Məhkəmə qərarları › İş №2(107)-57/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-57/2025

21.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-57/2025 21.01.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X11 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması tələbinə dair” mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tаrixli, 2(039)- 30/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********82 №-li çıxarışın surəti ilə müəyyən olunur ki, Yevlax rayonu, Səmədabad kəndində yerləşən 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı, X1, X4, X5, X2 adlarına ümumi birgə mülkiyyət kimi qeydə alınmışdır.

2. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı ərizəsinə əsasən Yevlax rayonu, Səmədabad kəndində yerləşən, **********82 reyestr nömrəli çıxarışla mülkiyyətində olan 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə onların iştirakları ilə idarənin mütəxəssisi tərəfindən baxış keçirilmiş, ərazinin sərhədlərinin döngə nöqtələrinin koordinatları təyin edilmiş və həmçinin mövcud faktiki ölçüləri müəyyən edilərək göstərilmişdir.

3. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Yevlax rayonu, Səmədabad kəndi ərazisində yerləşən İddiaçı mülkiyyətinə verilmiş 1 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Qeyd edilən 1 ha torpaq sahəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. İddiaçıya məxsus olan və cavabdehlər tərəfindən istifadə edilən torpaq sahəsinin koordinatları və sahəsi tərtib edilmiş yerququluşu planında göstərmişdir.

4. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəsxi 17 saylı Yevlax ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, 17 saylı Yevlax ərazi İdarəsinin mütəxəssisinin, Yevlax rayon polis şöbəsinin nümayəndəsinin və tərəflərin iştirakı ilə sözügedən ərizədə torpaq sahəsinə naturada baxış keçirilmiş və koordinatları müəyyən edərək çöl-ölçmə işləri aparılmışdır. Aparılmış çöl ölçmə işlərinin nəticəsi kameral şəraitdə ortofoto, torpaq sahəsinin yerləşdiyi ərazinin xəritə materialların və baza məlumatlarına əsasən mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmışdır. Yevlax rayonu, Səmədabad kəndi ərazisində yerləşən Cavabdeh və X7 tərəfindən istifadə olunan torpaq sahəsi X8 Yevlax rayonu, Səmədabad kəndi ərazisində **********82 və **********83 reyestr nömrəli çıxarışlarla mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daxilində yerləşir. Yevlax rayonu, Səmədabada kəndi ərazisində yerləşən Cavabdeh və X7 tərəfindən istifadə olunan torpaq sahəsi 2.54 ha təşkil edir.

II. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu Səmədabad kəndində yerləşən kənd təsərrüfatı təyinatı üçün nəzərdə tutulan **********82 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il qeydiyyat tarixli torpaq sahəsindən cavabdehin çıxarılmasını, həmçinin bu barədə zəbtlə bağlı Yevlax rayon Prokurorluğuna rəsmi məlumat verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli çıxarışına müvafiq olaraq Yevlax rayonu, Səmədabad kəndində yerləşən 1 ha torpaq sahəsi onun və digər adları qeyd edilən mülkiyyətçilər X1, X4, X5, X2 ümumibirgə mülkiyyətindədir. Onlar bu torpaq sahəsini cavabdehin əlindən istifadə edə bilmir. Torpaq sahəsi cavabdehin əlindədir. Cavabdeh hal-hazırki müddətdə də onun torpağını istifadə edir. O, dəfələrlə cavabdehə müraciətlər etsədə müraciətləri və xahişləri heç bir səmərə vermir. Cavabdeh torpaq sahəsindən çıxmır.

7. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını və məsələ ilə bağlı prokurorluğa məlumat verilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, mübahisəli torpaq sahəsinin onun mülkiyyətində və istifadəsində olan Yevlax rayonu, Səmədabad kəndində yerləşən 3,94 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daxilində olduğunu, sözügedən torpaq sahəsinin 1996-cı ildə ölkədə aparılan torpaq islahatı zamanı ona verildiyini, həmin vaxt isə nə iddiaçının nə də onun ailə üzvlərinin Səmədabad kəndində yaşamadığını, Əmlak Komitəsinin vaxtında sənədləri düzgün vermədiyini, habelə hazırkı məhkəmə prosesində iddiaçının sənədinin düzgünlüyünün araşdırılmalı olduğunu bildirmişdir. Hənçinin qeyd etmişdir ki, o heç kimə torpaq sahəsi verməyəcək, əraziyə kimin gəlməsindən asılı olmyaraq heç kimi oraya buraxmayacaqdır. İddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq Cavabdeh iddiaçıya verilmiş çıxarışın qanunsuz verildiyini, müvafiq inzibati məhkəməyə müraciət etmədiyini, mübahisələrinin hazırki məhkəmə prosesində həll olunmalı olduğunu bildirmişdir.

9. Yevlax Rayon Məhkəməsinin (hakim Kamil Əliyev) 09 fevral 2024-cü il tаrixli, 2(039)-30/2024 saylı qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh İddiaçı mülkiyyətində olan Yevlax rayonu Səmədabad kəndində yerləşən 1 hektar torpaq sahəsindən çıxarılması, mütəxəssis rəyinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 95 manat məhkəmə xərci və ödənilmiş dövlət rüsumunun əvəzi 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir.

10. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi və bununla da iddiaçının mülkiyyət hüququnun pozulduğu təsdiqini tapır. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən tam olaraq çıxarılmalıdır.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1, 140, 144.1 və 157.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 14.2, 77.1, 217.4, 107 və 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

12. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən apellyasiya şikayəti verilmişdir.

III. Apellyasiya instansiya məhkəməsində icraat

a) apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Məhkəmə işə birtərəfli və səthi yanaşmışdır. Məhkəmənin nəticəyə gəldiyi əsas Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli rəyidir. Həmin rəy həqiqəti əks etdirmir. Belə ki, torpaq islahatı keçirilən zaman Yevlax rayonu Səmədəbad kəndi ərazisində onun və ailə üzvlərinin mülkiyyətinə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsi faktiki ölçülərlə ona təhfil verilmişdir. Hazırda ailənin (cavabdeh nəzərdə tutulur) mülkiyyətinə daxil olan həmin torpaq sahəsinə dair Dövlət reyestrindən Çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsi , tələbləri pozulmuş maddi hüquq norması kimi göstərdiyim Prezidentin Fərmanına düzgün əməl etmirlər. Həmin Fərmana söykənərək 17 saylı Yevlax Ərazi İdarəsi istədiyi rəyi tərtib edirlər. Əslində, torpaq islahatı keçirilən zaman İddiaçı və onun ailə üzvləri kəndimizdə yaşamamışdır. İddiaçı və ailə üzvləri islahat zamanı torpaqdan pay almaq hüququna malik olmayan subyektlər olmuşlar. Hazırda isə DƏDRX-nin 17 sayl Yevlax Ərazi İdarəsinin iddiaçının mənafeyini müdafiə edən rəy verməsi tamamilə əsassızdır. Qeyd edir ki, yaşadıqları kənddə torpaq islahatı 1996-cı ildə keçirilməklə həmin tarixdə mübahisəli ərazi onların ailəsinə təhvil verilmişdir. Hesab edir ki, işə baxılarkən faktiki olaraq nəyin baş verdiyini müəyyən etməlidir. 28 ildir ki, o və ailəsi mübahisələndirilən ərazidən istifadə edirlər və həmin torpaq sahəsi onlara təhkim aktı ilə verilmişdir. Belə olan halda, iddiaçı, guya hüquqlarının pozulmasını qeyri-peşəkar və qeyridəqiq təqdim edərək yersiz mübahisə açmağa nail olmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhəkəməsin 09 fevral 2024-cü il tаrixli, 2(039)-30/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

15. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tаrixli, 2(039)-30/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

16. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəklərini və iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. İş üzrə cavabdeh tərəf birinci instansiya instansiyası məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

19. Maddə 13. Mülkiyyət

İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

20. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (...) İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. ...

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

22. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

23. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 152.2. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

25. Maddə 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

26. Maddə 152.4. Sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

27. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

29. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları - 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. - 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. (...). - 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. (...).

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

30. Maddə 82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.

31. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

32. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

33. Maddə 111.2. Özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

40. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

41. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

42. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

47. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

48. Müəyyən edildiyi kimi, Yevlax rayonu, Səmədabad kəndində yerləşən 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı adına ümumi birgə mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

49. İddiaçı, onlara məxsus 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini qeyd etmiş, mütəxəssis rəyində həmin torpaq sahəsinin koordinatları müəyyən edilmiş, qeyd edilən torpaq sahəsinin naturada Cavabdeh tərəfindən istifadə edildiyi qeyd edilmişdir.

50. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, o, iddiaçının torpaq sahəsini istifadə etmir. Belə ki, zəbt kimi göstərilən 01 ha torpaq sahəsi ona və ailə üzvlərinə məxsus olan 4,30 ha torpaq sahəsinin tərkib hissəsidir. Birinci instansiya məhkəməsində işə baxılarkən və mütəxəssis rəyi alınarkən torpağa mülkiyyət hüququna dair ona məxsus olan çıxarış nəzərə alınmamışdır.

51. Apellyasiya şikyətinin də başlıca dəlili birinci instansiya məhkəməsinin istinad etdiyi mütəxəssis rəyinin reallığı əks etdirməməsi və iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının rəyinin alınmaması barədədir.

52. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, hazırki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilməlidir.

53. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2024-cü il tarixli, 2(107)-715/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılması, iş üzrə icraatın ekspertin rəyi məhkəməyə təqdim edilənədək dayandırılması qərara alınmışdır.

54. Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2024-cü il tarixli, 10/8394 saylı ekspert rəyində qeyd edilmişdir ki; 1-ci sual üzrə: - Yevlax rayonu, Səmədabad kəndi ərazisində yerləşən, İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə xx.xx.2022-ci ildə **********82 reyestr nömrəli çixarışla verilmiş 1.0 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. 2-ci sual üzrə: - Yevlax rayonu, Səmədabad kəndi ərazisində yerləşən, İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə xx.xx.2022-ci ildə **********83 reyestr nömrəli çıxarışla verilmiş 1.53 ha torpaq sahəsinin müəyyən edilmişdir. 3-cü sual üzrə: - Yevlax rayonu, Səmədabad kəndi ərazisində yerləşən, Cavabdeh və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə xx.xx.2016-ci ildə **********98 reyestr nömrəli çıxarışla verilmiş 4.30 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. 4-cü sual üzrə: - İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 1.0 və 1.53 ha torpaq sahəsinin koordinatları ilə Cavabdeh və onun ailə üzvlərinin paylı mülkiyyətində olan 4.30 ha torpaq sahəsinin koorrdinatları sənəd üzrə və naturada üst-üstə düşmür. 5-ci sual üzrə: - Qeyd olunan torpaq sahəsinin koordinatları sənəd üzrə və naturada üst-üstə düşmür. 6-cı sual üzrə: - Qeyd olunan 1.0 ha və 1.53 ha torpaq sahələrindən 1.0 ha olan hissə naturada Cavabdeh tərəfindən istifadə edilir. 7-ci sual üzrə: - İddiaçıya məxsus olan və naturada cavabdeh tərəfindən istifadə olunan 1.0 ha torpaq sahəsi mütəxəssislər tərəfindən tərtib edilmiş yerquruluşu planında göstərilmişdir.

55. Göründüyü kimi, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin bir hissəsindən (1.0 ha) cavabdehin təqsiri ucbatından istifadə edə bilmir. Buna səbəb isə cavabdehin həmin torpaq sahəsinin bir hissəsinin onun olmasını iddia edərək həmin hissəni zəbt edərək iddiaçının istifadə etməsinə maneə yaratmasıdır. Zəbt olunmuş torpaq sahəsi cavabdehin və digər şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində deyildir. Bununla bağlı cavabdeh və digər şəxslər tərəfindən hər hansı hüquq müəyyənedici sənədlər işə baxan məhkəmələrə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyasının araşdırması zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bağlı cavabdehin hüquqlarını bu və ya digər formada pozması aşkar olunmamışdır. Əksinə, işdə olan sənədlərdən də görünür ki, cavabdeh torpaq sahəsinindən heç bir hüquqi əsasları olmadan, qanunsuz olaraq iddiaçının istifadəsinə müdaxilə etməkdədir.

56. Bu faktlar iş üzrə alınmış mütəxəssis və ekspertiza rəyləri ilə təsdiq olunur.

57. İş üzrə verilmiş mütəxəssis və ekspert rəyləri hazırkı real vəziyyəti əks etdirdiyi üçün məhkəmə kollegiyası da həmin rəyləri sübut növü kimi qəbul edir və onlarla razılaşır.

58. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

59. Azərbaycan Republikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

60. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.

61. “X6rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı və ailə üzvlərinin islahat zamanı torpaqdan pay almaq hüququna malik olmayan subyektlər olmasına dair dəlili ilə bağlı qeyd edir ki, iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qanunun tələbinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir (bax:21-ci bənd).

63. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.

64. Məhkəmə kollegiyası həmçinin, qeyd edir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

65. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan torpaq sahəsini cavabdehin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir.

66. Buna görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyi və bununla da iddiaçın mülkiyyət hüququnun pozulduğu təsdiqini tapır.

66. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

67. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.

68. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

69. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

70. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

71. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

72. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tаrixli, 2(039)-30/2024 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

73. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tаrixli, 2(039)-30/2024 saylı qətnаməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar