Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-573/2022 26.04.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin boşaldılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı1, İddiaçı3 və İddiaçı2 qarşı “müqavilənin bağlanmasının etibarlı hesab edilməsi, cavabdehlər tərəfindən qanunsuz olaraq əldə edilmiş çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsindən istifadəsinə edilən maneələrin aradan qaldırılması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması, müqavilənin bağlanmasının etibarlı hesab edilməsi, çıxarışın etibarsız hesab edilməsi, maneənin aradan qaldırılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X16, İddiaçı1, onun və digər iddiaçıların vəkili Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh qarşı “mülkiyyətdə olan torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin boşaldılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı1, İddiaçı3 və İddiaçı2 qarşı “müqavilənin bağlanmasının etibarlı hesab edilməsi, cavabdehlər tərəfindən qanunsuz olaraq əldə edilmiş çıxarışın etibarsız hesab edilməsi və torpaq sahəsindən istifadəsinə edilən maneələrin aradan qaldırılması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(075)-42/2022 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. JN-0046 KOD 40402048 saylı Torpağa mülkiyyət X23 Aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarına əsasən X6, İddiaçı3, İddiaçı1, İddiaçı2 cizgidə göstərilən sərhəd daxilində 8,08 hektar torpaq sahəsi verilmişdir.
2. JN-140A KOD 40402048 saylı Torpağa mülkiyyət X23 Aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 18 dekabr 1997-ci il tarixli 41 nömrəli qərarına əsasən X6, İddiaçı3, İddiaçı1, İddiaçı2 cizgidə göstərilən sərhəd daxilində 0,08 hektar həyətyanı torpaq sahəsi verilmişdir.
3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki ərazi İdarəsi tərəfindən verilmiş 19 oktyabr 2018-ci il tarixli, RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Qayabaşı kəndində yerləşən 7,48 ha torpaq sahəsi İddiaçı3, İddiaçı2, İddiaçı1, X1 xüsusi mülkiyyətindədir.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki ərazi İdarəsi tərəfindən verilmiş 19 oktyabr 2018-ci il tarixli, RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Qayabaşı kəndində yerləşən 0,60 ha torpaq sahəsi İddiaçı3, İddiaçı2, İddiaçı1, X1 xüsusi mülkiyyətindədir.
5. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi İdarəsi tərəfindən verilmiş 17 oktyabr 2018-ci il tarixli, A 323758 seriya nömrəli Torpaq Sahəsinin planı və ölçüsündən görünür ki, Şəki rayonu, Qayabaşı kəndində yerləşən 7,48 ha torpaq sahəsi İddiaçı3 xüsusi mülkiyyətində olmuşdur.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki ərazi İdarəsi tərəfindən verilmiş 17 oktyabr 2018-ci il tarixli, A 323759 seriya nömrəli Torpaq Sahəsinin planı və ölçüsündən görünür ki, Şəki rayonu, Qayabaşı kəndində yerləşən 0,6 ha torpaq sahəsi İddiaçı3 xüsusi mülkiyyətində olmuşdur.
7. 10 fevral 1993-cü il tarixli, Vİ-JQ 274723 seriya nömrəli Nikahın Bağlanması haqqında Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 ilə X14 arasında xx xxxxxxx 1959-cu il tarixdə rəsmi nikah bağlanmışlar. Nikah bağlandıqdan sonra arvada Allahverdiyeva soyadı verilmişdir.
8. 18 mart 2011-ci il tarixli AZ-İ 442615 seriya nömrəli X15 təsdiq olunmuş surətindən görünür ki, X6 12 mart 2011-ci il tarixdə Şəki rayonu, Qayabaşı kəndində ölmüşdür. İşdə olan 28 avqust 2002-ci il tarixli Akt-dan görünür ki, Şəki rayonu Qayabaşı kənd sakini X4 özünə və ailə üzvlərinə məxsus Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən JN 0046 dövlət aktı ilə verilmiş 8,08 hektar torpaq sahəsinin 7,58 ha sahəsini Şəki rayonu Qayabaşı kənd sakini Cavabdeh Məmmədcəfər oğluna qarşılıqlı razılaşma əsasında satmışdır. 7,58 ha torpaq sahəsinin həmin ərazidə olan mövcud bazar qiymətlərinə uyğun olaraq 1 ha 500 ABŞ dolları olmaqla 7,58 x 500 = 3790 ABŞ dolları nəqd olaraq onların iştirakı ilə X2 və İddiaçı1 İsfəndiyar qızına ödənilmişdir. Tərəflərin razılığına əsasən göstərilən vaxtdan torpaq vergisi Cavabdeh tərəfindən ödəniləcəkdir. Eyni zamanda JN 0046 saylı dövlət torpaq aktının orijinal nüsxəsi və satılan torpağın cizgiləri əsasında Qayabaşı Bələdiyyədinin iştirakı ilə Cavabdeh təhvil verilmişdir. Nəqd ödənilən 3790 (üç min yeddi yüz doxsan) dolların ödənilməsi barədə ailə üzvləri qəbz vermişlər.
9. 28.02.2002-ci il tarixli yazılı qəbzdən görünür ki, həmin qəbzdə İddiaçı1 və X6 JN-0046, KOD 40402048 nömrəli dövlət aktına əsasən onların birgə mülkiyyətlərinə verilmiş 8.08 hektar torpaq sahəsindən 7.58 hektarının Cavabdeh satılmasını öhdəsinə götürmüşlər. İddiaçı3 və İddiaçı2 isə həmin torpaq sahəsinin satılmasına etiraz etməmişlər.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 noyabr 2021-ci il tarixli, 4/1470 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, mülki işin 72-73-cü vərəqələrində olan 28.08.2002-ci il tarixli qəbzdə “Алланвердиjeва Ф.И" yazıları önündəki imza - İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim olunmuş, mülki işin 72-73-cü vərəqələrində olan 28.08.2002-ci il tarixli qəbzdə “Əлиjeвa M.P" yazıları önündəki imza - İddiaçı3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim olunmuş, mülki işin 72-73-cü vərəqələrində olan 28.08.2002-ci il tarixli qəbzdə “Aллaнвepдиjeв T.A” yazıları önündəki imza - İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim olunmuş, mülki işin 72-73-cü vərəqələrində olan 28.08.2002-ci il tarixli qəbzdə “Aллaнвepдиjeв A.h” yazıları önündəki imza - X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, Qayabaşı kəndində yerləşən xüsusi mülkiyyətlərində olan, cavabdeh X11 tərəfindən zəbt edilmiş 7,48 hektar torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi və cavabdeh X7 vurulmuş zərərə (əldən çıxmış fayda) görə 7480 manat pulun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
12. Mülki işə məhkəmədə baxılarkən İddiaçı3, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil tələbin azaldılmasına dair ərizə təqdim edərək Şəki rayonu, Qayabaşı kəndində yerləşən, xüsusi mülkiyyətlərində olan, Cavabdeh tərəfindən zəbt edilmiş 7,48 hektar torpaq sahəsindən cavabdehin çıxarılması və torpaq sahəsinin boşaldılaraq onlara təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
13. Tələbin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir.
14. 23 iyun 2021-ci il tarixdə Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X21 Komissiyası tərəfindən 16 dekabr 1997-ci il tarixdə verilmiş torpağa mülkiyyət huquauna dair JN-0046, KOD 40402048 nömrəli dövlət aktına əsasən Şəki rayonu Aqrar İslahat Komissiyasının 15 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən cavabdehlərə Şəki rayonu, Qayabaşı kəndi ərazisində cizgidə göstərilən sərhədlər daxilində verilmiş 8,08 hektar torpaq sahəsinin ona satılması ilə bağlı onunla X6, İddiaçı1 və İddiaçı3 arasında bağlanmış 28 avqust 2002-ci tarixli alqı-satqı müqaviləsinin etibarlı sayılması və bununla bağlı aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, qeyd edilən torpaq sahəsindən istifadəsinə edilən maneələrin aradan qaldırılması, həmçinin, qeyd edilən torpaq sahəsi də bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən cavabdehlərin adlarına verilmiş 19 oktyabr 2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi və ilk iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir.
16. Mülki işə məhkəmədə baxılarkən Cavabdeh nümayəndəsi (vəkili) X17 oğlu məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə (azaldılmasına) dair ərizə təqdim edərək, X21 Komissiyası tərəfindən 18 mart 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN-0046, KOD 40402048 nömrəli dövlət aktına əsasən Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən cavabdehlərə Şəki rayonu, Qayabaşı kəndi ərazisində cizgiləri göstərilən sərhədlər daxilində verilmiş 8.08 hektar torpaq sahəsindən 7.58 hektarının cavabdehə satılması ilə bağlı Cavabdeh ilə X6, X5 və İddiaçı3 arasında bağlanmış 28 avqust 2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı sayılması və bununla bağlı aralarında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, qeyd edilən torpaq sahəsindən istifadəsinə edilən maneələrin aradan qaldırılması, həmçinin qeyd edilən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən cavabdehlərin adına verilmiş 19 oktyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi və ilk iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Tələbin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir.
18. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 4 nəfər ailə üzvlərinə Şəki rayonu Qayabaşı kəndi ərizisində 8.08 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə DTXK-nin Şəki rayon şöbəsi tərəfindən ailə üzvlərinin adına Torpağa Mülkiyyət Hüququna X24 hazırlanaraq verilmişdir. Bildirmişdir ki, qeyd edilən Dövlət Aktına əsasən onlara 7.48 ha və 0.60 ha olmaqla iki ayrı-ayrı yerlərdə torpaq sahəsi ölçülərək təhvil verilmişdir. Torpaq sahəsi onlara verildikdən sonra uzun müddət istifadə etmişlər. 12.03.2011-ci il tarixdə ailə başçıları X6 vəfat etmişdir. Onun vəfatından bir ildən sonra 2012-ci ildə pula ehtiyacları olduğu üçün hazırki iş üzrə cavabdeh olan həmkəndliləri Cavabdeh 4000 (dörd min) manat borc pul almışlar. 2012-ci ilin iyun ayında taxıl biçilən zaman onlara məxsus torpaq sahəsində əkdikləri məhsulu əldə edib sataraq digər borclarını ödəmişlər. Lakin cavabdehə onun borcunu daha sonra qaytaracaqlarını bildirdikdə Cavabdeh buna narazılıq etmişdir. Bu səbəbdən onlara məxsus olan hazırda mübahisələndirdikləri torpağın mülkiyyət sənədini Cavabdeh verərək borc bitənədək onlara məxsus olan 7.48 ha torpaq sahəsini əkib-becərməsi ilə bağlı şifahi razılığa gəlmişlər. Dörd il keçdikdən sonra, yəni 2016-cı ildə Cavabdeh torpağın mülkiyyət sənədlərini geri qaytarmasını tələb etdikdə cavabdeh, onlara hələ borcunun bitmədiyini bildirmişdir. Hətta cavabdeh artıq mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu bildirərək torpaq sahəsini qaytarmaq istədikdə ona 4000 (dörd min) manat deyil, 10000 (on min) manat ödəməli olduqlarını bildirmişdir. Növbəti il də yenidən cavabdehə müraciət edərək torpağın sənədlərini qaytarmasını tələb etmişlər. Lakin cavabdeh bir də torpağı qaytarmalarını tələb etsələr ciddi problemlər yaradacağını bildirmişdir. Beləliklə 2016-cı ildən başlayaraq hər il taxıl biçilən vaxt cavabdehdən torpağı qaytarmasını tələb etmişlər. Lakin cavabdeh hər dəfə müxtəlif bəhanələrlə onlara məxsus sənədləri və torpaqlarını qaytarmaqdan yayınmışdır. Bundan sonra onlar 2018-ci ildə mülkiyyətlərində olan torpaq sahələrinə Dövlət reyestrindən Çıxarış almışlar. Onlar mülkiyyətlərində olan torpaq sahəsindən çıxmağı cavabdehə təklif etsələr də cavabdeh yenə də buna razı olmamışdır. Beləliklə də 2016-cı ildən keçən 5 (beş) il ərzində cavabdeh torpaqlarını onlara qaytarmamaqla, həmçinin özlərinə məxsus torpaqda əkinbiçin işləri ilə məşğul olmalarına maneçilik törətməklə onlara xeyli maddi zərər də vurmuşdur.
19. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, X21 Komissiyası tərəfindən 18 mart 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət huququna dair JN-0046, KOD 40402048 nömrəli dövlət aktına əsasən Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən X6, İddiaçı1 sgəndər qızı, İddiaçı3 və İddiaçı2 Şəki rayonu, Qayabaşı kəndi ərazisində cizgidə göstərilən sərhədlər daxilində 8,08 hektar torpaq sahəsi ayrılmışdır. X6, İddiaçı1 və İddiaçı3 28 avqust 2002-ci il tarixdə həmin torpaq sahəsini hər hektarı 500 ABŞ dollarından olmaqla, ümumilikdə 5200 ABŞ dollarına Cavabdeh satmışlar. Bununla bağlı onun və kəndin rəhbər vəzifəli şəxslərin iştirakı ilə 28 avqust 2002-ci il tarixdə akt tərtib edilmişdir. Həmçinin, X6, İddiaçı1 və İddiaçı3 28 avqust 2002-ci il tarixdə yazdıqları qəbzdə özləri də onlara məxsus 8,08 hektar torpaq sahəsini hər hektarı 500 ABŞ dolları olmaqla, ümumilikdə 5200 ABŞ dollarına Cavabdeh satdıqlarını, həmin 5200 ABŞ dollarını Cavabdeh aldıqlarını və bununla bağlı gələcəkdə heç bir narazılıqlarının olmayacağını bildirmişlər. Həmçinin, X6, İddiaçı1 və İddiaçı3 həmin vaxtdan X21 Komissiyası tərəfindən 18 mart 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət huququna dair JN-0046, KOD 40402048 nömrəli dövlət aktının əslini Cavabdeh təqdim etmişlər. Həmin vaxtdan da qeyd edilən torpaq sahəsi Cavabdeh özü istifadə etmişdir. Son vaxtlara qədər həmin torpaq sahəsi ilə bağlı tərəflər arasında hər hansı bir mübahisə olmamışdır. Həmin vaxt aralarında notarial şəkildə müavilə bağlanmadığına görə cavabdehlər həmin torpaq sahəsini istənilən vaxt adına rəsmiləşdirilməsi üçün notariat orqanına gedəcəklərinə söz vermişlər. Lakin, bir müddət bundan əvvəl həmin təkliflə cavabdehlərə müraciət etdikdə onlar əvvəlcə onunla razılaşsalar da, lakin sonradan müxtəlif bəhanələrlə notariat orqanına getmə vaxtını uzatmışlar və bu müddət ərzində qeyd edilən torpağa dair qanunsuz olaraq sənədlər əldə etmişlər. Cavabdeh isə sonradan onların fikirlərini dəyişdiyini bilmişdir. Belə ki, cavabdehlər həmin torpaq sahəsini Cavabdeh satdıqlarını, torpaq sahəsinin sənədinin əslini ona verdiklərini və qeyd edilən torpaq sahəsindən 20 ilə yaxın müddətdə onun istifadə etdiyini bildikləri halda, dövlət idarələrinə yalan məlumat verərək, həmin torpaq sahəsi ilə bağlı verilmiş dövlət aktının itməsi barədə aidiyyəti orqanlara müraciət etmişlər və bu yolla qeyd edilən torpaq sahəsi ilə bağlı qanunsuz çıxarış əldə etmişlər. Cavabdehlərin həmin hərəkətləri nəticəsində Cavabdeh həmin torpaq sahəsini adına sənədləşdirə bilməmişdir. Halbuki, cavabdehlərin qanunsuz olaraq əldə etdikləri çıxarış etibarsızdır.
20. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) 21 yanvar 2022-ci il tarixli, 2(075)- 42/2022 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilərək Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Əİ tərəfindən verilmiş 19 oktyabr 2018-ci il tarixli, RX seriyalı ******* saylı çıxarış üzrə İddiaçı1, X1, İddiaçı3 və İddiaçı2 ümumin birgə mülkiyyətlərində olan Şəki rayonu, Qayabaşı kəndində yerləşən 7,48 ha torpaq sahəsindən çıxarılması və Cavabdeh qeyd edilən torpaq sahəsinin boşaldaraq iddiaçılara təhvil verilməsi, qarşılıqlı iddianın təmin edilməməsi;
21. 124 manat ekspertiza xərcinin Cavabdeh alınıb Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, X10 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. İlkin iddia ərizəsi üzrə ödənilmiş 30.40 manat dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi, qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş 10.40 manat dövlət rüsumunun qarşılıqlı iddiaçının (cavabdehin) özünə aid edilməsi qət edilmişdir.
22. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şəki rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçılara Şəki rayonu Qayabaşı kəndi ərizisində verilmiş 8.08 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi iddiaçıların birgə mülkiyyətlərindədir. Bununla bağlı iddiaçılara JN-140A KOD 40402048 saylı Torpağa mülkiyyət X23 Akt verilmiş, həmçinin iddiaçılar sonradan həmin torpaqlara dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şəki ərazi İdarəsi tərəfindən 19 oktyabr 2018-ci il tarixli, RX seriyalı ******* saylı və RX seriyalı ******* saylı çıxarış da almışlar. Həmçinin müəyyən edilmişdir ki, torpaq aktında və çıxarışda adı keçən X6 ilə İddiaçı1 ər-arvad, İddiaçı3 və İddiaçı2 isə onların övladlarıdır. Buna görə məhkəmə hesab edir ki, iddiaçılar onlara və mərhum ailə başçıları olmuş X3 məxsus birgə mülkiyyətlərində olan torpaq sahəsini cavabdehdən tələb etməkdə haqlıdırlar. cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı qəbz qanunvericiliyin müəyyən etdiyi meyarlara cavab verməməklə onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd edilən yazılı qəbzdə olan imzalar iddiaçılar tərəfindən deyil, başqa şəxs tərəfindən imzalanmışdır. Odur ki, cavabdehin müqavilənin etibarlı və bağlanmış hesab edilməsi ilə bağlı iddiası təmin edilə bilinməyindən, onun iddiaçılar tərəfindən əldə edilmiş ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 19 oktyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi tələbinə dair
23. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcələsinin 144.4, 152.1, 157.2, 324.1, 324.2, 337.1 337.2, 337.3, 337.4 və 389.1-ci maddələrinə, 01 noyabr 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2 və 336.2-ci maddələrinə, İnsan Hüquqlarının və X13 haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli və “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 88, 106.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X21 Komissiyası tərəfindən 18 mart 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN-0046, KOD 40402048 nömrəli dövlət aktına əsasən Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən cavabdehlərə Şəki rayonu, Qayabaşı kəndi ərazisində cizgidə göstərilən sərhədlər daxilində verilmiş 8,08 hektar torpaq sahəsinin ona satılması ilə bağlı onunla X6, İddiaçı1 və İddiaçı3 arasında bağlanmış alqı-satqı əqdi etibarlı sayılmalı və bununla bağlı aralarında alqı-satqı əqdi bağlanmış hesab edilməlidir. Buna görə də o, məcburiyyət qarşısında qalaraq qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuş və X21 Komissiyası tərəfindən 18 mart 1998-ci il tarixdə verilmiş torpağa mülkiyyət hüququna dair JN-0046, KOD 40402048 nömrəli dövlət aktına əsasən Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən cavabdehlərə Şəki rayonu, Qayabaşı kəndi ərazisində cizgidə göstərilən sərhədlər daxilində verilmiş 8,08 hektar torpaq sahəsinin ona satılması ilə bağlı onunla X6, İddiaçı1 və İddiaçı3 arasında bağlanmış 28 avqust 2002- ci tarixli alqı-satqı müqaviləsinin etibarlı sayılması və bununla bağlı aramızda alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, qeyd edilən torpaq sahəsindən istifadəsinə edilən maneələrin aradan qaldırılması, həmçinin, qeyd edilən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən cavabdehlərin adlarına verilmiş 19 oktyabr 2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi və ilk iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Lakin, Şəki Rayon Məhkəməsinin2 (075)-42/2022 saylı, 21 yanvar 2022-ci il tarixli qətnaməsinə əsasən onun qarşılıqlı iddia tələbi təmin edilməmiş, iddiaçının iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən narazıdır və həmin mülki işə düzgün baxılmamışdır.
25. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən və işin məhkəmə iclasında müəyyən edilmiş faktiki hallarından müəyyən olunmuşdur ki, 28 avqust 2002-ci ildə aralarında razılaşma olarkən tərəfindən 5200 ABŞ dolları məbləğində pul cavabdehlərin mülkiyyətlərindəki 8,08 hektar torpaq sahəsinin cəmi dəyəri kimi verilmişdir. Aralarında 28 avqust 2002-ci il tarixdə bağlanmış müqavilə həqiqətən də etibarlı olmuşdur. Torpaq sahəsini aldığı 28 avqust 2002-ci il tarixdən bu günədək həmin torpaq sahəsi onun istifadəsindədir və həmin torpaq sahəsi ilə bağlı torpaq vergisini özü ödəyir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi əqdlərin əsas əlamətlərindən biri də müəyyən hüquqi nəticələrin əldə edilməsinə yönəlmiş iradə ifadəsidir. Bir nəticənin əldə edilməsi üçün müəyyən bir iradənin olması yetərli olmayıb, bu iradənin ifadə edilməsi vacibdir.
26. Qanunvericiliyə əsasən əqdin bağlanmış hesab edilə bilməsi üçün açıq və gizli, yazılı və şifahi iradə ifadələri tələb oluna bilər. Borc müqaviləsinin rəsmiləşdirilməsi üçün isə qanunvericilik yazılı müqavilənin bağlanmasını şərtləndirməklə bu cür müqavilələrin bağlana bilməsi üçün müqavilə tərəflərinin açıq və yazılı şəkildə öz iradələrini ifadə etməsini məcburi etmişdir. Bütün göstərilənlərə əsasən qarşılıqlı iddiamın əsaslı olduğu, ilk iddianın isə əsassız olduğu öz təsdiqini tapır. Lakin, məhkəmə tərəfindən onun qarşılıqlı iddiası təmin edilməmişdir. Onu da qeyd edir ki, məhkəmə qarşılıqlı iddianı təmin etməməsini, həmçinin, ilk iddianı təmin etməsini məhkəmə qətnaməsində əsaslandırmamışdır. Məhkəmə qətnaməsində yalnız hüquq normalarının tələbləri göstərilmişdir.
27. Məhkəmə gəldiyi nəticəni əsaslandırmamışdır. Məhkəmənin hansı əsaslarla belə nəticəyə gəlməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmir. Məhkəmə yalnız iş üzrə ekspert rəyinə istinad etmişdir və iş üzrə verilmiş ekspert rəyi də ekspert tərəfindən əsaslandırılmamışdır. Həmin ekspert rəyinin özünün doğruluğu şübhə altındadır. Bütün bunlar ona qarşı hüquq pozuntusunun olmasından və davam etməsindən xəbər verir. Halbuki, bu qəbildən olan işlər üzrə Şəki Apellyasiya Məhkəməsinin mövqelərini göstərən kifayət qədər əsaslandırılmış məhkəmə qətnamələri vardır. Həmin qətnamələrlə hazırki qətnamənin müqayisəsi və bütün göstərdikləri məhkəmə tərəfindən obyektiv məhkəmə araşdırmasının aparılmasını şübhə altına alır. Qeyd edilənlərə əsasən Şəki Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(075)-42/2022 saylı qətnaməsinin ləğv edilərək, ilk iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qanuni və ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onlar cavabdehə heç bir torpaq sahəsi satmayıb. Əri öləndən sonra pula ehtiyacı olduğu üçün həmin torpağı bir neçə illik cavabdehin icarəsinə vermişdir. Bu gün də torpaq onların adınadır. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
30. Məhkəmə iclasında iştirak edən iddiaçıların vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi əvvəldən mülkiyyət hüququ ilə iddiaçılara məxsus olmuş, bu gün də iddiaçıların mülkiyyətindədir. Hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı tərəfin mülkiyyət hüququ pozulur. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
31. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf (o cümlədən nümayəndəsi və vəkili) məhkəmə kollegiyasının iclasına gəlməmişlər Cavabdehin nümayəndəsi məhkəməyə elektron ərizə ünvanlayaraq işin təxirə salınmasını xahiş etsə də, üzrlü səbəb bardə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdehin özü və vəkili isə gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər.
32. Cavabdeh üzvə vəkili rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 055 *** ** ** və 070 638 81 88 mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur.
33. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7)
34. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikasının Konstitusiyası; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
36.Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir 139.1. maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir 567 və 650-ci maddələri ümumən alqı-satqı müqaviləsinin, o cümlədən də rəsmi reyestrdə qeydə alınan daşınmaz əmlakın alqı-satqısına dair əqdin məzmunun nələri ehtiva etməli olduğunu müəyyən edərək təsbit edir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. 336.1-ci maddəsinə görə əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 648.1-ci maddəsində isə təsbit edilmişdir ki, daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.
34. Azərbaycan Respublikası Torpaq Məcəlləsi:
111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir
35. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh qətnaməni tam mübahisələndirərək, Şəki Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2 (075)- 42/2022 saylı qətnaməsinin ləğv edilərək, ilk iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qanuni və ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan Şəki Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(075)-42/2022 nömrəli qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. İlk iddia tələbinin ifadə tərzindən və mahiyyətindən məlum olur ki, ilk iddiaçılar mübahisəli torpaq sahəsinin onlara məxsus olduğunu, həmin torpaq sahəsindən neçə illərdir cavabdehin istifadə etdiyini bildirməklə, öz mülkiyyət hüquqlarının müdafiəsini tələb edirlər.
39. Qarşılıqıl iddiaçı (cavabdeh) isə əksinə, həmin mübahisəli torpaq sahəsinin özünə məxsusluğunu bildirməklə, “qəbzin” alqı-satqı müqaviləsi kimi qəbul olunmasını və həmin müqavilənin etibarlı hesab edilməsini xahiş edir.
40. İş materiallarından da göründüyü kimi iddiaçıların mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə onların özünə məxsus olmasına baxmayaraq, cavabdeh tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçıların qanunla qorunan mülkiyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir
41. Cavabdeh Cəfər Qafarov apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin olunması üçün əsasların olmasını göstərsə də, apellyasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
42. Belə ki, istər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və iddiaçı tərəf öz əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, hər bir mülkiyyətçi özünə məxsus olan əmlak üzərində qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqlardan istifadə etmək üçün subyektiv hüququn daşıyıcısıdır.
43. Məhkəmə kollegiyanın tədqiqi zamanı müəyyən edilmişdir ki, Şəki rayon Aqrar İslahat Komissiyasının qərarı ilə iddiaçılara Şəki rayonu Qayabaşı kəndi ərizisində verilmiş 8.08 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi iddiaçıların birgə mülkiyyətlərindədir. Bununla bağlı iddiaçılara JN-140A KOD 40402048 saylı Torpağa mülkiyyət X23 Akt verilmiş, həmçinin iddiaçılar sonradan həmin torpaqlara dair Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şəki ərazi İdarəsi tərəfindən 19 oktyabr 2018-ci il tarixli, RX seriyalı ******* saylı və RX seriyalı ******* saylı çıxarış da almışlar. Həmçinin müəyyən edilmişdir ki, torpaq aktında və çıxarışda adı keçən X6 ilə İddiaçı1 ər-arvad, İddiaçı3 və İddiaçı2 isə onların övladlarıdır
44. Məhkəmə kollegiyası nəzərə alır ki, qarşılıqlı iddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 335.2-ci maddəsinə (halbuki bu maddə 24.06.2005-ci il tarixli qanunla çıxarılmışdır) istinad etmiş və məhz həmin maddənin müddəalarına əsaslanmaqla cavabdehlər (ilkin iddiaçı) tərəfindən ona verilmiş mübahisəli torpaq sahəsinə dair “aktı” və ərizəni (i/m səh.72-74) alqı-satqı müqaviləsi kimi qəbul edilməsini tələb etmişdir.
45. Kollegya qeyd edir ki, yuxarıda qeyd olunan akt və ərizə Cəfər Qafarovla ilk iddia üzrə iddiaçılar (o cümlədən onların ölmüş ailə başçısı) arasında daşınmaz əmlaka dair bağlanmış ikitərəfli əqd kimi qəbul edilə və müvafiq olaraq da onlarla bağlı Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinin müddəaları tətbiq edilə bilməz.
46. Məhkəmə kollegiyası özünün bu mövqeyini mülki qanunvericiliyin əqdlər institutlu ilə bağlı yanaşmasına uyğun hesab edir.
47. Belə ki, Mülki Məcəllənin 324.1 və 324.2-ci maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
48. Beləliklə, Mülki Məcəllənin ümumi yanaşmasına görə hər hansı razılaşmanın və ya iradə ifadəsinin əqd sayılması, həmin əqdin etibarlı hesab olunması və qanunla müdafiə olunan nəticələr doğurması üçün o, aşağıdakı ünsürləri ehtiva etməli və həmin ünsürlər qüsurlu olmamalıdır: subyekt tərkibinə görə; məzmununa görə; formasına görə; iradə və iradə ifadəsinə görə. Yazılı əqddə isə ilk növbədə onun məzmununa dair tərəflərin iradə ifadələri öz əksini tapmalıdır. Bu, Mülki Məcəllənin 331.1-ci maddəsinin müddəalarından irəli gəlir.
49. Həmin maddəyə görə yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
50. Şərh olunan qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş akt və iltizamdakı iradə ifadəsi mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin zəruri şərtlərinə riayət edilməsi kimi qiymətləndirilə bilməz.
51. Bundan əlavə iş materiallarında olan JN-0046 KOD 40402048 saylı və JN-140A KOD 40402048 saylı Torpağa mülkiyyət X23 Aktlarının surətindən və bununla bağlı verilmiş çıxarışlardan görünür ki, tərəflər arasındakı mübahisəli torpaq sahələri yalnız ailə başçısı olmuş (mərhum) Abbasəli Allahverdiyevə deyil, ümumi birgə mülkiyyət hüququ əsasında 4 nəfərə (o cümlədən hazırki iş üzrə ilk iddiaçılara) məxsusdur.
52. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 noyabr 2021-ci il tarixli, 4/1470 nömrəli ekspert rəyindən də göründüyü kimi mülki işin 72- 73-cü vərəqələrində olan 28.08.2002-ci il tarixli qəbzdə “Алланвердиjeва Ф.И" yazıları önündəki imza - İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim olunmuş, mülki işin 72-73-cü vərəqələrində olan 28.08.2002-ci il tarixli qəbzdə “Əлиjeвa M.P" yazıları önündəki imza - İddiaçı3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim olunmuş, mülki işin 72-73-cü vərəqələrində olan 28.08.2002-ci il tarixli qəbzdə “Aллaнвepдиjeв T.A” yazıları önündəki imza - İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. - Ekspertizaya təqdim olunmuş, mülki işin 72-73-cü vərəqələrində olan 28.08.2002-ci il tarixli qəbzdə “Aллaнвepдиjeв A.h” yazıları önündəki imza - X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 53.Bu zaman məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsi S.Əliyevanın şikayəti ilə əlaqədar qəbul etdiyi 31 may 2006-cı il tarixli qərarında həmin məsələ ilə bağlı aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “Ümumiyyətlə qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir”.
54. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Аzərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 22 mart 2006-cı il tarixli qərarındakı fоrmаlаşdırdığı hüquqi mövqeyə görə… əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır….Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir.
55. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması;notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur.
56. Apellyasiya instansiyası məhkəməsi, işin hallarını nəzərə alıb, qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu olan apellyasiya şikayəti dəlillərini araşdırıb qeyd edir ki, Cəfər Qafarovun tələbi ilə hazırda mübahisələndirilən “Aktın-əqdin” etibarlı hesab edilməsi üçün əsaslar yoxdur.
57. Belə ki, Cəfər Qafarovun iddia etdiyi kimi sözügedən əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin məhz əks tərəfin, yəni iddiaçıların təqsiri ucbatından baş verməsi mülki iş materialları ilə təsdiq olunmur.
58. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, ilk iddianı təmin etməklə, qarşılıqlı iddianı isə rədd etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
59. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(075)-42/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov