Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-572/2025 03.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X5rşı “gecikdirilmiş son haqq-hesaba görə 1% pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “gecikdirilmiş son haqq-hesaba görə 1% pul” tələbi, rədd) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı və cavabdeh “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X8 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X5rşı “gecikdirilmiş son haqqhesaba görə 1% pul” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli e-2(035)-94/2025 saylı qətnaməsindən cavabdeh “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı məzuniyyət pullarının gecikdirilməsi səbəbi ilə 22519 (iyirmi iki min beş yüz on doqquz) manat pulun hər gecikdirilmiş gün üçün 1%-nin ona ödənilməsini tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdeh “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X5rşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə ilə məhkəməyə müraciət edərək cavabdeh “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X7 gecikdirilmiş son haqq-hesaba görə hər gün üçün 1% pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2007-ci ilin yanvar ayının 6-da Zərdab Rayon Mərkəzi Xəstəxanasına mühasib vəzifəsinə təyin olunmuşdur. 2024-cü ilin aprel ayının 25-də 65 yaşının tamam olması ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilərək işdən azad olunmuşdur.25 aprel 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilsədə son haqq hesab pulunu 05 iyun 2024-cü il tarixdə almışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq istifadə olunmamış məzuniyyət illərinə hesablanmış 22519 (iyirmi iki min beş yüz on doqquz) manat pulu vaxtında ala bilməmişdir.Məzuniyyət pullarının gecikdirilməsi səbəbi ilə 22519 (iyirmi iki min beş yüz on doqquz) manat pulun hər gecikdirilmiş gün üçün 1% ona ödənilməlidir. Ona görə də iddiaçı məhkəməyə müraciət edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Zərdab Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli e-2(035)-94/2025 nömrəli qətnaməsi ilə (hakim İlqam Həsənquliyev) iddianın təmin edilməsi, cavabdeh Zərdab Rayon Mərkəzi X4 Şəxsindən son haqq-hesab pulunun (hesablanmış 22518.42 manat) gecikdirilmiş hər günə görə 1% miqdarında ödənc tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 1096.1-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.4, 143.1, 143.2, 144.2, 172.4, 172.5 maddələrinə istinad etmişdir.
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşdə olan 25 aprel 2024-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi haqqında № 256 nömrəli əmrdən müəyyən olunur ki,İddiaçı ilə “Zərdab rayon Mərkəzi Xəstəxanası” X14 arasında bağlanmış əmək müqaviləsinə ƏMnin 70-ci maddəsinin “E” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən etibarən xitam verilmişdir. Həmin əmrə əsasən 2007-ci ildən 2024cü ilə qədər əmək məzuniyyətinə görə 430 (dörd yüz otuz) təqvim gününün əvəzi pul şəklində İddiaçı ödənilməlidir. İşdə olan maliyyə arayışından müəyyən olunur ki,İddiaçı 2008-2024-cü illər üçün məzuniyyət günlərinin əvəzi olaraq 22518.42 manat pul hesablanmış vergilər və digər tutulmalar çıxıldıqdan sonra ona 17864.28 manat ödənilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli etibarnamədən müəyyən olunur ki,Nümayəndə1 və Nümayəndə2 “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X14n səlahiyyətli nümayəndəsidir. İşdə olan xx.xx.2024-cü il tarixli MŞŞ/MT018/2024-01989 nömrəli X2 İştirak edilməməsi barədə Arayışdan müəyyən olunur ki,iddiaçı işin məhkəmədən kənar həlli üçün mediasiya təşkilatına müraciət etsədə lakin cavabdeh şəxs mediasiya sessiyasında iştirak etməmişdir.
7. Qətnamədən narazı qalan cavabdeh “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X14 apellyasiya şikayəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, son haqq-hesab pulunun verilməsi işə götürənin hərəkət və ya hərəkətsizliyindən baş verməmişdir. Belə ki, məhkəmə prosesində tərəflərin verdiyi ifadələrdəndə müəyyən olunur ki, iddiaçı işdən çıxdıqdan bir-iki gün sonra “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X9 baş vermiş maliyyə pozuntusu faktı aşkarlanmışdır. Bununla bağlı iddiaçı özüdə dəvət olunmuş və müvafiq araşdırılma aparılmışdır. Araşdırılma zamanı maliyyə pozuntusunu “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X9 Maliyyə şöbəsinin Hesabatlıq bölməsinin müdiri vəzifəsində çalışan X3 tərəfindən həyata keçirildiyi müəyyən olunmuşdur və onun barəsində CM-nin 179.3.2 və 313-cü maddələri ilə cinayət işi açılmışdır. İbrahimov Natiq həm hadisənin ilk günlərində həmdə istintaq və məhkəmə orqanlarında izahat verərək vəzifə saxtakarlığı etmədiyini bildirmişdir. Belə ki, təqsirləndirilən şəxsin izahatına əsasən “gəlirlərlə xərclərin bir-birini bağlamasını, yəni üzləşdirmə aktlarının heç birini o, hazırlamamış, onları şöbə müdiri İddiaçı hazırlayıb təsdiq etmişdir. Üzləşdirmə aktlarında kəsrlər görünmüşdür. Onun işi yalnız işçilərin əmək haqqlarının hesablanmasını, yüklənməsini və xəstəxananın kommunal köçürmələrini icra etməkdən ibarət olmuşdur. Bu işlər ona rəsmi sənədlə, aktla təhvil verilməmiş, sadəcə şifahi təlimatla deyilmişdir. Buna görə Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə özünü təqsirli bilmir.” Təqsirləndirilən şəxs törətdiyi əməli tam etiraf etmədiyindən və əməli törədən zaman şöbə müdiri işləyən İddiaçı günahlandırdığından və istintaq tam yekunlaşmadığından sonhaqq hesab pulunun verilməsində gecikmələr olmuşdur. Bundan əlavə olaraq isə bildirir ki, maliyyə pozuntuları olduğundan həmin dövrlərdə köçürmələr etməkdə müəyyən çətinliklər yaranmışdır. Eyni zamanda onuda bildirir ki, iddiaçının son haqq-hesab pulunun gecikməsində özünündə hərəkət və ya hərəkətsizliyi var. Belə ki,iddiaçı işdən çıxdıqdan sonra vəzifəsini təhvil-təslim etməkdən imtina etmişdir. Bununla bağlı dəfələrlə iddiaçı ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq özü tərəfindən təsdiq olunmalı sənədləri imzalamasını və təhviltəslim etməsi tələb olunmuşdur. Lakin iddiaçı heç bir çağırışlara gəlməmişdir. İşi təhvil almayan yeni mühasib məcbur olaraq tək şəkildə akt tərtib etmişdir. Bu da əməkhaqqı və digər ödənclərdə gecikmələrə səbəb olmuşdur. Eyni zamanda bildirir ki, məhkəmə qətnamə çıxaran zaman maddi hüquq normasını düzgün tədbiq etməmişdir. Belə ki, məhkəmə qətnaməni ƏM-nin 172.5-ci maddəsi ilə əsaslandırsa da, lakin səhv qənaətə gəlmişdir. Belə ki, sözü gedən maddəyə əsasən Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. İddiaçının tələbi əmək haqqının gecikdirilməsi ilə bağlı yox son haqq-hesab pulunun gecildirilməsinə görə dəbbə pulu hesablanması olmuşdur.Son haqq-hesab pulu isə istifadə olunmamış məzuniyyət günləri əsasında formalaşmışdır.Bu isə onu deməyə əsas verir ki,məhkəmə prosessual pozuntuya yol vermişdir.Hansı ki, ƏM-nin 172.5-ci maddəsi imperativ normadan çıxış edərək dəbbə pulunun yalnız əməkhaqqı gecikdirildikdə hesablandığını bildirir.Digər hallar üçün isə dəbbə pulunun hesablanması nəzərdə tutulmamışdır. Eyni zamanda bildirir ki, Zərdab Rayon Məhkəməsi tərəfindən yekun məhkəmə aktı qəbul olunduqdan sonra iş üçün əhəmiyyətli sübutlar aşkar olunmuşdur.Belə ki,arxivdən tapılmış və 2008-ci ilə aid olan X10 Cədvəlinə əsasən “Zərdab Rayon Mərkəzi Xəstəxanası”nda çalışan bir qrup şəxslərə əmək məzuniyyətinə görə hesablanmış pul kompensasiyasının fərqi miqdarında pul ödənilmişdir.Həmin dövrlərdə iddiaçıya da 2007- 2008-ci illərin məzuniyyət pulları ödənilmişdir və iddiaçı imzası ilə bunu təsdiq etmişdir. Həmin hal yeni aşkarlandığından № 256 saylı əmrlə iddiaçıya ödənilmiş 2007-2008-ci illərin məzuniyyət pulları ilə bağlı rayon məhkəməsində iddia qaldırılacaqdır.
9. Odur ki, Zərdab Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli e-2(035)-94/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X8 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Zərdab Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli e-2(035)-94/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Zərdab Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli e- 2(035)-94/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)
14. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 83.4-cü maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir 143.1-ci maddəsinə əsasən Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. 143.2-ci maddəsinə əsasən İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. 144.2-ci maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. 172.4-cü maddəsinə əsasən İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172.5-ci maddəsinə əsasən Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. 296.4-cü maddəsinə əsasən Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
20. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. Cavabdeh “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X14 Zərdab Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli e-2(035)-94/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
23. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsaslıdır.
24. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəllənin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.
25. İş materiallarından görünür ki, “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X11 sorğu verilərək, ödənilmiş son haqq-hesab məbləğinə digər hər-hansı ödənişlərin daxil olubolmaması barədə, əgər olubsa hansı ödənişlərin daxil olması barədə məlumat verilməsi xahiş edilmişdir.
26. İşdə olan “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X7 Şəki Apellaysiya Məhkəməsinə daxil olmuş sorğuya cavabdan görünür ki, 25 aprel 2024-cü il tarixli, 256 nömrəli əmrə əsasən İddiaçı istifadə etmədiyi əmək məzuniyyətinə görə 430 təqvim günü hesablanmış 22518,42 manat son haqq-hesaba digər hər hansı ödənişlər daxil olmamış, son haqqhesab yalnız istifadə etmədiyi əmək məzuniyyətinə görə 430 təqvim günü uyğun olaraq hesablanmışdır.
27. Göründüyü kimi iddiaçıya ödənilmiş məbləğ yalnız istifadə etmədiyi əmək məzuniyyətinə görə ödənilmişdir.
28. İddiaçının tələb etdiyi hər gecikdirilmiş gün üçün 1 faiz məbləğ isə qanunvericiliyin tələbinə əsasən yalnız əmək haqqının verilməsinin gecikdirilməsi halı üçün nəzərdə tutulmuşdur.
29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmədiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olmadığından, cavabdeh “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli e-2(035)-94/2025 nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 24 fevral 2025-ci il tarixli e-2(035)-94/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh “Zərdab Rayon Mərkəzi Xəstəxanası” X5rşı “gecikdirilmiş son haqqhesaba görə 1% pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.