Məhkəmə qərarları › İş №2(107)-570/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-570/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-570/2025 05.06.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın və borcun ödənilməsi tələbinə dair iddiası, Cavabdeh İddiaçınə qarşı cərimə məbləğinin azaldılması tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə (Açar sözlər: dəymiş ziyanın və borcun ödənilməsi və cərimə məbləğinin azaldılması tələbi, qismən ləğv) X1 (sədrlik edən və məruzəçi), Musayev Taleh Valeh oğlu və X3 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın və borcun ödənilməsi tələbinə dair iddiası, Cavabdeh İddiaçınə qarşı cərimə məbləğinin azaldılması tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(037)-88/2025 nömrəli qətnaməsindən qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. 17 mart 2023- cü il və 18 may 2023-cü il tarixlərdə ”Azəriqaz” X6 RQİİ-nin İsmayıllı Xidmət Sahəsinin əməkdaşları İsmayıllı rayonu Müdürsə kəndində yaşayış qeydiyyatında olan Cavabdeh məxsus İsmayıllı şəhəri Ə.Hüseynov küçəsi 52 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirən zaman abonentin təbii qazdan qanunsuz olaraq sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə istifadə etdiyini aşkar etmişlər.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək İsmayıllı şəhəri Ə.Hüseynov küçəsi 52 ünvanında yaşayan Cavabdeh mənzilində qanunsuz sayğacdan kənar əlavə qaz xəttindən istifadə faktlarına görə hesablanmış 5989,8 manat itirilmiş qazın dəyərinin, mənzilində istifadə edilmiş, lakin dəyəri ödənilməmiş 577,65 manat debitor borcun, 85,7 manat ödənilmiş dövlət rüsumunun və 0,8 manat xidmət haqqının alınaraq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia tələbi ilə müraciət edərək ilkin iddia tələbinin rədd edilməsi, itirilmiş qaz dəyərinin yeddi gün üçün hesablanmaqla qalan məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, 17 mart 2023- cü il və 18 may 2023-cü il tarixlərdə ”Azəriqaz” X6 RQİİ-nin İsmayıllı Xidmət Sahəsinin əməkdaşları İsmayıllı rayonu Müdürsə kəndində yaşayış qeydiyyatında olan Cavabdeh məxsus İsmayıllı şəhəri Ə.Hüseynov küçəsi 52 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirən zaman abonentin təbii qazdan qanunsuz olaraq sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə istifadə etdiyini aşkar etmişlər. Bütün bunlarla bağlı müvafiq olaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin aktlara əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə müxtəlif tarixliqərarlar qəbul edilərək Cavabdeh İsmayıllı XS-nin abonent bazasındakı **********04320 nömrəli abonent koduna itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Belə ki, 17 mart 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 43800 m - 5256 manat, 18 may 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə isə 6115 m - 733,8 manat itirilmiş təbii qazın dəyəri hesablanaraq abonent koduna vurulmuşdur. Cavabdehin ünvanında qanunsuz sayğacdan kənar əlavə qaz xəttindən 2 (iki) istifadə faktına görə ümumilikdə 5989,8 itirilmiş təbii qazın dəyəri hesablanaraq onun abonent koduna vurulmuşdur. Bundan başqa cavabdehin mənzilində istifadə edilmiş, lakin dəyəri ödənilməmiş 577,65 manat məbləğində debitor borcu da vardır. Cavabdeh fərdi yaşayış evində təbii qazdan qanunsuz istifadə faktları barəsində toplanılmış materiallar baxılması üçün aidiyyatı olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini X2 Filalına göndərilmiş, 29 avqust 2023-cü il tarixli MN ******* nömrəli qərarla Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmişdir. Abonent Cavabdeh abonent koduna hesablanaraq vurulmuş məbləğlər sayğacdan kənar əlavə qaz xəttindən istifadə edilməsi halları nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Cavabdeh Ağsu RQİİ-nin İsmayıllı Xidmət Sahəsinin işçiləri tərəfindən dəymiş ziyanın ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh borc məbləğini tam şəkildə ödəməmişdir. Cavabdeh mənzilində qanunsuz sayğacdan kənar əlavə qaz xəttindən istifadə faktlarına görə hesablanmış 5989,8 manat itirilmiş qazın dəyərinin, mənzilində istifadə edilmiş, lakin dəyəri ödənilməmiş 577,65 manat debitor borcun, 85,7 manat ödənilmiş dövlət rüsumunun və 0,8 manat xidmət haqqının alınaraq İddiaçı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İsmayıllı rayonu Müdürsə kəndində qeydiyyatda olmaqla İsmayıllı şəhəri Ə.Hüseynov küçəsi ev 52 ünvanında fərdi yaşayış evi vardır. Övladı Bakı şəhərində ali məktəbdə təhsil alması səbəbindən 3 ildir ki, Bakı şəhərinə köçərək orada yaşayır. 2023-cü ilin mart ayının 17-də novruz bayramı münasibətilə İsmayıllı şəhəri Ə.Hüseynov küçəsi ev 52 ünvanında fərdi yaşayış evinə gəlmişlər. Təbii qazdan "smart" tipli sayğacdan istifadə edir və ödəniş "kartı" Bakı şəhərində yaşadığı evdə qalmışdır. Bu səbəbdən hesaba ödəniş edib qazdan qanuni qaydada istifadə edə bilməmişdir. Havanın hərarəti son dərəcə aşağı olduğu üçün sayğacdan kənar qaz borusuna müdaxilə edərək bir otağın qızdırılmasını təmin etmişdir. 24 mart 2023-cü il tarixdə cavabdehin nümayəndələri bunu aşkar etmiş, borunu qaynaqla bərkidib getmişlər. 2023-cü ilin may ayının 17-də təkrarən evə gələrkən həmin hissədən qaz sızdığını görüb rezin boru ilə bağlamışdır. Növbəti gün cavabdehin nümayəndələri bunu aşkar edərək qazdan qanunsuz istifadə kimi qiymətləndirmişlər. Birinci fakta görə 5256 manat, ikinci fakta görə isə 733,80 manat məbləğində itirilmiş təbii qazın dəyəri hesablanaraq abonent koduna vurulmuş, iddia ərizəsi ilə 5989,8 manat məbləğində itirilmiş qazın dəyərinin və mənzildə istifadə edilmiş, lakin ödənilməmiş 577,65 manat məbləğində debitor borun, 85,7 manat məbləğində dövlət rüsumunun ödənilməsini tələb etmişdir. "Azəriqaz” İstehsalat Birliyinin bu iddiası əsassız olduğu üçün təmin olunmamalıdır. Həmin qaz xəttindən cəmi 7 gün istifadə etmişdir. Ona görə də hesablanmış borc məbləği ilə razı deyil və hesab edir ki, bu tamamilə qanunsuzdur. Belə ki, cərimənin hesablanması zamanı hesabat aparılarkən mənzilində istifadə edilən qaz cihazlarının 360 günə hesablanması heç bir qanunla tənzimlənmir, tam qanunsuzdur, ona görə də yazılmış cərimə məbləği tamamilə qanunsuzdur. Bütün əhali abonentlərinin, o cümlədən də onun yaşadığı evə ayda bir dəfədən az olmayaraq (əsasən isə bir ayda 2 dəfə) baxış keçirilir. Əgər onun evində sayğacdan kənar qaz xəttindən istifadə olmuş olsaydı, bunu nəzarətçi aşkar edərdi. Göründüyü kimi sayğacdan kənar qaz xəttindən istifadə edilmədiyi üçün bu aşkar edilməmişdir. İddiaçı İB-nin əməkdaşları 03 noyabr 2023cü il tarixdə dəymiş zərəri müəyyənləşdirərkən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Kollegial idarəetmə orqanı olan Şurasının 14 mart 2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na və daxili təlimatlarına istinad etmişdir. "Azəriqaz" İB-nın istinad etdiyi həmin sənəd və ya sənədlər o vaxt sübut kimi qəbul edilə bilər ki, Azərbaycan Respublikası Konstitutsiyasının müvafiq normasına istinad edilməklə gəbul edilsin. Həmin sənəd və ya sənədlər Azərbaycan Respublikası Konstitutsiyasının müvafiq normasına istinad edilməklə gəbul edilmədiyindan həmin sənədlər vətəndaşların sosial vəziyyətini ağırlaşdırır. Ona görə də itirilmiş qazın dəyərinin yeddi gün üçün hesablanmaqla qalan məbləğin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən 27 mart 2023-cü il və 18 may 2023-cü il tarixlərdə ”Azəriqaz” X6 RQİİ-nin və İsmayıllı Xidmət Sahəsinin əməkdaşları tərəfindən İsmayıllı şəhəri Ə.Hüseynov küçəsində Cavabdeh məxsus fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunmuşdur. Cavabdeh tərtib olunmuş aktları imzalamamışdır. İddiaçı İB-nin X10 İstismarı İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 31 mart 2023-cü il tarixli tələbnaməyə əsasən 27 mart 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 43800 m3 - 5256 manat və 18 may 2023-cü il tarixli tələbnaməyə əsasən 18 may 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 6115 m3 - 733 manat sayğacdan kənar əlavə qaz xəttindən iki istifadə faktına görə Cavabdeh abonent koduna cəmi 5989,8 manat vurulmuş, həmin miqdarda təbii qazın dəyərinin ödənilməsi tələb olunmuşdur. Cavabdeh törətdiyi əmələ görə 29 avqust 2023-cü il tarixli qərarla AR İXM-nın 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə olunmuşdur. Cavabdeh 2022-ci ildən 2024-cü ilin noyabr ayınadək istifadə etdiyi təbii qaza görə müxtəlif məbləğlərdə ödənişlər etmişdir.

7. İsmayıllı Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(037)-88/2025 nömrəli qətnaməsi ilə (hakim İlqar Hüseynov) ilkin və qarşılıqlı iddia tələblərinin qismən təmin edilməsi, Cavabdeh mənzilində sayğacdan kənar əlavə qaz xəttindən istifadə faktlarına görə İddiaçı tərəfindən tərtib edilmiş tələbnamələrə əsasən hesablanaraq Cavabdeh **********04320 nömrəli abonent koduna vurulmuş 5989,8 manat cərimə məbləği – 31 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 5256 manat azaldılaraq 216 manat (2 x 1,2 x 12 x 30 = 864 m3 x 12 = 103,68 manat və 2,6 x 12 x 30 = 936 m3 x 12 = 112,32 manat), 18 may 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 733 manat azaldılaraq 211,68 manat (2,4 x 12 x 30 = 864 m3 x 12 = 103,68 manat və 2,5 x 12 x 30 = 900 m3 x 12 = 108 manat) cəmi 427,68 manat müəyyən edilməsi, Cavabdeh mənzilində təbii qazdan istifadəyə görə yaranmış 577,65 manat borc məbləği alınaraq İddiaçı hesabına ödənilsin. İlkin iddia tələbi üzrə Cavabdeh 30,06 manat dövlət rüsumu alınaraq İddiaçı hesabına ödənilməsi, ilkin iddia tələbi üzrə İddiaçı tərəfindən ödənilmiş 85,7 manat dövlət rüsumunun 55,64 manat hissəsinin İddiaçınə aid edilməsi, iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 560.2 1096.1 və 1096.2-ci maddələrinə, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununa istinad etmişdir.

9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: -Tərəflər arasında bağlanmış 14 iyul 2017-ci il tarixli 7988 nömrəli “Qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin” surətindən görünür ki, cavabdeh qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəməyi öhdəsinə götürmüşdür. - İddiaçı İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27 mart 2023-cü il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, baxış keçirilən zaman abonentin mənzilində qeyri-qanuni qaz xəttin birləşmə aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Cavabdeh aktı imzalamamışdır. - X10 İstismar İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 31 mart 2023- cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, qaz işlədicilərindən 2 ədəd PQ-4 maksimal saatlıq qaz sərfi 1,2 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün (2x1,2x24x365=21024 m3 ), 1 ədəd axımlı su qızıdırıcısı maksimal saatlıq qaz sərfi 2,6 m3 /saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 365 gün (2,6x24x365=22776 m3 ) qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması və abonent tərəfindən qeyri-qanuni istifadə edilmiş qazın dəyərinin ödənilməsi qərara alınmışdır. - İddiaçı İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 18 may 2023-cü il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, təkrar baxış keçirilən zaman abonentin mənzilində sayğacdan kənar əlavə xətt aşkar olunmuşdur. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Cavabdeh aktı imzalamamışdır. - X10 İstismar İdarəsinin rəisi tərəfindən təsdiq edilmiş 18 may 2023- cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, qaz işlədicilərindən 2 ədəd PQ-4 maksimal saatlıq qaz sərfi 2,4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 52 gün, 1 ədəd axımlı su qızıdırıcısı maksimal saatlıq qaz sərfi 2,6 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 52 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması və abonent tərəfindən qeyriqanuni istifadə edilmiş qazın dəyərinin ödənilməsi qərara alınmışdır. -Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X4 filialı tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə (Təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə) əsasən, fiziki şəxs qismində inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. -Təqdim olunmuş fotoşəkillər Cavabdeh qaz xəttinə qanunsuz qoşulmasını təsdiq edən sübut kimi qəbul edilməlidir. -MN ******* nömrəli 29 avqut 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 05 fevral 2023-cü il tarixdən 24 mart 2023-cü il tarixədək Cavabdeh sayğacdan kənar qeyri-qanuni qaz xətii vasitəsilə təbii qazdan istifadə edərək 691,10 manat məbləğində ziyan vurmuşdur. Nəticədə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olunmuşdur. -Xəbərdarlığın surətindən görünür ki, Cavabdeh istifadə etdiyi təbii qaza görə 31 oktyabr 2024-cü il tarixə yaranmış 6577,45 manat borc məbləğinin beş gün ərzində tam şəkildə ödənilməsi tələb olunmuş, əks halda müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - 19 noyabr 2024-cü il tarixli abonentin saldosundan görünür ki, 2024-cü ilin noyabr ayının sonuna Cavabdeh **********04320 nömrəli abonent koduna 6567,45 manat borc vurulmuşdur ki, bunun 5256 manat hissəsi 2023-cü ilin mart ayının sonuna, 733,8 manat hissəsi 2023-cü ilin may ayının sonuna akt əsasında hesablanmış borc, 577,65 manat isə təbii qazdan istifadəyə görə yaranmış borcdur. Cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilmişdir. -06 dekabr 2022-ci il tarixli ********** nömrəli və 19 noyabr 2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzlərinin surətlərindən görünür ki, İddiaçı tərəfindən 85,7 manat dövlət rüsumu və 0,8 manat xidmət haqqı ödənilmişdir.

10. Qətnаmədən nаrаzı qаlаn ilkin iddia üzrə İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını mülki iş üzrə düzgün tədbiq etməmiş, nəticədə iddia tələbimizin qismən təmin edilməsi barədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. Belə ki, 17 mart 2023-cü il və 18 may 2023-cü il tarixlərdə ”Azəriqaz” X6 RQİİninİsmayıllı Xidmət Sahəsinin əməkdaşları İsmayıllı rayonu Müdürsə kəndində yaşayış qeydiyyatında olan Cavabdeh məxsus İsmayıllı şəhəri Ə.Hüseynov küçəsi 52 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirən zaman abonentin təbii qazdan qanunsuz olaraq sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə istifadə etdiyini aşkar etmişlər. Bütün bunlarla bağlımüvafiq olaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanmasıməqsədi ilə İddiaçı İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin aktlara əsasən Ağsu RQİİ-ninİstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə müxtəlif tarixli Qərarlar qəbul edilərək Cavabdeh İsmayıllı XSnin abonent bazasındakı **********04320 nömrəli abonent koduna itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Belə ki, 17 mart 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 43800 m – 5256 (beş min iki yüz əlli altı manat), 18 may 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə isə 6115 m – 733.80 (yeddi yüz otuz üç manat səksən qəpik) itirilmiş təbii qazın dəyəri hesablanaraq onun abonent koduna vurulmuşdur. Cavabdehin ünvanında qanunsuz sayğacdan kənar əlavə qaz xəttindən 2 (iki) istifadə faktına görə ümumilikdə 5989.80 (beş min doqquz yüz səksən doqquz manat səksən qəpik) itirilmiş təbii qazın dəyəri hesablanaraq onun abonent koduna vurulmuşdur. Bundan başqa cavbdehin mənzilində istifadə edilmiş,lakin dəyəri ödənilməmiş 577.65 (beş yüz yetmiş yeddi manat altmış beş qəpik) məbləğində debitor borcu da vardır. Cavabdeh fərdi yaşayış evində təbii qazdan qanunsuz istifadə faktları barəsində toplanılmış materiallar baxılması üçün aidiyyatı olaraq Azərbaycan RespublikasınınEnergetika Nazirliyinin Enerji Məsələlərini X2 Filalına göndərilmiş, 29 avqust 2023-cü il tarixli MN – ******* nömrəli Qərarla Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətdiyinə görə barəsində 100 (bir yüz) manat məbləğində cərimə növü tətbiq edilmişdir. Abonent Cavabdeh abonent koduna hesablanaraq vurulmuş məbləğlər sayğacdan kənar əlavə qaz xəttindən istifadə edilməsi halları nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Abonent Cavabdeh ilə İsmayıllı Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqısatqısına dair müqavilənin 2.3.4 bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi),habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi Qətnamə çıxarılarkən tərəfimizndən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın tam təmin edilməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız Qətnamə çıxarılmışdır. Təqdime dilmiş sənədlər, saldo və digər sənədlər sübut qismində düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğləriinin yalnız təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində yaranmış itirilmiş təbii qaza görə aparılmış hesabatlara əsasən yaranmış borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın tam təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi üçün çoxlu əsaslar olduğu halda, iddianın qismən təmini barədə qərar vermişdir. Odur ki, İddiaçı verdiyi apelyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-88/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, İddiaçı iddia tələbinin tam təmin edilməsini, ilkin iddia üzrə Cavabdeh iddia tələbinin təmin edilməməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-88/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, İddiaçı iddia tələbinin tam təmin edilməsini, ilkin iddia üzrə Cavabdeh iddia tələbinin təmin edilməməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı hesabına ödənilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə isə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

16. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 8-ci bəndinə əsasən Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 11-ci maddəsinin 6-cı hissəsinə görə qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-2-ci bəndinə əsasən istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

20. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı İsmayıllı Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(037)-88/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk və qarşılıqlı iddianı qismən təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

23. İlkin iddia üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, аpellyаsiyа şikayətinin dəlilləri qismən əsaslıdır.

24. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehin istifadəsində olan qaz xəttinə təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən baxış keçirilən zaman Cavabdeh mənzilində müxtəlif vaxtlarda sayğacdan kənar əlavə qaz xəttindən iki dəfə istifadə faktı özü tərəfindən etiraf olunaraq bu barədə aktlar tərtib edilərək hesablamalar aparılsa da, qısa müddət ərzində sayğacdan kənar xətt vasitəsi ilə 5989,8 manat dəyərində təbii qazdan istifadə edilməsi və ya həmin miqdarda təbii qazın sərf olunması ağlabatan deyildir. Belə ki, Cavabdeh təbii qazdan qanunsuz olaraq iki dəfə istifadə etdiyi müəyyən olunsa da İddiaçı tərəfindən tərtib olunmuş tələbnamələrdə qaz sayğacının maksimal saatlıq qaz sərfiyyatını 2, 2.4, 2.5 və 2.6 kub metr, orta günlük iş rejimi 24 saat və hesabat müddətini 365 və 52 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. Lakin hesablamalar aparılarkən qazdan gün ərzində neçə saat istifadə olunması, hansı fəsildə olması və qaz işlədicilərinin nominal saatlıq qaz sərfi nəzərə alınmamışdır. Cavabdeh qanunsuz qaz xəttindən 5989,8 manat dəyərində təbii qazdan istifadə etməsinə dair İddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır.

25. Ona görə də Cavabdeh əməli tərtib edilmiş sənədlərlə yanaşı, özünün də etirafı üzrə fərdi yaşayış evində qaz avadanlıqlarından təbii qazdan qanunsuz olaraq istifadə etməsi faktı qismən təsdiq olunur və bu əməlin nəticəsində dəymiş ziyan hər bir qanunsuz qoşulma üzrə orta günlük iş rejimi 12 saat olmaqla 1 ay müddətinə əsas götürülərək hesablanmalıdır.

26. Məhkəmə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, İddiaçı tərəfindən tərtib olunmuş Cavabdeh mənzilində sayğacdan kənar əlavə qaz xəttindən istifadə faktlarına görə İddiaçı tərəfindən tərtib edilmiş tələbnamələrə əsasən hesablanaraq Cavabdeh **********04320 nömrəli abonent koduna vurulmuş 5989,8 manat cərimə məbləği – 31 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 5256 manat azaldılaraq 216 manat (2 x 1,2 x 12 x 30 = 864 m3 x 12 = 103,68 manat və 2,6 x 12 x 30 = 936 m3 x 12 = 112,32 manat), 18 may 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 733 manat azaldılaraq 211,68 manat (2,4 x 12 x 30 = 864 m3 x 12 = 103,68 manat və 2,5 x 12 x 30 = 900 m3 x 12 = 108 manat) cəmi 427,68 manat müəyyən edilməlidir.

27. Lakin məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh əməli tərtib edilmiş inzibati xəta haqqında qərarla və digər sənədlərlə yanaşı, özünün də etirafı üzrə fərdi yaşayış evində qaz avadanlıqlarından təbii qazdan qanunsuz olaraq istifadə etməsi faktı təsdiq olunur və bu əməlin nəticəsində dəymiş ziyan hər bir qanunsuz qoşulma üzrə orta günlük iş rejimi 12 saat olmaqla 03 ay müddətinə əsas götürülərək hesablanmalıdır.

28. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən tərtib edilmiş tələbnamələrə əsasən hesablanaraq Cavabdeh **********04320 nömrəli abonent koduna vurulmuş 5989,8 manat cərimə məbləği – 31 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 5256 manat azaldılaraq 648 manat (2 x 1,2 x 12 x 90 = 2592 m3 x 12 = 311,04 manat və 2,6 x 12 x 90 = 2808 m3 x 12 = 336,96 manat), 18 may 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 733 manat azaldılaraq 374,4 manat (2,4 x 12 x 52 = 1497,06 m3 x 12 = 179,71 manat və 2,6 x 12 x 52 = 1622,4 m3 x 12 = 194,69 manat (+0,80)) müəyyən edilməlidir.

29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən ilk iddiaya münasibətdə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(037)-88/2025 saylı qətnaməsi qismən, yəni ilk iddianın rədd edilmiş 02 aylıq hesabata və ona uyğun təmin edilmiş qarşılıqlı iddiaya aid hissədə ləğv edilməli, həmin hissələrdə yeni qətnamə qəbul edilməlidir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İlkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin 17 mart 2025-ci il tarixli, 2(037)-88/2025 saylı qətnaməsi qismən, yəni 31 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edildiyi 432 manatına, 18 may 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə isə ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edildiyi 163 manat 52 qəpik aid hissələrdə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh 31 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 432 manat və 18 may 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 163 manat 52 qəpik tutularaq İddiaçı hesabına ödənilsin. 31 mart 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 432 manat və 18 may 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 163 manat 52 qəpik məbləğlərin silinməsi hissələrində qarşılıqlı iddia rədd edilsin. Qətnamə iddiaçının mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar