Məhkəmə qərarları › İş №2(107)-569/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-569/2022

19.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-569/2022 19.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, qərəzli hərəkətlərə son qoyulması və maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, qərəzli hərəkətlərə son qoyulması və maddi zərərin ödənilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X22, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, qərəzli hərəkətlərə son qoyulması və maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(033)-3/2022 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi İşin halları:

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14.02.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, 126 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində aparılmış ********** nömrəli qeydiyyata əsasən reyestr nömrəsi **********38 olan Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X6, X23, X39 və X11 məxsusdur. Torpaq sahəsinə dair A seriyalı 246178 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir.

2. Zaqatala Rayon 2 saylı notariat kontorunda bağlanmış 18.02.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli reyestrdə 4Ə-269 nömrəsi ilə qeyd edilmiş “Daşınmaz əmlakın alqısatqı müqaviləsindən” görünür ki, satıcılar X6, X23, X39 və X24 tərəfindən mülkiyyətlərində olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,5 ha torpaq sahəsi İddiaçı satılmışdır.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14.02.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, 126 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində aparılmış ********** nömrəli qeydiyyata əsasən reyestr nömrəsi **********39 olan Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 1,50 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında X6, X23, X39 və X11 məxsusdur. Torpaq sahəsinə dair A seriyalı 246177 nömrəli Torpaq sahəsininplanı və ölçüsü tərtib edilmişdir.

4. Zaqatala Rayon 2 saylı notariat kontorunda bağlanmış 18.02.2018-ci il tarixli AN-İ seriyalı ******* nömrəli, reyestrdə 4Ə-268 nömrəsi ilə qeyd edilmiş “Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən” görünür ki, satıcılar X6, X23, X39 və X24 tərəfindən mülkiyyətlərində olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 1,5 ha torpaq sahəsi İddiaçı satılmışdır. İşdə olan Zaqatala Rayon Bəhmətli kənd Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh mülkiyyətində 0,20 ha həyətyanı, 0,56 ha bağ, 0,20 ha bağ, 1,34 ha əkin, 0,80 ha əkin sahələri vardır.

5. 25.01.2018-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus torpaq sahəsində əkilmiş 198 top fındıq çıxarılaraq Cavabdeh tərəfindən yandırılmışdır.

6. X42 İnkişaf Mərkəzi tərəfindən 24 aprel 2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı mülkiyyətində olan 0.80 ha torpaq sahəsində olan 2 illik yonca bitkisinin Ümüd Hüseynov tərəfindən şumlanaraq məhv edildiyi aşkar olunmuşdur. 0.80 ha yonca sahəsindən hər biçində 90-100 ədəd ot kipi gözlənilir. Sahədən mövsüm ərzində minimum 4 biçin gözlənildiyindən 400 ədəd ot kipi almaq mümkündür. Hal-hazırda bazar qiyməti ilə bir kipin qiyməti 3 - 3.50 manat arasında olduğundan vətəndaşa 1200-1400 manat arasında maddi ziyan dəymişdir.

7. 29.03.2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə müəyyən edilmiş hallardan görünür ki, Zaqatala rayon Bəhmətli kənd sakini İddiaçı 2016cı ilin noyabr-dekabr aylarında Bakı şəhərində yaşayan həmkəndlisi X2 2 ha torpaq sahəsini almış və 18.02.2018- ci il tarixdə həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamışdır. İddiaçı X2 aldığı 2 ha torpaq sahəsində 2017-ci ilin yanvar ayında 350 top fındıq tingi əkmişdir. 20.01.2018-ci il tarixdə həmin torpaq sahəsinin müəyyən hissəsinin özünün olduğunu iddia edən Zaqatala rayon Bəhmətli kənd sakini Cavabdeh İddiaçı əkdiyi fındıq ağaclarının 198 fındıq topasında olan 1386 tingi çıxarıb yandırmaqla sonuncuya 970 manat ziyan vurmuşdur.

8. 27.04.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə müəyyən edilmiş hallardan görünür ki, Zaqatala rayon Bəhmətli kənd sakini İddiaçı 2016-cı ilin noyabr-dekabr aylarında Bakı şəhərində yaşayan həmkəndlisi X2 2 ha torpaq sahəsini almış və 18.02.2018- ci il tarixdə həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlamışdır. İddiaçı X2 aldığı 2 ha torpaq sahəsində 2017-ci ilin mart ayında yonca əkmişdir. Həmin vaxtdan Zaqatala rayon Bəhmətli kənd sakini Cavabdeh İddiaçı aldığı 2.0 ha torpaq sahəsinin müəyyən hissəsi özünün olduğunu iddia etmişdir. 10.04.2019-cu il tarixdən 12.04.2019-cu il tarixə kimi olan müddətdə İddiaçı mülkiyyətində olan 0.80 ha torpaq sahəsindəki 2 illik yonca bitkisini Cavabdeh traktorla şumlatdıraraq İddiaçı 1400 manat maddi ziyan vurmuşdur. Həmin qərardan görünür ki, 20.12.2018-ci il tarixli HK- 1/897 nömrəli material üzrə qəbul edilmiş qərardan müəyyən edilmişdir ki, 27.07.2018-ci il tarixdə Zaqatala rayon Bəhmətli kənd sakini Cavabdeh həmkəndlisi İddiaçı məxsus 1.5 ha torpaq sahəsindəki 20 kip yonca bağlamasını yandıraraq sonuncuya 50 manat maddi ziyan vurmuşdur.

9. Torpağa mülkiyyət hüququna dair JN-317 KOD 40203018 saylı dövlət aktının təsdiq olunmuş surətindən görünür ki, X25, X7, X30, X31, X26 və Cavabdeh Zaqatala rayonu Aqrar İslahatı Komissiyasının 18 iyul 1996-cı il tarixli 38 nömrəli qərarı ilə 3,26 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 16 oktyabr 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-mn Zaqatala Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Huquqiann Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dovlət Reyestrindən Çıxarış əsasında X19, X12, X32 və X18 ümumı birgə mülkiyyət hüququ əsasında məxsus və AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən İddiaçı xeyrinə özgəninkiləşdirilmiş Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.80 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Həmin torpaq sahələrinin DƏDRX-nın tərtib etdiyi RX ******* saylı Çıxarışa əsasən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.80 ha hissəsi cavabdeh X38 tərəfindən istifadə edilir.

11. ********** saylı xidməti tapşırığa əsasən mübahisəli torpaq sahəsinin inventarlaşmasına dair ekspertiza xərci, smetası N: 02/14/200 ümumi smeta dəyəri 99,60 manat təşkil etmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 12 noyabr 2019-cu il tarixdə verilmiş 18395 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin Zaqatala Ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında X19, X12, X32 və X20 ümumi birgə mülkiyyət hüququ əsasında məxsus və AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən İddiaçı xeyrinə özgəninkiləşdirilmiş Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.80 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Rəşad Xalbayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, Həmin torpaq sahələrinin DƏDRX-nin tərtib etdiyi RX ******* saylı Çıxarışa əsasən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.80 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01 sentyabr 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Zaqatala ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında X48xəli oğluna, X12, X32 və X20 ümumi birgə mülkiyyət hüququ əsasında məxsus və AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən İddiaçı xeyrinə özgəninkiləşdirilmiş Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,2560 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Zaqatala ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında 0,50 ha torpaq sahəsinin sərhədləri müəyyən olunmuş və tərtib edilmiş sxemdə göstərilmişdir. Ancaq JN-317 kod 40203018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Zaqatala rayon Aqrar İslahat Komissiyasının 1996-cı il 18 iyul tarixli 38 nömrəli qərarı ilə 3,26 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Qeyd: Zaqatala və Xızı rayonlarında Pilot Layihə olaraq 1995-1996- cı illərdə torpaq islahatı aparılmışdır. 2003-cü ildə Zaqatala rayonunda aparılmış torpaq islahatlarında müəyyən səhvlərin aradan qaldırılması məqsədilə yerquruluşu sənədlərində dürüstləşdirilmə işləri aparılmışdır. Aparılmış islahat zamanı verilən Dövlət Aktlarında müəyyən səhvlər olduğu üçün vətəndaşlardan həmin Dövlət Aktları geri yığılmış əvəzində 2003-cü ildə aparılmış islahatın nəticələrinə uyğun olaraq yenidən vətəndaşlara Torpaq sahəsinin Planı və Ölçüsü sənədi təqdim edilmişdir. Bu səbəbdən JN-317 KOD 40203018 nömrəli torpağa mülkiyyət hüququna dair X50 Baza məlumatlarında öz əksini tapan Kompleks yerquruluşu layihələrində mövcud deyildir. Həmin DƏDRX-nın tərtib etdiyi RX ******* saylı Çıxarışda göstərilən 0,50 ha torpaq sahəsinin 0,2560 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir.

14. ********** saylı xidməti tapşırığa əsasən mübahisəli torpaq sahəsinin inventarlaşmasına dair ekspertiza xərci, smetası N: 02/08/106 ümumi smeta dəyəri 93,60 manat təşkil etmişdir.

15. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 16 sentyabr 2020-ci il tarixdə verilmiş 10/583 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki LTİ-nin mühəndisi Pərviz İsmayılovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Zaqatala ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında X5, X12, X32 və X20 ümumi birgə mülkiyyət hüququ əsasında məxsus və AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən İddiaçı xeyrinə özgəninkiləşdirilmiş Zaqatala rayonu, Bəhmədli kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,2560 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Zaqatala ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında 0,50 ha torpaq sahəsinin sərhədləri müəyyən olunmuş və tərtib edilmiş sxemdə göstərilmişdir. Ancaq JN-317 kod 40203018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Zaqatala rayon Aqrar İslahat Komissiyasının 1996-cı il 18 iyul tarixli 38 nömrəli qərarı ilə 3,26 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Qeyd: Zaqatala və Xızı rayonlarında Pilot Layihə olaraq 1995-1996-cı illərdə torpaq islahatı aparılmışdır. 2003-cü ildə Zaqatala rayonunda aparılmış torpaq islahatlarında müəyyən səhvlərin aradan qaldırılması məqsədilə yerquruluşu sənədlərində dürüstləşdirilmə işləri aparılmışdır. Aparılmış islahat zamanı verilən Dövlət Aktlarında müəyyən səhvlər olduğu üçün vətəndaşlardan həmin Dövlət Aktları geri yığılmış əvəzində 2003-cü ildə aparılmış islahatın nəticələrinə uyğun olaraq yenidən vətəndaşlara Torpaq sahəsinin Planı və Ölçüsü sənədi təqdim edilmişdir. Bu səbəbdən JN-317 KOD 40203018 nömrəli torpağa mülkiyyət hüququna dair X50 Baza məlumatlarında öz əksini tapan Kompleks yerquruluşu layihələrində mövcud deyildir. Həmin DƏDRX-nın tərtib etdiyi RX ******* saylı Çıxarışda göstərilən 0,50 ha torpaq sahəsinin 0,2560 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir.

16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, akarılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.

17. Zaqatala Rayon Məhkəməsinin 1 mart 2021-ci il tarixli 2(033)–48/2021 nömrəli qətnaməsi ilə iddiaçılar X3, X13, X14, X9 və Cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, X5, X12, X32, X20, İddiaçı və üçüncü şəxs Zaqatala Rayon 2 saylı Notariat Ofisinə qarşı iddiа tələbinin “cavabdehlər X33, X23, X39 və X6 ilə iş üzrə cavabdeh İddiaçı arasında bağlanmış 18 fevral 2018-ci il tarixli, AN-İ seriyalı ******* və ******* nömrəli "Daşınmaz əmlakın alqı-satqı müqavilələri"nin etibarsız sayılması” hissəsinin rədd edilməsi; Zaqatala Rayon Məhkəməsinin 2(033)- 48/2021 nömrəli 01 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçılar X3, X13, X14, X9 və Cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, X5, X12, X32, X20, İddiaçı və üçüncü şəxs Zaqatala Rayon 2 saylı Notariat Ofisinə qarşı verdiyi iddia tələbinin “cavabdehlər X33, X23, X39 və X4 adına verilmiş A seriyalı 435086 və 435087 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" sənədlərinin etibarsız sayılması, Zaqatala rayonu, Bəhmətli kəndində 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 14 fevral 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 126 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın və Zaqatala rayonu, Bəhmətli kəndində 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair 14 fevral 2018-ci il tarixdə tarixdə daşmmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə, 126 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair RX seriyalı ******* nömrəli "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"ın etibarsız sayılması” hissəsi üzrə mülki işin icraatına xitam verilməsinin nəzərə alınması; 10 (on) manat dövlət rüsumunun iddiaçı Cavabdeh özünə aid edilməsi; iddiaçılar X7, X30, X31, X26 və Cavabdeh müştərək qaydada 300 (üç yüz) manat ekspertiza xərcinin alınaraq “Müstəqil Məhkəmə Ekspertizası” Məhdud Məsulliyyətli Cəmiyyətinin hesabına köçürülməsi (Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M\h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB********************) qət edilmişdir.

18. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 iyun 2021-ci il tarixli 2(107)-1120/2021 nömrəli qətnaməsi ilə iddiaçılar X7, X30, X31, X26 və Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 1 mart 2021-ci il tarixli 2(033)–48/2021 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmışdır.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 noyabr 2021-ci il tarixli 2(102)-6019/2021 nömrəli qətnaməsi ilə iddiaçılar X7, X30, X31, X26 və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1120/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

20. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bəhmətli kəndində yerləşən 0.5 ha və 1,5 ha torpaq sahələrindən çıxarılmasına, cavabdehin qərəzli hərəkətlərinə son qoyulmasına, ona vurulmuş 2420 (iki min dörd yüz iyirmi) manat məbləğində maddi zərərin və ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi 2450 (iki min dörd yüz əlli) manat məbləğində pulun alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

21. İddiaçı iddianın həcminin artırılması barədə ərizə ilə müraciət edərək əlavə olaraq gizli yolla 750 manat məbləğində 200 bağlama oğurlanmış otun dəyərinin cavabdehdən alınaraq ona ödənilməsini xahiş edir. İddiaçı iddianın həcminin artırılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir.

22. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bəhmətli kəndində onun mülkiyyətində 0,5 ha və 1,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Həmin torpaq sahələrini o, 2016-cı il tarixdə X2 alaraq, 18.02.2018-ci il tarixdə reyestr nömrə 1S-5390, AN-İ № ******* nömrəli və reyestr nömrə 1S-5391, AN-İ № ******* nömrəli alqı-satqı müqavilələrinə əsasən rəsmiləşdirmişdir. Lakin həmin torpaq sahələrinə Çıxarış almamışdır. O həmin torpaq sahəsini kol-kosdan təmizləyərək orada 350 fındıq topası əkmişdir. Cavabdeh həmin torpaq sahələrinin özünün olmasını iddia edərək onunla dəfələrlə mübahisə etmiş və 2018-ci ilin yanvar ayında xəbərsiz həmin torpaq sahəsinə girərək onun əkdiyi 198 fındıq topasında olan 1386 tingi çıxarıb yandırmışdır. Bununla da ona 970 manat maddi ziyan vurmuşdur. Bundan başqa 2018-ci ilin iyul ayında ona məxsus torpaq sahəsində olan otu yandıraraq ona 50 manat maddi ziyan vurmuşdur. Daha sonra ona məxsus torpaq sahəsində əkdiyi yonca sahəsini traktorla şumladaraq ona 1400 manat maddi ziyan vurmuşdur. Yaranmış bu vəziyyət ona öz torpağından istifadə etməyə maneçilik törədir. Nə vaxt öz torpaq sahəsinə getsə cavabdeh ora gələrək nəlayiq sözlər işlədərək, onu təhqir edərək dava-şava salır. Bununla da onun mülkiyyət hüququ cavabdeh tərəfindən pozulur. Bu barədə o 102 xidmətinə zəng edərək Zaqatala rayon Polis şöbəsinə müraciət etmişdir. Zaqatala rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılaraq ona cəmi 2420 manat məbləğində maddi ziyan vurulması müəyyən edilmişdir. Lakin iş mülki xarakter daşıdığı üçün ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Cavabdehin özbaşınalığının həddi-hüdudu yoxdur. Cavabdehdən ona məxsus torpaq sahəsindəki otu yandıraraq, 2 illik yonca bitkisini şumladaraq, fındıq tinglərinə dəymiş maddi ziyan müqabilində 2420 manat məbləğində pul tələb edir. Cavabdehin həqiqətən ona ziyan vurduğunu işdə olan 25.01.2018-ci il tarixli Akt, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X42 İnkişaf Mərkəzinin 24.04.2019-cu il tarixli 72 nömrəli məktubu və Zaqatala rayon Polis şöbəsinin cavabdeh barədə tərtib etdiyi qərarlar sübut edir.

23. Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) 10 yanvar 2022-ci il tarixli, 2(033)-3/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Hüseynov X37 rayonu Bəhmətli kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış əsasında X19, X12, X32 və X20 ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan və AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı- satqı müqaviləsinə əsasən İddiaçı xeyrinə özgəninkiləşdirilmiş 1,50 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0,80 ha hissəsindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış əsasında X48xəli oğluna, X12, X32 və X20 ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan və AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən İddiaçı xeyrinə özgəninkiləşdirilmiş 0,50 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0,2526 ha hissəsindən çıxarılması, Cavabdeh qərəzli hərəkətlərinə son qoyulması, Cavabdeh 2420 (iki min dörd yüz iyirmi) manat maddi zərər tutularaq İddiaçı xeyrinə ödənilməsi, Zaqatala Rayon Məhkəməsinin 2(033)-3/2022 nömrəli 10 yanvar 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı verdiyi iddia tələbinin “750 manat məbləğində 200 bağlama oğurlanmış otun dəyərinin cavabdehdən alınaraq ona ödənilməsi” hissəsində baxılmamış saxlanılması nəzərə alınması, iddia ərizəsi qalan hissədə rədd edilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh 193,20 (bir yüz doxsan üç manat iyirmi qəpik) manat mütəxəssis xərci alınaraq-Benefisiarın adı: Kadastr və Yerquruluşu Layihə Tədqiqatlar Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba ödənilsin, 100 (yüz) manat ekspertiza xərci isə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X8 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. hesaba köçürülməsi qət edilmişdir.

24. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 14 fevral 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,50 ha və 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ümumi birgə mülkiyyət hüququ ilə X6, X23, X39 və X15 adına daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin planı və ölçüsü işlənilməklə qeydiyyata alınmışdır. Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontorunda 18.02.2018-ci il tarixdə reyestrdə 4Ə- 269 və 4Ə-268 nömrələr ilə qeyd edilmiş AN-1 seriyalı ******* nömrəli və AN-1 seriyalı ******* nömrəli 18 fevral 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən X6, X23, X39 və X1 rayonu Bəhmətli kəndində yerləşən 0,50 ha və 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini İddiaçı satmışlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş mütəxəssis rəyləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərtib etdiyi RX ******* saylı Çıxarışa əsasən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.80 ha hissəsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərtib etdiyi RX ******* saylı Çıxarışda göstərilən 0,50 ha torpaq sahəsinin 0,2560 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. İddiaçı cavabdeh X16 mülkiyyətinə verilmiş 0,5 ha və 1,5 ha torpaq sahələrindən çıxarılmasını tələb edir. İddiaçı iddia tələbini qeyd edilən hissədə qəbul etmir. şdən də görünür ki, mübahisələndirilən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan Daşınmaz əmlakın alqı-satqı müqavilələri mövcuddur. Göründüyü kimi, iddiaçı Zaqatala rayonu Bəhmədli kəndində yerləşən 0,5 ha və 1,5 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahələrinin mülkiyyətçisidir, onun gözlənilən mülkiyyət hüququ var və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdeh iddiaçıya məxsus Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,5 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsinin 0,2526 ha hissəsini, 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin isə 0,80 hissəsini zəbt etmişdir. Cavabdehin torpaq sahələrinin həmin hissələri üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdehin hər hansı hüquqları əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahələrindən istifadə edir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, Cavabdeh iddiaçıya məxsus Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,5 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsinin 0,2526 ha hissəsindən və 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin isə 0,80 hissəsindən çıxarılmalıdır. Məhkəmə araşdırmasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh X34 tərəfindən İddiaçı həmin torpaq sahəsində iddiaçı tərəfindən əkilmiş 198 fındıq topunda əkilmiş 1386 fındıq tinqi çıxarılıb yandırılmaqla 970 manat maddi zərər vurulması Zaqatala Rayon Polis Şöbəsinin 29.03.2018-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı ilə müəyyən edilmiş hallarla, cavabdehin iddiaçıya məxsus 20 kip yonca bağlamasını yandıraraq sonuncuya 50 manat maddi zərər vurması Zaqatala Rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş 20.12.2018-ci il tarixli HK-1/897 nömrəli qərar ilə və iddiaçıya məxsus torpaq sahəsində əkilmiş 2 illik yonca bitkisini məhv etməklə ona cavabdeh tərəfindən 1400 manat maddi zərər vurması Zaqatala Rayon Polis Şöbəsinin 27.04.2019cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə müəyyən edilmiş hallarla öz təsdiqini tapmışdır. İddiaçı Cavabdeh tərəfindən ona vurulmuş 2420 manat maddi zərərin cavabdehdən alınaraq onun xeyrinə ödənilməsini tələb edir. Məhkəmə iddia tələbinin qeyd edilən hissədə də təmin edilməsini əsaslı hesab edir. məhkəmə iclasında tədqiq edilmiş sübutlarla cavabdehin iddiaçının mülkiyyətində olan əmlakları, yəni 198 fındıq topunda əkilmiş 1386 fındıq tinqi çıxarıb yandırılmaqla 970 manat maddi zərər vurması, 20 kip yonca bağlamasını yandıraraq 50 manat maddi zərər vurması və 2 illik yonca bitkisini məhv etməklə 1400 manat maddi zərər vurması Zaqatala Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarla öz təsdiqini tapdığından iddiaçı ona vurulmuş ziyanın ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.

25. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinə, N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə, S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarına, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 139-1.1.3, 152.1, 152.5, 157.2 157.4, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1, 111.2 və 111.3-cü maddələrinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.1, 82.3, 82.4, 107, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Cavabdeh, X7, X30, X31, X9 adına Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarı ilə verilmiş JN seriyalı 317 nömrəli KOD 40203018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın qüvvədə olmasına baxmayaraq, X6, X23, X39 və X10 adına olan Torpaq sahələrinə dair A seriyalı 246178 nömrəli və A seriyalı 246177 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərinə istinad edərək qətnamə qəbul etmişdir.

27. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01 sentyabr 2020-ci il tarixli mütəxəssis və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 16 sentyabr 2020-ci il tarixdə verilmiş 10/583 nömrəli ekspert rəyindən görünür ki, JN-317 kod40203018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Zaqatala rayon Aqrar İslahat Komissiyasının 1996-cı il 18 iyul tarixli 38 nömrəli qərarı ilə 3,26 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmamışdır.

28. Məhkəmənin mübahisəli torpaq sahələrinin sərhədlərini müəyyən etmədən, işin faktiki hallarını araşdırmadan Cavabdeh Zaqatala rayonu Bəhmətli kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış əsasında X19, MəmmədovaDilarə Əziz qızına, X32 və X21 ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan və AN-İ seriyalı0675150 nömrəli Daşınmaz Əmlakın Alqısatqı müqaviləsinə əsasən İddiaçı xeyrinə özgəninkiləşdirilmiş 1,50 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsinin 0,80 ha hissəsindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın DövlətReyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış əsasında X48xəli oğluna,X12, X32 və Musayeva LamiyəƏziz qızına ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan və AN-İseriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən İddiaçı xeyrinə özgəninkiləşdirilmiş 0,50 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsinin 0,2526 ha hissəsindən çıxarılması barədə qətnamə qəbul etməsi ədalətli deyildir.

29. Əksinə, işdə olan Zaqatala Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(033)- 48/2021 nömrəli qətnaməsindən də göründüyü kimi, Azərbaycan Respublikası MüstəqilMəhkəmə Ekspertizası MMC tərəfindən 428 nömrəli, 23 oktyabr 2020-ci iltarixli ekspert rəyindən görünür ki, mülki işə əlavə edilmiş sullarla bağlı Zaqatalarayonu Bəhmətli kəndi ərazisində yerləşən iddiaçı X3 və digərlərinin JN-317 dövlət aktı ilə mülkiyyətlərinə verilən 3,26 hatorpaq sahəsinin 317 saylı plan üzrə 1,8188 ha torpaq sahəsi əsasında istifadə etdikləri kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları qeydə alınmışdır. Qeydə alınan koordinatların hüquqmüəyyənedici sənədlər əsasında ərazinin ümumi xəritəsində, eləcə də X17 materialında və ortofotoplan üzərində dəqiqləşdirilməsi işləri aparılmışdır.

30. Belə ki, ərazinin ümumi xəritəsində iddiaçıların istifadəsində olduğu torpaq sahəsi ilə DƏDRX tərəfindən cavabdehlərin mülkiyyətinə verilən A seriyalı 246177 nömrəli və A seriyalı 435087 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən naturada torpaq sahələrinin konturları üst-üstə düşür. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli2(033)-48/2021 nömrəli qətnaməsindən də göründüyü kimi, Azərbaycan Respublikası MüstəqilMəhkəmə Ekspertizası MMC tərəfindən 428 nömrəli, 23 oktyabr 2020-ci iltarixli ekspert rəyindən görünür ki, mülki işə əlavə edilmiş sullarla bağlı Zaqatala rayonu Bəhmətli kəndi ərazisində yerləşən iddiaçı X3 və digərlərinin JN-317 dövlət aktı ilə mülkiyyətlərinə verilən 3,26 hatorpaq sahəsinin 317 saylı plan üzrə 1,8188 ha torpaq sahəsi əsasında istifadə etdikləri kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları qeydə alınmışdır. Qeydə alınan koordinatların hüquqmüəyyənedici sənədlər əsasında ərazinin ümumi xəritəsində, eləcə də X17 materialında və ortofotoplan üzərində dəqiqləşdirilməsi işləri aparılmışdır.

31. Belə ki, ərazinin ümumi xəritəsində iddiaçıların istifadəsində olduğu torpaq sahəsi ilə DƏDRX tərəfindən xəritəsində iddiaçıların istifadəsində olduğu torpaq sahəsi ilə DƏDRX tərəfindən cavabdehlərin mülkiyyətinə verilən A seriyalı 246177 nömrəli və A seriyalı 435087 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən naturada torpaq sahələrinin konturları üst-üstə düşür. Lakin, işə baxan Zaqatala Rayon Məhkəməsi nəyə görəAzərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası MMCtərəfindən 428 nömrəli, 23 oktyabr 2020-ci il tarixli ekspert rəyin i y o x, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə EkspertizaMərkəzi tərəfindən 16 sentyabr 2020-ci il tarixdə verilmiş 10/583 nömrəli ekspert rəyini sübut kimi qiymətləndirməsini öz qərarında əsaslandırmamışdır. Məhkəmə ümumiyyətlə qeyd olunan rəylər arasındakı ziddiyəti araşdırmamışdır.

32. Belə ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli,38 nömrəli qərarına əsasən Cavabdeh və onun ailə üzvləriin ümumi birgə mülkiyyətinə Zaqatala rayonu, Bəhmətli kəndində3,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi üzərində hüquqları JN seriyalı 317 nömrəli KOD 40203018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”ilə rəsmiləşdirilmişdir. Mülki işə əlavə edilmiş JN-317 KOD 40203018 saylı dövlət aktının surətindən görünür ki, X25, X7, HüseynovRəvan Murad oğlu, X31, X26 vəCavabdeh Zaqatala rayonu Aqrar İslahatı Komissiyasının 18iyul 1996-cı il tarixli 38 nömrəli qərarı ilə 3,26 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarı əsasındaCavabdeh və onun ailə üzvlərinin adına işlənmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” hal-hazıradək qüvvədə olduğundan və heç bir dövlət orqanı və yaxud məhkəmə tərəfindən ləğv edilmədiyindən onların mülkiyyəti dövlət tərəfindən tanınan və qorunan hüququ olduğu halda məhkəmə bu hüququ pozmuşdur.

33. Həmçinin Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarı əsasında Cavabdehn və ailə üzvlərinin mülkiyyət hüququ X33, X23, X39 və X4 mülkiyyət hüququndan daha əvvəl qeydiyyata alınmışdır. Cavabdeh HüseynovÜmid Murad oğlunun torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən JN-317 KOD 40203018 saylı dövlətaktı bü günədək də qüvvədədir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Zaqatala Rayon Məhəkəməsin 10 yanvar 2022-ci il tarixli, 2(033)-3/2022 iş nömrəli qətnaməsinin, qismən, yəni, iddianın təmin edildiyi hissədə ləğv edilməsi və iddianın ümumilikdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

35. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, onun əlində qanuni qüvvədə olan dövlət aktı var. Həmin akta əsasən də özünə məxsus olan torpaq sahəsindən istifadə edir. O, dövlət aktında qeyd olunmuş torpaq sahəsinin hüdudlarının müəyyən edilməsi ilə bağlı RX-yə müraciət etsə də, müraciətinə müsbət baxılmamışdır. Düzdür, o iddiaçı tərəfindən əkilmiş yonca sahəsini şumlatmış, orada olan fındıq tinglərini çıxarmış, iddiaçıya məxsus olan saman taylarını yandırmışdır. Bütün bunları həmin torpaq sahəsinin ona məxsus olduğu üçün etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

36. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikasının Konstitusiyası; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz

38. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir 139.1. maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı əsas hesab olunur. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 169.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 1096.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

39. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:

Maddə 110. Torpaq sahəsinin özbaşına tutulması torpaq qanunvericiliyinin pozulması hesab edilir və bu hərəkəti törətmiş təqsirli şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin İİ bəndinə əsasən Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

41.Apellyasiya şikayətinin məzmunundan görünür ki, apellyator qətnamənin iddianın təmin edilmiş hissəsini mübahisələndirərək, qətnamənin qismən ləğv edilməsi və iddianın təmin olunmamasını xahiş edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 43.Belə ki, mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.

44. İstər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və iddiaçı tərəf öz əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquq vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, hər bir mülkiyyətçi özünə məxsus olan əmlak üzərində qanunveriliklə müəyyən edilmiş qaydada hüquqlardan istifadə etmək üçün subyektiv hüququn daşıyıcısıdır. 45.Məhkəmə kollegiyanın tədqiqi zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 14 fevral 2018ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,50 ha və 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ümumi birgə mülkiyyət hüququ ilə X6, X23, X39 və X15 adına daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin planı və ölçüsü işlənilməklə qeydiyyata alınmışdır. Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontorunda 18.02.2018-ci il tarixdə reyestrdə 4Ə- 269 və 4Ə-268 nömrələr ilə qeyd edilmiş AN-1 seriyalı ******* nömrəli və AN-1 seriyalı ******* nömrəli 18 fevral 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən X6, X23, X39 və X1 rayonu Bəhmətli kəndində yerləşən 0,50 ha və 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini İddiaçı satmışlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş mütəxəssis rəyləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərtib etdiyi RX ******* saylı Çıxarışa əsasən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.80 ha hissəsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərtib etdiyi RX ******* saylı Çıxarışda göstərilən 0,50 ha torpaq sahəsinin 0,2560 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. İddiaçı cavabdeh X16 mülkiyyətinə verilmiş 0,5 ha və 1,5 ha torpaq sahələrindən çıxarılmasını tələb etmişdir.

46. İş materiallarından da göründüyü kimi iddiaçı mübahisələndirdiyi torpaq sahələrini notarial qaydada rəsmiləşdirilmiş alqı-satqı müqavilələri əsasında almış, həmin vaxtdan da torpaq sahəsi üzərində isifadə və sahiblik hüququ əldə etməsinə baxmayaraq, cavabdeh tərəfinin müdaxiəsi ilə qarşılanır ki, bu da iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. 47.Kollegiyanın araşdırması zamanı cavabdeh apellyasiya şikayətində heç bir torpaq sahəsini zəbt etmədiyini, həmin torpaq sahəsinin özünə məxsusluğunu bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəmə kollegiyasına təqdim etməmiş, əksinə iş materiallarında olan sübutlarala müəyyən edilir ki, İddiaçı qanuni sahiblik və istifadəsində olan Zaqatala rayonu Bəhmətli kəndində yerləşən torpaq sahələri üzərində cavabdehin hər hansı hüquqa malik olmadığı halda, həmin torpaq sahələrinə daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətlər iddiaçının həmin torpaq sahəsinə olan mülkiyyət hüquqularının məhdudlaşdırılmasına gətirib çıxarır. Ona görə də cavabdehin iddiaçıya məxsus əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı və cavabdeh tərəfindən yaradılan həmin maneələr aradan qaldırılmalıdır. Çünki mübаhisəsi gedən tоrpаq sаhəsinin cavabdeh tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır 48.Beləliklə iş materiallarından görünür ki, nə birinci, nə də apellyasiya məhkəməsində cavabdeh mübahisəli hissənin onun mülkiyyətində olması barədə hər hansı sənədi məhkəməyə təqdim etməmiş, bu barədə məhkəməyə bildirməmişdir. Belə olan halda, onun kassasiya şikayətində yeni fakta istinad etməsi və mülkiyyətində olan torpaq sahəsi ilə bağlı müvafiq sənədi sübut kimi kassasiya baxışında təqdim etməsi qanunla yolverilməzdir 49.Apellyasiya şikayətinin dəymiş ziyanla bağlı hissəsinə münasibətdə kollegiya işin faktiki hallarını nəzərə alaraq qeyd edir ki, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində İddiaçı 2420 manat maddi zərər yetirilməsi iş materiallarında olan sənədlərlə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi bu hissədə də əsaslıdır.

50. Belə ki, tədqiq edilmiş sübutlarla cavabdehin iddiaçının mülkiyyətində olan əmlakları, yəni 198 fındıq topunda əkilmiş 1386 fındıq tinqi çıxarıb yandırılmaqla 970 manat maddi zərər vurması, 20 kip yonca bağlamasını yandıraraq 50 manat maddi zərər vurması və 2 illik yonca bitkisini məhv etməklə 1400 manat maddi zərər vurması Zaqatala Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarla öz təsdiqini tapdığından iddiaçı ona vurulmuş ziyanın ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Çünki qeyd olunan qərar mübahisələndirilməmiş və hazırda qüvvədədir. Bundan əlavə cavabdeh özü də kollegiyanın araşdırması zamanı qeyd olunan faktları etiraf etmişdir.

51. Kollegiya nəzərə çatdırmağı lazım bilir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

52. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə istifadə və sahiblik hüququ əldə edib, gözlənilən mülkiyyət hüququna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir 53.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(033)-3/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamənin “torpaq sahələrindən çıxarılma, cavabdehin qərəzli hərəkətlərinə son qoyulmasına dair hissələrindən” tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar