Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-574/2021 25.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(014)-1128/2020 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsi tərəfindən verilmiş аpellyаsiyа şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Famil Nəsibov) xx xxxxxx 2020-ci il tarixli 2(014)-1128/2020 nömrəli qətnaməsi ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi təmin edilərək 1982-1987-ci illərə aid olan “1 may” kolxozunun əmək günü uçotu və staj kitablarında xx.xx.1955-ci ildə anadan olmuş X8 aid 1982-1987-ci illərdə əmək haqqı qazanmasına dair qeydlərin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. İşin halları Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi) maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinə (bundan sonra maraqlı şəxs və ya Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsi) qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək 1982-1987-ci illərə aid olan “1 may” kolxozunun əmək günü uçotu və staj kitablarında xx.xx.1955-ci ildə anadan olmuş X8 aid 1982-1987-ci illərdə əmək haqqı qazanmasına dair qeydlərin ona, yəni Ərizəçi məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o, yəni Ərizəçi xx.xx.1955-ci ildə Ağdaş rayonu Ləki kəndində anadan olmuşdur. xx.xx.1982-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır, müxtəlif işlərdə çalışmışdır. Sənədlər üzrə adının “Göyərçin” olmasına baxmayaraq onu kənddə hamı “Misir” kimi çağırır. Yuxarıda göstərdiyi kimi xx.xx.1982-ci ildə Ağdaş rayonu “1 may” kolxozuna qaz işçisi qəbul edilmişlər və Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Arxiv Arayışında göstərilir ki, 1982-1987-ci illərə aid olan “1 may” kolxozunun əmək günü uçotu və staj kitablarında adı, soyadı, ata adı və doğum tarixi xx.xx.1955-ci ildə anadan olmuş X3 qeyd olunmuş və həmin illərdə əmək haqqı qazanmağına dair qeydlər vardır. Göründüyü kimi, həmin sənədlərdə doğum tarixi, soyadı və ata adı düzgün göstərilsə də, adı səhvən “Misir” kimi qeyd olunmuşdur. xx.xx.1987-ci ildə “1 may” kolxozuna pambıqçılıq üzrə briqadir təyin edilmişdir, artıq 1988-ci ildən əmək günü uçotu və staj kitablarında adını rəsmi sənəddə olduğu kimi Ərizəçi olaraq qeyd etdirmişdir. Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Arxiv Arayışı da təsdiq edir ki, 1988-1996-cı illərə dair staj kitablarında adı, soyadı və ata adı Ərizəçi kimi göstərilmişdir. Rəsmi adının “Göyərçin” olmasına baxmayaraq həm də “Misir” kimi tanınmağını məhkəməyə dəvət edəcəyi şahidlər təsdiq edə bilərlər. Onu da qeyd edir ki, onun rəsmi əmək kitabçası vardır, 1982-ci ildən başlayan əmək stajları həmin əmək kitabçasında qeyd edilmişdir və həmin əmək kitabçası dövlət orqanları tərəfindən tanınır, lakin 1982-1987-ci illərə aid olan kitablarda adının səhvən “Misir” kimi qeyd olunması həmin stajların ona məxsus olmasını məhkəmədə müəyyən etməyi zəruri edir. 1982-1987ci illərə aid olan “1 may” kolxozunun əmək günü uçotu və staj kitablarında adının səhv göstərilməsi ilə əlaqədar elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə müraciət etmişdir, ona tövsiyyə olunmuşdur ki, Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş sənəddə göstərilən adı ilə düz gəlmədiyi üçün hüquq müəyyən edici sənədin ona məxsus olması faktının müəyyən edilməsi tələbi ilə bağlı yaşadığı yerin məhkəməsində iddia qaldırmışdır. Odur ki, 1982-1987-ci illərə aid olan “1 may” kolxozunun əmək günü uçotu və staj kitablarında xx.xx.1955-ci ildə anadan olmuş X8 aid 1982-1987-ci illərdə əmək haqqı qazanmasına dair qeydlərin ona, Ərizəçi məxsusluğu faktının məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. Həmin hüquqi əhəmiyyəti olan fakt ona pensiyaya çıxmaqla əlaqədar stajlarının hesablanması üçün lazımdır. Ona görədə hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Odur ki,ərizənin təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, Ərizəçi onların həmkəndlisidir. Ərizəçini hamı kənddə Misir kimi tanımışdır. Belə ki, ərizəçinin əsl adı Göyərçin olsa da, babasının adı Misir oğluğu üçün hamı ona kənddə Misir deyə müraciət edib və hələ də ərizəçiyə Misir deyə müraciət edirlər. Odur ki, X6 Ərizəçi olmasını təsdiq edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X4 ifadəsində bildirmişdir ki, Ərizəçi 20 ildir ki, tanıyır. Göyərçini hər kəs kənddə Misir kimi tanıyır. Göyərçinin ailəsində başqa Misir adlı adam yoxdur. Odur ki, X6 Ərizəçi olmasını təsdiq edir. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(014)-1128/2020 nömrəli qətnaməsi çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsi apellyasiya şikayəti verərək Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(014)-1128/2020 nömrəli qətnaməsinin ləğv edilərək ərizənin təmin edilməməklə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, qanun normalarını düzgün tətbiq etməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İşdə iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsinin nümayəndəsi X14 apellyasiya şikayətinin təmin edilməsini, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(014)-1128/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və ərizənin təmin edilməməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinin təmin edilməməsini, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(014)-1128/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, Ərizəçi onun həmkəndlisidir və onunla bir kənddə yaşayır. Göyərçini hamı kənddə Misir kimi tanıyır. Əslində ərizəçinin əsl adı Göyərçin olsa da, hamı ona kənddə Misir deyə müraciət edir. O, Ərizəçi ilə bir kolxozda işləmişdir. O, 1984- cü il tarixdən kolxozda şofer işləmişdir. Ərizəçi isə təsərrüfat birqadiri işləyirdi. Ərizəçi kolxozun maşınında o gəzdirmişdir. X1 adında başqa şəxs olmayıb. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X10 ifadəsində bildirmişdir ki, Ərizəçi onun həmkəndlisidir. Göyərçini hamı kənddə Misir kimi tanıyır. Əslində ərizəçinin əsl adı Göyərçin olsa da, bütün kənd camaatı ona Misir deyə müraciət edirlər. O, Ərizəçi ilə birlikdə kolxozda işləmişdir. Ərizəçi yaxşı işlədiyinə görə onu təsərrüfat briqadiri təyin etmişdilər. O, kolxozda 1980-ci ildən etibarən işləmişdir. Ərizəçi pambıq üzrə birqadir işləyirdi. O, sona qədər, yəni respublikada aqrar islahatı keçirilənə kimi kolxozda işləmişdir. O, uşaqlıqdan Ərizəçi ilə bir kənddə yaşamışdır, onu əvvəldən Misir kimi tanımış, hazırda da Misir deyə çağırır. X1 adında başqa şəxs heç vaxt olmayıb. O, Ərizəçi ailəsini də yaxından tanıyır. Ərizəçi bir qardaşı olub, həmin qardaşının adı isə Əli olub. Hüquq məsələləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: Azərbaycan Respublikası Ağdaş rayonu Dövlət Arxivi tərəfindən verilmiş xx xxx 2020-cı il tarixli 50 saylı arxiv arayışından görünür ki, X12 1982-1987-ci illər ərzində Ağdaş rayon Orta Ləki kənd sabiq “1 May” kolxozunda kolxozçu kimi işləmişdir. Azərbaycan Respublikası Ağdaş rayonu Dövlət Arxivi tərəfindən verilmiş xx xxx 2020-cı il tarixli 50 saylı arxiv arayışından görünür ki, X12 1988-1996-cı illər ərzində Ağdaş rayon Orta Ləki kənd sabiq “1 May” kolxozunda kolxozçu kimi işləmişdir. 0245084 saylı Əmək kitabçasının notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi 1982-ci ildə Ağdaş rayon “1 May” kolxozuna qaz işçisi qəbul edilmiş, 1987-ci ildə Ağdaş rayon “1 May” kolxozuna pambıqçılıq üzrə briqadir təyin edilmişdir. xx xxxxxx 1999-cu ildə isə aqrar islahatla əlaqədar kolxoz ləğv olunduğu üçün işdən azad edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli 03 saylı Qərarının 1.2-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. İşin gerçək hallarından görünür ki, Ərizəçi xx.xx.1955-ci ildə Ağdaş rayonu Ləki kəndində anadan olmuşdur. xx.xx.1982-ci il tarixdən əmək fəaliyyətinə başlamışdır, müxtəlif işlərdə çalışmışdır. Sənədlər üzrə adının “Göyərçin” olmasına baxmayaraq onu yaşadığı Ləki kəndinin əhalisi “Misir” kimi tanıyır və həmin adla çağırırlar. Şahid ifadələrindən göründüyü kimi, Ağdaş rayonu Ləki kəndində ərizəçidən savayı Misir adı ilə tanınan şəxs yoxdur, eyni zamanda ərizəçinin ailəsində də Misir adında başqa şəxs olmamışdır və indi də yoxdur. Ərizəçi xx.xx.1982-ci ildə Ağdaş rayonu “1 may” kolxozuna qaz işçisi vəzifəsinə qəbul edilmişdir. Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli Arxiv Arayışında göstərilir ki, 1982-1987-ci illərə aid olan “1 may” kolxozunun əmək günü uçotu və staj kitablarında adı, soyadı, ata adı və doğum tarixi xx.xx.1955-ci ildə anadan olmuş X3 qeyd olunmuş və həmin illərdə əmək haqqı qazanmağına dair qeydlər vardır. Ərizəçi xx.xx.1987-ci ildə “1 may” kolxozuna pambıqçılıq üzrə briqadir təyin edilmiş, artıq 1988-ci ildən əmək günü uçotu və staj kitablarında adını şəxsiyyətini təsdiq qedən sənədlərdə olduğu kimi Ərizəçi olaraq qeyd etmişlər. Lakin 1982- 1987-ci illərə aid olan mühasibatlıq kitablarında adının səhvən “Misir” kimi qeyd olunması həmin sənədlərdə ona aid olan qeydlərin ona məxsusluğu faktının məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. Həmin hüquqi əhəmiyyəti olan fakt ona yaşa görə əmək pensiyasına çıxması ilə əlaqədar əmək stajlarının hesablanması üçün lazımdır. Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçinin tələbinin qanuni olması işin gerçək halları ilə tam olaraq təsdiq edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 04 nömrəli qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.4-cü bəndinə görə, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Ərizəçinın hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər ərizəçinın hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, maraqlı şəxsin ərizəçinın əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Ona görə də məhkəmə kollegiyаsı apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab etmir və bu nəticəyə gəlir ki, MPM-in 384.0.1-ci mаddəsinə əsasən, аpellyаsiyа şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(014)-1128/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılmаlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Ağdaş rayon şöbəsi tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(014)-1128/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilərlər.
Məhkəmə qərarları › İş №2(107)-574/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-574/2021
25.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver