarla bağlı heç bir araşdırma aparmamış, formal mülahizələrə əsaslanmaqla qərar qəbul etmişdir. Qeyd olunanalara əsasən, Şəki Rayon Məhkəməsinin 2(075)-56/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, İddiaçı onlara qarşı “zəbt edilmiş fərdi yaşayış evindən çıxarılma, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və barələrində xüsusi qərardad çıxarılması” tələbinə dair iddia ərizəsinin təmin edilmiş-X16 ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh2 alınıb İddiaçı verilməsi hissəsində də rədd edilməsini, onların cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması, evə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinin təmin edilməsi, Şəki şəhəri, Aşıq Cuma küçəsindəki 25 nömrəli fərdi yaşayış evindən onların istifadə hüququnun tanınması, həmin evə köçürülmələri, cavabdeh İddiaçı tərəfindən törədilən manelərin aradan qaldırılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 9 fevral 2023-cü il tarixli, 2(075)-56/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqlarına baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh4 və İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquqa Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 43 maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60 maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 11.2-ci maddəsinə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi: 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 178.1-ci mаddəsinə əsаsən dаşınmаz əmlаkа mülkiyyət hüququ onun verilməsinin dаşınmаz əmlаkın dövlət reyestrində qeydə аlındığı аndаn əldə edənə keçir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi; 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarina malikdirlər, digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bu Məcəllənin 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarı: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, cavabdehlər Şəki Rayon Məhkəməsinin 2(075)-56/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini, İddiaçı onlara qarşı “zəbt edilmiş fərdi yaşayış evindən çıxarılması, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi və barələrində xüsusi qərardadın çıxarılması” tələbinə dair iddia ərizəsinin təmin edilmiş-X16 ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh2 alınıb İddiaçı verilməsi hissəsində rədd edilməsini, onların cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması, evə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinin təmin edilməsi, Şəki şəhəri, Aşıq Cuma küçəsindəki 25A nömrəli fərdi yaşayış evindən onların istifadə hüququnun tanınması, həmin evə köçürülmələri, cavabdeh İddiaçı tərəfindən törədilən manelərin aradan qaldırılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq onlara verilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də Kollegiya Şəki Rayon Məhkəməsinin 9 fevral 2023-cü il tarixli, 2(075)-56/2023 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni ilk iddianın təmin edilmiş X16 Şəki şəhəri, X41 küçəsi, ev 25A ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması hissəsində və qarşılıqlı iddianın təmin edilməmiş İddiaçı tərəfindən törədilən maneələrin aradan qaldırılması hissəsində düzgün nəticəyə gəlməmişdir. Ona görə də Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 9 fevral 2023-cü il tarixli, 2(075)-56/2023 saylı qətnaməsi qismən, ilk iddianın təmin edilmiş X16 Şəki şəhəri, X41 küçəsi, ev 25A ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması hissəsində və qarşılıqlı iddianın təmin edilməmiş İddiaçı tərəfindən X21 qarşı törədilən maneələrin aradan qaldırılmasına aid hissəsində ləğv edilməli və həmin hissə üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi lazım bilir ki, apellyatorlar qətnamənin ləğv edilməsini tələb etsələrdə, əslində iş üzrə cavabdeh və iddiaçı olan X16 mübahisəli evdən çıxarılmasını mübahisələndirmişlər. Ona görə də kollegiya apellyasiya şikayətini X21 münasibətdə qiymət verilməsini zəruri hesab edir. Birinci instansiya məhkəməsi Cavabdeh2 mübahisəli evdən çıxarılması barədə nəticəyə gələrkən qeyd etmişdir ki, Cavabdeh2 hazırkı vəziyyətdə həmin evdə doğulub boya-başa çatdığını, ərə gedəndən bir müddət sonra qayıdaraq əsasən həmin evdə yaşamasını qeyd etməsi, bu səbəbdən İddiaçı xüsusi mülkiyyətində olan evdən çıxmaması kimi xüsusatları məhkəmə əsaslı hesab etmir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh2 həmin evə iddiaçının razılığı ilə və ya belə razılıq olmadan yerləşməsindən asılı olmayaraq o, hazırkı vəziyyətdə həmin evdən iddiaçının iradəsi ziddinə istifadə edir. Cavabdeh2 mübahisəli evdə doğulub yaşasa da, ərə getdikdən sonra artıq yaşayış yerini dəyişmiş və hal-hazırda da mübahisəli evdə daimi yaşaması inandırıcı hesab olunmur. Onun iddiaçıya məxsus evdən çıxarılmaması üçün hər hansı qanuni əsas məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, X26 1989-cu il tarixdə ailə quraraq mübahisəli evi tərk etsə də, qısa müddət sonra, yəni 1990-cı ildən qayıdaraq mübahisəli evdə yaşamışdır. Məhkəmə kollegiyasına təqdim edilmiş Şəki şəhər Qurdlar məhəllə nümayəndəliyinin arayışdan görünür ki, X26 1990-cı ildən Şəki şəhər Qurdlar məhəlləsi, X41 küçəsi, ev 25A saylı evdə yaşayır. Şəki Rayon Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2(075)-1291/2021 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, ünvan 6 ünvanında X22 və Cavabdeh1 tərəfindən bağlanmış çöl-həyət, ev qapılarının açılması və mərhum X8 miras qalmış fərdi yaşayış evləri üzərində ƏMDK yanında DƏDRX-nin Ərazi İdarəsinin nümayəndələri tərəfindən müayinəölçü işlərinin aparılmasına Cavabdeh2, X27, Cavabdeh1 və X22 tərəfindən maneə yaradılmasının qadağan edilməsi qət edilmişdir. Sözügedən qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Daha sonra müəyyən edilmişdir ki, 06 may 2022-ci ildə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Şəki şəhəri, X41 küçəsi, ev 25A, yeni qaydalarla Şəki şəhəri, X41 küçəsi, ev 71 X10 vərəsəsi olan İddiaçı mülkiyyətindədir. Həmin fərdi yaşayış evinə dair onun adına DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 06 may 2022-ci ildə **********14-10301 reyestr nömrəli texniki pasportla rəsmiləşdirilmişdir. Göründüyü kimi, işin faktiki halları ilə müəyyən edilir ki, Cavabdeh2 1990-cı ildən mübahisəli evdə yaşamış, bu gün də həmin ünvanda yaşayır. Kollegiya hesab edir ki, X16 başqa yerdə mənzil tələbatını ödəməyə imkanı olmadığı halda mübahisəli evdən çıxarılması barədə iddiaçının tələbinin təmin edilməsi, eyni zamanda iddiaçı X16 cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması barədə tələbinin təmin edilməməsi qanunvericiliyə və ədalət prinsipinə uyğun olmazdır. Çünki heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan (o cümlədən daxili inamından) istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşdırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Bu səbəbdən ədalət mühakiməsinin səmərəliliyini təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış edilməməli, məhkəmələr öz səlahiyyətləri çərçivəsində Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir. Nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərini tənzimləyən konkret hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas kimi çıxış edə bilməz. Çünki, belə bir imtina ədalət mühakiməsindən imtina kimi hesab olunaraq hüququn real tənzimləmə qabiliyyətini heçə endirə bilər. Bu baxımdan, qanunverici belə hallarda ədalət mühakiməsinin səmərəliliyinin təmini vasitəsi kimi mülki qanunvericiliyin analogiya üzrə tətbiqini müəyyən etmişdir. Analogiya hüquqda- hüquqi cəhətdən nizamlanması mühüm olan ictimai münasibətlərə oxşar münasibətləri nizama salan hüquq normalarının (qanunun analogiyası), bu cür normalar olmadıqda isə müvafiq hüquq sahəsinin, yaxud hüquq institutunun ümumi prinsiplərinin tətbiqini (hüququn analogiyası) nəzərdə tutur. Hazırkı mübahisəyə də yuxarıda göstərilən aspektdən yanaşıldıqda ədalət mühakiməsinin səmərəli həyata keçirilməsinin təmini üçün qanunvericilikdə nəzərdə tutulmuş vasitələrdən istifadə edilə bilər. Kollegiya hesab edir ki, X26 30 ilə yaxın müddətdə mübahisəli evdə yaşamışdır, mübahisəli evə istifadə hüququ yaranmaqla bu gün də orada yaşayır. X2 evdən çıxarılması mübahisə predmeti olan evdə yaşamış, orada birgə təsərrüfat aparmış X21 münasibətdə ədalətli məhkəmə araşdırması hüququnu poza bilər. Bu hal isə qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Odur ki, işin müəyyən edilmiş halları (o cümlədən mübahisəli evin mübahisəli hüquq münasibətinin yarandığı zaman daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi) nəzərə alındıqda, tərəflər arasında hüquq münasibətlərinin yarandığı vaxt xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddələri nəzərdən keçirilə bilər (analogiya qaydasında). Həmin normaların məzmunundan görünür ki, xüsusi mülkiyyətdə olmayan yaşayış sahəsinin icarədar ilə birlikdə yaşayan ailə üzvləri həmin sahəyə dair onunla bərabər bütün hüquq və vəzifələrə malikdirlər. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Əksi sübut edilmədikcə həmin hallar tərəflərin keçən müddət ərzində ümumi təsərrüfat aparmalarına və bu səbəblə də X2 yaşayış sahəsində İddiaçı ilə birgə yaşamaq hüququnun yaranmasına dəlalət edir. Belə olan halda, əgər başqa yaşayış yeri yoxdursa, X16 həmin evdən çıxarılması qanuni və əsaslı sayıla bilməz. Kollegiyanın qənaətinə görə X16 istifadə hüququna müvafiq kompensasiya verməklə xitam verilə bilər. Çünki İddiaçı mübahisəli evi mülkiyyətinə keçirdiyi vaxt X16 mübahisəli evdə istifadə hüququ ilə birgə yüklü qəbul etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, X16 iddiasının təmin edilməmiş İddiaçı tərəfindən törədilən maneələrin aradan qaldırılması hissəsi təmin edilməlidir. X4 iddia tələbinin mübahisəli evə köçürülməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, Cavabdeh2 hal-hazırda mübahisəli evdə yaşayır. Yenidən onun həmin evə köçürülməsi barədə tələbin təmin edilməsinin lüzumu yoxdur. Beləliklə kollegiya hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 9 fevral 2023-cü il tarixli, 2(075)- 56/2023 saylı qətnaməsi qismən, İddiaçı iddiasının təmin edilmiş X16 Şəki şəhəri, X41 küçəsi, ev 25A ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması, X16 iddiasının təmin edilməmiş İddiaçı tərəfindən X21 törədilən maneələrin aradan qaldırılmasına aid hissəsində ləğv edilməli və həmin hissə üzrə yeni qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 9 fevral 2023-cü il tarixli, 2(075)-56/2023 saylı qətnaməsi qismən, İddiaçı iddiasının təmin edilmiş X16 Şəki şəhəri, X41 küçəsi, ev 25A ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması, X16 iddiasının təmin edilməmiş İddiaçı tərəfindən X21 törədilən maneələrin aradan qaldırılmasına aid hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı iddiası X16 Şəki şəhəri, X41 küçəsi, ev 25A ünvanda yerləşən fərdi yaşayış evindən çıxarılması hissəsində təmin edilməsin. X16 iddiası İddiaçı tərəfindən Şəki şəhəri, X41 küçəsi, ev 25A ünvanda yerləşən fərdi yaşayış evindən istifadəsinə törədilən maneələrin aradan qaldırılmasına aid hissəsində təmin edilsin. X16 Şəki şəhəri, X41 küçəsi, ev 25A ünvanda yerləşən fərdi yaşayış evindən istifadəsinə İddiaçı tərəfindən törədilən maneələr aradan qaldırılsın. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, cavabdeh, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar