Məhkəmə qərarları › İş №2(107)-585/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-585/2021

18.02.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-585/2021 18.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi, iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X5 iştirakı ilə, Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(024)-570/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı ASC “Xalq” Bankı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, onlarla birlikdə yaşayan X6, X7 və X8 daxil olmaqla ailə üzvləri və digər şəxslərin 1 (bir) ay müddətində Banka mülkiyyət hüququ əsasında məxsus Qax rayonu, Qaxingiloy kəndində yerləşən 0,12 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 1 mərtəbəli, 59,6 nr yaşayış, 55,2 m2 yardımçı, 114,8 m2 ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evindən çıxarılması və fərdi yaşayış evinin həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC «Xalq» Bankına təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(024)-570/2020 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, onlarla birlikdə yaşayan X6, X7 və X8 daxil olmaqla ailə üzvləri və digər şəxslər 1 (bir) ay müddətində Banka mülkiyyət hüququ əsasında məxsus Qax rayonu, Qaxingiloy kəndində yerləşən 0,12 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 1 mərtəbəli, 59,6 nr yaşayış, 55,2 m2 yardımçı, 114,8 m2 ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evindən çıxarılsın və fərdi yaşayış evi həmin şəxslərin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC «Xalq» Bankına təhvil verilməsi qət edilmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(024)-570/2020 saylı əlavə qətnaməsi ilə 10 manat dövlət rüsumuna görə, 15 manat isə notariat xərcinə görə cavabdehlərdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, sözügedən evdə onun yaşlı anası və azyaşlı uşağı yaşayır. Soyuq qış aylarında köçmə prosesi də çətindir. Ona görə də qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ASC “Xalq” Bankının nümayəndəsi X9 apelyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdehlər heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(024)-570/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. Məhkəmə kolegiyasının iclasında müəyyən edildi ki, iddiaçı ASC “Xalq” Bankı, Borc alan Cavabdeh1 xx.xx.2014-cü il tarixli **********09914 №-li Kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Bankın xeyrinə xx.xx.2014-cü il tarixli **********09914/ip №-li İpoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus olan ipoteka predmetinə tutma yönəldilməsi haqqında iddia ilə Qax Rayon Məhkəməsinə müraciət etmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(024)- 1112/2017 №-li qətnaməsi ilə Cavabdeh1 mülkiyyət hüququ əsasında məxsus olmuş Qax rayonu, Qaxingiloy kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş 1 mərtəbəli, 59,6 m2 yaşayış, 55,2 m2 yardımçı, 114,8 m2 ümumi sahədən ibarət 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında “X4” MMC tərəfindən keçirilmiş hərraclarda həmin Fərdi yaşayış evi satılmadığından o, əldə edilməsi üçün iddiaçı ASC “Xalq” Bankına təklif edilmiş və Bank həmin təklifi qəbul etmişdir. Fərdi yaşayış evinin alqı-satqısı Hərrac təşkilatçısı, Qax rayon İcra və Probasiya Şöbəsi və iddiaçı ASC “Xalq” Bankı tərəfindən imzalanmış Hərrac təşkilatçısının açıq hərracın nəticələri haqqında 70 №-li protokolu və iddiaçı ASC “Xalq” Bankı ilə Hərrac təşkilatçısı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə ilə rəsmiləşdirilmişdir. Fərdi yaşayış evinə iddiaçı ASC “Xalq” Bankının mülkiyyət hüququnun qeydiyyata alınması üçün sonuncu tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X13 müraciət edilmiş və həmin İdarə tərəfindən İddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2018-ci il tarixli RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Bankın Fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu əldə etməsindən 27 aydan çox müddət keçməsinə baxmayaraq, Bank bu günədək Fərdi yaşayış evinə dair öz konstitusion hüquqlarından istifadə edə bilməmişdir. İddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb Fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və onlarla birlikdə yaşayan ailə üzvləri X1, X2 və X3 heç bir qanuni əsas olmadan yaşaması, həmin əmlaka qanunsuz sahiblik və istifadə etməsidir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Həmin Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi” haqqında Avropa Konvensiyasının 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları namınə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Həmin Konvensiyanın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən “Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.” Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 34.1-ci maddəsinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, sözügedən evdə onun yaşlı anası və azyaşlı uşağı yaşamasının, həmçinin soyuq qış aylarında köçmə prosesinin çətinliyi müəyyən mübahisələr, situasiyalar üzrə nəzərə alına biləcək hallardan olsa da, hazırki işlə bağlı iddianın rədd edilməsi üzrə əsas ola bilməz. Çünki mülkiyyətçinin mülkiyyət hüquqları pozulmuş olar ki, bu da yolverilməzdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(024)-570/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tаrixli, 2(024)-570/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar