Məhkəmə qərarları › İş №2(107)-584/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-584/2022

16.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-584/2022 16.05.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər X14, Cavabdeh1, Cavabdeh2 və X7 qarşı "mənzildən çıxarılma” tələbinə dair ilk, cavabdeh X8 İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “mənzilə istifadə hüquqlarının müəyyən edilməsi, həmin mənzilin dövlət reyestrindəki qeydiyyatının etibarsız hesab olunması və RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (mənzildən çıxarılma, mənzilə istifadə hüquqlarının müəyyən edilməsi, mənzilin dövlət reyestrindəki qeydiyyatının etibarsız hesab olunması və Çıxarışın ləğv edilməsi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X17, İddiaçı vəkili Vəkil1 Rəhim qızının, cavabdeh X14, onun vəkili Vəkil2, digər cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdehlər X14, Cavabdeh1, Cavabdeh2 və X7 qarşı "mənzildən çıxarılma” tələbinə dair ilk; cavabdeh X8 İddiaçı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “mənzilə istifadə hüquqlarının müəyyən edilməsi, həmin mənzilin dövlət reyestrindəki qeydiyyatının etibarsız hesab olunması və RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(035)-85/2021 nömrəli qətnaməsindən cavabdeh X14 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları: 1.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 13.09.2018-ci il, qeydiyyat nömrəsi **********, RX seriyalı, ******* saylı olan Çıxarışın notariat qaydasında təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 85.2 kv.m olan mənzil daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində tam mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır.

2. Zərdab şəhər MİS-nin rəisi Z.Əliyev tərəfindən verilmiş 08 saylı, 08.01.2021-ci il tarixli arayışdan görünür ki, X14, Cavabdeh1, Cavabdeh2 və X3 şəhəri 20 Yanvar küçəsi, dalan 5, ev 4-də qeydiyyatda olmalarına baxmayaraq 1990-cı ildən Zərdab şəhəri Azərbaycan küçəsi 19 saylı binanın, 9 saylı mənzilində (indiki Heydər Əliyev prospekti bina 19, mənzil 9) yaşayırlar.

3. Zərdab rayon İcra Hakimiyyətinın Başçısı Aparatının hüquq şöbəsinin müdiri X15, həmin şöbənin məsləhətçisi X21 və Zərdab şəhər MİS-nin rəisi X18 iştirakı ilə tərtib edilmiş 07.08.2020-ci il tarixli Aktdan görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış evinə baxışın keçirildiyi, baxış zamanı mənzildə yaşayışın olmadığı və evin qapısının bağlı olduğu qeyd olunmuşdir.

4. AR ƏMDK yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən Zərdab Rayon Məhkəməsinə ünvanlanmış **********53 saylı, 21.05.2021-ci il tarixli və **********00 saylı, 14.10.2021-ci il tarixli məktublardan və əlavə edilmiş sənədlərdən görünür ki, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 129 saylı evin, 20 saylı mənzili Göyçay Mənzil Təsərrüfat Təmir İstehsalat İdarəsi tərəfindən 11.12.1992-ci ildə bağışlama müqaviləsi əsasında İddiaçı bağışlanmış və 2275 saylı, 03.05.1993-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən ona məxsus olmuşdur. Həmin mənzil İddiaçı tərəfindən Göyçay rayon Dövlət Notariat Kontorunun 08.11.1993-cü il tarixli, 210 saylı alqı-satqı müqaviləsinə əsasən X1. ünvan 4 ünvanında yerləşən mənzil ) daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır.

5. Şəki Apellyasiya Məhkəməsinin 26.04.2022-ci il tarixli 2(107)-584/22 nömrəli qərardadından görünür ki, Zərdab Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(035)-85/2021 nömrəli qətnaməsi qismən-qarşılıqlı iddianın təmin olunmamış “mənzilin dövlət reyestrindəki qeydiyyatının etibarsız hesab olunması və RX seriyalı ******* saylı Çıxarışın ləğv edilməsi” hissəsində ləğv edilmiş və bu hissədə iş üzrə icraata xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

6.İlk iddia üzrə İddiaçı cavabdehlər X14, Cavabdeh1, Cavabdeh2 və X7 qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərin Zərdab şəhəri H.Əliyev prospekti, 19 saylı evin, 9 saylı mənzilindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.Qarşılıqlı iddiaçı X2 Yeganə Daşdəmir qızma qarşılıqlı iddia və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Zərdab şəhəri, H.Əliyev prospekti 19 saylı evin, 9 saylı mənzilinə dair istifadə hüquqlarının müəyyən edilməsi, həmin mənzilin İddiaçı adma dövlət reyestrindəki qeydiyyatının etibarsız hesab olunması və AR ƏMDK yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 13.09.2018-ci il tarixdə hüquqi qeydiyyatdan keçməklə RX seriyalı, ******* saylı Çıxarışın ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 8.İlk iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Zərdab rayon X16 İcraiyyə Komitəsinin 15.03.1990-cı il tarixli 104 saylı orderinə əsasən Zərdab şəhəri Azərbaycan küçəsi 6-cı məhəllədə 19 saylı binada yerləşən 9 saylı mənzil (indiki Heydər Əliyev prospekti bina 19, mənzil 9) İddiaçı verilmişdir. Sonradan özəlləşdirilmə haqqında qanuna uyğun olaraq o mənzili özəlləşdirmiş və bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 13.09.2018-ci il olan çıxarış verilmişdir. Onun həyat yoldaşı Göyçay rayon Polis Şöbəsində müstəntiq işlədiyi üçün uzun illər Göyçay şəhərində yaşamış və yuxarıda sözügedən mənzilinə gəlməmiş, sonradan uşaqlarının təhsili və həyat yoldaşının xəstəliyi ilə məşğul olduğundan mənzillə əlaqəsi kəsilmişdir. 2018-ci ildə İddiaçı məlum olmuşdur ki, cavabdehlər ona məxsus sözügedən mənzilə qanunsuz daxil olaraq orada yaşayırlar. İddiaçı tələb etməsinə baxmayaraq cavabdehlər sözügedən mənzildən çıxmamışlar. 9.Qarşılıqlı iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Zərdab rayon X16 İcraiyyə Komitəsinin 15.03.1990-cı il tarixli 104 saylı orderinə əsasən Zərdab şəhəri Azərbaycan küçəsi 6-cı məhəllədə 19 saylı binada yerləşən 9 saylı mənzil İddiaçı verilmiş, İddiaçı həmin mənzili Zərdab rayon XDS İK-nin 10.05.1990-cı il tarixli 1 saylı dəyişmə orderinə əsasən Dəmirçiyan (Abullayeva) Roza Ağası qızına məxsus Göyçay şəhəri, (Kommunist) M.Ə.Rəsulzadə küçəsi, 129 saylı evin, 20 saylı mənzili ilə dəyişdirmişdir. Həmin vaxtdan etibarən İddiaçı Göyçay şəhərindəki həmin mənzilə köçərək orada yaşamışdır. Göyçay Mənzil Təsərrüfat Təmir İstehsalat İdarəsi balanssaxlayan kimi 11.12.1992-ci ildə həmin mənzili bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlamışdır. Daha sonra İddiaçı dövlət mənzil fonduna aid olan həmin məzili əvəzsiz olaraq mülkiyyətinə keçirtmiş və bu barədə ona 2275 saylı, 03.05.1993-cü il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Göyçay şəhərindəki mənzili mülkiyyətinə keçirtdikdən sonra İddiaçı həmin mənzili Göyçay rayon Dövlət Notariat Kontorunun 08.11.1993-cü il tarixli, 210 saylı alqı-satqı müqaviləsinə əsasən Rafiq Abdullayev adlı başqa bir şəxsə satmışdır. İddiaçı Göyçay rayonuna köçdükdən sonra sözügedən Zərdab şəhəri, Azərbaycan küçəsi 19 saylı binada yerləşən 9 saylı mənzildə hazırkı cavabdeh Dilşad Məmmədova və onun ailə üzvləri olan digər cavabdehlər yaşamışlar. Dəyişmədən sonra İddiaçı Zərdab şəhəri, Azərbaycan küçəsi 19 saylı binada yerləşən 9 saylı mənzildə yaşamasa da, Zərdab şəhər MİS-nin keçmiş rəisi Kamil Ağayevlə əlaqəyə girərək qanunsuz yollarla sözügedən mənzili də qanunsuz olaraq ələ keçirtmişdir. Belə ki, əvvəllər Zərdab şəhər MİS-nin rəisi olan Kamil Ağayev 18.07.2018-ci il tarixdə balanssaxlayan olan Zərdab şəhər MİS-nin adından mənzildə qeydiyyatda olan Dəmirçiyan (Abullayeva) Roza Ağası qızına qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirlməsi” tələbi ilə məhkəmə qarşısında iddia qaldırmış və Zərdab Rayon Məhkəməsinin 03.09.2018-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək Dəmirçiyan (Abullayeva) Roza Ağası qızının Zərdab şəhəri, Azərbaycan küçəsi 19 saylı binada yerləşən 9 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilmişdir. Bundan sonra Kamil Ağayev İddiaçı xeyrinə saxta arayışlar vermiş və nəticə də sözügedən mənzil “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin tələblərinin pozulması ilə İddiaçı adına özəlləşdirilmiş və bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat tarixi 13.09.2018-ci il olan çıxarış verilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, Dilşad Məmmədova sözügedən mənzili 7000 manat pul verməklə mənzilin əvvəlki sahibi Dəmirçiyan (Abullayeva) Roza Ağası qızından şifahi razılaşmaya əsasən almış, 1990-cı ilin iyun ayından ailə üzvləri ilə birlikdə sözügedən mənzildə yaşamağa başlamışlar və hazırda da yaşayırlar. Hesab edir ki, Dilşad Məmmədova (və onun ailə üzvləri olan digər cavabdehlər) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.1-ci maddəsinə əsasən artıq sözügedən mənzilin mülkiyyətçisinə çevrilmiş və mülkiyyət hüququ əldə etmişdir. Hesab edir ki, qanunvericiliyə uyğun olaraq İddiaçı bir dəfə dövlət mənzil fonuna aid olan mənzili əvəzsiz əldə etmək (özəlləşdirmək) hüququ olmuş və o, bu hüququnu Göyçay şəhəri, (Kommunist) M.Ə.Rəsulzadə küçəsi, 129 saylı evin, 20 saylı mənzili əldə etməklə rallaşdırmışdır. Onun ikinci dəfə dövlət mənzil fonduna aid olan mənzili əvəzsiz əldə etmək (özəlləşdirmək) hüququ olmamışdır. 10.Zərdab Rayon Məhkəməsinin (hakim T.Qubadov) 20 dekabr 2021-ci il tarixli, 2(035)-85/2021 nömrəli qətnaməsi ilə qarşılıqlı iddianın təmin edilməməsi, İlk iddianın təmin edilməsi, cavabdehlər X14, Cavabdeh1, Cavabdeh2 və X5 Zərdab şəhəri H.Əliyev prospekti, 19 saylı evin, 9 saylı mənzilindən çıxarılması qət edilmişdir. 11.Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən Zərdab şəhəri, Azərbaycan küçəsi 19 saylı binada yerləşən 9 saylı mənzil Zərdab rayon XDS-in İK-in 15.03.1990-cı il tarixli 104 saylı orderinə əsasən İddiaçı qızma verilmiş, o, həmin mənzili Zərdab rayon XDS İK-nin 10.05.1990-cı il tarixli 1 saylı dəyişmə orderin əsasən cavabdeh Dəmirçiyan (Abullayeva) Roza Ağası qızı ilə dəyişdirmişdir. Lakin, dəyişmə formal olaraq qalmış, Dəmirçiyan (Abdullayeva) Roza Ağası qızı erməni millətindən olduğu üçün 1990-cı ilin 20 Yanvar hadisələrindən sonra azərbaycanlılarla bir binada yaşaya bilmədiyindən dəyişdiyi mənzildə yaşamamış, mənzillə bağlı kirayə müqaviləsi bağlamamış, mənzilin icarə haqqını ödəməmiş və 1990-cı ilin may ayından daimi yaşamaq üçün məlum olmayan ünvana köçmüşdür.

12. Qarşılıqlı iddiaçı 1990-cı ilin iyun ayından ailə üzvləri ilə birlikdə sözügedən mənzildə yaşamağa başlasalar da, balanssaxlayan olan Zərdab şəhər MİS ilə mənzil kirayə müqaviləsi bağlamamış, mənzilin kirayə haqqını ödəməmiş, mənzilə qeydiyyata düşməmiş, nə də ki, məhkəmə və ya hər hansı bir başqa qaydada mənzilə istifadə hüququnu tanıtdırmamışdır. Qarşılıqlı iddiaçı sözügedən mənzilə dair hüquq verən sənədə (mənzilə köçməyə əsas verən orderə, mənzildə yaşamaq hüququ verən mənzil kirayə müqaviləsinə və s.) malik deyildir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı sözügedən mənzilə dair mülkiyyət hüququ dövlət tərəfindən tanınmış və bu barədə ona AR ƏMDK yanında DƏDRX-i tərəfindən 13.09.2018-ci il olan çıxarış verilmişdir. Həmin çıxarış nə məhkəmə qaydasında, nə də ki, inzibati qaydada ləğv olunmamışdır. Qarşılıqlı iddiaçı sözügedən Zərdab şəhəri, Azərbaycan küçəsi 19 saylı binada yerləşən 9 saylı mənzilin ona məxsus olması və ya mənzilə istifadə hüququnun tanınmasına dair hər hası bir sübutu məhkəməyə təqdim etməmişdir. 13.Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinin 2-ci hissəsinə, 60cı maddəsinin 1-ci hissəsinə, “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, “Azərbaycan Respublikasında mülkiyyət haqqında” 09.11.1991-ci il tarixli Azərbaycan Respublikası qanunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

14.Zərdab Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(035)- 85/2021 nömrəli qətnaməsindən cavabdeh X14 tərəfindən apellyasiya şikayəti verilmişdir. 15.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsini tam qanunsuz, əsassız və qərəzli hesab edir. Məhkəmə maddi və prosesual hüquq normalarını pozmuş, onları düzgün tətbiq etməmişdir. Zərdab şəhəri,(Azərbaycan ) H.Əliyev prospekti, 19 saylı evin 9 saylı 4 otaqdan ibarət, 5834 kv.metr mənzilin kirayəçisi İddiaçı rəsmi müraciəti əsasında Zərdab rayon XDS İk-nın 10 may 1990-cı il tarixli 1 saylı saxta dəyişmə orderi əsasında kirayəçi X11 Göyçay şəhəri,( Kommunist) M.Ə.Rəsulzadə küçəsi, 129 saylı evin,20 savlı mənzilim dəyişdirmişdir. O, 1990-cı ilin iyun ayında Zərdab şəhəri.(Azərbaycan) H .Əliyev prospekti, 19 saylı evin 9 saylı 4 otaqdan ibarət 58.34 kv.metr mənzilini Zərdab rayon XDS-nın rəhbərliyi, Zərdab rayon MİS-nin razılığı ilə mənzilinin sahibi X13 6.000 manat verməklə əldə etmişdir. Yəni mənzilinin qanuni kirayəçisinin və onun ailə üzvülərinin razılığı ilə mənzilə köçərək daimi istifadəçisi olmuşdur. Beləliklə mənzlin daimi istifadəçisi kimi mənzilə sahiblik və ondan istifadə etmişdir. 16.Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin olunması, Zərdab rayon Məhkəməsinin 29.12.2021 tarixli qətnaməsinin ləğv edilərək İlk iddia tələbinin rədd olunması, AR ƏMDK yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı Zərdab şəhəri, H.Əliyev prospekti, 19 saylı evin 9 saylı mənzlinə dair istifadə hüquqlarının müəyyən edilməsi, həmin mənzilin cavabdeh İddiaçı adına dövlət reyestrindəki qeydiyyatının etibarsız hesab olunması və AR ƏMDK yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş 13.09.2018-ci il tarixli seriyalı, ******* saylı Çıxarışın ləğv edilməsinə dair tələbinin təmin edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz verilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X14 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o ailəsi ilə birlikdə 1990-cı ildən həmin mənzildə yaşayır. Həmin vaxtdan bu günə kimi mənzilin kommunal xərclərini onlar ödəmişdir. Mübahisəli mənzili Roza adlı şəxsdən almışdır. Əgər iddiaçı həmin mənzilin sahibi idisə niyə 30 ildən artıqdır ki, heç bir hərəkət etmirdi?! Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. 18.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, birinci instansiya məhkəməsi maddi və prossesual hüquq normalarını pozaraq, əsassız qətnamə qəbul etmişdir. İlkin iddia təmin edilmiş, ancaq onların həmin mənzilə verilmiş çıxarışın ləğv edilməsi barədə iddiası təmin edilməmişdir. Müdafiəçisi olduğu şəxs 1990-cı ilin may ayından həmin mənzilə köçmüş və bu vaxta qədər həmin mənzildə yaşayır. Həmin mənzili Roza Abdullayeva adlı şəxsdən almışdır. İddiaçı həmin mənzili 1993-cü ildə dəyişmə orderi əsasında dəyişib. Həmin evin qeydiyyat vəsiqəsində də Rozanın adı olmuşdur. İddiaçı dəyişmə orderi ilə evi dəyişdikdən sonra Roza Abdullayevanı qeydiyyatdan çıxarıb. Müdafiəçisi olduğu şəxs ailəsi ilə birlikdə 32 ilə yaxın müddətdə orada yaşayır, iddiaçı tərəf həmin müddətdə bir dəfə də olsa bunlara və ya məhkəməyə müraciət etməyib. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. 19.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, onlar 1990-cı ildən bu vaxta qədər həmin mənzildə yaşayır. Mənzilin kommunal ödənişlərini də onlar etmişdir. İddiaçı bir dəfə də olsun həmin evə gəlməmiş, heç bir qonşu iddiaçını tanımır. Apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. 20.Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 da izahat verərək bildirmişdir ki, 1990-cı ildən bu vaxta qədər həmin mənzildə yaşayırlar, mənzilin kommunal ödənişlərini də onlar etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. 21.Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddiaçının vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, apellyasiya şikayətini əsassız hesab edir. Belə ki, müdafiəçisi olduğu şəxs həmin əmlakı öz adına rəsmiləşdirdikdən sonra, dəfələrlə cavabdehlərə oranı boşaltmaq barədə xəbərdarlıq etsə də cavabdehlər mənzili boşalmamışlar. Apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir. 22.Məhkəmə kollegiyasının iclasında iştirak edən qarşılıqlı iddia üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X10 izahat verərək bildirmişdir ki, DƏDRX-i tərəfindən verilmiş çıxarışlar və hər hansı digər sənədlər qanuna uyğun şəkildə verilir. Hal-hazırda da iddiaçıya verilmiş çıxarışın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş edir.

Tətbiq edilən hüquq:

23.Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

24.Azərbaycan Respublikası Mülki Məcəlləsinin;

152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.

25. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş)

Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında sözügedən evdən istifadə ilə bağlı hüquq münasibətləri 2007-ci ildən, yəni hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 01.10.2009-cu il tarixə kimi yarandığından hazırkı mübahisəli hüquq münasibətinə həmin dövrdə qüvvədə olmuş (1982-ci il redaksiyalı) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2. maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını, (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanma köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. 384.0.1.maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

27.Apellyasiya şikayətindən görünür ki, Zərdab Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(035)-85/2021 nömrəli qətnaməsi yalnız cavabdeh (qarşılqılı iddiaçı) Dilşad Məmmədova tərəfindən verilmişdir. Şikayətin dəlillərindən görünür ki, apellyator sözügedən qətnaməni tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Ona görə də kollegiya Zərdab Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(035)-85/2021 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29.Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, birinci instansiyası məhkəməsi tərəfindən “ilk iddianın təmin olunmuş və qarşılıqlı iddianın istifadə hüququnun tanınmasının rədd olunması hissəində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin “ilk iddianın təmin olunmuş və qarşılıqlı iddianın istifadə hüququnun tanınmasının rədd olunması hissəində” ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Azərbaycan Respublikası Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə ilk iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.

31. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir.

32. Məhkəmə kollegiyasının iclası zamanı tərəflərin izahatlarından, eləcə də işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, sözügedən Zərdab şəhəri, Azərbaycan küçəsi 19 saylı binada yerləşən 9 saylı mənzil Zərdab rayon X16 İcraiyyə Komitəsinin 15.03.1990-cı il tarixli 104 saylı orderinə əsasən ilk İddiaçı qızna verilmiş, iddiaçı sonradan 2018-ci il tarixdə həmin mənzilə dair hüquq müəyyənedici sənəd (çıxarış) almışdır. Qeyd olunan çıxarış hazırda ilk iddiaçının adına olmaqla qüvvədədər.

33. İlk iddiaçı bir müddət mübahisəli evdə yaşamasa da, hazırda həmin evə dair hüquq müəyyənedici sənəd əldə etməklə, mülkiyyətçi kimi özünə məxsus olan evdə yaşamaq niyyətindədir. 34.Lakin işin mübahisəli halından görünür ki, cavabdehlər (qarşılıqlı iddiaçılar) 1990cı ilin iyun ayından ailə üzvləri ilə birlikdə sözügedən mənzildə yaşamağa başlasalar da, balanssaxlayan olan Zərdab şəhər MİS ilə mənzil kirayə müqaviləsi bağlamamış, mənzilin kirayə haqqını ödəməmiş, mənzilə qeydiyyata düşməmiş, nə də ki, məhkəmə və ya hər hansı bir başqa qaydada mənzilə istifadə hüququnu tanıtdırmamışdır. Qarşılıqlı iddiaçı sözügedən mənzilə dair hüquq verən sənədə (mənzilə köçməyə əsas verən orderə, mənzildə yaşamaq hüququ verən mənzil kirayə müqaviləsinə və s.) malik deyildir 35.Kollegiyası bununla bağlı qeyd edir ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, qeyd olunan yaşayış sahəsi ilk iddiaçıya məxsus olmaqla cavabdeh tərəf bu illər ərzində həmin mənzildə heç bir hüquqi əsas olmadan yaşamışdır. Kollegiya tərəfindən hər hansı sübut verilməsi təklif edildikdə isə, heç bir sənədlərinin olmadığını bildirməklə, “el adəti” əsasında yaşadıqlarını qeyd etmişlər.

36. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, ilk iddiaçı tərəf qeyd olunan mənzilə mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehin bu kimi müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhz bu səbəblərdən də apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin bu dəlilləri ilə razılaşmır 37.Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, ilk iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir

38. Kollegiya apellyasiya şikayəti üzrə araşdırmanı davam etdirərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qarşıqlılı iddianın “istifadə hüququnun müəyyən edilməsi” hissəsinə də hüquqi qiymət verildiyindən, məhkəmə gəlinən nəticə ilə tam razılaşır.

39. Apellyasiya şikayətinin bu dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, apellyasiya şikayətində qeyd olunan dəlillər, yəni cavabdehin 1990-cı ildən ailə üzvləri ilə birlikdə sözügedən mənzildə heç bir hüquq olmadan yaşamağa başlaması, sonuncuların mübahisələndirilən yaşayış sahəsindən istifadə hüququnun olması kimi qiymətləndirilə bilməz. Çünki 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbi baxımından cavabdehlərin sözügedən mənzilə köçməsi və yaşamaqda davam etməsi yaşayış evi mülkiyyətçisinin razılığı ilə baş verməsi iş materialları ilə sübut olunmur. 40.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz 41.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh X14 tərəfindən verilmiş apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(035)-85/2021 nömrəli qətnaməsi mübahisələndirilən-ilk iddianın təmin olunmuş, qarşılıqlı iddianın “istifadə hüququnun müəyyən edilməsinin” təmin olunmayan hissələrində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar