Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-577/2021 21.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rəfail qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və Cavabdeh2 iştirakı ilə, İsmayıllı Rayon Məhkəməsinin 12.11.2020-ci il tаrixli, 2(037)-631/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə, Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək 03 iyul 2010-cu il tarixdə vəfat etmiş X1 qalan mirasın onun əri olmuş X10 tərəfindən qəbul edilməsinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 08 noyabr 2016-cı ildə verilmiş, kitabda 14097 sayla qeyd edilmiş JN1265F KOD 40719028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,07 hektar həyətyanı torpaq sahəsinin miras qalan 2/3 hissəsinin yalnız onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin 12.11.2020-ci il tаrixli, 2(037)-631/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti vermişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, mərhum X10 onun əri olmuşdur. Vahidin birinci arvadı Gülqayıt Hacıyeva vəfat etdikdən sonra 25 noyabr 2011ci il tarixdə onunla rəsmi nikaha daxil olmuşdur. Vahid 2-ci qrup əlil olmaqla lalkar olmuşdur. Vahidin Gülqayıtla olan nikahından övladı olmamış və ona görə də Gülqayıt sağlığında bacısının qızı olan Cavabdeh2 övladlığa götürmüşdür. Gülqayıt 2010-cu ildə vəfat etdikdən sonra Sevinc həqiqi valideynlərinin yanına qayıtmışdır. Gülqayıtın bütün əmlaklarını bacısı Rəhilə aparmışdır. Vahid vəfat edənə qədər uzun müddət ağır xəstə olmuş, lakin Sevinc atası Vahidlə əlaqə saxlamamış və onun qayğısına qalmamışdır. Vahidin bütün qayğılarını onunla Vahidin bacısı Qızbacı Hacıyeva çəkmişdir. Sevinc 23 iyun 2017-ci il tarixdə evlənərkən hətta atası Vahidi toy şənliyinə dəvət etməmiş və Vahid həmin toyda iştirak etməmişdir. Vahid 2018-ci ildə vəfat etmişdir. Vahid vəfat etdikdən bir gün sonra Sevinc bir neçə dəqiqəlik hüzrə gəlib getmişdir. Sevinc övladlıq vəzifəsini yerinə yetirməmiş, Vahidin dəfn və hüzr xərclərinə qoşulmamış, miras əmlakla maraqlanmamış, yalnız 2020-ci ildə İsmayıllı Notariat Kontoruna müraciət edərək mirası ələ keçirməyə çalışmışdır. Vahidin birinci arvadı vəfat etdikdən sonra ondan qalan mirası Vahid qəbul etmiş, Vahid vəfat etdikdən sonra ondan qalan mirası isə faktiki o qəbul etmişdir. O, mərhum ərindən miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün İsmayıllı Notariat Kontoruna müraciət etmiş, lakin mirasın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş 6 aylıq müddətin buraxıldığı və miras əmlakın faktiki qəbulu üçün sübutun olmadığı əsas göstərilərək ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 08 noyabr 2006-cı ildə verilmiş, kitabda 14097 sayla qeyd edilmiş JN-1265F KOD 40719028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,07 hektar həyətyanı torpaq sahəsində mövcud olan ev Vahid tərəfindən Gülqayıtla ailə həyatı qurmamışdan əvvəl inşa edilmişdir. Həmin evin açarı onda olmuş, həyətdə tərəvəz məhsulları əkib becərmişdir. Odur ki, qeyd olunan hallar nəzərə alınaraq iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 12.11.2020-ci il tаrixli, 2(037)-631/2020 saylı qətnаməsi ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 12.11.2020-ci il tаrixli, 2(037)-631/2020 saylı qətnаməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apelyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, prosesdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 12.11.2020-ci il tаrixli, 2(037)-631/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, İddiaçı tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 08 noyabr 2006-cı ildə verilmiş, kitabda 14097 sayla qeyd edilmiş JN-1265F KOD 40719028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,07 hektar həyətyanı torpaq sahəsi üzrə mirasın qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki hallarını tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilərək nəticədə əsassız qətnamə çıxarılmışdır. İddia tələbini tamamilə rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı əri Vahid Hacıyevin vəfatından sonra qanunla müəyyən edilmiş müddət ərzində mirasın qəbulu barədə notariat kontoruna hər hansı bir ərizə verməmiş, mirasa faktiki sahiblik etməmiş, mirası qəbul etməsinə dair hər hansı bir zəruri hərəkətləri yerinə yetirməmiş, mirasın qəbul edilmə müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı mərhum əri Vahid Hacıyev vəfat etdikdən sonra miras evdə yaşamamış, əmlak vergisini, kommunal xidmətlər üçün haqları ödəməmiş, miras əmlaka sahiblik etməyə, əmlakı idarə etməyə faktiki başlamamış, bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməmiş və bunlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, mərhum X10 iddiaçının əri olmuşdur. Vahidin birinci arvadı Gülqayıt Hacıyeva vəfat etdikdən sonra 25 noyabr 2011-ci il tarixdə onunla rəsmi nikaha daxil olmuşdur. Vahid 2-ci qrup əlil olmaqla lal-kar olmuşdur. Vahidin Gülqayıtla olan nikahından övladı olmamış və ona görə də Gülqayıt sağlığında bacısının qızı olan Cavabdeh2 övladlığa götürmüşdür. Gülqayıt 2010-cu ildə vəfat etdikdən sonra Sevinc həqiqi valideynlərinin yanına qayıtmışdır. Vahid 2018-ci ildə vəfat etmişdir. İddiaçı mərhum ərindən miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün İsmayıllı Notariat Kontoruna müraciət etmiş, lakin mirasın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş 6 aylıq müddətin buraxıldığı və miras əmlakın faktiki qəbulu üçün sübutun olmadığı əsas göstərilərək ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 08 noyabr 2006-cı ildə verilmiş, kitabda 14097 sayla qeyd edilmiş JN-1265F KOD 40719028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,07 hektar həyətyanı torpaq sahəsində mövcud olan ev Vahid tərəfindən Gülqayıtla ailə həyatı qurmamışdan əvvəl inşa edilmişdir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən məhkəmələr mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 2000-ci ilin sentyаbr аyının 1-dən qüvvəyə minmiş Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 1133-cü mаddəsində göstərilir ki, ölmüş şəxsin (mirаs qоyаnın əmlаkı bаşqа şəxslərə (vərəsələrə) qаnun üzrə və yа vəsiyyət üzrə və yа hər iki əsаslа keçir. Qаnun üzrə vərəsəlik (ölmüş şəxsin əmlаkının qаnundа göstərilmiş şəxslərə keçməsi) о zаmаn qüvvədə оlur ki, mirаs qоyаn vəsiyyətnаmə qоymur, yаxud vəsiyyətnаmə tаmаmilə və yа qismən etibаrsız sаyılır. Həmin Məcəllənin 1134.1-cü mаddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145 və 1146-cı mаddələrinə əsаsən mirаs fiziki şəxsin ölümü və yа məhkəmə tərəfindən ölmüş elаn edilməsi ilə аçılır. Mirаs qоyаnın öldüyü gün və yа fiziki şəxsin ölmüş elаn edilməsi bаrədə məhkəmə qаrаrının qüvvəyə mindiyi gün mirаsın аçıldığı vаxt sаyılır. Həmin Məcəllənin 1243.1-ci mаddəsinə əsаsən mirаsı istər qаnun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki apelyasiya şikayəti qismən əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsində şahid X5 ifadə verərək göstərmişdir ki, iddiaçı qardaşı arvadı, cavabdeh isə baldızı qızıdır. Qardaşı Vahid xəstə olanda iddiaçı ona qulluq etmişdir. Qardaşı Vahid vəfat etdikdən sonra evdə iddiaçı qalmışdır. Hazırda həmin evin açarı iddiaçıda, işıq kartı isə ondadır. Torpaq pulu ödənilməmişdir. Həmçinin birinci instansiya məhkəməsində şahid X3 ifadə verərək göstərmişdir ki, iddiaçı qardaşı arvadı, cavabdeh isə baldızı qızıdır. Qardaşı Vahid xəstə olanda ona iddiaçı qulluq etmişdir. Qardaşı Vahid vəfat etdikdən sonra evdə iddiaçı qalmış və əmlakları da oradadır. Həmin evin açarı iddiaçıdadır. O, həmin həyətdə tərəvəz məhsulları əkmişdir. Bundan əlavə birinci instansiya məhkəməsində şahid X4 ifadə verərək göstərmişdir ki, iddiaçı qardaşı arvadı, cavabdeh isə baldızı qızıdır. O. İsmayıllı rayonu Diyallı kəndində yaşayır. Mübahisəli evdə iddiaçı ilə bacısı Qızbacı yaşayır. Məhkəmə kollegiyası şahid ifadələrini ağlabatan, real və səmimi qəbul edərək iş üzrə ən mötəbər sübut kimi qəbul etməyi məqsədəmüvafiq hesab edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 12.11.2020-ci il tаrixli, 2(037)-631/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, İddiaçı tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 08 noyabr 2006-cı ildə verilmiş, kitabda 14097 sayla qeyd edilmiş JN-1265F KOD 40719028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə 0,07 hektar həyətyanı torpaq sahəsi üzrə mirasın qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 12.11.2020-ci il tаrixli, 2(037)-631/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, İddiaçı tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 08 noyabr 2006-cı ildə verilmiş, kitabda 14097 sayla qeyd edilmiş JN-1265F KOD 40719028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,07 hektar həyətyanı torpaq sahəsi üzrə miras qiyan X6 09 sentyabr 2018-ci ildə ölməsi ilə açılmış mirasın qəbul edilməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 12.11.2020-ci il tаrixli, 2(037)-631/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 08 noyabr 2006-cı ildə verilmiş, kitabda 14097 sayla qeyd edilmiş JN-1265F KOD 40719028 nömrəli torpağın X6, X2 və Cavabdeh2 mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,07 hektar həyətyanı torpaq sahəsi üzrə miras qiyan X6 09 sentyabr 2018-ci ildə ölməsi ilə açılmış mirasın qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ələddin Məcidov
Məhkəmə qərarları › İş №2(107)-577/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-577/2021
21.04.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver