Məhkəmə qərarları › İş №2(107)-569/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-569/2020

18.06.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-569/2020 18.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsində, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədоv İlyаs Səməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı miras qalmış əmlakın bölünməsi və payların naturada ayrılması tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tаrixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(016)-105/2018 saylı qətnaməsi ilə (hakim Tahir İsmayılov) İddiaçı Cavabdeh qarşı miras qalmış daşınmaz əmlakın miras şərikləri arasında bölünməsi, real bölgüsünün aparılması və payların naturada ayrılması üzrə dəqiqləşdirilmiş idda tələbinin təmin edilməsi, mərhum X4 miras qalmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 145,0 kv metrdən ibarət olan bir mərtəbəli fərdi yaşayış evinin 1/3 hissəsinə Cavabdeh, 2/3 hissəsinə İddiaçı, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1251F nömrəli, KOD nömrəsi olan 40901004 saylı şəhadətnamə əsasında mərhum X12 mülkiyyətində olmuş 0,11 ha torpaq sahəsinə Cavabdeh 1/5 hissəsinə, Vəliyeva Bürülyant Əlimövsüm qızının 1/5 hissəsinə, X5 1/5 hissəsinə, X6 1/5 hissəsinə, İddiaçı 1/5 hissəsinə (vəsiyyətnamə üzrə) pay hüququnun tanınması, məhkəmə baxışı zamanı keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manatdan 50 manatının İddiaçı, 50 manat Cavabdeh alınıb Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN**********, AZ34STRE******************** hesabına ödənilməsi qət edilmişdir. işin halları İddiaçı Cavabdeh qarşı miras qalmış daşınmaz əmlakın miras şərikləri arasında bölünməsi, real bölgüsünün aparılması və payların naturada ayrılması tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X22 xx xxxxxxx 1970-ci ildə, anası X23 isə xx xxxx 2012-ci ildə ölmüşlər. Valideynləri vəfat etdikləri günə kimi ünvan 2 Lenin) 75 saylı ünvanda yaşamışlar. Atası vəfat edərkən ondan ünvan 3 saylı ünvanda yerləşən 0.1299 ha ölçüdə həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 1960-cı ildə tikdirilmiş bir mərtəbəli, divarları çiy kərpicdən, üstünün dam örtüyü şiferdən, ümumi sahəsi 145 kv/metr, yaşayış sahəsi 84.9 kv/metr, köməkçi sahəsi 60.1 kv metrolan 4 otaqlı və mətbəxdən ibarət fərdi yaşayış evindən və əlavə tikililərdən (su hovuzu, hamam, ayaqyolu, daş hasar və darvaza) ibarət daşınmaz əmlak miras qalmışdır. Atasının vəfatından sonra həmin evdə mərhum anası, o və cavabdeh qardaşı Cavabdeh yaşamışlar. Evi və həyəti birlikdə idarə etmişlər. Miras əmlaka faktiki olaraq yiyələnib birlikdə idarə etsələr də vərəsəlik hüquqlarını rəsmiləşdirməmişlər. Mərhum valideynlərinin cəmi 2 övladları olmuşdur. O və qardaşı Cavabdeh. Anası öz payına düşən hissəni ona vəsiyyət etmişdir. Bu barədə Ağsu rayon Dövlət Notariat Kontoru tərəfindən xx xxxxxxx 2008ci ildə, 2V/01-53 nömrəli reyestr üzrə təsdiq edilmiş vəsiyyətnamə də vardır. Evə dair hüquqmüəyyənedici sənədləri də öz şəxsi pul vəsaitini sərf etməklə DƏDR-də qeydə aldırmaqla əldə etmişdir. Hal-hazırda vərəsəlik hüququnu rəsmiləşdirmək və miras payını əldə edib öz adına hüquq müəyyənedici sənəd almaq istəyir. Lakin cavabdeh qardaşı qanun üzrə vərəsə olan Cavabdeh hansı səbəbdənsə mübahisə yaradır və vərəsəlik hüququnun notariat kontoru tərəfindən rəsmiləşdirilməsinə mane olur və mübahisə yaradır. Mərhum atasının qanun üzrə mərhum anasını payına düşən hissəsinə isə vəsiyyət üzrə vərəsədir. Göstərilənlərə əsasən Ağsu şəhərində xx xxxxxxx 1970-ci ildə ölmüş atası X7 miras qalmış və Ağsu şəhəri, H.Əliyev prospekti 75 saylı ünvanda yerləşən 0.1299 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində tikdirilmiş bir mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 145 kv/metr, yaşayış sahəsi 84.9 kv/metr, köməkçi sahəsi 60.1 kv metrolan fərdi yaşayış evindən və əlavə tikililərdən ibarət daşınmaz əmlakın miras şərikləri olan onun və Cavabdeh arasında real bölgünün aparılmasına və miras paylarının naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək Ağsu şəhərində xx xxxxxxx 1970-ci ildə ölmüş atası X7 miras qalmış və Ağsu şəhəri, H.Əliyev prospekti 75 saylı ünvanda yerləşən 0.1299 ha torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində tikilmiş bir mərtəbəli, 4 otaqlı, ümumi sahəsi 145 kv metr, yaşayış sahəsi 84.9 kv metr, köməkçi sahəsi 60.1 kv metr olan fərdi yaşayış evindən və əlavə tikililərdən ibarət daşınmaz əmlakdan payının müəyyən edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı dəqiqləşdirilmiş iddia tələbinin müdafiə edərək izahatında göstərmişdir ki, atası Qasım Vəliyev vəfat edərkən ondan Ağsu şəhəri, H.Əliyev küçəsi, 75 saylı ünvanda yerləşən 0.1299 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində 1960-cı ildə tikdirilmiş bir mərtəbəli, divarları çiy kərpicdən, üstünün dam örtüyü şiferdən, ümumi sahəsi 145 kv metr, yaşayış sahəsi 84.9 kv metr, köməkçi sahəsi 60.1 kv metr olan 4 otaqlı və mətbəxdən ibarət fərdi yaşayış evindən və əlavə tikililərdən (su hovuzu, hamam, ayaqyolu, daş hasar və darvaza) ibarət daşınmaz əmlak miras qalmışdır. Atası vəfat etdikdən sonra həmin evdə mərhum anası, o və cavabdeh qardaşı Cavabdeh yaşamışdır. Valideynlərinin o və qardaşı Çingiz olmaqla iki uşaqları olmuşdur. Evi və həyəti birlikdə idarə etmişdilər. Miras əmlaka faktiki olaraq yiyələnib birlikdə idarə etsələrdə vərəsəlik hüquqlarını rəsmiləşdirməmişdilər. Anası öz payına düşən hissəni ona vəsiyyət etmiş, vəsiyyətnamə Ağsu rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmişdir. Evə dair hüquqmüəyyənedici sənədləri öz şəxsi pul vəsaiti hesabına DƏDR-də qeydə aldırmaqla əldə etmişdir. Hal-hazırda tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, qardaşı İddiaçı ata əmlakının ələ keçirilməsi ilə bağlı bir neçə dəfə məhkəmədə iddia qaldırmışdır. Əvvəlki tələblər üzrə çıxarılan qətnamədə miras qalmış evin 2 otaqlı, 1 mərtəbəli, yaşayış sahəsi 36.8 kv m, köməkçi sahəsi 13.22 kv m, ümumi sahəsi 50.02 kv m və tikinti altı sahənin 70.97 kv m olduğu, torpaq sahəsinin isə 10 sot olduğu göstərilmişdir. Sonrakı iddiada 0.1299 ha torpaq sahəsi və 145 kv m yaşayış yeri olduğu qeyd edilməklə hər iki iddiada sahələr müxtəlif qeyd edilmişdir. Atasından miras qalmış evdə ailəsi ilə uzun illərdir ki, yaşayır. Həmin miras əmlakda olan hamamı 2008-ci ildə o tikdirmişdir. Qonşular və həmin hamamı tikən ustalar da bunu təsdiq edə bilərlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh apelyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instаnsiyа məhkəməsinin qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, atası 1970-də, anası isə 2012-ci ildə vəfat etmişdir. Bütün qonşular və qohumlar təsdiq edərlər ki, qardaşı İddiaçı mübahisəli ata evində yalnız 1960- 1978-ci illər arasında yaşamış, sonradan başqa ünvana köçmüş, ailə qurmuş, oğul-qızları orada doğulmuş və sonradan da oğul-qızları ailə qurub oradan da başqa ünvanlara köçüb ev-eşik qurmuşlar. İddiaçı hazırda da, yəni 1978-ci ildən Ağsu şəhəri Vidadi küçəsindəki 71 saylı ünvanda yaşayır. O, isə 1953-cü ildən hal-hazıra kimi yəni 65 ilən artıq olmaqla həmin mübahisəli evdə yaşayır. Yaşadığı ev işdə olan sənədlərdə göstərildiyi kimi tikintisi heç də 1960-cı ildə deyil, əslində 1953-cü ildə tikilmişdir. xx.xx.2015-ci ildə tərtib edilmiş fərdi yaşayış evinin Reyestr nömrəsi **********12-10301 olan Texniki Pasportunda göstərilən otaqlardan əslində 1953-cü ildə 1, 2 və 3 nömrə altında olan otaqlar tikilmişdir. 1960-cı illərdə isə həmin pasportda göstərilən 4 və 5 nömrə altında olan otaqlar tikilmişdir. Atası 1970-ci ildə vəfat etmiş, qardaşı İddiaçı 1978-ci ildən onlardan ayrılıb başqa ünvana köçərək bu günə kimi orada yaşamışdır. Ona görə də, Ağsu Rayon Məhkəməsinin xx xxxxxxx 2013-cü il tarixli, 2(016)-105/2018 saylı qətnaməsinin ləğv edilərək, iddianın tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(107)- 2028/2019 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(016)-105/2018 saylı qətnаməsi nin ləvğ edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Cavabdeh qarşı miras qalmış daşınmaz əmlakdan payına düşən hissənin müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manat İddiaçı alınıb Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, AZ34STRE******************** hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı və vəkili X1 şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)-7402/2019 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(107)-2028/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə qaytarılmışdır. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının xx xxxx 2020-ci il tarixli iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğundan onun təmin edilməməsini və iş üzrə birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının xx xxxx 2020-ci il tarixli iclasında iştirak edən Cavabdeh və onun vəkili X20 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. Apelyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmədilər. Cavabdeh xx xxxx 2020-ci il tarixli məhkəmə iclası zamanı ərizə ilə müraciət edərək İddiaçı ilə arasında olan mübahisənin barışıq əldə etmə yolu ilə həll edilməsini məhkəmə kollegiyası iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)-7402/2019 nömrəli qərarındakı göstərişlərinə əməl edərək, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(016)- 105/2018 saylı qətnаməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 1952-ci ildə Ağsu rayon ZAKS bürosu tərəfindən verilən evlənmə haqqında şəhadətnamənin surəti ilə müəyyən edilir ki, X22 ilə X14 arasında nikah xx xxxxxx 1946-cı ildə bağlanmaqla, 08 nömrə ilə qeydə alınmışdır. X14 evlənmə qeyd edildikdən sonra “Vəliyeva” soyadı daşımışdır. İş materiallarına əlavə edilmiş Ağsu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilən arayışla İddiaçı xx xxxx 1948-ci ildə Ağsu şəhərində anadan olması, atasının X24 və anasının X25 olması müəyyən edilir. İş materiallarına əlavə edilmiş AZ-İ-692414 nömrəli təkrar verilmiş ölüm haqqında şəhadətnamənin surəti ilə müəyyən edilir ki, X13 xx.xx.1970-ci ildə Ağsu şəhərində insult səbəbi ilə öldüyü, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1971-ci ildə, 01 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ-568471 nömrəli təkrar verilmiş ölüm haqqında şəhadətnamənin surəti ilə müəyyən edilir ki, X12 xx.xx.2012-ci ildə Ağsu şəhərində işəmik insult səbəbi ilə öldüyü, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci ildə, 133 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2008-ci il tarixli, reyestrdə 2V/01-53 nömrə ilə qeyd edilmiş vəsiyyətnamənin surəti ilə müəyyən edilir ki, Ağsu şəhəri, H.Əliyev küçəsi, ev 59-da yaşayan X3 şəhəri, H.Əliyev küçəsi, 59 saylı yaşayış evini oğlu İddiaçı vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidməti rəfəfindən xx xxxxxxxx 2015-ci il tarixdə 790 inventar nömrəsi ilə ünvan 1 saylı ünvanda yerləşən hüquq subyekti X24 olan fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı ******* saylı çıxarışdan göründüyü kimi, ünvan 1 ünvanında, 0.106 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 145.0 kv metr olan fərdi yaşayış evi X15 adına, torpaq sahəsi isə paylı mülkiyyət kimi X25, Cavabdeh, Vəliyeva Bürülyant Əlimövsüm qızı, X21 və X6 adına qeydə alınmış və xx.xx.2015-ci il tarixdə 9 nömrəli reyestr kitabının 66 saylı vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2017-ci il tarixli, 12311 saylı ekspert rəyi ilə müəyyən edilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş üzrə İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd mülki iş materiallarında olmadığından tədqiq olunan ünvandakı fərdi yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçiıər (tərəflər) arasında paylar (ideal və real paylar) üzrə bölünməsinin texniki cəhətdən mümkün olubolmamasına dair tədqiqat aparılması mümkün olmamışdır. Hər hansı daşınmaz obyektin, o cümlədən tikililərin, mənzillərin, torpaq sahələrinin, fərdi yaşayış evlərinin, qeyri-yaşayış binalarının bazar qiymətləri ilə dəyərinin müəyyən edilməsi tikinti-texniki ekspertizası sahəsi üzrə xüsusi bilik tələb etmədiyindən və qərardaddakı sual əmlak birjalarından konkret məlumatın əldə edilməsinə aid olduğundan ekspertiza tədqiqatı aparılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)-7402/2019 nömrəli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddia tələbinin əsasını xx xxxxxxx 1970-ci il tarixdə vəfat etmiş və xx xxxxxxxx 2015- ci il tarixdə mərhumun adına qeydə alınmış miras əmlaka vərəsələr arasında payların müəyyən edilməsi təşkil edir. Bu halda tərəflər arasında hüquq münasibəti xx.xx.1970-ci il tarixdə yarandığından mübahisəyə həmin dövrdə qüvvədə olan maddi hüquq normaları tətbiq edilməli olduğu halda apellyasiya məhkəməsi tərəfindən xx.xx.2000-ci tarixdən qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilmişdir. Bununla bərabər xx.xx.2000-ci il tarixə kimi qüvvədə olmuş Mülki Məcəllənin 528, 532, 552ci maddələrinin tələblərinə görə iddiaçı mərhumun birinci növbə vərəsəsi olmaqla, vərəsəlik açıldıqdan sonra 1998-ci ilə kimi miras evdə yaşamaqla mirası faktiki qəbul etmiş hesab edilir. Digər tərəfdən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yuxarıda göstərildiyi kimi cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini mübahisəli fərdi yaşayış evinin 6, 7, 8 saylı otaqlarının miras əmlaka daxil edilməsi hissəsində mübahisələndirmiş, qalan hissədə isə qətnamə ilə razılaşaraq daşınmaz əmlakın 1, 2, 3, 4, 5 saylı otaqlarının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193- cü maddəsinə əsasən mirasa daxil edilməklə tərəflər arasında bölünməsi, real bölgünün aparılması və payların naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxx 2011 -ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.Qətnamənin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Apelyasiya məhkəməsi hesab edir ki, iş materiallarına əlavə edilmiş AZ-İ-692414 nömrəli təkrar verilmiş ölüm haqqında şəhadətnamənin surəti ilə müəyyən edilir ki, X13 xx.xx.1970-ci ildə Ağsu şəhərində insult səbəbi ilə öldüyü, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1971-ci ildə, 01 nömrə ilə qeyd edilmişdir. Mərhum X24 xx.xx.1970-ci il tarixdə vəfat etdiyindən hazırki mübahisəyə miras açılarkən qüvvədə olmuş Azərbaycan Respublikası MM-nin müddəaları tətbiq edilərək baxılmalıdır. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası MM-nin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddia tələbinin obyektiv araşdırılıması və düzgün hüquqi nəticəyə gəlinməsi üçün DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən mərhum X15 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 145,0 kv metr, yaşayış sahəsi 84.9 kv metr, yardımçı sahəsi 60.1 kv metr olan 4 otaqdan ibarət olan bir mərtəbəli fərdi yaşayış evinə, 13.3 kv.m olan hamam, ayaqyoluna, 4 kv.m olan su anbarına, 7.9 kv.m olan hasara və darvazaya onun adına verilmiş RX seriyalı ******* saylı çıxarışın məzmunun və tamlığının qanunvericiliyin tələblərinə uyğun qeydiyyata alınmasının müəyyən edilməsindən sonra miras əmlakın miras şərikləri arasında naturada (real) bölüşdürülməsi və paylardan istifadə qaydası müəyyən olunmalıdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı ******* saylı çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında, 0.106 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 145.0 kv metr olan fərdi yaşayış evi X7, torpaq sahəsi isə paylı mülkiyyət kimi X8 (paylı mülkiyyətçilər Cavabdeh, Bürülyant Əlimövsüm qızı Vəliyeva, X16 və X17) miras qalmışdır. Həmçinin mərhum X7 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 145,0 kv metrdən ibarət olan bir mərtəbəli fərdi yaşayış evi, X8 (paylı mülkiyyətçilər Cavabdeh, Bürülyant Əlimövsüm qızı Vəliyeva, X16 və X17) miras qalmışdır. Ağsu rayon dövlət notariat kontorunda xx xxxxxxx 2008-ci ildə təsdiq edilmiş və 7E/04-1755 nömrə ilə reyestrdə qeydə alınmış vəsiyyətnamədən müəyyən olunur ki, miras qoyan X23 ünvan 1 ünvanında yerləşən yaşayış evini oğlu İddiaçı vəsiyyət etmişdir. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası MM-nin 532-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası MM-nin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, miras qoyanın vəfatından sonra onun iki vərəsəsi: İddiaçı və Cavabdeh vardır. Onlar birinci növbə üzrə vərəsələr hesab olunur. Qanun üzrə vərəsələrin hər birinə miras əmlakdan düşən pay (miras payı) bərabərdir. Lakin miras qoyan sağlığnıda mülkiyyətində olan əmlakını İddiaçı vəsiyyət etimşdir ki, həmin vəsiyyətnamə ləğv edilməmiş, hazırda da qüvvədədəir. Məhkəmə kollegiyası hesab edir ki, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, miras qoyan Arizə Vəliyeva mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evini oğlu İddiaçı vəsiyyət etmişdir. Ona görə də miras əmlakın bölünməsi aşağıdakı qaydada hesablanır: əvvəlcə qanun üzrə vərəsələrdən hər birinə (iki uşaqlara) qanun üzrə vərəsəlik zamanı çatası pay hesablanır. Bunun üçün miras əmlak qanun üzrə həmin vərəsələrin sayına bölünür: ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 145,0 kv metr, yaşayış sahəsi 84.9 kv metr, yardımçı sahəsi 60.1 kv metr olan 4 otaqdan ibarət olan bir mərtəbəli fərdi yaşayış evi, 13.3 kv.m olan hamam, ayaqyolu, 4 kv.m olan su anbarı : 3 = İddiaçı payı, Cavabdeh payı, mərhum X9 payına. Lakin mərhum X18 mülkiyyətində olan əmlak payını oğlu İddiaçı vəsiyyət etdiyindən mərhun X8 miras qalmış evin 1/3 hissəsinə Cavabdeh, 2/3 hissəsinə İddiaçı, torpaq sahəsinə Cavabdeh 1/5 hissəsnə, Bürülyant Əlimövsüm qızı Vəliyevanın 1/5 hissəsinə, X10 1/5 hissəsinə, X11 1/5 hissəsinə, İddiaçı 1/5 hissəsinə (vəsiyyətnamə üzrə) pay hüququ tanınmalıdir. Məhkəmə kollegiyası hesab edir ki, vərəsə, onun payına düşən miras hissəsinin (miras payının) naturada ayrılmasını (real bölgüsünü) tələb edə bilər. Bu tələbin təmin edilməsi üçün aşağıdakı şərtlər tələb olunur: birincisi, miras əmlakdan payın ayrılması mümkün olsun; ikincisi, əmlak payının naturda ayrılması qanunla qadağan edilməməlidir; üçüncüsü, əmlakdan payın naturada ayrılması əmlakın təsərrüfat təyinatının itirilməsinə səbəb olmamalıdır, bu təyinata zidd olmamalıdır və ona zərər vurmamalıdır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin əsasını xx xxxxxxx 1970-ci il tarixdə vəfat etmiş və xx xxxxxxxx 2015-ci il tarixdə məhkumun adına qeydə alınmış miras əmlaka vərəsələr arasında payların müəyyən edilməsi təşkil edir. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini mübahisəli fərdi yaşayış evinin 6, 7, 8 saylı otaqlarının miras əmlaka daxil edilməsi hissəsində mübahisələndirmiş, qalan hissədə isə qətnamə ilə razılaşmışdır. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, DƏDRX-nin 14 saylı Ərazi İdarəsi tərəfindən mərhum X15 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 145,0 kv metr, yaşayış sahəsi 84.9 kv metr, yardımçı sahəsi 60.1 kv metr olan 4 otaqdan ibarət olan bir mərtəbəli fərdi yaşayış evinə, 13.3 kv.m olan hamam, ayaqyoluna, 4 kv.m olan su anbarına, 7.9 kv.m olan hasara və darvazaya onun adına verilmiş RX seriyalı ******* saylı çıxarışın məzmunun və tamlığının qanunvericiliyin tələblərinə əsasən iddia tələbinə həmin çıxarışda qeyd edilənlərə istinad edilərək baxılmalıdır. Miras əmlakdan vərəsələrin payının naturada bölünməsinə dair məhkəmə tikinti-texniki eksperiza təyin edilmişdir. Lakin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2018-ci il tarixli, 12311 saylı ekspert rəyi ilə müəyyən edilir ki, iş üzrə İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd mülki iş materiallarında olmadığından tədqiq olunan ünvandakı fərdi yaşayış evinin və torpaq sahəsinin mülkiyyətçilər (tərəflər) arasında paylar (ideal və real paylar) üzrə bölünməsinin texniki cəhətdən mümkün olubolmamasına dair tədqiqat aparılması mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin baxılması ilə əlaqədar məhkəmə xərclərinin ödənilməsi məsələsi də həll olunmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrində göstərilmişdir ki, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-in 9.1-ci və 9.3-cü maddələrinə əsasən Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsində aparılan tikililərin qanuni olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianın təmin edilməsini qət edərkən qətnamənin ləğv edilməsinə əsas ola biləcək maddi və prosessual hüquq normalarının pozulmasına yol verdiyindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İddiaçı Cavabdeh qarşı miras qalmış daşınmaz əmlakın miras şərikləri arasında bölünməsi, real bölgüsünün aparılması və payların naturada ayrılması üzrə dəqiqləşdirilmiş idda tələbi təmin edilməli, mərhum X4 miras qalmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 145,0 kv metrdən ibarət olan bir mərtəbəli fərdi yaşayış evinin 1/3 hissəsinə Cavabdeh, 2/3 hissəsinə İddiaçı, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1251F nömrəli, KOD nömrəsi olan 40901004 saylı şəhadətnamə əsasında mərhum X12 mülkiyyətində olmuş 0,11 ha torpaq sahəsinə Cavabdeh 1/5 hissəsnə, Vəliyeva Bürülyant Əlimövsüm qızının 1/5 hissəsinə, X5 1/5 hissəsinə, X6 1/5 hissəsinə, İddiaçı 1/5 hissəsinə (vəsiyyətnamə üzrə) pay hüququ tanınmalı, məhkəmə baxışı zamanı keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manatdan 50 manat İddiaçı, 50 manat Cavabdeh alınıb Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, AZ34STRE******************** hesabına ödənilməlidir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 384.0.2-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1 və 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаsdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-ci maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı Cavabdeh qarşı miras qalmış daşınmaz əmlakın miras şərikləri arasında bölünməsi, real bölgüsünün aparılması və payların naturada ayrılması üzrə dəqiqləşdirilmiş idda tələbi təmin edilsin. Mərhum X4 miras qalmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 145,0 kv metrdən ibarət olan bir mərtəbəli fərdi yaşayış evinin 1/3 hissəsinə Cavabdeh, 2/3 hissəsinə İddiaçı, torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 1251F nömrəli, KOD nömrəsi olan 40901004 saylı şəhadətnamə əsasında mərhum X12 mülkiyyətində olmuş 0,11 ha torpaq sahəsinə Cavabdeh 1/5 hissəsnə, Vəliyeva Bürülyant Əlimövsüm qızının 1/5 hissəsinə, X5 1/5 hissəsinə, X6 1/5 hissəsinə, İddiaçı 1/5 hissəsinə (vəsiyyətnamə üzrə) pay hüququ tanınsın. Məhkəmə baxışı zamanı keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manatdan 50 manat İddiaçı, 50 manat Cavabdeh alınıb Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, AZ34STRE******************** hesabına ödənilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar