Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-579/2021 23.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğl və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X6 iclas katibliyi, iddiaçı “xxxx” QSCnin nümayəndəsi X4 və Cavabdeh1 iştirakı ilə İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyətinın cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi və həmin evin boşaldılması tələbinə dair”mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-529/2020 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı “xxxx” Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Qax şəhəri, Şota Rustaveli küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməklə onların həmin evdən məcburi çıxarılması və fərdi yaşayış evini boşaldaraq İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin İddiaçı QSC iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə verərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 Qax şəhəri, Şota Rustaveli küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməklə onların həmin evdən məcburi çıxarılması və fərdi yaşayış evini boşaldaraq İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-529/2020 nömrəli (hakim M.Qarayev) qətnaməsi ilə iddia təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 Qax şəhəri, Şota Rustaveli küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinə istifadə hüquqları itirilməklə onlar həmin evdən məcburi çıxarılmaları və fərdi yaşayış evi boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 аpelyаsiyа şikаyəti verərək birinci instаnsiyа məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ona pulun ödənilməsi üçün müddət verilməsini xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qax rayon Məhkəməsinin xx xxxx 2016-ci il tarixli 2(024)-578/2016 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1, X2 və X5 müştərək qaydada cəmi 17803.17 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Qax şəhəri, Şota Rustaveli küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(107)-1051/2016 saylı qətnaməsi ilə Qax Rayon Məhkəməsinin qətnaməsi cərimə və fərdi yaşayış evinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Hazırda Qax şəhəri, Şota Rustaveli küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış alınmışdır. Bundan sonra, Qax şəhəri, Şota Rustaveli küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evini 10 (on) gün ərzində könüllü olaraq boşaldılması və Banka təhvil verilməsi barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xəbərdarlıq məktubu göndərilmişdir. Lakin verilmiş müddətin başa çatmasına baxmayaraq cavabdehlər fərdi yaşayış evini könüllü olaraq boşaldaraq Banka təhvil verməmişdirlər. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Qax şəhəri, Şota Rustaveli küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evində bu günə kimi hələ də qeydiyyatdadırlar, bununla da cavabdehlər əmlak üzərində mülkiyyətçi kimi hüquqlarının həyata keçirilməsinə mane olur. Azərbaycan Respublikası Qax Rayon İcra Hakimiyyəti Başçısının Qax şəhər X9 üzrə Nümayəndəliyi tərəfindən verilən 48 saylı xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, cavabdehlər hazırda yuxarıda qeyd olunan fərdi yaşayış evində qeydiyyatdadırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələblərinə görə, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən “Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur”. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun Verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Odur ki, göstərdiklərini nəzərə alaraq məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 Qax şəhəri, Şota Rustaveli küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməklə onların həmin evdən məcburi çıxarılması və fərdi yaşayış evini boşaldaraq İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, İddiaçı QSC-dən 16.000 (on altı min) ABŞ dolları məbləğində pul almışdır. Həmin vaxt dolların dəyəri 0,78 qəpik olmuşdur. O, pula pomidor parnikləri qurmuş və işlədiyi dövrdə beş ay 1000 manat ödəmişdir. Bu ödəmə daxili bazarın hesabına olmuşdur. Sonradan bankdan aldığı pulu ödəyə bilməmişdir. Ona görə də evini hərraca qoymuşlar. Həmin müddətdən o həm də işsidir. Son il yarımdır ki, məğulluq vasitəsi ilə işə düzəlmişdir. İşə başlayan kimi o banka müraciət etmişdir ki, maaşında tutsunlar. Ancaq ona bir söz verməmişlər. Sonda onu məhkəmə yolu ilə evindən çıxarılmasına dair qətnamə çıxarmışlar. Qeyd edilənlərə əsasən Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-529/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və ona pul ödəməyə müddət verilməsini xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirake Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o bu gün də Bankın pulunu ödəməkdən yayınmır, sadəcə bir neçə ay vaxt verilməsini xahiş edir. Ona görə də ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, cavabdeh tərəf apellyasiya şikayəti verməklə süni şəkildə yubanmalar yaradır. Bank bu gün də cavabdeh tərəflə qarşılıqlı razılğa gəlməkdə maraqlıdır. Hesab edir ki, apellyasiya şikayəti əsassızdır, ona görə də məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-529/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli (qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********77-10301), RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışına əsasən əmlak mülkiyyət hüququ ilə “xxxx” Qapalı Səhmdar Cəmiyyətinə məxsusdur. RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ümumi sahəsi 42.2 kvm, torpaq sahəsi 0.09 ha olan fərdi yaşayış evi Qax şəhəri, Şota Rustaveli küçəsi 17-də yerləşir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi arayışlarından görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Qax şəhəri, Şota Rustaveli küçəsi 17-də qeydiyyatdadırlar. Azərbaycan Respublikası DİN Qax RPŞ-nin verdiyi arayışdan görünür ki, X3 Qax şəhəri, Şota Rustaveli küçəsi 17-də qeydiyyatdadır. xx.xx.2020-ci il tarixli, № ********* saylı ödəniş qəbzindən görünür ki, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldırmaq üçün 10.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.5-ci maddələrinə istinadən hesab etmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kоllegiyаsı, birinci instаnsiyа məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli əmlakla bağlı hüquqların araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə görə heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda və ipoteka qoyulmuş ev satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Beləlilkə məhkəmə kollegiyasının iclasında müəyyən olundu ki, Qax Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli 2(024)-578/2016 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1, X2 və X5 müştərək qaydada cəmi 17803.17 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Qax şəhəri, Şota Rustaveli küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(107)-1051/2016 saylı qətnaməsi ilə Qax Rayon Məhkəməsinin qətnaməsi cərimə və fərdi yaşayış evinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır. Hazırda Qax şəhəri, Şota Rustaveli küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarış alınmışdır. Bundan sonra, Qax şəhəri, Şota Rustaveli küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evini 10 (on) gün ərzində könüllü olaraq boşaldılması və Banka təhvil verilməsi barədə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xəbərdarlıq məktubu göndərilmişdir. Lakin verilmiş müddətin başa çatmasına baxmayaraq cavabdehlər fərdi yaşayış evini könüllü olaraq boşaldaraq Banka təhvil verməmişdirlər. Göründüyü kimi cavabdehlərin həmin evdən istifadə hüquqlarının qalması üçün hər hansı bir hüquqi əsası yoxdur. Məhz bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətin dəlilləri əsassızdır və şikayətlərdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, apelyasiya şikayətinin dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olduğundan, əslində birinci instansiya məhkəməsinin hansı halları tam və hərtərəfli araşdırmalı olduğu açıqlanmamış, ədalət prinsiplərinin nə üçün pozulduğu göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(024)-529/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-579/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-579/2021
23.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver