Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-579/2024 16.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, ləğv, qaytarma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 2(019)-789/2019 nömrəli qətnaməsindən X3 və X4 verdikləri apellyasiya şikayətinin müəyyən edilmiş müddət keçdikdən sonra verildiyi üçün geri qaytarılması barədə Balakən Rayon Məhkəməsinin 9 fevral 2024-cü il tarixli, 2(019)-789/2019 nömrəli qərardadından X5 və X10 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Talalar kəndində yerləşən 1.37 ha pay torpaq sahəsindən Cavabdeh çıxarılması,həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı2 və digərlərinin mülkiyyətinə verilmiş Balakən rayonu Talalar kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 0061 cizgidə göstərilmiş 12975 kvm torpaq sahəsinə dair torpağın alqı-satqısı üçün İddiaçı1 və İddiaçı2 verdiyi 15000 (on beş min) AZN məbləğində pulun İddiaçı1 və İddiaçı2 alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 2(019)-789/2019 nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, Cavabdeh, İddiaçı1, İddiaçı2 və digərlərinin ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Talalar kəndində yerləşən 1.30 ha (JN 0061 cizgidə göstərilən 12975 kv.metr) kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və mülkiyyətçilərin həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, ilk iddianın qaldırılması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumunun ilk iddia üzrə Cavabdeh tutularaq, ilk iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı1, İddiaçı2 və digərlərinin mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün verilmiş Balakən rayonu Talalar kəndində yerləşən JN 0061 cizgidə göstərilmiş 12975 kvm (1.30 ha) torpaq sahəsinə dair torpağın alqı-satqısı üçün İddiaçı1 və İddiaçı2 verilmiş 15000 (on beş min) AZN məbləğində pulun İddiaçı1 və İddiaçı2 alınaraq, Cavabdeh verilməsi, qarşılıqlı iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı2 tutulub, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi, torpaq sahəsindən çıxarılma və pulun verilməsinin eyni vaxtda icra olunması qət edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində göstərilən X5 və X2 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-789/2019 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişlər. Balakən Rayon Məhkəməsinin 9 fevral 2024-cü il tarixli, 2(019)-789/2019 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. X5 və X10 qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Balakən Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(019)-789/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 9 fevral 2024-cü il tarixli, 2(019)-789/2019 nömrəli qərardadı ləğv edilməli, Balakən Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 2(019)-789/2019 nömrəli qətnaməsindən X5 və X10 tərəfindən verilmiş apelyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin materialları Balakən Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasına dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-789/2019 nömrəli qətnaməsindən İddiaçı1 və İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(019)-503/2020 nömrəli qətnaməsinə əsasən İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-789/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-789/2019 nömrəli qətnaməsi xx.xx.2020-ci il tarixdə qanuni qüvvəsini almışdır. Lakin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi göstərilən X3 və X4 Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-789/2019 nömrəli qətnaməsindən apellyasiya şikayəti xx.xx.2024-cü ildə ekabinet vasitəsilə elektron qaydada Balakən Rayon Məhkəməsinə daxil olmuşdur. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyi üçün geri qaytarılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 2(019)-789/2019 nömrəli işi üzrə hazırki apellyatorlar olan X5 və X10 işə cəlb edilməmiş, həmin iş üzrə qəbul edilmiş yekun məhkəmə qətnaməsi də onlara rəsmi qaydada təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, hazırki halda məhkəmə qətnaməsi X5 və X6 rəsmi qaydada verilmədiyindən həmin qətnamədən onlara münasibətdə müddətin ötməsi də mümkün deyildir. Apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin normalarına uyğunluğunun yoxlanılması birinci instansiya məhkəmələrinin səlahiyyətində olduğundan hazırki Balakən Rayon Məhkəməsinin 9 fevral 2024-cü il tarixli, 2(019)-789/2019 nömrəli qərardadı ləğv edilməli, mülki iş apellyasiya şikayətinin uyğunluğunun yenidən yoxlanılması üçün Balakən Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Məhkəmə X5 və X10 tərəfindən verilmiş hazırki apellyasiya şiakyətinin uyğunluğunu yenidən yoxlayarkən aşağıdakıları nəzərə almalıdır. Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 04/2020 nömrəli 14 oktyabr 2020-ci il tarixli Qərardadında göstərilmişdir ki, məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, şikayətin bu əsasla geri qaytarılması apelyasiya instansiyası məhkəmələri tərəfindən şikayətin mümkünlüyünün yoxlanılması mərhələsində, onun qeyri-mümkün hesab edilməsinə dair qərardadın qəbulu yolu ilə, kassasiya instansiyası məhkəməsi tərəfindən isə şikayətin icraata qəbulu mərhələsində şikayətin icraata qəbulundan imtina haqqında qərardadın qəbulu yolu ilə həyata keçirilməlidir. Apelyasiya instansiyası məhkəməsi qeyri-mümkünlük haqqında qərardadı qəbul etməklə yanaşı, şikayət verən tərəfə mübahisələndirmək istədiyi həmin hissənin kassasiya qaydasında yoxlanılmadığı halda kassasiya şikayəti vermək hüququnu izah etməlidir. Belə ki, hər bir halda apelyasiya instansiyası məhkəməsi özünün qanuni qüvvədə olan və mübahisələndirilməyən qətnaməsi mövcud olduğu halda işə eyni hissədə digər tərəfin şikayəti əsasında yenidən baxmaqla həmin qətnamə ilə müəyyən edilmiş halları təkzib edə biləcək yeni qətnamə çıxarmaq imkanına malik olmadığından, həmin iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız kassasiya instansiyası məhkəməsində mübahisələndirilə bilər. Çünki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu və onun qanuni qüvvəsini itirməsini yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq yuxarı instansiya məhkəməsi müəyyən edə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.İbrahimovanın şikayəti üzrə 2017-ci il 08 iyun tarixli Qərarı). Mülki prosessual qanunvericilikdə nəzərdə tutulan məhdudiyyətlərlə bağlı qeyd olunmalıdır ki, hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət etməlidir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Balakən Rayon Məhkəməsinin 9 fevral 2024-cü il tarixli, 2(019)-789/2019 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət qismən təmin edilməli, Balakən Rayon Məhkəməsinin 9 fevral 2024-cü il tarixli, 2(019)-789/2019 nömrəli qərardadı ləğv edilməli, Balakən Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 2(019)-789/2019 nömrəli qətnaməsindən X3 və X10 tərəfindən verilmiş apelyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin materialları Balakən Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X5 və X10 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Balakən Rayon Məhkəməsinin 9 fevral 2024-cü il tarixli, 2(019)-789/2019 nömrəli qərardadı ləğv edilsin. Balakən Rayon Məhkəməsinin 19 noyabr 2019-cu il tarixli 2(019)-789/2019 nömrəli qətnaməsindən X5 və X10 tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin materialları Balakən Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-579/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-579/2024
16.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver