Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-583/2021 19.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Hümmətov Hümmət Həmid oğlunun katibliyi, İddiaçı vəkili X15, Cavabdeh, üçüncü şəxslər X8 və X4 iştirakı ilə, Qax Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(024)-492/2020 saylı qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mərhum X2 miras qalmış Qax rayonu Qaşqaçay kəndində yerləşən 2 otaqlı evdən onun miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(024)-492/2020 saylı qətnaməsi ilə (hakim M. Qarayev) iddia tələbi təmin edilmiş, mərhum X2 miras qalmış Qax rayonu Qaşqaçay kəndində yerləşən 2 otaqlı evindən ibarət miras əmlaka vərəsəlik açılması və həmin əmlak üzərində İddiaçı miras payı tam müəyyən edilərək ona verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, atası rəhmətə getdikdən sonra vərəsələr kimi həyat yoldaşı övladları qalmışdır. Atası vəfat etdikdən sonra o Rusiya Federasiyasına getmiş və pasport problemlərinə görə 2018-ci ilə qədər orada qalmışdır. 2018-ci ildən sonra isə o, ailəsinin əmlakı olan evin bir otağında yaşamışdır. Apelyator həmçinin qeyd etmişdir ki, atası öldükdən sonra onun vərəsələri notariat orqanına müraciət edərək mirası qəbul etməmişdir. Onun anası isə uzun müddət həmin evdə yaşamış və 1998-ci ildə rəhmətə getmişdir və faktiki olaraq özünə düşən payı qəbul etmişdir. Həmçinin həmin miras əmlakı olan ev onun atası və anasının birgə nikahı dövründə əldə olunmuşdur. Belə olan halda onun anası mirasda payı ½ hissə və ½ hissənin 1/6 hissədə olmuşdur. Lakin işi araşdıran birinci instansiya məhkəməsi anasının payını və onun ölümündən sonra vərəsələrinin mirası qəbul edib-etmədiyini araşdırmamışdır. Apelyator isə faktiki olaraq anası və atasından qalan mirası qəbul etmişdir. Belə ki, o atasının ölümündən 20-30 gün sonra Rusiya Federasiyasına getmiş və 2018-ci ilə qədər qayıtmamışdır. 2018-ci ildən etibarən isə həmin mübahisəli əmlakda yaşayır. Göründüyü kimi o əmlakdan imtina etməmişdir. Sadəcə xaricdə olduğu üçün miras payını qəbul edə bilməmişdir. Odur ki, göstərilən hallara əsasən apellyasiya şikayəti təmin edilməli, Qax Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(024)-492/2020 saylı qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini Qax Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(024)-492/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Üçüncü şəxslər X20, X12 ədalətli qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı qıznın vəkili X29 apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(024)-492/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxslər X38, X39 məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir və heç bir üzürlü səbəblər göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib tərəflərin izahatını dinləyərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(024)-492/2020 saylı qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Yaqubov Zəkəriyyə İsrafil oğlu 1991-ci ildə ölmüşdür. Ona görə də, məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab etmişdir ki, mərhumün onun ölümü ilə yaranan vərəsəlik münasibətləri araşdırılarkən 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin normaları əsas götürülməlidir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, X23 ölümündən əvvəl və sonra onun vərəsəsi olan Afər Yaqubov ölənə kimi (öz ailə üzvləri ilə birlikdə) həmin evdə yaşamış və mirası faktiki qəbul etmişdir. Məhkəmə 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 552-ci maddəsinə istinad edərək tərəflərin diqqətinə çatdırmışdır ki, həmin Mülki Məcəllədə zəruri şərt kimi vərəsənin mirası əldə etməsi (habelə vərəsəlik hüququnun aradan qalxmaması) üçün mirasın qəbul edilməsi nəzərdə tutulmuşdur. Dolayısı ilə, şəxs mirası ya faktiki olaraq, ya da rəsmi şəkildə qəbul etmədikdə miras əmlaka vərəsəlik hüququnu itirmiş olurdu. Belə ki, mirasın rəsmi qəbulu notariat orqanına bu barədə ərizə verilməsi ilə reallaşır, faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir, belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. X23 vəfat etdiyi günə kimi onunla bir ünvanda arvadı X30 və oğlu X24 qalmış, onun miras əmlakını onunla bir ünvanda yaşayan oğlu X25 idarə etməklə mirası faktiki qəbul etmişlər. Z.Yaqubovun digər vərəsələri isə mirası nə faktiki, nə də rəsmi ərizə verməklə həmin mirası qəbul etməmişlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır. Zəkəriyyə Yaqubov 25 mart 1991-ci il tarixdə öldükdən sonra miras əmlak olan Qax rayonu Qaşqaçay kəndində yerləşən fərdi yaşayış evi oğlu Afər Yaqubov tərəfindən faktiki qəbul edilmiş, Cavabdeh (o cümlədən digər vərəslər) tərəfindən isə nə faktiki, nə də rəsmi qəbul edilmədiyindən sonuncu, miras əmlaka dair özünün qanun üzrə vərəsəlik hüququnu aradan qaldırmışdır. Zəkəriyyə Yaqubovun vərəsəsi mirası faktiki qəbul etmiş Afər Yaqubov 27.06.2015-ci il tarixdə ölmüşdür. Afər Yaqubovun ölümü 2000-ci ildən sonraya təsadüf etdiyindən onun ölümü ilə yaranmış münasibətlərə hazırda qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilmişdir. X50 miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək öldüyü üçün mirasdan pay almaq hüququ onun vərəsələri olan iddiaçılar İddiaçı, Abduyeva (Yaqubova) Esmira Afər qızı, X26 və X1 (irsi transmissiya). X48 digər vərəsələri X39 və X38 məhkəməyə ərizə təqdim edərək X2 miras qalmış əmlakdan onlara düşən paydan imtina etdiklərini, həmin əmlakı faktiki qəbul etmədiklərini və gələcəkdə həmin əmlakla bağlı iddia qaldırmayacaqlarını göstərimişlər. Afər Yaqubovun digər vərəsəsi olan Abduyeva (Yaqubova) Esmira Afər qızı isə miras əmlakı qəbul etmək üçün notariat orqanına müraciət edib vərəsəlik haqqında şəhadətnamə almamış, mirası faktiki qəbul etməmişdir. Məhkəmə tərəfindən bu hal həmin vərəsənin susması və miras əmlakdan imtinası kimi qiymətləndirilməlidir. Ona görə də, X39, X38 və X16 və eləcə də Zəkəriyə Yaqubovun digər vərəsələri X13, X25, Cavabdeh Zəkəriyə oğlu və X10 miras əmlakdan imtina edilmiş payları iddiaçı tək vərəsə İddiaçı verilməlidir. Birinci instansiya məhkəməsi mülki iş üzrə gəldiyi nəticəni 2000-ci ilədək qüvvədə olan Mülki Məcəllənin 552-ci, 532-ci, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı, 60-cı, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 6-cı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci, 1147.1-ci, 1134.1-ci, 1151.1-ci, 1159.1-ci, 1159.1.1ci, 1252-ci, 1273-1-ci, 1166-cı, 1243.1-ci maddələri ilə əsaslandırmışdır. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci, 77.1-ci, 217.4-cü, 218.1-ci maddələrinə istinad etmişdir. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddiaçının iddia tələbini tam təmin etməklə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki hallarını araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə düzgün olmayan qətnamə çıxarmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, mərhum X9 25.03.1991-ci il tarixdə vəfat etmiş və ondan Qax rayonu Qaşqaçay kəndində yerləşən 2 otaqlı ev miras qalmışdır. X11 arvadı X30 22.04.1998-ci ildə ölmüşdür. O, 29.11.1986-cı il tarixdə X24 ilə nikahlarını rəsmi qeyd etdirməklə ailə qurmuş və həmin vaxtdan da qaynatası Zəkəriyyə Yaqubova məxsus olan Qax rayonu Qaşqaçay kəndində yerləşən fərdi yaşayış evinə köçərək orada yaşamışdır. Həmin evin yerləşdiyi 0.08 ha həyətyanı torpaq sahəsi da onun və iki oğlu və qızının paylı mülkiyyətindədir. X23 övladları olan qızı Xanım 1968-ci ildə ərə getmiş, həmin tarixdən də miras əmlakdan çıxmışdır. Oğulları Vaqif, Arif və Akif isə keçən əsrin 70-ci illərində Zəkəriyyə Yaqubovun sağlığında həmin evi tərk etmişlər. Zəkəriyyə Yaqubovdan miras qalmış fərdi yaşayış evində onun ölümünə qədər və ölümündən sonra da o, hazıradək, mərhum əri Afər ölənədək və övladları miras qalmış evdə yaşamışlar. Övladları miras əmlakdan özlərinə düşən paydan imtina etmişlər. Göstərdiklərini nəzərə alaraq məhkəmədən mərhum X2 miras qalmış Qax rayonu Qaşqaçay kəndində yerləşən 2 otaqlı evdən onun payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya hesab edir ki, apelyasiyanın dəlilləri və iddia ərizəsi qismən əsaslıdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni aşağıdakılarla əsaslandır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, miras qoyan X9 1991-ci ildə, arvadı X30 1996-cı ildə vəfat etmiş, onun X17, X25, X24 (27.06.2015-ci ildə vəfat etmişdir.), Cavabdeh və X6 ibarət vərəsələri qalmışdır. X17 1969-cu ildə ərə gedərək Qax şəhərinə köçmüş, oğlu X7 rayonu Qaşqaçay kəndində ev tikərək 1978-ci ildən ailəsi ilə həmin evdə yaşamış, oğlu Cavabdeh 20.10.1988-ci ildən qeydiyyatdan çıxaraq Rusiya Federasiyasına getmiş, 2018-ci ilin iyul ayından hazırki vaxtadək Qax rayonu Qaşqaçay kəndində qeydiyyatsız yaşayır, oğlu X18 22.01.1986-cı ildən qeydiyyatdan çıxaraq Rusiya Federasiyasına getmiş, hal-hazırda ailəsi ilə birlikdə orada yaşayır. Mərhumun vərəsəsi olan X24 27.06.2015-ci ildə ölmüş və onun arvadı İddiaçı, Abduyeva (Yaqubova) Esmira Afər qızı, X26 və X21 ibarət vərəsələri qalmışdır. Hazırda İddiaçı miras əmlak olan Qax rayonu Qaşqaçay kəndində yerləşən yaşayış sahəsi 40 kv.m-də ibarət 2 otaqlı fərdi yaşayış evində yaşayır. Miras qoyan X2 Qax rayonu Qaşqaçay kəndində yerləşən yaşayış sahəsi 40 kv.m-də ibarət 2 otaqlı fərdi yaşayış evi miras qalmışdır. İlk növbədə qeyd olunmalıdır ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qüvvədə olan qanunvericilik mirasın qəbul olunmasının müddətini və qaydalarını müəyyənləşdirib. Miras qalmış mülkün qəbul edilməsi ilə bağlı kollegiya bildirir ki, mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyriformal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Kollegiya qeyd etməyi lazım bilir ki, cavabdeh və üçüncü şəxslər iddiaçının miras əmlakı vərəsəlik qaydasında qəbul etməsini mübahisələndirmirlər. Ancaq vərəsə olaraq miras əmlakda onların da müəyyən miqdarda paylarının olduğunu qeyd edirlər. 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Аzərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə görə, vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürülənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbəli vərəsələr sırasına daxildir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus olur. İşin məyyən edilmiş hallarından aydın olur ki, miras qoyan X9 1991-ci ildə öldükdən sonra onun oğlu X24 atasından qalmış mirası özünün payına münasibətdə faktiki olaraq qəbul etmiş və miras əmlakda ailəsi ilə birlikdə yaşamaqda davam etmişdir. X24 27.06.2015-ci il tarixdə ölmüşdür. Hazırda iddiaçı miras əmlakın bütünlüklə ona verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının bu tələbi ilə qismən razılaşır. Belə ki, X24 birinci növbə vərəsə olaraq özünün payına düşən miras kütləsini faktiki qəbul etmiş və öz adına vərəsəlik şəhadətnaməsi almadan ölmüşdür. Onun payına düşən miras kütləsi isə mirasın 1/5 hissəsi olmuşdur. İddiaçının iddia tələbi o vaxt tam təmin edilə bilərdi ki, onun mərhum əri atasından qalmış mirasın bütünlüklə onun tərəfindən qəbul edilməsi barədə vərəsəlik şəhadətnaməsi almış olsun və yaxud iddiaçı miras qoyanın birinci növbə vərəsəsi olsun, eyni zamanda digər vərəsələr mirası qəbul etməmiş olsun. X24 27.06.2015-ci il tarixdə öldüyündən kollegiya hesab edir ki, iddiaçının payına qiymət verilərkən həmin vaxt qüvvədə olan Mülki Məcəllənin normaların uyğun qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Göründüyü kimi qanunverici hazırkı halda iddiaçıya ərinə münasibətdə pay almaq hüququ tanımışdır. Ona görə də kollegiya hesab edir ki, iddiaçının iddia tələbi ərinin payına münasibətdə təmin edilməlidir. Məhkəmə kollegiyası X14 vərəsələri olan uşaqlarının payı ilə bğlı aşağıdakları qeyd edir. İş materialları ilə müəyyən edilir ki, X24 27.06.2015-ci ildə ölmüş, arvadı İddiaçı, Abduyeva (Yaqubova) Esmira Afər qızı, X38 və X21 ibarət vərəsələri qalmışdır. İş materiallarının 51-ci səhifəsində olan ərizədən görünür ki, iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsaslanaraq iddia tələbinin həcmini artıraraq X38 və X32 iddiaçı kimi işə cəlb edilməsini xahiş etmiş, birnci instansiya məhkəməsi də Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinin tələblərini pozaraq ərizəni icraata götürmüşdür. Halbuki, Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı tərəf isə ərizədə iddianın əsasını və ya predmetini dəyişməyib, iddia tələbinin həcmini artırmayıb, ya azaltmayıb. X5 və X32 iddiaçı kimi tanınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 55.1-ci maddəsinə əsasən Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər məhkəmə qətnamə çıxarana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. X19 və X3 predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər kimi işə qoşula bilərdi. Bununla belə məhkəmə kollegiyası X14 vərəsələri olan uşaqları Abduyeva (Yaqubova) Esmira Afər qızı, X38 və X27 payına münasibət bildirərək qeyd edir ki, X38 və X39 atalarından qalmış mirasdan analarının xeyrinə imtina etmişlər. Afər Yaqubovun digər vərəsəsi olan Abduyeva (Yaqubova) Esmira Afər qızı isə miras əmlakı qəbul etmək üçün notariat orqanına müraciət edib vərəsəlik haqqında şəhadətnamə almamış, mirası faktiki qəbul etməmişdir. Beləliklə kollegiya hesab edir ki, iddiaçının iddia ərizəsi qismən təmin edilməli, miras qoyan X2 Qax rayonu, Qaşqaçay kəndində yerləşən yaşayış sahəsi 40 kv.m-də ibarət 2 otaqlı fərdi yaşayış evindən X14 payına düşən 1/5 hissəsinə İddiaçı miras payı müəyyən edilməlidir. Məhkəmə kollegiyası digər vərəsələrin mirasda pay hüququnun tanınıb-tanınmasına münasibət bildirərək qeyd edir ki, vərəslərdən X17, X25, Cavabdeh və X22 miras paylarının müəyyən edilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etməmiş, eyni zamanda hər hansı bir tələblə çıxış etməmişlər. Ona görə də məhkəmə kollegiyası onların miras əmlakı vərəsəlik qaydasında qəbul edib-etməmələrini araşdırmağa lüzum görmür və onların paylarının açıq saxlanmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin sözügedən qətnaməsinin ləğv edilməsi üçün kifayət qədər əsas var. Ancaq iddianın tamamilə rədd edilməsinə əsaslar yoxdur. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Qax Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(024)-492/2020 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, iddia ərizəsi qismən təmin edilməli, miras qoyan X2 miras qalan Qax rayonu Qaşqaçay kəndində yerləşən yaşayış sahəsi 40 kv.m-də ibarət 2 otaqlı fərdi yaşayış evindən X14 payına düşən 1/5 hissəsinə İddiaçı miras payı müəyyən edilməli, iddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qax Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(024)-492/2020 saylı qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi qismən təmin edilsin. Miras qoyan X2 miras qalan Qax rayonu Qaşqaçay kəndində yerləşən yaşayış sahəsi 40 kv.m-də ibarət 2 otaqlı fərdi yaşayış evindən X14 payına düşən 1/5 hissəsinə İddiaçı miras payı müəyyən edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-583/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-583/2021
19.05.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver